• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

“National Geographic”in “İnamsızlıq dövrü” məqaləsində yaradılışçılığı tənqidlə bağlı hissəyə cavab

Bu məqaləmizdə “National Geographic Azərbaycan” jurnalında dərc olunmuş “Elmə qarşı skeptisizm” mövzusu əsasında hazırlanan “İnamsızlıq Dövrü” yazısının bəzi məqamlarını təhlil edəcəyik. Daha əvvəl jurnalda dərc olunan təkamül nəzəriyyəsini dəstəkləyən istiqamətdəki materialların elmi cəhətdən doğru olmadığını etibarlı mənbələrə istinad edərək sübut etmişik. Ona görə də, “National Geographic Azərbaycan” jurnalının bu mövzudakı cəhdləri uğursuz qiymətləndirilir. İndi isə yuxarıda adını çəkdiyimiz yazıdakı söz oyunlarına və elmi yanlışlıqlara bir-bir aydınlıq gətirək.

Elmə skeptik yanaşma nə deməkdir? Skeptisizm və yaxud şübhəçilik hər cür məlumata şübhə ilə yanaşan, hər hansı bir fikrin nədən yarandığını, sübutunu tələb edən, həmçinin bir ağlın bu suala cavab verə bilməyəcəyini, hər hansı bir şeydə mütləqə çatılmadığını iddia edən fəlsəfi cərəyandır.

Məqalədə skeptik yanaşmadan bəhs olunarkən təkamül fərziyyəsinin, əslində, şübhəyə ehtiyacı olmaması, lakin bəzi insanların bu “elm”ə dırnaqarası baxması ilə əlaqəli cümlələr yazının müxtəlif  hissələrinə səpilmişdir:

“Gənc Yer kreasionistləri planetin 10 min il əvvəl tam fəaliyyət qabiliyyəti olan yetkin insanlarla birlikdə yaradıldığına inanırlar. Elm isə Yer kürəsinin 4,6 milyard il yaşı olduğunu, bütün canlıların mikroblardan təkamül etdiyini və müasir insanların ilk dəfə 200 min il əvvəl-dinozavrların nəsli kəsildikdən 66 mln il sonra peyda olduğunu iddia edir”.1

Həqiqətən də, bəzi yaradılışçılar planetin 10 min il və ya 6.000 il yaşında olduğunu qəbul edirlər. Lakin əksər yaradılışçılar elmin üzə çıxardığı Yer Kürəsinin 4,6 milyard il yaşı olduğunu, şübhəsiz, bilirlər. Amma bəzi kreasionistlərin bunu qəbul etməməyi yaradılışın səhv olduğuna, təkamülün doğruluğuna dəlalət etmir. Çünki dünyanın yaşının 4,6 milyard il olmağının canlıların təkamül keçirməsi ilə əlaqəsi yoxdur. Yazıda bu söz oyunundan istifadə edilərək, sanki təkamül də dünyanın yaşı kimi elmi cəhətdən sübut olunmuş həqiqət imiş kimi göstərilir.

Təkamül nəzəriyyəsinə görə, həyat təsadüflərlə ortaya çıxan ilk hüceyrədən başlamışdır. Bu canlı hüceyrə də yenə təsadüflər nəticəsində inkişaf edərək təkamül keçirmiş və şaxələnərək dünyadakı milyonlarla fərqli növü əmələ gətirmişdir. Elə bu iddiaya jurnalda da: “İki əsr sonra Çarlz Darvinin Yerdəki bütün həyatın bir ibtidai əcdaddan təkamül etməsi və biz insanların meymun, balina, hətta dərin sularda yaşayan molyuskların uzaq qohumları olması haqqında fikri hələ də çoxları üçün inanılması çətin olan məsələdir”2,- deyə diqqət çəkilərək çoxlarının inanmadığı, amma şübhəyə ehtiyacı olmayan məqam kimi yer verilir.

Halbuki əgər yer üzündəki canlı növlərinin təkamülçülərin iddia etdiyi kimi təsadüflər nəticəsində təkamül keçərək meydana çıxmadığı sübut edilərsə, bu, canlıların bir Yaradan tərəfindən yaradıldıqlarını qəti surətdə isbat edər. Məntiq qanunlarına əsasən, iki cavabı olan sualın cavablarından birinin tamamilə səhv olduğu nəzərə alınarsa, digər cavabın tamamilə doğru olduğu başa düşülür. Ən əsas məntiq qanunlarından biri olan bu qanuna “alternativə görə nəticə çıxarma” (modus tollendo ponens) adı verilir.

Təkamül nəzəriyyəsini müdafiə edən elm adamları da “üçüncü alternativin” olmadığını qəbul edirlər. Onlardan biri olan Duqlas Futuyma (Douglas J. Futuyma) bunu aşağıdakı sözləri ilə ifadə edir:

“Canlılar dünyada ya tamamilə mükəmməl və qüsursuz şəkildə ortaya çıxmışlar, ya da özlərindən əvvəl mövcud olan bəzi canlı növlərindən təkamül keçərək meydana gəlmişlər. Əgər qüsursuz və mükəmməl şəkildə ortaya çıxmışlarsa, onda üstün bir ağıl tərəfindən yaradılmalıdırlar”.3

Təkamülçü Futuymanın bu sözlərinin cavabını fosilləri öyrənən elm verir. Bu elm (paleontologiya) bütün canlı qruplarının fərqli zamanlarda, birdən-birə və mükəmməl formalarla yer üzünə çıxdıqlarını göstərir.

Yüz ildən çox davam edən arxeoloji qazıntı və tədqiqatlarda əldə edilən bütün tapıntılar təkamülçülərin gözlədiklərinin əksinə, canlıların yer üzündə birdən-birə, qüsursuz şəkildə ortaya çıxdıqlarını, yəni “yaradıldıqlarını” göstərir. Bakteriyalar, onurğasız dəniz canlıları, balıqlar, molyusklar, buğumayaqlılar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və ya məməlilər ani surətdə mürəkkəb orqan və sistemləri ilə yer üzündə ortaya çıxmışlar. Aralarında bir-birinə keçid olduğunu göstərən fosillər də yoxdur. Paleontologiya da digər elm sahələrinin verdiyi məlumatı verir: canlılar təkamül keçməyiblər, yaradılıblar. Nəticədə, təkamülçülər həqiqətdənkənar nəzəriyyələrini sübut etməyə çalışarkən öz əlləri ilə yaradılış gerçəyinin dəlillərini ortaya çıxarmışlar.

Məşhur ingilis paleontoloq Derek V. Eycer bir təkamülçü olmasına baxmayaraq, təkamül nəzəriyyəsinin bütün iddialarını əsassız edən bu açıq həqiqəti belə etiraf edir:

“Problem budur: istər növlər, istərsə də dəstələr səviyyəsində olsun, fosil qeydlərini ətraflıca araşdırdığımız zaman biz dönə-dönə tədrici təkamüllə yox, bir qrupun qəfil partlayışı (ani surətdə yaranması) ilə qarşılaşırıq, hansı ki, başqa bir qrupun yoxa çıxmasıyla müşayiət olunur”.4

Bu yazıdan gördüyünüz kimi, National Geographic jurnalı “canlıların mikroblardan təkamül keçirdiyi”ni iddia edərək sanki insanların ağlı ilə istehza edir. Təkamül fərziyyəsi təkcə zülalları meydana gətirən amin turşularının təsadüfən hansı yolla ortaya çıxdığını açıqlamaqdan aciz olduğu halda, 100-lərlə zülal ehtiva edən mikroblar “əcdadımızdır”  deməkdən çəkinmir. Halbuki canlıların təkamül etdiyinin elmi olduğunu iddia etmək üçün hər şeydən əvvəl həyatın mənşəyini, ilk amin turşusunun, zülalın, DNT-nin, RNT-nin, bütövlükdə kompleks quruluşa sahib olan, sadaladığımız hissələrdən biri olmadan mövcud ola bilməyən hüceyrənin təkamül ilə, mərhələli ardıcıllıqla necə meydana gədiyini aydınlaşdırmaq lazımdır. Təbii ki, bunları izah edə bilmədikləri üçün bir çox təkamülçü həyatın kosmosdan gəlməsi kimi batil bir fikrə də müraciət etdilər. Belə olduğu halda, elmilik dərəcəsi olmayan təkamülə heç skeptik yanaşmağa da ehtiyac yoxdur. Başqa bir nümunə: Əgər həqiqətən də, təkamül elmi bir həqiqət olsaydı, ara-keçid fosilləri olmamasından əziyyət çəkən müdafiəçilər (Stiven Cey Quld və Nils Eldric) “Sıçrayışlı Təkamül Nəzəriyyəsi” tezisini ortaya atmazdılar. Bu misalları çoxaltmaq mümkündür. Məsələn, Hekkel tərəfindən irəli sürülən rekapitulyasiya nəzəriyyəsi bu birtərəfli yanaşmaya görə qeyd-şərtsiz qəbul olunmalıdır. Həmin dövrdə bu iddiaya qarşı çıxanlar isə elmi qəbul etməyən şəxslər kimi qiymətləndirilməlidir. Lakin sonradan bu tezisin saxtakarlıq olduğu “Science” jurnalı kimi mötəbər mənbələr tərəfindən dərc olunan məqalələrlə hər kəsə məlum olmuşdur.5 Ona görə də, “National Geographic Azərbaycan” belə məsələlərə toxunmazdan  öncə bir neçə dəfə düşünməlidir. Nümunələrdən də məlum olduğu kimi elmi cəhətdən sübut oluna bilməyən təkamül elə öz-özünə skeptik yanaşaraq Yaradılışın həqiqət olduğunu bilməyimizə zəmin yaradır.

“Təkamül, həqiqətən, baş verib. Onsuz biologiyanı anlamaq mümkün deyil”.6

Əgər sözügedən məqalədə yazılan bu iddia doğru olsaydı, təkamül nəzəriyyəsinin ortaya atılmasından əvvəl dünyada elmi irəliləyiş olmaz, bütün elmlər təkamül nəzəriyyəsinin ortaya atılmasından sonra meydana gələrdi. Lakin tibb, biologiya, anatomiya, paleontologiya  kimi elm sahələrinin hamısı təkamül nəzəriyyəsindən əvvəl meydana gəlib inkişaf etmişlər. Təkamül isə bu elm sahələrinə sonradan aid edilmək, zorla qəbul etdirilmək istənilən bir fərziyyədir.

vavilov

Məşhur rus genetik Nikolay İ. Vavilov təkamülçü və Stalin tərəfindən dəstəklənən Lisenkonun iddialarını qəbul etmədiyi üçün dövrün digər genetikləri kimi həbs edilmişdi. Bu hadisə darvinizmin zorla qəbul etdirilməsinin çoxsaylı tarixi nümunələrindən biri oldu.

Təkamülçülərin bu metodunun bir bənzəri Stalin dövründə SSRİ-də tətbiq edilmişdi. O dövrdə Sovet İttifaqının rəsmi ideologiyası olan kommunizm “dialektik materializm” kimi tanınan fəlsəfəni bütün elmlərin əsası hesab edirdi. Bunun bir nəticəsi kimi Stalin bütün elmi fəaliyyətlərin dialektik materializmə uyğunlaşdırılmasını əmr etmişdi. Bu dövrlərdə yaşayan tanınmış genetik Vavilov da təzyiqləri görərək “ölkəmizdə Qaliley dövrünün geri qayıtdığını nəzərə alaraq biz, sanki tonqala doğru gedirik”,- deyirdi.7 Elə buna görədir ki, 1940-cı ildə məşhur genetik Vavilov da həbs edilmiş, 1941-ci ildə  İngiltərəyə casusluqda ittiham edilərək barəsində ölüm hökmü çıxarılmışdır Sonradan Vavilov haqqında çıxarılmış ölüm hökmü uzunmüddətli həbslə dəyişdirilir, amma 1943-cü ildə Saratov həbsxanasında ölü tapılır. Hətta akademikin əl yazmaları da yandırılaraq məhv edilmişdir. 1948-ci ildə genetika sahəsində təhsil və araşdırma aparmaq qadağan olunmuş, Lisenkonun təkamülçü tezisini qəbul etməyib Mendel genetikasını müdafiə edənlər gizli-gizli həbs olunaraq edam edilmişdir. Beləliklə, SSRİ-də yazılan bütün biologiya, fizika, kimya, tarix, siyasət, hətta incəsənət kitablarının əvvəlinə “bu elmlərin dialektik materializmə, Marksın, Engelsin, Leninin fikirlərinə əsaslandığı”na dair giriş bölmələri əlavə edilirdi. Amma SSRİ süqut etdikdə bu məcburi şərhlər kitablardan çıxarılmış və kitablar yenə eyni məlumatlardan ibarət olan texniki, elmi kitablar şəklində qalmışdır. Dialektik materializm kimi bir cəfəngiyatdan əl çəkilməsi əsla elmi kölgədə qoymamış, əksinə, elmin üzərindəki təzyiq və məcburiyyətləri aradan qaldırmışdır.

Bu gün də müasir elmi təkamülə bağlı olmağa məcbur edən heç bir səbəb yoxdur. Elm müşahidə və təcrübəyə əsaslanır. Təkamül isə müşahidə edilə bilməyən keçmiş haqqında ortaya atılmış bir fərziyyədir. Habelə, bu fərziyyənin iddia və teoremləri hər dəfə elmin və məntiqin qanunları tərəfindən təkzib edilmişdir. Bu fərziyyə tərk edilsə, əlbəttə ki, elm heç bir itki verməyəcək. Amerikalı bioloq Harper bu mövzu barədə belə deyir:

“Tez-tez darvinizmin müasir biologiyanın əsası olduğu iddia edilir. Lakin əksinə, əgər darvinizmə edilən bütün istinadlar aradan qaldırılsa, biologiya elmində heç bir dəyişiklik olmayacaq…”8

Hətta əksinə olaraq, elm cəfəngiyat və uydurmalarla dolu belə bir nəzəriyyənin əsarətindən qurtulduğu üçün daha sürətli və sağlam şəkildə irəliləməyə davam edəcəkdir. Bunun nümunələrini təkamül fərziyyəsi ortaya atılmazdan əvvəl Allah inancı olan alimlərin bu gün bizim kəşflərimizə işıq tutan elmi töhfələrində  görmək mümkündür. Öz intellektual potensialından tam şəkildə istifadə edən və elmə böyük töhfələr verən xeyli alimin adı bizə əsrlər boyunca məlum oldu. Bu insanlar elmlə dinin harmoniyada olmasını nümayiş etdirməklə yanaşı, bəşəriyyətə xidmət etdilər. Kainatın Allah tərəfindən yaradıldığı, nizama salındığı və daim tamamilə Onun hökmranlığı altında qalacağı fikri elmin inkişafının gedişatını müəyyən edən Nyuton, Kepler, Leonardo da Vinçi, Eynşteyn kimi alimlərin apardığı tədqiqat və müşahidələrin nəticəsində təsdiqlənib. Bundan əlavə, iddia etmək olar ki, elmin əsas prinsipləri Yaradana inanan insanlar tərəfindən qoyulmuşdur və din müasir elmin yaranmasında əsas rol oynayıb.

Mövzu ilə əlaqədar videolarımız:

Mövzu ilə əlaqədar digər məqalələrimiz:

 

Mənbələr:

  1. “National Geographic Azərbaycan”, Avqust, 2015, səh. 71
  2. “National Geographic Azərbaycan”, Avqust, 2015, səh. 72
  3. Douglas J. Futuyma, Science on Trial, New York: Pantheon Books, 1983. p. 197
  4. Derek A. Ager, The Nature of the Fossil Record, Proceedings of the British Geological Association, cild 87, no. 2, (1976), s. 133
  5. “Science”, 1997-ci il, 5 sentyabr
  6. “National Geographic Azərbaycan”, Avqust, 2015, səh. 79
  7. «Вестник РАН». 2003. № 12
  8. W. Harper, Alternatives to Evolution, School Science Review, cild 61, sentyabr 1979, s. 26

Şərh üçün bağlıdır.

axtarış