• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Yalçın İslamzadənin ““Təkamül: istifadə rəhbəri” kitabı nədən bəhs edir?” məqaləsinə cavab

Ötən günlərdə yazıçı Yalçın İslamzadə məşhur təkamülçü bioloq Fransisko Ayalanın təkamül nəzəriyyəsinə dair kitabı haqda şərhlərinin yer aldığı bir məqaləsini yayımladı. “Azadlıq Radiosu”nun rəsmi saytında yayımlanmış məqalədə bir çox ziddiyyət və xətalara yol verilmişdir. Bu cavab məqaləmizdə də sözügedən xətalı məqamlara aydınlıq gətirəcəyik.

Mövzuya girməmişdən öncə vurğulamaq mütləqdir ki, Fransisko X. Ayala, onsuz da, bütün karyerasını təkamül nəzəriyyəsinin qatı müdafiəçiliyinə həsr etmiş bir isimdir. Yalçın İslamzadə bunun əvəzinə Conatan Uells, Filip Conson, Maykl Denton, Pol Nelson kimi yaradılışçı elm adamlarının əsərlərini tədqiq edib şərh etməli olsaydı, əlbəttə ki, eyni nəticələrə gələ bilməyəcəkdi. Öz təkamülçü dünyagörüşü ilə üst-üstə düşən bu kitabı Yalçın İslamzadənin həyəcanla təqdim etməsi isə olduqca təbiidir. Lakin bu bilinməlidir ki, süquta uğramaqda və elm dünyasından getdikcə daha çox müxalif qazanmaqda olan təkamül

Yalçın İslamzadənin təkamüldən danışarkən istinad etdiyi bioloq Fransisko Xose Ayala, onsuz da, bütün karyerasını təkamül fərziyyəsinə həsr etmiş qatı bir darvinistdir. Bu gün yaradılışı müdafiə edən və darvinizmi yerləbir edən yüzlərlə alimin nəşr olunan elmi əsərlərini gözardı etmək olmaz.

Yalçın İslamzadənin təkamüldən danışarkən istinad etdiyi bioloq Fransisko Xose Ayala, onsuz da, bütün karyerasını təkamül fərziyyəsinə həsr etmiş qatı bir darvinistdir. Bu gün yaradılışı müdafiə edən və darvinizmi yerləbir edən yüzlərlə alimin nəşr olunan elmi əsərlərini gözardı etmək olmaz.

nəzəriyyəsini ayaqüstə saxlaya bilmək üçün qələmə alınmış bu və bu kimi kitab və məqalələr hər cür elmi bünövrədən məhrum olan nəzəriyyəni xilas etməyə kifayət etməyəcəkdir.

Elə elmi dəlillərin əksikliyindən ötrüdür ki, Yalçın İslamzadə də təkamül nəzəriyyəsi üçün ən qaranlıq olan sualları cavablandırmağa heç cəhd də göstərməmişdir. Yalçın İslamzadə əgər təkamül nəzəriyyəsi naminə nəsə etmək istəyirsə, ilk canlı hüceyrənin necə əmələ gəldiyini məntiqli yolla izah etməli, yaxud da təkamülçülərin ən əsas tələbatı olan “keçid formalar”a bircə nümunə göstərməli idi. Həmin məqalədə bu mövzulara ümumiyyətlə girilməməsi  təkamül fərziyyəsinin elm qarşısında düşdüyü acizlikdən xəbər verir. Bu başlıca suallar cavabsız qoyulduqdan sonra artıq təfərrüata girməyin və mövzunu yayındırmağın da heç bir mənası yoxdur.

Y. İslamzadənin yazısını gözdən keçirdiyimiz zaman Yaradılışın sadəcə bir inanc, təkamül fərziyyəsinin isə “elm” kimi göstərildiyini müşahidə edirik. Halbuki oxuculara təqdim edilən bu tablo, əslində, tamamilə tərs durur. Genetika, astronomiya, paleontologiya, fizika, mikrobiologiya, anatomiya, psixologiya kimi müxtəlif elm sahələrində aparılan ən son elmi araşdırmalar yaradılışdan və bir Yaradıcının mütləq varlığından xəbər verir. Elə tarix boyunca yaşamış ən qabaqcıl elm adamlarının – Eynşteyn, Qaliley, Nyuton, İ. Kepler, Q. Mendel, B. Paskal, Maks Plank, Nikola Tesla kimi dühaların və adlarını sadalamadığımız daha yüzlərlə elm adamının yekdilliklə bir Yaradıcıya inanmış olmaları da bu qaçınılmaz həqiqəti bir daha təsdiqləməkdədir. Ağlın yolu birdir- vicdanlı və səmimi düşünən hər kəs yaşadığımız möhtəşəm kainatın və şahid olduğumuz qüsursuz yaradılışın bir Yaradıcısı olduğunu, bu hər addımda qarşımıza çıxan böyük nizamın ondan daha böyük bir nizamlayıcısı olduğunu dərhal görüb qəbul edəcəkdir. Lakin bütün elmi həqiqətlərə baxmayaraq, kor-koranə və doqmatik şəkildə müdafiə olunan bir inanc varsa, o da təkamül nəzəriyyəsidir. Materializmə olan “a priori”, yəni “öncədən qəbul olunmuş bir ehkam” kimi bağlılıq üzündən bu gün bir çox elm adamı təkamül nəzəriyyəsindən qurtula bilmir. Özü də dövrümüzün ən məşhur təkamülçü bioloqlarından olan Riçard Levontin materializmə qarşı duyulan bu doqmatik bağlılığı belə etiraf edir:

…Bizim materializmə bir bağlılığımız var, “a priori” (əvvəldən qəbul edilmiş, doğru fərz edilmiş) bir inancdır bu. Bizi dünyaya materialist izahlar verməyə nə cürsə vadar edən şey elmi metodlar və qaydalar deyildir. Əksinə, materializmə olan “a priori” bağlılığımız bizi materialist izahlar törədən araşdırma üsulları və bir sıra anlayışlar yaratmağa məcbur edir… Həm də ki, materializm mütləq doğru olduğuna görə, İlahi açıqlamanın səhnəyə çıxmasına icazə verə bilmərik”.1

Göründüyü kimi, materializmə, bu minvalla da, darvinizmə olan bağlılıq və sədaqətin yolu “elm”dən yox, doqmatik inanclardan keçir. Təkamülə inanmaq üçün çox güclü imana ehtiyac vardır. Bu iman isə, təsadüf bütünün yaradıcı gücünə sitayiş etməyi insandan tələb edir.

Bu həqiqətləri gözardı edən müəllif isə yazısının davamında bu sözlərə yer verir:

“Əslində, xüsusilə molekulyar biologiya, genetik araşdırmalar və təkamülçü psixologiya sahəsindəki tədqiqatlar, getdikcə artan sayda fosil tapıntıları, minlərlə alim və yaxşı təchiz olunmuş laboratoriyalar, qabaqcıl universitetlərin özəl sektor və dövlət tərəfindən dəstəklənən araşdırmaları Təkamül nəzəriyyəsinin doğruluğu əhəmiyyətli dərəcədə isbat edilmiş nəzəriyyə olduğunu göstərir”.

huceyre

Bir hüceyrə yalnız nüvəsi, xromosomları, mitoxondriləri, lizosomları, ribosomları, sentriolları, Holci aparatı, endoplazmatik şəbəkəsi kimi onlarla orqanoidi ilə birlikdə mövcud ola bilər. Darvinin dövründə “içi su ilə dolu qovuqcuq” zənn edilən hüceyrə, bu gün elm adamlarını heyrətləndirən xüsusiyyətlərilə araşdırılmağa davam edir. Bir hüceyrənin təsadüfən əmələ gəlməsi qeyri-mümkündür.

Yaxşı, bəs həqiqətən də mi Yalçın İslamzadənin sadaladığı bütün bu amillər təkamül nəzəriyyəsinin “əhəmiyyətli dərəcədə isbat edilməsi”nə yol açmışdır? Əsla. Nə ən kiçik canlı orqanizmin mövcudluğu üçün 250 fərqli zülala ehtiyac olduğunu və bunların birinin belə təsadüfən yaranma ehtimalının “0”-a bərabər olduğunu deyən molekulyar biologiya2, nə də tək bir insan hüceyrəsinin 3,2 milyard hərfdən ibarət (bu, hər biri 500 səhifədən ibarət 1.800 cildlik kitaba bərabər məlumatdır) genetik informasiya saxladığını açıqlayan genetik araşdırmalar təkamül nəzəriyyəsini təsdiqləmir, əksinə, bütünlüklə təkzib edir. Y. İslamzadənin “təkamülçü psixologiya” deyə qeyd etdiyi sahə isə, tamamilə xəyali bir elm sahəsi, daha dəqiq desək, psevdoelmdir.

“Təkamül psixologiyası” adlanan bu sahə təkamülçülərin insanın davranış şəkillərini təkamülün bir nəticəsi kimi göstərmək üçün icad etdikləri bir sahədir. Belə ki, icad edildiyi dövrdən bəridir bir çox elm adamı tərəfindən sərt tənqidlə qarşılanmış təkamül psixologiyası heç bir konkret və obyektiv dəlilə əsaslanmır.

Çikaqo Universitetindən Cerri A. Koyn özü təkamülçü olmasına baxmayaraq, təkamül psixologiyasının əsasını təşkil edən “hər şeyi izah etmə” iddiasını “təkəbbür ehtirası” olaraq təsvir etmiş, “Təkamül psixologiyasının sehirli nağılları” başlıqlı yazısında belə demişdir:

“Problem burasındadır ki, təkamül psixologiyası meqalomaniyanın (təkəbbür ehtirasının) elmi qarşılığından əziyyət çəkir. Təkamül psixologiyası tərəfdarlarının çoxu depressiya, homoseksuallıq, din və şüur da daxil olmaqla, hər insan hərəkətinin və ya hissinin beyinlərimizə təbii seçmə ilə yerləşdiyinə qənaət gətirdilər”.3

Prof. Koynun da sözlərindən görünür ki, insanın hər davranış şəklini təkamüllə əlaqələndirmək təkamülçü nağıldan başqa bir şey deyildir. Şeffild Universitetindən davranış ekoloqu Tim Berkhed isə təkamül psixologiyası haqqındakı bir araşdırma üçün etdiyi tənqidində belə deyir:

“Çox cəhd göstərməyə də ehtiyac qalmadan, təkamül psixologiyası həqiqi elm olmaq əvəzinə, nəzəri əyləncə kimi qalacaq”.4

Təkamül fərziyyəsi başlı-başına əsassız və çürük fərziyyə olduğu üçün təkamülçülərin öz fantaziyalarını işə salaraq iddialarını elmin hər sahəsinə yeritməyə çalışmaları, sözün əsil mənasında, elmi cinayətdir. Buna görə də təkamül psixologiyası kimi saxta elm sahələrinə ciddi yanaşmaq olmaz.

Y. İslamzadə daha sonra cəsarətli bir addım ataraq “getdikcə artan sayda fosil tapıntıları təkamül nəzəriyyəsini təsdiqləyir” şəklində çıxış etmişdir. Belə görünür ki, Yalçın İslamzadə darvinizmi təkzib edən nə dəlil varsa, hamısını ard-arda düzərək təkamülə sübut kimi göstərmək istəyir. Lakin sosial şəbəkələrin bu qədər geniş kütləyə müraciət etdiyi bu dövrdə belə bir iddia ilə çıxış etmək olduqca gülüncdür. Xalqımızın hər hansı fərdi fosillər haqqında internetdə azacıq araşdırma apardığı təqdirdə, fosillərin təkamül nəzəriyyəsini tarixə basdırmış dəlillər olduğunu dərhal görəcəkdir. Xüsusilə, Təkamülçülərə Cavab, Fosil Muzeyi, Paleontologiya.az, Biologiya.az, Darvinizm.com, Təkamül Saxtakarlıqları kimi daha onlarla sayta daxil olan hər kəs darvinizmi təkzib edən digər yüzlərlə konkret dəlillə birlikdə yaşayan fosillərin də təkamül nəzəriyyəsini necə əbədi süquta uğratdığının şahidi olacaqdır. Bu günə kimi Yer üzündən 600 milyona qədər fosil çıxarılmışdır və bunların bir dənəsi belə təkamül nəzəriyyəsini dəstəkləyən mahiyyətdə deyildir. Bu fosillərin hamısı qüsursuz, tam formalı canlılara aiddir və hamısı yer üzündə bir anda, heç bir əcdadları olmadan ortaya çıxmışdır. Görəsən, fosillərdən fəxrlə danışan Yalçın İslamzadə özü təkamül nəzəriyyəsini dəstəkləyən tək bir keçid fosili göstərə bilərmi?

ceyirtke

Fosillər daima təkamülçüləri çıxılmaz vəziyyətdə qoymuşdur. Yer üzündə ilk dəfə ortaya çıxdıqlarından bəri heç bir dəyişiklik göstərməyən fosillər təkamül nəzəriyyəsini süquta uğradan ən əsas dəlillərdir. Şəkildə Braziliya, Krato formasiyasından tapılmış 125 milyon illik çəyirtkə fosili və bu gün yaşayan çəyirtkə görünür. Aralarında heç bir fərq yoxdur.

“Qabaqcıl universitetlərdən minlərlə alim”in təkamül nəzəriyyəsini dəstəkləməsi isə bir meyar sayıla bilməz. Çünki bir zamanlar geosentrik kainat modeli, yəni Günəşin və digər göy cisimlərinin Yer kürəsi ətrafında fırlanması necə bütün “elm adamları” tərəfindən qəbul edilmişsə və yaxud elə keçən əsrə qədər kainatın sonsuz olduğu necə qəbul edilmişsə, bu gün də təkamül nəzəriyyəsi ənənəvi surətdə qəbul edilir. Lakin bu ənənənin tərk edilməsinə və yerini Ağıllı Dizayn nəzəriyyəsinə verməsinə çox az qalmışdır. Bu gün təkamülçülüyü dəstəkləyən alimlər ya materializmə bağlılıq üzündən, ya da işlərindən qovulmamaq üçün məcburi dəstəkləyirlər. Lakin bu o demək deyil ki, yaradılışa inanıb yaradılışçılığı müdafiə edən alim yoxdur. Bu gün yaradılış nəzəriyyəsini açıq-aşkar konfranslar, sərgilər, muzeylər yoluyla təsdiq və təbliğ edən akademik, professor və doktorlar olduğu kimi, dünyanın ən nüfuzlu universitet və araşdırma mərkəzlərindən fəlsəfə doktoru dərəcəsini almış minlərlə alim həyatın təkamülçü prinsiplərlə yarana bilməyəcəyi nəticəsində qərar tuturlar.5

Bütün bu incələdiklərimiz darvinizmin heç bir əsaslı və məntiqli dəlilə söykənmədiyini, sadəcə ideoloji olaraq qəbul edildiyini göstərir. Yalçın İslamzadənin səthi informasiya verib konkret dəlillərə yer verməməsinin səbəbi də məhz budur.

Məqalənin irəliləyən abzaslarında isə, F. Ayalanın “Təkamül: İstifadə Rəhbəri” kitabının nədən bəhs etdiyi qısa şəkildə izah edilir. Ayalanın keçid forma və gözün təkamülü problemlərinə açıqlama gətirdiyi deyilir, lakin təkamülçülər indiyə qədər heç vaxt bu böyük problemlərə açıqlama gətirə bilməmişdirlər. Bu mövzuları daha öncə işlədiyimiz “Gözün təkamülü iddialarına cavab”“Ara-keçid forma iddialarına cavab” məqalələrimizdən öyrənə bilərsiniz.

Təkamülçü çevrələrdə ucaldılan Fransisko Ayalanı məşhur edən isə biologiyaya verdiyi töhfələr deyil, sadəcə təkamülçü propaqandaya verdiyi irihəcmli dəstəkdir. Həmin Ayala 2009-cu ildə Vatikanda baş tutan və Vatikan üçün utanc mənbəyinə çevrilən təkamül sessiyasında Dr. Oktar Babunanın “tək bir dənə keçid fosili varmı?” sualından çox əsəbləşib, sualı cavabsız qoyaraq mikrofonunu zorla əlindən aldırmışdı.6 Əslində, bu, darvinist diktatura rejiminin vərdiş edilmiş tətbiqindən başqa bir şey də deyildi. Vəziyyət belə olduğu halda, Ayala kimi ideoloji advokatları istinad mənbəyi olaraq qəbul etmək çox yanlış olar.

NƏTİCƏ

Hər cür cəhdlərə baxmayaraq, təkamül nəzəriyyəsinin süqutu qaçınılmazdır. Yalçın İslamzadə də elmi həqiqətlərlə üzləşməli və müasir elmin ortaya qoyduğu dəlilləri daha səmimi gözlə incələməlidir. Təkamül elm deyildir. Elm pərdəsi altında gizlənmiş və materialist ideologiyaya xidmət edən uydurmalar yığınıdır. Elm dünyası həmişə imanlı alimlərin kəşflərilə tərəqqi qazanmışdır. “İmansız alim təsəvvür edə bilmirəm” deyən Eynşteyn7, “təbiət Allahın oxumalı olduğumuz digər bir kitabıdır” deyən Qaliley8 və ya “zehni güc vergisi Allahdan gəlir” deyən Nikola Tesla9 kimi elmi şəxsiyyətlər tarix boyunca bu həqiqəti vurğulamışdırlar. Bu alimlərin elmə verdikləri töhfələr nəzərə alındıqda, təkamül nəzəriyyəsinə inananların elmə vaxt itkisindən başqa heç nə qazandırmadığı da məlum olur.

 

Mövzu ilə əlaqədar videolarımız:

Mövzu ilə əlaqədar digər məqalələrimiz:

Mənbələr:

  1. Richard Lewontin, “Billions and billions of demons”, The New York Review, səh. 31, 9 Yanvar 1997
  2. Ben Stein, “Expelled: No Intelligence Allowed”, 35-ci dəqiqədən etibarən
  3. Jerry A. Coyne, “The fairy tales of evolutionary psychology.”, The New Republic, 4 Mart 2000
  4. Jerry A. Coyne, “Of Vice and Men: The fairy tales of evolutionary psychology,” The New Republic (3 Aprel, 2000)
  5. DissentfromDarwin.org saytına daxil olaraq bu alimlərin adları, elmi dərəcələri və fəaliyyət göstərdikləri elmi mərkəzlərlə tanış ola bilərsiniz.
  6. “Dr. Oktar Babuna Vatikan’daki evrim toplantısında zorla susturulmak istendi” by A9 TV, posted on Youtube, Dec 5, 2014
  7. John Clover Monsma, “The Evidence Of God In Expanding Universe” (“Genişlənən Kainatda Allahın Dəlilləri”), səh. 256
  8. Dan Graves, “Scientists of Faith” (“İmanlı Alimlər”), səh. 25
  9. Nikola Tesla, “The Strange Life of Nikola Tesla” (“Nikola Teslanın Qəribə Həyatı”), səh. 26

Şərh üçün bağlıdır.

axtarış