• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Mediada daha bir əsassız darvinist xəbər – qeysəriyyə doğuşlar insanı təkamül etdirir?

12.12.16 tarixində azvision.az saytında yayımlanan bir xəbərdə iddia olunur ki, qeysəriyyə doğumları insanın təkamülünə təsir edib. Xəbərdə belə yazılır:

“Alimlərin iddialarına görə, anaların qeysəriyyə üsulu ilə dünyaya uşaq gətirməsi hallarının çoxalması insanın təkamülünə təsir etməyə başlayıb.

Belə ki, 1960-cı illərdən bu yana doğum kanalına sığmayan körpələrin sayı hər min adamda 30-dan 36-ya qədər altıb. Nəticədə, çanaq sümüyü dar olduğuna görə qeysəriyyə yoluna üstünlük verən qadınların sayı da çoxalıb.

Əvvəllər doğum kanalının darlığına səbəb olan genlər anadan uşağa keçmirdi. Çünki çox vaxt bu zaman ana da, körpə də doğum əsnasında tələf olurdular. Amma indi qeysəriyyə əməliyyatı nəticəsində uşaqlıq yolu dar olan qadınlar doğuş zamanı ölmürlər. Demək, uşaqlıq yolunun darlığına səbəb olan genlər də onların övladlarına keçir”.

İlk öncə bunu vurğulamaq lazımdır ki, genetika elmindən bilgisi az olan insanları söz oyunu oynayaraq təkamülə inandırmaq məqsədilə yayımlanan bu xəbərin insanın təkamülü prosesi ilə heç bir əlaqəsi yoxdur. Xəbərin növbəti abzasında da etiraf edildiyi kimi, qadının genlərində doğum kanalının darlığına və genişliyinə səbəb olan məlumat, onsuz da, var. Çanaq sümüyü dar olan qadınların vəfat etməsinə təkamülçülər “təbii seçmə” kimi baxa bilərlər, amma istənilən halda, genlərdə əmələ gələn yeni məlumat yoxdur. Genetik araşdırmalar insanın bütün xüsusiyyətlərini kodlayan genetik məlumatların təsadüfi mutasiyalar baş vermədikcə heç bir dəyişikliyə uğramadığını göstərir. Dünyanın ən məşhur təkamülçülərindən Harvard Universitetinin paleontoloqu Stiven Cey Quld təbii seçmənin düşdüyü bu çıxılmaz vəziyyəti belə izah edir:

“Darvinizmin məğzi tək bir cümlə ilə ifadə edilə bilər: “Təbii seçmə təkamül dəyişikliyinin yaradıcı gücüdür”. Heç kəs (təbii) seçmənin uyğun olmayanı aradan qaldırmasındakı ixtisaredici rolunu inkar etmir. Darvinist nəzəriyyəsi isə, “uyğun olanı yaratması”nı da istəyir”. (SJ Gould, “The Return of Hopeful Monsters”, Natural History, səh. 28)

Darvinistlər üçün iztirablı olan bu həqiqəti başqa bir bioloq – Skott Gilbert “Nature” jurnalına verdiyi bir hesabatında belə izah edir:

“Müasir sintez (neodarvinizm) əlverişli fərdlərin həyatda qalması mövzusunda, həqiqətən də, çox yaxşıdır. Lakin əlverişli fərdlərin yaranması mövzusunda yox”. (John Whitfield, “Biological Theory: Postmodern Evolution?”, Nature, 455:281-283 (2008))

Təkamülçülər üçün “başsındırma” – obstetrikal dilemma

Bu məsələdə təkamülçülər üçün “başsındırma” sayılan bir məqama mütləq toxunmaq lazımdır: obstetrikal dilemma. “Mamalıq dilemması” da adlanan bu anlayışa əsasən, guya, təkamül prosesində insanlar ayaq üstə qalxdıqca və beyinləri böyüdükcə çanaq sümüyündən güzəştə getməli olmuşlar, beləliklə, qadınların çanaq sümüyü daralıb doğuş çətinləşmişdir. Təkamülçüləri çıxılmaz vəziyyətdə qoyan bu məsələ “kəllə qutusu böyüyə bilirsə, çanaq niyə böyümür?” sualıdır. Hələ heç bir təkamülçü bu suala cavab verə bilməyib, verə bilməz də. Çünki insanın təkamülünü qəbul edirlərsə, ya bütün orqanlar yekdilliklə uyğunlaşma qazanmalı, ya da belə olmamalıdır. Azvision.az saytında verilən xəbərdə mövzu ilə birbaşa əlaqədar olan obstetrikal dillemmadan söz getmir. Bu isə, ya müəllifin mövzudan bixəbər olmasından, ya da sadəcə birtərəfli, qərəzli təkamül təbliğatı aparmaq istəyindən irəli gəlir.

Digər tərəfdən, sözü gedən iddianın müəllifi Filipp Mitteröker statistik göstəricilərlə yanıldıcı üslubdan istifadə etmişdir. 1960-cı illərdən bu yana doğum kanalına sığmayan körpələrin sayının 3%-dən 3,6%-ə qədər artmasının qidalanma rejimi ilə də bilavasitə əlaqəsi vardır. İnsanların qeyri-sağlam həyat tərzi nəticəsində, həddən artıq kalorili qidalanma və az hərəkətlilik (hipodinamiya) səbəbindən uşağın çox böyüməsi nəticəsində normal çanaq artıq dar gəlməyə başlayır. Yəni qeysəriyyə doğuşlarını birbaşa təbii seçmə ilə əlaqələndirmək yanıldıcı nəticələrə gətirib çıxara bilər.

Ecazkar Yaradılış nümunəsi: bir körpə dünyaya gəlir

Bir körpənin dünyaya gəlməsi ard-arda baş tutan möcüzələr zənciridir. Yeni dünyaya addım atacaq döl üçün bütün hazırlıqlar başa çatdığı zaman dölü əhatələyən amnion mayesi doğum üçün yeni fəaliyyətlərə başlayır. Uşaqlıq boynunu genişləndirən su kisəcikləri əmələ gətirən amnion mayesi bu sayədə uşaqlığı körpənin keçəcəyi böyüklüyə çatdırır. Bu kisələr eyni zamanda dölün doğum zamanı uşaqlıqda sıxışmasının da qarşısını alacaq. Həmçinin doğumun başlanğıcında kisələr deşilib içindəki mayelər axdığı zaman isə, dölün hərəkət edəcəyi yol həm sürüşkünləşəcək, həm də sterilizə olacaq. Beləliklə də, doğum həm daha rahat, həm də mikroblardan təbii şəkildə təmizlənmiş şəkildə baş verir. (Laurence Pernoud, “J’attends un enfant”, Pierre Horay, Paris, 1995, səh. 138)

Uşaqlıqda aparılan bu hazırlıqlarla yanaşı, körpənin etibarlı şəkildə dünyaya gələ bilməsi üçün bir çox şərt də eyni anda yaranmalıdır. Məsələn, körpə çölə çıxmaq üçün ən əlverişli dayanma mövqeyini almalıdır. Bunun üçün o, ayaq hərəkətləri ilə yavaş-yavaş çevrilməyə başlayır və axırda başı ananın uşaqlıq boynuna daxil olur. Artıq körpənin hərəkət qabiliyyəti məhdudlaşmışdır və körpə başını buradan çıxarda bilməz. (Geraldine Lux Flanagan, “Beginning Life”, A Dorling Kindersley Book, London, 1996, səh. 103) Bəs görəsən hələ dünyaya gəlməmiş bir körpə hansı mövqeyin əlverişli olduğuna necə qərar verir? Doğum üçün ən əlverişli mövqeyi haradan tapır? Üstəlik, doğum zamanının gəldiyini uşaqlıqdakı bir döl necə müəyyənləşdirir? Əlbəttə ki, bunlar üzərində düşünülməsi lazım gələn, olduqca mühüm təfərrüatlardır. Hələ şüuru tam formalaşmamış bir varlığın bu cür şüurlu davranışlar göstərməsi onun öz iradəsi ilə deyil, Yaradıcısı olan Allahın ilhamı ilə hərəkət etdiyinin açıq-aydın göstəricisidir.

Körpənin dünyaya gəliş mərhələsində hələ bir çox möcüzəvi dizayn nümunəsi də görünür. Məsələn, sağlam doğumun gerçəkləşməsi üçün körpənin kəlləsi də doğum kanalında zərər görməyəcək quruluşa sahib olmalıdır. Körpənin kəlləsinə baxdığımız zaman, tam bu ehtiyacı ödəyəcək şəkildə 5 sümük təbəqəsindən və bunlar arasındakı “əmgək” adlandırılan yumşaq toxumadan əmələ gəldiyini görərik. Bu yumşaq toxuma kəllənin elastik olmasına imkan yaradır və bu sayədə doğum anında yaranan təzyiqdən ötrü körpənin beyninə və kəlləsinə heç bir zərər gəlmir.

Körpənin doğumundan əvvəl çox yüksək nəzarət altında hazırlıqlar aparılır. Mümkün ehtimallar düşünülərək tədbirlər görülür. Məsələn, doğuşun asanlaşması və infeksiyaların qarşısının alınması üçün amnion mayesi fəaliyyətə keçir.

Bu vəziyyət ağla bu sualı gətirir: bütün hazırlıqların tamamlandığını və vaxtın gəldiyini kim yoxlayır? Gözlərin görməyə hazır olduğunu, ağciyərlərin nəfəs almağa hazır olduğunu, oynaqların tam formalaşdığını, beynin tamam əmələ gəldiyini kim yoxlayıb körpəyə xəbər verir?

Yeni yaranan dölün bədənində bunları yoxlaya bilən mexanizm yoxdur. Bədəndəki bütün yoxlamaların mərkəzi kimi qəbul edilən beyin də döllə birlikdə inkişaf etməkdə olan bir orqandır. Üstəlik, beyin hər şeyi ilə tam mövcud olsa da, heç bir məna ifadə etməyəcək. Çünki həmin ana qədər uşaqlıqda inkişaf etmiş olan döl çöldəki mühitdən tamamilə xəbərsizdir. Heç görmədiyi mühitə uyğun quruluşda olub-olmadığını təyin etməsi qeyri-mümkündür. Doğuşun vaxtının gəldiyini müəyyənləşdirən ananın özü də deyil. Ananın ilk günündən etibarən bədənindəki gedişatın bircə mərhələsinə belə müdaxilə etmə imkanı yoxdur ki, bu mərhələlərin bitməsinin lazım olduğuna qərar versin.

Şübhəsiz ki, bu yoxlamaları aparan və hər insanın dünya həyatındakı həyatına başlayacağı zamanı təqdir edən Allahdır. İnsanı yaradan, onun davam etdirəcəyi həyatın hər anını bilən, hətta insan dünyaya gələrkən belə ölüm gününü bilən yalnız Allahdır. Hər insan üçün Allah tərəfindən müəyyən edilmiş bir vaxtda ölüm gələcək. Bu həqiqətlərdən xəbərdar olan ağıl sahibi hər insanın etməli olduğu öz yaradılışı üzərində düşünərək Rəbbimizin sonsuz qüdrətinə bir daha şahid olmaq və bütün həyatını Allahı razı salacaq şəkildə qaydaya salmaqdır.

Nəticə

Əslində, təkamülə dəlil olmayan, hətta təkamül nəzəriyyəsi üçün çıxılmaz vəziyyət təşkil edən faktların bu nəzəriyyəyə sübut imiş kimi göstərilməsi ilk dəfə baş tutan vəziyyət deyil. Bu, klassik darvinist təbliğat üsuludur. Görünür ki, Mitteröker və digər təkamülçülər kimi darvinizmi din halına gətirən şəxslər qabaqlarına çıxan hər şeyi təkamülə sübut kimi görmək istəyirlər. Bu, nəzəriyyəyə kor-koranə inananların düşdüyü acınacaqlı bir vəziyyətdir.

Əlavə oxu üçün:

Şərh üçün bağlıdır.

axtarış