• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

BBC Azərbaycan saytının “ibtidai insan” və “daş dövrü” xətaları

BBC Azərbaycan saytındakı digər təkamülçü yanlışlıqları buradan oxuya bilərsiz:

BBC Azərbaycan saytının “Primatların kəlləsini yumruqlar formalaşdırıb” başlıqlı yazısına cavab

BBC Azərbaycan saytının “Dinozavrların həlakı: qanunauyğunluq, yoxsa təsadüf?” başlıqlı yazısına cavab

 

BBC Azərbaycan saytının hələ də bəzi məqalələri aldadıcı mahiyyətdədir. 29 iyun 2014-cü il tarixli “Daş dövrünün pəhrizi” adlı məqalədə, əsas etibarilə, insanların süd içərək laktozaya qarşı davamlılıq əldə etdikləri bildirilir. Bundan əlavə, məqalə biri digərilə uyğun gəlməyən, eyni zamanda elmi faktlara əsaslanmayan təxəyyül təəsürratlı başqa ifadələrlə də doludur. Məqalənin içərisindəki əsas mühüm səhvi təqdim edirik:

“Son vaxtlarda, yəni 7 min il bundan əvvəl baş vermiş gen dəyişikliklərindən biri də laktoza davamlılığıdır. Yenicə doğulmuş uşaqlar süd əmirlər, lakin süd yaşlı insanlarda mədə ağrılarına və ishala səbəb olur. Odur ki, insanlar da mal-qaranı südünə yox, ətinə görə saxlamağa başlayıblar. Lakin bununla belə, inək südünü heç bir əziyyətsiz içə bilən insanlar da olublar. Bu adamlar təkamül nəticəsində qazandıqları südə davamlılıq genini nəsillərinə ötürüblər”.1

bbc3-1

Bu illərin əvvəlində İspaniyada bir mağaradan tapılmış bu 7000 illik insan skeletindən alınan DNT analizi göstərmişdir ki, insanlar həmişə südü həzm edə biliblər

Əslində, mövzu ilə maraqlanan hər kəs buradakı təkamülçü söz oyununu heyrətlə qarşılayacaqdır. Çünki hələ bu ilin- 2014-cü ilin əvvəllərinə qədər təkamülçü alimlər iddia edirdilər ki, insanlar südü həzm etməyə 3000 il əvvəl maldarlıqla məşğul olduqlarına görə “adaptasiya olub”lar. Halbuki 2014-cü ilin yanvar ayında İspaniyanın Kantabria dağlarından tapılmış bir insanın qalıqları və donmuş DNT-si göstərdi ki, insanlar 7000 il əvvəl də laktaza, yəni südü həzm etməyə yarayan genə sahib olublar2. İndi də təkamülçülər öz ön-mühakimələrini işə salıb bu xəyali “adaptasiya”nı 4000 il geriyə çəkmişlər. Bu isə onların fosilləri istədikləri şəkildə, təkamül doqmasına əsasən şərh etdiklərini bizə göstərir.

Bunu əminliklə vurğulamaq lazımdır ki, insanlar hər zaman laktozanı (süd şəkəri) həzmetmə qabiliyyətinə malik olublar. Sonradan belə bir xüsusiyyətin meydana çıxması, genlərə əlavə olunması imkansızdır. Əgər təkamülçülərin iddia etdikləri kimi, qədim insanların genomunda “südü həzm etmək” geni olmasaydı, bu insanlar nə qədər süd içirlərsə-içsinlər, heç vaxt bu xüsusiyyəti qazana bilməyəcəkdilər. Yazıdakı məntiqsizlik də açıq-aydın görülür. Çünki sanki daha əvvəl yaşamış insanların bütün genləri araşdırılıb və onlarda laktozaya davamlılıq geninin olmadığından, sonradan qazanıldığından əminliklə bəhs olunur. “Bu adamlar təkamül nəticəsində qazandıqları südə davamlılıq genini nəsillərinə ötürüblər” iddiasındakı məlumat əksikliyindən qaynaqlanan xəta da olduqca nəzərəçarpandır. Çünki genlərin dəyişməsilə heç vaxt faydalı xüsusiyyət qazanılması mümkün deyil.

Genlərdə dəyişiklik yalnızca mutasiyaların təsirilə həyata keçə bilər ki, bu da canlılara heç bir fayda vermir, yalnızca zərər verir, bəzi hallarda təsirsiz ötüşür. Çünki mutasiyalar canlı hüceyrəsinin nüvəsində yerləşən və genetik məlumat daşıyan DNT molekulunda radiasiya və ya kimyəvi təsirlər nəticəsində meydana gələn qırılmalar və ya yerdəyişmələrdir. Mutasiyalar DNT-ni təşkil edən nukleotidləri pozur və ya yerlərini dəyişdirirlər. Çox vaxt hüceyrənin təmir edə bilmədiyi ölçüdə zərər və dəyişikliklərə səbəb olurlar. Ona görə də, mutasiya heç də canlıları daha təkmil və mükəmməl etmir. Mutasiyalar konkret olaraq zərər verirlər. Mutasiyaların səbəb olduğu dəyişikliklər ancaq Xirosima, Naqasaki və ya Çernobıldakı insanlarda olan dəyişikliklər kimidir: yəni ölümlər və ya şikəstliklər. Belə ki, bu günə qədər heç bir faydalı mutasiya nümunəsi müşahidə edilməmişdir. İnsanlar üzərində müşahidə edilən bütün mutasiyalar zərərlidir. Tibb kitablarında “mutasiya nümunəsi” kimi verilən monqolizm, Daun sindromu, albinizm, cırtdanlıq kimi əqli və ya fiziki pozuntuların və ya xərçəng kimi xəstəliklərin hər biri mutasiyaların zərərli təsirlərini göstərir. Amerikalı patoloq Devid A. Demik mutasiyalar haqqında yazdığı elmi məqaləsində bu mövzuda belə deyir:

“Son illərdə genetik mutasiyalarla əlaqədar minlərlə insan xəstəliyi təsnif edilmişdir. Yeni nəşr edilən bir kitabda 4500 fərqli genetik xəstəlik sadalanır. Habelə molekulyar genetik analizlərdən əvvəl klinik cəhətdən tərif edilən bəzi irsi sindromların (məsələn, Marfan sindromunun) mutasiyalar nəticəsində əmələ gəlməsi məlum olmuşdur…”3

Elə bütün bu səbəblərdən məqalədəki müxtəlif yerlərə səpələnən insanın geninin dəyişməsilə bağlı cümlələrin heç bir elmi əsası yoxdur.

“Yenicə doğulmuş uşaqlar süd əmirlər, lakin süd yaşlı insanlarda mədə ağrılarına və ishala səbəb olur. Lakin bununla belə, inək südünü heç bir əziyyətsiz içə bilən insanlar da olublar. Bu adamlar təkamül nəticəsində qazandıqları südə davamlılıq genini nəsillərinə ötürüblər”.

Burada bəhs olunan fərqlilik insan birliklərində və fərqli etnik qruplarda reallaşmış hər hansı bir təkamül deyil, yalnız insanın öz növü içində reallaşan bir variasiya, yəni “müxtəliflik”dir. Variasiya təkamülə dəlil meydana gətirməz, çünki variasiya, onsuz da var olan genetik məlumatın fərqli cütləşmələrindən ortaya çıxır və genetik məlumata yeni bir xüsusiyyət qazandırmır (Variasiyalar haqqında ətraflı məlumat üçün bu keçiddən istifadə edin). Təkamül nəzəriyyəsi üçün əhəmiyyətli olan isə, yeni bir növ meydana gətirən yeni bir məlumatın necə ortaya çıxa biləcəyi sualıdır.

İnsanlar doğulduqları andan etibarən laktozanı həzm edə bilən laktaza geninə sahibdirlər. Ana südüylə bəsləndiyi illərin sonrasında, işlənməmiş çiy südü artıq istifadə etmədiklərindən,  adı çəkilən gen passiv hala gəlir. Müxtəlif cəmiyyətlərdə bu genin aktiv mövqedə olması cəmiyyətlərin fərqli ekoloji faktorlarından qaynaqlanan bir vəziyyətdir. Qidalanma tərzi və həyat şərtləri fərqli olan müxtəlif cəmiyyətlərdə müxtəlif variasiyalar ola bilər. Ancaq bu variasiyalar insanın gen hovuzuna yeni bir məlumat əlavə etmir, onda daha əvvəl heç olmayan bir laktaza geni meydana gətirmir, olmayan bir xüsusiyyəti var etmir.

Necə ki, Şimali Avropada laktaza geninin aktiv halda olmasının səbəbi gündəlik əkinçiliyin ənənəvi olaraq davam etməsi və yetkinlərin qidalanma tərzinin də buna uyğun olmasıdır4. Bu cəmiyyətlər kiçik yaşlardan etibarən qidalanma tərzlərində bir dəyişiklik etmədiklərindən sahib olduqları laktaza geni aktiv qalaraq fəaliyyətə davam edir.

“Daş dövrü” heç vaxt yaşanmayıb

bbc3-2

BBC Azərbaycanın “daş dövrü”nü təmsilən sözügedən məqaləyə yerləşdirmiş olduğu bu illüstrasiya təkamülçü iddialara nə dərəcədə “ciddi” yanaşmalı olduğumuzu bizə göstərir

Məqalənin adına diqqət yetirək: “Daş dövrünün pəhrizi”. Məqalədə “daş dövrü” deyilən uydurma bir zamandan bəhs olunur. “İbtidai insan” termini cümlələr arasına sıxlıqla səpələnmişdir. Bu üslub təkamülçülərin həmişəki hiyləgərliklərindən başqa bir şey deyil. Bir dənə də olsun təkamülü dəstəkləyən elmi dəlil olmadığından, bu cür əsassız ifadələrlə, xəyali rəsmlərlə, rekonstruktiv vasitələrlə, saxta iddialarla insanların şüurlarında iz buraxmaq niyyətindədirlər. 700.000 il əvvəlki dövrə aid gəmi, 400.000 illik nizələr, 35.000 illik şəkillər, 8.000 il əvvəl professional şəkildə aparılan diş müalicəsi… Arxeoloji qazıntılar təkamülçülərin “ibtidai insan” iddiasının doğru olmadığını göstərir. İndiyə qədər əldə edilmiş bütün arxeoloji qazıntılar onu göstərir ki, insan var olduğu gündən insandır və yüksək mədəniyyətə malikdir. Bu səbəbdən, təkamülçülərin iddia etdikləri “tarixin təkamülü” də yalandan ibarətdir.  Təkamülçülər birhüceyrəlidən çoxhüceyrəliyə, sonra da meymundan insana doğru uzanan təkamül prosesini izah etmək üçün tarixin inkişafını da ssenariləşdirmiş, bunun üçün primitiv insanın həyatını açıqlamağa yönəldilmiş “mağara dövrü”, “daş dövrü” kimi xəyali dövrlər uydurmuşlar. Bu iddialarını sübut etmək üçün müxtəlif üsullardan istifadə etməyə çalışmışlar.

Arxeoloji qazıntılarda tapılan daşı, oxu və ya saxsı qabı bu istiqamətdə şərh etmişlər. Halbuki qaranlıq bir mağarada bürünərək oturan, nitq qabiliyyəti olmayan yarıinsan-yarımeymun canlılar yalnız xəyal məhsuludur. Primitiv insan və daş dövrü heç vaxt olmamışdır.

Daşın daşla yonulması qeyri-mümkündür

Qədim sivilizasiyalardan dövrümüzə qədər gəlib çatan qalıqlarda daş üzərində işləmələr diqqət cəlb edir. Daşa bu dərəcədə detallı və düz forma verilməsi üçün mütləq polad alətlərdən istifadə edilməlidir. Daşı daşa sürtərək düz və iti alətlər əldə etmək mümkün deyil. Qranit və bazalta bənzər bərk daşların parçalanıb dağılmadan nazik kəsilməsi ancaq polad nizələrin, tornaların, lomların, rəndələrin vasitəsilə mümkündür. On min il əvvələ aid bilərziklərin, sırğa və boyunbağıların daşla düzəldilməsinin mümkün olmadığını bilirik. Daşla vuraraq bu əşyalarda kiçik dəliklər açıla bilməz. Daşı sürtərək əşyaların üzərində bəzək düzəltmək olmaz. Bunları düzəltmək üçün dəmir, polad və digər metal alətlərdən istifadə edilmişdir.

bbc3-3

Təkamülçülərin “ibtidai” adlandırdıqları dövrlərdə şəkildə görüldüyü kimi bilərziklər, boyunbağılar, düymələr və qaşıq, suqabı, stol kimi məişət əşyalarından istifadə edilmişdir. Bunlar olduqca mədəni həyat tərzi sürmüş insanların izləridir

Bir çox daş qalığındakı parıltı da onların iti və düz olduğuna görədir. Təkamülçü elm adamlarının bu parlaqlığı cila kimi xarakterizə etmələri, bu dövrü neolit dövrü kimi qəbul etmələri elmdən kənar izahdır. Cilanın minillərlə qalması mümkün deyil. Bu daşlar iddia edildiyi kimi, cilalandığı üçün deyil, düz kəsildikləri üçün parıldayır. Bu, daşın öz quruluşundan qaynaqlanan parıltıdır.

Şəkillərdə görünən bilərzik bazaltdan düzəldilmişdir. Bilərziklər e.ə. 9000-8500-cü illərə aiddir. Təkamülçülər bu dövrdə yalnız daşdan düzəldilmiş alətlərdən istifadə edildiyini iddia edirlər. Bazalt və mərmər çox bərk daşlardır. Bu daşların bu cür düz yumru halqalar halına gətirilməsi üçün polad alətlərdən istifadə edilməlidir. Bilərziklərin polad alətlərdən istifadə edilmədən kəsilib formaya salınması mümkün deyil. Bir insana daş verib onunla bazaltdan şəkildəki kimi bir bilərzik düzəltməsini istəsək, bunu edə bilərmi? Əlbəttə, daşı daşa sürtərək, daşa daşla vuraraq bilərzik düzəldə bilməyəcək. Bu qazıntılar o dövrdə yaşayan insanların estetika və sənətkarlıq anlayışına sahib olduqlarını, mədəni cəhətdən inkişaf etdiklərini göstərir.

Təkamülçü arxeoloq Riçard Liki arxeoloji tapıntıların, xüsusilə də, daş alətlərin təkamül nəzəriyyəsi ilə açıqlanmasının mümkün olmadığnı belə etiraf edir:

“Əslində, darvinist tezisin qeyri-kafiliyi arxeoloji qeydlərlə qəti olaraq sübut edilmişdir. Əgər darvinist təqdimat doğru olsaydı, bu zaman həm arxeoloji qeydlərdə, həm də fosil qeydlərində ikiayaqlılığın, texnologiyanın və inkişaf edən beyin ölçülərinin dəlillərini görməli idik. Amma bunu görmürük. Tarixi tapıntıların tək bir cəhəti belə bu tezisin yanlış olduğunu göstərmək üçün kifayətdir: daş alətlər”.5

Tarixin təkamülü yalanı

bbc3-4

Tarixin hər dövründə həm yüksək, həm də inkişafdan geri qalmış mədəniyyətlərə eyni zamanda rast gəlmək mümkündür

Təkamülçülərin tarix anlayışına görə, tarix insanın təkamülünə paralel olaraq, müxtəlif dövrlərə bölünərək araşdırılır. Bir çox insanın məktəb illərində, yaxud müxtəlif qəzet və televizor xəbərlərində eşitməyə vərdiş etdiyi Poleolit dövrü, Mezolit dövrü, Neolit dövrü, Eneolit dövrü, Tunc dövrü, Dəmir dövrü kimi xəyali anlayışlar təkamülçü xronologiyanın hissələridir. Bir çox insan bu xəyali cədvəli heç düşünmədən qəbul edir və bəşəriyyətin bir zamanlar yalnız kobud, daş alətlər istifadə edilən, mədəniyyət və texnologiyanın bilinmədiyi bir dövrdə yaşadığını zənn edir. Bu iddialar təkamülçülərin insanları konkret həqiqətlərlə deyil, xəyali nağıllarla inandırmağa çalışdıqlarının ən əhəmiyyətli göstəricilərindəndir. Belə ki, arxeoloji qazıntılar və elmi məlumatlar araşdırıldığı zaman ortaya çox fərqli mənzərə çıxır. Keçmişdən dövrümüzə qədər gəlib çatan izlər insanların tarixin hər dövründə mədəniyyətləri və ictimai həyatları ilə sivil həyat tərzi keçirdiklərini göstərir. Arxeoloji qazıntılarda olan alətlər, tikiş iynələri, bəzək əşyaları, dekorasiya vəsaitləri keçmiş insanların mədəni və inkişaf etmiş həyat sürdüklərinin göstəricilərindəndir.

Bundan yüz minlərlə il əvvəl də eynilə müasir dövrdəki kimi, insanlar evlərdə yaşayır, əkinçiliklə və ticarətlə məşğul olur, tekstil məhsulları hazırlayır, yeməklərini yeyir, qohumlarını ziyarət edir, musiqi ilə maraqlanır, şəkil çəkir, xəstəlikləri müalicə edir, ibadətlərini yerinə yetirir, qısaca desək, normal gündəlik həyat tərzi keçirirdilər.

Əlbəttə, tarix boyu mədəni həyat sürən insanlarla yanaşı, sadə və primitiv şəraitdə yaşayan cəmiyyətlər də mövcud olmuşdur. Ancaq bu, insanlıq tarixinin təkamülünə dəlil deyil. Çünki indiki dövrdə də dünyanın bir yerində kosmosa raket göndərildiyi halda, bir başqa yerində insanlar hələ elektrikin varlığını belə bilmirlər. Amma bu vəziyyət nə kosmik raketləri düzəldənlərin zehni və fiziki cəhətdən inkişaf etdiklərini, yəni təkamül keçirdiklərini, nə də digərlərinin hələ “meymun-insan”lara yaxın olduqlarını göstərmir. Bunlar mədəni təkamül prosesinin deyil, yalnız mədəniyyət fərqinin göstəriciləridir.

 

 

Mənbələr:

1. bbc.co.uk/azeri/international/2014/06/140625_paleolit_diet.shtml

2. tr.euronews.com/2014/01/29/mavi-gozlu-magara-adami/

3. David A. Demick, “The Blind Gunman”, Impact, no. 308, February 1999.

4. creationresearch.net/news%20evidence/Email%20updates/emailup-14Feb02.htm

5. Richard Leakey, The Origin of Humankind, Basic Books, New York, 1994, s. 12

Şərh üçün bağlıdır.

axtarış