Tag: təkamül

Darvinist diktaturanın məhv etdiyi alimlərdən biri – Nikolay Vavilov

Darvinist diktaturanın məhv etdiyi ilk alimlərdən biri SSRİ-nin akademiki olmuş – məşhur bioloq, genetik, seleksiyaçı Nikolay Vavilovdur.

Stalin genetika elmini qətiyyətlə rədd etmiş, təkamül fərziyyəsinin vurğunu olmuş, Lamarkın “qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə ötürülməsi” fikrinə möhkəm sarılmışdır (hətta bu barədə məqalələri də olmuşdur). Həqiqi elm sahəsi olan genetika elmini müdafiə etmiş bioloq, genetik, seleksiyaçı, SSRİ Genetika İnstitutunun direktoru olmuş akademik Nikolay Vavilov isə Lamarkın “qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə ötürülməsi” fikrinin genetik qanunlara əsasən qeyri-mümkün olduğunu hesab etmişdir. Yalnız əvvəlki nəsillərdə mövcud xüsusiyyətlərin – genlərdə artıq mövcud olan xüsusiyyətlərin nəsildən-nəslə ötürülməsinin həqiqət olduğunu qəbul etmişdir.

davamı

BBC Azərbaycanca saytının bitkilərin təkamülü ilə bağlı səhvləri

“BBC Azərbaycanca” saytında 2 avqust, 2017-ci il tarixində “İlk gülün görünüşü necə olub?” başlıqlı yazı yayımlandı. Görünür, bu yazı artıq dövlətlər səviyyəsində etiraz edilən təkamül fərziyyəsinin yıxılmaması üçün ona dayaq vermək məqsədi daşıyır. Lakin təkamül fərziyyəsinin qaçınılmaz sonu yaxınlaşmağa davam edir və İngiltərənin dəst-xətti ilə gedən “BBC Azərbaycanca” saytının ümidsiz cəhdləri bu qaçınılmaz sonun qarşısını ala bilməyəcək.

Bitkilərin mənşəyini Çarlz Darvin “xoşagəlməz müəmma” adlandırardı.1 Həqiqətən də, aradan bir əsr yarım keçməsinə və saysız-hesabsız yeni faktlar əldə edilməsinə baxmayaraq, bitkilərin mənşəyi (digər bütün canlıların mənşəyi kimi) təkamülçülər üçün “xoşagəlməz müəmma” olaraq qalmağa davam edir. Ancaq BBC sözügedən xəbəri gündəmə gətirərək, sanki bitkilərin təkamülü məsələsində bir irəliləyiş var imiş kimi, məsələyə aydınlıq gətirilibmiş kimi bir təəssürat yaratmağa çalışır. Əslində isə, xəbəri belə xülasə etmək olar: daşlaşmış canlı qalıqları arasında çiçəkli bitkilərin əcdadı tapılmayıb, ona görə də təkamülçülər müasir bitkilərə baxıb, müxtəlif bitki cinsləri arasında müqayisə apararaq həmin xəyali “əcdad”ın necə görünüşə malik olacağını təxmin ediblər.

davamı

Müsəlman niyə təkamülçü ola bilməz?

BƏZİ MÜSƏLMANLAR 1940-50-ci illərin məlumatına əsaslanaraq təkamül nəzəriyyəsinin elm tərəfindən dəstəkləndiyini zənn edir, müsəlmanların təkamülü Darvindən əvvəl bildiklərini önə sürərək İslamla həmin nəzəriyyəni uzlaşdırmağa çalışırlar. Belə bir məntiq tamamilə bilgisizlikdən qaynaqlanır. Elm təkamülün əsassız olduğunu sübut etmişdir. Elm yaradılış həqiqətini təsdiqləyir.

Hər şeyi Allahın yaratması müsəlmanın iman etdiyi və Quranda xəbər verilən həqiqətdir. Buna görə də bir müsəlman qədim Misir və şumerlər dövründən qalan və hər şeyi təsadüflərlə açıqlayan bütpərəst təkamül nəzəriyyəsi ilə eyni şeyi müdafiə edə bilməz.

Əlbəttə, Allah istəsə idi, canlıları təkamül vasitəsi ilə yarada bilərdi. Lakin Quranda bu barədə hər hansı bir işarə yoxdur və təkamülçülərin irəli sürdüyü kimi, növlərin mərhələli şəkildə əmələ gəldiyini dəstəkləyən heç bir ayə mövcud deyil. Əgər belə bir yaradılış forması olsa idi, bunu Quran ayələrində ətraflı şəkildə görə bilərdik. Əksinə olaraq, Quranda canlıların və kainatın Allahın “ol” əmri ilə möcüzəvi şəkildə var edildiyi xəbər verilir:

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)

davamı

Göz fosil qeydlərində birdən-birə üzə çıxır

Bu məqalə məşhur amerikalı yaradılışçı alim, mikrobioloq Conatan Uellsin 2017-ci ildə nəşr olunan “Zombi elm: təkamülün daha çox ikonası” adlı kitabından tərcümə olunmuşdur.

_________________________

Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi.

Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi. Trilobitlər müasir həşəratları və xərçəngkimiləri (krevetlər kimi) özündə cəmləşdirən buğumayaqlılar tipinin nəsli kəsilmiş nümayəndələridir. İlk dəfə Kembri partlayışında üzə çıxanda, trilobitlərin çox hissəsi “onsuz da, ali quruluşda olan”1 fasetli gözlərə malik idi. Trilobitlər üzrə ekspert Rikkardo Levi-Settiyə görə, “trilobit göz büllurunun bəzi yeni kəşf olunmuş səciyyələri tarixən şücaətli bir funksiya optimallaşdırması nümayiş etdirir”.

davamı

Böyük materialist hekayə

Bu məqalə məşhur amerikalı yaradılışçı alim, mikrobioloq Conatan Uellsin 2017-ci ildə nəşr olunan “Zombi elm: təkamülün daha çox ikonası” adlı kitabından tərcümə olunmuşdur.

_________________________

Darvinin təbii seçmə ilə təkamül nəzəriyyəsi həyatın yaranmasından sonra necə müxtəlifləşməsi haqqında bir materialist hekayədir, ancaq Darvin bilirdi ki, onun təkamül hekayəsi həyatın mənşəyinə dair materialist izahat olmadan yarımçıq qalacaq. O, ümid edirdi ki, qədim Yer üzündəki hansısa “ilıq, balaca gölməçə”də belə bir mənşənin mümkünlüyü göstərilə bilər. Bəs həyatın mənşəyi materialistcəsinə izah oluna bilmirsə necə? Bu, yeni ­­­­–maddi olmayan– informasiya tələb edirsə necə? Həmçinin bu informasiya bir şüur tələb edirsə necə?

2009-cu il tarixli “Hüceyrədəki imza” adlı kitabında elm filosofu Stiven Meyer irəli sürür ki, bioloji molekullardakı kompleks informasiya kimyəvi birləşmələrin öz-özünə bir yerə yığılması kimi məqsədyönümlü olmayan təbii proseslərdən törəyə bilməz. Böyük miqdarda kompleks informasiyanın yeganə məlum olan mənbəyi şüurdur. Ona görə də Meyer bu nəticəyə gəlir ki, həyatın mənşəyi şüurlu dizayn tələb edir.1

davamı

Allaha iman edən alimlərdən 50 sitat

1. Klassik fizikanın əsasını qoymuş dahi alim, dinamika və riyazi analiz elmlərinin banisi İsaak Nyuton:

“Günəşin, planetlər və kometlərin bu ən gözəl sistemi ancaq ağıllı bir Varlığın göstərişi və hökmranlığından doğa bilərdi… Bu Varlıq hər şeyə hakimdir, dünyanın ruhu kimi yox, hər şeyin Rəbbi kimi; elə bu hakimiyyətə görədir ki, ona “Hər şeyə qadir Rəbb”, yaxud “Kainatın Hökmranı” deyirik. …Hakim Allah əbədi, əzəli, tamamilə mükəmməl olan Varlıqdır”.1

2. İnsanın gen xəritəsini çıxaran ilk şəxslərdən, “İnsan Genomu Layihəsi”nin aparıcı alimi, amerikalı həkim-genetik Frensis Kollins:

““Hər şey necə başlandı?” sualının tək cavabı – Allahdır”.2

3. Ümumilikdə 300-dən çox patent sahibi, dahi serbiyalı ixtiraçı, elektrik mühəndisi, mexanika mühəndisi, fizik Nikola Tesla:

“Zehni güc vergisi İlahi Varlıq olan Allahdan gəlir və əgər fikrimizi bu həqiqət üzərində cəmləsək, bu böyük güclə ahəng içində olarıq”.3

4. Müasir fizikanın banisi hesab olunan məşhur italiyalı astronom, fizik, mühəndis və riyaziyyatçı Qalileo Qaliley:

“Allah Müqəddəs Kitabdakı ifadələrdə olduğu kimi, təbiətin gedişatında da çox gözəl aşkar olunur… Bizə ağıl, düşüncə və dərrakə bəxş edən Allahın bizi bunların istifadəsindən çəkindirdiyinə inana bilmərəm”.4

davamı

“Qafqazinfo” saytında təkamül fərziyyəsi ilə bağlı yanlış fikirlər

Ötən günlərdə yerli mətbuat orqanlarından olan “Qafqazinfo”nun internet saytında “Təkamül haqqında 6 vacib sual” başlıqlı yazı yayımlandı. Bu yazıda təkamül fərziyyəsi klassik təbliğat üsulları ilə müdafiə olunur və sanki şübhəyə yer qoymayan fakt kimi qələmə verilir. Bu cavab məqaləmizdə mövzunu 6 bənddə işləyəcək və “Qafqazinfo”nun yaydığı bu məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyini təhlil edəcəyik. “Qafqazinfo” yazır:

davamı

“Dinlərin təkamülü” yalanı

Haqq din tarixin ilk günündən bəri vardır

Tarixin və cəmiyyətin təkamülə uğraması yalanının irəli sürənlərin bir başqa yanlışlığı da cəmiyyətlərin ən vacib dəyəri olan dinin də təkamülə uğraması iddiasıdır. Bu iddia 19-cu əsrdə irəli sürülmüş, materialist və ateistlər tərəfindən coşqunluqla müdafiə edilmiş, lakin bu iddianı dəstəkləyən heç bir arxeoloji dəlil əldə edilmədiyi üçün bir spekulyasiya kimi qalmışdır.

Bəşəriyyətin daha qədim dövrlərdə, guya, “ibtidai”, yəni çoxtanrılı və qəbiləyə məxsus dinlərə inandığı, tək Allaha inanma və əsası bütün insanlara xitab etmək olan haqq dinin –hansı ki, bu din ilk insan olan hz. Adəmdən başlayaraq Rəbbimizin bəşəriyyətə vəhy etdiyi haqq dindir– sonradan ortaya çıxdığı iddiasının heç bir əsası yoxdur. Lakin bəzi təkamülçülər bu iddianı həqiqət kimi göstərməyə çalışır, bu hərəkətləri ilə böyük səhvə yol verirlər. Darvinin bioloji təkamül nəzəriyyəsi yalan olduğu kimi, ondan ilhamlanaraq inkişaf etdirilən dinlərin təkamülü nəzəriyyəsi də bir yalandır.

davamı

Təkamülçülərin elmi faktlarla alt-üst edilmiş fərziyyələrini qurtarma səylərinə daha bir nümünə

Əvvəlcə Türkiyə mediasında, daha sonra da yerli mediada təkamül nəzəriyyəsinin səhv başa düşülməsindən gileylənərək yazılan “Təkamül nəzəriyyəsiylə bağlı deyilən 10 SƏHV FİKİR” başlıqlı məqalə yayımlandı. Məqaləni təfərrüatlı təhlil etdikdə, mövzunun tamamilə məlumatsızlığa söykəndiyi, heç bir elmi dəlillə dəstəklənmədiyi açıq şəkildə qarşımıza çıxır.

Məqalənin ilk cümlələrini oxuyanda birinci diqqəti çəkən Darvinin dırnaqarası elmi statusunun necə bər-bəzəkli təqdim olunmasıdır. “Təbiət elmləri alimi” kimi qələmə verilən Darvin, əslində, kimdir? Qısa bir araşdırma apardıqda Darvinin, əslində, oxuduğu Edinburq Universitetini belə yarımçıq qoyan, Kembric Universitetinin ilahiyyat fakültəsini bitirdikdən sonra “Biql” gəmisi ilə səhayətə çıxan HƏVƏSKAR TƏBİƏTŞÜNAS olduğu məlum olur. Hər zamankı kimi darvinistlər müdafiə etdikləri fərziyyəni insanların gözündə böyütmək üçün fərziyyənin sahibi olan Darvini də həvəskar təbiətşünaslıqdan təbiət elmləri alimi dərəcəsinə qaldırmağa çalışırlar.

İndi isə təkamülçülərin “faktlarla əsaslanan” başlığı altında önə sürdükləri iddiaların, əslində, sadəcə söz oyunlarından başqa bir şey olmadığını həqiqi elmi dəlillərlə izah edək.

davamı

“Science” jurnalının “ilanların təkamülü” iddiasına cavab

“Science” jurnalı 2016-cı il oktyabr sayında təkamüllə bağlı yenə bir xəbər dərc etdi. Xəbərdə yatağan ilanlarının quyruq hissəsində yerləşən kiçik sümüklərin bu canlıların “keçmişdə malik olduqları xəyali ayaqlardan” qalma olduğu iddia edilirdi.

Əvvəlcə, onu qeyd etmək lazımdır ki, yatağan ilanlarındakı kiçik sümüklərin təkamülü sübut etdiyini iddia etmək ciddi ağıl qapanmasıdır və elmi mənada ciddi məğlubiyyətdir. Çünki iddianın əksinə, yatağan ilanlarındakı bu sümüklər quyruğa yaxın hissədə yerləşən kiçik pəncəyə oxşayan strukturlardır. Bunlar yatağan ilanı tərəfindən cütləşmək üçün və digər erkək yatağan ilanlarına qarşı özünü müdafiə etmək üçün istifadə edilən pəncəyə bənzəyən çıxıntılardır. Qətiyyən ayaqlar kimi bədən ağırlığını daşıya bilən mexaniki funksiyaya malik strukturlar deyil. Başqa sözlə, yeriməyə əlverişli quruluşları yoxdur.

davamı

« Öncəki SəhifəSonrakı Səhifə »

axtarış