Tag: fərziyyə

Təkamülçülərin “Homo naledi” ssenarisi puç çıxdı

 

Keçən həftələrdə bir çox yerdə Homo naledi adlandırılmış bir fosilin insanın əcdadı olduğunu iddia edən xəbərlərə yer verildi. Çəkilən portretlər, yazılan hekayələr onun yarıinsan-yarımeymun olduğu iddiasını zehinlərə yerləşdirmək məqsədi güdürdü. Bəs insanabənzər kimi qələmə verilən bu fosil əslində nədir, bu iddiaların elmi əsasları varmı?

Bu yazımızda meymun sümüklərinin darvinistlər tərəfdən necə təbliğat alətinə çevrildiyinə bir daha şahid olacağıq.

TƏKAMÜL NAĞILININ SONU GƏLMƏYƏN “ƏCDAD” PROBLEMİ

Homo naledi Cənubi Afrikada, bir mağaranın dərinliklərində tapılmış dağınıq vəziyyətdəki 1550 sümük parçasından seçilərək bir yerə yığılan skeletdir.1 Uşaq və yetkin olmaqla 15 ayrı fərdə aid olduğu düşünülən irili-xırdalı sümüklər anatomik olaraq məntiqi formada düzülməyə cəhd olunmuşdur.

davamı

İrqlərin müxtəlifliyi nə üçün təkamülə dəlil deyil?

Ötən il media gündəmində qalmış qaradərili nigeriyalı qadının ağdərili uşaq dünyaya gətirməsi hadisəsi milyonda bir ehtimal olsa belə, elm tərəfindən çox sadə şəkildə izahını tapır. İngiltərənin Milton-Kins şəhərində Nigeriya əsilli qaradərili bir qadın ilə ağdərili ingilis olan həyat yoldaşın yaşıl gözlü, ağdərili uşaqları dünyaya gəlmişdi.1

Həyat yoldaşı Riçard Hovart ağdərili bir ingilis olmasına baxmayaraq, 32 yaşındakı Katerin Hovartın “tamamilə ağdərili irqdən” bir uşaq  dünyaya gətirməsini mütəxəssislər “milyonda bir ehtimal” adlandırıblar. “Daily Mirror” qəzetinə müsahibə verən cütlük 1 iyunda dünyaya gələn oğulları Conahın “dəri rəngini heç diqqətə almadıqlarını, maraqlandıqları yeganə məsələnin onun sağlam olması” olduğunu söyləyiblər. Təəccüblü ana: “bəzi uşaqların doğumdan sonra dəri rəngi dəyişir, amma Conahda belə bir şey olmadı. Həkimlər mənə resessiv bir gen daşıdığımı, övladımın buna görə ağdərili olduğunu söylədi. Ancaq bütün ailəm Nigeriyadadır və bildiyim qədərilə, nəslimdə bir dənə də olsun ağdərili yoxdur”,- deyib.

davamı

ATV.az saytında dərc olunmuş “İnsan meymundan yaranmayıb – Bəs bu nədir?” başlıqlı xəbərə cavab

ATV.az saytında 28 may 2015-ci il tarixində dərc olunmuş bir məqalədə Efiopiyada yeni tapılmış 3,5-3,3 milyon illik nəsli kəsilmiş bir meymuna aid fosil insanın əcdadı kimi göstərilməyə cəhd olunur. Müxtəlif qalıqların adları çəkilərək  verilən cüzi bir informasiya ilə insanın təkamül keçirdiyi təəssüratı formalaşdırılır. Yazıda Australopithecus deyiremeda latınca adı qoyulmuş sözügedən fosildən belə bəhs edilir:

“İndiyə qədər əldə olunan məlumatları nəzərə alsaq, yeni növ də daxil olmaqla, ilk insanların 4 növü olub. Bunlardan ən məşhuru 2,9-3,8 milyon il əvvəl yaşayan və bir zamanlar insanın birbaşa atası olduğu düşünülən “Australopithecus afarensis” növü idi. Daha sonra Keniyada “Kenyanthropus platyops” adlı növ idi. Çadda isə sonradan “Australopithecus bahrelghazali” adı verilən daha bir növ tapılmışdı”.1

Halbuki yazılanları diqqətlə araşdırsaq adı çəkilən nümunələrin, əslində, insanın təkamül keçirmədiyi yönündə dəlillər olduğunu görərik.

davamı

Təkamülçülərin “Mitoxondrial Həvva” tezisinin yanlışlığı

“MİTOXONDRİAL HƏVVA” İDDİASI NƏDİR?

Dövrümüzdə  populyar elmi terminlərdən təkamülə dırnaqarası elmi don  geydirmək üçün tez-tez istifadə olunur. Bu yöndən, DNT də təkamülçülər üçün bir alətə çevrilmişdir.

DNT nüvədə olması ilə yanaşı, həm də enerji istehsal mərkəzləri olan mitoxondrilərdə də mövcuddur. Nüvədəki DNT ana ilə atadan gələn DNT-lərin birləşməsi nəticəsində meydana gəlirsə, mitoxondridəki DNT-nin qaynağı yalnız anadır. Bu bucaqdan yanaşdıqda, sizin mitoxondrial DNT-niz ananızınki ilə eyni, ananızınkı da nənənizin mitoxondrial  DNT-si ilə eynidir. Bu üsulu izləyərək kökümüz araşdırıla bilər.

davamı

Ara-Keçid Forma İddialarına Cavab -II- Hissə

 

Ara-Keçid Forma İddialarına Cavab -I- Hissə

Ara-Keçid Forma İddialarına Cavab -III- Hissə

 

1. İDA (Darwinius masillae)

2009-cu ildə “insanın təkamülü” nağılına sübut olaraq gündəmə gətirilən bu fosil bütün darvinist nəşriyyatlarda propaqanda alətinə çevrildi. Əslində, Almaniyada tapılan və 47 milyon il yaşı olduğu təxmin edilən fosilin, sadəcə olaraq, nəsli tükənmiş bir lemurdan başqa bir şey olmadığı məlum oldu1. “Nature” jurnalının baş redaktoru, təkamülçü Dr. Henri Ci də bu fosilin keçid forma olaraq qəbul edilməsinin yanıldıcı olacağını ifadə etdi2. Bundan əlavə, 95%-i qorunmuş olan3 canlının iç orqanları da daxil olmaqla, bütün təfərrüatları incələnmiş və növəməxsus bir neçə detal xaric olmaqla, bütün xüsusiyyətlər mükəmməl lemur növünü təmsil etmişdir. Darvinistlər İdanın bükülə bilən baş barmağının olduğunu, bunun digər məməlilərdə olmadığını, amma insanda rast gəlindiyini deyirlər. Halbuki bu gün yaşayan bütün lemurların baş barmaqları bu cürdür. İdanın dırnaqlarının olması da onu insanla qohum etmir, çünki digər primatlarda da dırnaqlar mövcuddur4. İdanın ayaq daraqarxası sümüyünün “insanınkıyla eyni” olduğu da iddia edilir. Halbuki canlının ayaq strukturu insanınkından tamamilə fərqlidir. Ayaqdakı tək sümüyün bənzərliyi götürülüb digər bütün fərqliliklər görməzdən gəlinmişdir. Diş darağının olmaması da bu fosili keçid forma etmir, çünki dişlər meymun dişləri ilə bənzərlik göstərir5.

davamı

Təkamülə alternativ nəzəriyyə

Çarlz Darvin 1859-cu ildə “Növlərin Mənşəyi” kitabını yayımladığı zaman dövrün, demək olar ki, heç bir nüfuzlu alimi kitabdakı fərziyyələri ciddi qəbul etməmişdi. Darvinin təbii seçmə nəzəriyyəsini qəbul etməyən çağdaşları- Riçard Ouen, Qreqor Mendel, Lui Paster kimi daha bir çox məşhur elm adamı xüsusi yaradılışa inanırdılar.

Lakin qısa müddətdə siyasi və ideoloji maraqların himayəyə aldığı təkamül nəzəriyyəsi geniş kütlələrə mənimsədilməyə başlandı. Xüsusilə siyasətə sirayət etmiş “sosial darvinizm” ideologiyası “yaşamaq uğrunda mübarizə”ni, yəni müharibələri təşviq etdiyinə görə, 20-ci əsr diktatura rejimlərinin əlində bayraq olmuşdu. Bu sekulyar, həm də inanca məhəl qoymayan rejimlərin ideoloji əsası da məhz təkamül fərziyyəsi idi.

davamı

Neandertalların keçid forma yox, insan irqi olması ilə bağlı yeni kəşf

Neandertallar (Homo neanderthalensis) bundan 100 min il əvvəl Avropada birdən-birə üzə çıxmış və təxminən 35 min il əvvəl sürətlə və səssiz şəkildə yox olmuş və ya digər irqlərlə qarışaraq assimilyasiyaya uğramış insanlardır. Müasir insandan yeganə fərqi skeletlərinin daha güclü və kəllə sümüyünün ortasının daha hündür olmasıdır.

Neandertallar insan irqidir və bu gün bu həqiqət hər kəs tərəfindən qəbul edilir. Bəzi təkamülçü paleoantropoloqlar bu insanları uzun zaman “ibtidai növ” kimi qəbul edirdi, lakin kəşflər Neandertal insanının bu gün küçədə gəzən hər hansı “cüssəli” bir insandan fərqli olmadığını göstərir.

davamı

Təcridlər (izolyasiyalar) və növləşmə barədəki təkamülçü iddialara cavab

Təkamül nəzəriyyəsinə əsasən, canlılar təsadüflərlə əmələ gəlmiş və yenə təsadüflərlə inkişaf etmişdir. Bundan təqribən 3.8 milyard il əvvəl dünyada heç bir canlı yox ikən əvvəlcə canlı hüceyrələr, sonra çoxhüceyrəli kompleks canlılar əmələ gəlmiş və getdikcə daha mürəkkəb növlər ortaya çıxmışdır. Başqa sözlə, darvinizmə əsasən təbiətdəki bəzi amillər sadə cansız elementlərdən çox kompleks və qüsursuz dizayna malik canlılar meydana gətirmişdir.

Bu iddianı nəzərdən keçirərkən, əvvəla, təbiətdə həqiqətən belə bir gücün olub-olmadığına baxmaq lazımdır. Daha açıq desək, bu cür təkamülü həyata keçirəcək təbii mexanizmlər varmı?

davamı

BBC Azərbaycan saytının “ibtidai insan” və “daş dövrü” xətaları

BBC Azərbaycan saytındakı digər təkamülçü yanlışlıqları buradan oxuya bilərsiz:

BBC Azərbaycan saytının “Primatların kəlləsini yumruqlar formalaşdırıb” başlıqlı yazısına cavab

BBC Azərbaycan saytının “Dinozavrların həlakı: qanunauyğunluq, yoxsa təsadüf?” başlıqlı yazısına cavab

 

BBC Azərbaycan saytının hələ də bəzi məqalələri aldadıcı mahiyyətdədir. 29 iyun 2014-cü il tarixli “Daş dövrünün pəhrizi” adlı məqalədə, əsas etibarilə, insanların süd içərək laktozaya qarşı davamlılıq əldə etdikləri bildirilir. Bundan əlavə, məqalə biri digərilə uyğun gəlməyən, eyni zamanda elmi faktlara əsaslanmayan təxəyyül təəsürratlı başqa ifadələrlə də doludur. Məqalənin içərisindəki əsas mühüm səhvi təqdim edirik:

davamı

BBC Azərbaycan saytının “Dinozavrların həlakı: qanunauyğunluq, yoxsa təsadüf?” başlıqlı yazısına cavab

BBC Azərbaycanca saytı təkamül fərziyyəsini müdafiə edən məqalələrə yer verməklə elmlə heç bir əlaqəsi olmayan fikirləri elmi həqiqət kimi təqdim edir və beləcə bir çox insanın bu yalnışlara inanmasına yol açır. Bu dəfə dərc olunan 4 avqust 2014 tarixli məqalə dinozavrların meteoroid toqquşmasıyla nəslinin kəsilməsi ilə bağlıdır. Lakin, bu doğru olsa da, həmişəki kimi bəzi yerlərə təkamül fərziyyəsini müdafiə xarakterli cümlələr səpələnib. Bunu  məqalənin içərisindən olan sitatla bildirək:

“Dr. Brusatte-ın sözlərinə görə, bu bəlalı (bizim üçün deyil, dinozavrlar üçün) asteroid olmasaydı, dünyada dinozavrlar hökmranlıq edərdi. “Lakin bizə həmin dünyada yer olmayacaqdı, çünki dinozavrlar məməlilərin inkişafına əngəl olacaq və nəticədə insan yaranmayacaqdı”,- Dr. Brusatte açıqlayır. Bu isə başqa bir suala yol açır: dinozavrların özləri necə inkişaf edib? Kim bilir, bəlkə onlar da məməlilərin keçdiyi yolu keçəcək və bizim kimi təkmil canlıya çevriləcəkdilər?”1

davamı

« Öncəki SəhifəSonrakı Səhifə »

axtarış