• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

“Avstralopiteklər insanın əcdadıdır” iddiası saxtakarlıqdır

Darvinistlər üçün insanın təkamülü məsələsi həyati əhəmiyyət daşıyır. İllərlə insanlara insanın təkamül keçirmiş heyvan olduğunu təlqin etməyə çalışırlar. Bu yalanı yaşatmaq üçün var gücləri ilə səy göstərir, heç dayanmadan ən lazımsız məsələlərdə belə insanın heyvan əcdadlarının olması düşüncəsini yeritməyə çalışırlar. Bu mövzuda əl atdıqları yalanlar isə heyrətləndiricidir. Çox vaxt heç bir əlaqəsi olmayan fosil tapıntıları belə formadan-formaya salınaraq insanabənzər varlıq kimi göstərilməyə çalışılır. Belə ki, darvinistlər sonradan qabana aid olduğu başa düşülən bircə diş fosilindən nebraska adamını uydurmuş, bu xəyali insanabənzər məxluqun ailəsi ilə birlikdə sosial həyatını təsvir etməkdən çəkinməmişdilər. Bu təəccüblü cəhdin mühüm nümunələrindən biri də Australopithecus-ların insanın meymunabənzər əcdadı olduğuna dair uzun zaman davam etdirilən iddialardır.

Avstralopiteklər nəsli kəsilmiş meymun növüdür. “Cənub meymunu” mənasını verən bu canlılar darvinistlər tərəfindən insanların ilk meymunabənzər əcdadları kimi qəbul etdirilməyə çalışılır. Nəsli kəsilmiş olduqlarına görə, bütün digər nümunələrdə olduğu kimi, bu meymun növü də təkamülçülər tərəfindən fərziyyə məmulatına çevrilmişdir. Lakin darvinistlərin Australopithecus-lar haqqında uydurduqları ssenarilər digər bütün nümunələrdə olduğu kimi, yenə də yalana əsaslanır.

Avstralopiteklərin ilk dəfə Afrikada 4 milyon il əvvəl üzə çıxdıqları və 1 milyon il əvvələ qədər də yaşadıqları hesab olunur. Burada xüsusi qeyd edilməli həqiqət isə avstralopiteklərin hamısının dövrümüzdəki həmnövlərinə bənzəyən nəsli kəsilmiş meymun olmasıdır. Hamısının beyin həcmi dövrümüzdəki şimpanzelərinki ilə eyni və ya onlarınkından daha kiçikdir. Dörd ayaqları üzərində yeriyirlər. Əllərində və ayaqlarında dövrümüzdəki meymunlardakı kimi ağaclara dırmaşmağa yarayan çıxıntılar mövcuddur və ayaqları budaqlardan yapışmaq üçün xüsusi quruluşa malikdir. Boyları qısadır (ən çox 130 sm) və eynilə dövrümüzdəki meymunlardakı kimi erkək avstralopitek dişisindən daha böyükdür. Kəllələrindəki yüzlərlə təfərrüat, bir-birinə yaxın gözlər, sivri azı dişləri, çənə quruluşu, uzun qollar, qısa ayaqlar kimi bir çox xüsusiyyət bu canlıların dövrümüzdəki meymunlardan fərqli olmadıqlarını göstərən dəlillərdir.

Avstralopiteklər meymun növü olmalarına baxmayaraq, darvinistlər tərəfindən iki ayaq üstündə gəzməyi bacaran canlılar kimi tərif edilir. Bu, yalandır, çünki avstralopiteklər ilə bağlı əldə edilən fosillərdə bu fantastik ssenarini təsdiq edən bircə nümunə də yoxdur. Ona görə, bu canlılar haqqındakı təkamül ssenarisi heç bir elmi dəlilə əsaslanmır.

Darvinistlərə əsasən, Australopithecus cinsinin müxtəlif növləri tapılsa da, sadəcə Australopithecus afarensis (1974-cü ildə tapıldıqda dünyaya insanın təkamülünün sübutu kimi təqdim edilən “Lüsi”nin təmsil etdiyi növ) insanın həqiqi əcdadı qəbul edilir. Lakin sözü gedən canlının insanın əcdadı olmadığı darvinistlər tərəfindən də qəbul edilmişdir. Məşhur fransız darvinist elmi jurnalı “Science et Vie” 1999-cu il may sayında bu mövzunu üz qabığında əsas mövzu kimi dərc etmişdir. Australopithecus afarensis növünün ən mühüm fosil nümunəsi hesab edilən Lüsidən bəhs edən jurnal “Adieu Lucy” (Əlvida, Lüsi) başlığı altında Australopithecus növündən olan meymunların insan soyunun əcdadı olmadığını və bu canlıların nəsil ağacından çıxarılmasını yazmışdır.1

“Science&Vie” jurnalının 1999, may nömrəsi “Əlvida, Lüsi” mövzusunu üz qabığında gündəmə gətirmişdi.

Dünyada məşhur olan təkamülçü paleontoloq Riçard Liki də Lüsinin təkamülə dəlil kimi heç bir əsasının olmadığını bu sözlərlə bildirir:

“Lüsinin (Australopithecus afarensis) cırtdan şimpanze qarışığından başqa bir şey olmadığı çox əzabverici və inkaredilməz dərəcədə qətidir. Meymundan insana keçidə dair fərz edilən dəlillər inandırıcılıqdan həddindən artıq uzaqdır”.2

Bütün bunlarla bərabər, avstralopiteklər üzərindəki tədqiqatlar nəticəsində təkamülçü Solli Sukerman da avstralopiteklərin sadəcə adi meymun növü olduqları və əsla dik yerimədikləri nəticəsinə gəlmişdir.3

Bu sahədəki tədqiqatları ilə məşhur olan digər təkamülçü anatomist Çarlz E. Oksnard da avstralopiteklərin skelet quruluşlarının dövrümüzdəki oranqutanqlarınkına bənzədiyini açıqlamışdır.4

1994-cü ildə İngiltərədəki Liverpul Universitetindən Fred Spur və qrupu avstralopitekin skeleti ilə bağlı qəti nəticəyə gəlmək üçün ətraflı tədqiqat həyata keçirmişdir. Skeletlərdə bədənin yerə görə vəziyyətini müəyyən edən “ilbiz” adlı orqan üzərində tədqiqatlar aparılmışdır. Spur avstralopitekin yerişinin insanlarınkına bənzəməməsi nəticəsinə gəlmişdir.5

2000-ci ildə B.Q. Riçmond və D.S. Streyt adlı elm adamlarının həyata keçirdiyi və “Nature” (Təbiət) jurnalında dərc olunan bir tədqiqatda isə avstralopiteklərin qabaq ayaq sümükləri tədqiq edilmişdir. Müqayisəli anatomik tədqiqatlar bu növün dövrümüzdə yaşayan və 4 ayaq üstündə yeriyən meymunlarla eyni qabaq ayaq anatomiyasına malik olduğunu göstərmişdir.6

Bütün bu dəlillər avstralopiteklərin bir meymun növündən başqa bir şey olmadığını açıq şəkildə ortaya qoyur. Belə ki, “Lüsi” fosilini kəşf edənlər təkamülçü paleontoloq Donald Cohanson (şəkildə) ve T.D.Uayt “Science” (Elm) jurnalına verdikləri açıqlamada bu mövzu ilə bağlı belə deyiblər:

“Australopithecus fosilləri olduqca hərtərəfli tədqiq edildi: yeriş formaları, qulaqlarının quruluşu, dişlərinin inkişaf nümunələri, uzun və güclü qabaq ayaqlar, qısa arxa ayaqlar, ayaqlarının forması, kiçik beyinlər, meymuna çox bənzəyən kəllələri, çənələri və üzləri. Bunların hamısı avstralopiteklərin meymun olduğunu və insanla heç bir əlaqələrinin olmadığını göstərir. Lüsini kəfş edən Donald Cohansonun özü belə bir müddət sonra “Australopithecus africanus”un (Lüsi) insanlarla heç bir əlaqəsi olmadığı nəticəsinə gəlmişdir”.7

Beləliklə, elmi cəhətdən aparılan fəaliyyətlər avstralopiteklərin insanın xəyali əcdadı olduğuna dair iddiaların hamısını təkzib etmişdir. Avstralopiteklər bir meymun növüdür və insanın əcdadı yaraşdırması yalnız darvinistlərin fantaziya və saxta nəzəriyyələri üçün istifadə etməyə çalışdıqları ssenaridir.

 

Mənbələr:

  1. Isabelle Bourdial, “Adieu Lucy”, Science et Vie, May 1999, nömrə 980, s. 52-62
  2. Richard Leakey, “Lucy – Evolution’s Solitary Claim For an Ape/Man: Her Position is Splitting Away” Creation Research Society Quarterly, vol. 22, no. 3, Dekabr 1985, s. 144-145 – Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 188
  3. Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, s. 75-94
  4. Charles E. Oxnard, “The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt”, Nature, nömrə 258, s. 389
  5. Fred Spoor, Bernard Wood, Frans Zonneveld, “Implication of Early Hominid Labryntine Morphology for Evolution of Human Bipedal Locomotion”, Nature, nömrə 369, 23 iyun 1994, s. 645-648
  6. Richmond, B.G. and Strait, D.S., Evidence that humans evolved from a knuckle-walking ancestor, Nature 404(6776):382, 2000.)
  7. D. Johanson – T. D. White, Science, 203:321, 1979, 207:1104, 1980 – Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 187-188

Şərh üçün bağlıdır.

axtarış