• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

HIV virusundakı müxtəlifləşmələr təkamülə dəlil deyil

Bir sıra alimlərin HIV virusunun şimpanzelərdən insanlara at milçəkləri yoluyla yoluxa biləcəyi yönündə iddiaları vardır. Bu iddia bəzi qaynaqlarda: “At milçəkləri şimpanzelərdən aldıqları SIV virusunu insanlara daşıdılar. Bu virus da sonradan təkamül keçirərək insan versiyası olan HIV şəklini aldı”,- deyə səsləndirilir.

Hərçənd ki, bu məlumatın mənbələri olan “New Scientist” jurnalı və BBC kimi xəbər agentliklərində bu cür bir təkamüldən bəhs edilmir, sadəcə olaraq, HIV virusunun şimpanzelərdə mövcud olan SIV virusuna aid variant olduğu bildirilir. Lakin qatı təkamülçülər hər fürsətdə təkamül təbliğatı aparmaq missiyasını tələbi olaraq, hər yeni xəbəri “təkamül” sözüylə “bəzəməyi” unutmurlar… 

TƏKAMÜL YOX, MÜXTƏLİFLƏŞMƏ

Alimlər şimpanzelərdəki SIV virusunun at milçəkləriylə insanlara daşındıqlarını və şəraitə uyğunlaşaraq SIV virusunun bir variantı olan HIV virusu şəklini aldığını bildirirlər. Ancaq buradakı dəyişilmə təkamül deyil, müxtəlifləşmədir (variasiya). Təkamülçülər müxtəlifləşməni qəsdən təkamül kimi göstərməyə çalışırlar. Halbuki müxtəlifləşmədə təkamül nəzəriyyəsində iddia edildiyi kimi bir növün başqa növə təkamülündən söz gedə bilməz. Məsələn, HIV virusu bakteriyalarda da müşahidə edildiyi kimi düşdüyü mühitə adaptasiya olma xüsusiyyətinə sahibdir. Lakin minlərlə nəsil sonra belə, bakteriyalar bakteriya, virus da virus olaraq qalır, başqa bir növə çevrilmir.

Hər canlı növü müxtəlifləşmə üçün geniş potensiala sahibdir. Bir virusun və ya bakteriyanın içində olduğu mühitə uyğunlaşmasına yarayan genlər o virusun genomunda (gen hovuzunda) lap əvvəlcədən, onsuz da, vardır. Virus fərqli şəraitlə qarşılaşdıqda həmin gen o virusun o mühitə uyğunlaşmasını təmin edir. Beləliklə viruda bir sıra dəyişikliklər olur və buna müxtəlifləşmə deyilir. Lakin genoma yeni bir genetik məlumat əlavə edilmir və yeni növ əmələ gəlmir. Virus yenə virusdur, sadəcə olaraq, müxtəlifləşmişdir.

HIV VİRUSUNUN MÜQAVİMƏT QAZANMASI TƏKAMÜLƏ DƏLİL DEYİL

QİÇS (AIDS) xəstəliyinə səbəb olan HIV virusunun çoxsaylı mutasiyalara uğraması və dərman preparatlarına qarşı çox sürətlə müqavimət qazanması təkamülçü mənbələr tərəfindən “HIV virusunun təkamülü” kimi qiymətləndirilir.

Amma HIV virusunun bu xüsusiyyətləri onun təkamül etdiyi anlamına gəlmir. Həmin mənbələr bu xüsusiyyətləri təkamülçü ön mühakimə ilə dəyərləndirir və oxuyucuya yanlış məlumat verir.

HIV virusunun çox sürətlə mutasiya keçirdiyi doğrudur, amma bu virusun çox sayda mutasiya keçirməsi onu başqa bir canlıya çevirmir, HIV virusu yenə də HIV virusu olaraq qalır. Pennsilvaniya Lihay Universitetindən biokimyaçı prof. Maykl

Lehigh University biochemistry professor Michael Behe, a leading advocate of ``intelligent design,'' fields media question following his second day in federal court in Harrisburg, Pa., Monday, Oct. 18, 2005. The clash over whether "intelligent design" should be mentioned alongside evolution in public school science classrooms is going before a federal judge. (AP Photo/Bradley C. Bower)

Prof. Maykl Behe: “…Milyonlarla xəstədəki fantastik sayda virus hissəcikləri təkrarlanan mutasiyalar, amansız rəqabət və təbii seçmədən keçmişdir. Əlimizdə isə hələ də HIV virusu var, hiss ediləcək dərəcədə fərqli bir virus yoxdur”.

Behe təkamülçülərin bu səhvini aşağıdakı kimi ifadə edir:

“Görürsünüz, HIV mutasiya keçirir və dərmanlara qarşı müqavimət qazanır, bu şəkildə təkamül gerçəkləşir! Başqa suallara nə gərək var? Belə görünür ki, bu proqrama (bu iddianın yer aldığı PBS TV-dəki proqram) cəlb olunan heç kəs bir şeyin fərqində olmayıb: milyonlarla xəstədəki fantastik sayda virus hissəcikləri təkrarlanan mutasiyalar, amansız rəqabət və təbii seçmədən keçmişdir. Əlimizdə isə hələ də HIV virusu var, hiss ediləcək dərəcədə fərqli bir virus yoxdur. Elə isə, bu, həqiqətən də, təbii seçmənin sərhədsiz ehtimalların əksinə, sərhədi olduğunumu göstərir? Və doğrudan da mı, bir virusda meydana gələn bəsit bir dərman müqavimətinin nəticələrinə əsaslanaraq hər tipdə müşahidə olunan olduqca kompleks bioloji xüsusiyyətlərin zaman keçdikcə yarana biləcəyi kimi ümumi nəticəyə gələ bilərik?”1

Dr. Karl Viland isə “Has AIDS Evolved?” (QİÇS təkamül keçiribmi?) başlıqlı məqaləsini bu sözlərlə bitirir:

“Bu məqalənin başlığında qoyulan sualın cavabı isə budur: baxmayaraq ki, viruslar həddindən artıq dəyişikliyə məruz qala və QİÇS virusu yoluxuculuq qabiliyyətini dəyişdirə bilər, bu dəyişikliklər istər keyfiyyət, istərsə də istiqamət cəhətdən qətiyyən virusu tamamilə yeni və daha kompleks canlı orqanizmə çevirəcək növdən dəyişikliklər deyildir. Bu nöqteyi-nəzərdən, QİÇS təkamül keçirməmişdir“.2

Təkamülçü alimlərin HIV virusu kimi sürətlə mutasiya keçirə bilən orqanizmləri, dərmanlara qarşı müqavimət qazanan bakteriya və ya virusları, növlərin sahib olduğu genetik müxtəlifliyi təkamülə dəlil kimi göstərmələri məşhur təkamülçü taktikalardandır. Təkamüllə heç bir əlaqəsi olmadığı dəfələrlə elmi dəlillər və açıqlamalarla göstərilmiş bu anlayışlar darvinist mənbələrdə təkamül nəzəriyyəsinin ən bariz nümunələri kimi göstərilir. Əlbəttə ki, məqsəd mövzu haqqında məlumatı olmayan insanları öz düşüncələrinə uyğun yönləndirmək, təkamülü elmi həqiqət kimi qəbul etdirməyə çalışmaqdır. Genetik müxtəlifliyin, dərmanlara qarşı müqavimətin və mutasiyaların niyə təkamülə sübut olmadığı bu saytda bir çox dəfə izah edildiyi üçün burada təkrarlanmayacaqdır.

MUTASİYALAR NİYƏ VİRUSLARIN TƏKAMÜLÜNƏ YOL AÇA BİLMƏZ?

Virusların mutasiya keçirməsinin canlıların təkamüllə meydana gələ bilməsinə dəlil olduğu yanlış fərziyyədir. Viruslar bilinən canlı hüceyrələrindən fərqli orqanizmlərdir və həyatda qala bilmək üçün mütləq başqa bir canlı hüceyrəsinə ehtiyac duyurlar. Bu mikroskopik varlıqlar orqanları olmayan zülal örtüklərindən ibarətdir. Viruslarda da DNT və RNT strukturları mövcuddur və bu strukturlarda zaman-zaman mutasiyalar meydana gəlir. Viruslarda meydana gələn mutasiyaların digər canlı hüceyrələrində meydana gələn mutasiyalardan fərqi budur ki, virusların məruz qaldığı mutasiyaların çoxu onlara zərər vermir. Çünki viruslar təkbaşına funksional xüsusiyyətə sahib deyillər, funksiya göstərə bilmələri üçün mütləq bir başqa hüceyrəyə yerləşib onun imkanlarından faydalanmalıdır.

Lakin digər orqanizmlər üçün vəziyyət fərqlidir. Məsələn, eyni mutasiyaların meydana gəldiyi bir bakteriya hüceyrəsi dərhal xəstələnəcək və ya öləcək. Darvinistlər viruslarda meydana gələn mutasiyaları öz nəzəriyyələrinə dəlil göstərməyə çalışırlar. Bunun üçün tək dayaq nöqtələri bu mutasiyaların virusa zərər verməməsidir. Halbuki mutasiyalar nə qədər çox reallaşırsa reallaşsın, viruslar heç bir şəkildə bir başqa canlıya çevrilmirlər. Meydana gələn mutasiyalar nəticəsində milyonlarla ildir heç bir virusda yavaş-yavaş orqan meydana gəlmir, virus hər hansı bir hüceyrə nüvəsinə çevrilmir. Viruslar tarix boyunca içində DNT saxlayan zülal örtükləri olaraq qalıblar. Çünki mutasiyalar DNT quruluşuna yeni bir şey əlavə edə bilməz və canlıya yeni xüsusiyyətlər qazandıra bilməz. Bundan başqa, viruslarda meydana gələn mutasiyalar yalnız müəyyən bir genetik mərkəzin ətrafında gəzən irsi dalğalanmalardan ibarətdir və heç bir şəkildə DNT və ya RNT-yə yeni məlumat əlavə etmək gücündə deyildir.

NƏTİCƏ

Bunu xatırlatmaq istəyərik ki, cümlələrin arasına necə-gəldi “təkamül” sözünü səpməklə təkamül nəzəriyyəsini xilas etmək olmaz. 21-ci əsr təkamül nəzəriyyəsinin elm xaricində buraxılaraq Yer kürəsinin düz olduğu iddiası kimi xurafatlar yeşiyinə atılacağı əsr olacaqdır.

 

Mövzu ilə əlaqəli videolarımız:

İnsana acizliyini xatırladan mikroskopik varlıqlar: Viruslar
Mutasiyalar darvinizmə dəlil deyil
Təkamül saxtakarlıqları – 4-cü səhv – Mutasiyalar hər zaman zərər verir
Bakteriyalarda antibiotiklərə qarşı müqavimət

Mövzu ilə əlaqəli digər məqalələrimiz:

Virusların heyrət doğuran xüsusiyyətləri
2,3 milyard il təkamül keçirməmiş kükürd bakteriyaları yaradılışın sübutudur
Lenski təcrübəsinin təkamülü isbat etdiyi iddiasına cavab
“Faydalı mutasiya iddiası- CCR5-Δ32” və İddiaya Cavab
“Mutasiyalar təkamülə səbəb olur” iddiası saxtakarlıqdır
İMMUNİTET, “RUDİMENT ORQANLAR” VƏ EMBRİOLOGİYA
MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ

Mənbələr:

1. Michael Behe, “Fatuous Filmmaking”, 28 September 2001
2. Carl Wieland, “Has AIDS evolved?”, Creation Ex Nihilo 12(3):29-32, June-August 1990

Şərh üçün bağlıdır.

axtarış