Tag: dnt

Neandertallarla eyni xəstəliklərə tutulmağımızın səbəbi nədir?

“Science” jurnalının 12 fevral 2016-cı il tarixli buraxılışında ABŞ-ın Vanderbilt Universitetində aparılan yeni araşdırmanın nəticələri dərc olundu. Məqalə ilk baxışda irsi xəstəliklərlə əlaqədar görünsə də, əslində, “Müasir insanların neandertallarla qaynayıb-qarışmasından meydana gələn fenotipik irs” başlığı bizə məqalədə təkamül təbliğatı aparıldığını göstərir.

Araşdırmaya rəhbərlik edən Vanderbilt Universitetindən genetik Con Kapra müqayisə apararaq belə deyir:

“Təsbitlərimiz neandertal DNT-sinin müasir insanların xəstəliklərinə təsir etdiyini göstərir. Neandertal DNT-sinin immunoloji, dermatoloji, nevroloji, psixi və cinsi xəstəliklərimizlə əlaqəli olduğunu kəşf etmişik”.

davamı

Nitqin mənşəyi: təkamül fərziyyəsinin paradoksu

Biz danışarkən fikirlərimizi nitq sayəsində nizamlı qəliblər və qarşı tərəfin anladığı mənalı ifadələrlə çatdırırıq. Bunların hər biri olduqca ixtisaslaşmış əzələ hərəkətləri və söz sıralaması tələb etdiyi halda, biz bunlara diqqət ayırmırıq. Biz sadəcə söhbəti “arzulayırıq”. 100-ə yaxın əzələnin uyğun şəkildə yığılıb-açılaraq səslər, hecalar və sözlər çıxarması və mübtəda, xəbər, zərflik kimi üzvlərin uyğun zamanda işlədilməsi nəticəsində qarşı tərəfin başa düşdüyü cümlələr ortaya çıxır. Bu qədər kompleks mərhələlərə əsaslanan bir istedadı istifadə etmək üçün bizim “arzulamaq”dan başqa, demək olar ki, heç bir şey etməməyimiz, nitqin bioloji formalarla məhdud istedad olmadığını açıq şəkildə göstərir.

İnsanın danışıq bacarığı təkamül prosesinin xəyali zərurətləri və ya xəyali mexanizmləri ilə izah oluna bilməyən olduqca mürəkkəb qabiliyyətdir. Təkamülçülər çox çalışsalar da, kompleks bir istedad olan nitqin sadə heyvani ünsiyyət formalarından  təkamül keçirdiyi iddialarına dəlil göstərməkdə tamamilə uğursuz olublar.

davamı

Təkamülçülərin “Homo naledi” ssenarisi puç çıxdı

 

Keçən həftələrdə bir çox yerdə Homo naledi adlandırılmış bir fosilin insanın əcdadı olduğunu iddia edən xəbərlərə yer verildi. Çəkilən portretlər, yazılan hekayələr onun yarıinsan-yarımeymun olduğu iddiasını zehinlərə yerləşdirmək məqsədi güdürdü. Bəs insanabənzər kimi qələmə verilən bu fosil əslində nədir, bu iddiaların elmi əsasları varmı?

Bu yazımızda meymun sümüklərinin darvinistlər tərəfdən necə təbliğat alətinə çevrildiyinə bir daha şahid olacağıq.

TƏKAMÜL NAĞILININ SONU GƏLMƏYƏN “ƏCDAD” PROBLEMİ

Homo naledi Cənubi Afrikada, bir mağaranın dərinliklərində tapılmış dağınıq vəziyyətdəki 1550 sümük parçasından seçilərək bir yerə yığılan skeletdir.1 Uşaq və yetkin olmaqla 15 ayrı fərdə aid olduğu düşünülən irili-xırdalı sümüklər anatomik olaraq məntiqi formada düzülməyə cəhd olunmuşdur.

davamı

İrqlərin müxtəlifliyi nə üçün təkamülə dəlil deyil?

Ötən il media gündəmində qalmış qaradərili nigeriyalı qadının ağdərili uşaq dünyaya gətirməsi hadisəsi milyonda bir ehtimal olsa belə, elm tərəfindən çox sadə şəkildə izahını tapır. İngiltərənin Milton-Kins şəhərində Nigeriya əsilli qaradərili bir qadın ilə ağdərili ingilis olan həyat yoldaşın yaşıl gözlü, ağdərili uşaqları dünyaya gəlmişdi.1

Həyat yoldaşı Riçard Hovart ağdərili bir ingilis olmasına baxmayaraq, 32 yaşındakı Katerin Hovartın “tamamilə ağdərili irqdən” bir uşaq  dünyaya gətirməsini mütəxəssislər “milyonda bir ehtimal” adlandırıblar. “Daily Mirror” qəzetinə müsahibə verən cütlük 1 iyunda dünyaya gələn oğulları Conahın “dəri rəngini heç diqqətə almadıqlarını, maraqlandıqları yeganə məsələnin onun sağlam olması” olduğunu söyləyiblər. Təəccüblü ana: “bəzi uşaqların doğumdan sonra dəri rəngi dəyişir, amma Conahda belə bir şey olmadı. Həkimlər mənə resessiv bir gen daşıdığımı, övladımın buna görə ağdərili olduğunu söylədi. Ancaq bütün ailəm Nigeriyadadır və bildiyim qədərilə, nəslimdə bir dənə də olsun ağdərili yoxdur”,- deyib.

davamı

Təkamülçülərin “Mitoxondrial Həvva” tezisinin yanlışlığı

“MİTOXONDRİAL HƏVVA” İDDİASI NƏDİR?

Dövrümüzdə  populyar elmi terminlərdən təkamülə dırnaqarası elmi don  geydirmək üçün tez-tez istifadə olunur. Bu yöndən, DNT də təkamülçülər üçün bir alətə çevrilmişdir.

DNT nüvədə olması ilə yanaşı, həm də enerji istehsal mərkəzləri olan mitoxondrilərdə də mövcuddur. Nüvədəki DNT ana ilə atadan gələn DNT-lərin birləşməsi nəticəsində meydana gəlirsə, mitoxondridəki DNT-nin qaynağı yalnız anadır. Bu bucaqdan yanaşdıqda, sizin mitoxondrial DNT-niz ananızınki ilə eyni, ananızınkı da nənənizin mitoxondrial  DNT-si ilə eynidir. Bu üsulu izləyərək kökümüz araşdırıla bilər.

davamı

“National Geographic” Azərbaycan jurnalının “daş dövrü pəhrizi” iddialarına cavab

“National Geographic” Azərbaycan jurnalının yanvar, 2015 sayında yayımlanmış “Qida Rasionunun Təkamülü” başlıqlı məqalədə bir çox əsaslı xətaya və elmi təhriflərə yol verilmişdir. Təkamülçülərə Cavab saytı hələ 2014-cü ilin iyun ayında BBC-nin “Daş dövrü pəhrizi” iddialarına tam elmi cavabları yayımlamışdı. Hansı ki, “National Geographic”in sözügedən məqaləsi də bu köhnə iddiaya həsr olunub. Həmin mövzu üzərində ətraflı işlənildiyi üçün bu məqalədə “daş dövrü” iddialarına yenidən cavab verməyə ehtiyac duymuruq. Lakin bunu xüsusilə vurğulamaq lazımdır ki, məqalədə ən sıx işlədilən “daş dövrü”, “mağara adamı” kimi ifadələr yalnız və yalnız təkamülçü xəyal məhsulundan ibarətdir və tarixdə heç vaxt belə bir dövr və insanlar mövcud olmamışdır1. Məqalənin müəllifi Enn Gibbons isə onsuz da özü kimi təkamülçü olan Raymond Dart, Riçard Renqhem və digərlərinin tezislərinə yer vermiş, lakin təbii ki, alternativ görüşləri görməzdən gəlmişdir.

davamı

Neandertalların keçid forma yox, insan irqi olması ilə bağlı yeni kəşf

Neandertallar (Homo neanderthalensis) bundan 100 min il əvvəl Avropada birdən-birə üzə çıxmış və təxminən 35 min il əvvəl sürətlə və səssiz şəkildə yox olmuş və ya digər irqlərlə qarışaraq assimilyasiyaya uğramış insanlardır. Müasir insandan yeganə fərqi skeletlərinin daha güclü və kəllə sümüyünün ortasının daha hündür olmasıdır.

Neandertallar insan irqidir və bu gün bu həqiqət hər kəs tərəfindən qəbul edilir. Bəzi təkamülçü paleoantropoloqlar bu insanları uzun zaman “ibtidai növ” kimi qəbul edirdi, lakin kəşflər Neandertal insanının bu gün küçədə gəzən hər hansı “cüssəli” bir insandan fərqli olmadığını göstərir.

davamı

Təcridlər (izolyasiyalar) və növləşmə barədəki təkamülçü iddialara cavab

Təkamül nəzəriyyəsinə əsasən, canlılar təsadüflərlə əmələ gəlmiş və yenə təsadüflərlə inkişaf etmişdir. Bundan təqribən 3.8 milyard il əvvəl dünyada heç bir canlı yox ikən əvvəlcə canlı hüceyrələr, sonra çoxhüceyrəli kompleks canlılar əmələ gəlmiş və getdikcə daha mürəkkəb növlər ortaya çıxmışdır. Başqa sözlə, darvinizmə əsasən təbiətdəki bəzi amillər sadə cansız elementlərdən çox kompleks və qüsursuz dizayna malik canlılar meydana gətirmişdir.

Bu iddianı nəzərdən keçirərkən, əvvəla, təbiətdə həqiqətən belə bir gücün olub-olmadığına baxmaq lazımdır. Daha açıq desək, bu cür təkamülü həyata keçirəcək təbii mexanizmlər varmı?

davamı

BBC Azərbaycan saytının “ibtidai insan” və “daş dövrü” xətaları

BBC Azərbaycan saytındakı digər təkamülçü yanlışlıqları buradan oxuya bilərsiz:

BBC Azərbaycan saytının “Primatların kəlləsini yumruqlar formalaşdırıb” başlıqlı yazısına cavab

BBC Azərbaycan saytının “Dinozavrların həlakı: qanunauyğunluq, yoxsa təsadüf?” başlıqlı yazısına cavab

 

BBC Azərbaycan saytının hələ də bəzi məqalələri aldadıcı mahiyyətdədir. 29 iyun 2014-cü il tarixli “Daş dövrünün pəhrizi” adlı məqalədə, əsas etibarilə, insanların süd içərək laktozaya qarşı davamlılıq əldə etdikləri bildirilir. Bundan əlavə, məqalə biri digərilə uyğun gəlməyən, eyni zamanda elmi faktlara əsaslanmayan təxəyyül təəsürratlı başqa ifadələrlə də doludur. Məqalənin içərisindəki əsas mühüm səhvi təqdim edirik:

davamı

“TULLANTI DNT” İDDİASINA CAVAB

Digər məqalələrimizdə ətraflı şəkildə araşdırdığımız “qüsurlu” və ya “rudiment” orqanlar iddiasının ən son əsaslarından biri də “Tullantı DNT” (“Junk DNA”) anlayışı idi.

Rudiment orqanlar əfsanəsi 20-ci əsrin ikinci yarısından etibarən çökməyə başladı. Funksiyasız olduğu deyilən orqanların əhəmiyyətli funksiyaları olduğu kəşf edildiyi zaman bu əfsanə də müdafiə edilməsi imkansız hala gəldi. Lakin həmin əfsanənin propaqanda gücündən məhrum qalmaq istəməyən təkamülçülər bunun yeni bir versiyasına əl atdılar. Bu yeni versiya bədəndəki orqanların deyil, orqanları kodlayan genetik materialın bir qisminin “rudiment” olduğu formasında idi. İşlədilən ifadə isə “rudiment” deyil, “tullantı halına gəlmiş” idi.

davamı

« Öncəki SəhifəSonrakı Səhifə »

axtarış