• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Neandertallarla eyni xəstəliklərə tutulmağımızın səbəbi nədir?

“Science” jurnalının 12 fevral 2016-cı il tarixli buraxılışında ABŞ-ın Vanderbilt Universitetində aparılan yeni araşdırmanın nəticələri dərc olundu. Məqalə ilk baxışda irsi xəstəliklərlə əlaqədar görünsə də, əslində, “Müasir insanların neandertallarla qaynayıb-qarışmasından meydana gələn fenotipik irs” başlığı bizə məqalədə təkamül təbliğatı aparıldığını göstərir.

Araşdırmaya rəhbərlik edən Vanderbilt Universitetindən genetik Con Kapra müqayisə apararaq belə deyir:

“Təsbitlərimiz neandertal DNT-sinin müasir insanların xəstəliklərinə təsir etdiyini göstərir. Neandertal DNT-sinin immunoloji, dermatoloji, nevroloji, psixi və cinsi xəstəliklərimizlə əlaqəli olduğunu kəşf etmişik”.

neander1

Kapranın neandertalların da bizimlə oxşar xəstəliklərə sahib olduğu yönündəki bu təsbiti önəmlidir və əslində, təkamül fərziyyəsini çürüdən sübutdur.

Müxtəlif mədəniyyətlər və fərqli fiziki xüsusiyyətlər

İnsanlar nəsillər boyunca müxtəlif xəstəliklərə tutulub və buna aid genetik xüsusiyyətlər nəsildən-nəsilə ötürülərək indiyə qədər gəlib çatmışdır. İrsi adlandırılan belə genetik xüsusiyyətlər o xəstəliyin ortaya çıxma ehtimalını qüvvətləndirir, amma bunu təkamülə dəlil göstərmək olduqca mənasızdır.

Əsrlər boyu fərqli coğrafi ərazilərdə fərqli görünüşə sahib insan cəmiyyətləri yaşamış, bəzən də, bir-birlərilə evlənib qarışmışlar. Bu gün Anadoluda, yaxud da daha bariz nümunə versək, ABŞ-dakı vəziyyət buna nümunədir. Asiyalı, avropalı və afrikalı olan əksər xalqlar evlənərək bir-birilə qarışmışdır.

Burada əsas məsələ odur ki, bu fərdlər arasında bəzi fərqlər olsa da, hər biri insandır. Müxtəlif mədəniyyətlərə, eyni zamanda fiziki xüsusiyyətlərə sahib olmaq onları başqa canlı etmir, aşağı və ya yuxarı səviyyədə qruplaşdırmır. Bu cür baxış tərzi çox yanlışdır və irqçilikdir. Həqiqət belə olduğu halda, 19-cu əsrin müstəmləkəçilik siyasətini hüquqi cəhətdən haqlı göstərməyə cəhd edən bəzi adamlar ağ avropalı (german və anqlosakson) irqin mövcud insan irqləri arasında guya “ən müasir” və “ən inkişaf etmiş” olduğu iddiasını ortaya atıblar. Bunun nəticəsində Afrika və Avstraliya yerlilərinin heyvanlara daha yaxın olduğu iddia edilmiş, təkamül prosesinə görə, “öldürülsələr cəmiyyət inkişaf edəcək” fikri üstünlük təşkil etmişdir. Təbii ki, bu fikir ağlasığmazdır.

Hekkeldən başlayan irqçilik bəlası

Alman bioloq Ernst Hekkel canlıları siniflərə bölərək ağ avropalıları özbaşına bu sıralamanın əvvəlinə təyin edib. Hekkelin bu yarımçıq dünyagörüşü “mədəniyyətlərin inkişafında irqlərin rolu” olaraq qəbul edilib.

neander2

İrq anlayışını isə ilk dəfə alman həkim İohan Fridrix Blumenbax (1752-1840) ortaya ataraq insan cəmiyyətlərini qafqaz (ağdərili), monqol (sarı), malay (qəhvəyi rəng), zənci (qaradərili) və amerikan (qırmızı) olmaqla 5 sinifə bölərək qruplaşdırmışdır. Hekkel bu irq anlayışını iyerarxik olaraq sıralayıb avropalıları ən ilk, Şri-Lanka yerliləri olan veddaları, Avstraliya aborigenləri və Zimbabvedəki Rodeziya yerlilərini də ən axırıncı sıraya salmışdı. Bu fikirlər o qədər təsirli olub ki, bir çox irqçi bu insanlarla evlənib uşaq sahibi olmağı özlərinə görə “təkamül pilləkənindən yıxılmaq” adlandırıb cəmiyyətə zərər verdiklərinə inanıblar.

Eynilə keçmişdəki ağlasığmaz iddialara bənzəyən bu iddia ilə də indiki təkamül fanatikləri neandertallarla qaynayıb-qarışmağı nikbin olmayan bir vəziyyət kimi göstərməyə çalışmışlar. Əlbəttə ki, bu çox böyük səhvdir. Çünki elmi tapıntılar bizə göstərir ki, neandertallar tamamilə insandır.

neander3

Belə ki, neandertalları ibtidai göstərməyə çalışan darvinist məntiqin yanlışlığına dair elmi dəlillərin bəzilərini qısaca olaraq nəzərdən keçirək:

Neandertallar hal-hazırkı insanlardan üstün xüsusiyyətlərə sahib olmuşlar

Neandertalların kəllə qutusunun həcmi darvinistlərə əsas vermir ki, onlar ibtidai adlandırılsın. 1700 sm3 həcmində olan kəllə qutusu bugünkü insanlardan 200 sm3 böyükdür. Kəllə qutusunun həcminə görə insanlar aşağı və ya yuxarı siniflərdə qruplaşdırıla bilməz. Əgər belə qruplaşdırsaq, onda neandertallar bugünkü insanlardan daha üstün olmalıdır. Bu da təkamül fərziyyəsinin təməl prinsiplərinə uyğun gəlmir.

Bundan başqa arxeoloji qazıntılar neandertalların da bugünkü insanlar kimi sosial həyatı olduğunu ortaya çıxarmışdır. Neandertallar nəsli kəsilmiş insan irqidir. Neandertallar üzərində araşdırmalar aparmış mütəxəssis Erik Trinkaus belə etiraf edir:

“Neandertal qalıqları və müasir insan skeletləri arasında aparılan təfsilatlı müqayisələr göstərmişdir ki, Neandertal anatomiyasında hərəkət, alət istifadəsi, zəka səviyyəsi və ya nitq qabiliyyətlərində müasir insanlardan aşağı sayıla biləcək heç bir şey yoxdur”. (Erik Trinkaus, “Hard Times Among the Neanderthals”, Natural History, cild 87, dekabr 1978, səh. 140)

Şübhəsiz neandertallar insan irqi olduğu üçün bugünkü irqlərlə eyni xususiyyətlərə sahibdirlər.Neandertal insanlar bacarıqlı alət düzəldən və uğurlu ovçular idi.Hətta musiqi və sənətkarlıqla məşğul olurdular. Eynilə bugünkü cəmiyyətlər kimi mədəni və sosial struktura malik idilər. Hətta dini inancları da var idi. (Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, səh. 194) Uzun sözün qısası, neandertalların mədəni səviyyəsi indikindən elə də fərqlənmirdi.

Neandertallarla eyni genlərə sahib olmağımız nəyi göstərir?

Əvvəlcə qeyd edək ki, neandertalları başqa növ adlandırmaq genetik cəhətdən də mümkün deyil. Neandertal genom layihəsi onların da 23 cüt xromosom yığımına sahib olduqlarını göstərib. Neandertalları “başqa bir növ” kimi təqdim edən darvinist mənbələr isə genlərimizin ortaq olduğu faktı qarşısında çaşqındırlar. Bu genlərin bizə neandertallardan gəldiyi məsələsi isə genetikanıngəldiyi nəticədir. Bunlar təkcə neandertallara yox, bütün insanlara, yəni insan növünə aid yayılmış genlərdir.

Neandertallar ibtidai növ yox, bizim kimi insanlardır

Neandertalların sosial həyatı hal-hazırkı insanlardan heç də fərqlənmirdi. Arxeoloji qazıntılar bu insan növünün də musiqi alətlərindən istifadə etdiyini, dərziliklə məşğul olduğunu, rəsm və heykəltaraşlıq kimi incəsənət növləri ilə məşğul olduğunu ortaya çıxarmışdır. Hətta neandertallar fiziki quruluşlarına görə indiki insanlardan üstündürlər: bədənləri daha iri, daha qüvvətli olmaqla yanaşı eyni zamanda təkamül iddialarını alt-üst edən beyin həcminə sahib idilər.

Müxtəlif irqlər: coğrafi təcrid və fərqli görünüşə sahib insanlar

Bu gün ayrı-ayrı coğrafi ərazilərdə yaşayan insanlar, təbii olaraq, bir-birilərindən fenotipcə (xarici görünüş cəhətdən) fərqli görünür. Bu, coğrafi izolyasiya ilə əlaqədardır. Aborigenlər, eskimoslar, ya da zəncilər bir-birilərindən uzaq yerlərdə yaşayan insanlardır. Bu irqlər də avropalı ağdərili irqlərlə ortaq genlərə sahibdir.

Tarix boyu texnologiya və digər maddi imkanlar baxımından daha da inkişaf etmiş avropalılar xarici görünüşünü bəyənmədikləri insan irqlərini aşağı səviyyəli, özlərini isə müasir  adlandıraraq üstün tutublar. Darvinist ideologiyadan qaynaqlanan bu irqçi yanaşma soyqırımlar, mütəmləkəçilik və insanlara xor baxmaqla nəticələnir.

Nəticə: neandertallar keçmişdə yaşamış insan qövmüdür

Təkamülçülərin müxtəlif insan irqlərini “qabaqcıl” və “geri qalmış” olaraq qruplaşdırmasının bioloji və genetik olaraq heç bir əsası yoxdur. Belə ki, neandertalların mədəni həyat tərzinin olduğu arxeoloji qazıntılarla sübut edilmişdir. Neandertallar hətta bizim kimi eyni xəstəliklərə tutulan insanlardır və müəyyən zaman ərzində assimilyasiyaya məruz qalıb yer üzündən silinmiş qövmdür.

 

Adnan Oktarın “News Rescue”da dərc edilən məqaləsi:

http://newsrescue.com/what-does-the-fact-that-we-share-the-same-diseases-with-neanderthals-mean/

Şərh üçün bağlıdır.

axtarış