• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Darvinist təbliğat üsulları 3/3

Psixoloji çətinlik və sıxıntı içində olmaqları hərəkətlərindən və verdikləri reaksiyalardan bəlli olur

Darvinistlərin, əslində, psixoloji sıxıntı içində olduqlarını göstərən mühüm bir əlamət də vardır: bədən dilləri. Xüsusilə, Yaradılış dəlillərini gördükləri zaman gərgin əhvallarından, göstərdikləri reaksiyalardan, nəzarətsiz hərəkətlərindən, sıxıntılı vəziyyətlərindən bu mövzuda məğlubiyyətə uğradıqları başa düşülür. Bax bu, darvinizmin yalan olduğunun önəmli dəlillərindən bir digəridir.

Onsuz da, darvinistlər, adətən, bu məğlubiyyəti və acınacaqlı halı bilərək Yaradılış müdafiəçilərinin qarşısına çıxırlar. Bu səbəblə haqqı və doğrunu müdafiə etməyin gətirdiyi rahatlıq və dinclik əvəzinə, üstlərində bir yalanı müdafiə etməyin yükü və sıxıntısı vardır. Öz ideologiyalarının tələb etdiyi kimi heç bir dəlili olmayan nəzəriyyəni sanki doğru imiş və elmi dəlilləri varmış kimi müdafiə etmək məcburiyyətindədirlər. Təkamül nəzəriyyəsinin yanlışlığına aid göstərilən həyati elmi sübutlara nəsə cavab vermək məcburiyyətindədirlər. İnsanların həqiqi elmi dəlillərə inanacaqlarını və bundan qane olacaqlarını bilə-bilə sanki doğru bir şeyi müdafiə edirmiş təəssüratı yaratmağa çalışacaqlar. Bir yalanı müdafiə etmək məcburiyyətində olmaq, xüsusilə də, gerçəklərin fərqində olan bir insan üçün böyük sıxıntıdır.

dtu40

Təbiətdəki estetika, ahəng və simmetriya darvinistlər üçün ən böyük narahatlıq səbəblərindən biridir. Darvin belə bu narahatlığını gizlədə bilməmiş, tovuzquşunun lələklərinin onu “dilxor” etdiyini etiraf etmək məcburiyyətində qalmışdır.

Qarşılıqlı debat proqramları məhz bu səbəbdən hər darvinistin əsəbiləşdiyi, hirsləndiyi, sıxıldığı, qəribə əl-qol hərəkətləri ilə müqavimət göstərmək istədiyi, qəzəbdən boğulduğu, hücuma keçdiyi, təngə gəldiyi mühitdir. Daima izah etməyə çalışdıqları bir şey olduğunu söyləyir, lakin heç cür açıqlama verə bilmirlər. Açıqlama verə bilmələri mümkün deyildir, çünki təkamülü dəstəkləyən tək bir elmi dəlil yoxdur.

Bu, haqq olanı müdafiə etməməyin gətirdiyi narahatlıq və təlaşdır. Darvinistlər təkcə bu vəziyyətlərdə deyil, həyatlarının hər mərhələsində bu sıxıntılı əhvali-ruhiyyəni mütləq yaşayırlar. Çünki bir yalanı müdafiə edir, dürüst davranmırlar. Uca Allah heç bir elmə əsaslanmadan Rəbbimizə qarşı mübarizə halında olanların “güzəranının daraldığı”nı ayəsində bildirmişdir:

“Hər kəs Mənim öyüd-nəsihətimdən üz döndərsə, güzəranı daralar…” (Taha surəsi, 124)

Təkamülü təkzib edən bütün iddiaların elmdənkənar olduğunu irəli sürərlər

Bundan əvvəlki sətirlərdə darvinistlərin elmi terminlər və formullardan istifadə edərək özlərinə elmilik görkəmi verdiklərindən və bu yolla psixoloji təlqin verərək geniş kütlələri aldatdıqlarından bəhs etmişdik. Darvinistlərin bu istiqamətdə işlətdikləri ikinci saxtakarca taktika isə, darvinizmi müdafiə etməyənlərin elmi olmadıqlarını deyən aldadıcı özünümüdafiə mexanizmidir.

Darvinist şəxs sırf məğlub olacağını bildiyi üçün Yaradılışı müdafiə edən insanın qarşısına çıxmaz və bəhanə olaraq da “elmi debat mühitinin olmayacağı”nı iddia edər. Halbuki bu, acizlik və qaçışdır. Bu debatı aparmağı, təbii ki, istəməz, çünki məğlub olacağını və onu uca tutan saxta bir yığının qarşısında pərt olacağını bilir. Bunun əvəzinə elmilik fəndinin arxasına sığınaraq bu müzakirədən qaçmağın yollarını axtarır.

Halbuki elmi dəlil gətirən tərəf ancaq Yaradılış tərəfdarlarıdır. Heç bir darvinist indiyə qədər bircə dənə də elmi dəlil gətirə bilməmişdir. Onsuz da, gətirməsi mümkün deyildir. Lakin debat əsnasında görəcəyi təkamülü təkzib edən elmi dəlillər onu çətinliyə salacaqdır. Həqiqi fosilləri görəcək, təkamül saxtakarlıqları bir-bir ortaya qoyulacaq, təkamülçülərin necə tək bir zülalın təsadüfən əmələ gəlməsini izah edə bilmədikləri elmi dəlillərlə üzə çıxarılacaqdır. Bu məğlubiyyət darvinistlərə çox ağır gəlir. Elə bu səbəbdən də çox tanış bir psixoloji müdafiə üsulunun dalında gizlənir və qarşı tərəfi elmi olmamaqla təqsirləndirirlər.

dtu41

Cənab Adnan Oktarın ateist və darvinist Riçard Dokinz ilə qarşılıqlı görüş tələbi dəfələrlə təkrarlanmış, bunun üçün ingilis qəzeti “The Times”a elan belə verilmişdir. Dokinzin debatdan qaçma səbəbi də, şübhəsiz, başda “Yaradılış Atlası” olmaq üzrə Cənab Adnan Oktarın əsərlərində şahid olduğu elmi faktların onun iddialarını tamamilə yerlə bir edəcəyini çox yaxşı bilməsidir.

Bu həqiqəti daima yadda saxlamaq lazımdır: darvinistlərin əlində bircə dənə də elmi dəlil yoxdur. Onların əlində ancaq demaqoqluq, yalan, ittiham, təcavüzkarlıq, psixoloji təlqin, saxta fosil və bolluca uydurma “elmi” terminlər vardır. “Elmilik” adında ortaya atılmaları əsrin ən şok edici hadisələrindən biridir. Bu, dünya səviyyəsindəki darvinist yalanın hüdudlarını göstərməkdədir. Elmin davamlı rədd etdiyi, uşaqların belə inanmadığı bir yalan elmi özünə qoruyucu qiyafə etmişdir.

Ona görə də təkamülü elm naminə müdafiə etdiyini və Yaradılış tərəfdarlarıyla elmi olmadıqları üçün görüşmədiyini iddia edən bir darvinist incələndiyi zaman mütləq bu insanın böyük bir yanlışlıq içində olduğunu daim xatırlamaq lazımdır. Elm, əslində, bütün darvinistlərin ən böyük yağısına çevrilmişdir. Çünki onlar elmin ardınca qaçdıqca, elmi həqiqətlər davamlı surətdə təkamülü məhv etməkdədir.

Elm- antidarvinist, antiateistdir

ELM DARVİNİZMİN DÜŞMƏNİDİR. ELM ATEİZMİN QARŞISINDADIR. ELM ANTİKOMMUNİSTDİR, ANTİMARKSİSTDİR. ELM- MARKSİST, ATEİST VƏ DARVİNİST DÜŞÜNCƏNİ PARAMPARÇA EDƏN BİR SİSTEMDİR. Elm ilə darvinist oyun sona çatmışdır. Elm ilə darvinist təbliğat ən böyük zərbəsini almışdır. Elm kütlələrə illərdir təlqin edilən təkamül saxtakarlığını tar-mar etmişdir. Elm ateist fəlsəfənin bünövrələrini yıxmışdır. Elm hara getsə, harada gündəmə gəlsə, harada özünü büruzə versə, darvinizmi parçalayır, məhv edir. Beləliklə də, ELM ANTİPAQANDIR. Elm- bütpərəst düşüncələri, batil dinləri, saxta ideologiyaları aradan qaldırır. Məhz bu səbəbdən də ELM DARVİNİSTLƏRİN ƏN BÖYÜK ƏZABLARINDAN BİRİDİR.

Darvinizmi elm kimi göstərmək bütün dünya üçün qurulmuş çirkin oyunun bir hissəsidir. Allah inancını yer üzündən qaldırmaq üçün (Allahı tənzih edirik) yeni bir dinə ehtiyac duyan dəccali sistem, illər öncə ən effektiv hipnoz üsulunu müəyyənləşdirmiş və dərhal elmə sarılmışdır. Elmdən istifadə edərək insanları aldada biləcəyini, bütün dünyayla əlaqəyə keçə biləcəyini və ən həlledici yerləri əlinə keçirə biləcəyini, elm adı altında bütün saxtakarlıqları rahatca həyata keçirə biləcəyini görmüşdür. Dəccal sisteminin dünya miqyasında keçirdiyi kütlə hipnozu elm adı altında yayılıb-təbliğ edilmişdir.

Özlərinə dost bildikləri elm darvinistləri yıxıb-darmadağın etmişdir.

Darvinistlər elmilik saxtakarlığını qorxub-çəkinmədən həyata keçirərkən, elmin onlara bu qədər böyük iztirablar verəcəyini heç güman etməmişdilər. Elmin ancaq dinə xidmət etdiyini görəndə şoka düşdülər. Tarixin ən böyük alimlərinin Allaha iman etdikləri bütün dünyaya elan ediləndə dəhşətə düşdülər. Elmilik cəfəngiyatına təkrar sarılmağa çalışdılar, lakin tutub-qala bilmədilər. Biçarə, səslərini xeyli azaltdılar. Elmin ateizmi, darvinizmi, marksizmi, kommunizmi, materializmi və bütün digər batil ideologiyaları boğub yerlə bir etdiyini öz gözləriylə gördülər. Darvinistlər elm qarşısında ən böyük məğlubiyyətlərini daddılar. Özlərinə dost bildikləri elm onları yıxıb-darmadağın etdi.

Elmin tərəqqisi ilə 21-ci əsrdə ortaya çıxan ən böyük həqiqətlərdən biri budur: elm Allaha iman edənlər üçündür. Elm səmimi dindarlara fayda gətirir. Allah Quranda ağcaqanada (Bəqərə surəsi, 26), bal arısına (Nəhl surəsi, 68) diqqət çəkir. Bir trayektoriya üzrə hərəkət edən ulduzlara (Zəriyət surəsi, 7), suyun üzündə üzən gəmilərə (Həcc surəsi, 65) diqqət çəkir. Allah Quranda göyərən yarpaqlara (Ənam surəsi, 59), yeddi qat göy üzünə (İsra surəsi, 44) diqqət çəkir. Allah Quranda iman edənlərin bu iman dəlillərinə qarşı diqqətli olmaqlarını istəyir. İnsan elm ilə araşdırdıqca bu diqqətəlayiq sistemlərin dərinliklərini kəşf edər.

Bir ağcaqanadın xortumunu nə cür bir keyitmə üsulu ilə yerləşdirdiyini, o yerli keyitmənin baş tutduğu yerdəki maddənin molekulyar quruluşunu bizə elm verir. Yaşıl yarpağın həyata keçirdiyi fotosintez möcüzəsi, gəmiləri üzdürən sularda mövcud olan fizika qanunları, göydə duran və Allahın diləməsi xaricində, əsla tarazlığını pozmayan nəhəng kosmik obyektlər elmin bizə göstərdiyi həqiqətlərdir. Quranda xəbər verilən hər şeyi elm bizə sübut edir. Buna görə də vicdanıyla və ağlıyla düşünə bilən bir insan Qurandakı tək bir misaldan Allahın Uca Varlığını dərhal qavrayar. Elə bu səbəbdən də, Quranda misal gətirilən bircə ağcaqanad Uca Rəbbimizə iman etmək üçün kifayətdir. Allah ayələrində belə bildirir:

“Əlbəttə, Allah ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: “Allah bu məsəllə nə demək istəyir?”- deyirlər. Allah bununla bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir”. (Bəqərə surəsi, 26)

“Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın. Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər- lap hamısı bunun üçün bir yerə yığışsa belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də”. (Həcc surəsi, 73)

İman həqiqətləri elmin bizə göstərdiyi hədiyyələrdir. Allahın möhtəşəm bir nemətidir. Allah üstünlüyünü, böyüklüyünü, ucalığını göstərmək üçün elmi vəsilə edir. Elmi də, elmin kəşf etdiklərini də yaradan aləmlərin Rəbbi olan Allahdır.

Darvinistlər hal-hazırda dəhşət içindədirlər. Elmin antipaqan, antidarvinist olduğunu heyrətlə hiss etdilər. Bu iztirab darvinistlərin 150 ildir yaşadığı ən böyük iztirablardan ən qabaqda gəlir. Elmi başa düşənlərin, elmin içində olanların darvinizmi kütlələr halında tərk etməsi bu iztirabı artırmışdır. Elmin İslama xidmət etməsi bu iztirabı qatbaqat artırmışdır. İş o yerə çatıb ki, darvinistlər rüsvayçılıqla yadplanetliləri xilaskar elan ediblər. 150 ildir kütlə hipnozu aparan dəccal sisteminin axırda düşdüyü vəziyyət bax budur.

dtu42Elm hər sahəsiylə Allahın Uca Varlığını göstərməkdədir. 21-ci əsr bu kəşfin və dəhşətli darvinist məğlubiyyətin əsri olacaqdır.

Elm darvinizmin ən böyük düşmənidir. Elm; marksist, ateist, materialist, darvinist düşüncəni parça-parça edir.

Elm bütün ehtişamı ilə Allahın Uca Varlığını və Yaratmasını hər kəsə göstərmişdir. Elmin göstərdiyi bütün bu gerçəklər və elmin İslama xidmət etməsi 21-ci yüzillikdə darvinistlərin ən böyük iztirabı olmuşdur.

Təkamül ilə Allah inancının ziddiyyət təşkil etməməsi yalanını yaymağa çalışarlar

Darvinizmin bünövrəsini materializm təşkil edir. Materializm xülyasına görə maddə sonsuzdur və maddədən üstün hər hansı bir güc yoxdur. Başqa sözlə desək, materializm bütün kainatı təşkil edən maddə üzərində ona hakim olan, onu davamlı nəzarəti altında saxlayan üstün bir Yaradıcının varlığını rədd edir (Allahı tənzih edirik). Maddənin mütləq varlığı ehkamıyla ortaya atılmış olan darvinizmi ayaq üstə saxlamaq səyinə, bu səy üçün bütün yalanlara, saxtakarlıqlara göz yumulmasının tək səbəbi bütün varlıqları üstün və güclü bir Yaradıcının yaratması gerçəyinin təsdiqinə mane olma cəhdidir. Darvinistlər son 150 ildir bu cəhdin arxasına düşmüşlər, bunun üçün mübarizə aparmışdırlar. Darvinizmin saxta bir din kimi mənimsənilməsinin tək səbəbi budur.

Bu mühüm həqiqət son illərdə açıq-aşkar ifşa edildiyinə görə, darvinistlər son vaxtlarda olduqca böyük bir təşviş içindədirlər. Bu təşvişin səbəbi dindar olan geniş kütlələrin dəstəyini itirmə qorxusudur. Darvinizmin həqiqi üzünü bilməyən, Allah inancına sahib bir çox insan kor-koranə bu yalanın dalınca sürüklənərkən, onları oyandıracaq həqiqətin ortaya çıxması darvinistlərin heç də xoşuna gəlməmişdir.

Məhz bu səbəbdən xüsusilə son dövrlərdə darvinistlərin canfəşanlıqla darvinizmin ateizm ilə ekvivalent olduğu həqiqətini ört-basdır etməyə çalışmaları diqqət cəlb edir. Keşişlik ünvanına sahib darvinistlərin dünya səviyyəsində konfranslar verməyi, hətta Vatikanda belə Papaya göstərilən təzyiq nəticəsində təkamül konfransları təşkil edilməsi, Allah inancı ilə təkamülü uzlaşdıran ictimai birliklərin bu istiqamətdə fəaliyyət aparan darvinistlərə mükafatlar təqdim etməsi, din adamlarının TV proqramlarına çıxıb təkamülü müdafiə etmələri, keçmişdə yaşamış və din alimi kimi qələmə verilmiş bəzi şəxslərin təkamülü müdafiə edən saxtakarcasına izahlarından nümunələr verilməsi və bunlar kimi bir çox təşəbbüs daima bu narahatlıqdan qaynaqlanır. Deməli, ateist masonların hakimiyyəti altındakı darvinist mətbuat “darvinizm = ateizm” gerçəyinin özləri üçün çətinlik yaradacağını başa düşüb ki, dərhal hərəkətə keçib və bu mövzunu gündəmə çevirib.

Ateist və darvinist Riçard Dokinz bu mövzuda vəzifəli olan darvinist lobbinin varlığını bu sözlərlə etiraf etməkdədir:

“Bir növ təkamülü müdafiə lobbisi var. Bunların, demək olar, hamısı ateistlərdir. Amma onlar istəyirlər ki, mülayim və mütərəqqi dindarlarla birtəhər dostlaşsınlar. Bunu etməyin yolu isə, onlara təkamüllə din arasında heç bir ziddiyyət olmadığını deməkdir”.1

Dokinzin öz etirafında da açıq şəkildə görülə bildiyi kimi, təkamül ilə Allah inancını uzlaşdırmaq üçün çalışıb-vuruşan darvinistlərin ən böyük bir hissəsini ateistlər təşkil edir. Bu, saxtakarca oynanılan çirkin bir oyundur. İdeologiyaları naminə saxtakarlıqlara və yalana göz yumaraq saxta təlqinlər edən darvinistlərin hamısı, onsuz da, Allahı inkar məqsədilə bu bütpərəst dini qəbul ediblər. Darvinistlər bu təbliği apararaq nəzəriyyənin əsl üzündən bixəbər olan bəzi dəstələri oyandırmamağa çalışırlar. Yer üzündəki dinsizliyin, diktat idarəetmələrin, müharibələrin, qətliamların, zalımlığın, degenerasiyanın, terrorun, ölkəmizdə əsgərimizin şəhid edilməsinin başlıca səbəbinin elmilikdən uzaq bu sapqın nəzəriyyə olduğunun bəzi qruplar tərəfindən bilinməməsi təkamül nəzəriyyəsinin kor-koranə dəstəklənməsinə zəmin yaratmaqdadır. Darvinistlər bax bu kor zəminin sürüşüb-getməsindən qorxuya düşüblər.

Darvinizm- Allahın varlığını müdafiə edən, Rəbbimizi ucaldan, Uca Allahın üstün yaratma gücünü göstərən hər növdən inanc və düşüncəyə qarşıdır. Darvinizm yer üzündə Allaha yönəlməni dayandıra bilmək, inanclı cəmiyyətlərin yaranmasına əngəl ola bilmək və materialist ideologiyanı, sözün əsl mənasında, saxta bir din kimi hakim edə bilmək üçün ateist mason lojalarında qəsdən və proqramlaşdırılmış şəkildə törədilmiş sapqın bir dindir. Bu sapqın din eynilə necə hədəfləmişdisə, 150 il boyunca kütlələri Allah inancından uzaqlaşdırmış, dünyaya ən böyük bəlaları gətirən faşist və kommunist rejimlərin əsasını təşkil etmişdir. Bu gün təkamülü Allah inancı ilə uzlaşdırmaq cəhdləri bu böyük saxtakarlığın ən çirkin oyunlarından biridir. Bu ciddi hiyləyə inanmamaq və bu saxta təbliğatı hər şəkildə rədd etmək lazımdır. Uca Rəbbimiz bütün varlıqları, yeri, göyü və bunların arasında olanların hamısını yalnız “Ol” əmri ilə yaratmışdır. Bizə Quranda göstərilən, yer üzündə dəlilləri sərgilənən və açıq şəkildə möhtəşəm olan Yaradılış məhz bu görkəmli Yaradılışdır. Bu möhtəşəm Yaradılışın dəlilləri hər keçən gün darvinizm saxtakarlığını yenə və yenə məğlubiyyətə uğratmaqda, aradan qaldırmaqdadır. Uca Rəbbimiz bir ayəsində belə buyurur:

“Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: “Ol!” deyəcəyi gün (hər şey) dərhal olar. Onun sözü haqdır. Surun çalınacağı gün hökm Onundur. Qeybi və aşkarı bilən də Odur. O, hikmət sahibidir, xəbərdardır”. (Ənam surəsi, 73)

 

dtu43

Uca Allah diləsəydi, bu ehtişamlı canlı aləmi, əlbəttə ki, təkamülü vəsilə edərək də yarada bilərdi. Belə bir vəziyyətdə təkamül ilə yaradılışın başlıca müdafiəçiləri, əlbəttə ki, yenə bizlər olardıq. Lakin yaradılış belə baş tutmamışdır. Elmin bizə göstərdiyi dəlillər yer üzündə təkamülün baş vermədiyini, canlıların Quranda ifadə edildiyi kimi, Rəbbimizin “Ol” əmri ilə bir anda yaradıldıqlarını göstərir. Bu görkəmli yaradılış gün keçdikcə yeni dəlillərlə darvinizmi yerlə bir etməkdədir. 

dtu44

Darvinizm ateist mason lojalarında qəsdən və proqramlaşdırılmış şəkildə formalaşdırılmış sapqın bir bütpərəst dindir. 150 il boyunca insanları Allah inancından uzaqlaşdırmış və dünyaya böyük bir zülm gətirmişdir. Darvinizm- Allahın varlığını müdafiə edən, Rəbbimizin üstün yaratma gücünü göstərən hər növ inanc, düşüncə və elmə qarşıdır. Bu səbəbdən təkamüllə Allah inancını uzlaşdırmağa çalışan darvinistlər yalan danışırlar. Darvinistlərin bu iddialarına uyanlar aldadılırlar. Bu, darvinist saxtakarlığın miqyasını və təhlükəsini bilməyən insanların başında oynanılan bir oyundur. Darvinizm hal-hazırda bu fəndgirliklə ayaq üstə qalmağa çalışır. Allahı qəlbdən və könüldən sevənlər bu tələyə əsla düşməməlidirlər. 1- Vatan, 13.08.2006; 2- Hürriyet, 26.04.2009; 3- Radikal, 13.03.2009; 4- Vakit, 29.11.2008; 5- Hürriyet, 01.10.2003.

 

İqtibaslar:

  1. Ben Stein, Expelled: “No Intelligence Allowed”, 2008

Şərh üçün bağlıdır.

axtarış