• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Prjevalski atı “primitiv” at cinsi deyil

Bu məqalə yaradılışçı yazar Rebeka L.Holt tərəfindən qələmə alınmış araşdırmadan ixtisarla tərcümə olunmuşdur.

_________________________

“Molekuldan–madyana” təkamül Darvinin bədnam at seriyasının nominal dəyərindən daha da uzağa gedərək atçılıq sahəsinədək sirayət edir. Atın xəyali təkamülündən bir sapı dartın və beləliklə, müasir at aləminə inteqrasiya edib qəbul edilən əfsanələrdən diqqətlə toxunmuş bu bəzəkli parça əlinizdə söküləcək.

Prjevalski və təkamül təbliğatı

Prjevalski atı (Asiya vəhşi atı və ya “tax” kimi də tanınır) vətəni Monqolustan olan güclü, ekzotik at cinsidir və mühafizə səyləri nəticəsində nəsli kəsilməkdən qorunmuşdur. Prjevalski atının tarixinin böyük hissəsi elmə məlum deyil, buna görə də bu tarixə aid fərziyyələrə zəmin yaratmış olur. Beynəlxalq At Muzeyinə (International Museum of the Horse) əsasən, bu atlar keçən əsr rus səyyahı, tədqiqatçı Nikolay Prjevalski (şəkildə) tərəfindən kəşf edilmişlər.1 Amma yenə də, Prjevalski atlarından tez-tez “bugünkü at irqlərinin kökü” olan primitiv üçlüyün yeganə sağ qalan nümayəndəsi kimi bəhs edilir. BAM-in rəsmi saytı iddia edir ki, bu cins “hazırda yaşayan ən qədim atdır” və “bugünkü bütün cinslərin bilavasitə və ya ikinci dərəcəli əcdadıdır”.

Müxtəlif media mənbələrində Prjevalski atlarının yeganə həqiqi vəhşi at cinsi olduğu deyilir:

“Prjevalski atı (Monqolustanda tax) dünyadakı yeganə sağ qalmış həqiqi yabanı atdır, amma mustanq atı kimi əvvəlcə əhliləşib sonra yabanı həyata keçmiş cinslərlə qarışıq salınmamalıdır. Tax əhliləşmiş atın təbiət tarixi boyunca dözümlü qalmış yeganə yabanı qohumudur”.2

Təbiətin və Ətraf Mühitin Mühafizəsi üzrə Monqolustan Assosiasiyasının prezidenti C.Tserendeleqdən sitat gətirən Amerika Təbiət Tarixi Muzeyinin veb-saytında yazılır:

“Taxlar yer üzündə yaşayan yeganə sağ qalmış yabanı atdırlar”.3

Atlarla əlaqədar ensiklopediyalar, həmçinin Prjevalski atının “primitiv” fiziki xüsusiyyətlərə sahib olduğunu yazır. Bu cinsin “əmtəə nişanı” olan bozumtul rənglər – bel boyunca uzanan tünd zolaq və ayaqlardakı izlər “tipik primitiv”4 xüsusiyyətlər kimi, kobud, dik boyun tükləri isə “diqqətə dəyər primitiv”5 xüsusiyyət kimi şərh edilir.

“Tarixi və primitiv” iddialarının mənbəyi

Bu “primitiv” iddialarını dərindən araşdırdığımız zaman, Prjevalski atı haqqındakı “əcdad mirası” düşüncələrinin Avropanın qayalıq bölgələrindəki mağara rəsmləri, oymalar və əl işlərinə əsaslandığını görərik. Misal üçün, BAM Fransada yerləşən Lasko mağarasındakı rəsmlərin modern Prjevalski atını əks etdirdiyi fikrini müdafiə edir.

“Modern Prjevalski atı Fransanın Lasko mağarasındakı rəsmlərdə əks olunmuş canlıları xatırladır”.6

Bu kəşflər e.ə. 20.000–9.000 il öncəsinə aid edilir, lakin bəzi alimlər bu rəsmləri 30.000 illik hesab edirlər.7

Qədim Prjevalski atı rəsmlərinin yaşının təyin edilməsindəki problemlər

Təkamülçülər modern atlara tarix qoyarkən mağaralardakı rəsmlərə bel bağlayırlar. Lasko mağarasının internet saytında rəsmlərə necə tarix qoyulduğu haqda yazılır:

“Keçən onilliklərdə aparılan araşdırmalar Laskonun ikonoqrafiyasını Madlen mədəniyyətinə – bundan 17.000 il öncəsinə aid edir. Halbuki müəyyən simvollar – həm tematik, həm qrafik olmaqla – belə göstərir ki, bəzi fiqurlar daha müasirdir. Bu müasirlik karbon-14 sınağı ilə də təsdiqlənir (təxminən 15.000 illik)”.8

Prjevalski atı sadəcə bir nəfərin çəkdiyi at rəsmi deyil

Burası doğrudur ki, mağaradakı rəsmlər Prjevalski atı kimi dolu, bozumtul rəngli poniləri xatırladır. Amma yenə də burada bir spektr müxtəlifliyində – boz, qara, sarı, qırmızı, qəhvəyi, ləkəli, xallı və s. çox miqdarda digər at rəsmləri də mövcuddur, hətta bəziləri eyni mağarada çəkilib! Bir çox gözəl qaya rəsmləri atları incə zövqlə, müasir cins minik atı və ərəb atına oxşar təsvir edib. Buz Dövrü incəsənətindən bəhs edən bir saytda qayalara yonulmuş at rəsmlərindən biri haqda belə deyilir:

“Doğrusu budur ki, bu, həqiqi Buz Dövrü atlarını təsvir edən rəsm deyil, hansı ki, onlar dolu, poniyə bənzəyən canlılar idilər. Bunun əksinə, rəsm təbiilik və reallıqdan olduqca uzaq formatda çəkilmişdir. Bu rəsmdə atın hərəkətini, sürətini mükəmməl şəkildə ifadə edən zolaqlar da təsvir edilmişdir”.9

Atlar müxtəlif ölçülərdə və fərqli hərəkət formalarında təsvir ediliblər, həmçinin mağara rəssamları üçün həmişə diqqət mərkəzində olan bir mövzu olublar. Mağara divarlarında təsvir olunmuş at rəsmlərinin fərqliliyi bu şəkillərin təsvir edildiyi dövrdəki atların müxtəlifliyini və məharətli, 100% insan sənətkarlığını əks etdirir.

Primitiv fenotip

Prjevalski atının primitiv olduğu iddiası onun ilk baxışda xarakteristik yabanı görünüşünə əsaslanır. Bu atlar sadəcə əhliləşmiş daha zərif və incə at cinslərinin əksinə, daha güclü və qaba görünürlər.

Prjevalski atının dik, cod boyun tükləri, kəkilinin olmaması və bozumtul-qəhvəyi rənglərə sahib olması haqqında çox hay-küy salınır.10 Halbuki bu xarakteristikalar qədim əcdad xüsusiyyətləri sayıla bilməz. Bunun əvəzinə, axıcı boyun tüklərinə, kəkilə sahib olan Prjevalski atları və rənglərin genetik xarakteristikası nəzərə alındıqda, bunların itmiş genetik variasiya olduqları üzə çıxır.11

“Məhdudlaşmış populyasiyanın tarixindəki genetik dreyf və butulka boğazı effekti (müxtəlif təsirlərdən populyasiyanın kəskin azalması – red.) ilkin fərdlərdə özünü göstərən genetik müxtəlifliyin bir hissəsinin itməsinə gətirib çıxarmışdır”.12

Dik boyun tükləri

Prjevalski atı cinsinin dik boyun tükləri olduqca cəlbedicidir. Halbuki bu cinslərin heç də bütün nümayəndələri dik tüklərə malik deyil. Bir sıra fotoşəkillər göstərir ki, bəzi Prjevalski atları “yabanı at”dan daha çox “ev atı”nı xatırladacaq şəkildə boynun üzərindən axan tüklərə malikdir.

Kəkilin olmaması

Həmçinin Prjevalski atının kəkilinin olmaması fikri də müzakirəyə açıq mövzudur. Kəkillər atlarda boyun tüklərinin alına tərəf uzanmasından əmələ gəlir. Kəkil saçların bitdiyi yerdən uzanır, atın qulaqlarının arxa tərəfini və kəllənin üst hissəsini örtür. Prjevalski atı şəkillərinə baxdığımız zaman bunların da “əhliləşmiş atlar” kimi eyni saç bitişi cizgisinə malik olduqlarını görərik. Bununla belə, bu atlarda kəkil tükləri uzanmır.

Primitiv rənglər

Prjevalski atının rəmzi olan bozumtul-qəhvəyi rənglər qədim və tarixi rənglər kimi qeyd edilir. Hətta bozumtul rəngli atlar üçün xarakteristik olan arxa zolaq və ayaq ləkələrindən “tarpan və Asiya vəhşi atı (Prjevalski) kimi erkən atkimilərdə rast gəlinən primitiv, xarakteristik əcdad xüsusiyyətləri” kimi bəhs edilir.

Çarlz Darvin bozumtul rəngi atlar üçün primitiv rəng kimi göstərmişdi:

“… Bununla belə, bir çox at cinsləri arasında rənglərin ümumi paylanmasında, xallarda və bəzən xarici görünüşlərində, xüsusilə ayaq zolaqları və iki-üç çiyin zolaqlarında bozumtul rənglərdəki bənzərliklər birlikdə nəzərə alındıqda, bütün yaşayan cinslərin bugünkü atlarda az rast gəlinən bozumtul rəngli, az və ya çox zolaqlı, primitiv bir cinsdən törəməsi ehtimalı vardır”.13

Halbuki tük piqmentasiyası və dəri rəngi genetikası sahəsində aparılan elmi araşdırmalar “qədim bozumtul rəng” məfhumunu qüvvədən qaldırır. Atkimilərin tük piqmentasiyası araşdırması tamamilə heyranedicidir və bir Yaradıcı Allahın ağlını və dizaynını göstərir. At tükü daxilində mikroskopik piqment dənəcikləri vardır ki, bunlar melanin piqmenti ehtiva edir (bu piqment iki formada – feomelanin (sarı/qırmızı) və eumelanin (qara) şəklində özünü göstərir). Bu piqment dənəcikləri şəffaf tük daxilində sapa düzülmüş incilər kimi nizama salınıb. Bu piqment ardıcıllığından əks olunan şüalar insan gözündə bizim gördüyümüz rəng tonunu əmələ gətirir. Hər tük dənəciyindən əmələ gələn ümumi piqmentasiya tünd rəngi təmin edir, zəif piqmentasiya isə daha açıq rəng əks etdirəcək.

   

Tük piqmenti dənəciklərinin mikroskopik fotoşəkli

  1. “Bakskin” bozumtulu
  2. Siçan bozumtul rəngi
  3. Suiti qəhvəyi rəngi
  1. Palomino rəngi
  2. Qırmızımtıl-qəhvəyi at
  3. Qara

Baxmayaraq ki, bozumtul rənglənməni molekulyar səviyyədə başa düşmək hələ çox kəşflər tələb edir, at genetikləri inanırlar ki, bozumtul rəngdən məsul olan gen digər rəngləri də dəyişdirir və ya açıqlaşdırır.14 Bu cür bir genetik əlaqə sarı-qəhvəyi rəngin düzgün formulunu əmələ gətirə bilmək üçün bir çox genin birlikdə işlədiyini göstərir. Təkamül nəzəriyyəsinə əsasən, biz “heç kəsdən asılı olmayan” və kompleks genlər seriyası tərəfindən dəyişdirilə bilməyən “primitiv” bir rəng gözləməliyik.

Xülasə

Prjevalski atları haqqındakı təkamülçü mülahizələr sırf təkamülçülərin “tarixi” əyani vəsait ehtiyacını “ödəmək” üçün yarayan xətalı insan uydurmalarına görə var. Təfərrüatlı araşdırıldığı vaxt, əslində, Prjevalski atları haqqında deyilənlər boş və çox vaxt təzadlıdır.

“Hazırkı genetik məlumatlar göstərir ki, Prjevalski atı müasir atlarla olduqca çox oxşar yönlərə sahib olduğuna görə primitiv sayıla bilməz”.15

 

İqtibaslar:

  1. The International Museum of the Horse, The Legacy of the Horse: A Chronological History of Humans and Their Relationship with Horses, chap. 1A, <http://www.imh.org/imh/kyhpl1a.html#xtocid2243612> December 18, 2006 
  2. Foundation for the Preservation and Protection of the Przewalski Horse <http://www.treemail.nl/takh/horse/index.htm > December 18, 2006
  3. The AmericanMuseum ofNatural History-BioBulletin, http://biobulletin.amnh.org/D/2/1/ ,January 1, 2007
  4. Pikeral, Tamsin, The Encyclopedia of Horses & Ponies, Parrogon Publishing,Bath,UK, 1999, p. 165
  5. Edwards, Elwyn Hartley, The Encyclopedia of the Horse, Dorling Kindersley Publishing, Inc.,New York,NY, 1994, p. 19
  6. The International Museum of the Horse, The Legacy of the Horse: A Chronological History of Humans and Their Relationship with Horses, chapter 1A, <http://www.imh.org/imh/kyhpl1a.html#xtocid2243612> December 18, 2006
  7. San Diego Zoo’s Animal Bytes: Przewalski’s Horse <http://sandiegozoo.org/animalbytes/t-przewalski_horse.html>December 18, 2006
  8. Lascaux: Discover
    <http://www.culture.gouv.fr/culture/arcnat/lascaux/en/f-dec.htm?&ba=f-visite.htm?+contenu=f-da.htm>; December 18, 2006
  9. <http://www.amnh.org/exhibitions/expeditions/treasure_fossil/Treasures/Ice_Age_Art/iceage.html?cults.>February 11, 2006
  10. Edwards, E., Ultimate Horse, Dorling Kindersley Publishing, Inc., New York, New York, p. 29, 2002
  11. Bu gün müşahidə etdiyimiz Prjevalski atları məhdudlaşmış seleksiyanın məhsullarıdır. Təxminən 1200 Prjevalski atından ibarət cari populyasiyanın əcdadları sadəcə on iki atdır. Mühafizəkarlar bölüşürlər ki, bu cinsi qoruyub-saxlamaqda hazırkı hədəni genetik homologiya təşkil edir; Wakefield, Simon, et. al, “Status and Action Plan for the Przewalski’s Horse (Equus ferus przewalskii),” p. 89
  12. Bu gün müşahidə etdiyimiz Prjevalski atları məhdudlaşmış seleksiyanın məhsullarıdır. Təxminən 1200 Prjevalski atından ibarət cari populyasiyanın əcdadları sadəcə on iki atdır. Mühafizəkarlar bölüşürlər ki, bu cinsi qoruyub-saxlamaqda hazırkı hədəni genetik homologiya təşkil edir; Wakefield, Simon, et. al, “Status and Action Plan for the Przewalski’s Horse (Equus ferus przewalskii),” p. 89
  13. Darwin, C. The Variation of Animals and Plants Under Domestication V1, Classic Literature Library,<http://charles-darwin.classic-literature.co.uk/variation-of-animals-and-plants-under-domestication-v1/>, p. 41, December 18, 2006
  14. Bowling, Ann T., Ph.D., “Coat Color Genetics” Veterinary Genetics Laboratory, School of Veterinary Medicine, University of California, Davis <http://www.vgl.ucdavis.edu/~lvmillon/coatcolor/coatclr3.html#gened> January 1, 2007
  15. Historical Museum Specimens, Ancient DNA Studies, and the Origin of Przewalski’s Horses <http://cres.sandiegozoo.org/projects/sp_przewalski_dna.html> December 18, 2006

Şərh üçün bağlıdır.

axtarış