• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Təkamülçülərin “Gözdəki Xəta” İddiasına Cavab

Riçard Dokinz müasir dünyanın ən tanınmış təkamülçü bioloqlarından biridir. Oksford Universitetində zoologiya professoru olan Dokinzi məşhur edən amil isə, zoologiya sahəsindəki araşdırmaları deyil, darvinizmi və ateizmi müdafiəsində göstərdiyi inadkarlığıdır.

Dokinzin 1986-cı ildə “The Blind Watchmaker” adlı bir kitabı yayımlandı. “Kor Saatsaz” mənasını verən bu başlıq altında Dokinz oxucularını canlılardakı kompleks xüsusiyyətlərin, əslində, şüursuz təbii seçmə mexanizminin bir məhsulu olduğuna inandırmağa çalışır. Bu cəhd çox zaman spekulyasiyalara, xətalı təşbehlərə və yanlış hesablara əsaslanır və bu da indiyə qədər müxtəlif alimlər və yazıçılar tərəfindən ətraflı şəkildə tənqid edilmişdir1.

dokinz

“Gözdəki xəta” iddiasını populyarlaşdıran kəs qatı ateist və darvinist olan Riçard Dokinzdir. R. Dokinz heç bir elmi əsası olmamasına baxmayaraq, bu iddianı sırf ön-mühakimələrə və bilgi əksikliyinə əsaslandıraraq müdafiə etmişdir.

Dokinzin iddialarından biri isə, “canlılardakı qüsurlu xüsusiyyətlər” arqumentidir. Dokinz canlılardakı bəzi orqanların səmərəsiz və, dolayısıyla, qüsurlu xüsusiyyətlərə sahib olduğunu müdafiə edir və qüsursuz bir yaradılışın hakim olduğu həqiqətini ortadan qaldırmağa çalışır. Bu mövzuda verdiyi ən əsas nümunə isə, insan daxil olmaqla, bütün onurğalı canlıların gözündə yerləşən “tərs çevrilmiş tor qişa”dır.

Tərs çevrilmiş tor qişa anlayışı onurğalı gözünün tor qişasındakı (retina) “fotoreseptor” (işığa həssas) hüceyrələrinin gözün ön tərəfinə, yəni işığa doğru yox, gözün arxa tərəfinə baxan formada yerləşdirilmiş olmalarını ifadə edir. Bu hüceyrələrin işığı hiss edən səthləri arxa tərəfə baxır, bu hüceyrələrdən çıxan sinirlər isə, işıqla hüceyrələr arasında bir təbəqə əmələ gətirir. Həmin sinirlər də gözün müəyyən bir nöqtəsində yığılır və oradakı bir kanaldan beyinə doğru gedirlər. Bu kanalın üzərində fotoreseptor olmadığı üçün də bu nöqtədə görüntü qəbul edilmir. “Kor nöqtə”, məhz bu nöqtədir.

Darvinistlər bu “tərsinə çevrilmə” vəziyyətini və bunun əmələ gətirdiyi kor nöqtəni əllərində bayraq etmişlər, bunun bir xəta olduğunu irəli sürüblər, bununla da, əslində gözün təbii seçmə yoluyla ortaya çıxdığını və bunun kimi qəribəliklərin gözlənilməz olmadığını iddia etmişlər. Riçard Dokinz, əvvəl də qeyd etdiyimiz kimi, bu arqumenti səsləndirən ən məşhur insandır. Dokinz “Kor Saatsaz”da belə yazır:

“Hər mühəndis, təbii olaraq, fərz edəcəkdir ki, fotohüceyrələr işığa doğru yönələr, kabelləri də arxaya, beyinə tərəf uzanar. O, fotohüceyrələrin işıqdan uzağa tərəf baxdığı, kabellərinin də işığa ən yaxın tərəfdən çıxdığı bir varianta güləcəkdir. Lakin bütün onurğalıların tor qişasında eynən bu baş verməkdədir”2.

Bu iddiaları ortaya atan Dokinz və ona inananlar yanılıblar. Yanılmanın səbəi Dokinzin gözün anatomiyası və fiziologiyası haqqındakı cəhalətidir.

Bu mövzunu hərtərəfli şəkildə gözlər önünə sərən alim darvinizmin hazırda ən tanınmış tənqidçilərindən biri olan, Otaqo Universitetindən molekulyar biologiya professoru Maykl Dentondur. Denton “Origins&Design” jurnalında yayımlanan “The Inverted Retina: Maladaptation or Pre-adaptation?” (“Tərs çevrilmiş tor qişa: xətalı adaptasiyamı, yoxsa ön-adaptasiyamı?”) başlıqlı elmi məqaləsində Dokinzin “xətalı xüsusiyyət” kimi göstərdiyi tərs çevrilmiş tor qişanın, əslində, onurğalı gözü üçün mümkün olan ən səmərəli şəkildə yaradıldığından bəhs edir. Denton bunu belə xülasə edir:

“Halbuki, onurğalı tor qişasındakı fotoreseptor hüceyrələrin çox yüksək enerji tələbatlarını düşündüyümüz zaman, onurğalı gözünün qəribə tərs çevrilmiş dizaynının teologiyaya meydan oxumadığını, əslində, ali onurğalıların olduqca aktiv fotoreseptor hüceyrələrə bol miqdarlarda oksigen və qida təmin etmək probleminə çox unikal bir həll yolunu ifadə etdiyini görərik3.

Professor Dentonun üzərində durduğu, Dokinzin isə, fərqində belə olmadığı bu həqiqəti anlamaq üçün, öncəliklə, tor qişadakı fotoreseptor hüceyrələrin nə dərəcədə yüksək enerji və oksigen ehtiyacı içində olduqlarını müəyyənləşdirmək lazımdır. Sözügedən hüceyrələr biz gözümüzü açıq saxlayıb işığı gördüyümüz müddətcə, hər saniyə, hər salisə çox kompleks kimyəvi reaksiyalar səhnələyirlər. İşığın ən kiçik zərrəcikləri olan fotonlar bu hüceyrələr tərəfindən analiz edilir. Bu analizasiya fotonun başlatdığı olduqca təfərrüatlı kimyəvi reaksiya sayəsində baş verir və hər an yenidən təkrarlanır. Bu proses o qədər detallı və sürətlidir ki, Dentonun ifadəsiylə, “fotoreseptor təbəqə məlum olan bütün toxumalar içində ən böyük metabolik sürətlərə sahibdir”4.

retina

Şəkildə gözün detallı anatomiyasını və tor qişadan bir kəsik hissəsi görürsünüz. Göründüyü kimi, rəngli fotoreseptorların sinir ucları işıq gələn tərəfdən çıxır. Bu isə, darvinistlərin iddialarının əksinə, “qüsurlu dizayn” yox, “ən ideal dizayn”dır.

Şübhə yoxdur ki, tor qişa hüceyrələri bu yüksək metabolizmanı ayaqda saxlaya bilmək üçün çox yüksək miqdarda enerji tələb edir. İnsanın tor qişa hüceyrələrinin oksigen ehtiyacı böyrək hüceyrələrinin ehtiyacından 50% daha çox, beyin qabığı hüceyrələrinin 3 qatı və ürək əzələsini təşkil edən hüceyrələrin tələbatının 6 qatıdır. Üstəlik, bu müqayisələr tor qişa təbəqəsi bütünlüklə götürülərək hesablanmışdır; bu təbəqənin yarısından azını təşkil edən fotoreseptor hüceyrələrin enerji ehtiyacı isə ümumi təbəqənin ehtiyacından daha yüksəkdir. Q.L.Uolls “Onurğalı Gözü” adlı ensiklopedik kitabında bu hüceyrələrin qidalanmaya və oksigenə “hərisliklə” ehtiyac duyduqlarını yazır5.

Bəs görməyimizi təmin edən bu hüceyrələrin fövqəladə dərəcədə yüksək qida və oksigen ehtiyacı necə qarşılanır? Əlbəttə ki, bədənin hər yerində olduğu kimi, qan yoluyla…

Bəs qan haradan gəlir?

“Tərs çevrilmiş tor qişa”nın niyə çox mükəmməl bir yaradılış həqiqəti olduğu bax burada üzə çıxır. Gözün tor qişasının düz arxasında bu təbəqəni sanki tor kimi örtmüş, özünəməxsus damar toxuması vardır. Denton bu barədə bunları yazır:

“Fotoreseptorların ifrat metabolik iştahası üçün lazım gələn oksigen və qidalar “choriocapillaris” deyilən unikal bir kapilyar yatağı tərəfindən təmin edilir. Bu, geniş və yastılaşdırılmış kapilyardan təşkil olunmuş bir şəbəkədir ki, fotoreseptorların dərhal arxasına yerləşdirilmiş zəngin bir damar təbəqəsi əmələ gətirir. (Bu təbəqə ilə fotoreseptorlar) Arasında sadəcə tor qişa epitel hüceyrə təbəqəsi (RPE) və bir də “Brux membranı” (Bruch’s membrane) adlanan xüsusi bir pərdə vardır. Bunlar birlikdə sadəcə fotoreseptor hüceyrələrin və RPE-nin fəaliyyətində ehtiyac duyulan metabolitlərin və qida məhsullarının tor qişaya keçməsinə izn verən olduqca seçici sərhəd əmələ gətirir. Buradakı kapilyar damarların ölçüsü 18-50 mikron diametr arasında dəyişir ki, bu da standart kapilyarlarınkından çox daha geniş ölçüdür. Bu özünəməxsus qan kanalları şəbəkəsi xüsusilə fotoreseptor təbəqəni bol miqdarda qanla təmin etmək üçün adaptə olduğunu göstərən bütün nişanələri daşımaqdadır”6.

Prof. Ceyms T. Makilveyn “An Introduction to the Biology of Vision” (“Görmənin Biologiyasına Giriş”) adlı kitabında “fotoreseptorların böyük metabolik tələbatları səbəbiylə” gözdə “xoroidi “qana bulamaq” yönündə strategiya olduğu, beləliklə də, lazımi enerji tələbində heç bir problem olmamasını təmin etdiyi”ni yazır7.

Fotoreseptor hüceyrələr də məhz bu səbəbdən “tərsinə çevrilmiş” vəziyyətdədirlər. Ortada bir “strategiya”dan söz gedir. Tor qişanın tərs çevrilmiş quruluşu Dokinzin zənn etdiyi kimi bir “qüsur” deyil, müəyyən bir məqsədə xidmət edən yaradılış dəlilidir.

Mümkün olan ən yüksək görmə qabiliyyətinə və ən yüksək həssaslığa malik bir gözü ən başdan yenidən dizayn etməyə qalxsaq, onurğalı gözünü yenidən inşa etməklə işi başa çatdırarıq- tərs çevrilmiş tor qişasıyla birlikdə…

– Prof. Maykl Denton

Denton əlaqədar məqaləsində tor qişanın başqa cür olmasının mümkün olub-olmadığını da incələyir. Gəldiyi nəticə isə, bunun qeyri-mümkün olmasıdır. Tor qişanın Dokinzin özünə görə təklif etdiyi kimi “düz” olması, yəni fotoreseptor hüceyrələrin işığa tərəf baxmaları halında bu hüceyrələr onları qidalandırmaqla məsul olan damar təbəqəsindən uzaqlaşacaqlar və ehtiyac duyduqları qida və oksigendən böyük ölçüdə məhrum qalacaqlar. Damarların tor qişanın içinə uzadılması da “həll yolu” deyildir, çünki bu, bir çox kor nöqtə əmələ gətirərək gözün görmə qabiliyyətini böyük ölçüdə azaldacaqdır.

Denton bu şərhi verir:

“Onurğalı retinasının dizaynı nə qədər çox incələnsə, hər bir xüsusiyyətin, faktiki olaraq, vacib olduğu bir o qədər üzə çıxır. Mümkün olan ən yüksək görmə qabiliyyətinə və ən yüksək həssaslığa malik bir gözü ən başdan yenidən dizayn etməyə qalxsaq, onurğalı gözünü yenidən inşa etməklə işi başa çatdırarıq- tərs çevrilmiş tor qişasıyla birlikdə…8.

Qısası, Dokinzin və digər təkamülçülərin “gözdəki qüsur” arqumenti cahillikdən qaynaqlanan arqumentdir. Canlıların detallarının daha dərin məlumatlarla və xüsusən də, şüurla incələnməsi nəticəsində də təkzib edilmişdir. Əslində, darvinizmin tarixində daha bir çox “cəhalətdən qaynaqlanan arqument” vardır. Eynilə, “rudiment orqanlar” hekayəsi kimi…

 

Mövzu ilə əlaqədar videolarımız:

Mövzu ilə əlaqədar digər məqalələrimiz:

 

 Mənbələr:

  1. Dokinzin “kor saatsaz” tezisinin təkzibi üçün bax.: Lee Spetner, Not By Chance: Shattering the Modern Theory of Evolution, Judaica Press, 1997; Michael J. Behe, Darwin’s Black Box: The Biochemical Challange to Evolution, The Free Press, 1996; Phillip E. Johson, Darwin on Trial, 199, 2nd.ed., InterVarsity Press, 1993
  2. Richard Dawkins, The Blind Watchmaker, London: Penguin Books, 1986; səh. 93-94
  3. Michael Denton, “The Inverted Retina: Maladaptation or Pre-adaptation?”, Origins & Design, 19:2, Issue 37, 1999
  4. Michael Denton, “The Inverted Retina: Maladaptation or Pre-adaptation?”, Origins & Design, 19:2, Issue 37, 1999
  5. Walls, G.L. (1963). The Vertebrate Eye . New York: Hafner Publishing Company; səh. 652
  6. Michael Denton, “The Inverted Retina: Maladaptation or Pre-adaptation?”, Origins & Design, 19:2, Issue 37, 1999
  7. McIlwain, T.J. (1996). An Introduction to the Biology of Vision. Cambridge: Cambridge University Press; səh. 14
  8. Michael Denton, “The Inverted Retina: Maladaptation or Pre-adaptation?”, Origins & Design, 19:2, Issue 37, 1999

Şərh üçün bağlıdır.

axtarış