• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Təkamülçülərin söz oyunlarına cavab

Təkamül fərziyyəsi elmi dəlillər tərəfindən dəstəklənmədiyi üçün təkamülçü həvəskarlar heç nəzəriyyənin baniləri və inkişaf etdirənləri tərəfindən belə iddia edilməyən mövzuları ortaya ataraq insanları çaşdırmağa cəhd edirlər. Lakin bu onlar üçün sadəcə vaxt itkisi olaraq qalacaq. Bu məqaləmizdə bəzi söz oyunları ilə bağlı məqamlara aydınlıq gətirmişik.

Qeyd: Məqalədə istifadə olunan Ağıllı Dizayn sözünü Allahın yaratması, Tanrı sözünü isə hər şeyin Yaradıcısı olan Uca Allah olaraq qəbul edirik.

 

TƏKAMÜLÇÜLƏRİN CAZİBƏ QANUNU VƏ DİZAYNI ƏLAQƏLƏNDİRƏN MƏNTİQİNƏ CAVAB

Təkamülçülərin əsas söz oyunlarından biri qəsdən qüsurlu nümunələr göstərməkdir. Onların bunu necə etdiyini aşağıdakı cümlələrində görə bilərik:

“Yaradılışçıların ortaya atdığı hipotezin sübut edilməsi mümkün deyil. Tanrının hər quş üçün başqa, hər yarasa üçün başqa, hər cücü üçün başqa qanad yaratdığının əksini sübut edə bilmərəm, Tanrının sərbəstdüşmə təcilini 9,8 m/san2 müəyyən etdiyinin əksini sübut edə bilmədiyim kimi”.

Diqqətlə baxsaq görərik ki, təkamülçülər 2 müxtəlif anlayışdan, yəni sərbəstdüşmə təcili və canlıların bədən quruluşlarından bəhs edirlər.

İlk baxışdan aradakı fərq nəzərə çarpmır, lakin çox vacib fərq var: sərbəstdüşmə təcili təkcə bir ədədi qiymətdir, canlıların bədən quruluşları isə sistemdir. Ədədi qiymətin necə müəyyənləşdirildiyi barədə aparılan elmi araşdırma ilə, sistemin necə ortaya çıxdığı ilə bağlı aparılan elmi tədqiqatın metodları bir-birindən fərqlidir. Bir qrup kosmonavtın hansısa planetə ilk dəfə endiklərini fərz edək. Əgər kosmonavtlar planetin səthində kiçik bir göl tapsa və 0,1 faiz nisbətində xlor ehtiva etdiyini müəyyən etsələr, buradan nə nəticə çıxarmaq olar? Sudakı xlorun səviyyəsi, planetin təbii tarazlığı ilə yaranıb, yoxsa şüurlu varlıq bu suya xüsusilə xlor qatışdırıb? Əgər kosmonavtlardan biri “bu, xüsusi dizayndır desə”, bu iddianın təkzibi də sübut oluna bilməz, özü də.

Bəs kosmonavtlar planetdə, həm də nəhəng bir yeraltı şəhərlə qarşılaşsa necə? İçində heç bir canlının yaşamadığı, amma çox yaxşı tikilmiş evlər, yollar, tunellər, istilik və ventilyasiya sistemləri, texniki vasitələr ilə dolu bir şəhər. Yəni qarşılarına olduqca kompleks “sistem” çıxsa? Bu təqdirdə, əlbəttə, insanlar heç tərəddüd etmədən, şüurlu varlıqların əsərləri ilə qarşı-qarşıya olduqlarını anlayacaqlar. O şüurlu varlıqları heç görməsələr belə, sırf əsərlərinə baxaraq mövcud olduqlarına əmin olacaqlar.

Canlılar da bəhs etdiyimiz şəhər kimi, hətta ondan da kompleks sistemlərdir. Buna görə də (molekulyar bioloq Denton ən bəsit canlı hüceyrəsinin nəhəng bir şəhər qədər mürəkkəb quruluşa sahib olduğunu vurğulayır) canlıların molekulyar quruluşları da, təkamülçülərin iddia etdiyi qanad kimi kompleks anatomik quruluşları da “ağıllı dizayn”ın sübutudur. Yəni canlıları Allahın yaratdığının elmi dəlilləridir.

Bu üslubla danışan təkamülçülərin açıqlamalarına həmişə diqqətlə fikir verin. Filip Conson demişkən, təkamülçüləri dinləyərkən, “axmaqlıq detektorlarını həmişə açıq saxlamaq” lazımdır. Əgər canlılar aləmində bir qanad tipi olsaydı, təkamülçülər bu dəfə belə etiraz edəcəkdilər: “Niyə bircə qanad dizaynı var? Əgər şüurlu dizayn olsaydı, fərqli-fərqli qanad tipləri olardı. Qanad çox çətin təkamül keçirdiyi üçün, təkamül prosesi buna bircə dəfə nail olub”.

MÜXTƏLİF QANAD DİZAYNLARI HAQQINDAKI SÖZ OYUNUNA CAVAB

Təkamül nəzəriyyəsinin biabırçılıqlarını gizlətmək üçün “yaxşı müdafiə hücumdur” üsulundan istifadə etməyə çalışan təkamülçülər yarasa, quş, milçək kimi, müxtəlif canlı siniflərində fərqli qanad tipləri olduğunu bildirərək, “ağıllı dizayn” açıqlamasına qarşı bu etirazı bildirirlər:

“Uçmağın vahid və mükəmməl bir yolu, mükəmməl dizaynı varsa, niyə bunun fərqli formalarda də olduğunu görürük?”

Qanadların müxtəlif tiplərinin olmasıqanadların müxtəlif əcdadlara malik canlılardantəkamül keçirdikləri iddiasına dəlil kimi göstərilir. Buna söykənərək “dizayn” izahını rədd edirlər. Halbuki oxşar məqsədə xidmət edən müxtəlif yaradılış nümunələrinin tapılması onun fərqli mənbələrdən gəldiyini göstərmir. Bir sənaye mühəndisi, quruda hərəkət etmək üçün müxtəlif planlar qura bilər. Məsələn, dəmir rels ilə hərkət edən qatarlar, asfalt yolda gedən rezin təkərli avtomobillər. İkisində də eyni mühəndis, fərqli şərait və fərqli miniklər üçün fərqli layihələr yaradır.

Beləliklə, təbiətdəki müxtəlif uçan canlıların (quşlar, nəsli kəsilmiş uçan sürünənlər, yarasalar, həşəratlar kimi) müxtəlif qanad quruluşlarına malik olmalarını “yaradılış əleyhinə dəlil” kimi göstərməyin heç bir məntiqi və elmi əsası yoxdur.

“UZUN ZAMAN” VƏ TƏBİİ SEÇMƏ DEMAQOGİYASINA CAVAB

Təkamülçülər zaman amilini “faydalı təsadüflərin yığılıb qaldığı ” kimi açıqlayırlar. Yəni bir quruluş, faydalı təsadüflə müsbət xüsusiyyət qazanacaq, aradan bir neçə min il keçdikdən sonra bir faydalı təsadüf yenə ona əlavə olacaq, on min il sonra bir dənəsi də baş verəcək və nəticədə milyonlarla il ərzində bu faydalı təsadüflər toplanaraq böyük və müsbət dəyişiklik meydana gətirəcəklər.Halbuki bu təfəkkürdə çox sadə, amma təməl bir yalan var. Bu yalan, “faydalı təsadüflərin bir-birinə birləşmələri” iddiasında gizlənib. Həqiqətən, təbiətdə faydalı təsadüfləri bir-birilə birləşməsi üçün gözlətdirən mexanizm yoxdur. Nə demək istədiyimizi, bir misalla açıqlayaq. Meymunu kompüterin qarşısında oturdaq və bu meymunun klavişdə təsadüfi düymələrə basaraq, bəşəriyyət tarixini yazmasını gözləyək. Normal ağıla və anlayışa sahib insan milyardlarla il keçsə belə meymunun təsadüfi düymələrə basaraq bunu bacarmayacağını bilir. Ancaq təkamülçülər bu qeyri-mümkün hadisəyə belə bir ehtimal verirlər: “Meymun klavişə toxunanda, hər hərf üçün 29-da 1 doğru yazmaq şansı var. Bir dəfə doğru düyməni basanda, bu doğru təbii seçmə yolu ilə seçilir. Növbəti düyməni basanda edəcəyi səhvlər da yenə təbii seçməilə seçilir. Beləliklə, milyonlarla illik bir seçim prosesi ilə meymun bəşəriyyət tarixini yaza bilər”. Təkamülçülərin müdafiə etdiyi bütün zaman iddialarının pərdə arxasında bu fikir gizlənib. Halbuki, yuxarıda qeyd etdiyimiz bu yanaşmada çox sadə bir yalan var: Təbiətdə meymunun basdığı düymələrdən hansının doğru olduğunu müəyyənləşdirib seçən mexanizm yoxdur! “Yaxşı bu hərf doğrdur , indi bunu saxlayıb növbəti pilləyə keçək” deyən şüur da yoxdur. Təbii seçmə kor mexanizmdir. Sadəcə “əlverişli” nəticələri seçir. Canlılardakı mürəkkəb sistemlər isə, ancaq bütöv halda işləyə bilir və bu səbəbdən “əlverişlilik ” anlayışı ilə qiymətləndirilirlər. Lakin bu mürəkkəb sistemlərin ara mərhələlərində “əlverişlilik” meydana gəlmədiyi üçün, təbii seçmə tərəfindən seçilmələri mümkün deyil. Bu səbəbdən də, təbiətdə “komplekslik istehsal edən bir mexanizm” yoxdur.

DARVİNİ DİNDAR GÖSTƏRMƏK CƏHDLƏRİNƏ CAVAB

Darvin təkamül nəzəriyyəsini ilk ortaya atdığı zaman, mahiyyət etibarilə, dini mövzulara yanaşmamaqla bərabər kitab və məktublarında “Yaradıcı” və “Tanrı”dan da bəhs edir. Halbuki bunun sadəcə və sadəcə bir kamuflyaj metodu olduğu bəllidir. Darvin öz ətrafındakı yaxınlarını incitməmək, xüsusilə də, həyat yoldaşı və dindar xristian olan Emmanın hisslərinə toxunmamaq üçün bu yolu seçmişdi. Darvinlə evləndikdən qısa müddət sonra onun inancsız olduğunu öyrənən Emma necə məyus olduğunu və “Çarlzla sonsuza qədər birlikdə olmayacağı”na görə necə bədbəxt olduğunu yazırdı. (Autobiography, 237) Darvinin sadəcə ətrafından reaksiya toplamamaq üçün ateist fikirlərini gizlətdiyini neodarvinizmin qurucularından olan məşhur təkamülçü Ernst Mayr belə dilə gətirir:

“Görünür, Darvin öz imanını 1836-39-cu illərdə itirmişdi, xüsusilə də Maltusu oxumamışdan qabaq. Öz dostlarının və həyat yoldaşının hisslərinə toxunmamaq üçün Darvin öz nəşrlərində, adətən, deist üslubdan istifadə edirdi. Lakin qeyd dəftərçələrində yazılanların çoxu göstərirdi ki, o, həmin vaxtlar artıq “materialist” olmuşdu”. (Mayr, Ernst, ”Darwin and Natural Selection” American Scientist, vol. 65 (may/iyun, 1977) səh. 323)

Elə bu ifadələrdən birini də Darvinin 1876-cı il tarixli məktublarından birində asanlıqla görmək olar:

“… Bu nəticə (teizm – Allah inancı) xatırladığım qədərilə, “Növlərin mənşəyi”ni yazdığım vaxt düşüncəmdə özünə güclü yer tuturdu; elə həmin vaxtdan etibarən də bu inanc olduqca tədricən, çoxsaylı tərəddüdlərlə zəifləməyə başladı”. (Francis Darwin, “Çarlz Darvinin həyatı və məktubları”, səh. 80-81)

Darvin də, darvinizm də bu gün bizə “bəzədilərək” göstərildiyindən çox fərqlidir. Xalq və xalqı məlumatlandıran kütləvi informasiya vasitələri buna qarşı diqqətli olmalıdır.

DARVİNİZMİN QANLI İDEOLOGİYALARLA ƏLAQƏSİNİ İNKAR EDƏNLƏRƏ CAVAB

Darvin “Növlərin mənşəyi” kitabından sonra “İnsanın törəməsi”adlı kitabında elmə zidd nəzəriyyəsini insanlara da tətbiq etməyə cəhd etdi. Kitabında guya geri qalmış irqlər olduğundan bu irqlərin yaxın gələcəkdə yox olacağından və bu minvalla üstün olanların təkamül edib irəliləyəcəyindən bəhs edirdi. Darvinin bu kitabında və bəzi yazışmalarında təkamül nəzəriyyəsini insanlara tətbiqi ilə sosial darvinizm formalaşdı.

Darvinin irqçilik, qarşıdurma və soyqırım barədə bəşəriyyətə verdiyi zərərləri yaxın dostu prof. Adam Secvik “Növlərin mənşəyi”ni oxuyanda: “Bu kitab cəmiyyət tərəfindən ümumən qəbul edildiyi təqdirdə dünyada əvvəllər görünməmiş dərəcədə insan irqlərində soyqırım yaşanacaq” – deyərək bu həqiqəti bildirmişdi. (A.E. Wilder-Smith, Man`s Origin Man`s Destiny, The World For Today Publishing, 1993, səh. 166)

Bundan sonrakını isə qatı Darvin tərəfdarları davam etdirdi. İngiltərədə Spenser və Darvinin əmioğlusu F.Qalton, Amerikada U.Q.Samner kimi bəzi alim və kapitalistlər, Almaniyada isə E.Hekkel kimi darvinistlər və ardından 20-ci əsrin qanlı diktatoru A.Hitler kimi faşist irqçilər sosial darvinizmin amansız və mərhəmətsiz qanunlarının öndə gələn müdafiəçi və tətbiqçiləri oldular.

Darvinist alimlərin məsləhəti ilə aşağı irq saydıqları yəhudiləri, qaraçıları, şərqi avropalıları soyqırıma uğratdılar; əqli xəstələri, şikəst və yaşlıları qaz otaqlarında qətl etdilər. Bütün bu cinayətləri ən amansız üsullarla reallaşdırdılar. 20-ci əsrdə dünyanın gözü qarşısında sosial darvinizm naminə milyonlarla cinayət törədildi.

Darvin başqa bir sözündə yevgenika (cəmiyyətdəki xəstələrin, şikəstlərin, dəlilərin öldürülməli olduğu barədə darvinist-faşist fəlsəfə) ilə bağlı olaraq belə deyir:

“Vəhşi insanların bədən və əqli cəhətdən zəif olanları yox olur, əksər sağ qalanlar, həqiqətən sağlam insanlar olur. Digər tərəfdən biz mədəni insanlar, yox olmaq prosesinə mane olmaq üçün əlimizdən gələni edirik. Axmaqlar, şikəstlər və xəstələr üçün məntəqələr qururuq. Kasıbları qorumaq üçün qanunlar çıxarırıq. Tibb sahəsində işləyən mütəxəssislərimiz hər xəstəni yaşatmaq üçün ən son ana qədər bütün ustalıqlarını göstərirlər. Beləliklə, mədəniləşmiş icmaların zəif fərdləri öz nəsillərini davam etdirir. Ev heyvanlarının seleksiyası ilə məşğul olan heç kim bunun insan irqinə böyük zərəri olduğundan şübhələnməz”. (Charles Darwin, “İnsanın Törəməsi”, səh. 171)

Kommunist diktatorlardan milyonlarla insanın qanı əllərində olan Stalin, Lenin və Mao kimi ateistlər də Darvinə və təkamül nəzəriyyəsinə heyranlıqlarını hər fürsətdə dilə gətirərdilər. Elə adı sadalanan və uzun siyahısı tutula biləcək şəxslər idi ki, 20-ci əsrdə müharibələrə, kütləvi qətliamlara, əxlaqi degenerasiyaya, irqçilik və istismar siyasətinə, qadınların aşağı sinif kimi qəbul edilməsinə dair “nəzəriyyə və metodologiya”larını irəli sürərkən Darvindən miras aldıqları “güclülərin zəifləri əzməsi” şüarını əllərində bayraq etmişdilər. Dinin bəşəriyyətə aşıladığı “şərəfli insan” həqiqətindən uzaqlaşıb insanı öz istəklərini təmin etmək üçün mübarizə aparan eqoist heyvan növünə çevirən bu ideologiyaya təslim olmuş cəmiyyətlər elə bu günə qədər təslimiyyətlərinin əziyyətini çəkməkdədirlər. Səbəbini isə özü də təkamülçü olan Uilyam Provayn etiraf edir və darvinizmin 5 nəticəsini açıqlayır:

“1) Heç bir tanrının varlığına ehtiyac yoxdur; 2) Ölümdən sonra həyat yoxdur; 3) Əxlaqi dəyərlərin heç bir mütləq təməli yoxdur; 4) Həyatın heç bir mütləq mənası yoxdur; 5) İnsanın azad iradəsi yoxdur”. (“Expelled: No Intelligence Allowed” documentary by Ben Stein)

Belə bir fikir sisteminin məngənəsində qalmış xalqın hər cür milli-mənəvi dəyərləri məcburən tərk edəcəyi açıqdır. Bundan ötrü də milli-mənəvi dəyərlərin və əxlaq normalarının qorunub-saxlanması üçün təkamül nəzəriyyəsinin təhsili və təbliğatı yolverilməzdir. Bura qədər incələdiyimiz, məhdud sayda detalavə sitatlara yer ayıra bildiyimiz həqiqətlər göstərir ki, Darvin də, darvinizm də bu gün bizə “bəzədilərək” göstərildiyindən çox fərqlidir. Xalqın və xalqı məlumatlandıran kütləvi informasiya vasitələrinin də bundan agah və buna qarşı ayıq-sayıq olması gərəkdir.

“TƏKAMÜL, ONSUZ DA, NƏZƏRİYYƏDİR, İSBAT EDİLMIŞ BİR ŞEY DEYİL” İFADƏSİNƏ GƏTİRİLƏN TƏNQİDƏ CAVAB

Bəzi təkamülçülər “təkamül nəzəriyyəsi sübut edilməyib” kimi etirazlara cavab olaraq elmin metodologiyası haqqında şərhlər verirlər.

Təkamülçülər: Burada diqqətli olmalı əsas məsələ nəzəriyyə və qanun arasındakı fərqdir. Elmdə qanunlar “dəlil” üsulu ilə sübut olunur. Amma nəzəriyyələr üçün “sübut” yox, “dəlillər tərəfindən dəstəklənmə”dən söhbət gedir. Qanun ilə nəzəriyyə arasındakı fərq, birincinin çoxlu təcrübəylə və mütəmmadi olaraq yoxlanıla bilməsidir. Məsələn, yerin cazibə qüvvəsinin varlığı qanundur. Çünki edilən hər təcrübə və müşahidə tərəfindən təsdiqlənir. Əlinizdən buraxdığınız hər bir cisim yerə düşür, hər bir göy cismi bir-birini çəkir. Amma Big Bang qanun deyil nəzəriyyədir. Çünki təcrübəylə sübutu mümkün olmayan, ancaq mövcud sübutlar tədqiq edilərək, çıxarılan nəticədir. Elmdə nəzəriyyə, əldə olan dəlillər tərəfindən dəstəkləndiyi müddət ərzində qəbul edilir, dəlillərə zidd olan kimi daha yaxşı nəzəriyyə ilə dəyişdirilir. Nəzəriyyənin sübut olunması isə mümkün deyil, çünki nəzəriyyələr əsasən təcrübə və müşahidə yolu ilə təkrarı mümkün olmayan hadisələrlə bağlıdır. Bəzi insanlar bu fərqi bilmədikləri üçün, təkamül nəzəriyyəsinə qarşı çıxmaq naminə, “bu, onsuz da, nəzəriyyədir, isbat edilmiş bir şey deyil” kimi səthi etirazlar edirlər. Təkamülçülərin etdiyi tənqid də buna istiqamətlənib. Lakin burada təkamülçülərin etdiyi mühüm bir təhrif var. Onlar da eyni səthi düşüncəni tərsinə istifadə edirlər. Yəni təkamül nəzəriyyəsi əleyhinə xeyli sübutlar ortaya qoyan Yaradılışçı elm adamlarına qarşı, “siz sübut istəyirsiniz, amma nəzəriyyə sübut olunmur ki” kimi bir demaqoqluğa baş vururlar.

Təkamülçü alimlərə səmimi və açıq olaraq deyirik: bizim təkamül nəzəriyyəsinə qarşı olan etirazımız, bu nəzəriyyəyə zidd olan saysız-hesabsız elmi dəlillərə əsaslanır. Məsələn, paleontologiyanın tapıntıları fərqli təsnifata uyğun canlıların yer üzündə mərhələli təkamüllə deyil, ani və bir-birindən müstəqil olaraq ortaya çıxdığını göstərir. Biokimyəvi müqayisələr, təkamül nəzəriyyəsi əsasında çəkilən filogenetik sxemləri (nəsil ağacını) çürüdür. Canlılarda ortaya çıxan “mürəkkəb kompleks” sistemlərin, təbii seçmə, mutasiya mexanizmləri ilə izah edilməsi mümkün deyil. Variasiyaların uzun zaman ərzində makrotəkamülə səbəb olduğu iddiası çürümüşdür. Burada sadalamadığımız bir çox dəlil təkamül nəzəriyyəsinin böyük bir səhv olduğunu, elmi dəlillərə zidd nəzəriyyə olduğunu göstərir. Buna qarşı “bəli, əlimizdə sübut yoxdur, amma nəzəriyyə, onsuz da, sübut olunmaz” kimi demaqoqluqlara sığınmaq təkamül nəzəriyyəsini xilas etməz.

“BİR DETALI ÇIXARDIQDA, SİSTEM DAYANMIR” İDDİASINA CAVAB

Bəzi təkamülçülər sadələşdirilməz komplekslik fikrinə etiraz edərək bakteriya qamçısında baş verən mutasiyaların qamçının işini dayandırmadığını deyirlər:

“Bakteriyalarda qamçı zülal genləri ilə aparılan mutasiya tədqiqatlarında, sistemə aid bəzi genlərdə meydana gətirilən süni pozuntuların, qamçının işləməsini dayandırmadığı, amma bakteriyanın bəzən mühitdəki xəbərdarlığı doğru şəkildə qəbul etməsinə mane olduğu və ya qamçının sola və ya sağa dönmə istiqamətini düzgün tənzimləyə bilmədiyi müşahidə edilmişdir. Yəni bu mutant bakteriyalarda qamçı iş görür, amma orqanizm qamçıdan effektiv, səmərəli şəkildə istifadə edə bilmir”.

Təkamülçülərin sözü gedən zərərli mutasiya nümunələrini verməkdə məqsədi isə, “qamçını təşkil edən molekulyar hissələrin bir dənəsi belə olmasa, ya da qüsurlu olsa, qamçı işləməz” açıqlamasını təkzib etməkdir. Halbuki bu açıqlamada məlum qüsur, hər hansı bir molekulyar hissəni tamamilə funksiyasız hala gətirən bir qüsurdur. Vəzifəsini yarımçıq icra edən bir hissənin “sistem dağılması” deyil, “səmərəsizlik” meydana gətirdiyi, əlbəttə, hamıya aydındır. Belə olan halda isə təbii mühitdə təkamülün öz hərəkətverici qüvvəsi fərz edilən təbii seçmə bu şikəst bakteriyanı seçməməli və sistemdən kənarlaşdırılmalıdır. Yəni bu iddianın da təkamül lehində bir üstünlüyü yoxdur.

“YARADILIŞ TƏCRÜBƏ VƏ MÜŞAHİDƏ İLƏ SÜBUT EDİLMƏYİB” İDDİASINA CAVAB

“Bu yanaşma (Ağıllı Dizayn) elmi fikir deyil. Təcrübə və müşahidələrlə sınanmayan yanaşmanın elmdə yeri yoxdur”.

Bunu deyən təkamülçülərin anlamaq istəmədiyi məqam, istər təkamül nəzəriyyəsinin, istərsə də ağıllı dizayn açıqlamasının “keçmişdə yaşanmış, müşahidə olunması və təkrar baş verməsi mümkün olmayan hadisələrlə əlaqədar olmasıdır. Yəni burada məsələ cazibə, suyun Arximed qüvvəsi, kimya qanunları kimi hər an və mütəmadi gördüyümüz, müşahidə etdiyimiz, yoxladığımız anlayışlar deyil.

Bəs bu vəziyyət yaradılışı elmdənkənar edir, yoxsa?..

Xeyr. Çünki elm keçmişdə baş vermiş hadisələrin necə baş verdiyinə dair araşdırma aparır. Məsələn, kainatın necə ortaya çıxdığı mövzusu elmi metodlarla araşdırılır və elm adamları bu məsələdə “Big Bang” nəzəriyyəsini qəbul edib. Kainatın böyük bir partlayışla yoxdan yaradıldığını müdafiə edən bu nəzəriyyə, şübhəsiz, elmidir. Amma əlbəttə, müşahidə olunmur, təcrübəyə əsaslanmır. Çünki keçmişdə olub bitmişdir. Məhz canlıların necə ortaya çıxdığı sualı da kainatın mənşəyi məsələsi kimi, birbaşa təcrübə və müşahidə yolu ilə deyil, ancaq təcrübə və müşahidələrin ortaya qoyduğu arqumentlərin araşdırıb şərh olunması, yəni nəticə çıxararaq müzakirə olunan bir məsələdir. Ona görə ki, təkamülçülərin “yaradılışı laboratoriyada müşahidə edə bilərikmi, test edə bilərikmi?” demələri demaqoqluqdan ibarətdir. Təkamülçülərin bu demaqoqluqla gizlətdikləri həqiqət isə, təcrübə və müşahidələrin nəzəriyyələrinin tamamilə əleyhinə nəticələr verməsidir. Təkamül nəzəriyyəsi keçmişdə baş vermiş hadisələrlə (canlıların ortaya çıxması) bağlıdır, lakin təkamülçülər bu hadisələri uzun müddətli proseslərlə izah edərək müdafiə edirlər. Bu halda sözü gedən prosesin bu gün də müşahidə olunması lazımdır. Məsələn, cansız maddədən canlı mikro orqanizmlərin doğulduğunu, mutasiyalar genetik məlumatı inkişaf etdirdiyini, təbiətdə yeni canlı siniflərinin meydana gəldiyini görməliyik. Amma bunların heç birini görmürük. Təcrübə və müşahidələr təbiətdə bir “təkamül prosesi” olmadığını göstərir.

TƏBİİ SEÇMƏ İLƏ BAĞLI BAŞQA BİR SÖZ OYUNU

Təkamülçülərin verdiyi nümunə, 13 hərfdən ibarət olan “TOBEORNOTTOBE” (“OLUMYAÖLÜM”) ifadəsinin seçmə üsulu nəticəsində kompüter tərəfindən 336 sınaqla ortaya çıxmasıdır.

Təkamülçülər bu mövzulara həqiqətən inanırlar, yoxsa məsələni kifayət qədər tədqiq etməmiş oxucular qarşısında pis vəziyyətdə qalmamaq üçün məcburən bunları istifadə edirlər? Həqiqətən, çox maraqlıdır. Bu nümunənin çaşdırmaq üçün verildiyi aydındır. “TOBEORNOTTOBE” ifadəsinin saxlandığı kompüter, bu ifadəni meydana gətirmək üçün proqramlaşdırılır. Baş verəcək nəticə əvvəlcədən məlumdur. Proqram 13 boş xanaya hərfləri təsadüfi qoymaqla, amma lazımi hərf əvvəlcədən müəyyən edilmiş göstəriciyə uyğun gələndə bunu seçir. Yəni hələ “TOBEORNOTTOBE” ifadəsi yox ikən, birinci hərfin T olduğunu bilir və oraya T gələndə bunu seçib saxlayır. Bir sözlə, ortada əvvəlcədən müəyyən edilmiş plan və bu plana görə şüurlu olaraq işləyən bir seçmə mexanizmi var. Lakin təkamül nəzəriyyəsi canlıların əvvəlcədən müəyyən edilmiş bir plan olmadan və şüursuz seçmə mexanizmi ilə ortaya çıxdığını müdafiə edir.

“TƏKAMÜL NƏZƏRİYYƏSİ HƏYATIN MƏNŞƏYİNİ ARAŞDIRMIR, CANLILARIN BİR-BİRİNƏ NECƏ ÇEVRİLDİYİNİ SÜBUT EDİR” İDDİASINDAKI ÇARƏSİZLİK

Bu iddia tamamilə təkamülçülərin çarəsizliyindən qaynaqlanır. Çünki təkamül nəzəriyyəsi ilk canlı hüceyrənin mərhələlərlə necə təkamül keçirdiyini açıqlaya bilmir. Ona görə də təkamülçülər səssizcə bu məqamın üstündən ötüb keçərək belə bir demoqogiyaya baş vururlar. Bu iddia da digərləri kimi yalanlarla doludur. Əgər təkamül nəzəriyyəsi həyatın mənşəyini araşdırmırsa, “Oparinin koaservat damlaları” hansı nəzəriyyəyə əsaslanırdı? Biokimyəvi təkamül iddiası kimə məxsus idi?

Oparin bütün nəzəri fəaliyyətlərinə baxmayaraq, həyatın mənşəyini açıqlama baxımından heç bir nəticə əldə edə bilmədi. “Həyatın mənşəyi” (Origin of life) adlı kitabında belə deyirdi:

Təəssüf ki, hüceyrənin mənşəyi təkamül nəzəriyyəsini tamamilə əhatə edən ən qaranlıq cəhəti təşkil edir. (Alexander I. Oparin, Origin of Life, (1936) NewYork, Dover Publications, 1953 (Reprint), səh. 196)

Oparindən sonra təkamülçülər hüceyrənin təsadüflərlə əmələ gələcəyini sübut etmək üçün saysız-hesabsız təcrübə, tədqiqat və müşahidə apardılar. Ancaq aparılan hər tədqiqat hüceyrədəki kompleks yaradılışı daha hərtərəfli üzə çıxararaq təkamülçülərin fərziyyələrini daha da təkzib etdi.

Əgər təkamül nəzəriyyəsi həyatın mənşəyini araşdırmırsa, nəyə görə Miller, Foks, Doze kimi fəal təkamülçü elm adamları həyatın təkamüllə meydana gəldiyini sübut etmək üçün təcrübələr aparmışdılar? (Bu təcrübələr uğursuzluqla nəticələnmişdir.)

Almaniyadakı Qutenberq Universitetinin Biokimya İnstitutunun rəhbəri prof. dr. Doze bu barədə belə deyir:

“Kimyəvi və molekulyar təkamül sahələrində həyatın mənşəyi mövzusunda otuz ildən çox davam etdirilən bütün təcrübələr həyatın mənşəyi probleminə cavab tapmaqdansa, problemin nə qədər böyük olduğunun qavranmasına səbəb oldu. Hal-hazırda bu mövzudakı bütün nəzəriyyələr və təcrübələr ya çıxılmaz vəziyyətlə bitir, ya da məlumatsızlıq etirafları ilə nəticələnir”. (Klaus Dose, “The Origin of Life: More Questions Than Answers”, Interdisciplinary Science Reviews, cild 13, no. 4, 1988, səh. 348)

Əgər təkamül nəzəriyyəsi həyatın mənşəyini araşdırmırsa, nə üçün həyatın mənşəyi ilə bağlı biri-birindən fərqli izahlar – həyatın kosmosdan gəlməsi, yəni panspermiya və həyatın suda əmələ gəlib quruya keçməsi – mövcuddur?

Şərh üçün bağlıdır.

axtarış