• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Cinsi seçmə barədəki iddialara cavab – çardaq quşu misalında

Erkək çardaq quşu (külbəçi) öz dişisini cəlb etmək üçün yuvasını ətrafdan topladığı parlaq əşyalarla gözqamaşdırıcı formada bəzəyir. Yuvasının dekorasiyasında sınıq şüşə və alüminium folqa qırıqları ilə yanaşı, qoyun sümüyü və siqaret qutusu üzlüyündən də istifadə edən quş bunları daima “simmetrik nizamla” yerləşdirir. Bu yolla daha gözəl yuva qurmağı bacaran quş dişini yuvasına cəlb edir, beləliklə, cütləşib öz nəslini davam etdirir.

Darvin çardaq quşundakı kimi cütləşmə davranışlarından təbii seçmə yox, “cinsi seçmə” (seksual seleksiya) anlayışı çərçivəsində bəhs etmişdir.

Cinsi seçmə cinsiyyət yoluyla çoxalan canlıların bir cinsində, xüsusilə də, erkəklərdə daha çox cütləşib daha çox nəslə sahib olmağı təmin edən fiziki xüsusiyyətlərin digər cins tərəfindən seçilməsini ifadə edir. Darvin “Növlərin mənşəyi” adlı kitabında cinsi seçmə ilə əlaqədar bu fərziyyəni irəli sürmüşdür:

“… Dişi quşların öz gözəllik standartlarına əsasən, ən xoş səsli və gözəl görkəmli erkək quşları minlərlə nəsil boyu seçməsi nəticəsində nəzərə çarpan bir təsir yaradacağından şübhə duymaq üçün heç bir səbəb görmürəm”.1

Darvinə görə, daha gözəl və diqqət çəkən xüsusiyyətlərə malik quşlar nəsillər ərzində seçilərək axırda fərqli xüsusiyyətlər qazana və ya başqa bir növə çevrilə biləcəklər. Bu fikirlərinin əleyhində “heç bir yaxşı səbəb” görməyən Darvin on iki il sonra yayımladığı “İnsanın əmələ gəlməsi” adlı kitabında; quşlardan meymunlara doğru gedən sxemdə yerləşən canlı növlərində erkəklərdə olduğu halda, dişilərdə olmayan göz qamaşdıran fiziki quruluşla əlaqədar bir iddia ortaya qoydu. Darvinin iddiasına əsasən, erkəklərə məxsus estetik formalar (tovuzquşularda erkəklərdə olub dişilərdə olmayan quyruq lələkləri kimi) dişilərin nəsillər boyunca etdiyi seçim nəticəsində əmələ gəlmiş ola bilərdi.

Ancaq Darvin yanılırdı. Onun dövründə lazımi elmi tədqiqat imkanları olmadığına görə, bu fərziyyənin nə dərəcədə yanlış olduğunun dərk edilməsi üçün aradan bir müddət keçməli idi. Elmdə gedən irəliləyişlər Darvinin görmədiyi səbəbin mövcud olduğunu, daha da əhəmiyyətlisi, bu səbəbin təkamül nəzəriyyəsi üçün mühüm çıxılmaz vəziyyət olduğunu üzə çıxartdı.

Bu çıxılmaz vəziyyəti müxtəsər şəkildə belə izah edə bilərik: genetika prinsiplərinə əsasən, növləri təyin edən genetik məlumatlar gen hovuzları daxilində sabitdir. Bu genetik məlumatlar cütləşmə yoluyla nə cür kombinasiyalar yaratsa da, əmələ gələn variasiyalar qətiyyən növün xarakteristik xüsusiyyətləri xaricində hansısa xüsusiyyət qazanmır. Beləliklə, dişilərin seçimi nəsildən-nəslə saxlanılan genetik xüsusiyyətlərə təsir göstərmir. Bu səbəbdən erkəklərə əvvəlcədən malik olmadıqları xüsusiyyətlər qazandıra bilməz.

Misal üçün, müəyyən bir irqə məxsus bütün qadınlar bundan etibarən hündürboy kişilərlə evlənmək üçün qərar qəbul etsələr və bunu nəsillər boyu davam etdirsələr, həmin irqə mənsub kişilərin orta hündürlüyü bir müddət uzandıqdan sonra müəyyən həddə çatıb dayanacaqdır. Analoji olaraq, hər hansı erkək quş dişisinin seçimləri nəticəsində ancaq öz növünün gen hovuzundakı variasiyalar qədərincə morfoloji (quruluşca) dəyişiklik göstərir. Lələkləri müəyyən ölçüdə uzanıb-qısala və ya gen hovuzunda mövcud rənglərə sahib ola bilər. Lakin yeni bioloji quruluşlar meydana çıxmaz – yəni “təkamül” baş verməz.

Darvinist cinsi seçmə nəzəriyyəsinin süqutu

Genetika prinsipləri bir tərəfə, təbiətdə aparılan müşahidələr cinsi seçmə nəzəriyyəsini bilavasitə qüvvədən salır. Təbiətdə çox sayda canlı növünün cütləşmə davranışlarını araşdıran bioloqlar cinsi seçmədə darvinist nöqteyi-nəzərin “heç bir aydınlaşdırıcı cəhətinin qalmaması”nı xüsusi vurğulayırlar. Dünyanın müxtəlif bölgələrindən alimlər çox fərqli növlərlə əlaqədar –və cinsi seçmə nəzəriyyəsinə tamamilə zidd– hallardan xəbər verirlər. Bu nümunələr o qədər çoxdur ki, bu sahənin mütəxəssisi olan tədqiqatçıların cinsi seçmə nəzəriyyəsinin dəyərini tamamilə itirməsinə dair, demək olar, şübhələri qalmayıb. Nəzəriyyə əleyhindəki bütün bu müşahidə və fikirlər alimləri bir yerə cəmləyən yığıncaqlarda da müzakirə edilir.

Bu fikirlərin yekdilliklə dilə gətirildiyi ən əhəmiyyətli sessiyalardan biri Amerika Elmi Tərəqqi Birliyinin 2003-cü il iclası oldu. İclas müddətində cinsi seçmə nəzəriyyəsi ilə əlaqədar simpozium təşkil edən Stanford Universiteti (ABŞ) bioloqu olan Coan Rafqarden (Joan Roughgarden) mövzunu qısa və konkret şəkildə yekunlaşdırdı:

“Darvinist cinsi seçməni təkzib edən külli miqdarda müşahidə xarakterli dəlil mövcuddur… İstisna vəziyyətlər o qədər çox saydadır ki, “izahata ehtiyac var” deyə ucadan bağırır… Darvinin cinsi seçmə nəzəriyyəsinin konteksti tamamilə itib gedir… Yəni Darvin başlıca təkliflərində yanılıb, ancaq daha əhəmiyyətlisi budur ki, (cinsi seçmə nəzəriyyəsi) hələ bir yanaşma olaraq belə qənaətbəxş deyil”.2

17 fevral, 2003-cü il günü baş tutan simpoziumda çıxış edən Letbric Universiteti (Kanada) psixoloq və nevroloqu Pol Veysi (Paul Vasey) isə bu mövzuya belə şərh vermişdir:

“Cinsi davranışlarla əlaqədar ənənəvi təkamül nəzəriyyələri olub-keçənləri izah etməkdə qeyri-kafi və kasaddır”.2

Cinsi seçmənin həqiqi mənşəyi

Darvin cinsi seçməni “təkamül mexanizmi” kimi şərh edərək yanılıb. Amma cinsi seçmə var və heyvanlar aləmində olduqca geniş yayılmış hadisədir. Müxtəlif canlılar cinsi seçmə apararaq həddən artıq səmərəli davranışlar nümayiş etdirirlər. Misal üçün:

––––––––––––––––––––––––––

––––––––––––––––––––––––––

Yuxarıdakı şəkillərdən birincisində böyürtkənə oxşar, rəngli şirə ehtiva edən bir meyvəni çeynəyən bənövşəyi çardaq quşu görünür. Yanındakı şəkildə eyni quşun çeynədiyi meyvələrdən əldə etdiyi şirəni “boyaq” kimi istifadə etməsi və bunu dişisinin diqqətini cəlb etmək üçün bəzədiyi çardağına sürtməsi görünür.

Aşağıdakı şəkillərdən birincisində bu dəfə qızılı çardaq quşunun budaqdan təzəcə dərdiyi səhləb çiçəyini ağzında daşıdığı, yanındakı şəkildə isə bu ağ səhləbi dişisinin diqqətini cəlb etmək üçün bəzədiyi yuvasına yerləşdirdiyi görünür.

–––––––––––––––––––––––––––

––––––––––––––––––––––––––

Yaxşı, bəs bu davranışlar “ilk dəfə” necə yaranmış ola bilər? Çardaq quşunda bu qabiliyyət anadangəlmə vardırmı, yoxsa öyrənmə yoluylamı bu davranışları göstərməyə başlayır? Bu cür quşlar bu davranışı (təkamül nəzəriyyəsində iddia edildiyi kimi) tədricənmi qazanmışdır, yoxsa bu davranış quşlarla yanaşı həmişə mövcud olub? Aparılan tədqiqat və müşahidələr quşların seçici davranışlarının kor təsadüflərin yox, əksinə, şüurlu planın əsəri olduğunu ortaya qoyur. Bu qüsursuz planın sahibi isə Uca Allahdır.

Bu quşları uzun illər araşdıran Cerald Borcia (Gerald Borgia) yumurtadan çıxdıqdan bəri təcrid edilmiş, tamamilə təcrübəsiz quşların belə çör-çöpü bir yerə yığdığına dair sübutları olduğunu, bu vəziyyətin də quşlardakı həmin davranışın anadangəlmə olmasını göstərdiyini bildirir.3 Bu isə davranışın irsi yolla ötürüldüyünü, yəni genetik məlumata söykəndiyini göstərir. Quşdakı bu davranışların “əvvəlcədən proqramlaşdırılmış” olduğu aydındır. Genlərdəki məlumatlar nukleotidlərdə “yazılmış” olduğuna görə, bu proqramlaşdırmanın da genlərdəki xüsusi bir nukleotid sırasıyla ifadə edilməsi lazım gəlir.

Bu halda, “bu davranışlar necə yaranmışdır?” sualı “bu nukleotid ardıcıllığı necə yarana bilər?” sualına çevrilir. Bu məqamda təkamül nəzəriyyəsinin irəli sürə biləcəyi məntiqli izahat olmadığı üzə çıxır. Çünki nəzəriyyə kortəbii mutasiyalar və təbii seçmə kimi “məqsədsiz” proseslərə əsaslanır. Bu elmdənkənar nəzəriyyəyə əsasən, həmin mexanizmlərlə quşlar başqa bir canlıdan yaranıb, genlərindəki bu məlumatlar da eyni məqsədsiz və şüursuz mexanizmlər tərəfindən təsadüfən yerləşdirilib. Ətbəttə ki, bu, həm məntiq, həm də elmdən kənar iddiadır, həyata keçməsi mümkün deyildir. Bununla yanaşı, quşun davranışlarının da xüsusi bir məqsədə yönümlü, baxdıqda estetika anlayışı tələb edən etinalı iş olduğu aydındır. Bu halda, yenə nəzəriyyənin iddialarına görə, kortəbii mutasiyalar üst-üstə yığılmalıdır ki, quşa bütün bu işlərdə lazımi motivasiya, seçicilik kimi xüsusiyyətləri və lazımi strategiyanı qazandırmış olsun. Ancaq təbii ki, bu da bir xülya olmaqdan o yana keçmir, çünki belə bir şeyin olması qeyri-mümkündür. Bu vəziyyəti belə bir nümunəylə izah edə bilərik:

Bu yazının yaranmasının məqsədsiz və şüursuz təbii hadisələr nəticəsində, məsələn, pişiyin klaviaturanın üstünə çıxıb düymələri kortəbii şəkildə basması ilə əmələ gəlmə ehtimalı yoxdur. Yazını görən bir şəxs, təbii olaraq, bunun ağıl sahibi varlığın səyi nəticəsində meydana gəldiyini başa düşəcəkdir.

Eyni vəziyyət quşun genlərindəki məlumat üçün də qüvvədədir. Burada da “kodlaşmış” “məlumat”dan söz gedir. Özü də, bu məlumat təsadüfə söykənən mutasiyalarla üst-üstə yığılmaq nəticəsində yox, yaradıcı bir ağlın əsəri olaraq bura yerləşdirilmişdir. Müxtəlif canlılardakı məlumatlar bütün canlıların üstün bir ağıl tərəfindən tərtib edildiyini göstərir.

Həmçinin genlərdəki nukleotidlərin kimyəvi quruluşu ilə “motivasiya”, “estetika”, “istək” kimi psixoloji amillər arasında hansısa əlaqə olduğuna dair də sübut yoxdur. Başqa sözlə desək, gələcəkdə nə vaxtsa hansısa bir genin bu davranışa “təsir etdiyi” göstərilsə belə, bu psixoloji amillərin genlərdəki nukleotidlərdən “törədiyini” düşünmək məntiqli olmaz. Çünki nukleotidlər atomlardan təşkil olunan sadə molekullardır və atomlar əmələ gətirdikləri quşun cütləşməli olduğunu “bilə bilməz” və “istəyə bilməz”. Səhləb çiçəyini qarşı cinsi cəzb etmək məqsədilə “bəyənib seçə bilməz”.

Bunlar “məlumat” və “şüur” tələb edən xüsusiyyətlərdir. Bu cür kompleks məlumatların canlıların genlərində, necə olub ki, təsadüfən kodlaşdığını təkamül nəzəriyyəsinin izah etməsi qətiyyən mümkün deyildir. Elmi dəlillər canlı aləmin mənşəyinin kortəbii təkamül deyil, “ağıllı dizayn”, başqa sözlə desək, “Yaradılış” olduğunu göstərir.

  1. http://www.tbi.univie.ac.at/Origin/origin_4.html#xtocid1864527
  2. “Sex and gender scientists explore a revolution in evolution”, 16 fevral 2003, http://www.eurekalert.org/pub_releases/2003-02/su-sag021003.php
  3. “On the Trail of the Bowerbird”, http://www.pbs.org/wgbh/nova/bowerbirds/trail.html

Şərh üçün bağlıdır.

axtarış