• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Böyük materialist hekayə

Bu məqalə məşhur amerikalı yaradılışçı alim, mikrobioloq Conatan Uellsin 2017-ci ildə nəşr olunan “Zombi elm: təkamülün daha çox ikonası” adlı kitabından tərcümə olunmuşdur.

_________________________

Darvinin təbii seçmə ilə təkamül nəzəriyyəsi həyatın yaranmasından sonra necə müxtəlifləşməsi haqqında bir materialist hekayədir, ancaq Darvin bilirdi ki, onun təkamül hekayəsi həyatın mənşəyinə dair materialist izahat olmadan yarımçıq qalacaq. O, ümid edirdi ki, qədim Yer üzündəki hansısa “ilıq, balaca gölməçə”də belə bir mənşənin mümkünlüyü göstərilə bilər. Bəs həyatın mənşəyi materialistcəsinə izah oluna bilmirsə necə? Bu, yeni ­­­­–maddi olmayan– informasiya tələb edirsə necə? Həmçinin bu informasiya bir şüur tələb edirsə necə?

2009-cu il tarixli “Hüceyrədəki imza” adlı kitabında elm filosofu Stiven Meyer irəli sürür ki, bioloji molekullardakı kompleks informasiya kimyəvi birləşmələrin öz-özünə bir yerə yığılması kimi məqsədyönümlü olmayan təbii proseslərdən törəyə bilməz. Böyük miqdarda kompleks informasiyanın yeganə məlum olan mənbəyi şüurdur. Ona görə də Meyer bu nəticəyə gəlir ki, həyatın mənşəyi şüurlu dizayn tələb edir.1

Lakin “Elm «Yox» Deyir”, həyat materialistcəsinə yaranmalıdır.

Beləliklə, həyatın mənşəyini araşdıran tədqiqatçılar sübutlardan daha çox böyük materialist hekayəyə əsaslanırlar. Bioloq Cek Şostak hekayəni bu cür nəql edir: “Erkən Yer üzündə fərqli ətraf mühitlərdə baş tutan sadə kimyəvi proseslər getdikcə mürəkkəbləşən kimyəvi birləşmələrə və nəhayət, zəruri bioloji elementar vahidlərin sintezinə başlanğıc verdi. Bir müddətdən sonra bu materialların primitiv hüceyrələr içinə yığılması darvinist təkamül hadisələrinin üzə çıxmasına yol açdı, bunu daha mürəkkəb həyat formalarının tədrici təkamülü müşayiət edərək müasir həyata gətirib çıxardı”.2

Lakin bu hekayə tamamilə fərziyyələrdən ibarətdir. Əgər (gör bu “əgər” necə böyük “əgər”dir) sadə kimyəvi proseslər bioloji elementar vahidlərin sintezinə yol açsa və əgər bu elementar vahidlər primitiv hüceyrələrin içinə yığılsa və s. və i.a. Bu etapların heç biri təcrübi yolla göstərilməyib. Doğrusu, həyatın mənşəyi araşdırmaları heyrətamiz şəkildə uğursuzluqla nəticələnib. Miller-Yuri təcrübəsi həmin çıxılmaz vəziyyətlərdən ancaq biridir.

Rays Universitetinin sintetik üzvi kimyaçısı Ceyms Tur göstərir ki, prebiotik (yəni həyat yaranmamışdan qabaq) kompleks üzvi molekulların sintezi müəmma kimi qalır. Bu cür molekulları başdan sintez etmək istəyən kimyaçı beynində müəyyən hədəflər tutmalı, sonra onlara nail olmaq üçün mümkün gedişləri düşünməlidir. “Müxtəlif gedişlərin daha yaxşı analizi bir sıra arzuolunan cığırlara gətirib çıxarır; bunlar o gedişlərdir ki, laboratoriyada həyata keçirilə bilər”, – Tur 2016-cı ildə belə yazmışdı. Lakin “hədəfə doğru bilavasitə yol tapmaq qat-qat daha mürəkkəbdir. Hər tərəf çıxılmaz dalanlarla doludur” – hətta beynində hədəf tutmuş bacarıqlı kimyaçı üçün də. Ancaq Tur belə davam edir ki: “Təkamüldə hədəflər yoxdur”.3

“Alimlərin prebiotik kimyanın işlərini başa düşdüyünü fikirləşənlər tamamilə yanılırlar”, – Tur belə nəticəyə gəlir. “Onları heç kəs başa düşmür. Bəlkə də, bir gün başa düşəcəyik. Ancaq həmin gün bu gündən çox-çox uzaqdır. Bu, bizə həddən artıq faydalı (və ümidverici) olardı ki, tələbələri düşüncəmizdəki nəhəng boşluqlarla üz-üzə qoyaq”.4

Həmçinin prebiotik sintez ancaq ilk etap olar. Hətta əgər erkən Yer üzündə həyatın kimyəvi elementar vahidlərinin necə formalaşdığını izah edə bilsək də, onların canlı hüceyrənin içində öz-özlərinə necə təşkilatlandığını izah etməyə heç yaxın da düşməyəcəyik.

Fəqət böyük materialist hekayə ağır-ağır irəliləməyə davam edir.

İqtibaslar:

  1. Stephen C. Meyer, Signature in the Cell (New York: HarperCollins, 2009).
  2. Jack W. Szostak, “Attempts to define life do not help to understand the origin of life,” Journal of Biomolecular Structure and Dynamics 29 (2012): 599–600. doi:10.1080/073911012010524998. PMID:22208251.
  3. James Tour, “Animadversions of a synthetic chemist,” Inference 2:2 (May 19, 2016). http://inference-review.com/article/animadversions-of-a-synthetic-chemist.
  4. James Tour, “Animadversions of a synthetic chemist,” Inference 2:2 (May 19, 2016). http://inference-review.com/article/animadversions-of-a-synthetic-chemist.

Şərh üçün bağlıdır.

axtarış