• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Zoologiya İnstitutunun direktoru Elman Yusifovun modern.az saytına verdiyi müsahibəsinə cavab

28 noyabr, 2017-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov modern.az saytına müsahibə verib. Bu müsahibə zamanı bəzi qərəzli və bir-biri ilə ziddiyət təşkil edən fikirlər səsləndirən Elman Yusifovun çıxışlarını və bu çıxışların nə qədər elmi mahiyyət daşıyıb-daşımadığını sizlərə təqdim edirik.

Yusifov ilk olaraq “Bioloji müxtəlifliyi yaradan nədir?” sualına “Bioloji müxtəlifliyin olması həmin ərazilərdəki mühitdən asılıdır. Bəzi canlılar soyuq temperaturda yaşayır, bəziləri isti. Ya da bəziləri suda, bəziləri səhra rejimində yaşayır”, – deyə cavab verir.

Elman Yusifov Avropa insanlarının daha açıq dərili və göygözlü olmalarını, Saxara ərazilərində yaşayan insanların Hindistanda yaşayanlardan daha fəqli olmalarını uzun illər boyu iqlim şəraitinin növün formalaşmasına təsirindən olduğunu iddia edir.

Ancaq 14 il Zoologiya İnstitutunda şöbə müdiri vəzifəsində işləmiş, 40-a yaxın bioloji müxtəlifliyə dair məqalənin, ekologiyaya dair monoqrafiyaların müəllifi, AMEA-nın Zoologiya İnstitutunun direktoru və biofizik Elman Yusifov bilməli idi ki, canlıların genetik məlumatına heç bir şəkildə ətraf mühit təsir göstərə bilmir. Yəni canlıların müxtəlifliyinin mənşəyinin onların yaşadığı mühitlə əlaqəsi yoxdur. Görünür, digər təkamülçü alimlərdə olduğu kimi, E.Yusifovun da zehnindən Lamarkın “qazanılmış xüsusiyyətlərin ötürülməsi” fərziyyəsi silinməyib. Halbuki Lamarkın bu iddiası elm dünyasından yekdilliklə zibil qutusuna atılmışdı. Üstəlik, 1865-ci ilə Mendelin “irsiyyət qanunları” qazanılmış xüsusiyyətlərin ötürülmədiyini və irsiyyətin dəyişilməyən bəzi qanunlara əsasən baş verdiyini göstərirdi. Bu qanunlar növlərin dəyişməzliyi fikrini dəstəkləyirdi. E.Yusifov ya bu məlumatlardan xəbərsizdir, ya da öz çıxışında bunları görməzdən gəlmişdir.

Onun insan haqqında bildirdiyi təkamülçü iddialarına gəldikdə isə, sadaladığı bütün xüsusiyyətlər insan irqlərinə, yəni insan variasiyalarına aiddir. Variasiya genetika elmində işlədilən termindir və “müxtəlifləşmə” mənasını verir. Bu genetik hadisə bir canlı növü daxilindəki fərdlərin və ya qrupların bir-birlərindən fərqli xüsusiyyətlərə malik olmasına gətirib çıxarır. Məsələn, yer üzündəki insanların hamısı, əsasən, eyni genetik məlumata malikdirlər, amma bu genetik məlumatın imkan verdiyi variasiya potensialı sayəsində bəziləri qıyıq gözlüdür, bəziləri sarışındır, bəzilərinin burnu uzun, bəzilərinin boyu qısadır. Bəşəriyyət tarixində ortaya çıxan coğrafi, sosial, siyasi və s. təsirlər müxtəlif insan qruplarındakı resessiv, yəni normalda üzə çıxmayan genlərin özünü büruzə verməsi üçün uyğun şərait yaratmışdır. Bu proses uzun zaman ərzində insan qruplarının sümük quruluşu, bədən rəngi, boy, kəllə sümüyünün həcmi kimi xüsusiyyətlərinin bir-birindən fərqlənməsinə gətirib çıxarmışdır. Nəticədə, irqlər əmələ gəlmişdir. Ancaq bu uzun proses, əlbəttə, növ müxtəlifliyi gətirməmişdir. Boyu, bədən rəngi, kəllə sümüyünün həcmi nə olursa olsun, bütün irqlər insan növünün bir hissəsidir. Yəni təbii şərait nə qədər kəskin dəyişirsə dəyişsin, bu, insanın DNT-nə əsla yeni bir məlumat əlavə edə bilməz və burada tədrici bir təkamüldən söz gedə bilməz.

Yusifov: “Bir alim kimi, təbii ki, təkamül nəzəriyyəsini qəbul edirəm”.

Elm – antidarvinist, antiateistdir.

ELM DARVİNİZMİN DÜŞMƏNİDİR. ELM ATEİZMİN QARŞISINDADIR. ELM ANTİMATERİALİSTDİR, ANTİMARKSİSTDİR. ELM – MARKSİST, ATEİST VƏ DARVİNİST DÜŞÜNCƏNİ PARAMPARÇA EDƏN BİR SİSTEMDİR. Elm ilə darvinist oyun sona çatmışdır. Elm ilə darvinist təbliğat ən böyük zərbəsini almışdır. Elm kütlələrə illərdir təlqin edilən təkamül saxtakarlığını tar-mar etmişdir. Elm ateist fəlsəfənin bünövrələrini yıxmışdır. Elm hara getsə, harada gündəmə gəlsə, harada özünü büruzə versə, darvinizmi parçalayır, məhv edir. Beləliklə də, ELM ANTİBÜTDÜR. Elm – bütpərəst düşüncələri, batil dinləri, saxta ideologiyaları aradan qaldırır. Məhz bu səbəbdən də ELM DARVİNİSTLƏRİN ƏN BÖYÜK ƏZABLARINDAN BİRİDİR.

E.Yusifovun düşündüyünün əksinə olaraq, hər keçən gün daha da inkişaf edən elm nəinki bütün həyatın, tək bir hüceyrənin və ya zülalın belə təsadüfən yarana bilməyəcəyi qənaətindədir. Məsələn, 500 aminturşudan ibarət bir zülal molekulunun təsadüfən yaranma ehtimalı 1/10950, yəni 0 ehtimaldır. Düzdür, hər kəs inancında müstəqildir, ancaq təkamülə olan inancın elmlə heç bir əlaqəsi yoxdur. Elm yaradılışı sübut edir. Üstəlik, E.Yusifov bu cavabıyla elmin təkamülü sübut etdiyini, ağıllı, elmli insanın da inancının təkamül olmalı olduğu mesajını verir. Halbuki bir zülalın da təsadüfən yarana bilməməsi faktı ilə bərabər, milyonlarla fosil qalığı üzə çıxaran paleontologiya, mikroskopik ölçüdə möhtəşəm yaradılışı üzə çıxaran mikrobiologiya və biokimya, kainatdakı həssas əyarı üzə çıxaran kosmologiya və digər bütün dəqiq elm sahələri Yaradılışı sübut edir.

Yusifovun müsahibəsinin davamında bildirdiyi “Təxminən 3 həftə bundan qabaq alimlər yeni konsepsiya irəli sürdülər. Onlar hesab edirlər ki, Yerə həyat kosmosdan gələ bilər” ifadəsi də nəzərimizdən qaçmadı.

Bu iddia bir neçə həftə əvvəlin ideyası deyil, onillərdir ki məlum olan panspermiya fərziyyəsidir. Təkamülçülərə Cavab saytı panspermiya, yəni həyatın kosmik mənşədən gəlməsi fərziyyəsinə 3 il əvvəl cavab məqaləsi yayımlamışdı. Görünür, E.Yusifov bundan yeni xəbər tutub.

“Panspermiya” fərziyyəsi, məna etibarilə, həyatın “toxumları”nın bütün kainata səpələnmiş olduğunu və bu toxumların müxtəlif planetlərə (Yer kürəsi də daxil olmaqla) yayılaraq həyata başlanğıc verdiyini irəli sürür. Belə ki, fərziyyəyə əsasən, bakteriya kimi orqanizmlər kometlər və ya asteroidlər vasitəsilə bir planetdən digər planetə səpələnir və uyğun şəraitə düşmüş bu bakteriyalar təkamül keçirərək həmin planetdə həyatın çiçəklənməsinə yol açır. Bu iddianı isə müxtəlif əsrlərin bir çox alimləri müdafiə etmişdi. Lakin sonradan aparılan tədqiqatlar və yürüdülən çox sadə məntiqlər belə bu hipotezin neçə puç bir ideyadan ibarət olduğunu ortaya qoydu.

Panspermiya fərziyyəsini müdafiə edən ateistlərin unutduqları, daha dəqiq desək, görməzdən gəldikləri ən mühüm nüans isə Yer kürəsinə çatana qədər varlığı iddia edilən “toxumlar”ın məhv olacaq olmasıdır. Təqribi hesablamalara görə, Yer atmosferinə daxil olan bir meteoroidin aldığı temperatur 2000 dərəcə selsiyə qədər qalxır. Nəzərə alsaq ki, hal-hazırda yer üzündə yaşayan istiyə ən dözümlü canlılar (su ayıcıqları) maksimum 151 dərəcə selsiyə tab gətirirlər, bu zaman həyat “toxumları”nın meteoritlərlə yer üzünə gəlməsi fikri ağıla və məntiqə sığmayacaq. Yer üzünə gəlsələr belə, kömür gübrələrdən fərqsiz qalacaq.

Təkamülçülər bəzən meteoritdəki temperaturun “həyat toxumları”nın yer üzünə gəlməsinə mane olmadığını deyirlər. Bunu da meteoritin daxilindəki temperaturun səthinə nisbətən çox aşağı olması və toxumların meteoritin nüvəsində yer üzünə gələ biləcəyi ilə izah etməyə çalışırlar. Halbuki meteoritin daxili temperaturu aşağı olsa belə, açıq kosmosdakı öldürücü şüalar (qamma şüaları kimi) onun nüvəsinə qədər nüfuz edə bilir. Beləliklə də, sadəcə bu belə həyatın bir planetdən digərinə transportasiyasını qeyri-mümkün hala gətirir. Bütün kosmosa yayılan zərərli, müəyyən tezlikdəki dalğalar vardır ki, bunlar canlı orqanizmləri dərhal məhv edir. Günəş kimi ulduzlar bu ölümcül dalğaların əsas mənbəyidir, lakin Yer kürəsi Van Allen qurşağı (maqnitosfer), ozon qatı kimi xüsusi yaradılmış təbəqələrlə qorunduğu üçün bu şüalar bizə gəlib çatmır. Kosmosda müdafiəsiz qalmış meteoroidlərdə isə hər hansı bir canlı orqanizm daşınsa da, bu nüfuzedici şüaların təsirində həmin canlı dərhal ölərdi. Məşhur rus alimi Georqi Qamov bu məsələni belə izah edir:

“Kosmosda səyahət edən sporları (toxumları) gözləyən və donaraq ölməkdən daha ciddi bir təhlükəni unutmaz olmaz. Hamıya yaxşı məlumdur ki, Günəşdən əhəmiyyətli miqdarda ultrabənövşəyi şüalar yayılmaqdadır. Yer üzünü əhatə edən atmosfer təbəqəsinin çox az bir qismini keçirdiyi bu şüalar kosmosun boşluğu içində özlərini mühafizə edəcək qoruyucu mexanizmləri olmayan bu mikroorqanizm sporları üçün ən böyük təhlükədir və onları bir anda öldürə biləcək qədər güclüdür. Buna görə də bakteriyaların xəyali səyahəti hələ ən yaxın planetə belə çatmadan onların ölümü ilə nəticələnəcəkdir. 1966-cı ildə aparılan bir araşdırmanın nəticəsi “kosmosdan gəlmə” hipotezinin tamamilə tərk edilməsinə gətirib çıxarmışdır. “Cemini-9” adlı kosmik gəminin xarici səthinə xüsusilə seçilmiş ən dözümlü mikroorqanizmlər yerləşdirilib kosmosa buraxılmışdı. Aparılan incələmələr sonrasında bunların hamısının yeddi saat belə keçmədən məhv olduğu müşahidə edildi. Halbuki bu hipotezə əsasən, həyatı başlatdığı iddia edilən bakteriyaların səyahəti illərlə çəkməli idi”.1

Bütün bu kriteriyaları hesaba aldıqdan sonra “kosmosdan gəlmə” hipotezinin bir fantaziyadan ibarət olduğunu görürük. Təkamülçülər və materialistlər sırf bir Yaradıcının varlığını inkar etmək üçün belə gülünc fikirlərlə ortaya çıxırlar. Lakin yaradılış həqiqətini panspermiya ilə ört-bas etməyə çalışarkən təkamülçülərin çox bəsit bir məntiq xətasına yol verdiklərini asanlıqla görmək mümkündür. Belə ki, “həyat kosmosdan gəldi” deyən təkamülçülərin etdiyi şey, sadəcə olaraq, “həyat necə yarandı?” sualının cavabını bir mərhələ geri çəkməkdir. “Həyat kosmosdan gəldi”sə, bəs onda kosmosdakı həyatı kim yaratmışdı? Müasir elmin işığında görürük ki, həyat yer üzündə üstün ağıla sahib bir Varlıq tərəfindən, yaradılışçı alimlərin dili ilə desək, “Ağıllı Dizayner” tərəfindən yaradılmışdır. Nə vaxtsa kosmosun hər hansı bir nöqtəsində həyatın izlərinə rast gəlinsə, bunların da mövcudluğu yalnız “Ağıllı Dizayner”in yaratması ilə açıqlana bilər. Təkamülçülər isə bu açıq həqiqəti qərəzli yanaşmalarından dolayı heç bir şəkildə qəbul edə bilmirlər. Amma elmi dəlillər qarşısındakı acizliklərini üstüörtülü də olsa, etiraf edirlər. Məşhur amerikalı jurnalist Ben Steyn dünyanın ən aparıcı darvinisti sayılan Riçard Dokinzlə müsahibəsi zamanı həyatın necə başladığı sualını vermiş, müsahibi isə “hər kəs kimi mən də bilmirəm” deyə cavablamışdı.2 Çıxılmaz vəziyyətdə qaldığını görən Dokinz irəliləyən dəqiqələrdə yer üzündəki həyata “yadellilər”in müdaxilə etdiyini söyləmədi. Bu isə, materialist doqmanın “alim” adı daşıyan insanları necə ağlasığmaz düşüncələrə yönəldə biləcəyini göstərirdi.

Elmi icma artıq 40 ilə yaxındır ki, Allah inancına yönəlməyə davam edir və inanclı, darvinizmi təkzib edən alimlərin siyahısı gün keçdikcə uzanır. Yer üzündəki canlıların qüsursuz yaradılışları, bütün təbiətə və kainata hakim olan incə əyar və ahəng, qızıl nisbət, simmetriya, riyazi incəlik onları buna vadar etməkdədir. Yer üzündəki həyat kosmosun və ya hansısa “yadelli”nin məhsulu deyil, bütün aləmlərə hakim olan Allahın yaratma sənətidir.

Elman Yusifov təkamül fərziyyəsinə dəlil kimi insan və toyuğun hemoqlobin zülalılının quruluşunun 95 faiz oxşar olduğunu iddia edir.

Halbuki aparılan araşdırmalardan bunun doğru məlumat olmadığı aydın olur. İki hemoqlobin zülalı vardır: hemoqlobin A və hemoqlobin B. Hemoqlobin A zülalı 141 aminturşudan ibarətdir. İnsanla toyuq hemoqlobin A-ları arasında isə düz 58 aminturşu fərq var. Hemoqlobin B zülalı isə 145 aminturşudan ibarətdir. İnsanla toyuq hemoqlobin B-ləri arasında da 46 aminturşu fərq var. Bu da oxşarlığın 95% deyil, təxminən 64% olduğunu göstərir. Lakin 64% oxşarlıq da onların ortaq əcdaddan törədiyi mənasını vermir, çünki canlıların həyat fəaliyyətləri bir-birinə oxşardır, buna görə oxşarlığın olması da normaldır. Cənubi Karolina Universiteti tibb fakültəsindən biokimya üzrə tədqiqatçı dr. Kristian Şveyb molekulyar sahədə təkamülə dəlil tapmaq üçün uzun illərini sərf etmiş alimdir. Xüsusilə insulin və relaksin növündən olan zülallar üzərində təhlillər apararaq canlılar arasında təkamül qohumluğu qurmağa çalışmışdır. Lakin fəaliyyətləri nəticəsində təkamülə dair hər hansı bir dəlil əldə edə bilmədiyini dəfələrlə etiraf etməyə məcbur olmuşdur. “Elm” (Science) jurnalındakı bir məqaləsində belə deyir:

“Molekulyar təkamül qohumluqların üzə çıxarılması üçün, demək olar ki, paleontologiyadan daha üstün metod kimi qəbul edilməyə başlandı. Bir molekulyar təkamülçü kimi bununla fəxr etməliyəm. Amma əksinə, növlərin nizamlı inkişafını göstərməli olan molekulyar oxşarlıqların bir çox istisnası olması narahatlıq törədir. Bu istisnalar o qədər çoxdur ki, əslində, istisnaların və qəribəliklərin daha mühüm məna daşıdıqlarını düşünürəm”.3

İnsan, ördəkburun, timsah və toyuq hemoqlobinlərinin aminturşu müqayisələri. (a) blokunda hemoqlobin-A (HbA) aminturşuları, (b) blokunda isə hemoqlobin-B (HbB) aminturşuları müqayisə edilmişdir. E.Yusifovun iddia etdiyi 95% oxşarlığın əksinə, insan və toyuqlarda hemoqlobin düzülüşü sadəcə 64% oxşardır.

Elman Yusifov yazısında belə bir cümlə işlədir: “Bu gün elm sübut edir ki, qadın fərd kimi kişidən 80 min əvvəl yaranıb”.

Bəs Elman Yusifov bu iddiasını sübüt edən tək bir elmi dəlil göstərə bilərmi? Onun bu iddiası həm məntiqi cəhətdən ziddiyyət təşkil edir, həm də buna dair heç bir elmi sübut yoxdur. E.Yusifovun bu iddiası təkamül fərziyyəsinin özü ilə də ziddiyyət təşkil edir. Fərz edək ki, ilk insan qadın olaraq meydana çıxıb. Məlumdur ki, bir insanın ömrü min illərə nisbətdə çox azdır. Biofizik E.Yusifova sual veririk: ilk fərd 80 min il necə mövcud ola bilər? Hansı elmi tapıntılar bunu sübut edir? Qadınlar 80 min il ərzində yaşaya bilməyəcəyinə görə, digər insanlar onlardan necə törəyiblər?

Yusifov: “Mən həmişə neytral qalmışam. Sadəcə müəyyən nəzəriyyələr barədə məlumat vermişəm (dərs dediyi tələbələrə). Əsl müəllim neytral olmalıdır. Mən durub nəyisə aşılamağa çalışsam, bu, artıq təbliğat olar. Hər kəs öz yolunu seçməlidir”.

Elman Yusifovun əsl müəllimin neytral olmalı olduğu haqda fikirləri elmə və vicdana uyğun deyildir. Elm açıq-aşkar yaradılışı göstərirsə, müəllim materializmə haqq qazandıra bilməz. Necə ki, tarix boyunca bütün elm sahələrinin əsasını qoyan və yüzlərcə alim nəslinin yetişməsinə vasitəçi olan dahi elm xadimləri daima Allah inancını müdafiə etmiş və dindar şəxsiyyətlər olmuşlar. Nikolay Kopernik (astronomiya və heliosentrik kosmologiya) , Andreas Vezali (anatomiya), Qalileo Qaliley (müasir fizika, müasir astronomiya), İohann Kepler (fiziki astronomiya, fəza mexanikası və müasir optika), İsaak Nyuton (klassik fizika və riyazi analiz), Lui Paster (bakteriologiya və immunologiya) bunlardan sadəcə bir neçəsidir. Siyahını uzatmaq da olar, ancaq nəticədə, elm xadiminin Allah inancını təbliğ etməməsi düşüncəsi tamamilə xətalıdır.

XX əsrin ən böyük alimlərindən olan Albert Eynşteyn, eyni zamanda, Allah inancı ilə tanınır. Dinsiz elm olmadığını deyən Eynşteynin din və elmlə bağlı bir sözü belədir:

“Mən dərin imana sahib olmayan həqiqi bir alim təsəvvür edə bilmirəm. Vəziyyət belə bir təsvirlə ifadə edilə bilər: dinsiz elm topaldır, elmsiz din də kordur”.4

Yaradıcının olmadığını söyləmək sadəcə psixoloji ola bilər. İnsanın bunu deməsi üçün o, kainatın hər nöqtəsində olan incə bir nizama, əldə olunan bütün elmi nəticələrə və vicdanına göz yummalıdır. Məşhur ingilis astronom və riyaziyyatçısı, London Kral Cəmiyyətinin üzvü, özü təkamülçü alim olan Ser Fred Hoyl bunu belə etiraf edir:

“Əslində, bu nəzəriyyənin (həyatın bir ağıl tərəfindən yaradılması) doğruluğu o qədər bəllidir ki, insan bunun öz-özlüyündən aydın olduğu halda niyə geniş surətdə qəbul edilmədiyinə təəccüblənir. Bunun səbəbləri elmi yox, psixolojidir”.5

Yusifov: “Quranda həyatın sudan yaranması barədə yazılıb. Alimlərin də çoxu bu fikirdədir ki, həyat sudan yaranıb”.

Elman Yusifov “Quranda həyatın sudan yarandığını” iddia edərək yenə söz oyunundan istifadə edir. Bəzən Qurandakı “canlıların sudan yaradılması” ifadəsinin təkamül prosesinin izahatı olduğunu iddia edirlər. Lakin bu iddia tamamilə əsassızdır. Ayələrdə sudan yaradılış ifadəsi bütün canlıların böyük hissəsini su təşkil etməsinə işarə edir. Nəzərdə saxlamaq lazımdır ki, müasir biologiya dünyadakı bütün canlı orqanizmlərin əsas hissəsinin sudan təşkil olunduğunu göstərmişdir. İnsan bədəninin təxminən 70 faizi sudur. Bütün canlılar hüceyrədaxili, hüceyrəarası və toxumalar arasındakı əlaqələri bədənlərindəki su vasitəsilə həyata keçirirlər. Susuz həyat yoxdur. Bütün canlıların sudan yaradıldığını bildirən başqa ayələrdə də təkamül nəzəriyyəsinə təkan verən məlumat mövcud deyil:

Allah hər heyvanı bir sudan yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir. (Nur, 45)

Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi? Yenə də iman gətirməzlər? (Ənbiya, 30)

İnsanları sudan yaradan, onları əsl qohum (qan qohumu) və sonradan qohum edən Odur. Rəbbin qadirdir. (Furqan, 54)

Yusifov: “İnsanlar ki, dinamikdirlər, özlərinə çox inanırlar, onlar daha çox materialist, ateist olurlar. O insanlar isə melanxolik tipdirlər, onlar dayaq axtarırlar. Bu dayaq onlara güc verir, arxa verir. Onlar bir gücə, yaradıcıya inanırlar. Bu, onlara rahatlıq verir”, – deyə bildirir.

Bu yanaşma tərzində heç bir həqiqət yoxdur. Əksinə, həyatda yaranma və yaşama məqsədini bilən insanlar əsla melanxolik olmurlar. Hər şeyi yaradan, idarə edən Üstün bir Ağla tabe olduqları üçün çox sevincli, dinamik olurlar. Digər tərəfdən, məlumdur ki, darvinizm insanı təsadüfən ortaya çıxmış eqoist heyvan kimi qələmə verən ideologiyadır və ateizmin əsasını təşkil edir. Məhz buna görədir ki, materialist və ateist insanların içərisində statistik olaraq melanxoliya və depressiya halları daha geniş yayılmışdır. Otaqo Universitetindən molekulyar biologiya professoru Maykl Denton 20-ci əsrə damğasını vuran bəlalara darvinizm nəzərdə tutulmadan qiymət verilə bilməyəcəyini ifadə edir və belə deyir:

“Darvinist inqilab olmadan iyirminci əsr aydın ola bilməz. Son səksən ildə dünyanı təsiri altına alan mənfi sosial və siyasi cərəyanlar darvinizmin intellektual sanksiyası olmadan reallaşa bilməzdi. On doqquzuncu əsrdə getdikcə artan dinsiz dünyagörüşünün başlanğıcda təkamülün qəbul edilməsini asanlaşdırdığını söyləyərkən, indiki dövrdə iyirminci əsrin aqnostik və skeptik dünyagörüşündən, böyük ehtimalla, hər şeydən çox darvinizmin məsul olduğunu xatırlamaq yerində olar. Bir zamanlar materializmin nəticəsi olan (nəzəriyyə) dövrümüzdə onun dayaq nöqtəsi halını almışdır”.6

Bundan əlavə, Allaha inanmaq bir inanc ehtiyacı deyil, Allah qəti şəkildə var. Ateizm qədim dövrlərdən bəri mövcud olmuşdur. Ancaq darvinizmlə yanaşı, ateistlər əsrlərlə cavab verə bilmədikləri “canlılar və insan necə mövcud oldu?” sualına dırnaqarası elmi cavab tapdıqlarını zənn etdilər. Kainatdakı nizam və tarazlığın təsadüflərin nəticəsi olduğunu önə sürür, kainatda heç bir məqsədin olmadığını iddia edirdilər. Halbuki bu görüşlərin hamısı 20-ci əsrdəki elmi inkişaflarla alt-üst oldu. Astronomiyadan biologiyaya, psixologiyadan ictimai əxlaqa qədər bir çox fərqli sahədə əldə edilən tapıntı, təsbit və nəticələr təkamül nəzəriyyəsinin tezislərini və ateizmin bütün fərziyyələrini təməlindən çökdürdü. Qısaca desək, həqiqət Elman Yusifovun dediyinin tam əksidir. Yaradıcının varlığı bu gün elmin qəbul etdiyi bir həqiqətdir. Bu, sadəcə inanc məsələsi deyil.

Yusifov: “Elmə görə, kainat böyük bir partlayışdan yaranıb. Kainatın təxminən 14 milyard il yaşı var. İndiyə qədər isə bu partlayışın nədən yarandığını elm bilmir. Partlayışdan sonra isə heç bir materiya olmayıb, ancaq enerji olub… Bundan sonra kainatda elə bir şərait yaranıb ki, orada molekullar birləşib üzvi molekullar yaradıblar. Yəni şüurumuz həmin molekullardan ibarətdir. Bu molekullar ya kənardan gəlib, ya da Yerin özündə yaranıb. Lakin elm buna dəqiq cavab tapa bilmir. Təkamülçülər deyirlər ki, bu, Yerdə yaranıb. Panspermiyaçılar isə deyir ki, bu, asteroidlə gəlib. Bunu eksperimental da sübut edirlər. Atmosferin yuxarı qatlarına bakteriyalar külək vasitəsilə sovrulub qalxa bilər. Sonra isə uçub gedəcəklər. Elə canlılar var ki, onlar asta yeriyəndir. Belələrinə astagəllər də deyirlər. Bu cür növlər normadan 1000 dəfə artıq qamma şüalarının təsirində, vakuumda qalırlar. Onlar illərlə daş kimi qala bilirlər, onlara heç nə təsir etmir. Yerə gəldikdə, birinci amin turşuları yaranıb. Bundan sonra genetik kod yaranıb”.

Elman Yusifovun “Canlılar eyni mənşədən gəlirsə, bu ilkin mənşə nədir?” sualına cavabında bildirdiyi yuxarıdakı iddialar heç bir elmi dəlilə əsaslanmır. Bunlar tipik təkamülçü izahdan başqa bir şey deyil və çox qərəzli, bir o qədər də əfsanəvi və elmdən kənardır.

Bəli, kainat “Big Bang” adlanan bir partlayış nəticəsində 0 həcm və kütlədən yaradılıb. “Big Bang”dən əvvəl maddə yox idi. Maddənin, enerjinin, hətta zamanın belə olmadığı, tamamilə metafizik yoxluq mühitində maddə, enerji və zaman bir anda yaradılmışdır.

Elman Yusifov ilk olaraq Yerdə aminturşuların əmələ gəldiyini iddia edir. Ancaq təkamülçü alim bu aminturşuların hansı mexanizmlərlə yarandıqları barədə heç bir məlumat vermir. Daha sonra genetik kodun yarandığını iddia edir. Ancaq deyilişi çox rahat olan bu prosesin, həqiqətdə, kor təsadüflər nəticəsində baş verməsi qeyri-mümkündür.

Bir geni təşkil edən nukleotidlərdə meydana gələn bir düzülüş səhvi o geni tamamilə yararsız hala salır. İnsan bədənində təqribən 30 min gen olduğu nəzərə alınsa, bu genləri təşkil edən milyonlarla nukleotidin düzgün ardıcıllıqla təsadüfən düzülmələrinin tamamilə qeyri-mümkün olduğu məlum olar. Təkamülçü bioloq Frenk Solsberi bu qeyri-mümkünlüklə bağlı belə deyir:

“Orta ölçüdəki bir zülal molekulu təqribən 300 aminturşudan təşkil olunmuşdur. Bunu tənzimləyən DNT zəncirində isə təqribən 1000 nukleotid var. Bir DNT zəncirində dörd növ nukleotid olduğu nəzərə alınsa, 1000 nukleotiddən ibarət bir ardıcıllıq 41000 fərqli şəkildə ola bilər. Azca cəbrdən (loqarifmlərdən) istifadə edərək görə bilərik ki, 41000 = 10600… Bu rəqəm isə ağlın qavrama həddinin çox fövqündədir”.7

Maykl Denton “Təkamül: böhran içində nəzəriyyə” (Evolution: A theory in crisis) adlı kitabında bu qəribə vəziyyəti belə təsvir edir:

“Ali canlıların genetik proqramlarının quruluşu milyardlarla bit (kompüter informasiya vahidi) informasiyaya və ya 1000 cildlik kiçik kitabxananın içindəki bütün hərflərin düzülməsinə bərabərdir. Bu cür kompleks orqanizmləri əmələ gətirən trilyonlarla hüceyrənin inkişafını müəyyən edən, əmr edən və nəzarət edən saysız-hesabsız mürəkkəb funksiyanın tamamilə təsadüfə əsaslanan proses nəticəsində əmələ gəldiyini iddia etmək isə insan ağlına təcavüzdür. Ancaq bir darvinist bu düşüncəni heç şübhə etmədən qəbul edər!”8

Bütün bunlar bir daha sübut edir ki, kor təsadüflər nəinki həyatı yarada, tək bir zülal belə yarada bilməz.

Nəticə

Elman Yusifovun fikirləri çox ziddiyətlidir. İlk öncə onu demək lazımdır ki, günbəgün inkişaf edən elm sayəsində Allahın varlığı daha da qətiləşir. Bir çox alim hüceyrənin mürəkkəb quruluşunu, reallaşdırdığı məlumat və plan tələb edən əməliyyatları təsvir edə bilmək üçün bəzi bənzətmələr etmişlər. Bəziləri hüceyrəni xüsusi olaraq hazırlanmış kosmik gəmilərlə, bəziləri ən inkişaf etmiş şəhər mərkəzləri, bəziləri isə ən texnoloji mühitdən belə daha irəli səviyyədəki laboratoriya mühitləriylə müqayisə edirlər. Ancaq hər dəfə bu bənzətmələrin ardından hüceyrənin bütün izah olunanlardan daha çox mürəkkəb olduğunu ifadə edirlər. Kembric Universitetində zoologiya professoru olan U.H.Torp hüceyrənin kompleksliyindən belə bəhs edir:

“Son 10-15 il ərzində həyatın mənşəyini açıqlamaq üçün yayımlanan bir-birinin surəti olan bütün fərziyyələr və müzakirələr çox səthi məntiq irəli sürüldüyünü, bunların çox əhəmiyyət daşımadığını göstərdi. Bu problem heç vaxt rast gəlinməyəcək qədər həll yolundan uzaqdır… Tək bir hüceyrənin belə mənşəyi bundan çox asan olmayan bir problemdir. Hər hansı bir hüceyrə növü belə, bəşər övladı tərəfindən dizayn edilə bilən hər hansı bir maşından xəyal edilə bilməyəcək qədər kompleks bir “mexanizmə” malikdir. Bu tapmacaların hər hansı birinin necə həll edildiyi haqqında əlimizdə həqiqi bir işarə yoxdur…”9

Buradakı mütəşəkkil və koordinasiyalı əməliyyatlar, təsvir edilənlərin fövqündə olan kompleks ölçülərdədir. Amerikalı astronom və yazar Karl Saqan – hər nə qədər qatı bir materialist olduğu üçün hüceyrənin mənşəyini təsadüflərlə açıqlamaq üçün səy göstərsə də – hüceyrədəki fəaliyyətlərdən belə bəhs edir:

“Canlı hüceyrəsi təfərrüatlı və mürəkkəb bir memarlıq möcüzəsidir. Mikroskopda baxıldıqda az qala çılğına dönmüş fəaliyyətlər görülür. Daha dərin səviyyədə molekulların böyük bir sürətdə sintez edildiyi məlumdur”.10

Bununla belə, tək bir hüceyrənin mənşəyini açıqlaya biməyən təkamül fərziyyəsinə elmi ad vermək məntiqə və vicdana uyğun deyil.

 

Oxşar məqalələr:

 

İqtibaslar:

  1. Musa Özet, Osman Arpacı, Ali Uslu, “Biyoloji 3”, “Sürat” nəşriyyatı, avqust 1999, səh. 254
  2. “Ben Stein vs Richard Dawkins”, 2009, youtube.com, http://www.youtube.com/watch?v=9M_ZF8r5e7w
  3. Christian Schwabe, “On the Validity of Molecular Evolution”, Trends in Biochemical Sciences, cild 11, iyul 1986
  4. “Science, Philosophy and Religion, A Symposium”, published by the Conference on Science, Philosophy and Religion in Their Relation to the Democratic Way of Life, Inc., New York (1941); later published in “Out of My Later Years” (1950)
  5. Fred Hoyle, Chandra Wickramasinghe, Evolution from Space, səh. 130
  6. Michael Denton, Evolution: A Theory in Crisis, 1988, səh. 358
  7. Frank B. Salisbury, “Doubts about the Modern Synthetic Theory of Evolution”, American Biology Teacher, sentyabr 1971, səh. 336
  8. Michael Denton, Evolution: A Theory in Crisis, London: Burnett Books, 1985, səh. 351
  9. Thorpe, Reductionism in Biology, Studies in the Philosophy of Biology, 1974, səh. 116-117
  10. Carl Sagan, Life in Encyclopedia Britannica: Macropaedia, 1974, səh. 893-894

Şərh üçün bağlıdır.

axtarış