Tag: dnt

İnsanla şimpanze arasında 99% genetik oxşarlıq YALANI

İlk dəfə 1975-ci ildə insanla şimpanzenin sadəcə 1% genetik fərqi olduğu iddiası gündəmə gəlmişdi. O vaxtlar hələ insan genomunun (2001) və şimpanze genomunun (2005) tam surəti çıxarılmamışdı. Ancaq təkamülçülər qəsdən bir-birlərinə oxşayan bir neçə geni (məs., hemoqlobin genləri) müqayisə edib belə nəticəyə gəlmişdilər. Bu oxşatma prosesi bu günə qədər davam edir. Bəs bu “oxşarlığın” əsl mahiyyəti nədir?

İnsan genomu təxminən 3 milyard hərfdən (nukleotiddən) ibarətdir. Hətta 1%-lik fərq iddiasının doğru olduğu qəbul edilsə belə, bu, 30 milyon hərf fərqi mənasına gəlir. 30 milyon hərflə 30 cildlik kitab yazıla biləcəyini düşünsək, mətbuatda təkamülçülərin tez-tez dilə gətirdiyi və çox cılız görünən “bir faiz”in nə qədər nəhəng məlumat fərqinə bərabər olduğunu asanlıqla görə bilərik.

İndi isə gəlin insanla şimpanze arasındakı real fərqlərə nəzər salaq. 2007-ci ildə nüfuzlu “Science” jurnalında “Müqayisəli fərqlər: 1% əfsanəsi” adlı məqalə yayımlandı. Məqalənin müəllifi Con Kohen tez-tez təkrarlanan bir faizlik fərq məsələsini tədqiq edir və şimpanze genomunun nəşrinə istinadən, əslində, ortada 5% fərq olduğunu üzə çıxarır.1 (Lakin Kohenin bu araşdırması görməzdən gəlindi, 2012-ci ildə yenə eyni jurnalda 1%-lik fərqdən bəhs olunurdu).

davamı

“Qafqazinfo” saytında təkamül fərziyyəsi ilə bağlı yanlış fikirlər

Ötən günlərdə yerli mətbuat orqanlarından olan “Qafqazinfo”nun internet saytında “Təkamül haqqında 6 vacib sual” başlıqlı yazı yayımlandı. Bu yazıda təkamül fərziyyəsi klassik təbliğat üsulları ilə müdafiə olunur və sanki şübhəyə yer qoymayan fakt kimi qələmə verilir. Bu cavab məqaləmizdə mövzunu 6 bənddə işləyəcək və “Qafqazinfo”nun yaydığı bu məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyini təhlil edəcəyik. “Qafqazinfo” yazır:

davamı

Təkamülçülərin elmi faktlarla alt-üst edilmiş fərziyyələrini qurtarma səylərinə daha bir nümünə

Əvvəlcə Türkiyə mediasında, daha sonra da yerli mediada təkamül nəzəriyyəsinin səhv başa düşülməsindən gileylənərək yazılan “Təkamül nəzəriyyəsiylə bağlı deyilən 10 SƏHV FİKİR” başlıqlı məqalə yayımlandı. Məqaləni təfərrüatlı təhlil etdikdə, mövzunun tamamilə məlumatsızlığa söykəndiyi, heç bir elmi dəlillə dəstəklənmədiyi açıq şəkildə qarşımıza çıxır.

Məqalənin ilk cümlələrini oxuyanda birinci diqqəti çəkən Darvinin dırnaqarası elmi statusunun necə bər-bəzəkli təqdim olunmasıdır. “Təbiət elmləri alimi” kimi qələmə verilən Darvin, əslində, kimdir? Qısa bir araşdırma apardıqda Darvinin, əslində, oxuduğu Edinburq Universitetini belə yarımçıq qoyan, Kembric Universitetinin ilahiyyat fakültəsini bitirdikdən sonra “Biql” gəmisi ilə səhayətə çıxan HƏVƏSKAR TƏBİƏTŞÜNAS olduğu məlum olur. Hər zamankı kimi darvinistlər müdafiə etdikləri fərziyyəni insanların gözündə böyütmək üçün fərziyyənin sahibi olan Darvini də həvəskar təbiətşünaslıqdan təbiət elmləri alimi dərəcəsinə qaldırmağa çalışırlar.

İndi isə təkamülçülərin “faktlarla əsaslanan” başlığı altında önə sürdükləri iddiaların, əslində, sadəcə söz oyunlarından başqa bir şey olmadığını həqiqi elmi dəlillərlə izah edək.

davamı

“Science” jurnalının “ilanların təkamülü” iddiasına cavab

“Science” jurnalı 2016-cı il oktyabr sayında təkamüllə bağlı yenə bir xəbər dərc etdi. Xəbərdə yatağan ilanlarının quyruq hissəsində yerləşən kiçik sümüklərin bu canlıların “keçmişdə malik olduqları xəyali ayaqlardan” qalma olduğu iddia edilirdi.

Əvvəlcə, onu qeyd etmək lazımdır ki, yatağan ilanlarındakı kiçik sümüklərin təkamülü sübut etdiyini iddia etmək ciddi ağıl qapanmasıdır və elmi mənada ciddi məğlubiyyətdir. Çünki iddianın əksinə, yatağan ilanlarındakı bu sümüklər quyruğa yaxın hissədə yerləşən kiçik pəncəyə oxşayan strukturlardır. Bunlar yatağan ilanı tərəfindən cütləşmək üçün və digər erkək yatağan ilanlarına qarşı özünü müdafiə etmək üçün istifadə edilən pəncəyə bənzəyən çıxıntılardır. Qətiyyən ayaqlar kimi bədən ağırlığını daşıya bilən mexaniki funksiyaya malik strukturlar deyil. Başqa sözlə, yeriməyə əlverişli quruluşları yoxdur.

davamı

Genlərin insanı idarə etməsi fikri yanlışdır

Təkamülçü media yolu ilə insanlara təlqin edilən materialist fərziyyələrdən biri insan davranışlarının təkcə genetik amillərin təsiri ilə müəyyən edildiyi iddiasıdır. Bu iddianın tərəfdarları insanın göz rəngi kimi fiziki xüsusiyyətləri ilə yanaşı davranışlarının da genlər tərəfindən müəyyən edildiyini fərz edirlər. Davam edən genetik tədqiqatların mediada müntəzəm olaraq bu prizmadan şərh olunması laboratoriya reallıqlarına zidd, xurafat tipli bir sıra fikirlərin cəmiyyət içində elmi məlumat olduğu təəssüratını yaradıb. Beləliklə, “bizi insan edən amil genlərlə məhdudlaşır” kimi tanınan “gen yalanı” meydana çıxıb.

Genlər və davranışlar arasında əlaqə iddiaları əsassızdır

Gen yalanı cəmiyyətə nümayiş etdirilən üzü ilə pərdə arxasındakı əsl xarakteri baxımından böyük təzad ortaya qoyur. Qəzet oxuyan və televiziya xəbərlərini seyr edən insanlara “alkoqolizm geni”, “şizofreniya geni”, “homoseksuallıq geni” kimi xəyali anlayışların elmi təcrübələrlə sübut edilmiş həqiqətləri əks etdirdiyi təlqin edilir. Halbuki bunlar təcrübi sübutlarla təsdiqlənmiş həqiqətlər olmaqdan tamamilə uzaqdır. Bu iddiaların elm dünyasında heç bir qiyməti yoxdur. Ömürləri “saman alovu” kimidir. Bunları reklam məqsədi ilə şişirdən qəzetlərin üz qabığında işıqlandırıldıqdan qısa müddət sonra sönüb gedirlər.

davamı

Science Mag saytından xəyali «insanabənzər» nağılı: denisovanlar

Yaxın günlərdə darvinizmi müdafiə edən bəzi elmi jurnal və internet saytlarında ortaq canfəşanlıq var. Ötən illərdə tapılmış, əskikliyi və etibarsızlığı sübut olunmuş bəzi canlı qalıqları yenidən gündəmə gətirilir və təkamül dəlili kimi təqdim edilməyə çalışılır.

Belə ən son nümunələrdən biri də «ScienceMag» və «DailyMail» kimi saytlarda yayımlandı. Kiçik barmaq sümüyünün bir hissəsi və bir neçə diş gündəmə gətirilərək yenə darvinist xəyali təsəvvürü göstərən nağıllar məqalələrin mövzusu oldu.

Denisovan insanı necə quraşdırıldı?

Məlum olduğu kimi, 2010-cu ilin dekabr ayında «Nature» jurnalında dərc edilən bir məqalə ilə yeni kəşf edilən «nəsli kəsilmiş «insanabənzər növün» tapıldığı» elan edilmişdi. Sibirin Altay dağlarında yerləşən Denisova mağarasında tapılan fosil qalıqlarından əldə edilmiş məlumatlara görə,

davamı

PLoS One jurnalına cavab: epigenom, genomun ağıllı idarə edilməsi təsadüfi proseslərlə açıqlana bilməz

PLoS One jurnalında 7 iyun 2016-cı il tarixində dərc olunmuş məqalədə “genlərin aktivləşib-sönməsinin DNT kodlarının fiziki xüsusiyyətləri nəticəsində mutasiyalarla təkamülləşdiyi” iddia edilib. Halbuki nə DNT-nin varlığı, nə də genomun ağıllı idarə edilməsi təsadüfi proseslərlə heç vaxt açıqlana bilməyən dərəcədə kompleksdir. Əksər mərhələləri hələ aydınlaşdırılmamış olan bu idarəetmədəki möhtəşəmlik insan ağlının sərhədlərini keçir.

davamı

Minimal bakteriya genomunun kompleksliyi həyatın Allah tərəfindən yaradıldığını sübut edir

Hüceyrənin mənşəyini axtarmağın mahiyyəti

Həyatın təkamül prosesi nəticəsində formalaşdığını müdafiə edən alimlərə görə, bundan dörd milyard il əvvəl Yerin ibtidai atmosferində bəzi cansız kimyəvi maddələr reaksiyaya girmiş, ildırımların, yeraltı təkanların təsiri də buna qarışmış və təsadüfən ilk canlı hüceyrə meydana gəlmişdir. Əgər həyat təkamül nəticəsində meydana gəlibsə, onda ilk canlı hüceyrəsi mərhələlərlə necə təkamül keçirmişdir?

Bu suala cavab vermək üçün xeyli təcrübələr aparılmış, lakin həyatın təkamüllə meydana gəldiyi isbat oluna bilməmişdir. Əksinə, aparılan tədqiqatlarda ilk canlı orqanizmin təsadüfi mərhələlərlə, təkamül prosesi nəticəsində ortaya çıxmasının qeyri-mümkün olduğu sübut edilmişdir. Məsələn, Miller, Foks, Doze və s. alimlərin keçirdiyi təcrübələr uğursuzluqla nəticələnərək həyatın təsadüf məhsulu olmadığı aşkara çıxarılmışdır.

davamı

“New York Times”ın süni insan genomu yaratmaq iddiası nə üçün mənasızdır?

14 May 2016-cı ildə  “New York Times” qəzetində “sintetik insan genomu istehsal olunacaq” iddialarına yer verilən bir məqalə dərc edildi. Müəllifi Endryu Pollak olan məqalədə insan xromosomlarındakı bütün DNT-lərin istehsal edilə biləcəyinə dair iddia var idi. Bu cavabımızda bəhs olunan iddianın məntiqsizliyini, elmi dəlillərlə uyğunsuzluğunu və yoxdan DNT istehsal edilə bilinməyəcəyini açıqlayacağıq.

Əslində, məqaləni hazırlayanlar da bu həqiqətlərin fərqində idilər ki, “New York Times”dakı yazıda diqqət çəkən bəzi məqamlar var. Məsələn, layihəni hazırlayanlardan Harvard Tibb fakültəsinin genetika professoru Corc Çörç insan yaratmağa çalışmadıqlarını, lakin hüceyrənin DNT sintezləmək qabiliyyətini inkişaf etdirməyi qarşılarına məqsəd qoyduqlarını bildirirdi. Bununla yanaşı, 3 milyard əsas cütlükdən ibarət olan insan DNT-sini sıfırdan sintez etməyin qeyri-mümkünlüyü hər kəsə məlum olduğuna görə, əvvəlcə “HGP2-insan genomu sintezi layihəsi” (Human Genome Synthesis Project, HGP2) deyə elan edilən layihənin adı daha sonra “HGP-Yazısı: hüceyrələrdə böyük sintetik genomların yoxlanması” (HGP-Write: Testing Large Synthetic Genomes in Cells) olaraq dəyişdirildi.

davamı

Vüsal Məmmədovun modern.az saytına müsahibəsindəki iddialara cavablar

20 İyun 2016-cı il tarixində modern.az saytında jurnalist Vüsal Məmmədovun müsahibəsi yayımlandı. V. Məmmədovun fəlsəfi düşüncələrinin əsas yer tutduğu bu müsahibədə elmi cəhətdən bir çox nöqsanlı məqamlara yer verilib ki, bu cavab məqaləmizdə toxunulan məsələlərin həqiqi üzünü ortaya çıxaracağıq. Öz fəlsəfi düşüncələrinə geniş yer verdikdən sonra V. Məmmədov deyir:

Mən ateistəmsə, bu, ancaq o deməkdir ki, dini təfəkkürü yox, elmi dünyagörüşünü əsas götürürəm. Həyatı, kainatı elmi təfəkkürlə dərk etməyə çalışıram. Bu zaman elmi düşüncəyə zidd olan bütün fikirləri kənara qoyuram”.

Vüsal Məmmədov: “mən ateistəmsə, elmi dünyagörüşünü əsas götürürəm”,- deyir. Bu sözləri oxuyan bir insan düşünə bilər ki, sanki ateizm elmi bir açıqlamadır. Lakin ateizm heç bir zaman elmə əsaslanmayıb. Bunu Vüsal Məmmədovun elə özünə nümunə götürdüyü ateizmin bayraqdarı Riçard  Dokinzin sözlərindən görə bilərik:

davamı

Sonrakı Səhifə »

axtarış