• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

“National Geographic” Azərbaycan jurnalının “daş dövrü pəhrizi” iddialarına cavab

“National Geographic” Azərbaycan jurnalının yanvar, 2015 sayında yayımlanmış “Qida Rasionunun Təkamülü” başlıqlı məqalədə bir çox əsaslı xətaya və elmi təhriflərə yol verilmişdir. Təkamülçülərə Cavab saytı hələ 2014-cü ilin iyun ayında BBC-nin “Daş dövrü pəhrizi” iddialarına tam elmi cavabları yayımlamışdı. Hansı ki, “National Geographic”in sözügedən məqaləsi də bu köhnə iddiaya həsr olunub. Həmin mövzu üzərində ətraflı işlənildiyi üçün bu məqalədə “daş dövrü” iddialarına yenidən cavab verməyə ehtiyac duymuruq. Lakin bunu xüsusilə vurğulamaq lazımdır ki, məqalədə ən sıx işlədilən “daş dövrü”, “mağara adamı” kimi ifadələr yalnız və yalnız təkamülçü xəyal məhsulundan ibarətdir və tarixdə heç vaxt belə bir dövr və insanlar mövcud olmamışdır1. Məqalənin müəllifi Enn Gibbons isə onsuz da özü kimi təkamülçü olan Raymond Dart, Riçard Renqhem və digərlərinin tezislərinə yer vermiş, lakin təbii ki, alternativ görüşləri görməzdən gəlmişdir.

davamı

Ara-Keçid Forma İddialarına Cavab -II- Hissə

 

Ara-Keçid Forma İddialarına Cavab -I- Hissə

Ara-Keçid Forma İddialarına Cavab -III- Hissə

 

1. İDA (Darwinius masillae)

2009-cu ildə “insanın təkamülü” nağılına sübut olaraq gündəmə gətirilən bu fosil bütün darvinist nəşriyyatlarda propaqanda alətinə çevrildi. Əslində, Almaniyada tapılan və 47 milyon il yaşı olduğu təxmin edilən fosilin, sadəcə olaraq, nəsli tükənmiş bir lemurdan başqa bir şey olmadığı məlum oldu1. “Nature” jurnalının baş redaktoru, təkamülçü Dr. Henri Ci də bu fosilin keçid forma olaraq qəbul edilməsinin yanıldıcı olacağını ifadə etdi2. Bundan əlavə, 95%-i qorunmuş olan3 canlının iç orqanları da daxil olmaqla, bütün təfərrüatları incələnmiş və növəməxsus bir neçə detal xaric olmaqla, bütün xüsusiyyətlər mükəmməl lemur növünü təmsil etmişdir. Darvinistlər İdanın bükülə bilən baş barmağının olduğunu, bunun digər məməlilərdə olmadığını, amma insanda rast gəlindiyini deyirlər. Halbuki bu gün yaşayan bütün lemurların baş barmaqları bu cürdür. İdanın dırnaqlarının olması da onu insanla qohum etmir, çünki digər primatlarda da dırnaqlar mövcuddur4. İdanın ayaq daraqarxası sümüyünün “insanınkıyla eyni” olduğu da iddia edilir. Halbuki canlının ayaq strukturu insanınkından tamamilə fərqlidir. Ayaqdakı tək sümüyün bənzərliyi götürülüb digər bütün fərqliliklər görməzdən gəlinmişdir. Diş darağının olmaması da bu fosili keçid forma etmir, çünki dişlər meymun dişləri ilə bənzərlik göstərir5.

davamı

Təkamülə alternativ nəzəriyyə

Çarlz Darvin 1859-cu ildə “Növlərin Mənşəyi” kitabını yayımladığı zaman dövrün, demək olar ki, heç bir nüfuzlu alimi kitabdakı fərziyyələri ciddi qəbul etməmişdi. Darvinin təbii seçmə nəzəriyyəsini qəbul etməyən çağdaşları- Riçard Ouen, Qreqor Mendel, Lui Paster kimi daha bir çox məşhur elm adamı xüsusi yaradılışa inanırdılar.

Lakin qısa müddətdə siyasi və ideoloji maraqların himayəyə aldığı təkamül nəzəriyyəsi geniş kütlələrə mənimsədilməyə başlandı. Xüsusilə siyasətə sirayət etmiş “sosial darvinizm” ideologiyası “yaşamaq uğrunda mübarizə”ni, yəni müharibələri təşviq etdiyinə görə, 20-ci əsr diktatura rejimlərinin əlində bayraq olmuşdu. Bu sekulyar, həm də inanca məhəl qoymayan rejimlərin ideoloji əsası da məhz təkamül fərziyyəsi idi.

davamı

Neandertalların keçid forma yox, insan irqi olması ilə bağlı yeni kəşf

Neandertallar (Homo neanderthalensis) bundan 100 min il əvvəl Avropada birdən-birə üzə çıxmış və təxminən 35 min il əvvəl sürətlə və səssiz şəkildə yox olmuş və ya digər irqlərlə qarışaraq assimilyasiyaya uğramış insanlardır. Müasir insandan yeganə fərqi skeletlərinin daha güclü və kəllə sümüyünün ortasının daha hündür olmasıdır.

Neandertallar insan irqidir və bu gün bu həqiqət hər kəs tərəfindən qəbul edilir. Bəzi təkamülçü paleoantropoloqlar bu insanları uzun zaman “ibtidai növ” kimi qəbul edirdi, lakin kəşflər Neandertal insanının bu gün küçədə gəzən hər hansı “cüssəli” bir insandan fərqli olmadığını göstərir.

davamı

Təcridlər (izolyasiyalar) və növləşmə barədəki təkamülçü iddialara cavab

Təkamül nəzəriyyəsinə əsasən, canlılar təsadüflərlə əmələ gəlmiş və yenə təsadüflərlə inkişaf etmişdir. Bundan təqribən 3.8 milyard il əvvəl dünyada heç bir canlı yox ikən əvvəlcə canlı hüceyrələr, sonra çoxhüceyrəli kompleks canlılar əmələ gəlmiş və getdikcə daha mürəkkəb növlər ortaya çıxmışdır. Başqa sözlə, darvinizmə əsasən təbiətdəki bəzi amillər sadə cansız elementlərdən çox kompleks və qüsursuz dizayna malik canlılar meydana gətirmişdir.

Bu iddianı nəzərdən keçirərkən, əvvəla, təbiətdə həqiqətən belə bir gücün olub-olmadığına baxmaq lazımdır. Daha açıq desək, bu cür təkamülü həyata keçirəcək təbii mexanizmlər varmı?

davamı

BBC Azərbaycan saytının “ibtidai insan” və “daş dövrü” xətaları

BBC Azərbaycan saytındakı digər təkamülçü yanlışlıqları buradan oxuya bilərsiz:

BBC Azərbaycan saytının “Primatların kəlləsini yumruqlar formalaşdırıb” başlıqlı yazısına cavab

BBC Azərbaycan saytının “Dinozavrların həlakı: qanunauyğunluq, yoxsa təsadüf?” başlıqlı yazısına cavab

 

BBC Azərbaycan saytının hələ də bəzi məqalələri aldadıcı mahiyyətdədir. 29 iyun 2014-cü il tarixli “Daş dövrünün pəhrizi” adlı məqalədə, əsas etibarilə, insanların süd içərək laktozaya qarşı davamlılıq əldə etdikləri bildirilir. Bundan əlavə, məqalə biri digərilə uyğun gəlməyən, eyni zamanda elmi faktlara əsaslanmayan təxəyyül təəsürratlı başqa ifadələrlə də doludur. Məqalənin içərisindəki əsas mühüm səhvi təqdim edirik:

davamı

BBC Azərbaycan saytının “Dinozavrların həlakı: qanunauyğunluq, yoxsa təsadüf?” başlıqlı yazısına cavab

BBC Azərbaycanca saytı təkamül fərziyyəsini müdafiə edən məqalələrə yer verməklə elmlə heç bir əlaqəsi olmayan fikirləri elmi həqiqət kimi təqdim edir və beləcə bir çox insanın bu yalnışlara inanmasına yol açır. Bu dəfə dərc olunan 4 avqust 2014 tarixli məqalə dinozavrların meteoroid toqquşmasıyla nəslinin kəsilməsi ilə bağlıdır. Lakin, bu doğru olsa da, həmişəki kimi bəzi yerlərə təkamül fərziyyəsini müdafiə xarakterli cümlələr səpələnib. Bunu  məqalənin içərisindən olan sitatla bildirək:

“Dr. Brusatte-ın sözlərinə görə, bu bəlalı (bizim üçün deyil, dinozavrlar üçün) asteroid olmasaydı, dünyada dinozavrlar hökmranlıq edərdi. “Lakin bizə həmin dünyada yer olmayacaqdı, çünki dinozavrlar məməlilərin inkişafına əngəl olacaq və nəticədə insan yaranmayacaqdı”,- Dr. Brusatte açıqlayır. Bu isə başqa bir suala yol açır: dinozavrların özləri necə inkişaf edib? Kim bilir, bəlkə onlar da məməlilərin keçdiyi yolu keçəcək və bizim kimi təkmil canlıya çevriləcəkdilər?”1

davamı

BBC Azərbaycan saytının “Primatların kəlləsini yumruqlar formalaşdırıb” başlıqlı yazısına cavab

11 iyun 2014  tarixində BBC Azərbaycan saytı  “Biological Reviews” jurnalına istinadən bir yazı dərc etdi1. Yazıda heç bir elmi əsası olmayan “insanın təkamülü” nağılına yeni bir fərziyyə əlavə edilmişdi. Bu yeni fərziyyəyə əsasən, insanın üz skeleti “tarixən aldığı yumruq zərbələri” sayəsində formalaşmışdı. Bu, o qədər elmdənkənar bir iddia idi ki, hətta iddianın sahibləri- “Biological Reviews” yazarları da bunun sadəcə bir “hipotez” və “ssenari” olduğunu məqalənin bir neçə yerində vurğulamışdılar.2

davamı

Milli.az saytının təkamül fərziyyəsi ilə bağlı iddialarına cavab

Son 150 ildə olduğu kimi müasir dövrdə də bütün dünyanı əhatəsinə almış olan təkamülçü təbliğat bizim ölkəmizə də sistemli şəkildə sirayət etdirilmişdir. Belə ki, məktəb və universitetlərdə azyaşlı uşaqlardan gənc kadrlaradək hədəf müəyyənləşdirmiş olan təkamülçülər bu yalnış ideologiyalarını daha geniş kütlələrə nüfuz etdirə bilmək üçün virtual KİV-lərdə də əhatəli fəaliyyət dairəsinə malikdirlər. Bu elmdənkənar təbliğata bilərəkdən və ya bilməyərəkdən töhfə verməkdə olan və geniş kütlələrə xitab edə bilən xəbər portallarımızdan biri isə www.milli.az saytıdır ki, bu məqaləmizdə həmin saytdakı bir çox təkamülçü təhrif və yalnışları analiz edəcək və doğru olan elmi cavabları xalqımıza çatdıracağıq. Bununla da, əslində milli-mənəvi dəyərlərimizə önəm verən milli.az heyətini darvinizmə qarşı daha həssas təhlillər və şərhlər verməyə dəvət edəcəyik.

davamı

Ara-Keçid Forma İddialarına Cavab -I- Hissə

Ara-Keçid Forma İddialarına Cavab -II- Hissə

Ara-Keçid Forma İddialarına Cavab -III- Hissə

Ara-Keçid Forma İddialarına Cavab -IV- Hissə

1. ARXEOPTERİKS (Archaeopteryx)

Təkamülçülərin teropod dinozavrlarından quşlara keçid forma hesab etdikləri 150 milyon il yaşı olan bu fosilin, əslində, bütün xüsusiyyətlərilə tam bir quş olduğu məlum olmuşdur1. Təkamülçülər öncələr bu fosilin döş sümüyü (sternum) olmadığını, buna görə uça bilmədiyini önə sürmüş, lakin 1992-ci ildə tapılmış 7-ci (Münxen) arxeopteriks nümunəsində döş sümüyünün olduğu məlum olmuşdur2. Bundan əlavə, arxeopteriks müasir quşlarınkından fərqsiz olan asimmetrik lələk quruluşuna malik idi3. Təkamülçülərin irəli sürdüyü caynaq və dişlər iddiasına da elm adamları tərəfindən təfsilatlı cavablar verilmişdir. Caynaqların bu gün yaşayan dəvəquşu, mahmızquşu, hoazin və turako kimi quşlarda da mövcud olduğu4, arxeopteriksin diş strukturunun isə teropod dinozavrlarınkından olduqca fərqli olduğu üzə çıxmışdır5. Ən əsası isə, arxeopteriksdən tam 70 milyon il daha qədim olan quşun – protoavisin elm aləminə məlum olması ilə bu iddia tamamilə təkzib edilmişdir6. Ətraflı məlumat üçün buraya müraciət edə bilərsiniz.

davamı

« Öncəki SəhifəSonrakı Səhifə »

axtarış