• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Ara-Keçid Forma İddialarına Cavab -II- Hissə

 

Ara-Keçid Forma İddialarına Cavab -I- Hissə

Ara-Keçid Forma İddialarına Cavab -III- Hissə

 

1. İDA (Darwinius masillae)

2009-cu ildə “insanın təkamülü” nağılına sübut olaraq gündəmə gətirilən bu fosil bütün darvinist nəşriyyatlarda propaqanda alətinə çevrildi. Əslində, Almaniyada tapılan və 47 milyon il yaşı olduğu təxmin edilən fosilin, sadəcə olaraq, nəsli tükənmiş bir lemurdan başqa bir şey olmadığı məlum oldu1. “Nature” jurnalının baş redaktoru, təkamülçü Dr. Henri Ci də bu fosilin keçid forma olaraq qəbul edilməsinin yanıldıcı olacağını ifadə etdi2. Bundan əlavə, 95%-i qorunmuş olan3 canlının iç orqanları da daxil olmaqla, bütün təfərrüatları incələnmiş və növəməxsus bir neçə detal xaric olmaqla, bütün xüsusiyyətlər mükəmməl lemur növünü təmsil etmişdir. Darvinistlər İdanın bükülə bilən baş barmağının olduğunu, bunun digər məməlilərdə olmadığını, amma insanda rast gəlindiyini deyirlər. Halbuki bu gün yaşayan bütün lemurların baş barmaqları bu cürdür. İdanın dırnaqlarının olması da onu insanla qohum etmir, çünki digər primatlarda da dırnaqlar mövcuddur4. İdanın ayaq daraqarxası sümüyünün “insanınkıyla eyni” olduğu da iddia edilir. Halbuki canlının ayaq strukturu insanınkından tamamilə fərqlidir. Ayaqdakı tək sümüyün bənzərliyi götürülüb digər bütün fərqliliklər görməzdən gəlinmişdir. Diş darağının olmaması da bu fosili keçid forma etmir, çünki dişlər meymun dişləri ilə bənzərlik göstərir5.

2. MİLLENİUM ADAMI (Orrorin tugenensis)

2000-ci ildə Keniyada tapılan bu fosilin 6 milyon il yaşı olduğu təxmin edilir6. Təkamülçü elm adamlarının da qeyd etdiyi kimi, bu fosil “Lüsi”dən- məşhur avstralopitek nümunəsindən 3.2 milyon il daha qədimdir. Elə bu da təkamülçüləri ziddiyyət içinə salan məsələdir. Çünki təkamülçülərin insanın əcdadı hesab etdiyi Lüsi Millenium adamından daha cavan olmasına baxmayaraq, təkamülçü məntiqə əsasən, daha az inkişaf etmişdir. Yəni insana daha yaxın olmaq yerinə, meymuna yaxındır, hətta tam meymundur7. İngiltərə və ABŞ-dan iki anatomist Solli Sukerman8 və Çarlz Oksnard9 və Liverpul Universitetindən Fred Spur10 kimi məşhur alimlər isə Lüsinin yeriyə bilmədiyini, bugünkü meymunlarla eyni xüsusiyyətlər daşıyan, nəsli kəsilmiş bir növ olduğunu göstərmişdirlər. Millenium adamı isə Lüsidən daha qədim olmasına baxmayaraq, təkamülçülər tərəfindən dik yeriyə bilən, çənə və diş quruluşu insanınkına bənzər olaraq təsvir edilir11. Bu ziddiyyətli hal da Millenium adamını insanın xəyali təkamülünə dəlil kimi göstərməyin yalnışlığını ortaya qoyur. Təkamülçülər öz nəzəriyyələrini təkzib edən bir dəlili, bu nəzəriyyəyə sübut kimi göstərməyə çalışırlar.

3. ARDİ (Ardipithecus ramidus)

Ardi

Solda Ardiyə aid fosil qalıqlarını görürsünüz. Bu qalıqlara əsaslanaraq sağdakı kimi bir təsvir əldə etmək qətiyyən mümkün deyildir. Darvinistlər əslində şimpanze fosilinə aid qalıqları təhrif edərək saxta rəssamlıq nümunəsi ortaya çıxarmışlardır.

Əslində 1994-cü ildə tapılmış olan12 Ardi fosili 15 ildən sonra böyük bir kəşf kimi gündəmə gətirildi13. Darvinistlər 4.4 milyon il yaşı olan Ardini “ayaqüstə rahat gəzdiyi”ni göstərən şəkillərlə təbliğ etdilər14. Sonradan isə bu fosilin sadəcə bir bonoboya (cırtdan şimpanze) aid olduğu məlum oldu15. İlk tapıldığı zaman çox kiçik hissələrə parçalanmış olan omba sümüyünü isə təkamülçülər öz istədikləri kimi bitişdirib bu canlını “dik yeriyə bilən” vəziyyətə gətirmişlər16. Darvinistlərin Ardi haqqındakı “ailədə vəzifə bölgüsü” iddiaları isə yenə də özünü doğrultmur. Çünki heyvanlar aləmində bir çox növün erkəkləri və dişiləri arasında vəzifə bölgüsü mövcuddur və bu vəziyyət bonobo meymunlarında da eynidir. Digər tərəfdən, Ardinin ara keçid forma olmamasını onun təbliğatından qısa müddət sonra nüfuzlu təkamülçü dairələr də etiraf etmişdir. Bunların başında isə Stouni Bruk Universitetinin Tibb Mərkəzindən anatomik elmlər bölümü şefi Uilyam Yunqers17 və Ardi üzərində incələmələr aparan və Ardinin insanın xəyali təkamülündə itmiş halqa olduğunu irəli sürmüş Kaliforniya Universitetindən məşhur darvinist Tim Uayt18 gəlir. Uayt belə deyir: “Ardipithecus ramidusun (Ardi) avstralopiteklərin əcdadı olduğu çıxarışını kifayət dərəcədə haqlı çıxardacaq heç bir xüsusiyyət göz önündə mövcud deyil”19.

4. KENİYANTROP (Kenyanthropus platyops)

Keniyada paleoantropoloq Miv Liki və heyəti tərəfindən 1999-cu ildə tapılmış bu kəllə qutusu fosili yastı üz quruluşuna malik olması səbəbilə “Yastıüzlü Adam” (Flat Faced Man) olaraq adlandırıldı. 3,5 milyon il yaşı olan bu fosil xəyali təkamül sxemlərini alt-üst edirdi, çünki özündən sonra yaşamış Lüsi kimi meymun növləri, təkamülçülərin iddialarına əsasən, keniyantropdan daha “geridə” idi20. Corc Vaşinqton Universitetinin Antropologiya şöbəsindən Daniel E. Liberman bu təzadı belə dilə gətirir: “İndi 3,5 milyon illik başqa bir növün tapılması ilə, görünən odur ki, vəziyyət daha qarışıq hala gələcək… Məsələn, niyə adətdənkənar olaraq kiçik çənə dişinə və önə doğru qövsvarı çənə sümüyü olan böyük yastı üzə eyni anda malikdir? Böyük üzü və oxşar şəkildə yerləşdirilmiş çənə sümüyü olan bütün digər insanabənzər növlərin böyük dişi var”21. Məşhur TV kanalı BBC isə xəbəri “Yastı üzlü adam bir tapmacadır”, “İnsanı çaşdıran sxem”, “Elmi ziddiyyət” başlıqları ilə vermiş və xəbərdə belə deyilmişdir: “Miv Liki, heyəti və Keniya Milli Muzeyinin kəşfi onsuz da bulanıq olan insanın təkamülü sxemini daha da tutqunlaşdırır”22. London Kolleci Universitetindən məşhur təkamülçü Dr. Fred Spur isə tapılmış fosil üçün “bir çox sualı gündəmə gətirdi” şərhini vermişdir23.

5. ANXİORNİS (Anchiornis huxleyi)

etekli-goyercin

Anxiornisdə müşahidə edilən arxa ətraf lələkləri müasir dövrdə yaşayan “ətəkli göyərçinlər”lə bənzərlik təşkil edir. Anxiornis kəllə qutusu, ümumi bədən quruluşu və sahib olduğu qanadlar baxımından da günümüzdə yaşayan quşlardan fərqlənmir

Çində 2009-cu ildə tapılmış bu “dördqanadlı quş” fosili dərhal təkamülçülər tərəfindən istismar edildi və “keçid forma” kimi şərh olundu. Fosilə ateist, darvinist və “Darvinin buldoqu” kimi tanınan Tomas Hakslinin xatirəsinə Anchiornis huxleyi adı verildi. Fosilin əsas xüsusiyyəti sadəcə ön ətraflarında deyil, həm də arxa ətraflarında lələklərin olması idi24. Təkamülçülər bu lələklərin zaman keçdikcə “rudimentləşdiyi”ni iddia etdilər25. Halbuki bu iddiada bir çox məntiq xətaları vardır. İlk öncə, arxa ətraflarında lələklər olan quşlar hal-hazırda da yaşamaqdadır26. Sözügedən fosil kəllə qutusu və ümumi bədən quruluşu baxımından tam quş xüsusiyyətləri göstərir, sahib olduğu qanadlar və tüklər cəhətdən də bu canlının dövrümüzdə yaşayan ətəkli göyərçin növüylə çox oxşar olduğu aydın olur. Bu tüklər birbaşa uçuşa xidmət etməsə də, quşun bər-bəzəkli görünməsi üçün əhəmiyyətlidir. İkinci maraqlı cəhət budur ki, təxminən 160 milyon il yaşı olan bu fosil darvinistlərin quşların əcdadı kimi qələmə verdikləri arxeopteriksdən daha qədimdir27. Lakin arxeopteriksə doğru gedən xəyali ara keçid forma xüsusiyyətləri daşımır. Darvinistlər hələ iki qanadın mənşəyini açıqlaya bilmədikləri bir vaxtda ortaya dördqanadlı canlı girmişdi. Bu paradoks da təkamülçülərin “ikiayaqlı dinozavrlardan təkamül” iddiasına28 güclü zərbə endirirdi. Digər bir paradoks isə budur: darvinistlər arxa qanadların zaman keçdikcə funksiyasını itirdiyini və yox olduğunu deyirlər. Halbuki dörd qanad bir canlı üçün olduqca böyük üstünlükdür. Dörd qanadlı canlılar ikiqanadlılara nisbətən çox daha səlis manevr qabiliyyətinə malikdirlər29. Buna görə də, bir canlının əvvəlcə dörd qanad qazanması, sonra da bunları itirməsi təbii seçmə məntiqinə ziddir.

6. SİNOZAVROPTERİKS (Sinosauropteryx prima)

1996-cı ildə Çində tapılmış bu fosil təkamülçülər tərəfindən “ilk tüklü dinozavr” ünvanına layiq görüldü. Səbəb bu idi ki, o zamana qədərki dinozavr fosillərindən fərqli olaraq, bu fosil üzərində “tükə” və ya “lələyəbənzər” çıxıntılar müşahidə edilmişdi30. Təkamülçülər də bu yeni tapıntının həyəcanıyla dərhal sinozavropteriksi quşların əcdadı kimi qələmə verməyə girişdilər. Lakin bunların quş lələklərilə heç bir əlaqəsi olmadığı irəliləyən araşdırmalarla üzə çıxdı. Məşhur təkamülçü bioloq, ornitoloq Alan Feduçia bu formaları “dino-fuzz” (“dinozavr tiftiyi”) adlandırmış və bunların quş lələklərilə əlaqəsiz olduğunu söyləmişdir31. “Science” jurnalında yayımlanmış “Tüklü dinozavrın tüklərini yolmaq” başlıqlı bir məqalədə təkamülçü paleontoloqların “lələk” zənn etdiyi çıxıntıların həqiqətdə lələklərlə əlaqəsiz olduğu etiraf edilir və deyilirdi: “Keçdiyimiz ay Çikaqodakı onurğalı paleontologiyası iclasında verilən hökm daha fərqli oldu: fosil nümunələrini incələyən yarım düjin qərbli paleontoloq bu strukturların modern lələklər olmadığını söylədilər… Kanzas Universiteti paleontoloqu Larri Martin bunların deformasiya olmuş kollagen liflər olduğunu və quşlarla heç bir əlaqəsi olmadığını bildirdi”32. Konnektikut Universitetindən Alan Braş da sinozavropteriks haqqındakı spekulyativ tük iddiaları ilə bağlı bunları deyirdi: “Fosillərin xarici səthindəki sərt və qalın tükəbənzər liflər modern lələklərdə müşahidə edilən detallı orqanizasiyadan məhrumdur”33. Amerikan paleontoloq Piter Dodson isə “bunu əlavə etməkdə tələsirəm ki, məlum olan kiçik teropodların heç biri- bunlara Deynonix, Dromeozavr, Velosiraptor, Unenlagiya, Sinozavropteriks, Protarxeopteriks, Kaudipteriks də daxil olmaq üzrə- quşların mənşəyinə aid deyildir. Bunlar hamısı Təbaşir dövrünə aid fosillərdir…”- deyir34.

7. BEYPYAOZAVR (Beipiaosaurus inexpectus) SİNORNİTOZAVR (Sinornithosaurus)

1999-cu ildə “National Geographic” jurnalında yayımlanan “Çində tapılmış son tüklü dinozavr” xəbərində yeni üzə çıxarılan üç teropod dinozavrı fosilindən bəhs edilirdi35. Bu fosillər geniş bir media propaqandası ilə təkamülün əsaslı dəlilləri kimi göstərilirdi. “National Geographic”də adı keçən 3 fosil isə bunlardır: Beypyaozavr, Sinornitozavr və Arxeoraptor (Arxeoraptor saxtakarlığı barədə buradan məlumat alın). Eyni mənbədən verilən məlumatlara görə, hər bir fosil təxminən 120 milyon il yaşında idi və teropod dinozavrlar sinfinə daxil idi. Lakin “National Geographic” bu dinozavrların bəzi “quşabənzər” xüsusiyyətlər daşıdığını irəli sürdü. Bu xüsusiyyətlərin ən əsası isə, bu fosil dinozavrların quşlarınkına bənzər “lələklər”ə sahib olması idi. Lakin irəliləyən aylarda sinozavropteriks (bax. 6-ci iddia) adlı fosil üzərində aparılan ətraflı analizlər təkamülçü araşdırmaçıların həyəcanla “quş lələyi” kimi tanıtdıqları strukturların lələklərlə heç bir əlaqəsi olmadığını üzə çıxardı. Sinozavropteriks üzərindəki spekulyasiyalarının puç olmasının ardından təkamülçülər beypyaozavr və sinornitozavr kimi yeni fosil tapıntıları üzərində spekulyasiyaya girişmişdirlər. Bu da müəyyən strukturların “lələk” kimi xarakterizə edilməsinə yol açmış və bəzi məntiq xətalarını da özü ilə birlikdə gətirmişdir. Ən bariz məntiq xətası isə budur: fosilləri şərh edən təkamülçü paleontoloq Kris Sloan bu canlıların uça bilmədiklərini, lakin qanadlarını müvazinətli qaçmaq üçün işlətdiklərini irəli sürür36. Yəni bu iddiaya əsasən, sözügedən fosillər hələ uça bilməyən “quş əcdadlar” kimi qəbul edilməlidir. Məhz bu nöqtədə çox böyük bir ziddiyyət vardır. Çünki bu fosillər 120 milyon il qədər qədimdir. Lakin məlum olan ilk uçan quşlardan biri- Arxeopteriks 150 milyon il yaşındadır. Yəni arxeopteriksin “əcdad”ı olması lazım gələn canlılar arxeopteriksdən 30 milyon il daha cavandırlar! Bu paradoksu tiktaalik və seymuriya kimi fosillərlə bağlı təkamülçü iddialarda da müşahidə etmək mümkündür. Məlumat üçün: Ara Keçid Forma İddialarına Cavab – I Hissə.

8. MİKRORAPTOR (Microraptor)

2003-cü ilin yanvar ayında çinli paleontoloq Süy Sin (Xu Xing) tərəfindən tapılan Microraptor gui adlı fosil bir çox digər fosil kimi təkamülçülər tərəfindən quşların “ibtidai əcdadı” kimi göstərilmək istəndi. Bu fosilin dörd qanadı olan və ağacdan-ağaca süzülən dino-quş olduğu iddia edildi. Lakin çox qısa bir müddət sonra üzə çıxdı ki, bu iddia heç bir konkret dəlilə əsaslanmır. Əvvəla, Mikroraptorun yaşı təxminən 125 milyon il olduğu halda37, ən qədim uçucu quşlardan olan arxeopteriks ondan 20 milyon il daha qədimdir. Üstəlik, fosilin bütün xüsusiyyətləri onun dinozavr olduğuna işarə edir. Fosili tapmış və xarakterizə etmiş paleontoloqun şəxsən özü “Nature” jurnalında yayımladığı hesabatda bu fosilin bir “dinozavr”a aid olduğunu yazmışdır38. Mikroraptorun ön ətrafındakı barmaq sıraları quşlardakı kimi 2-3-4 ardıcıllığında yox, dinozavrlardakı kimi 1-2-3 ardıcıllığındadır və arxa ətraflarında dromeozavrların (kiçik-orta ölçülü ətyeyən dinozavr qrupu) xarakteristik xüsusiyyəti olan öldürücü pəncələr mövcuddur39. Həmçinin quşlarda büzdüm sümüyünün varlığı da, təkamülçülərin iddialarının əksinə, mikroraptorun havada süzülməsi iddiasını təkzib edir. Mikroraptorun mediadakı rekonstruksiyalarına baxdığımız zaman, arxa ətraflarını yanlara doğru üfüqi şəkildə açmış və ağacdan-ağaca süzülən formada təsvir edildiyini görərik40. Halbuki, quşlarda büzdüm sümüyünün anatomiyasından dolayı, arxa ətrafların 180o açılması qeyri-mümkündür. Digər tərəfdən, mikroraptorun ayaqlarında olduğu fərz edilən tüklərin ayaqlara bitişik olub-olmaması da mübahisəli məsələdir. Berklidəki Kaliforniya Universiteti, Paleontologiya Muzeyinin rəhbəri Kevin Padian “Bioscience” jurnalının May, 2003 sayında yayımlanan məqaləsində mikroraptorda mövcud olduğu iddia edilən arxa ətraf tüklərinin ayağa həqiqətən bağlı olub-olmadığı mövzusunda qane olmadığını bildirir41.

9. DROMEOZAVR (Dromaeosaurus)

dino-fuzz

Mənşəyi hələ də mübahisəli olan “dinozavr tükləri” məşhur ornitoloq Alan Feduçia tərəfindən “dino fuzz”, yəni “dinozavr tiftiyi” adlandırılmış və quş lələkləri ilə əlaqəsiz olduğu göstərilmişdir. Bu tükəbənzər çıxıntıların modern, aerodinamik xüsusiyyətli quş lələkləri ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur

Təkamülçülərin ən güclü “dəlil”lərindən olan Arxeoraptorun elmi saxtakarlıq olduğu üzə çıxandan sonra42 bu sensasiya yeni tapılmış bir fosillə ört-bas edilməyə çalışdı. Bu, 2001-ci il, 26 Aprel tarixli “Nature” jurnalında “Paleontologiya: Sükutu Pozan Lələklər” başlığı ilə yayımlanan bir məqalədə bəhsi keçən dromeozavr adlı “tüklü dinozavr” nümunəsi idi43. Çində tapılmış təxminən 75 milyon illik bu fosil təkamülçülərin də təsvir etdiyi kimi, bir quşa yox, tipik sürünənə aid fosildir44. Qanadları yoxdur, pəncəli ön ətrafları vardır. Uzun arxa ətraflara və uzun quyruğa malikdir45. Təkamülçülərin bu canlını quşlarla əlaqəli göstərməyə cəhd etmələrinin yeganə səbəbi bədəninin üst qismində tüklərə bənzəyən çıxıntıların olmasıdır. Halbuki bu yeni fosilin quşların əcdadı ola bilməyəcəyini göstərən çox bariz dəlillər mövcuddur. Bunlardan biri fosilin yaşıdır. 75 milyon illik46 bu canlının natamam lələkləri olduğu deyilir, hərçənd ki, ondan iki dəfə daha qədim olan və təkamülçülər tərəfindən də “ilk uçan quş” olaraq qəbul edilən arxeopteriks tam modern lələklərə sahib bir canlıdır47. Təkamülçülər əgər sürünənlərin quşlara çevrildiyini iddia edəcəklərsə, arxeopteriksdən sonra yox, öncə yaşamış bir qrup sürünənin mərhələ-mərhələ quş xüsusiyyətləri qazandıqlarını göstərən fosillər tapmalıdırlar. Halbuki buna dair ən kiçik dəlil belə yoxdur. Dromeozavra aid olduğu iddia edilən “tüklər” isə daha əvvəl də analiz etdiyimiz kimi, saxta və ya yalnış şərh ola bilər (bax. 6-cı və 7-ci iddialar). Bundan da əlavə, təkamülçülər tapılan bu fosilin teropod dinozavr olduğunu söyləyirlər. Halbuki, özü bir təkamülçü olmasına rəğmən, Alan Feduçia teropodların təkamül keçirərək uçmasının qeyri-mümkün olduğunu belə izah edir: “Bu qədər böyük iki ayağı, qısaldılmış ön ayaqları və ağır quyruğu olan bir canlının təkamül keçirərək uçması biofiziki cəhətdən qeyri-mümkündür”48.

10. BAZİLOZAVR (Basilosaurus)

Təkamül saxtakarlıqları içində xüsusi bir yeri olan “balinanın təkamülü” saxtakarlığı bir sıra məməli fosillərinin ard-arda düzülməsiylə meydana gəlmişdir. Bunlardan ikisinə- Pakiset və Ambulosetə Ara Keçid Forma İddialarına Cavab – I Hissədə diqqət çəkmişdik. Həmin sıralamada yer alan və həqiqətdə sadəcə nəsli kəsilmiş bir qədim balina (Archaeoceti) növü olan49 bazilozavr da təkamülçülərin birtərəfli şərhinə məruz qalmışdır. Bazilozavrın özündən əvvəl gəldiyi deyilən ambulosetlə, yəni mezonixid məməlilərlə heç bir əlaqəsi yoxdur. Məşhur onurğalı paleontoloqu Robert Kerroll da “birbaşa balinalara çatan bir mezonixid cizgisi təsvir etmək mümkün deyil”,- deyərək bu həqiqəti etiraf edir50. Dördayaqlı quru məməlisi olan ambulosetdə onurğa omba sümüyündə bitir və bu sümüyə bağlı güclü ayaq sümükləri uzanır51. Bu, tipik quru məməlisi anatomiyasıdır. Balinalarda isə onurğa quyruğa doğru aralıqsız davam edir və omba sümüyü mövcud deyildir. Hansı ki, ambulosetdən 10 milyon il sonra yaşadığı deyilən bazilozavr da eynilə bu anatomiyaya sahibdir, yəni tipik balinadır52. Ambulosetlə bazilozavr arasında isə heç bir “keçid forma” yoxdur. Bazilozavrın onurğasının alt tərəfində, onurğadan azad kiçik sümüklər mövcuddur53. Təkamülçülər bunun “kiçilmiş ayaqlar” olduğu iddiasındadırlar. Halbuki sözügedən sümüklərin “cütləşmə vəziyyətini almağa yardım etdiyi” (klasper funksiyası) da yenə “National Geographic”, “Science kimi təkamülçü mənbələr tərəfindən etiraf edilmişdir54,55. Bazilozavrın eşitmə sistemi də özündən əvvəl gələn canlılarınkından çox fərqlidir. Pakiset və ambuloset normal quru məməliləri kimi səsi qulaqları vasitəsilə qəbul edirdi. Balinaların isə qulaqları yoxdur, səsi alt çənələrindəki xüsusi titrəyiş analizatorları ilə qəbul edirlər. “National Geographic” də bu həqiqəti dilə gətirir və bazilozavrın da eynilə digər balinalar kimi səsləri alt çənə vasitəsilə qəbul etdiyini etiraf edir56.

 

Mənbələr:

  1. Thomas, B. and F. Sherwin. Ida: Separating the Science from the Media Campaign. ICR News, May 22, 2009
  2. http://news.bbc.co.uk/2/hi/8057465.stm
  3. Franzen J.L., Gingerich P.D., Habersetzer J., Hurum J.H., von Koenigswald W., et al., Complete primate skeleton from the Middle Eocene of Messel in Germany: Morphology and Paleobiology. PLoS ONE 4(5): e5723 DOI: 10.1371/journal.pone.0005723, 2009
  4. Don Batten, Darwin fossil hyper hype, Creation 32(1):44–46, 23 May 2009
  5. Don Batten, ‘Darwin fossil hyper hype’, Creation 32(1):44–46, 23 May 2009
  6. Balter, M., Early Hominid Sows Division, Science Now, 22 February 2001
  7. Pickford, Martin (December 2001). “Martin Pickford answers a few questions about this month’s fast breaking paper in field of Geosciences”. Essential Science Indicators
  8. Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, səh. 75-94
  9. Charles E. Oxnard, “The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt”, Nature, cild 258, səh. 389
  10. Fred Spoor, Bernard Wood & Frans Zonneveld, “Implications of Early Hominid Labyrinthine Morphology for Evolution of Human Bipedal Locomotion”, Nature, vol. 369, 23 June 1994, səh. 645.
  11. Henke, Winfried (2007). Henke, Winfried; Hardt, Thorolf; Tattersall, Ian, eds. Handbook of paleoanthropology: Phylogeny of hominids. Springer. pp. 1527–9. ISBN 978-3-540-32474-4.
  12. Lemonick, MD; Dorfman, D (1 October 2009). “Ardi is a new piece for the evolution puzzle”. Time. Retrieved October 6, 2009
  13. “Online extras: Ardipithecus ramidus”. Science. Archived from the original on 5 October 2009. Retrieved October 6, 2009
  14. http://www.hominides.com/html/ancetres/ancetres-ardipithecus.php
  15. http://www.netcevap.org/index.php?git=makale&makale_id=148532
  16. http://www.age-of-the-sage.org/evolution/ardi_fossilized_skeleton.html
  17. Katherine Harmon, How Humanlike Was “Ardi”?, Scientific American, 19 Noyabr 2009
  18. Katherine Harmon, How Humanlike Was “Ardi”?, Scientific American, 19 Noyabr 2009
  19. Katherine Harmon, How Humanlike Was “Ardi”?, Scientific American, 19 Noyabr 2009
  20. http://www.lewrockwell.com/orig/sardi3.html
  21. Daniel E. Lieberman, “Another face in our family tree”, Nature, March 22, 2001
  22. http://news.bbc.co.uk/hi/english/sci/tech/newsid_1234000/1234006.stm
  23. http://news.bbc.co.uk/hi/english/sci/tech/newsid_1234000/1234006.stm
  24. Hu, D.; Hou, L.; Zhang, L. & Xu, X. (2009). “A pre-Archaeopteryx troodontid theropod from China with long feathers on the metatarsus”. Nature 461 (7264): 640–643. Bibcode:2009Natur.461..640Hdoi:10.1038/nature08322PMID 19794491
  25. Hu, D.; Hou, L.; Zhang, L. & Xu, X. (2009). “A pre-Archaeopteryx troodontid theropod from China with long feathers on the metatarsus”. Nature 461 (7264): 640–643. Bibcode:2009Natur.461..640Hdoi:10.1038/nature08322PMID 19794491
  26. Bax: ətəkli göyərçin cinsinə aid təsvir, sağda
  27. Bax: Ara Keçid Forma İddialarına Cavab- I Hissə
  28. Lee, Michael S. Y.; Cau, Andrea; Naish, Darren; Dyke, Gareth J. (1 August 2014). “Sustained miniaturization and anatomical innovation in the dinosaurian ancestors of birds”Science 345 (6196): 562 – 566. doi:10.1126/science.1252243. Retrieved2 August 2014
  29. Chatterjee, S., and Templin, R.J. (2007). “Biplane wing planform and flight performance of the feathered dinosaur Microraptor gui.” Proceedings of the National Academy of Sciences, 104(5): 1576-1580
  30. Browne, M.W. (19 October 1996). “Feathery Fossil Hints Dinosaur-Bird Link”. New York Times. p. Section 1 page 1 of the New York edition.
  31. Alan Feduccia, “Birds are Dinosaurs: Simple Answer to a Complex Problem”, The Auk, cild 119, no. 4, Oktyabr 2002, səh. 1187-1201
  32. Ann Gibbons, “Plucking the Feathered Dinosaur”, Science, cild 278, no. 5341, 14 Noyabr 1997, səh. 1229-1230
  33. Ann Gibbons, “Plucking the Feathered Dinosaur”, Science, cild 278, no. 5341, 14 Noyabr 1997, səh. 1229-1230
  34. Peter Dodson, “Origin of Birds: The Final Solution?”, American Zoologist, cild 40, 2000, səh. 505-506
  35. Christopher P. Sloan, “Feathers for T. Rex”, National Geographic Magazine, November 1999
  36. Christopher P. Sloan, “Feathers for T. Rex”, National Geographic Magazine, November 1999
  37. Naish, Darren (2012). Planet Dinosaur : The Next Generation of Killer Dinosaurs. Firefly Books. p. 186.ISBN 978-1-77085-049-1
  38. Xu, X., Zhou, Z., Kuang, X., Zhang, F., Du, X., “Four winged dinosaurs from China”, Nature, cilt 421, 2003, səh. 335-339
  39. Justin Costa Rica, “Microraptor gui: Bird or Dinosaur? A look into the therapod dinosaur-bird evolution debate”;
    http://www.ndsu.nodak.edu/instruct/ashworth/webpages/g491/2003presentations/justin costarica/Seminar.htm
  40. By Andrey Atuchin, official site of Natural History Museum, http://www.nhm.ac.uk/nature-online/life/dinosaurs-other-extinct-creatures/dino-directory/microraptor.html#
  41. Kevin Padian, “Four-Winged Dinosaurs, Bird Precursors, or Neither?”, BioScience, cilt 53, no. 5, səh. 450-452
  42. Ətraflı məlumat üçün: “Gerçək Təbiət Tarixi –II- (Quşlar və Məməlilər)”
  43. Hans-Dieter Sues, “Palaeontology: Ruffling feathers”, Nature, vol. 410, pp. 1036-1037 (26 April 2001)
  44. “Dromeozavr” sözünün hərfi mənası (yun.) “qaçan kələz” deməkdir
  45. Dromaeosaurus albertensis, Canadian Museum of Nature, Ottawa, Ontario, Canada
  46. Dromaeosaurus in the Paleobiology Database.
  47. Griffiths, P. J. (1996). “The Isolated Archaeopteryx Feather”. Archaeopteryx 14: 1–26.
  48. A. Gibbons, “New Feathered Fossil Brings Dinosaurs and Birds Closer”, Science, 274:720-721, 1996
  49. Basilosaurus in the Paleobiology Database, Retrieved May 2009
  50. Robert L. Carroll, Patterns and Processes of Vertebrate Evolution, Cambridge University Press, 1998, s. 329 
  51. Robert L. Carroll, Patterns and Process of Vertebrate Evolution, Cambridge University Press, 1998, s. 333
  52. B. cetoides, National Museum of Natural History, Washington D.C.
  53. Bejder & Hall 2002, p. 448
  54. National Geographic, “Evolution of Whales”, Noyabr 2001, səh. 163
  55. Philip D. Gingerich, B. Holly Smith, Elwyn L. Simons, “Hind limbs of Eocene Basilosaurus: evidence of feet in whales”, Science, Vol. 249, 13 July 1990, p. 156
  56. National Geographic, “Evolution of Whales”, Noyabr 2001, səh. 163

Şərh üçün bağlıdır.

axtarış