• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

İtlərin təkamülü iddiasının əsassızlığı

Təkamül fərziyyəsinin digər iddiaları kimi “itlərin təkamülü” iddiası da spekulyasiyalar, önmühakiməli şərhlərdən ibarət ssenaridir. Mənbələrə  nəzər saldıqda, bu vəziyyət, əyani olaraq, özünü büruzə verir. KİV-lərdə “itlərin təkamülü” ssenarisinə elmi don geydirmək üçün həqiqətlər 2 yolla təhrif olunur:

1. Variasiyalar mikrotəkamülə dəlil kimi göstərilir. Variasiyalar haqqında ətraflı məlumat əldə etmək üçün bu linkə müraciət edin.

2. Nəsli kəsilmiş bəzi dördayaqlı məməlilər bu yöndə dəlil təşkil etməsə belə,  itlərin əcdadı olaraq göstərilir.

Variasiya genetika elmində işlədilən termindir və “müxtəlifləşmə” mənasını verir. Bu genetik hadisə bir canlı növü daxilindəki fərdlərin və ya qrupların bir-birlərindən fərqli xüsusiyyətlərə malik olmasına səbəb olur. Məsələn, yer üzündəki insanların hamısı, əsasən, eyni genetik məlumata malikdirlər, amma bu genetik məlumatın imkan verdiyi variasiya potensialı sayəsində bəziləri qıyıq gözlü, bəziləri sarışındır, bəzilərinin burnu uzun, bəzilərinin boyu qısadır.

Variasiya təkamülə dəlil deyil, çünki variasiya onsuz da mövcud olan genetik məlumatın fərqli cütləşmələrindən ortaya çıxır və genetik məlumata yeni xüsusiyyət qazandırmır. Təkamül nəzəriyyəsi qarşısında duran sual isə budur: tamamilə yeni növə aid yeni məlumat necə üzə çıxır?

Variasiya həmişə genetik məlumatın hüdudları çərçivəsində baş verir. Genetika elmində sözügedən hüduda “gen hovuzu” deyilir. Bir canlı növünün gen hovuzunda mövcud olan bütün xüsusiyyətlər variasiya sayəsində müxtəlif formalarda üzə çıxa bilir. Məsələn, variasiya nəticəsində bir sürünən növü daxilində digərinə nisbətən daha uzun quyruqlu və ya daha qısa ayaqlı cinslər meydana gələ bilər, çünki qısa ayaq məlumatı da, uzun ayaq məlumatı da sürünənlərin gen hovuzunda var. Amma variasiya sürünənlərə qanad taxıb, tük əlavə edib, maddələr mübadilələrini dəyişdirib onları quşa çevirmir. Çünki bu cür çevrilmə canlının genetik məlumatına əlavələr olmasını tələb edir, lakin variasiyalarda belə vəziyyət heç vaxt baş vermir. Bioloqlar növ daxilindəki müxtəlifləşmə ilə yeni növ əmələ gəlməsini bir-birindən fərqləndirmək və bunlar haqqında iki ayrı məfhum irəli sürməyə məcbur oldular. Növ daxilindəki müxtəlifləşməyə, yəni “variasiya”ya “mikrotəkamül” adı verdilər. Yeni növlərin əmələ gəlməsi fərziyyəsi isə “makrotəkamül” adlandırıldı.

Bu iki məfhum uzun müddət biologiya kitablarında yer aldı. Əslində isə, burada yanıldıcı üslubdan istifadə edilmişdir. Təkamülçü bioloqların “mikrotəkamül” adlandırdığı variasiya nümunələrinin, əslində, təkamül nəzəriyyəsi ilə heç bir əlaqəsi yoxdur. Çünki təkamül nəzəriyyəsi canlıların mutasiya və təbii seçmə mexanizmləri ilə yeni genetik məlumatlar qazanaraq inkişaf etdiklərini irəli sürür. Lakin variasiyalar, bir az əvvəl də bildirdiyimiz kimi, heç vaxt yeni genetik məlumat əmələ gətirmir və ona görə də, “təkamülə” səbəb olmurlar. Variasiyalara “mikrotəkamül” adı verilməsi təkamülçü bioloqların ideoloji təsir metodudur.

Təkamülçü bioloqlar Gilbert, Opits və Reff  “Developmental biology” jurnalında 1996-cı ildə dərc edilən məqalələrində bu mövzunu belə açıqlayırlar:

“Müasir Sintez (neodarvinist nəzəriyyə) mühüm nailiyyətdir. Ancaq 1970-ci illərdən başlayaraq, çox sayda bioloq bu nəzəriyyəni təkamülü açıqlama baxımından qeyri-kafi olması ilə bağlı sorğu-suala tutmağa başladı. Genetika elmi makrotəkamülü açıqlamaq üçün qaneedici vasitə ola bilər, lakin genetik məlumatdakı mikrotəkamül xarakterli dəyişikliklər bir sürünəni məməliyə və ya bir balığı amfibiyaya çevirə bilməz. Mikrotəkamül sadəcə uyğun olanların həyatda qalması anlayışını bir yöndən izah edə bilər, uyğun olanların əmələ gəlməsini isə açıqlaya bilməz. Qudvinin 1995-ci ildə dediyi kimi, “növlərin mənşəyi, yəni Darvinin problemi həllini tapmamışdır”.1

İTLƏRİN XƏYALİ TƏKAMÜLÜ

Bu həqiqətin işığında “itlərin təkamülü” nağılına baxdıqda isə, əhəmiyyətli bir nəticə ilə qarşılaşarıq. KİV-lərin etdiyi şey sadəcə növ müxtəlifliklərini (variasiyaları) “təkamül” kimi qələmə verməkdir. Məsələn, National Geographic” jurnalının buraxılışlarından birində bütün Canis cinsinə mənsub olan itlərin və canavarların müxtəlifləşməsi haqqında uzun-uzadı bəhs edilmiş və bu variasiyalar təkamül nağılı kimi təqdim edilmişdir. Halbuki heç bir variasiya gen hovuzunun sərhədlərindən kənara çıxmır. Belə ki, bu həqiqət “National Geographic” tərəfindən də qəbul edilir: “Molekulyar səviyyədə dəyişən heç nə yoxdur: canavarlarla itlərin DNT-si, demək olar ki, eynidir”.2

DNT-nin quruluşunda bir dəyişiklik yoxdursa, deməli, təkamüldən də söhbət gedə bilməz! Bu səbəbdən, “National Geographic”in “İtlərin Təkamülüxəbəri yanıldıcı propaqandadan başqa bir şey deyil.

İtlərin mənşəyi haqqında nəşr olunan hər şey mübahisəlidir

– Corciya Universiteti,  İ. Lehr Brisbin

Bununla yanaşı, jurnalda Hesperocyoninae və Borophoginae kimi bəzi nəsli kəsilmiş məməli kateqoriyalarından da söz açılıb və bunlar itlərin (Canidae) əcdadı olaraq göstərilib. Lakin “National Geographic” əvvəllər də balinaların mənşəyi haqqında necə elmi dəlillərdən uzaq olan spekulyasiyalardan istifadə etmişdisə, bu mövzuda da etdikləri eyni zənlərdən ibarətdir. Tarixin müəyyən dövrlərində yaşamış və nəsli kəsilmiş canlılar arasında qurulan bunun kimi xəyali əlaqələrin elmi dəyər daşımadığı Nils Eldric kimi qabaqcıl təkamülçü paleontoloqlar tərəfindən də qəbul edilir.3

Nəticədə, bəzi media quruluşlarının “İtlərin Təkamülü”, “Canavardan Küçüyə” başlıqlı xəbərləri variasiyanı təkamülə dəlil göstərmək kimi Darvinin də əl atdığı, amma elmi əsasını çoxdan itirmiş köhnə bir taktikanın təkrarından başqa bir şey deyil.

 “İTLƏRİN TƏKAMÜLÜ İLƏ BAĞLI BƏZİ ETİRAFLAR

“Science” jurnalında dərc olunan  yazılarda itlərin mənşəyi mövzusunda çoxlu fərqli fikirlərin olduğu bir çox elm adamı tərəfindən etiraf edilir, sözügedən araşdırmaların nəticələri etibarlı qarşılanmır… Məsələn, Corciya Universitetindən İ. Lehr Brisbin: “İtlərin mənşəyi haqqında nəşr olunan hər şey mübahisəlidir”,- deyir.4

Amherst, Massaçusetsdəki Hempşir Kollecindən davranış ekologiyası sahəsi üzrə mütəxəssis Reymond Koppinqer isə “Science” jurnalında nəşr olunan araşdırmalar haqqında: “Bunlara inandığıma əmin deyiləm”,- deyərək, bu araşdırmalara güvənmədiyini bildirmişdir.5

“Science” jurnalının yazıçılarından Elizabet Pennisi isə, itlərin təkamülü ilə bağlı ziddiyətli nəticələrdən bir neçəsini belə xülasə edir:

“Bəzi  həvəskarlar itlərin canavarlardan təkamülləşdiyini iddia edən standard nağıllar ətrafında həmfikirdir. Ancaq bəziləri itlərin, məsələn, bir çox çaqqal növlərinin birindən… təkamül keçirməsi mövzusunda israrlıdır. Digərləri it əhliləşdirilməsinin birdən çox növ ilə bir neçə dəfə həyata keçirildiyini və bunun it növünün daxilindəki müxtəlifliyi açıqladığını irəli sürürlər”.6

NƏTİCƏ

İtlərin təkamülü iddialarının heç biri elmi dəlillərə əsaslanmayan spekulyasiyalar olduğu üçün itlərin mənşəyi haqqında alternativ nağılların sayını xeyli artırmaq olar. “Science” jurnalı nə qədər təkamül fərziyyəsini dəstəkləyən bir nömrəli müdafiəçilər sırasında olsa da, itlərin, guya ki, təkamül keçirdikləri barədə ziddiyyətləri yayımlamaqdan çəkinməmişdir.

Hami bilsin ki, bu və ya digər təbliğat üsulları təkamül fərziyyəsinin elmi süqutuna heç bir çarə qılmayacaq, əksinə, süqutun daha sürətli şəkildə özünü büruzə verməsinə şərait yaradacaqdır.

 

Mövzu ilə əlaqəli digər məqalələrimiz:

Mənbələr:

  1. Scott Gilbert, John Opitz, and Rudolf Raff, “Resynthesizing Evolutionary and Developmental Biology”, Developmental Biology 173, Article No. 0032, 1996, p. 361
  2. “İnsan ve Köpek Arasındaki İlişki”, National Geographic Türkiye, Ocak 2002, s. 36
  3. Niles Eldredge, Harper’s, Fevral 1984, səh. 60
  4. Elizabeth Pennisi, “A Shaggy Dog History”, Science, vol. 298, no. 5598, 22 Noyabr 2002, səh. 1540-1542
  5. Elizabeth Pennisi, “A Shaggy Dog History”, Science, vol. 298, no 5598, 22 Noyabr 2002, səh. 1540-1542
  6. Elizabeth Pennisi, “A Shaggy Dog History”, Science, vol. 298, no 5598, 22 Noyabr 2002, səh. 1540-1542

Şərh üçün bağlıdır.

axtarış