• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Tüklərin və dərialtı əzələlərin (erector pili) rudiment orqan olması iddiasına cavab

Təkamülçüləri ən çox narahat edən mövzulardan biri də bütün canlı aləmin böyük bir nizam içində qüsursuzca işləməsidir. Bütün bu mükəmməl incəlikdə və əyarda yaradılmış canlı vücudları onların spekulyativ nəzəriyyələri üçün olduqca ciddi bir təhdid əmələ gətirir. Elə bu səbəbdən də, təkamülçülər bu səfər çöküntüyə uğramış nəzəriyyələrini ayaqda saxlaya bilmək üçün bu hər detalı möcüzə olan möhtəşəm dizaynın “qüsurları” olduğunu irəli sürərək çox ucuz və gülünc bir propaqanda üsuluna əl atırlar. Bu üsul “rudiment orqanlar” iddiasından ibarətdir.

“Rudiment orqan” ifadəsi xəyali təkamülçü iddialara əsasən, “əcdadlarımızdan bizə miras qalmış, artıq funksiyasını itirmiş orqan” anlayışını ifadə edir. Təkamülçülərin bir əsr əvvəl irəli sürdükləri bu iddia əsla elmi bir iddia deyildi, çünki məlumat çatışmazlığından qaynaqlanırdı. “Funksiyasını itirmiş orqanlar” əslində “funksiyası müəyyən edilməmiş”

orqanlar idi. Bunun ən yaxşı göstəricisi də təkamülçülər tərəfindən sadalanan uzun “rudiment orqanlar” siyahısının getdikcə qısalması oldu. Özü də bir təkamülçü olan S.R.Skeddinq “Təkamül nəzəriyyəsi” (Evolutionary theory) jurnalında dərc etdirdiyi “Rudiment orqanlar təkamülə dəlildirmi?” başlıqlı məqaləsində bu həqiqəti belə qəbul edir:

“(Biologiya haqqında) məlumatımız artdıqca rudiment orqanlar siyahısı da getdikcə qısaldı… Bir orqanın funksiyasız olduğunu müəyyən etmək mümkün olmadığına və onsuz da rudiment orqanlar iddiası elmi xüsusiyyət daşımadığına görə, “rudiment orqanların” təkamül nəzəriyyəsi lehinə hər hansı dəlil təşkil etmədiyi nəticəsinə gəlmişəm”1.

Təkamülçülərin iddialarını israrla müdafiə etmələrinə baxmayaraq, “rudiment” olduğu düşünülən appendiks, büzdüm sümüyü, gözdəki ayparaşəkilli çıxıntı kimi yüzə yaxın orqanın əslində bədəndə çox mühüm funksiyalar daşıdıqları sonradan məlum oldu.

Bu rudiment orqanlar iddiasının qüvvəsini itirmiş maddələrindən biri də “əcdaddan qalma” bədən tükləri və erector pili əzələləridir.

Erector pili “dəri ürpəşməsi” hadisəsi zamanı dəriyə nahamar formanı verən çox kiçik əzələ liflərinə verilən addır. Təkamülçülər bütün dəlillərə darvinist önmühakimələr ilə baxdıqları üçün hər şeyi təkamüli yolla izah etməyə səy göstərirlər. Bu əzələlərin kiçik ölçülü olması da təkamülçülər üçün bir hədəfə çevrilir. Lakin Broun Universitetindən hüceyrə biologiyası üzrə mütəxəssis Dr. Mentonun da dediyi kimi, bu cür strukturların kiçik ölçülü olması onların orqanizm üçün funksiyalarının olmadığı mənasına gəlmir. Çünki bədənin ən kiçik ölçülü əzələləri olan üzəngi əzələsi və tensor tympaninin orta qulaqda qüsursuzca işlədikləri elm aləminə məlum olan bir həqiqətdir.

Erector pili əzələlərinin rudiment olması iddiası isə, eynilə badamcıqlar və appendiks kimi, orqanın yerinə yetirdiyi funksiyanın sonradan başa düşülməsi ilə təkzib edildi. Erector pili əzələlərinin səbəb olduğu “dəri ürpəşməsi” hadisəsinin soyuq mühitlərdə insanın bədən istiliyini xarici mühitdən təcrid etdiyi, yəni bədənin istiliyini qoruduğu məlum oldu. Bundan əlavə, erector pili əzələlərinin saçların sağlam qalmasında mühüm bir rol oynadıqları sonrakı araşdırmalarla üzə çıxdı. Saç tökülməsi üzrə mütəxəssis olan Con P. Koul saçları tökülən insanlarda erector pili əzələsinin zəifləməsinə rastlandığını göstərən araşdırmalar aparmışdır2.

Təkamülçülərin digər bir mənasız iddiası isə “bədənimizdə tüklər niyə var? Deməli, bizə əcdadımızdan qalmış orqanlar hələ də mövcuddur” iddiasıdır. Bu fikrə əsasən, insanların “əcdadları” olan canlıların bədənləri sıx tüklərlə örtülü olmuş, lakin sonra təkamül nəticəsində bu tüklər getdikcə kiçilmiş və funksiyalarını itirmişlər.

Lakin bu mövzunu detallarıyla incələdikdə təkamülçülərin məntiq pozuntusunu və məsələyə nə dərəcədə səthi yanaşdıqlarını görərik. Necə ki, təkamülçülərin əksinə, bu sahənin mütəxəssisləri bədən tüklərinin mövcud funksiyalarını çox yaxşı bilirlər. Bədən tükləri onların köklərinə birləşmiş hissi sinirlər vasitəsilə hərəkət və titrəyişlə yaranan toxunma hissinin ötürülməsini təmin edir. Follikulyar (tük kökü) sinirlər tüklərin kökünə birləşərək tüklərdə və dəridəki ətraf bölgələrdə baş verən titrəyiş və dəyişiklikləri aşkar edir. Bədən tükləri toxunma hissini dərinin kənar hissələrinə də yayır və bununla da, dərimizə zərərli həşəratlar və yaxud hansısa bir obyekt toxunduqda onu dərhal hiss edirik3,4.

Bədən tüklərinin bədəni zərərli həşəratlardan qorumaq və dəri hissiyyatına köməkçi olmaqdan başqa funksiyaları da var. Bu tüklər dəridəki məsamələri açıq və sağlam saxlayır, beləliklə də, tük özəklərinə açılan vəzilərdən (piy vəzilərindən) ifraz olunan yağların dəri üzərinə axmasını təmin edir.

Bədən tüklərinin digər bir mühüm funksiyası da az öncə bəhs etdiyimiz “dəri ürpəşməsi” hadisəsi zamanı ortaya çıxır. Alimlərin tədqiqatlarına görə, soyuq olduğu zaman bədən öz istiliyini qorumaq üçün erector pili adlanan əzələlərə siqnal göndərərək tüklərin dik durması əmrini verir. Bunun vasitəsilə bütün tüklər birləşərək daha çox havanı tutub saxlayır və istilik itkisinin qarşısını alır. Tüklərin seyrək olduğu yerlərdə isə bu işin mühüm bir effekti olmur, lakin buradakı tüklər də funksiyasız deyil. Onlar da az öncə bəhs etdiyimiz kimi piy vəzilərinin dəriyə yağ ifrazını təmin edir.

Göründüyü kimi, təkamülçülərin “lazımsız” kimi göstərməyə çalışdıqları bədən tüklərinin əslində çox mühüm funksiyalar daşıdığı elmə məlum olan bir həqiqətdir və bədən tükləri ilə erector pili əzələləri təkamülçülərin bütün ümidlərini bir daha puça çıxarmışdır.

Təkamülçülər bədənimizdə tüklərin olmasını nə qədər təkamül nöqteyi-nəzərdən açıqladıqlarını irəli sürsələr də, bu fenomen əslində təkamül nəzəriyyəsini çox çətin hala salan bir vəziyyətdir.  Belə ki, təkamülçülər heç bir zaman hansı mexanizmlə insanların tüklərinin tədricən kiçildiyini izah edə bilmirlər. Elə buna görədir ki, tanınmış təkamülçü paleoantropoloq İleyn Morqan “insanın təkamülü” barədə düşdükləri çətinlikləri sıralayarkən bu məsələyə də toxunur və bu cür suallar sıralayır:

“İnsanla (insanın təkamülü ilə) əlaqədar ən əhəmiyyətli dörd sirr budur: 1) Niyə iki ayaq üzərində yeridilər?; 2) Niyə bədənlərindəki sıx tükləri itirdilər?; 3) Niyə bu cür böyük beyin formalaşdırdılar?; 4) Niyə nitqi öyrəndilər? Bu suallara veriləcək standart cavablar belədir: 1) Hələ bilmirik; 2) Hələ bilmirik; 3) Hələ bilmirik; 4) Hələ bilmirik. Sualları daha da artırmaq olar, amma cavabların yeknəsəqliyi dəyişməyəcəkdir”5.

Əslində, insanın bədən tüklərinin görünməyəcək dərəcədə kiçik və seyrək olması bir yaradılış möcüzəsidir, çünki bu, insana çox estetik bir görünüş verir. Həmçinin tüklərin kişilərin üzündə uzanması, qadınlarda isə artmaması da Allahın xüsusi olaraq yaratdığı digər bir estetik cəhətdir və təkamül nəzəriyyəsinin əsla açıqlaya bilmədiyi bir fenomendir. Təkamülçülərin açıqlaya bilmədikləri digər bir maraqlı məsələ isə “saç cizgisi”dir. Bir çox insan bunun üzərində düşünməsə də, saçlarımızın başımızda müəyyən bir sahəyə qədər yayılıb sonra alnımıza, üzümüzə çataraq dayanması çox böyük bir yaradılış möcüzəsidir. Həmçinin təkamül nəzəriyyəsi insanda qaşların, kirpiklərin mövcudluğunu təbii seçmə “mexanizm”i ilə əsla açıqlaya bilmir. Çünki qaşları, kirpikləri olmayan insanların “sağ qala bilmədiyi” fikri çox gülünc və məntiqsizdir. Bütün bunlar bizə göstərir ki, insan Allah tərəfindən qüsursuz bir şəkildə yaradılmışdır və təkamülçülərin “rudiment” adlandırdıqları orqanlar daha yaxşı araşdırıldığı zaman bir yaradılış möcüzəsinə çevrilirlər.

 

Mənbələr:

  1. S. R. Scadding, “Do ‘Vestigial Organs’ Provide Evidence for Evolution?”, Evolutionary Theory, cild 5, may 1981, səh. 173
  2. http://www.hairlosshelp.com/forums/messageview.cfm?catid=32&threadid=32851   
  3. “Controlled Stimulation of Hair Follicle Receptors – J.Sabah. J Appl Physiol.1974; 36: 256-257”http://jap.physiology.org/cgi/reprint/36/2/256.pdf   
  4. “Neuroscience for Kids – Receptors”. Faculty.washington.edu. Retrieved 2011-12-28
  5. Elaine Morgan, The Scars of Evolution, New York: Oxford University Press, 1994, səh. 5

Şərh üçün bağlıdır.

axtarış