• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Allaha iman edən alimlərdən 50 sitat

1. Klassik fizikanın əsasını qoymuş dahi alim, dinamika və riyazi analiz elmlərinin banisi İsaak Nyuton:

“Günəşin, planetlər və kometlərin bu ən gözəl sistemi ancaq ağıllı bir Varlığın göstərişi və hökmranlığından doğa bilərdi… Bu Varlıq hər şeyə hakimdir, dünyanın ruhu kimi yox, hər şeyin Rəbbi kimi; elə bu hakimiyyətə görədir ki, ona “Hər şeyə qadir Rəbb”, yaxud “Kainatın Hökmranı” deyirik. …Hakim Allah əbədi, əzəli, tamamilə mükəmməl olan Varlıqdır”.1

2. İnsanın gen xəritəsini çıxaran ilk şəxslərdən, “İnsan Genomu Layihəsi”nin aparıcı alimi, amerikalı həkim-genetik Frensis Kollins:

““Hər şey necə başlandı?” sualının tək cavabı – Allahdır”.2

3. Ümumilikdə 300-dən çox patent sahibi, dahi serbiyalı ixtiraçı, elektrik mühəndisi, mexanika mühəndisi, fizik Nikola Tesla:

“Zehni güc vergisi İlahi Varlıq olan Allahdan gəlir və əgər fikrimizi bu həqiqət üzərində cəmləsək, bu böyük güclə ahəng içində olarıq”.3

4. Müasir fizikanın banisi hesab olunan məşhur italiyalı astronom, fizik, mühəndis və riyaziyyatçı Qalileo Qaliley:

“Allah Müqəddəs Kitabdakı ifadələrdə olduğu kimi, təbiətin gedişatında da çox gözəl aşkar olunur… Bizə ağıl, düşüncə və dərrakə bəxş edən Allahın bizi bunların istifadəsindən çəkindirdiyinə inana bilmərəm”.4

5. Klassik sahə nəzəriyyəsi, elektronika, elektromaqnit nəzəriyyəsi və elektrokimya elmlərinin atası, məşhur alim Maykl Faradey:

“Mən inanıram ki: “Dünyanın yaradılışından bəri Allahın gözə görünməyən xüsusiyyətləri, yəni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları vasitəsilə üzə çıxır””.5

6. Fiziki astronomiya, fəza mexanikası və müasir optikanın banisi hesab olunan məşhur alman astronomu və riyaziyyatçısı İohann Kepler:

“Mən teoloq olmaq fikrində idim… Lakin indi göstərdiyim bütün səylərdən sonra görürəm ki, astronomiya Allahı necə ucaldır. Axı «göylər Allahın əzəmətini bəyan edir»”.6

7. “Füllerenlərin kəşfinə görə” 1996-cı il kimya üzrə Nobel mükafatı laureatı Riçard Smolli:

“Kainatı təxminən 13,7 milyard il öncə Allah yaratdı və o zamandan bəri zəruriyyət Onu yaratdıqlarının işinə cəlb etdi. Bu kainatdakı məqsəd yalnız Allahın tam şəkildə bildiyi bir şeydir, lakin modern elmə get-gedə daha da aydın olur ki, kainat insanın yaşaması üçün incə əyarlı bir şəkildə, dəqiqliklə yaradılmışdır. Biz nə cürsə Onun məqsədi ilə ciddi şəkildə əlaqəliyik. Bizim vəzifəmiz isə bu məqsədi bacardığımız qədər yaxşı anlamaq, bir-birimizi sevmək və Ona bu vəzifəni yerinə yetirilmiş halda təhvil verməkdir”.7

8. “Rentgen şüaları vasitəsilə kristal quruluşun öyrənilməsi sahəsindəki xidmətlərinə görə” 1915-ci il fizika üzrə Nobel mükafatı laureatı Uilyam Henri Breqq:

“Din insana məqsədini göstərir; elm isə ona nail olmaq gücünü. Bəzən insanlar din və elmin bir-birinə qarşı durması haqda soruşurlar. Bu, doğrudur: necə ki, baş barmağımla əlimdəki digər barmaqlar qarşı-qarşıya durur. Bu, elə bir qarşıdurmadır ki, onun vasitəsilə hər şeyi tutub qavramaq olar”.8

9. “Kosmik mikrodalğa arxa plan şüalanmasının kəşfinə görə” fizika üzrə 1978-ci il Nobel mükafatçısı Arno Penzias:

“Astronomiya bizi kainatın yoxdan yaradılmış olması kimi unikal hadisə ilə qarşılaşdırır. Bu, həyatın mövcudluğu üçün tam lazım olan şərtləri təmin edəcək çox incə müvazinətli bir hadisədir. Hansı ki, bu hadisənin təməlində (“fövqəltəbii” deyə biləcəyimiz) bir plan dayanır”.9

10. “Lazer spektoqrafiyasının inkişafına verdiyi töhfələrə görə” fizika üzrə 1981-ci il Nobel mükafatçısı Artur Şavlov:

“Mənə belə gəlir ki, bir kəs həyatın və kainatın möcüzələri ilə üz-üzə gəldiyi zaman təkcə “necə” sualını deyil, “niyə” sualını da verməlidir. Yeganə mümkün cavab isə dinidir… Mən kainatda və öz şəxsi həyatımda Allaha ehtiyac duyulduğunu görürəm”.10

11. Ehtimal nəzəriyyəsi, hidrostatika və hidrodinamika elmlərinin atası sayılan görkəmli fransız fiziki, riyaziyyatçı və ixtiraçı Blez Paskal:

“Yalnız üç tip insan vardır: 1. Allahı tapanlar və Ona xidmət edənlər; 2. Onu axtarmaqla məşğul olub, hələlik tapa bilməyənlər; 3. Onu nə axtaran, nə də tapanlar – hansı ki, bunlar axtarmağa heç cəhd də etməzlər. İlk tipə daxil olanlar ağıllı və xoşbəxtdirlər. Ortadakılar ağıllıdırlar, amma xoşbəxt deyillər. Sonuncular isə ağılsız və bədbəxtdirlər”.11

12. “Kvant elektronikası sahəsində sonradan mazer-lazer prinsipi üzrə qurulmuş ossilyator və gücləndiricilərin yaranmasına imkan verən əsaslı işlərinə görə” 1964-cü il fizika üzrə Nobel mükafatı laureatı Çarlz H.Taunz:

“Dindar bir insan olaraq bir Yaradıcının varlığını və təsirini güclü şəkildə hiss edirəm… Kosmoloji kəşflər bizə dini baxışların tərənnüm etdiyi Kainatı göstərir. Qanunauyğunluqların mövcudluğu ancaq yaradılışla izah oluna bilər”.12

13. Görkəmli ingilis fiziki, astronom və riyaziyyatçı Ser Ceyms Cins:

“Biz kainatdakı məqsədi və onun icra edilməsinə nəzarət edən Qüvvənin təzahürünü kəşf etdik”.13

14. Oksford Universitetinin riyaziyyat professoru Con Lennoks:

“Ateizm – ümidsiz bir inancdır!”14

15. “Qazların elektrik keçiriciliyinə aid nəzəri və eksperimental tədqiqatlarına görə” 1906-cı il fizika üzrə Nobel mükafatı laureatı, britaniyalı fizik Ser Cozef Tomson:

“Ard-arda zirvələri fəth etdikcə qarşımıza maraq və gözəlliklərlə dolu səmtlər çıxır, lakin biz hədəfimizi görmürük, biz üfüqü görmürük. Qarşıda isə daha hündür zirvələr var, hansı ki, ona yüksələnlərə daha da geniş mənzərələr göstərəcək, hissləri dərinləşdirəcək və elmdəki hər irəliləyişlə vurğulanan həqiqəti – “Rəbbin işləri böyükdür” həqiqətini bizə nümayiş etdirəcək”.15

16. “Konformasiya anlayışının yaradılması və onun kimyada tətbiqinə verdiyi töhfələrə görə” 1969-cu il kimya üzrə Nobel mükafatı laureatı Ser Derek Barton:

“Elmin müşahidə və təcrübələri o qədər mükəmməldir ki, onların təsbit etdiyi həqiqət tamamilə Allahın başqa bir açıq dəlili kimi qəbul edilə bilər. Allah insanlara həqiqəti üzə çıxarmağa izn verməklə özünü büruzə verir”.16

17. Lids Universitetinin termodinamika və yanma nəzəriyyəsi üzrə professoru Endi Makintoş:

“Əgər quşlara və təyyarələrə eyni anda baxsanız, birinin hazırlandığını, digərinin isə hazırlanmadığınımı deyəcəksiniz? Mən bunu elmi baxımdan məntiqsiz sayıram”.17

18. Məşhur italiyalı alim, ictimai xadim, fizik Enriko Medi:

“Kosmosun və zamanın xaricində bütün varlıqların sahibi olan və bütün varlıqları yaradan bir səbəb var. Və bu səbəb Allahdır”.18

19. Məşhur biokimyaçı, “Penisillinin və onun müxtəlif yoluxucu xəstəliklərə müalicəvi təsirinin kəşfinə görə” tibb və fiziologiya üzrə 1945-ci il Nobel mükafatı laureatı Ser Ernst Çeyn:

“Təsadüfi hadisələrlə baş verən mutasiyalar nəticəsində güclülərin inkişafı və sağ qalması postulatlarının heç bir elmi sübutu yoxdur və əldə olan faktlarla ziddiyyət təşkil edir”.19

20. “Nəzəri fizikaya xidmətlərinə, xüsusilə də, fotoelektrik effekt qanununun kəşfinə görə” 1921-ci il fizika üzrə Nobel mükafatı laureatı Albert Eynşteyn:

“İndi din və elm sahələri özlüyündə hər nə qədər bir-birindən ayrı qoyulsa da, yenə də bu ikisi arasında güclü qarşılıqlı münasibətlər və asılılıqlar var. Baxmayaraq ki, hədəfi müəyyən edən tərəf din ola bilər, o, yenə də təyin etdiyi hədəflərə nailiyyətinə hansı vasitələrin imkan yaradacağını geniş mənada elmdən öyrənib. Fəqət elm yalnız o kəslər tərəfindən yaradıla bilər ki, onlar həqiqət və idraka can atmaqla büsbütün aşılanıblar. Hissiyyatın bu mənbəyi isə, hərçənd, din sahəsindən başlanğıc götürür. Buna, həmçinin varlıq aləmi üçün qüvvədə olan qanunauyğunluqların məqsədyönlü, yəni ağılın qavrayacağı formada olma ehtimalına inam da daxildir. Mən bu dərin inamı olmayan həqiqi bir alim təsəvvür edə bilmirəm. Vəziyyət bir təsvirlə ifadə edilə bilər: dinsiz elm topaldır, elmsiz din kordur”.20

21. Tuleyn Universitetinin Riyaziyyat və Fizika fakültəsindən riyazi fizik və kosmoloq Frank C.Tipler:

“20 il əvvəl bir kosmoloq kimi karyerama başladığım zaman ateist idim. Bu gün dindəki təməl iddiaların doğru olduğu və bu iddiaların bizim bu gün bildiyimiz fiziki qanunlar tərəfindən də dəstəkləndiyinə dair kitab yazacağımı ən qorxulu yuxularımda da görə bilməzdim. Məni bu nəticəyə gəlməyə məcbur edən çalışdığım sahə olan fizikadır”.21

22. Hesablama kimyası üzrə məşhur mütəxəssis, Corciya Universitetinin Hesablama Kimyası Mərkəzinin direktoru, hal-hazırda dünya miqyasında məqalələrinə ən çox istinad edilən alimlərdən biri Henri Frits Şefer:

“Məşğul olduğum elmin əhəmiyyəti və həyəcanlı tərəfi bir şey kəşf edib özümə “demək, Allah bunu belə edib” deyə bilməkdir. Mənim hədəfim Allahın planının kiçik bir qismini də olsa, anlaya bilməkdir”.22

23. Kanadalı astrofizik Hyu Ross:

“Zaman səbəb-nəticə hadisələrinin meydana gəldiyi ölçüdür. Zaman yoxdursa, səbəb və nəticə də yoxdur. Əgər zaman və maddə partlayışla birlikdə ortaya çıxmışdırsa, onda kainatı meydana gətirən səbəb kainatdakı zaman və məkandan kənarda, tamamilə müstəqil olmalıdır. Bu, bizə Yaradıcının kainatdakı bütün ölçülərin fövqündə durduğunu göstərir. Eyni zamanda Yaradanın bəzilərinin dediyi kimi, nə kainatın özü, nə də onun içindəki bir güc olmadığına dəlalət edir”.23

24. “Ribonukleaza üzərində apardığı, xüsusilə aminturşu zənciri və bioloji aktiv formalar arasındakı əlaqələrlə bağlı işlərinə görə” 1972-ci il kimya üzrə Nobel mükafatı laureatı Kristian Anfinsen:

“Etiraf etməliyik ki, bütün kainata ilk etapda başlanğıc verən, hüdudsuz uzaqgörənlik və biliyə malik dərkedilməz bir güc, yaxud qüvvə vardır”.24

25. Fizik və mexanik, XIX-XX əsrin aparıcı alimlərindən, termodinamikanın və qazların kinetik nəzəriyyəsinin banilərindən biri Uilyam Tomson (Kelvin):

“Ateizm ideyası o qədər cəfəngdir ki, mən hətta deməyə söz belə tapmıram!”25

26. Bakteriologiya və immunologiya sahələrinin banisi, məşhur fransız mikrobioloq, kimyagər, pasterizənin ixtiraçısı Lui Paster:

“Vaxt gələcək, müasir saydığımız materialist fəlsəfənin səfehliyinə güləcəklər. Nə qədər çox təbiətin öyrənilməsi ilə məşğul oluramsa, bundan daha çox Yaradanın işlərinə heyran oluram. Laboratoriyada işlədiyim zaman dua edirəm”.26

27. “Kvant mexanikasındakı əsaslı tədqiqatlarına, xüsusilə, dalğa funksiyasınını statistik şərhinə görə” 1954-cü il fizika üzrə Nobel mükafatı laureatı Maks Born:

“Alimlərin əksəriyyəti Allaha inanır. Elmə yiyələnməyin, guya, insanı ateizmə yönəltdiyini söyləyən insanlara sadəcə gülürəm!”27

28. “Enerji kvantlarının kəşfi ilə fizikadakı irəliləyişlərə göstərdiyi xidmətə görə” 1918-ci il fizika üzrə Nobel mükafatı laureatı Maks Plank:

“Bütün dövrlərin böyük mütəfəkkirləri hesab olunan Kepler, Nyuton, Leybnitsin dərin imana sahib olmaları tarixi fakt kimi elm və dinin bir-birindən ayrı olmadığına dair ən təkzibedilməz dəlildir!”28

29. Arizona Ştatı Universitetinin professoru, nəzəri fizik, kosmoloq və astronom prof. Pol Devis:

“Çox kiçik rəqəm dəyişikliklərinə həssas olan kainatın indiki quruluşunun çox diqqətli şüur tərəfindən meydana gətirildiyinə qarşı çıxmaq çətindir… Təbiətin ən əsas müvazinətlərindəki həssas rəqəm tarazlıqları kosmik dizaynın varlığını qəbul etmək üçün olduqca güclü dəlildir”.29

30. “Atom nəzəriyyəsinin yeni səmərəli formalarının tərtibinə görə” 1933-cü il fizika üzrə Nobel mükafatı laureatı Pol Dirak:

“Vəziyyət bu cür də ifadə edilə bilər: Allah çox üstün səviyyəli riyaziyyatçıdır və O, kainatı yaradarkən çox ali dərəcəli riyaziyyatdan istifadə etmişdir”.30

31. “Elektrikin elementar yükü və fotoelektrik effekt üzərindəki tədqiqatlarına görə” 1923-cü il fizika üzrə Nobel mükafatı laureatı Robert E.Milliken:

“Din ruhuyla idarə edilən elm bəşəriyyətin inkişafının və xoşbəxtliyinin açarıdır”.31

32. “Lazer işığının köməyilə atomların soyudulması və tutulması üsullarının kəşfinə görə” 1997-ci il fizika üzrə Nobel mükafatı laureatı Uilyam Fillips:

“Allaha niyə inanıram? Bir fizik kimi mən təbiətə xüsusi bir perspektivdən baxıram. Nizamlı və gözəl bir kainat görürəm, hansı ki, az qala bütün qeyri-adi hadisələrini bir neçə sadə riyazi tənliklə başa düşmək olur. Elə bir kainat görürəm ki, azacıq fərqli yaradılmış olsaydı, heç vaxt ulduz və planetlərin yaranmasına rəvac verməz, bircə bakteriya və insanların da olmasına izn verməzdi”.32

33. “Femtosaniyə spektroskopiyasından istifadə etməklə kimyəvi reaksiyaların keçid halları üzərindəki tədqiqatlarına görə” 1999-cu il kimya üzrə Nobel mükafatı laureatı Əhməd Həsən Zevayl:

“Müsəlman aləmində elmin və təhsilin daha çox prioritetə çevrilməsi vacibdir. Müsəlman aləmi gözəl keçmişə sahib olub və bu keçmişi elm və təhsillə bərpa etmək mümkündür”.33

34. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, Günəş fizikası üzrə mütəxəssis, prof. Namiq Cəlilov:

“Mən gənc vaxtlarımda Allahın varlığına inanmırdım. Lakin astrofizika elmində dərinə getdikcə, yaradıcının olmasına dair inam güclənir. Əvvəllər çoxumuz ateist idik. Hər şey dəyişir… Yaradıcı qüvvənin mövcudluğuna inam hissi insanı axtarışa sövq edir, o bu qüvvənin təzahürlərini başa düşməyə çalışır. Bu, elmdə belədir”.34

35. Amerikalı neyrocərrah Maykl Eqnor:

“Neyrocərrahiyyədə – beynin müxtəlif payları üzərində işləyərkən təsadüfi başlanğıca (təkamül təliminə) əsaslanaraq öyrənəcəyimiz heç nə yoxdur”.35

36. Amerikalı nəzəri fizik, kvant fizikası üzrə mütəxəssis Fred Alan Volf:

“Kvant fizikası nöqteyi-nəzərindən müşahidəçinin nə etdiyini bilirik, lakin bu müşahidəçinin kim və ya nə olduğunu bilmirik. Bu o demək deyil ki, biz cavab axtarmamışıq. Biz aramışıq. “Müşahidəçi”ni tapmaq üçün sənin başının içinə girmişik, beynindəki hər şırımın daxilinə enmişik, lakin evdə heç kəs yox idi. Beynin içində heç kəs yoxdur. Beyin qabığında heç kəs yoxdur. Beynin subkortikal və limbik paylarında heç kəs yoxdur. Orada “müşahidəçi” deyəcəyimiz heç bir kəs yoxdur. Bununla belə, hamımızın müşahidəçi deyə bir şey olduğuna dair qənaətimiz var – o, xaricdəki dünyanı seyr edir”.36

37. “Elementar zərrəciklər arasında vahid zəif və elektromaqnit qarşılıqlı təsir nəzəriyyəsinə verdiyi töhfələrə və digərlərilə birlikdə, zəif neytral cərəyan haqqında da öncədən xəbər verməsinə görə” 1979-cu il fizika üzrə Nobel mükafatı laureatı Əbdus Salam:

“Müqəddəs Quran bizə Allahın yaratdığı təbiət qanunları ilə bağlı həqiqətləri açıqlamağımızı əmr edir. Bununla yanaşı, bizim nəsil Onun yaratmasını görməklə seçkin qılınmışdır. Bu böyük mükafat və şərəfdir ki, buna görə mən təvazökar bir qəlblə təşəkkürlərimi bildirirəm”.37

38. Amerikalı akademik, riyaziyyatçı və bir çox elmi əsərin müəllifi dr. Devid Berlinski:

“Darvin nəzəriyyəsinin doğru olub-olmadığını soruşmamışdan qabaq ilkin bir sual qoyulmalıdır: “Bu nəzəriyyə lazımınca aydındırmı ki, doğru da olsun?” Bu, çox fərqli sualdır. Darvinin nəzəriyyəsi haqda mənim başlıca doktrinalarımdan biri budur ki, bu nəzəriyyədə aləm bir-birinə qarışıb. Bu, tüstüylə dolu otağın içinə baxmaq kimidir. Nəzəriyyədəki heç nə dəqiqliklə, aydın şəkildə, ehtiyatla müəyyənləşdirilməyib və aydınlaşdırılmayıb. Riyazi fizikadan gözlədiyimiz bütün ciddilik bu nəzəriyyədə əskikdir. Riyaziyyatdan gözlənilən ciddilik də riyazi fizikada yoxdur. Yəni biz qavranılma dərəcəsinə görə tədrici bir pilləkəndən bəhs edirik. Ən aşağıda isə, təkamül biologiyası durur”.38

39. Ümumilikdə 300-dən çox patent sahibi, dahi serbiyalı ixtiraçı, elektrik mühəndisi, mexanika mühəndisi, fizik Nikola Tesla:

“Sülh ancaq dünya miqyasında aydınlanmanın və irqlərin qaynayıb-qarışmasının təbii bir nəticəsi kimi bərqərar ola bilər. Axı biz hələ də bu fərəhli gerçəklikdən çox uzağıq. Çünki çox az insan həqiqəti – Allahın insanı Öz surətində yaratdığını – qəbul edəcəkdir ki, bu da dünyada yaşayan hər kəsin eyni olduğunu göstərir. Yalnız bir irq və onun müxtəlif rəngləri mövcuddur”.39

40. “Kvant elektronikası sahəsində sonradan mazer-lazer prinsipi üzrə qurulmuş ossilyator və gücləndiricilərin yaranmasına imkan verən əsaslı işlərinə görə” 1964-cü il fizika üzrə Nobel mükafatı laureatı Çarlz H.Taunz:

“Elm kainatın quruluşunu öyrənməyə cəhd edir, din isə onun məqsədini. Elmi və dini ayırmaq olmaz!”40

41. Ehtimal nəzəriyyəsi, hidrostatika və hidrodinamika elmlərinin atası sayılan görkəmli fransız fiziki, riyaziyyatçı və ixtiraçı Blez Paskal:

“İnancına inanmaq istəyənlərə kifayət qədər işıq, sevməyib kor olanlar üçün isə kifayət qədər qaranlıq vardır”.41

42. Bakteriologiya və immunologiya sahələrinin banisi, məşhur fransız mikrobioloq, kimyagər, pasterizənin ixtiraçısı Lui Paster:

“Ən adi təcrübənin vurduğu öldürücü zərbədən sonra öz-özünə yaranma nəzəriyyəsi heç vaxt dirçələ bilməyəcək…”42

43. Klassik fizikanın əsası qoymuş dahi alim, dinamika və riyazi analiz elmlərinin banisi İsaak Nyuton:

“Digər sübutları kənara qoysaq, beş barmaq belə mənim Allahın varlığına inanmağım üçün kifayətdir”.43

44. “Elementar zərrəciklər arasında vahid zəif və elektromaqnit qarşılıqlı təsir nəzəriyyəsinə verdiyi töhfələrə və digərlərilə birlikdə, zəif neytral cərəyan haqqında da öncədən xəbər verməsinə görə” 1979-cu il fizika üzrə Nobel mükafatı laureatı Əbdus Salam:

“Fizika bütün bəşəriyyətin ortaq mirasıdır. Şərq və Qərb, Şimal və Cənub bərabər olaraq onda iştirak etmişdir. İslamın müqəddəs kitabında Allah belə buyurur: “Sən Rəhmanın yaratdığında heç bir intizamsızlıq görməzsən. Bir başını qaldırıb diqqət yetir, heç onda bir qüsur görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir” (Mülk:3-4). Nəticə olaraq, bu, bütün fizikçilərin inancıdır; araşdırmalarımız dərinləşdikcə, heyranlıq və həyəcanımız artır, gözlərimiz daha çox qamaşır”.44

45. “Elektrikin elementar yükü və fotoelektrik effekt üzərindəki tədqiqatlarına görə” 1923-cü il fizika üzrə Nobel mükafatı laureatı Robert E.Milliken:

““Ateizm” o qədər elmdən kənardır ki, “elmin ruhuna bundan daha da zidd olan” başqa bir anlayış təsəvvür etmək olmur!”45

46. Görkəmli ingilis fiziki, astronom və riyaziyyatçı Ser Ceyms Cins:

“Kainatın elmi cəhətdən tədqiq edilməsinin nəticəsini bir ifadə ilə belə ümumiləşdirmək olar: kainatı sonsuz biliyə sahib olan bir varlıq layihələndirmişdir”.46

47. Arizona Ştatı Universitetinin professoru, nəzəri fizik, kosmoloq və astronom prof. Pol Devis:

“Əgər təbiətin dərinliklərində baş verən hadisələrin kompleksliyi dünyanın ən ağıllı beyinləri tərəfindən belə çətinliklə aydınlaşırsa, bu işlərin yalnız qəza, bir kor təsadüf əsəri olduğunu necə düşünə bilərik?”47

48. “Enerji kvantlarının kəşfi ilə fizikadakı irəliləyişlərə göstərdiyi xidmətə görə” 1918-ci il fizika üzrə Nobel mükafatı laureatı Maks Plank:

“Biri digərini tamamladığı üçün din və elm arasında hər hansı bir ziddiyyətin olması mümkün deyildir”.48

49. “Konformasiya anlayışının yaradılması və onun kimyada tətbiqinə verdiyi töhfələrə görə” 1969-cu il kimya üzrə Nobel mükafatı laureatı Ser Derek Barton:

“Allah həqiqətdir. Elm və din arasında heç bir uyğunsuzluq yoxdur. İkisi də eyni həqiqəti axtarmaqdadır. Elm göstərir ki, Allah var!”49

50. “Elektrikin elementar yükü və fotoelektrik effekt üzərindəki tədqiqatlarına görə” 1923-cü il fizika üzrə Nobel mükafatı laureatı Robert E.Milliken:

“Hər bir düşünən insan Allaha inanır. Təəssüf ki, bir çox alimlər təkamül fikrini sübut etmək istəyirlər, amma əslində, bunu heç bir alim edə bilməz”.50

 

 

 

 

İqtibaslar:

  1. Isaac Newton, “Mathematical Principles of Natural Philosophy” – “General Scholium”, 1687
  2. “Time” jurnalı, “God vs. Science”, David Van Biema, Sunday, Nov. 05, 2006
  3. Nikola Tesla, “My Inventions: The Autobiography of Nikola Tesla”, 1919; “The Strange Life of Nikola Tesla”, Kolmogorov-Smirnov Publishing, 1995, səh.26
  4. Q. Qaliley, “Böyük Hersoqinya Kristinaya məktub”, 1615
  5. M. Faradey, “Zehni təlim” mühazirəsi, 1854; Bence Jones, The Life and Letters of Faraday, Volume 1, p. 338
  6. Johannes Kepler, quoted in: Tiner, J. H., Johannes Kepler-Giant of Faith and Science, Mott Media, Milford, Michigan (USA), p. 197, 1977
  7. REMARKS BY RICHARD SMALLEY AT 2005 ALUMNI BANQUET, http://www.hope.edu/news/2005/10/29/remarks-by-richard-smalley-at-alumni-banquet.html
  8. Bragg, “The world of sound”, səh. 196
  9. Henry Margenau, Roy Abraham Varghese, “Cosmos, Bios, Theos: Scientists Reflect on Science, God, and the Origins of the Universe, Life, and Homo sapiens”, Open Court Publishing Company, Illinois, May 1992, p. 83
  10. H. Margenau, R. A. Varghese, “Cosmos, Bios, Theos: Scientists Reflect on Science, God, and the Origins of the Universe, Life, and Homo sapiens”, Open Court Pub. Co., La Salle, IL, 1992
  11. Blez Paskal, “Düşüncələr” fəlsəfi fikirlər traktatı; Blaise Pascal, Pensées, Section IV: Of The Means of Belief, 1660
  12. Newsweek, “Science finds God”, Sharon Begley, 27 iyul 1998, s. 47
  13. Sir James Jeans, Rede Lecture at Cambridge, The Times, London, 5 November 1930
  14. John Lennox, Gunning for God: Why the New Atheists Are Missing the Target, Lion Books, 2011, p. 136
  15. J.J. Thomson, 27 August 1909, Science, vol. 30, no. 765, p. 279; Address of the President of the British Association for the Advancement of Science
  16. Henry Margenau, Roy Abraham Varghese, “Cosmos, Bios, Theos: Scientists Reflect on Science, God, and the Origins of the Universe, Life, and Homo sapiens”, Open Court Publishing Company, Illinois, May 1992, p. 145
  17. “Flying High”, Interview with Dr Andy McIntosh by Chris Field, March 1, 1998
  18. International Cathechetical Congress of Rome, 20-25/09/1971, Roma, Stadium
  19. Sir Ernst Chain, “Social Responsibility and the Scientist in Modern Western Society,” Perspectives in Biology and Medicine, Spring 1971, vol.14, no.3, p.367
  20. Albert Einstein in “Science, Philosophy, and Religion: A Symposium” (part 3), published by the Conference on Science, Philosophy and Religion in Their Relation to the Democratic Way of Life, Inc., New York (1941); later published in “Out of My Later Years” (1950)
  21. Frank J. Tipler, “The Physics of Immortality: Modern Cosmology, God and the Resurrection of the Dead”.
  22. Sheler, J.L. and J.M. Schrof, “The Creation”, U.S. News & World Report (December 23, 1991):56-64
  23. Hugh Ross, “The Creator and the Cosmos: How the Greatest Scientific Discoveries of the Century Reveal God”, Colorado: NavPress, revised edition, 1995, p. 76
  24. Henry Margenau, Roy Abraham Varghese, “Cosmos, Bios, Theos: Scientists Reflect on Science, God, and the Origins of the Universe, Life, and Homo sapiens”, Open Court Publishing Company, Illinois, May 1992
  25. Speech given by William Kelvin after the Victoria Institute Annual Address of 1899, “On the Perception of Colour”, given by Sir G. Gabriel Stokes, Printed in the Journal of the Transactions of the Victoria Institute, vol. XXXI, 1899, p. 266
  26. The Literary Digest Magazine, 18 October 1902
  27. Frederick E. Trinklein, “The God of Science”, paperback, 1983, p. 64
  28. Max Planck, Vorträge und Erinnerungen, Wissenschaftliche Buchgesellschaft, 1949
  29. Paul Davies, “God and the New Physics”, New York: Simon & Schuster, p. 189
  30. Paul Dirac, “The Evolution of the Physicist’s Picture of Nature”, Scientific American, 208, no. 5, May 1963, p. 53
  31. Robert H. Kargon, “The rise of Robert Millikan: Portrait of a life in American science”, 1982, p. 147
  32. The John Templeton Foundation’s “Big Questions” project, Conversation, May 15, 2008, Wohlstetter Conference Center, Washington; Question: Does science make belief in God obsolete?, William D. Phillips: Absolutely not!
  33. Əhməd Zevaylın Bakıda keçirilmiş İkinci Beynəlxalq Humanitar Forumundakı çıxışından, Oktyabr 2012
  34. Namiq Cəlilovun modern.az saytına verdiyi müsahibə, 4 avqust 2016, müsahib: Aqşin Kərimov.
  35. Michael Egnor in Ben Stein’s documentary: “Expelled: No Intelligence Allowed” (2008)
  36. F.A. Wolf in “What the Bleep Do We Know!?” (2004)
  37. Nobel mükafatının rəsmi saytı – www.nobelprize.org. The biography was written by Miriam Lewis, now at IAEA, Vienna, who was at one time on the staff of ICTP (International Centre for Theoretical Physics, Trieste).
  38. David Berlinski in Ben Stein’s documentary: “Expelled: No Intelligence Allowed” (2008)
  39. Nikola Tesla, “My Inventions: The Autobiography of Nikola Tesla”, 1919; “The Strange Life of Nikola Tesla”, Kolmogorov-Smirnov Publishing, 1995, səh.35
  40. Science, Of Lasers and Prayer, Gregg Easterbook, vol. 277, no. 5328, p. 891, 15 Avqust 1997
  41. Blaise Pascal, Les Pensées, XVIII: Dessein de Dieu de se cacher aux uns, & de se découvrir aux autres, 1670
  42. Sidney Fox, Klaus Dose, “Molecular Evolution and The Origin of Life”, New York: Marcel Dekker, 1977, p. 2
  43. Human Nature: An Interdisciplinary Biosocial Perspective, vol. 1, issues 7-12 (1978), p. 47
  44. Abdus Salam’s speech at the Nobel Banquet, December 10, 1979, http://www.nobelprize.org/nobel_prizes/physics/laureates/1979/salam-speech.html
  45. Millikan, R., “Evolution in Science and Religion”, Yale University Press, New Haven CT, 1927, p. 88
  46. Sir James Jeans, The Mysterious Universe, New York: Macmillan Co., 1932/ Cambridge, England: University Press, 1932, p. 140
  47. Prof. Paul Davies, “Superforce”, New York: Simon and Schuster, 1984, p. 243
  48. Max Planck, “Where is Science Going?”, 1977 reprint, p. 168
  49. Henry Margenau, Roy Abraham Varghese, “Cosmos, Bios, Theos: Scientists Reflect on Science, God, and the Origins of the Universe, Life, and Homo sapiens”, Open Court Publishing Company, Illinois, May 1992, p. 144
  50. Millikan, R., Robert Millikan’s address to the American Chemical Society Meeting, The Commentator, June 1937

Şərh üçün bağlıdır.

axtarış