• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

PLoS One jurnalına cavab: epigenom, genomun ağıllı idarə edilməsi təsadüfi proseslərlə açıqlana bilməz

PLoS One jurnalında 7 iyun 2016-cı il tarixində dərc olunmuş məqalədə “genlərin aktivləşib-sönməsinin DNT kodlarının fiziki xüsusiyyətləri nəticəsində mutasiyalarla təkamülləşdiyi” iddia edilib. Halbuki nə DNT-nin varlığı, nə də genomun ağıllı idarə edilməsi təsadüfi proseslərlə heç vaxt açıqlana bilməyən dərəcədə kompleksdir. Əksər mərhələləri hələ aydınlaşdırılmamış olan bu idarəetmədəki möhtəşəmlik insan ağlının sərhədlərini keçir.

Nukleosomlar və genlərin susdurulması

DNT hər canlıda hüceyrənin funksiyalarını ehtiva edən biokimyəvi kod sistemidir. Zülalların istehsalı “gen” deyilən DNT sahələrində kodlanmışdır. Lakin təkcə bu kodlaşdırma kifayət etmir. Düyünlü formada gizli saxlanılan hər məlumatın hansı hüceyrələrdə nə zaman açılması dəyişkən şəraitə görə müəyyən edilir. Beləliklə, sifariş edilən zülal lazımi vaxtda, lazımi qədər sintez olunur və əlaqədar gen sonradan yenə düyünlənir. DNT-nin histon zülalları ətrafında qıvrılaraq meydana gətirdiyi quruluşa “nukleosom” deyilir. 8 histon zülalı ətrafında qıvrılmış vəziyyətdəki DNT zəncirinin şifrələri bu formada bağlı saxlanılır.

Orqanizmi təşkil edən hər hüceyrədə, əslində, o bədənin meydana gəlməsinə və mexanizminə aid bütün məlumatlar mövcuddur. Hər hüceyrə özü üçün lazımi genləri aktiv (yəni işlək), digər genləri isə mütləq bağlı (yəni qeyri-işlək) saxlamalıdır. Buna görə də nukleosomların DNT-dəki yeri genlərin idarə edilməsindəki aparıcı faktordur.

Təsadüfün qərəzli şəkildə qəbul edilməsi elmi yanlış istiqamətləndirir

PloS One jurnalında dərc olunan məqalənin mövzusuna dair tədqiqatda isə nukleosomların düzülüşünün, guya, mutasiyalarla əlaqədar təsadüflərlə meydana gəlməsi kimi qərəzli fikirdən qaynaqlanan kompüter modelləri hazırlanmış və yerləri araşdırılmışdır. Tədqiqatın nəticələri darvinist iddiaları dəstəkləyən heç bir tapıntı verməsə də, öncədən təkamül doğru hesab olunduğuna görə “DNT molekullarında, sanki mexaniki bir təkamül baş verdiyi müzakirə olunur” şəklində açıqlama verilir. (Eslami-Mossallam B, Schram RD, Tompitak M, van Noort J, Schiessel H (2016) Multiplexing Genetic and Nucleosome Positioning Codes: A Computational Approach. PLoS ONE 11(6): e0156905)

Bu izahlardakı ziddiyyətlərə cavab verməzdən əvvəl vurğulamaq lazımdır ki, bəhs olunan tədqiqat sadəcə DNT-nin kompüter modeli üzərində əldə olunan statistik nəticələrdən ibarətdir. Canlı hüceyrələrdə baş verən hadisələri yəqin etmək üçün aparılan tədqiqatdır, lakin hüceyrənin daxilində gedən proseslərlə birbaşa əlaqəsi yoxdur, model üzərində aparılır.

Nukleosomun gendəki məlumatdan müstəqil olaraq, sadəcə bəzi mexaniki işarələr yolu ilə DNT üzərində yerləşdiyini iddia etmək, əlbəttə ki, qeyri-mümkündür. Bu iddia “söndürülən genin mahiyyəti tamamilə gözardı edilərək nukleosomun içinə yerləşdiyi” mənasını verir, bu vəziyyət isə hüceyrələr üçün həyati əhəmiyyətə sahib olan genlər söndürüləndə və ya sönməli genlər aktivləşəndə orqanizm üçün ölümcül nəticələrə gətirib çıxarar. Digər məqam isə odur ki, gen dediyimiz DNT sahəsi, yüzlərlə, hətta minlərlə əsasi cütü ehtiva edir. Bir geni meydana gətirən bütün əsasi cütlər aktiv, ya da sönmüş olanda funksional olur. Genin bir qisminin aktiv, ya da sönmüş olması, yenə də, həyati funksiyaların pozulmağı deməkdir. Yəni nukleosom mövqeyindəki bir əsas sürüşməsi belə o genin işini pozacaq. Nəticə olaraq, nukleosom və genin tərkibi bir-birindən müstəqil hərəkət edə bilməz.

Tədqiqatın nəticəsi olaraq nukleosomların DNT zənciri üzərindəki yerinin “altdakı DNT-nin fiziki quruluşuna görə təyin olduğu” iddia edilir. Bu, məntiqlə ziddiyyət təşkil edən deyimdir, ancaq biz yenə də nukleosomların harda olduğuna dair gen üzərində müəyyən işarələr olduğunu fərz edək (belə bir sübut yoxdur və həmin məqalədə də bunun dəlili yoxdur). Unudulmamalıdır ki, orqanizmdəki bütün DNT kodları trilyonlarla hüceyrədə eyni olmasına baxmayaraq, fərqli orqan və toxumalarda aktiv və ya sönmüş vəziyyətdə saxlanılır. Eyni zamanda bir gen hüceyrənin həyatı boyu dəfələrlə aktivləşib-sönə bilir. Çünki genlər hansı hüceyrənin içindədirsə, onun növünə və ehtiyacına uyğun olaraq lazım gələndə aktivləşir, ya da sönür. DNT-nin özündə mövcud olan mexaniki işarələr zamanla dəyişmədiyinə görə ehtiyaca əsasən nukleosomun aktivləşib-sönməsini təmin edən başqa bir faktor olduğu aşkardır. Bunların hamısının idarə edilməsində də mexaniki işarələrdən asılı olmayan üstün bir ağla ehtiyac duyulur.

Hal-hazırda epigenetika elmi bu gen idarəetməsindəki möhtəşəm ağlı araşdırmağa və çoxistiqamətli qərar mexanizmlərini ortaya çıxarmağa çalışır. Ancaq bu, elə də sabit DNT kodlarına qədər sadələşdirilə bilən vəziyyət deyil. Genlər üzərindəki bu həyati vacib nəzarətin zaman içərisində təsadüfi proseslərin əsəri olduğunu, yəni təkamül edərək bugünkü mükəmməl halına çatdığını iddia etmək isə olduqca yanlışdır. Ağıla və məntiqə tamamilə zidd olan bu iddiaları daha yaxşı başa düşmək üçün genlərin niyə və necə idarə edildiyini birlikdə araşdıraq.

Epigenetika: DNT üzərində nəzarət

Əgər bədəndəki bütün hüceyrələr eyni genoma sahibdirlərsə, niyə fərqli görünür, fərqli davranır, niyə fərqli orqan və toxumaları meydana gətirir? Buradakı aparıcı ünsür hüceyrənin nüvəsindəki DNT-nin zülal kodlaşdıran şifrələrinin ardıcıllığı olan genlərin hər hüceyrədə hamısının birdən işləməməsidir. Bu xüsusi nizamlamaya görə, mədəaltı vəzi hüceyrəsi insulin hormonu ifraz etdiyi halda, testesteron ifraz edilmir, cinsiyyət vəzilərində isə insulin və ya tiroid hormonları ifraz edilmir. Çünki genlər yerə və zamana görə istehsal etmək üçün aktivləşir, ya da sönür. Hal-hazırda da elm adamları genləri lazım gələndə aktivləşdirib-söndürən səbəb ya da faktorların nələr olduğunu başa düşmək üçün xeyli səy göstərirlər.

Qüsursuz simfoniya

Hər bir hüceyrəmiz insan genomundakı 22.000 genin hamısını birdən yox, ancaq müəyyən qismlərini işlədir. Genlərdəki kodlar əsasında zülal sintez edir və özünəməxsus vəzifələri olan hüceyrə halına gəlir. Burada genlərin passivləşdirilməsi və ya aktivləşdirilməsindən söhbət gedir. Necə ki, musiqiçilər Bethovenin 5-ci simfoniyasının müəyyən seçilmiş passajlarını vaxtı gələndə ifa edirlərsə, hüceyrə qrupları da harada, nə zaman və nə etdiklərini bilirmiş kimi peşəkarcasına hərəkət edirlər. Burada DNT-nin şüurlu şəkildə oxunması və minlərlə genin söndürülməsi vacibdir.

Məlumat dənizində lazımi məlumatı əldə etmək

DNT 1000 cildlik ensiklopediyadır, amma daha möhtəşəm bir həqiqət də var. DNT-dəki lazımi cildin, uyğun səhifəsinin vaxtında açılması, əlaqəli hissənin tapılması və lazımi sətir və cümlələrin tamamilə qüsursuz oxunmağa başlanması heyrətamiz prosesdir. Lazım olan məlumat bu nəhəng kitabxananın rəflərindən birindədir, amma o xüsusi məlumat bir anda əldə edilə bilir. Bunun həyata keçməsi üçün axtarılan xüsusi məlumatın DNT-nin hansı hissəsində saxlandığı əvvəlcədən bilinməlidir. Burada hər şeyi eyni anda nəzarətdə saxlayan üstün ağıl və şüur olduğu aydındır. Bu ağıl kitabxananın hər hərfini onsuz da çox yaxşı bilir. O məlumata ehtiyac duyulan kimi əlaqədar hissələr hərəkətə keçirilir.

Yoxlamaq və qərar vermək mexanizmi atomlarla izah edilə bilməz

DNT-nin və üzərindəki gen sahələrinin aktiv hala gəlməsində ancaq nukleosom olması yox, xromatin qablaşdırılması, histon dəyişikliyi və DNT metillənməsi kimi faktorlar da rol oynayır. Burdakı bütün ağıllı prosesləri idarə edənin şüursuz molekullar olduğu iddiasını qəbul etmək mümkün deyil.

Epigenoma aid kimyəvi birləşmələr DNT zəncirinin bir hissəsi olmadan DNT-nin üzərinə yapışıb dayanırlar. Məsələn, “metillənmə” hər biri 1 karbon atomu və 3 hidrogen atomundan meydana gələn metil molekullarının DNT-yə ilişməsidir. Metil qrupları bəlli gen sahəsinə yapışanda bu gen susdurulur,bu gen oxunmur və bu gen əsasında zülal sintez edilmir. Beləliklə müəyyən hüceyrələrin içərisində bəlli və vacib zülalların sintezi təmin edilir. Əzələlərimizdən diş çıxmamasının səbəbi budur. Tor qişadakı hüceyrələr işığı elektrik siqnallarına çevirməklə məşğul ikən, eritrositlər yalnız oksigeni digər hüceyrələrə daşıyan hemoqlobin proteinini istehsal edirlər.

Nukleosomlar da genlərin saxlanıldığı paketlərdir və buna görə də oxunmalarına maneə var. Ancaq nukleosomların da özünə xas bir qərar mərkəzi olduğunu iddia etmək ağılaziddir. Bu molekulların beyini yoxdur, eşitmir və görmürlər. Darvinistlərin təxəyyül məhsulu iddialarındakı kimi sınaqla özlərini inkişaf etdirib daha yaxşı hala düşmələri isə qeyri-mümkündür.Bunlar sadəcə darvinist ideologiyanı ayaqüstə saxlamaq üçün uydurulan nağılabənzər xəyali izahlardır.

Yazılmış əmrləri idarə edən Üstün Ağıl

DNT-nin üzərindəki genlər müxtəlif kimyəvi elementlərlə işarələnmişdir. Genlərdə yazılmış əmrlər də bu işarələrə görə açılır, oxunur. Əmrlərin yeri və zamanı gələndə açılıb oxunmağındakı şüuru atomlara reduksiya etməyə çalışanlar boş yerə çırpınırlar. Hüceyrə öz davranışına özü də qərar verə bilməz. Aydındır ki, bu ehtişamlı nizamı Üstün Ağıl sahibi idarə edir.

Bunların hamısı çox yaxşı düşünülməli və araşdırılmalı mövzulardır. Məsələn, bəhs etdiyimiz ağıllı idarəetmənin sahib olduğu şüur hüceyrənin digər DNT hissəsində, yoxsa başqa bir orqanoiddə yerləşdirilibmi? Bu ehtimal qəbul edilsə, bu dəfə də o bölgəni idarə edən ağla ehtiyac olacaq. Nə qədər səbəb göstərilsə belə, bu bir açılmazdüyünə çevriləcək və nəhayət fiziki qanunlara tabe olmayan Üstün Ağılın varlığına duyulan ehtiyac qaçılmaz olacaqdır. Bu da darvinistlərin təsadüfə əsaslanan izahları ilə aciz qaldıqları vəziyyətdir.

Bunu qeyd etmək lazımdır: bildiyimiz kimi elm dəqiq sübutlarla irəliləyir. Bu qanun elmin bütün qollarına aiddir. Riyaziyyat, fizika, kimya kimi elm sahələrində bu qanuna tamamilə riayət edildiyi halda, nədənsəhəyatın ortaya çıxmasını araşdıran biologiya, paleontologiya kimi elm sahələrində bəzi adamlar bu ən təməl qanunu görməzlikdən gəlirlər. Heç bir sübuta söykənməyən iddialar elmi həqiqət kimi təqdim olunur. Yaradılışı açıq-aydın ortaya çıxaran yeni tapıntılara da Darvinist məntiqlə izah verilməyə çalışılır. Əslində, haqqında danışılan məqaləni qələmə alanlar da epigenetik nizamlamanın öz-özünə əmələ gəlmədiyini və möcüzəvi yönünü çox yaxşı bilirlər. Lakin elmdən uzaq ideoloji ön mühakimə qəbul edilərək təkamülü mudafiə etdikərinə görə ənaçıq yaradılış dəlillərini belə dilə gətirmir, hətta bunun elmdənkənar olduğunu idda edərək rədd edirlər. Halbuki belə bir dəlil düşünüb, həqiqəti qavrayıb, Yaradılışı anlamaq və güclü imana sahib olmaq üçün kifayətdir.

Genetika elminin hələ də aydınlaşdırmağa çalışdığı bu ağıllı proses təbii ki, hər şeyi bilən gücün, hər an etdiyi müdaxilə ilə baş verir. DNT-nin üzərindəki bu nəzarət hər şeyi bilən və hər an yaradan Allahın möhtəşəm yaratmasıdır.

Məqalənin hazırlanmasında bu mənbədən istifadə edilmişdir:

NETcevap.org | PLoS One dergisine cevap: Epigenom, Genomun Akıllı Yönetimi Tesadüflerle Açıklanamaz

Mənbələr:

  1. Eslami-Mossallam B, Schram RD, Tompitak M, van Noort J, Schiessel H (2016) Multiplexing Genetic and Nucleosome Positioning Codes: A Computational Approach. PLoS ONE 11(6): e0156905. doi:10.1371/journal.pone.0156905
  2. Kerri Smith, Epigenome: The symphony in your cells, 18 February 2015, Nature News, Nature, doi:10.1038/nature.2015.16955

Şərh üçün bağlıdır.

axtarış