• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Ara-Keçid Forma İddialarına Cavab -I- Hissə

Ara-Keçid Forma İddialarına Cavab -II- Hissə

Ara-Keçid Forma İddialarına Cavab -III- Hissə

Ara-Keçid Forma İddialarına Cavab -IV- Hissə

1. ARXEOPTERİKS (Archaeopteryx)

Təkamülçülərin teropod dinozavrlarından quşlara keçid forma hesab etdikləri 150 milyon il yaşı olan bu fosilin, əslində, bütün xüsusiyyətlərilə tam bir quş olduğu məlum olmuşdur1. Təkamülçülər öncələr bu fosilin döş sümüyü (sternum) olmadığını, buna görə uça bilmədiyini önə sürmüş, lakin 1992-ci ildə tapılmış 7-ci (Münxen) arxeopteriks nümunəsində döş sümüyünün olduğu məlum olmuşdur2. Bundan əlavə, arxeopteriks müasir quşlarınkından fərqsiz olan asimmetrik lələk quruluşuna malik idi3. Təkamülçülərin irəli sürdüyü caynaq və dişlər iddiasına da elm adamları tərəfindən təfsilatlı cavablar verilmişdir. Caynaqların bu gün yaşayan dəvəquşu, mahmızquşu, hoazin və turako kimi quşlarda da mövcud olduğu4, arxeopteriksin diş strukturunun isə teropod dinozavrlarınkından olduqca fərqli olduğu üzə çıxmışdır5. Ən əsası isə, arxeopteriksdən tam 70 milyon il daha qədim olan quşun – protoavisin elm aləminə məlum olması ilə bu iddia tamamilə təkzib edilmişdir6. Ətraflı məlumat üçün buraya müraciət edə bilərsiniz.

Şəkildə görünən xaltalı mahmızquşu (Chauna torquata) arxeopteriks kimi bəzi qədim quşlarda rast gəlinən qanad caynaqlarına malikdir. Bu caynaqların dəvəquşu, hoazin kimi müasir dövrdə yaşayan çox fərqli quş cinslərində də müşahidə edilməsi caynaqların heç də “primitiv xüsusiyyət” olmadığını göstərir.

2. SELAKANT (Latimeria)

Pəncəüzgəcli (və ya ətüzgəcli) balıqlar sinfinə aid olan selakantlar bir zamanlar balıqlar və suda-quruda yaşayanlar arasında ara-keçid forma dəlili hesab edilirdi. Təkamülçülər bu canlının bədənində ibtidai ağciyər olduğunu irəli sürmüş, hətta selakantı dənizdən quruya çıxarkən göstərən rəsmlər də çəkmişdilər. Bütün bunlar təxminən 400 milyon il əvvəl yaşamış bu canlının nəsli kəsilmiş növ olması fərziyyəsinə əsaslanırdı. Ancaq 22 dekabr, 1938-ci ildə Hind okeanında 70 milyon il əvvəl nəsli kəsilmiş keçid forma kimi tanıdılan selakantın canlı üzvü açıq okeanda ələ keçdi7. Sonrakı illərdə başqa ərazilərdə də 200-dən çox selakant  tutuldu. Selakant, iddiaların əksinə, nə ibtidai ağciyərə, nə də böyük beyinə malik idi. Təkamülçülərin ibtidai ağciyər olduğunu düşündükləri orqan balığın orqanizmindəki yağ kisəsindən başqa bir şey deyildi8. Habelə “sudan çıxmağa hazırlaşan sürünən namizəd” kimi tanıdılan selakantın əslində okeanın ən dərin sularında yaşayan və 180 m dərinlikdən yuxarı qalxmayan balıq olduğu başa düşüldü9. Beləliklə, selakant təkamülçü KİV-lərdəki ad-sanını da itirmiş oldu. Ətraflı məlumatı isə buradan ala bilərsiniz.

3. AVSTRALOPİTEK (Australopithecus)

İnsanın təkamülü nağılında darvinistlərin tez-tez dilə gətirdikləri və 4-1 milyon il əvvəl yaşamış olan bu uydurma “keçid forma”nın, həqiqətdə, nəsli kəsilmiş bir meymun növündən başqa bir şey olmadığı məlum olmuşdur10. Məşhur “Time” jurnalının 1977-ci il sayında bu canlının eynilə müasir şimpanzelər kimi kiçicik beyin həcminə (450 sm3) sahib olduğu bildirilir. Həmçinin 130 sm-lik boya11, bir-birinə yaxın gözlərə, iti azı dişlərinə, qısa ayaqlar və uzun əllərə sahib olduğu görülmüşdür12. Həmçinin əl və ayaqlarında ağaclara dırmaşmaq üçün çıxıntılar olması da bu fosilin nəsli kəsilmiş bir meymun növündən başqa bir şey olmadığını üzə çıxarmışdır13. Bu canlının dik yerimiş olduğu iddiası isə məşhur anatomlar Sukerman və Oksnardın araşdırmaları ilə təkzib edilmişdir14,15. Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

4. BACARIQLI “İNSAN” (Homo habilis)

avstralopitek

Avstralopitek (yuxarıda) və şimpanze kəllələrinin müqayisəsi. Göründüyü kimi, arada diqqətədəyər bir fərqlilik yoxdur. Bu kimi bir çox anatomik faktlar göstərir ki, avstralopiteklər sadəcə keçmişdə yaşamış bir meymun cinsi olmuşdurlar.

İnsanın uydurma təkamül ağacında avstralopitekdən sonra gəldiyi və 1,9-1,7 milyon illər əvvəl yaşadığı deyilən bu fosil də bütün xüsusiyyətlərilə bir meymun növü olmuşdur. Bernard Vud, L. Breys və Riçard Liki kimi bir çox mütəxəssis bu canlının “bacarıqlı insan” deyil, “bacarıqlı (alətdən istifadə edə bilən) meymun” olduğunu söyləyiblər16. Eynilə avstralopitek kimi, bu fosilin də uzun qollar, qısa ayaqlar, dırmaşmağa uyğun falanqaları və meymunabənzər skeleti onun sadəcə olaraq, nəsli kəsilmiş bir meymun növü olduğunu göstərirdi17. 630 sm3-lik beyin həcmi də bunu təsdiqləyirdi18. Bundan əlavə, Fred Spur, B. Vud və Frans Zonveld adlı üç anatomun insan və meymunların daxili qulaqlarında apardıqları müqayisəli təhlilləri də bacarıqlı “insan”ı meymun kateqoriyasına daxil etdi19. Ətraflı məlumat üçün bura klikləyin.

5. DÜZYERİŞLİ İNSAN (Homo erectus)

Təkamülçülərin bacarıqlı “insan”dan müasir insana keçid forma kimi qəbul etdikləri düzyerişli insan fosilləri avstralopitek və Homo habilisdə müşahidə edilməyən dik yerimə qabiliyyəti göstərməkdədir20. Araşdırmalar düzyerişli insanla müasir insan arasında heç bir fərq olmadığını ortaya qoymuşdur21. Təkamülçülərin düzyerişli insanı “ibtidai” saymalarının səbəbi isə beyin həcminin (900-1100 sm3) müasir insanınkına nisbətən daha kiçik olması və qalın qaş çıxıntılarıdır. Halbuki hal-hazırda da bəzi insan irqlərinin (məs., piqmeylər) beyin həcmi bu ölçüyə uyğun gəlir və başqa bir müasir irq olan aborigenlərdə də qaş çıxıntıları mövcuddur22. Bütün bunlar düzyerişli insan adlanan bu fosil qalıqlarının, sadəcə olaraq, tarixən yaşamış bir insan irqi olduğunu göstərmişdir23. Həmçinin düzyerişli insanların 1,8-1,6 milyon il əvvəl yaşamış olmaları da ciddi bir məntiq xətasına yol açır, çünki onlar öz “əcdad”ları sayılan bacarıqlı “insan”larla eyni dövrdə yaşamış olurlar. Bacarıqlı “insan”lar bundan 1,9-1,7 milyon il əvvəl yaşamışdırlar. Daha əhatəli məlumat üçün bu linkə müraciət edə bilərsiz.

6. PAKİSET (Pakicetus inachus)

Ara keçid forma fosili olaraq məşhurlaşan bir digər qrup fosillər də “balinanın təkamülü” fosilləridir. Bu xəyali sıralamanın başında 45 milyon il yaşı olan pakiset adlı, həqiqətdə mezonixidlər kateqoriyasına aid nəsli kəsilmiş quru məməlisi gəlir. Fosilin ayaqları vardır və bütün skeleti dörd ayaq üzərində gəzməyə əlverişli struktura malikdir24. Fosilin tapıldığı yer də paslanmış dəmir filizinin tapıldığı və ilbiz, tısbağa və ya timsah kimi quruda yaşayan canlıların da fosillərinin olduğu bir ərazi idi, yəni dəniz yatağı deyil, quru hissəsi idi25. Sadəcə olaraq, pakisetin də daxil olduğu mezonixid dəstəsi bir çox müxtəlif anatomik xüsusiyyəti özündə ehtiva edə bilən bir qrupdur26. Bu cür “mozaik” canlıların (məs., ördəkburun) ara keçid forma olmadığını isə ən nüfuzlu təkamülçülərdən olmuş Cey Quld və Nayls Eldric də qəbul edirlər27. Təkamülçülər isə saxtakarlığa yol verərək bu canlının rekonstruksiyasını sanki dənizdə üzürmüş şəklində çəkmişdilər28. Pakiset haqqında daha ətraflı məlumat üçün bura daxil olun.

pakiset

Yuxarı başda pakisetə aid fosil tapıntıları təsvir olunmuşdur. Bu tapıntılara əsasən, pakisetin real təsviri ortadakı kimi olacaqdır. Lakin təkamülçülər ilk öncələr pakiseti sanki “üzməyə” çalışırmış kimi təsvir edirdilər (aşağıdakı şəkil).

7. AMBULOSET  (Ambulocetus natans)

Balinanın uydurma təkamülü nağılında pakisetdən sonra ambuloset adlı digər bir fosil gəlir. Pakisetlərlə eyni yaşda, yəni 45 milyon illik olan29 bu canlı da eynilə pakiset kimi “balinalaşdırmaq” istənilən digər bir quru canlısıdır. Canlının yeridiyi aşkardır, çünki bütün digər quru məməliləri kimi, onun da dörd ayağı, hətta bu ayaqlara bağlı geniş pəncələri və arxa pəncələrinin ucunda dırnaqları vardır30. Ancaq canlının bir tərəfdən də suda üzdüyü, daha doğrusu həm quruda, həm də suda (amfibiya tərzi həyat) yaşadığı iddiasının təkamülçülərin ön mühakimələrindən başqa heç bir əsası yoxdur. Bundan əlavə, quruda yaşayan dördayaqlı məməli olan ambulosetdə onurğa çanaq sümüyündə bitir və bu sümüyə bağlanan güclü ayaq sümükləri uzanır31. Bu, tipik quru məməlisinin anatomiyasıdır. Balinalarda isə onurğa quyruğa qədər davam edir və onlarda çanaq sümüyü yoxdur. Bu kimi bir çox digər elmi dəlillər də ambulosetin, ümumiyyətlə “balinanın təkamülü” əfsanəsinin təkamülə dəlil olmayacağını göstərməkdədir. Ambuloset haqqında əhatəli məlumat üçün buraya klikləyin.

8. EOHİPPUS (Eohippus angustidens)

“Atın təkamülü” hekayəsi də keçmişdə təkamülçülərin arxasına sığındıqları mühüm bir “dəlil” idi. Halbuki artıq ən nüfuzlu təkamülçü dairələr belə atın təkamülü nağılına inanmağın yalnışlığını etiraf edirlər32. Bu təkamüli sıralanmanın başında isə eohippus adlı fosil gəlir. 55 milyon il əvvəl Eosen dövründə yaşamış33 bu itəbənzər canlının atın ilk əcdadı olduğuna inanılır. Əslində isə atın milyon illər əvvəl nəsli kəsilmiş əcdadı kimi təqdim edilən eohippus hələ də Afrikada yaşayan və atla heç bir əlaqəsi və bənzərliyi olmayan daman (Hyrax) adlı heyvanın demək olar ki, eynisidir34. Atın təkamülü iddiasının əsassızlığı hər keçən gün ortaya çıxan yeni fosil tapıntılarıyla daha açıq şəkildə başa düşülür. Eohippus ilə eyni təbəqədə dövrümüzdə yaşayan at cinslərinin də (Equus nevadensis və Equus occidentalis) fosillərinin tapıldığı müəyyən edilmişdir35. Bu, dövrümüzdəki at ilə onun “əcdadının” eyni zamanda yaşadığını göstərir ki, bu da atın təkamülü adlanan prosesin heç vaxt baş vermədiyinin sübutudur. Atın təkamülü yalanı haqda daha ətraflı məlumat burada.

9. EUSTENOPTERON (Eusthenopteron)

Balıqların ayaqlanıb sudan quruya çıxması təkamülçülərin gecə nağıllarından bir digəridir. Bu mövzuda tez-tez müraciət edilən canlılar isə “pəncəüzgəcli balıqlar” olan latimeriya və eustenopterondur. Təxminən 385 milyon il əvvəl yaşamış olan36 fosil balıq eustenopteron da bir zamanlar təkamülçülər tərəfindən “ayaqlanan balıqlar”ın əcdadı hesab edilirdi. Halbuki bu fosilin bütün xüsusiyyətlərilə birlikdə nəsli kəsilmiş bir balıq növü olduğu məlum oldu. Alimlər eustenopteron kimi fosil-balıqların dayaz sularda yaşayan yırtıcı balıqlar olduqlarını, eustenopteronun isə bugünkü durnabalıqları (Esox) ilə oxşar həyat tərzi keçirdiyini bildirirlər37. Həmçinin məlum olmuşdur ki, eustenopteron təkamül sıralamasında özündən sonra gələn akantosteqaya (tiktaalik fosili saxta olduğu üçün sıralanmaya daxil edilmir) keçə bilməsi üçün 15 milyon il ərzində 91 anatomik xüsusiyyət dəyişdirmiş olmalıdır38. Təkamülçülər isə bu qeyri-mümkün prosesin kortəbii mutasiyalarla gerçəkləşdiyinə qəlbən inanırlar.

10. TİKTAALİK (Tiktaalik roseae)

tiktaalik6

Nil Şubin tiktaalik kəlləsini incələyir. Tiktaalik ilk tapıldığı zamandan bəridir sadəcə kəllə sümüyündən ibarət olmuşdur. Təkamülçülər isə ona bədən və üzgəclər “qoşaraq” onu balığa bənzətmək istəmişlər.

Təkamülçülərin ən müasir saxtakarlıq nümunələrindən olan tiktaalik ilk tapıldığı zaman yalnız kəllə sümüyündən ibarət olmuş39, lakin daha sonra təkamülçülər tərəfindən buna balıq bədəni və üzgəcləri əlavə edilmişdir40. Normalda isə, bu 375 milyon illik fosil labirintodont qrupundan suda-quruda yaşayan canlılarla tam eyni xüsusiyyətlərə malik bir quru canlısıdır.41,42 Bunlardan əlavə, 2010-cu ildə Polşada tiktaalikdən 18 milyon il daha qədim tetrapod izlərinin tapılması ilə tiktaalikin “sudan quruya çıxan” keçid forma olması ilə bağlı bütün iddialar alt-üst oldu43. Tiktaalik iddialarını təkzib edən daha ətraflı dəlillər burada.

11. AKANTOSTEQA (Acanthostega gunnari)

Təkamülçülər sudan quruya çıxdığını zənn etdikləri canlıları “steqosefallar” (və ya örtülübaşlılar) adlandırdıqları bir qrupda cəmləyirlər. “Steqosefal”lardan sayılan akantosteqa da təkamülçülərin sudan quruya keçid kimi şərh etdikləri bir fosildir. Halbuki bu fosilin ön və arxa ətrafları mövcuddur və 8 barmağının olduğu da məlumdur, yəni bu canlı, fosili tapan təkamülçü Klekin də bildirdiyi kimi, bir tetrapoddur44. Araşdırmaçılar akantosteqanın amfibi olduğu nəticəsinə gəlirlər. Lakin eynilə arxeopteriks və ambuloset kimi, akantosteqa da “mozaik”dir, yəni bir sıra fərqli xüsusiyyəti özündə daşıya bilir45. Öncə də qeyd etdiyimiz kimi, Quld və Eldric mozaik canlıların ara keçid forma olmadıqlarını qeyd etmişdirlər46. Həmçinin bu canlının sudan quruya keçid olması iddiasını təkzib edən ən əsas dəlillərdən biri də onun yaşadığı dövrdən (365 milyon il öncə) hələ 30 milyon il əvvəl yer üzündə onsuz da tetrapodların mövcud olmuş olması idi47.

12. İXTİOSTEQA (Ichthyostega)

“Steqosefal”ların digər bir nümayəndəsi, akantosteqa ilə eyni yaşda, yəni 365 milyon il yaşındakı48 bu fosil də təkamülçülər tərəfindən balıqdan amfibiyə keçid forma kimi qəbul edilir. Halbuki bu canlının keçid forma kimi şərh edilməsinin sadəcə ön-mühakimələrə əsaslandığını başda “Nature” jurnalının redaktoru Henci Ci olmaqla, bir çox təkamülçü etiraf etməkdədir49. İxtiosteqa tamamilə amfibi xüsusiyyətləri daşıyan canlıdır. Məsələn, quru canlılarında olduğu kimi, ixtiosteqada da ətraf sümükləri bədəni yerdən qaldırmaq üçün onurğaya birləşir50. Halbuki təkamüllə amfibilərə çevrildiyi deyilən ətüzgəcli balıqlarda belə bir xüsusiyyət yoxdur, yəni suda bədəni qaldırmaq ehtiyacı olmadığı üçün sümüklər onurğaya birləşmir. İxtiosteqanın geniş, yastı kəllə qutusu, qısa, çəlləkvari bədəni, pota ayaqları (7 barmaqlı), geniş döş və omba qurşaqları və bir-birini örtən qabırğalarıyla geniş döş qəfəsi kimi bütün anatomik xüsusiyyətləri də onun normal bir amfibi olduğunu göstərir51.

13. SEYMURİYA (Seymouria)

Şimali Amerika və Avropanın 280 milyon illik fosil yataqlarından çıxarılmış bu canlını bir zamanlar darvinistlər amfibidən sürünənə keçid forma hesab edirdilər. Halbuki sonradan hilonomus (Hylonomus lyelli) və paleotiris (Paleothyris acadiana) adlı sürünənlərin bu sürünənlərə “əcdad” sayılan seymuriyadan 30 milyon il daha qədim olduqları üzə çıxdı52… Eynilə arxeopteriksdəki paradoksal hal seymuriyada da özünü göstərirdi- canlının “törəmələri” özündən daha yaşlı idilər! Bu fosilin keçid forma olmadığı, qədim suda-quruda yaşayanlardan olduğu bu gün təkamülçü dairələr tərəfindən belə etiraf edilən bir həqiqətdir.

 

Mənbələr:

  1. Richard L. Deem “Demise of the ‘Birds are Dinosaurs’ Theory”, http://www.yfiles.com/dinobird2.html
  2. Nature, cild 382, 1 Ağustos 1996, səh. 401
  3. Robert L. Carroll, Patterns and Processes of Vertebrate Evolution, Cambridge University Press, 1997, pp. 280-81
  4. Sodera, V. One Small Speck to Man, p. 239
  5. L. D. Martin, J. D. Stewart, K. N. Whetstone, The Auk, cild 98, 1980, səh. 86
  6. Chatterjee, S. (1997), “The Rise of Birds: 225 Million Years of Evolution”, Johns Hopkins University Press, Baltimore; Chatterjee, S. (1991), “Cranial anatomy and relationships of a new Triassic bird from Texas”, Philosophical Transactions of the Royal Society B: Biological Sciences, 332: 277-342.
  7. Lavett Smith, C.; Rand, Charles S.; Schaeffer, Bobb; Atz, James W. (1975). “Latimeria, the Living Coelacanth, is Ovoviviparous”.  Science 190 (4219): 1105–6
  8. www.ksu.edu/fishecology/relict.htm
  9. “Bilim ve Teknik” jurnalı, Noyabr 1998, Nömrə 372, səh. 21; http://www.cnn.com/TECH/ Science /9809/23/living.fossil/index.html
  10. Isabelle Bourdial, “Adieu Lucy”, Science et Vie, May 1999, no. 980, səh. 52-62
  11. Beck, Roger B.; Linda Black, Larry S. Krieger, Phillip C. Naylor, Dahia Ibo Shabaka, (1999). World History: Patterns of Interaction. Evans ton, IL: McDougal Littell.
  12. Zihlman AL, Cronin JE, Cramer DL, Sarich VM (1978). “Pygmy chimpanzee as a possible prototype for the common ancestor of humans, chimpanzees and gorillas”. Nature 275 (5682): 744–6
  13. Stern, J.T. and Susman, R.L., The locomotor anatomy of Australopithecus afarensis, American J. Physical Anthropology 60:284,307, 1983
  14. Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, səh. 75-94
  15. Charles E. Oxnard, “The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt”, Nature, cild 258, səh. 389
  16. Miller, J.M.A. (2000), “Craniofacial variation in Homo habilis: an analysis of the evidence for multiple species”,American Journal of Physical Anthropology 112(1): p. 103–128
  17. Miller, J.M.A. (2000), “Craniofacial variation in Homo habilis: an analysis of the evidence for multiple species”,American Journal of Physical Anthropology 112(1): p. 103–128
  18. Wood, B. and Richmond, B.G., Human evolution: taxonomy and paleobiology, J. Anatomy 196:39, 2000
  19. Fred Spoor, Bernard Wood, Frans Zonneveld, “Implication of Early Hominid Labryntine Morphology for Evolution of Human Bipedal Locomotion”, Nature, cild 369, 23 Haziran 1994, səh. 645-648
  20. Boyce Rensberger, The Washington Post, November 19, 1984
  21. Boyce Rensberger, The Washington Post, November 19, 1984
  22. Richard Leakey, The Making of Mankind, Sphere Books, London, 1981, səh. 62 
  23. Marvin Lubenow, Bones of Contention, Grand Rapids, Baker, 1992. səh. 136
  24. Thewissen, J.G.M., Williams, E.M., Roe, L.J. and Hussain, S.T., Skeletons of terrestrial cetaceans and the relationship of whales to artiodactyls, Nature 413(6853):277–281, 20 September 2001
  25. Duane Gish, Evolution: The Fossils Still Say NO!, Institute for Creation Research, 1995, səh. 201
  26. Robert L. Carroll, Patterns and Process of Vertebrate Evolution, Cambridge University Press, 1998, səh. 329
  27. S. J. Gould & N. Eldredge, Paleobiology, vol. 3, 1977, səh. 147
  28. P.D. Gingerich, N.A. Wells, D.E. Russell, and S.M.I. Shah, Science 220(4595):403–6, 22 April 1983
  29. Pakiset və ambuloset eyni dövrə aid təbəqədən- Lütet yarusundan çıxarılmışdır; Ambulocetus in the Paleobiology Database. Retrieved September, 2013
  30. J. G. M. Thewissen, S. T. Hussian, and M. Arif, Science, 263:210-212 (1994).
  31. Robert L. Carroll, Patterns and Process of Vertebrate Evolution, Cambridge University Press, 1998, s. 333
  32. Colin Patterson, Harper’s, Fevral 1984, səh. 60
  33. Froehlich, D. J. (2002). “Quo vadis eohippus? The systematics and taxonomy of the early Eocene equids (Perissodactyla)”. Zoological Journal of the Linnean Society 134 (2): 141–256
  34. Francis Hitching, The Neck of the Giraffe: Where Darwin Went Wrong, New York: Ticknor and Fields, 1982, səh. 30-31
  35. Francis Hitching, The Neck of the Giraffe, səh. 30-31
  36. Whiteaves, Joseph Frederick (1881). “On some remarkable fossil fishes from the Devonian rocks of Scaumenac Bay, in the Province of Quebec”. Annals and Magazine of Natural History 8: 159–162.
  37. Paul Garner, B.Sc.(Hons), “The fossil record of ‘early’ tetrapods: evidence of a major evolutionary transition?”, August 2003
  38. Robert L. Carroll, “Patterns and Processes of Vertebrate Evolution”, Cambridge University Press, 1997, p. 301
  39. http://tiktaalik.uchicago.edu/3DTik.html
  40. İlk tapıldığı və laboratoriyada incələndiyi zaman yalnız kəllə qutusunun mövcud olduğu görünür: http://tekamulculerecavab.com/2014/03/saxta-ara-kecid-forma-tiktaalik-roseae/
  41. https://en.wikipedia.org/wiki/Labyrinthodontia
  42. https://en.wikipedia.org/wiki/Skull_roof
  43. Niedzwiedzki G., Szrek P., Narkiewicz K., Narkiewicz M, Ahlberg P. (2010). “Tetrapod trackways from the early Middle Devonian period of Poland” (PDF). Nature 463(7227): 43–48
  44. Clack, J.A. and Coates, M.I., 1991. Acanthostega—a fish out of water? In: D. Vezina and M. Arsenault (eds), 7th International Symposium on Studies of Early Vertebrates, Abstracts, p. 12
  45. Andrew A. Snelling, “Yet another ‘missing link’ fails to qualify”, June 1993
  46. Gould, S.J. and Eldredge, N., 1977. Punctuated equilibria: the tempo and mode of evolution reconsidered. Paleobiology, vol. 3, p. 147
  47. Niedzwiedzki G., Szrek P., Narkiewicz K., Narkiewicz M, Ahlberg P. (2010). “Tetrapod trackways from the early Middle Devonian period of Poland” (PDF). Nature 463(7227): 43
  48. Clack, J.A. and Coates, M.I., 1991. Acanthostega—a fish out of water? In: D. Vezina and M. Arsenault (eds), 7th International Symposium on Studies of Early Vertebrates, Abstracts, p. 12
  49. Henry Gee, In Search Of Deep Time: Going Beyond The Fossil Record To A Revolutionary Understanding of the History Of Life, The Free Press, A Division of Simon & Schuster, Inc., 1999, p. 54
  50. Clack, J.A., Gaining Ground: The Origin and Evolution of Tetrapods, Indiana University Press, Bloomington, 2002, p. 121
  51. Paul Garner, B.Sc.(Hons), “The fossil record of ‘early’ tetrapods: evidence of a major evolutionary transition?”, August 2003
  52. Van Tuinen, Marcel; Elizabeth A. Hadly (2004). “Error in Estimation of Rate and Time Inferred from the Early Amniote Fossil Record and Avian Molecular Clocks”.Journal of Molecular Evolution 59 (2): 267–276

Şərh üçün bağlıdır.

axtarış