Tag: fosil

Pitekantrop (Yava adamı) meymundan insana keçid forma deyil

Özünü təkamül nəzəriyyəsinin dırnaqarası itkin halqasını tapmağa həsr etmiş bir anatom olan Ejen Dübua (Eugène Dubois) 1891-ci ildə İndoneziyanın Yava adasındakı Solo çayının sahilində bir kəllə qutusu qapağı tapdı. Dübua bu fosildə meymunla insan xüsusiyyətlərinin eyni anda mövcud olduğunu düşünürdü. Bir il sonra kəllə qutusu qapağını tapdığı yerdən təxminən 15 metr aralıda bud sümüyü də tapdı və insanınkına çox bənzəyən bu bud sümüyünün kəllə qutusuyla eyni bədəndən olduğu fikrinə vardı. Əlindəki iki ədəd sümüyə əsaslanaraq bu fosilin keçid forma olduğu fikrini mənimsədi və tapıntısına elmi təəssürat yaradan bir ad da verdi: Pithecanthropus erectus, yəni “dik yeriyən meymun–adam”… Xalq arasında Yava adamı kimi tanınan bu fosilin kəllə qutusu həcmi təqribən 900 sm3 olaraq hesablandı. Yaşının da 500.000 il olduğu irəli sürüldü.1

Dübua fosilin tapıldığı təbəqə olan Trinil təbəqəsinin Pleystosen və Pliosen (Üçüncü dövr) şöbələri arasındakı sərhədin altında olduğunu düşünürdü. Əsl insanların da Orta Pleystosendə təkamül etdiklərindən əmin idi. Bu səbəbdən də Dübuaya görə, Yava adamının yaşı itkin halqa olmağa olduqca münasib idi. Halbuki Dübua

davamı

Göz fosil qeydlərində birdən-birə üzə çıxır

Bu məqalə məşhur amerikalı yaradılışçı alim, mikrobioloq Conatan Uellsin 2017-ci ildə nəşr olunan “Zombi elm: təkamülün daha çox ikonası” adlı kitabından tərcümə olunmuşdur.

_________________________

Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi.

Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi. Trilobitlər müasir həşəratları və xərçəngkimiləri (krevetlər kimi) özündə cəmləşdirən buğumayaqlılar tipinin nəsli kəsilmiş nümayəndələridir. İlk dəfə Kembri partlayışında üzə çıxanda, trilobitlərin çox hissəsi “onsuz da, ali quruluşda olan”1 fasetli gözlərə malik idi. Trilobitlər üzrə ekspert Rikkardo Levi-Settiyə görə, “trilobit göz büllurunun bəzi yeni kəşf olunmuş səciyyələri tarixən şücaətli bir funksiya optimallaşdırması nümayiş etdirir”.

davamı

“Qafqazinfo” saytında təkamül fərziyyəsi ilə bağlı yanlış fikirlər

Ötən günlərdə yerli mətbuat orqanlarından olan “Qafqazinfo”nun internet saytında “Təkamül haqqında 6 vacib sual” başlıqlı yazı yayımlandı. Bu yazıda təkamül fərziyyəsi klassik təbliğat üsulları ilə müdafiə olunur və sanki şübhəyə yer qoymayan fakt kimi qələmə verilir. Bu cavab məqaləmizdə mövzunu 6 bənddə işləyəcək və “Qafqazinfo”nun yaydığı bu məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyini təhlil edəcəyik. “Qafqazinfo” yazır:

davamı

Təkamülçülərin elmi faktlarla alt-üst edilmiş fərziyyələrini qurtarma səylərinə daha bir nümünə

Əvvəlcə Türkiyə mediasında, daha sonra da yerli mediada təkamül nəzəriyyəsinin səhv başa düşülməsindən gileylənərək yazılan “Təkamül nəzəriyyəsiylə bağlı deyilən 10 SƏHV FİKİR” başlıqlı məqalə yayımlandı. Məqaləni təfərrüatlı təhlil etdikdə, mövzunun tamamilə məlumatsızlığa söykəndiyi, heç bir elmi dəlillə dəstəklənmədiyi açıq şəkildə qarşımıza çıxır.

Məqalənin ilk cümlələrini oxuyanda birinci diqqəti çəkən Darvinin dırnaqarası elmi statusunun necə bər-bəzəkli təqdim olunmasıdır. “Təbiət elmləri alimi” kimi qələmə verilən Darvin, əslində, kimdir? Qısa bir araşdırma apardıqda Darvinin, əslində, oxuduğu Edinburq Universitetini belə yarımçıq qoyan, Kembric Universitetinin ilahiyyat fakültəsini bitirdikdən sonra “Biql” gəmisi ilə səhayətə çıxan HƏVƏSKAR TƏBİƏTŞÜNAS olduğu məlum olur. Hər zamankı kimi darvinistlər müdafiə etdikləri fərziyyəni insanların gözündə böyütmək üçün fərziyyənin sahibi olan Darvini də həvəskar təbiətşünaslıqdan təbiət elmləri alimi dərəcəsinə qaldırmağa çalışırlar.

İndi isə təkamülçülərin “faktlarla əsaslanan” başlığı altında önə sürdükləri iddiaların, əslində, sadəcə söz oyunlarından başqa bir şey olmadığını həqiqi elmi dəlillərlə izah edək.

davamı

“Science” jurnalının “ilanların təkamülü” iddiasına cavab

“Science” jurnalı 2016-cı il oktyabr sayında təkamüllə bağlı yenə bir xəbər dərc etdi. Xəbərdə yatağan ilanlarının quyruq hissəsində yerləşən kiçik sümüklərin bu canlıların “keçmişdə malik olduqları xəyali ayaqlardan” qalma olduğu iddia edilirdi.

Əvvəlcə, onu qeyd etmək lazımdır ki, yatağan ilanlarındakı kiçik sümüklərin təkamülü sübut etdiyini iddia etmək ciddi ağıl qapanmasıdır və elmi mənada ciddi məğlubiyyətdir. Çünki iddianın əksinə, yatağan ilanlarındakı bu sümüklər quyruğa yaxın hissədə yerləşən kiçik pəncəyə oxşayan strukturlardır. Bunlar yatağan ilanı tərəfindən cütləşmək üçün və digər erkək yatağan ilanlarına qarşı özünü müdafiə etmək üçün istifadə edilən pəncəyə bənzəyən çıxıntılardır. Qətiyyən ayaqlar kimi bədən ağırlığını daşıya bilən mexaniki funksiyaya malik strukturlar deyil. Başqa sözlə, yeriməyə əlverişli quruluşları yoxdur.

davamı

Darvinist təbliğat üsulları 1/3

“İtkin halqa tapıldı” saxtakarlığını müəyyən aralıqlarla mətbuat yolu ilə gündəmə gətirirlər

Darvinist təbliğatın təməlində eynilə faşist Almaniyasının çirkin metodu kimi bir yalanın davamlı olaraq təkrarı vardır. Nasistlərin təbliğat naziri Yozef Göbbelsin tətbiq etdiyi metod darvinizmin yayılması məqsədilə çox əhatəli şəkildə istifadə edilmişdir. Yalan davamlı və müəyyən təkrarlarla söyləndikcə, elm adamları, dünyaca tanınmış jurnallar və qəzetlər bu yalana ortaq olduqca bir qisim məlumatsız insanlar buna inanmağa başlamışdırlar. Darvinizmin törəyib genişləndiyi mühit bax belə bir mühitdir.

Bu təbliğat üsulu səbəbilə insanlar illərdir eyni hekayəni eşidirlər: “itmiş halqa tapıldı”, “əksik halqa əlimizdədir”, “halqa tamamlandı!..” Təkamülün illərdir heç cür tapıla bilməyən bu xəyali itkin halqası ilə bağlı xəbərlərin çıxması artıq bütün dünyada vərdiş halına gəlib. Çünki darvinistlər uyuşdurucu təsiri yaradan bu dərmanı insanlara müəyyən dozalarda davamlı olaraq yeridirlər. Təkrardakı məqsəd budur. Təkrarın məqsədi darvinist sehri insanlar üzərində təsirli edə bilməkdir.

davamı

Ara-keçid forma iddialarına cavab -IV- Hissə

1. HEYDELBERQ ADAMI (Homo heildelbergensis)

Heydelberq adamı qazıntı insan formalarından biridir. 1907-ci ildə alman antropoloqu Otto Şötenzak Almaniyanın Heydelberq şəhəri yaxınlığında, Elsents çayı vadisində 24 metr dərinlikdən tapdığı alt çənə sümüyünə bu adı vermişdi. Sonradan tapılan və bu kateqoriyaya salınan insan sümükləri Avropada 600 min-400 min il əvvəl yaşamış insanları təmsil edir. Şötenzak və sonrakı təkamülçülər onu “primitiv” insan kimi saysalar da, sonrakı tapıntılarla məlum oldu ki, Heydelberq adamı heç də müasir insanlardan fərqlənmir. Ayrı növ deyildir və sadəcə olaraq, Avropada ilk məskunlaşmış insan irqidir. Elə buna görədir ki, tapılan 200 min illik insan qalıqlarına bəzi təkamülçülər Heydelberq adamı, bəziləri neandertal, bəziləri isə başqa bir insan irqi olan Homo erectus adı verirlər.1 Çünki bu gün insanlar arasında irqi fərqliliklər olduğu kimi, yüz min illər əvvəl də bu fərqlər var idi. Həqiqətdə, tapılan bu qalıqlar tək bir insan növünün müxtəlif irqlərinə aiddir.

davamı

Yalçın İslamzadənin “Təkamül nəzəriyyəsi sübut olunub” başlıqlı müsahibəsinə cavab

Bu məqaləmiz təkamülçü yazıçı, fizik Yalçın İslamzadənin yaxın günlərdə kulis.az saytına verdiyi “Təkamül nəzəriyyəsi sübut olunub” başlıqlı müsahibəsinə cavab mahiyyəti daşıyır. Daha öncə Yalçın İslamzadənin ““Təkamül: İstifadə Rəhbəri” kitabı nədən bəhs edir?” məqaləsinə cavab məqaləmizdə də Y. İslamzadənin darvinizmlə bağlı xətalı şərhlərinə açıqlama gətirmişdik.

Müsahibə, ümumilikdə, fəlsəfi məzmun üzərində qurulsa da, müəyyən nüanslar olub ki, Y. İslamzadə bu amilləri darvinizmə dəlil kimi təqdim etmişdir. İndi isə, gəlin sırayla bu iddialara elmi cavabları təqdim edək:

davamı

Şahin Həsənlinin “Təkamül Allahın qoyduğu nizam kimi başa düşülməlidir” məqaləsinə cavab

03.05.2016 tarixində kulis.az saytında xalq arasında Hacı Şahin kimi tanınan ilahiyyatçı Şahin Həsənli adından “Təkamül Allahın qoyduğu nizam kimi başa düşülməlidir” adlı bir məqalə  yayımlandı. Məqalədə həm elmi, həm də dini olaraq bir çox  yanlış fikirlər qeyd edilmişdir. Bu məqalədə Şahin Həsənlinin məqaləsində yanlış qeyd etdiyi elmi məqamlara elmi faktlarla, dini məqamlara isə Quran ayələri ilə cavablar verərək məsələyə aydınlıq gətirməyə çalışacağıq.

Məqalədə təkamül iddiasına cavaba keçməmişdən əvvəl Şahin Həsənlinin elmin və dinin məqsədi ilə bağlı iddialarına da cavab verək. Məqalənin 3-cü abzasında belə bir cümlə var: Bu baxımdan İslama görə, dinin vəzifəsi immanent aləmdəki hadisələri izah etmək deyil, transsendent aləmdən xəbər verməkdir. Pozitivist metodologiyaya əsaslanan elmin araşdırma predmeti isə yalnız maddi aləmdir. Bu baxımdan dinlə elmin predmeti və dili arasında sərhəd çəkilməlidir”. Eyni zamanda, məqalənin 4-cü abzasında: “Fərqlər isə axtarış sahələrindədir – dinin sahəsi qeyb, elmin sahəsi isə maddi aləmdir,- formasında bir cümlə də qeyd edilir.  Öncəliklə, qeyd edək ki, bu fikirlər həm elmi, həm də dini olaraq yanlışdır. Quranda heç bir ayədə dinin vəzifəsinin sadəcə Allahın qatından, Axirətdən və bu dünyaya aid olmayan aləmdən məlumat vermək olduğu yazılmayıb. Şahin Həsənli isə dinin vəzifəsinin bu dünyadakı hadisələri izah etmək olmadığını iddia edərək, dinin vəzifəsinin sadəcə digər aləm haqqında məlumat vermək olduğunu irəli sürür. Halbuki bu iddia dini olaraq çox yanlış bir izahdır.

davamı

İlahiyyatçı Şahin Həsənlinin Çarlz Darvin və təkamül fərziyyəsi ilə bağlı iddialarına cavab

27/11/2015 tarixində ilahiyyatçı Şahin Həsənlinin Moderator.az saytında müsahibəsi təqdim edilmişdir. Müsahibədə Hacı Şahinin bir çox mövzuda fikirləri qeyd edilmişdir. Lakin bu məqalədə biz müsahibədəki sadəcə təkamül fərziyyəsi və Darvinlə bağlı qeyd olunan fikirlərə münasibətimizi bildirəcəyik.

Öncəliklə, bunu qeyd etmək lazımdır ki, dünyanın hər yerində ilahiyyatçıların, adətən, dünyəvi elmlərlə maraqlanmamasının fəsadları çox böyük olur.  Bu böyük fəsad, əsasən də, ateizm qarşısındakı məğlubiyyət və təslimiyyətlə nəticələnir. Son dövrlər, xüsusilə də, Türkiyədə bir çox ilahiyyatçı ateizm qarşısında qaldıqları çarəsizlikdən, acizlikdən, təslimiyyətçilikdən qaynaqlanan səbəblə, bəzən isə özlərini ateist dairələrə elmə önəm verirmiş kimi göstərmək məqsədi ilə darvinizmin, əslində, dinə zidd olmadığını və hətta Quranda da olduğunu iddia edirlər. Və beləliklə, həm qarşısında çarəsiz qaldıqları ateizm iddialarına cavab verməkdən xilas olurlar, həm də  ateistlərə də öz aləmlərində “elmə önəm verirmiş” kimi bir görüntü verdiklərini zənn edirlər. Bəzi ateistlərə bu “uzlaşma” xoş gəlsə də, ateizmin nüfuzlu adları bəzi ilahiyyatçıların bu təşəbbüslərinin bihudə olduğunu hər fürsətdə dilə gətirirlər.

davamı

Sonrakı Səhifə »

axtarış