• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Təkamülçülərin “Homo naledi” ssenarisi puç çıxdı

 

Keçən həftələrdə bir çox yerdə Homo naledi adlandırılmış bir fosilin insanın əcdadı olduğunu iddia edən xəbərlərə yer verildi. Çəkilən portretlər, yazılan hekayələr onun yarıinsan-yarımeymun olduğu iddiasını zehinlərə yerləşdirmək məqsədi güdürdü. Bəs insanabənzər kimi qələmə verilən bu fosil əslində nədir, bu iddiaların elmi əsasları varmı?

Bu yazımızda meymun sümüklərinin darvinistlər tərəfdən necə təbliğat alətinə çevrildiyinə bir daha şahid olacağıq.

TƏKAMÜL NAĞILININ SONU GƏLMƏYƏN “ƏCDAD” PROBLEMİ

Homo naledi Cənubi Afrikada, bir mağaranın dərinliklərində tapılmış dağınıq vəziyyətdəki 1550 sümük parçasından seçilərək bir yerə yığılan skeletdir.1 Uşaq və yetkin olmaqla 15 ayrı fərdə aid olduğu düşünülən irili-xırdalı sümüklər anatomik olaraq məntiqi formada düzülməyə cəhd olunmuşdur. İnsan ilə meymun arası xüsusiyyətlər göstərən mozaik bir canlı ortaya çıxarılmışdır. Əllərində bütöv kəllə qutusu olmamasına baxmayaraq, 4 əskik kəllə sümüyünə istinad edib bir-birinə toxunmadan havada duran parçalardan ibarət montaj halqa əmələ gətirilib.

naledi1

Təkamül inancının gətirdiyi sərxoşluq: Homo naledi fosilinin kəşfinə rəhbərlik edən təkamülçü Li Berqer (yuxarıda) və CAR-in vitse-prezidenti S. Ramafosa Homo naledi kəlləsini öpürlər.

Bu cür bir kəllə qutusunun tutacağı beyin həcminin 465-560 sm3 olacağı hesablanmışdır. Portağaldan azca böyük olan bu həcm şimpanze beyni ilə eynilik təşkil edir.2 Yığılan kəllə qutusunun üzünün alt hissəsi maili olub şimpanzelərinki ilə oxşarlıq göstərməkdədir. İnsanlarda tipik olaraq müşahidə olunan çıxıntılı burun sümüyü də yoxdur. Bütün bunlara baxmayaraq, tədqiqata rəhbərlik edən Li Berqer bu kəllə qutusunun insanla meymun arasındakı, insanın guya əcdadı olmuş “yeni” bir növə aid olduğunu irəli sürmüşdür.

ŞİMPANZENİ ZORLA İNSANA BƏNZƏTMƏYƏ ÇALIŞMAQ

Araşdırmaya rəhbərlik edən Li Berqerin də etiraf etdiyiə görə, bu fosillər məlum olan bir insan irqi ilə bənzərlik göstərmir. Bu da darvinist alimlərin qalıqları dərhal “yeni bir növ” olaraq adlandırmasına yol açmışdır. Berqerin iddiasına əsasən, bu dırnaqarası yeni növ avstralopiteklər ilə insan arasındakı boşluğu dolduran ara mövqeli insanabənzər (hominid) növüdür. Lakin bu şərhin qərəzli və ön-mühakiməli olduğu sümüklər incələndiyi zaman açıq şəkildə başa düşülür.

Yaradılan bu yığma skelet bütün xüsusiyyətlərilə şimpanzelərə bənzəyir. Çiyin oynaqları və qövsvarı barmaq sümükləri budaqlardan sallanan meymunlarla eynidir. Geniş oma sümüyü və aşağı doğru genişlənən döş qəfəsi isə avstralopitek cinsindən meymunlara xasdır. Hər nə qədər insan ayağına bənzədiyi iddia edilsə də, ayaq sümüklərinin insanınkından fərqli olaraq nisbətən qövsvarı və maili olduğu yenə eyni briqada tərəfindən qəbul edilir.3

Darvinistlərə görə Australopithecus afarensis dırnaqarası təkamül ağacında ilk əcdad kimi qəbul edilməsinə baxmayaraq, baş barmaqlarının bugünkü şimpanze və digər meymunlarınkından daha uzun olduğu təsbit edilmişdir. Bu xüsusiyyət təkamül iddiasına tamamilə ziddir. Homo naledinin baş barmağı isə Australopithecus afarensisdən bir az daha uzundur. Bu da xəyali təkamül ağacını çürüdən faktdır. Bu halda insan barmağına heç oxşamamaqla bərabər xəyali təkamül nəsil ağacında insanabənzər olaraq xarakterizə edilən növlərdən də olduqca fərqlidir.

Homo naledinin əli heç bir şəkildə insan əlinə bənzəmir, qövsvarı barmaq falanqaları və digər meymunabənzər xüsusiyyətlərilə birlikdə qalıqlar bu canlının budaqdan-budağa atlayan bir meymun olduğunu bizə göstərməkdədir.4 Bu əl strukturunun hər hansı bir aləti tutub işlətməsi isə qeyri-mümkündür. Bununla birlikdə, sümüklərin tapıldığı mağarada insan mədəniyyətinə aid hər hansı bir alət və ya əşya da tapılmamışdır.5

Dinaledi mağarasında tapılan dişlər insan dişlərinə heç bənzəmir. Bu dişlər avstralopitek seriyasından meymunlarda müşahidə edilən dişlərdən daha kiçikdir. Bu vəziyyət isə meymun növləri arasındakı variasiya ilə izah edilə bilər, amma insana bənzəməsindən söhbət gedə bilməz.

NALEDINİN YAŞ PROBLEMİ

Canlıların yaşını təyin etmək üçün arxeologiyada bir çox tarixləndirmə metodlarından istifadə edilir. Buna baxmayaraq, Dinaledi mağarasındakı sümüklərin yaş təyininə dair heç bir şey edilməyib.6 Bundan ötrü də, Homo naledi haqqında danışılan hekayə elmi dəlillərə yox, insanın xəyali təkamülü prosesində müxtəlif insanabənzər canlıların yaşamış ola biləcəyi xurafatına söykənir. Berqerə əsasən, bu sümüklər 2,5-2 milyon il əvvəlki dövrlə “yaxşı tutuşur”. Ona və araşdırmanı maddi cəhətdən dəstəkləyən “National Geographic”ə görə, “əgər bu yaş həqiqidirsə” Homo naledi insanabənzər olaraq təsnif etdikləri canlıların kökündəki əcdaddır. Göründüyü kimi, bu kimi şərhlər elmi məlumatlara yox, ideoloji qərəzlərə əsaslanır. Əslində, aparılacaq bir karbon-14 sınağı belə bu nağılı təkzib etməyə bəs edəcəkdir.

XƏYAL GÜCÜNÜN SƏRXOŞLUĞU

naledi2

Bu kəllə qutusuna baxaraq sağdakı rekonstruksiyanı hazırlamaq heç bir elmi mahiyyət daşımır. Çünki yumşaq toxumaların altlarındakı sümüklərlə heç bir əlaqəsi yoxdur və fosillər də yumşaq toxumaların izini buraxmır.

Berqerin hekayəvi izahlarına əsasən, Homo naledi  ölülərini mağarada basdırırdı, bu mağara da məzarlıq idi və tapılan sümüklər də sözügedən ölülərə aid idi. Lakin bu, reallaşması arzu edilən bir yuxunu danışmaqdan başqa bir şey deyil. Bu iddia heyvanların zaman keçdikcə insanlara çevrildiyi və əxlaqi davranışların da zaman keçdikcə əmələ gəldiyini deyən materialist baxış bucağından qaynaqlanır. Halbuki torpaq altında basdırma və ya məzar qazma ancaq səmavi dinlər yoluyla şüura və ağıla sahib insanlara öyrədilmiş dəyərlərdir.

Bir heyvanın isə dar, uzun və qaranlıq dəhlizlərdən keçərək təhlükəli və akrobatik səyahət nəticəsində mağara kompleksinin ən dərinindəki bir otağa cənazələri daşıdığı hekayəsi həqiqətdən çox kənardır. Təbii ki, bu sümüklərin mağaradakı varlığı daha məntiqli yollarla izah edilə bilər. Misal üçün, bu meymunlar sel daşqını ilə buraya atılmış ola bilər, ya da əvvəllər bu mağaranın başqa girişi var ikən təbii fəlakətlərlə giriş tutulmuş, sözügedən heyvanlar da burada sıxışıb qalmış ola bilər.

“Keçmişimizi və nə olduğumuzu araşdırırıq”,- deyərək bu kimi mümkünsüz nağıllar hazırlayıb, sonra da bunlara inanmaq isə darvinist ideoloqların içinə girdikləri çıxılmaz vəziyyətdən xəbər verir.

DAHA BİR NƏSLİ TÜKƏNMİŞ MEYMUN

Darvinist qərəzlərlə yazılmış bu hekayənin elmi əsası olmadığı məlumdur. Li Berqerin Homo naledinin “qeyri-adi mozaik keçid növ” olduğunu irəli sürməsi və mediada çıxan dəstəkləyici xəbərlərə rəğmən, araşdırmanın nəticələri bütün xüsusiyyətlərilə bir meymun fosili üzə çıxarmışdır.

Elm adamları tərəfindən düzəldilən yersiz rekonstruksiyanın doğru olduğunu qəbul etsək belə, nəticə dəyişməyəcək. Kiçik həcmli beyni, maili üzü, çənəsi, çiyinləri, qövsvarı əl və ayaq barmaqları, döş qəfəsi və geniş oma strukturu ilə tapılan qalıqlar bir Australopithecus növünə, yəni nəsli tükənmiş meymuna aiddir.

Mövzu ilə əlaqədar videolarımız:

Mövzu ilə əlaqədar digər məqalələrimiz:

Mənbələr:

  1. Shreeve, Jamie (10 September 2015). “This Face Changes the Human Story. But How?”. National Geographic News.
  2. Shreeve, Jamie (10 September 2015). “This Face Changes the Human Story. But How?”. National Geographic News.
  3. Berger, Lee R. et al. (10 September 2015). “Homo naledi, a new species of the genus Homo from the Dinaledi Chamber, South Africa”. eLife 4.
  4. Berger, Lee R. et al. (10 September 2015). “Homo naledi, a new species of the genus Homo from the Dinaledi Chamber, South Africa”. eLife 4.
  5. Handwerk, Brian (11 September 2015). “What Makes a Fossil a Member of the Human Family Tree?”. Smithsonian.com
  6. Berger, Lee R. et al. (10 September 2015). “Homo naledi, a new species of the genus Homo from the Dinaledi Chamber, South Africa”. eLife 4.

Şərh üçün bağlıdır.

axtarış