• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

“National Geographic” Azərbaycan jurnalının daraqlı canlıların təkamülü iddiasına cavab

Daraqlılar (Ctenophora) təxminən 35 tipə ayrılmış heyvanlar aləminin bir tipini təşkil edir. Kembridən öncəki dövrdə- Prekembridə yaşamış ən qədim 3 tipdən biri sayılan daraqlılar bu adı 8 simmetrik sırada düzülmüş daraqşəkilli tükcüklərə sahib olduqlarına görə almışdır. Meduzalara bənzər görünüşə sahib sözügedən canlılar bu tükcüklər vasitəsilə suda irəliləyirlər. Daraqlıların beyinləri belə olmamasına baxmayaraq, okeanların zülmət qaranlıqlarında ecazkar işıq şouları yaratmağı bacarırlar1. İrəliləyən abzaslarda bəhs edəcəyimiz daha kompleks xüsusiyyətlərə malik bu yumşaq varlıqlar, görünür ki, təkamülçüləri çox narahat edən problem halına gəlmişdir. Belə ki, illərdir daraqlıların mənşəyini araşdıran təkamülçü zooloqlar heç bir həqiqi nəticəyə gəlib çıxmamış, nəhayət, ümidlərini uydurma hekayələrə bağlamışlar. Bu hekayələrin qısa bir xülasəsi də bir müddət öncə “National Geographic” Azərbaycan jurnalında yayımlandı.

daraqlilar1.jpg

Məşhur “Zoology” jurnalının avqust, 2014 sayında yayımlanan yuxarıdakı sxem (böyütmək üçün şəkilə kliklə) təkamülçülərin araşdırmalarından sonra gəldikləri nəticədir. “Həyat ağacı”nın qovşaqlarındakı sual işarələri diqqət çəkir. Əslində, sxemin özü bütünlüklə sual altındadır, çünki belə bir təkamül heç vaxt baş verməmişdir.

“National Geographic” Azərbaycan jurnalı fevral, 2015 sayında daraqlıların təkamülü mövzusuna müəyyən yer ayırmış və “İlk ayrılan” başlığı altında bu canlıların mənşəyini araşdırmışdır. Sözügedən məqalə yeni bir elmi xəbər imiş kimi verilsə də, əslində, 2014-cü ilin ortalarında aparılmış bir tədqiqatın şərhindən başqa bir şey deyil. Bu tədqiqat isə təkamül fərziyyəsinə dəlil olmaq bir yana qalsın, elə “National Geographic”in öz xəbər saytında və “Nature” kimi nüfuzlu jurnallarda “Daraqlılar barədə qəribə kəşflər həyat ağacını kökündən qoparır”2 və “Daraqlıların genetik müəmması”3 başlıqlarıyla yayımlanmışdı. Aparılan araşdırmalar daraqlıların təkamül nəzəriyyəsinə meydan oxuduğunu üzə çıxarmışdı.

Təkamülçülər keçmişdə daraqlıların özlərindən daha “primitiv” olan süngərlərdən başlanğıc götürdüyünə inanırdılar. Bütün “həyat ağacı” sxemləri də bu inanc əsasında qurulmuşdu. Bunun yeganə səbəbi isə, süngərlərin sinir və əzələ hüceyrələrinin olmaması, daraqlıların isə hər ikisinə sahib olmasıydı. Bu fərziyyələrinə sübut axtarmaq üçün yola çıxan təkamülçülər isə, onlar cəhətdən olduqca məyusedici nəticələrlə üz-üzə qaldılar. Çünki daraqlı genomu olduqca özünəməxsus bir quruluşa malik idi; sinir və əzələ hüceyrələrinə sahibdir, lakin təkamülçü məntiqə əsasən, genetik cəhətdən süngərlərdən daha “geridədir”. Elə bu qəribəlikləri səbəbindən də, “National Geographic” Azərbaycan jurnalının da istinad etdiyi neyrobioloq Leonid L. Moroz tədqiqatın nəticələrinin nəşr edildiyi məqalədə bu canlıları “dəniz yadelliləri” adlandırır4. Lakin daraqlıların təkamülçülərə bu dərəcədə şok təsiri bağışlamasının əsl səbəbi onların həyatın təkamül ağacıyla qətiyyən uzlaşmamalarıdır. Klemson Universitetindən genetika üzrə professor Ceffri Tomkins “Daraqlıların genomu təkamülü axsadır” başlıqlı məqaləsində bu mövzunu belə izah edir:

Pleurobrachia bachei (“Sakit Okean quşüzümü”) növündən daraqlı genomunun hər şeyi alt-üst edən hekayəsi iki hissədən ibarətdir. Birinci qəribəlik bununla xarakterizə edilir ki, hüceyrəvi sistemləri təmsil edib normalda digər heyvan genomlarında tapılan və itmiş olduğu iddia edilən genlərin eyni zamanda həm daha ibtidai, həm də daha ali olmasıdır. İkinci çıxılmaz vəziyyət yaradan ssenari isə, daha öncə heç bir heyvanda görülməmiş bioloji və biokimyəvi sistemləri təmsil edən çox sayda yeni gen tiplərinin kəşf olunmasıdır”5.

Gəlin daraqlıların mükəmməl yaradılışını daha yaxından araşdıraq və beləliklə də, bu canlıların təkamülün təsadüfi mexanizmləriylə niyə əmələ gələ bilməyəcəyinə nəzər yetirək:

Şüalı simmetriyaya malik olan daraqlıların genləri araşdırıldıqdan sonra məlum oldu ki, bu canlılar “təkamül qohumluğu” daşıdıqları digər canlılardakı bir çox genə ehtiyac duymurlar. Məsələn, araşdırmaçılar bədənin ümumi planını, yəni strukturunu müəyyən edən Hox genlərinin daraqlılarda olmadığını müəyyənləşdirdilər. Həmçinin istər sinir sistemi olmayan, istərsə də mükəmməl sinir sisteminə malik olan bütün canlılardakı əsas nizamlayıcı molekul qrupu- mikro-RNT-lər daraqlılarda yox idi. Daraqlılar sinir hüceyrələrinə malik idi, lakin rüşeym mərhələsində sinir hüceyrələrinin əmələ gəlməsini təmin edən genlərə malik deyildi6. Bu qədər genlərdən “məhrum” olmasıyla bərabər, daraqlılar hələ elm aləminə məlum olmayan, çox unikal genlərə sahib idilər. Daraqlı genomu digər canlılarla sadəcə 44%-lik bənzərlik daşıyır, bu isə elmi cəhətdən olduqca təəccüb doğuran göstəricidir7.

daraqlilar

Yenə təkamülçülərin tərtib etdiyi yuxarıdakı sxem onlar cəhətdən utancvericidir. Çünki şəkildən də göründüyü kimi, sinir və əzələ hüceyrələrinə sahib daraqlılar (Ctenophora) sinir və əzələ hüceyrələri olmayan süngərlərdən (Porifera) daha öncə ortaya çıxıblar. Bu da təkamül nəzəriyyəsinin “sadədən mürəkkəbə təkamül” iddiasını qəti şəkildə təkzib edir.

Özünəməxsusluğu xüsusilə sinir sistemində göstərən daraqlılar qarşısında çaş-baş qalmış Moroz deyir:

“Bu, paradoksdur. Bunlar kompleks sinir sisteminə malik canlılardır, lakin təməldə tamamilə fərqli bir kimyəvi dildən istifadə edirlər”8.

Həqiqətdə isə, ortada heç bir paradoks yoxdur. Daraqlılar sırf təkamülçü ön-mühakimələrlə qurulmuş həyat ağacıyla uzlaşmadığı üçün təkamülçülərə şok təsiri bağışlamışdır. Elə bu şokun təsirindən də, təkamülçülər dərhal yeni elmi kəşfləri doqmatik şəkildə pərdələmiş və belə bir şərh vermişlər: “Daraqlılar ilk öncə təsadüfən kompleks genlərə sahib olublar, daha sonra isə naməlum bir səbəbdən bu genləri itiriblər. Sonra təsadüfi proseslərlə çox daha unikal və fərqli genlər qazanıblar”9. Bu, təbii ki, çox məntiqsiz bir açıqlamadır. Dr. Tomkins bu təkamülçü izahın niyə məntiqsiz olduğunu bu cür izah edir:

“Təkamülün təsadüfi və şüursuz təbii prosesləri niyə və necə tam funksional kompleks hüceyrəvi sistemləri… aradan qaldırıb onları tamamilə fərqli bir şeylə əvəz etsin ki?”10

Bəzən təkamülçülər özləri də ört-bas etməyə çalışdıqları bu həqiqət qarşısındakı acizliklərini “elmi dillə” ifadə edirlər. “Nature” jurnalının köşə yazarlarından biri “Daraqlı sinirləri barədə həyəcan siqnalı” başlıqlı məqaləsində yazır:

Bu canlıların kompleks sinir sistemlərinin inkişafı və təkamülü bir müddətliyinə tapmaca kimi qalacaqdır. Əgər daraqlı canlıların ağacın (həyat ağacının) özülündə olmadığı və heyvan neyronlarının həqiqətdə sadəcə bir dəfə əmələ gəldiyi üzə çıxsa, birisi daraqlı sinir sisteminin əsasını təşkil edən molekulyar biologiyanın niyə digər heyvanlardakından çox daha fərqli olduğunu izah etməli olacaq”11.

NƏTİCƏ

daraqlilar2

Şəkildə ABŞ, Yuta ştatından tapılmış və Kembri dövrünə aid 525 milyon illik daraqlı fosili görünür (seriya no: SY4226). Daraqlılar da bu günə qədər tapılmış 600 milyondan çox fosil kimi heç bir dəyişikliyə uğramamışdırlar.

Göründüyü kimi, gerçək vəziyyət heç də “National Geographic” Azərbaycanın yaratmaq istədiyi mənzərəyə bənzəmir. Daraqlı canlılar, həqiqətən də, təkamülçülərin uydurma həyat ağacını kökündən qoparmışdır və bu qopuqluq yeni elmi kəşflərlə elm gündəmini daha çox sarsmağa davam edir. Təkamülçülər isə, öz inanclarının əksinə də olsa, məğlubiyyətlərini dilə gətirməyə məcbur qalırlar.

Daraqlıların heç bir əcdadları olmadan yarandıqlarını, aradan keçən yarım milyard ildən uzun müddət ərzində də dəyişmədiyini sübut edən ən əsaslı dəlillər isə, təbii ki, paleontologiyadan gəlir. Tamamilə yumşaq toxumalardan ibarət bu canlıların fosilləşmə ehtimalı çox az olsa da, yenə də onlarla daraqlı fosili tapılıb çıxarılmışdır.  İlk dəfə daraqlı canlıya aid fosil Qərbi Almaniyanın Hunsrük formasiyasından tapılmışdır. Trilobitlərlə yanaşı tapılmış bu 410 milyon illik daraqlının kaşifləri Stenli və Örmer “bizim bu kəşfimiz daraqlıların təməl bədən tərtiblərinin çox cüzi dəyişdiyini göstərir”,- deyə “Science News”a bildirmişlər12. Əslində müasir formalarından heç bir fərqi olmayan daraqlılar təkamülün baş vermədiyinə, gerçək olmadığına dair ən əsaslı dəlillərdəndir.

Zoologiyaya dair məşhur bir əsərin yazıçıları olan üç təkamülçü zooloq isə: “Bağırsaqboşluqluların (meduzalar, mərcanlar və d.) və daraqlıların mənşəyi naməlumdur…”- deyərək məsələni bu cür xülasə edirlər13.

Ümumilikdə isə, yer üzündə “bəsit” sayıla biləcək heç bir canlı yoxdur. Hətta “ən sadə” kimi görünən bakteriyalar belə, molekulyar səviyyədə olduqca kompleks, mütəşəkkil canlılardır14. Kompleks orqanizmlərin özlərindən daha sadə canlılardan təkamüllə törədiyi inancına ən ağır zərbəni vuran və bu səbəbdən də, “Kembri partlayışı” adlanan hadisə isə bu mövzunu birbaşa həll edir. İndiyə qədər yaşamış və hal-hazırda da yaşayan canlıların hamısı yer üzündə heç bir əcdadları olmadan, ani surətdə üzə çıxmışlar, yəni yaradılmışdırlar. “National Geographic” Azərbaycan jurnalı da bu bariz həqiqəti görməzdən gəlməməli və birtərəfli təkamül propaqandasına stop deməlidir.

Digər əlaqədar məqalələrimiz:

“National Geographic” Azərbaycan jurnalının “daş dövrü pəhrizi” iddialarına cavab

Gerçək Təbiət Tarixi -I- (Onurğasızlardan Sürünənlərə)

Molekulyar Biologiya və Həyatın Mənşəyi

Molekulyar Təkamül Müəmması

 

Mənbələr:

1. Bioluminescent Jellyfish, by Vince Patton, youtube.com
2. Carl Zimmer, “Strange Findings on Comb Jellies Uproot Animal Family Tree”, National Geographic News, May 21, 2014
3. Ewen Callaway, “Jelly genome mystery”, Nature, 509 (7501): 411
4. Lauran Neergaard, “Scientists in flip-flops watch ‘aliens of the sea’ regrow lost tissue, seeking clues to genetics and spinal cord regeneration”, The Associated Press, April 28, 2014 
5. Jeffrey Tomkins, Ph.D., “Comb Jelly Genome Gums Up Evolution”, ICR, June 11, 2014
6. Elizabeth Mitchell, Dr., “Comb Jelly Genome Mystery Generates Confusion”, AiG, May 29, 2014
7. Jeffrey Tomkins, Ph.D., “Comb Jelly Genome Gums Up Evolution”, ICR, June 11, 2014
8. www.nature.com/nature/journal/vaop/ncurrent/full/nature13400.html
9. Andreas Hejnol, “Excitation over jelly nerves,” Nature (2014), doi:10.1038/nature13340
10. Jeffrey Tomkins, Ph.D., “Comb Jelly Genome Gums Up Evolution”, ICR, June 11, 2014
11. Andreas Hejnol, “Excitation over jelly nerves,” Nature (2014), doi:10.1038/nature13340
12. Science News, Vol. 124, July 9, 1983
13. Integrated Principles of Zoology, WCB Publishers, 1997, p. 275 / Hickman, Roberts, and Larson, Zoology, W.C. Brown, 1997
14. Michael Denton. Evolution: A Theory in Crisis, London: Burnett Books, 1985, səh. 290-291

Şərh üçün bağlıdır.

axtarış