• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

2,3 milyard il təkamül keçirməmiş kükürd bakteriyaları yaradılışın sübutudur

Bir müddət əvvəl məşhur elmi jurnallarda və “Washington Posts” kimi qəzetlərdə yayımlanan bir məqalədə dənizlərin dərinliklərində yaşayan kükürd bakteriyalarının 2,3 milyard ildir ki heç bir dəyişiklik keçirmədən bu günə qədər gəldiyi xəbər verilirdi.

Bu məqalələrin bəziləri heyrət, bəziləri də çarəsizlik göstəricisi kimi görünən “Bioloqlar 2,3 milyard ildir təkamül etməmiş dərin dəniz kükürd bakteriyası tapdılar”, “2 milyard ildir dəyişmədən təkamül tapmacası yaradan bakteriyalar”, “Darvini gülümsədəcək 2 milyard illik sirli canlı” şəklində başlıqlarla yayımlandı.

Biz də məqaləmizdə yaradılışın sübutu olub darvinizmi isə məhv edən bu xəbəri nəzərdən keçirəcəyik.

“Washington Post”da verilən xəbərdə diqqət çəkici xüsusiyyətlərdən biri alimlərin bəzi hissələrdə dolayı cümlələrdən istifadə etsələr də “canlılığın 2 milyard ildir ki heç bir dəyişiklik keçirmədiyinin təəcüblü hal olduğu”nu ifadə etmələriydi:

kukurd-bakteri1

Eyni canlının 2,3 milyard illik, 1,8 milyard illik və bu gün yaşayan nümunələrinin müqayisəsi. Açıq şəkildə göründüyü və təkamülçülərin də etiraf etdiyi kimi, bu qalıqlar çox mühüm bir “təkamülsüzlük” nümunəsidir.

Gördüyümüz kimi, kükürd bakteriyalarının 2 milyard ildən çoxdur ki heç dəyişilməməsi “təkamül baş verməmişdir” şəklində etiraf edilir. Amma bir yandan da bu elmi həqiqət “ətraflarında dəyişiklik olmasına baxmayaraq”, “haradasa” kimi sözlər əlavə edilərək demoqoji yolla pərdələnməyə çalışılır. Hatta bəzi yerlərdə təkamülün olmaması “darvinizmə zidd deyil” kimi öz-özlüyündə çox ziddiyyətli bir şəkildə şərh edilirdi.

Dəyişikliyin olmamasının ortaya çıxardığı nəticə nədir?

Təkamül nəzəriyyəsi ayrı-ayrı növlərin kiçik dəyişikliklər keçirərək bir-birindən təkamül etdiyini iddia edir. Yəni dəyişiklik yoxdursa, deməli, canlılar hər hansı təkamül prosesindən keçməmişdir. Ümumiyyətlə, canlılıq tarixini nəzərdən keçirdiyimiz zaman eynilə digər canlı növlərinin də milyonlarla il keçməsinə baxmayaraq heç bir dəyişiklik keçirmədiyini görürük. Bu canlılar ilk ortaya çıxan örnəklərindən fərqlənmədiklərinə görə, bioloqlar tərəfindən “yaşayan fosillər” adlandırılır. Elə buna görə də bu məqalənin mövzüsü olan və bugünkü örnəkləri 2,3 milyard il əvvəlki örnəklərindən fərqlənməyən kükürd bakteriyaları kimi digər yaşayan fosillər təkamül nəzəriyyəsini məhv edən, inkarı mümkün olmayan elmi dəlillərdir.

Canlılardakı kompleks sistemlərin mərhələli inkişafla yaranması mümkün deyil

Darvinistlər yaşayan fosillər qarşısında çarəsizdirlər. Materializmin dini olan darvinizmin iddialarına görə, “təbiətin öz-özünü mərhələli şəkildə inkişaf etdirməsi” lazımdır ki, buna dair təbiətdə bir dəlil yoxdur. Növlər təkamülçülərin önə sürdükləri kimi sadədən mürəkkəbə doğru pillələrlə sıralanmır. Kompleks canlı formaları bir anda ortaya çıxır və canlılığın ilk ortaya çıxdığı Prekembridövründə, onsuz da, bu kompleks canlı formaları mövcud idi. Məsələn, ən son texnologiyalı laboratoriyalar belə fotosintez reaksiyasını gerçəkləşdirə bilmədiyi halda, sianobakteriyalar 3,5 milyard il əvvəl fotosintez edirdi. Bu mükəmməl mikroorqanizmlər atmosferin 21%-lik oksigen təminatında ən əsas halqadır. İşığın çata bilmədiyi okean dərinliklərində isə, bakteriyalar başqa bir enerji qaynağı olan kükürdü istifadə edirdi.

Bakteriyaların zəhərli kükürdü təmizləməsi nəyə görə əhəmiyyətlidir?

Dünya 4,6 milyard il əvvəl formalaşmağa başladığında Yerin atmosferi vulkanik partlayışlardan dolayı kükürd qazları ilə zəngin idi. Okeanlar əmələ gəldikdən sonra atmosferdəki kükürd qazları suda asanlıqla həll ola bildiyi üçün atmosfer bu qazlardan təmizləndi. Dənizlərdəki yüksək miqdardakı kükürd isə daha çox hidrotermal qaynaqların yaxınlığında yaşadığı bilinən və əsas enerji mənbəyi kimi hidrogen sulfiddən istifadə edən xemosintetik bakteriyalar sayəsində azaldı. Kükürd bakteriyaları kimi tanınan bu xüsusi bakteriyalar bu proseslərlə bir yandan qlükoza əldə etdikləri halda, digər yandan dənizləri təmizləyib həyat üçün əlverişli hala gətirdilər.

kukurd-bakteri2

Məqalədə bəhs olunan 2,3 milyard illik fosil ehtiva edən qayadan bir hissə. Bu və bunun kimi yüz milyonlarla fosil qalığı canlıların heç bir zaman təkamül keçirmədiyini mütləq şəkildə isbat etmişdir.

Zülal ancaq qüsursuz bir hüceyrədə yarana bilər

Kükürd bakteriyaları 3 milyard ildir, dəyişiklik keçirməyib. Hər hansı bir dəyişikliyin olmaması təkamül nəzəriyyəsinin tənəzzülü deməkdir. Təkamülçülər bu bakteriyaların necə ortaya çıxdığına dair açıqlama verməlidirlər. Tək bir hüceyrənin yaranması bir yana, onu təşkil edən sadəcə bir zülalın yaranması belə bir-biri ardınca baş vermiş təsadüflərlə izah edilə bilməz. Hər hansı hüceyrənin tək bir zülalı belə hüceyrə membranı ilə əhatə olunmuş, pH dəyəri nəzarət altında saxlanılan qapalı şəraitə ehtiyac duyur. Təbii ki, yeni sintez ediləcək zülalda amin turşularının sırası DNT-dəki kodlara görə müəyyən edilməli, bu kodlar başqa zülallar tərəfindən oxunaraq açılmalı, daha sonra amin turşuları ribosomal zülalların həssas fəaliyyəti nəticəsində birləşdirilməli, şaperon zülalları da bu zənciri üçölçülü vəziyyətə gətirməlidir. Bu şəkildə sadəcə bir zülalın sintezi üçün orta hesabla 100 fərqli zülal lazımdır. Həmçinin bu proseslərin baş verməsi üçün mitoxondri tərəfindən davamlı olaraq enerji təminatı lazımdır. Bu isə, bütün komponentləri ilə mükəmməl olan hüceyrənin varlığını zəruri edir. Yəni zülalın sintezi üçün hüceyrənin tamlığı vacib şərtdir. Bu şərt canlılığın bir anda, möcüzəvi şəkildə ortaya çıxdığını göstərir ki, bu da Allahın “Ol”  deməsiylə yaratmasının sübutudur.

Heç bir elmi dəyəri olmayan təkamülçü izahlar Yaradılış Həqiqətini pərdələyə bilməz

“Yaşayan fosillər” canlıların təkamül keçirmədiyini sübut edən açıq-aydın həqiqətlərdir. Kükürd bakteriyaları və saysız-hesabsız digər növlərə aid olan dəyişilməmiş fosil nümunələri təkamülçülərin hər cür mənasız izahlarına baxmayaraq, sonsuz güc və qüdrət sahibi Allah tərəfindən bir anda yaradıldıqlarını və yaşadıqları müddət ərzində sabit qaldıqlarını heç bir şübhə yeri qoymadan göstərən elmi dəlillərdir.

Mövzu ilə əlaqəli digər məqalələrimiz:

“Palçıqlı suda ilk hüceyrə əmələ gəlib” iddiası saxtakarlıqdır
Bakteriya DNT-sindəki möcüzə
Darvinistlərin yaşayan fosilləri ört-basdır etməyə çalışması saxtakarlıqdır
Molekulyar biologiya və həyatın mənşəyi
Həyatın Mənşəyi və Ehtimal Nəzəriyyəsi
GERÇƏK TƏBİƏT TARİXİ -I-­ (Onurğasızlardan Sürünənlərə)
“Panspermiya” fərziyyəsi nə üçün doğru deyil?
Lenski təcrübəsinin təkamülü isbat etdiyi iddiasına cavab
Təkamül nəzəriyyəsi və Entropiya qanunu
Sadələşdirilməz Komplekslik

 

Mənbə:

1. Sarah Kaplan, “The mysterious 2 billion-year-old creature that would make Darwin smile”, 4 fevral, 2015

Şərh üçün bağlıdır.

axtarış