Darvinizm cəhaləti əsas götürür, insanların elmi mövzulardakı məlumat əskikliyindən istifadə edir. Darvinist ideologiya məlumatsız kütlələrin üzərində qərəzli mövqe yaratmağa əsaslanır. Bunun üçün istifadə edilən üsul bol təkrar ilə kütlə hipnozu aparmaq və sehirli təsir yarada bilməkdir.
Darvinistlərin kütlə hipnozunun təsiri bütün dünyanı əhatə etmişdir. Belə ki, insanların böyük bir qismi, əslində, haqqında heç bir şey bilmədikləri “təkamül”ün coşğun müdafiəçisinə çevrilmişdirlər. Bir çoxu nəyi müdafiə etdiyinin şüurunda belə deyildir. Onlar yalnız gündəlik qəzetlərdə gördükləri get-gedə ayağa qalxan xəyali meymun-insan şəkillərinin və ya “əcdadımız soxulcan imiş” kimi xəbərlərin təsirində qalmışdırlar. Bu kimi təlqinlərlə kütlə hipnozu müvəffəqiyyətə nail olmuşdur. Bu saxta müvəffəqiyyət səbəbilə heç kəs: “dəlil var mı?” -deyə soruşmağı düşünməmişdir.
davamı