• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Milli.az saytının təkamül fərziyyəsi ilə bağlı iddialarına cavab

Son 150 ildə olduğu kimi müasir dövrdə də bütün dünyanı əhatəsinə almış olan təkamülçü təbliğat bizim ölkəmizə də sistemli şəkildə sirayət etdirilmişdir. Belə ki, məktəb və universitetlərdə azyaşlı uşaqlardan gənc kadrlaradək hədəf müəyyənləşdirmiş olan təkamülçülər bu yalnış ideologiyalarını daha geniş kütlələrə nüfuz etdirə bilmək üçün virtual KİV-lərdə də əhatəli fəaliyyət dairəsinə malikdirlər. Bu elmdənkənar təbliğata bilərəkdən və ya bilməyərəkdən töhfə verməkdə olan və geniş kütlələrə xitab edə bilən xəbər portallarımızdan biri isə www.milli.az saytıdır ki, bu məqaləmizdə həmin saytdakı bir çox təkamülçü təhrif və yalnışları analiz edəcək və doğru olan elmi cavabları xalqımıza çatdıracağıq. Bununla da, əslində milli-mənəvi dəyərlərimizə önəm verən milli.az heyətini darvinizmə qarşı daha həssas təhlillər və şərhlər verməyə dəvət edəcəyik.

“Ofisdəki şayiələr və qeybətlər nəyə xeyirlidir?” Başlıqlı Yazıdakı Darvinist Vurğuya Cavab

Milli.az saytında 2012-ci il, 7 dekabr tarixində yayımlanan bu yazıda Amsterdam Universiteti əməkdaşlarının sosial həyatla bağlı apardıqları bir araşdırmaya yer verilib. Təkamülçülərin ən əsas xüsusiyyətlərindən biri budur ki, normal məzmunlu mövzuların içinə arabir “təkamül” sözü səpişdirərək mövzunun sanki təkamül nəzəriyyəsinə dəlil ola biləcəyi təəssüratı yaradırlar. Məqalənin oxuyucuları “şayiələrin sosial həyatdakı rolu”ndan bəhs edildiyi halda, qəfildən bunun süni surətdə təkamül nəzəriyyəsi ilə əlaqələndirməyə cəhd edildiyini asanlıqla sezə bilərlər. Yazıda deyilir:

“Tədqiqat göstərib ki, şayiələr təkamül prosesində də mühüm sosial rola malik olub. Tədqiqatçı iddia edir ki, şayiələr vasitəsi ilə zəif bəndi aşkar etmək mümkün olur”1.

Heç bir şəkildə elmi dəlilə əsaslanmayan bu fərziyyəni təkamülçülər mövzu haqqında ətraflı məlumatı olmayan oxuculara inandıra bilərlər. Lakin genetika və psixologiyadan azca məlumatı olan bir insan bunun uydurma bir iddia olduğuna dərhal diaqnoz qoya biləcək. İlk öncə qeyd edək ki, təkamül fərziyyəsinə əsasən, təkamülə səbəb olan mexanizmlər “şayiə və qeybətlər” deyil, mutasiya və təbii seçmə amilləridir. Hərçənd ki, elm bu gün mutasiya (faydalı mutasiyalar) və təbii seçmə amillərinin də heç bir şəkildə bir növü digər növə çevirməyə qabil olmadığını təsdiqləyirlər (ətraflı məlumat üçün bura daxil olun).

milliazacavab-1İkinci məsələ isə burasındadır ki, bu, təkamülçülərin öz fərziyyələrini “həyatın hər sahəsinə tətbiq etmək” üçün işlətdikləri bir strategiya üsuludur. Təkamülçülər təkamül fərziyyələrinin universal və mükəmməl bir nəzəriyyə olduğu görüntüsü yaratmaq üçün bu yola əl atırlar. Lakin inkişaf edən elm, təbii ki, buna imkan vermir. Keçən əsrin ən məşhur filosofu olan Karl Popperə əsasən, təkamülçülər təbiətlə bağlı gördükləri hər şeyi “təkamülün dəlili” kimi qəbul edən və bu səbəbdən də, elmi düşüncədən məhrum insanlardır.

 

“16 milyard müsəlmanın elmdə cəmi 2 “Nobel”i var” Başlıqlı Yazıdakı Təkamülçü Propaqandaya Cavab

12 fevral 2013 tarixli bu məqaləsində Milli.az  Şərq dünyasının təhsil problemlərindən bəhs edərkən yenə məzmun arasına təkamül propaqandası sıxışdırmağa çalışmışdır. Təkamülçülərin ən köhnə təbliğat taktikalarından biri də öz fərziyyələrini guya son dərəcə modern və bəşəriyyəti çağdaşlığa aparıcı qüvvə kimi göstərmələridir. Təkamül fərziyyəsinə qarşı gələn elmi tənqidləri isə nadanlıq, geridəqalmışlıq kimi göstərməklə təkamülçülər öz fərziyyələrini böhrandan xilas edə biləcəklərini düşünürlər. Milli.az-dakı bu məqalədə də statistik göstəricilərin pərdəsi altında bu propaqanda aparılmışdır. Məqalədə təkamül fərziyyəsinə inanmamağın tərəqqi üçün bir “problem” olduğu irəli sürülür və belə yazılır:

“Problem Nədə Qalır? Pakistanlı astronom Salman Hameed Massaçusetsdəki Hampşir Kollecində 2008-ci ildə bir araşdırma dərc etdi. Həmin araşdırmaya görə, Darvinin təkamül  fərziyyəsinə inanan müsəlmanların sayı İndoneziyada, Malayziyada, Pakistanda  20 faizdən azdır. Misirdə isə insanın meymundan əmələ gəldiyinə inanan 8 faizdən azdır”2.

milliazacavab-2Bu sözlərlə sanki inanclı insanların təkamülə inanmamağı elmi gerilik göstəricisi kimi qələmə verilir. Halbuki həqiqətlər onların bu iddialarına tam ziddir. Əslində təkamülçülük özü geridəqalmışlıqdır, çünki darvinist düşüncə tərzi hələ Şumer dövründən bəridir bu günə qədər davam edən batil bir dindir. 7000 il əvvəl yaşamış qədim Şumerlər də eynilə bugünkü təkamülçülər kimi canlıların primitiv sudan yarandığını güman edirdilər3. Bundan əlavə, bu batil təkamül dini qədim Misirdə də mövcud idi. O dövrün “təkamülçü”ləri isə yer üzündəki canlıların Nil çayının palçıqlı sularından yarandığına inanırdılar4. Belə olduğu halda təkamül nəzəriyyəsinin müasir tərəqqiyə aparan bir prinsip kimi qəbul edilməsi, təbii ki çox gülünc olardı…

Digər tərəfdən, obyektiv bir araşdırma apardığımız zaman, tarixən bəşəriyyətə böyük elmi tərəqqilər gətirmiş Q. Qaliley, İ. Kepler, Nyuton, Mendel, Maks Plank, Eynşteyn və digər bir çox məşhur adların hamısının Allah inancı olan və təkamülə deyil, yaradılışa inanmış şəxsiyyətlər olduqlarını görərik. Paleontologiyanın banisi Jorj Küvye, botanika və zoologiyanın əsasını qoyan Linney, qalaktikaları və kainatın genişlənməsini kəşf edən Edvin Habbl və ya 700-dən çox patentin sahibi dahi fizik Nikola Teslaya baxdığımız zaman da bütün bu alimlərin hamısının Allah’ın varlığını və yaradılışı müdafiə edən insanlar olduğunu görərik. Hətta bu alimlər öz dərin inanclarını hər fürsətdə dilə gətirən şəxslər olmuşdurlar. Eynilə “iman elm adamının əl çəkə bilməyəcəyi bir xüsusiyyətdir”5 deyən Maks Plank və ya “dərin imana malik olmayan heç bir elm adamı təsəvvür edə bilmirəm”6 deyən Albert Eynşteyn kimi… Hal-hazırda isə dünya miqyasında Yaradılış və ya “Ağıllı Dizayn” nəzəriyyəsinin müdafiəsi və Yaradıcının varlığının elmi sübutları sürətlə yayılmağa və təkamül fərziyyəsinin bütün müddəalarını əsassız hala gətirməyə davam edir. Allah inancını və yaradılışı müdafiə edən tarixən yaşamış alimlər və müasir elm adamları haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Beləliklə, təkamülçülərin öz nəzəriyyələrini ultramodern göstərmək cəhdləri çökməkdə olan bir fərziyyəni gözdən pərdə asaraq xilas etmək səylərindən başqa bir şey deyildir. Təkamülçülərin bu saxta propaqandasına cavab daha ətraflı olaraq burada.

 

“Uşaqlarımız niyə ağlayırlar?”  Sualına Verilmiş Yalnış Cavab

Milli.az saytında 30 oktyabr 2013 tarixli bir araşdırma yazısında körpələrin ağlama reaksiyaları barədə  məlumatlara yer verilmişdir. Uşaq psixologiyası üzrə mütəxəssis olan Nailə Vəliyevadan alınan müsahibədə tibbi biliklərdən əlavə, klassik təkamülçü vurğulara da rast gəlinir. Məqalədə deyilir:

“N. Vəliyeva bildirib ki,.. ağlama təkamül prosesində valideynin əsəb sisteminə effektiv “zərbə” yolu ilə diqqətin cəlb edilməsi kimi çox intonasiya ilə təzahür edir (cümlədəki norma pozuqluğu sayta aiddir). …Onun ağlaması öz ehtiyacları və arzuları haqqında valideynlərə xəbərin verilməsi üsuludur”7.

 

milliazacavab-3Burada üzərində durulmalı olan nöqtə təkamül inancının psixologiya elminə necə sirayət edilmiş olmasıdır. “Təkamüli psixologiya” adlanan bu sahə təkamülçülərin insanın davranış şəkillərini təkamülün bir nəticəsi kimi göstərmək üçün icad etdikləri bir sahədir. Belə ki, icad edildiyi dövrdən bəridir bir çox elm adamı tərəfindən sərt tənqidlə qarşılanmış təkamül psixologiyası heç bir konkret və obyektiv dəlilə əsaslanmır.

Çikaqo Universitetindən Cerri A. Koyn özü təkamülçü olmasına baxmayaraq, təkamüli posixologiyanın hər şeyi izah etmə iddiasını “təkəbbür ehtirası” olaraq təsvir etmiş, “Təkamüli Psixologiyanın Sehirli Nağılları” başlıqlı yazısında belə demişdir:

“Problem burasındadır ki, təkamüli psixologiya meqalomaniyanın (təkəbbür ehtirasının) elmi qarşılığından əziyyət çəkir. Təkamüli psixologiya tərəfdarlarının çoxu depressiya, homoseksuallıq, din və şüur da daxil olmaqla, hər insan hərəkətinin və ya hissinin beyinlərimizə təbii seçmə ilə yerləşdiyinə qənaət gətirdilər”8.

Prof. Koynun da sözlərindən görünür ki, insanın hər davranış şəklini təkamüllə əlaqələndirmək təkamülçü nağıldan başqa bir şey deyildir. Uşaqların ağlama reaksiyası da süni şəkildə təkamülçü açıqlamalara məruz qalmışdır. Genetika üzrə professor Qabriel Duvr isə təkamülçülərin hər sahədə nağıl danışma qabiliyyətlərini bu cür ifadə edir:

“Yerli-yerində nağıl danışma problemi çox daha dərin və genişdir. (Bu problem) təkamüli psixologiya, darvinçi tibb, linqvistika, bioloji etika və sosiobiologiya kimi bir çox yeni elm sahəsini də ehtiva edir. Burada seçmə nəzəriyyəsinin ən kobud tətbiqlərinə əsaslanaraq insanın niyə bu cür olduğuna dair ən kobud izahlara yer verilir. Psixoloji quruluşumuzun fərziyyəvi təkamülçü izahdan pay almamış heç bir cəhəti yoxdur sanki”9.

Şeffild Universitetindən davranış ekoloqu Tim Berkhed isə təkamüli psixologiya haqqındakı bir araşdırma üçün etdiyi tənqidində belə deyir:

“Çox cəhd göstərməyə də ehtiyac qalmadan, təkamüli psixologiya həqiqi elm olmaq əvəzinə, nəzəri əyləncə kimi qalacaq”10.

Belə olduğu halda, xanım Nailə Vəliyevanın körpə psixologiyasını və ağlama prosesini təkamüllə əlaqələndirməsi heç də doğru olmaz. İnsanın heç bir davranışı təkamüllə izah edilə bilməyəcəyi kimi, ağlama, gülmə, sevinc, kədər və digər onlarla emosiya və duyğuları da heç bir şəkildə materialist baxışlarla dəyərləndirilə bilməz. Təkamül fərziyyəsi başlı-başına əsassız və çürük fərziyyə olduğu üçün təkamülçülərin öz fantaziyalarını işə salaraq iddialarını elmin hər sahəsinə yeritməyə çalışmaları, sözün əsil mənasında, elmi cinayətdir. Buna görə də, təkamüli psixologiya kimi saxta elm sahələrinə ciddi yanaşmaq lazım deyildir. Amerika Təbiət Tarixi muzeyinin paleoantropoloqlarından Yan Tattersollun sözüylə desək, “nəticədə biz burada elmin deyil, bir nağılbazın sənət əsərinə baxırıq”11.

 

Milli.az Saytının “Şüurlu meymun” İddialarına Cavab

2014-cü ilin aprel və may aylarında Milli.az saytında yayımlanan iki “elmi” xəbərdə yenə üstüörtülü təkamül propaqandasına yer verildi. Belə ki, məşhur “Daily Mail” saytına istinadən verilən xəbərlərdə insanın “ən yaxın təkamül qohumu” hesab edilən primatların- şimpanze, qorilla və oranqutanqların insanlara necə də oxşar davranışlar sərgilədiyi xəbər verilirdi. Lakin “Daily Mail” onsuz da qatı təkamülçü mövqeyiylə tanınan bir mənbədir. Belə olduğu halda, bu mənbədə verilən və bu mənbəyə istinad edilən bütün xəbərlərdə də darvinist təlqinin mövcudluğu olduqca təbiidir. İndi isə bu yazılardakı məntiq xətalarına və elmi təhriflərə daha yaxından nəzər yetirək:

2 aprel tarixli “Meymunlar insanlara bənzəməyə çalışır” başlıqlı yazıda primatlar dəstəsinin nümayəndələrinin insanlarla oxşar davranışlar nümayiş etdirdikləri deyilir və bu məsələyə belə diqqət çəkilir:

“Meymunlar arasında çox şüurlu primatlar var və onlar insanların hərəkətlərini kor-koranə təkrarlamaqla yanaşı, şüurlu “beyin axtarışları”na da çıxırlar”12.

Bu araşdırmada vurğulamağa çalışılan “şüur” iddiası isə müxtəsər şəkildə belə ifadə edilə bilər: “insanlarda şüur var. Meymunlar da şüurlu hərəkətlər edə bilirlər. Demək ki, insanlar tarixən təkamül yoluyla meymunlardan törəyiblər”. Halbuki təkamülçülərin meymunlara “şüur” isnad etmələri onların özlərinin məsələyə necə şüur xaricində yanaşdıqlarını göstərməkdədir.

Bu barədə təkamülçülərin ən çox hədəfində olan meymun növü şimpanzelərdir. Təkamülçülər illərlə şimpanzelər üzərində tədqiqat aparmış, beyinlərini araşdırmış, insanlarla ortaq xüsusiyyətlərini incələmiş, hətta şimpanzeləri “danışdırmağa” belə cəhd göstərmişlərdir. Lakin təbii ki, bütün bu səyləri nəticəsiz qalmışdır.

Luiziana Universitetindən professor Daniel Povinelli meymun və insan davranışlarını müqayisəli olaraq incələyən ən tanınmış təkamülçü elm adamlarından biridir. 300 şimpanze ilə birlikdə yaşayan Povinellinin bitərəf araşdırmaları təkamül nəzəriyyəsinin xəyali iddialarını tamamilə təkzib edən nəticələr üzə çıxarmışdır. Povinelli uzun araşdırmalarını tək bir cümlə ilə belə xülasə edir:

“Şimpanzelər üzərlərində apardığım araşdırmalara çox səbir etdilər, amma nəticədə mənə tüklü insan balası olmadıqlarını öyrətdilər”13.

Povinelli 20 ildən çox müddətdir davam etdirdiyi tədqiqatlarından “Scientific American” jurnalındakı 1998-ci il tarixli məqaləsində belə bəhs edir:

“Sadə şəkildə ifadə etsək, şimpanzelər görmə hissini bizdən çox daha fərqli şəkildə başa düşürlər. Laboratoriyamızdakı digər tədqiqatlar şimpanzelərin heç bir davranışı psixoloji mənada başa düşmədiklərini ortaya qoydu. Məsələn, diqqətli şəkildə aparılan testlər meymunların işarə jestlərindəki mənanı başa düşmədiklərini, hətta qəsdən və düşünülməmiş davranışlar arasındakı fərqi qavraya bilmədiklərini ortaya qoydu14.

On ildən çoxdur ki, elm aləminə məlum olan bu həqiqətlərə rəğmən, Milli.az saytının hələ də bu cür xəbərlərlə cəmiyyəti yalnış yönləndirməyə çalışması onun ya bu məlumatlardan bixəbər olduğunun, ya da məsələyə necə səthi və qərəzli şəkildə yanaşdığının göstəricisidir.

Yenmilliazacavab-4ə eyni mövzudakı 21 may tarixli “Meymun insanı belə təkrarladı” məqaləsində də bu iddialar təkrarlanır və iki oranqutanın insanınkına bənzər hərəkətləri belə şərh edilir:

“Meymunların insanların hərəkətlərini təkrarlamağa çalışdıqları bəlli. Fəqət bəzən primatlar bu təkrarçılıqda irəli gedərək müstəqil davranmağa çalışırlar və bu zaman onların əməlləri yetərincə şüurlu təsir bağışlayır”15.

Burada təkamülçülərin görməzdən gəldikləri və ya ayırd edə bilmədikləri mühüm nöqtə budur: heyvanlarda şüur yoxdur, insanlarınkına bənzər davranışları isə şüursuzca edirlər. Təkamülçülərin əsas məqsədi isə primatların insanlara necə bənzədiyini, dolayısıyla insanlarla meymunların ortaq əcdaddan törədiyini cəmiyyətə təlqin etməkdir. Lakin məsələyə bu məntiqdən yanaşsaq, sirklərdə olduqca ağıllı hərəkətlər nümayiş etdirən fillər, ayılar, atlar, yenotlar, qarğalar və digər onlarla heyvan da insanın əcdadı ola bilər (!). Evinə qida daşıyan bir qarışqa ilə evinə ərzaq daşıyan bir insan, yaxud da çay üzərində bənd inşa edən qunduzlarla inşaat mühəndislərini bu məntiqlə müqayisə etsək, qarışqaların və ya qunduzların insanın əcdadı olmaması üçün heç bir maneə qalmır. Meymunlardan qat-qat ağıllı davranışlar göstərən bal arıları, riyazi hesablar apara bilən hörümçəklər, optika qanunlarına uyğun hərəkət edən kəpənəklər, yaxud da kamuflyaj üzrə mütəxəssis olan tırtıllar da həmin məntiqə əsasən, insanın əcdadı olmaq üçün meymunlardan daha münasib namizədlərdir… Açıq şəkildə görünür ki, təkamülçülər məsələyə ön-mühakimə ilə yanaşırlar və meymunları insanların əcdadına “çevirmək” üçün əllərindən gələni edirlər.

Lakin elmin gəldiyi son nəticə budur ki, meymunlar da daxil olmaqla, bütün heyvanlar instinktlə- nəticəsini bilmədikləri daxili stimullarla, şüursuzca hərəkət edirlər. İnsan isə tamamilə özünəməxsus və şüurlu şəkildə yaradılmış varlıqdır. Şüura, ağıla sahib, plan qurub hesabat apara bilən, keçmişi dəyərləndirib gələcəyə dair təxminlər irəli sürən, mühakimə, dəyərləndirmə qabiliyyətlərinə sahib yeganə varlıqdır. Nə meymunlar, nə də hər hansı bir digər canlı qrupu bu xüsusiyyətlərin heç birinə sahib deyildir. Xaricdən baxıldığı zaman insana bənzər hərəkətlər etsələr belə, bu heyvanlar Allah’ın onlara ilham etdiyi şəkildə davranırlar. Lakin etdiklərinin şüurunda deyillər.

 

“520 milyon illik beyin tapıldı” Başlıqlı Xəbərdəki Elmi Təhriflər

Milli.az saytının 18 iyul 2014 tarixində verilmiş bu xəbərində Çindən tapılmış və Kembri dövrünə aid bir fosildən bəhs edilirdi16. 520 milyon il yaşı olduğu məlum olan fosilə “Lyrarapax unguispinus” latınca adı verilib. Fosilin ən əsas cəhəti isə, bu qədər yaşlı olmasına baxmayaraq, beyninin olduqca yaxşı şəkildə qorunub saxlanmış olmasıdır.

Lakin tapıldıqdan dərhal sonra təkamülçülər bütün daşlaşmış qalıqlar kimi bu fosil haqqında da ehkam yürütməyə başladılar. İddiaya əsasən, anomalokaris sinfindən olan bu fosilin beyni primitiv idi, lakin onun ovladığı zənn edilən canlıların beyni isə təkamül yoluyla daha çox inkişaf etmişdi. Amma təkamülçülərin irəli sürdüyü bu məntiq bir çox elmi məlumatla ziddiyyət təşkil edirdi.

1. Ovçunun şikarını təkamülə sövq etməsi lamarkist yanaşmadır

Bilindiyi kimi, Çarlz Darvindən öncə yaşamış təkamülçü Jan Batist Lamark ətraf mühitin canlını təkmilləşdirdiyinə və canlıların həyatı boyu qazandığı xüsusiyyətləri gələcək nəslə ötürdüyünə inanırdı. O dövrdə irsiyyətin qan yoluyla ötürüldüyü inancı hakim idi və hələ genetika elmi də yaranmamışdı. Lakin sonradan Mendel genetika qanunlarını irəli sürdüyü zaman elm aləmi irsiyyətdəki sabitliyin fərqinə vardı. Beləliklə də, ətraf mühitin canlının genlərinə təsir etmədiyi və qazanılmış xüsusiyyətlərin gələcək nəslə ötürülmədiyi məlum oldu.

Lakin Darvin başda olmaqla, bütün təkamülçülər şüuraltında lamarkist məntiqdən qurtula bilmədilər. Hələ də canlıların həyatları boyu bir çox yeni əlamət qazandığını və bunları nəsilbənəsil toplayıb təkamül keçirdiyini düşünürlər. Anomalokaris fosilinə gətirilmiş şərhlərdə də bu qərəzli yanaşma müşahidə edilir. Təkamülçülər şikarların öz ovçularından qaçmaq üçün beyinlərini inkişaf etdirdiyini iddia edirlər. Sonra da, ovçuların beynini primitiv, şikarların beynini isə “qismən mürəkkəb” adlandırırlar. Halbuki hər hansı bir canlı ovçudan qaçmaq üçün yeni bir taktika işlətsə belə, bu məlumatı gələcək nəslə ötürə bilməz. Çünki onun genləri sabitdir və öyrəndiyi qaçış yolları genlərinə təsir etmir. Təkamülçülərin lamarkist məntiqi ilə yanaşsaq, onda alimlərin uşaqlarının olduqca savadlı şəkildə doğulmasını və ya bodibilderlərin “əzələli körpələr” dünyaya gətirməsini gözləməliyik. Təbii ki, bunların hamısı ağlasığmazdır.

2. Layrarapaksla eyni dövrdə olduqca kompleks beynə sahib canlılar yaşayıb

milliazacavab-5Təkamülçülər keçmişdə yaşamış canlıların “bəsit” olduğunu təbliğ etmək məqsədilə tez-tez “ibtidai”, “primitiv” kimi sözlərdən istifadə edirlər. Milli.az-ın məşhur “Nature” jurnalına istinadən yayımladığı bu xəbərdə də tapılan fosilin beyninin “primitiv” olduğu vurğulanmaqdadır. Halbuki Kembri dövrünə aid olduqca kompleks və mütəşəkkil canlıların yüzlərlə qalığına rast gəlinmişdir. Bunlardan biri də elə layrarapaksla eyni yaşda olan 520 milyon illik fusyanhuya (fuxianhuia protensa) fosilidir. Bu canlı da olduqca yaxşı qorunmuş beynə malikdir və beyni heç də “bəsit” və ya “primitiv” deyildir. London Təbiət Tarixi Muzeyindən olan paleontoloq Qreqori Eckomb həmin fosil barədə bunları demişdir:

“Biz bu beyinin mürəkkəblik dərəcəsinə görə xərçəngkimilər və həşəratların malik olduqları mürəkkəb beyin ilə eyni olmasına təəccübləndik. Bu beyin kimi omar və krevetlərin də beyinləri üç seqmentdən ibarətdir və göz budaqlarında çoxlu sinir lifləri var. Belə quruluşlu beyinin yarım milyard il ərzində heç bir dəyişikliyə məruz qalmadan qalması heyranedicidir”17.

London Təbiət Tarixi Muzeyindən başqa bir elm adamı olan paleontoloq doktor Syaoya Ma isə sözügedən fosil haqda bunları demişdir: “Biz bu canlıların beyinlərinin kompleksliliyinə çox təəccübləndik, çünki bu canlıların çox primitiv beyinə malik olduğunu zənn edirdik. Fusyanhuyanın beyini həşəratlar və xərçəngkimilər- omar və yengəclərin beyini kimi çox mürəkkəbdir. Bu o deməkdir ki, mürəkkəb sinir sistemi artıq yarım milyard ildir mövcuddur”18.

3. Layrarapaksla eyni beyin strukturu daşıyan canlılar indi də yaşayır

Təkamülçülər “primitivlik” iddialarını təkamülə dəlil kimi göstərərkən mühüm bir paradoksu unudurlar. Alimlər layrarapaksla eyni beyin strukturuna sahib canlıların hal-hazırda da yaşadığını müəyyənləşdiriblər. Bu canlılar onixoforlardır. Soxulcana bənzəyən və “məxmər-qurdlar” adlanan bu canlıların da beyni layrarapaksla eyni quruluşa malikdir.

Sözügedən anomalokarid fosilini araşdıran alimlərdən olan Syaoya Ma bu haqda belə deyir:

“Layrarapksdakı qorunmuş beynin kəşfi onixoforların beyinləri ilə olan xüsusi anatomik bənzərlikləri üzə çıxarır”19.

Bu da təkamülçülərin bu fosil haqqındakı bütün iddialarını təkzib edən bir faktdır. Çünki əgər layrarapaks primitiv idisə və təbiətdə “sadədən mürəkkəbə” doğru bir inkişaf var idisə, onda bu gün yaşayan qurdabənzər canlıların beyinləri çox-çox daha fərqli olmalı idi. Halbuki aralarında heç bir fərq yoxdur. Əslində, bakteriyalardan məməlilərə qədər bütün canlılar, təkamülçü iddiaların əksinə, kompleks xüsusiyyətlər daşıyırlar və tarix boyunca heç vaxt “bəsit” canlılar yaşamamışdır. Necə ki, yer üzünün məlum olan ilk canlıları- 3,8 milyard illik sianobakteriyalar belə olduqca kompleks quruluşda olub mürəkkəb fotosintez prosesini həyata keçirmə qabiliyyətlərinə malik idilər.

Canlıların sinir sistemlərində, beyinlərində və ümumilikdə orqanizmlərində fərqliliklərin olması olduqca normaldır. Çünki hər bir canlı öz mühitinin, yaşadığı şəraitin və dövrün tələb etdiyi formada və ehtiyacı olan orqanlarla yaradılmışdır.

Nəticə

Son illərdə gündəmə gətirdiyi bu təkamül yönümlü xəbərlərlə Milli.az xəbər portalı xarici KİV-lərin təsiri altında qalmamalıdır. Hal-hazırda bütün dünyada hökm sürən darvinist diktatura milli-mənəvi dəyərlərinə sıx bağlı olan Azərbaycan xalqı tərəfindən mənimsənilməyəcəkdir. Bu yöndəki bütün cəhd və çalışmalar əbəsdir. 150 ildir dünyanı qarşıdurmalar və ziddiyyətlər burulğanına sürükləmiş, lakin “elm” pərdəsi altında özünü ustalıqla gizlədə bilmiş təkamül fərziyyəsi 21-ci əsrin elmi icmasının getdikcə daha çox tənqid və təkzibinə məruz qalır. Milli.az xəbər portalı da bu həqiqətlərin üzərindən atlamamalı və bu tip təkamülçü yayımları qərəzsiz, həm də skeptik şəkildə təhlil etməlidir. Milli.az da daxil olmaqla, Azərbaycanın hər növ kütləvi informasiya vasitələrinin bu kimi təkamülçü yayımlara həssaslıqla və obyektiv şəkildə yanaşacağına ümid edirik.

Mənbələr:

  1. news.milli.az/society/156050.html
  2. news.milli.az/world/168871.html
  3. K. Kramer, Samuel Noah, Sumerian Mythology, Harper & Brothers, New York, 1961. pp. 112-113; Sumerian Mythology FAQ 1.9
  4. Osman Gürel, Yaşamın Kökeni, Pan Yayıncılık, Oktyabr 1999, səh. 4
  5. Science, Philosophy, And Religion: A Symposium, 1941, CH.13.
  6. J.De Vries, Essential of Physical Science, Wm.B.Eerdmans Pub.Co., Grand Rapids, SD 1958, s. 15
  7. news.milli.az/health/223190.html
  8. Jerry Coyne, “The fairy tales of evolutionary psychology.”, The New Republic, 4 Mart, 2000
  9. Gabriel Dover, “Dear Mr Darwin: Letters on the Evolution of Life and Human Nature,” [1999], University of California Press, Berkeley CA, 2000, s.45
  10. Jerry A. Coyne, “Of Vice and Men: The fairy tales of evolutionary psychology,” The New Republic (3 Nisan, 2000)
  11. Jerry A. Coyne, “Of Vice and Men: The fairy tales of evolutionary psychology,” The New Republic (April 3, 2000)
  12. news.milli.az/interest/257491.html
  13. Daniel J. Povinelli, Scientific American, 19 Noyabr 1998
  14. Daniel J. Povinelli, Scientific American, 19 Noyabr 1998
  15. news.milli.az/world/269253.html
  16. news.milli.az/interest/282392.html
  17. “Düşünən İnsan” jurnalı, № 22, İyun 2013, səh. 4
  18. “Düşünən İnsan” jurnalı, № 22, İyun 2013, səh. 4
  19. “Brain of world’s first known predators discovered,” ScienceDaily, July 16, 2014

Şərh üçün bağlıdır.

axtarış