• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Təkamülçülərin “Mitoxondrial Həvva” tezisinin yanlışlığı

“MİTOXONDRİAL HƏVVA” İDDİASI NƏDİR?

Dövrümüzdə  populyar elmi terminlərdən təkamülə dırnaqarası elmi don  geydirmək üçün tez-tez istifadə olunur. Bu yöndən, DNT də təkamülçülər üçün bir alətə çevrilmişdir.

DNT nüvədə olması ilə yanaşı, həm də enerji istehsal mərkəzləri olan mitoxondrilərdə də mövcuddur. Nüvədəki DNT ana ilə atadan gələn DNT-lərin birləşməsi nəticəsində meydana gəlirsə, mitoxondridəki DNT-nin qaynağı yalnız anadır. Bu bucaqdan yanaşdıqda, sizin mitoxondrial DNT-niz ananızınki ilə eyni, ananızınkı da nənənizin mitoxondrial  DNT-si ilə eynidir. Bu üsulu izləyərək kökümüz araşdırıla bilər.

“Mitoxondrial Həvva” tezisi isə, sözügedən elmi həqiqətin təkamül nəzəriyyəsinin doqmalarına görə şərh edilərək ortaya atılmış fərziyyəvi formasıdır. Bir neçə təkamülçü elm adamı kökümüzün  şimpanze olduğu iddiasını sanki müzakirəsiz, sübut olunmuş bir həqiqət imiş kimi təqdim edərək, ilk insanabənzər canlının mitoxondrial DNT-sinin şimpanze DNT-si olduğunu iddia etmişdir. İddialarına görə, yüz minlərlə il ərzində təsadüfi mutasiyalar şimpanze DNT-ni bizim hal-hazırkı mitoxondrial DNT-mizə çevirmişdir. Bu önmühakiməni əsas alaraq, mövcud təkamül nəsil ağacının hansı tarixdə, harada başladığını təyin etməyə çalışıblar.

Halbuki sözügedən tədqiqatda işlədilən metodun bitərəf, elmi gözlə araşdırıldığı zaman, ilk insanlara aid tarix və ya coğrafi yer təyin olunmasında istifadə edilə bilməyəcəyi asanlıqla görünür.

TEZİSİN YÜKSƏLİŞİ VƏ SÜQUTU

İlk olaraq, 1987-ci ildə ortaya atılan bu tezis daha sonra 1992-ci ildə də təsdiqlənməyə çalışıldı. Bu nəzəriyyəni ilk olaraq irəli sürən Berklili biokimyaçılar Uilson, Rebekka Kenn və Mark Stounkinq üç təməl önmühakimə və sübut olunması qeyri-mümkün zənlərlə yola çıxdılar:

1. Mitoxondrial DNT-nin mənşəyi “hominid”lərə, yəni insanabənzər canlılara söykənirdi.

2. Mitoxondrial DNT-də mutasiyalar nəticəsində nizamlı dəyişikliklər olmalı idi.

3. Bu mutasiyalar sabit bir sürətdə, yəni həmişə meydana gəlməliydi.

Bu proqnozları əsas götürən tədqiqatçılar guya təkamül müddətində növlərin hansı sürətdə dəyişdiyini göstərəcək olan “molekulyar saat”ı  təyin edəcəklərinə  inanırdılar. Əslində, bu proqramı yazanların etdikləri şey lap əvvəldən  istədikləri nəticəyə görə işlərini yönləndirməkdən ibarət idi.

Söykəndikləri fərziyyələr varlığı sübuta yetirilməyən, təcrübə və müşahidə ilə belə nümunə göstərilə bilinməmiş olan iddialar idi. (Əslində, mutasiya canlı quruluşda yalnız nizamsızlığa və ölümə səbəb olduğu müşahidə olunmuş DNT pozulmasıdır. Mutasiyalar canlını daha yüksək bir səviyyəyə daşıyan hər hansı bir irəliləməyə əsla səbəb ola bilməz. Ətraflı məlumat üçün: “Mutasiyalar təkamülə səbəb olur” iddiası saxtakarlıqdır)

Təkamülçü tədqiqatçılar ön mühakimələrini kamuflyaj edəcəyinə ümid etdikləri kompyuter proqramı hazırladılar. Proqram xəyali təkamül prosesinin ən məhsuldar və birbaşa yolu təqib etdiyi mühakiməsi əsas  götürülərək hazırlanmışdı. Halbuki bu, təkamül nəzəriyyəsinin təməl fərziyyələrinə belə zidd olan xəyali bir prosesdir.

Necə ki, bu tezisin elmi bir dəyər daşımadığı təkamül nəzəriyyəsini müdafiə edən bir çox elm adamı tərəfindən belə qəbul edildi. Məşhur “Nature” jurnalının redaktor heyətindən Henri Ci “Afrika Cənnəti Üzərindəki Statistik Bulud” adlı yazısında mtDNT tədqiqatı nəticələrini “tullantı” olaraq dəyərləndirdi1. Cinin yazısında mövcud 136 mtDNT ardıcıllığı qeydə alınanda, çəkilən nəsil ağaclarının sayının 1 milyardı keçdiyi bildirilirdi. Yəni aparılan bu işdə bu 1 milyarda qədər təsadüfi nəsil ağacı görməzlikdən gəlinmiş, ancaq şimpanze-insan arasında guya təkamül olduğu fərziyyəsinə uyğun olan tək nəsil ağacı seçilmişdi.

Vaşinqton Universitetindən genetik Alan Templton da DNT silsilələrindən yola çıxaraq dövrümüzdəki insanının mənşəyi üçün bir tarix təyin etməyin qeyri-mümkün olduğunu bildirdi. Çünki DNT-lər insan cəmiyyətləri arasında belə olduqca çox dəyişikliyə məruz qalmışdır2. Bu, riyazi olaraq diqqətə alınanda  şəcərədə təkcə  bir insana aid mtDNT-si ayırd etməyin qeyri-mümkün olduğu mənasını gəlir.

Ən əhəmiyyətli etiraf isə, tezisin sahiblərindən gəldi. 1992-ci ildə tədqiqatı təkrarlayan qrupdan Mark Stounkinq (Pennsilvaniya Ştat Universiteti) “Science” jurnalına yazdığı bir məktubda “Afrikalı Həvva” iddiasının əsassız olduğunu qəbul etti3. Çünki tədqiqatın istənilən yöndən nəticəyə istiqamətlənərək nizamlandığı məlum idi.

TEZİSİN MƏNTİQİ ZİDDİYYƏTLƏRİ

Tezisin əsas məntiqi ziddiyyəti deduksiyaya yol verilməsidir, yəni tədqiqatın əvvəlində təkamül reallaşmış zənni ilə hərəkət edilir, sonra da əldə edilən nəticə “təkamül dəlili” kimi göstərilir…

Mitoxondrial DNT tezisi, əvvəldə də ifadə etdiyimiz kimi DNT-dəki mutasiyalardan istiqamətlənərək ortaya atılmışdı. Amma bu sualı soruşmaq lazımdır: “Bir təkamülçü insan DNT-sinə baxanda hansı DNT pillələrinin mutasiyaların nəticəsi ilə meydana gəldiyinə, hansılarının da orijinal-dəyişməmiş olduğuna necə qərar verə bilir?” Əlbəttə ki, bu suala cavab verə bilməsi üçün orijinal, insanın əcdadı olduğunu iddia etdikləri canlıya aid DNT ardıcıllıqlarını əvvəlcədən bilməlidir. Tədqiqata başlayanda varlığını iddia etdikləri orijinal insan DNT-sindən yola çıxmaq məcburiyyətindədirlər. Amma təkamülçülərin burada etdiyi hiylə ortadadır; özlərinə əsas kimi şimpanze DNT-ni götürmüşlər4.

Başqa bir sözlə, insan DNT-nin şimpanze DNT-sindən təkamülləşdiyinə dəlil axtarılan bir işdə tarixin əvvəllərində yaşamış orijinal insan olaraq şimpanze başlanğıc nöqtəsi kimi qəbul olunur. Hələ  tədqiqatın əvvəlində təkamül reallaşmış zənni ilə hərəkət edilir, sonra da əldə edilən nəticə “təkamül dəlili” kimi göstərilir. Buna görə məsələ elmilikdən son dərəcə uzaqda, media xarakterli səciyyə daşıyır.

Təkamülçü tədqiqatçı əgər DNT-də meydana gəldiyini iddia etdiyi nizamlı faydalı mutasiyaları “molekulyar saat”ı hesablamaq üçün  təməl olaraq istifadə edəcəksə, mövhumi mutasiyaların sürətini də hesablamaq məcburiyyətindədir. Amma nüvədəki, ya da mitoxondridəki DNT-nin nə qədər mutasiyaya uğradığını büruzə verən  hər hansı bir göstərici tapıla bilməz.

Tezisdəki məntiq səhvləri bizə bunu göstərir: yenə də təkamülü təkamülə əsaslanaraq sübut etməyə cəhd göstərirlər. DNT ilə təkamülə dəlil axtarmaq, bitərəf olaraq aparılan araşdırma deyil, “təkamül onsuz da olub” qəbul edilərək quraşdırılmış “gözə kül üfürmə”dir.

Təkamülçülər bu cür saxtakarlıqlara niyə  ehtiyac duyur?”- sualının cavabı isə, təkamülü dəstəkləyən heç bir həqiqi elmi dəlil olmamasıdır.

 

Mövzu ilə əlaqədar digər məqalələrimiz:

İnsanın Mənşəyi
“Tullantı DNT” iddiasına cavab
“Mutasiyalar təkamülə səbəb olur” iddiası saxtakarlıqdır
Ara Keçid Forma İddialarına Cavab – I Hissə
Ara Keçid Forma İddialarına Cavab – II Hissə
“Neandertallar insanın meymunabənzər əcdadıdır” iddiası saxtakarlıqdır
“Avstralopiteklər insanın əcdadıdır” iddiası saxtakarlıqdır
BBC Azərbaycan saytının “ibtidai insan” və “daş dövrü” xətaları
Az.ann.az saytının “İnsan hələ də təkamül edirmi?” başlıqlı yazısına cavab
Milli.az saytının təkamül fərziyyəsi ilə bağlı iddialarına cavab
“National Geographic” Azərbaycan jurnalının “daş dövrü pəhrizi” iddialarına cavab

Mənbələr:

1. Henry Gee, “Statistical Cloud over African Eden,” Nature, 355 (13 February 1992): 583
2. Marcia Barinaga, “‘African Eve’ Backers Beat a Retreat,” Science, 255 (7 February 1992): 687
3. S. Blair Hedges, Sudhir Kumar, Koichiro Tamura, and Mark Stoneking, “Human Origins and Analysis of Mitochondrial DNA Sequences,” Science, 255 (7 February 1992): 737-739
4. Barinaga, “Choosing a Human Family Tree,” Science, 255 (7 February 1992): 687

Şərh üçün bağlıdır.

axtarış