• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

“New York Times”ın süni insan genomu yaratmaq iddiası nə üçün mənasızdır?

14 May 2016-cı ildə  “New York Times” qəzetində “sintetik insan genomu istehsal olunacaq” iddialarına yer verilən bir məqalə dərc edildi. Müəllifi Endryu Pollak olan məqalədə insan xromosomlarındakı bütün DNT-lərin istehsal edilə biləcəyinə dair iddia var idi. Bu cavabımızda bəhs olunan iddianın məntiqsizliyini, elmi dəlillərlə uyğunsuzluğunu və yoxdan DNT istehsal edilə bilinməyəcəyini açıqlayacağıq.

Əslində, məqaləni hazırlayanlar da bu həqiqətlərin fərqində idilər ki, “New York Times”dakı yazıda diqqət çəkən bəzi məqamlar var. Məsələn, layihəni hazırlayanlardan Harvard Tibb fakültəsinin genetika professoru Corc Çörç insan yaratmağa çalışmadıqlarını, lakin hüceyrənin DNT sintezləmək qabiliyyətini inkişaf etdirməyi qarşılarına məqsəd qoyduqlarını bildirirdi. Bununla yanaşı, 3 milyard əsas cütlükdən ibarət olan insan DNT-sini sıfırdan sintez etməyin qeyri-mümkünlüyü hər kəsə məlum olduğuna görə, əvvəlcə “HGP2-insan genomu sintezi layihəsi” (Human Genome Synthesis Project, HGP2) deyə elan edilən layihənin adı daha sonra “HGP-Yazısı: hüceyrələrdə böyük sintetik genomların yoxlanması” (HGP-Write: Testing Large Synthetic Genomes in Cells) olaraq dəyişdirildi. Bütün bu dəyişlikliklərə və açıqlamalara baxmayaraq, məqalədə cümlələrin arasına sərpişdirilmiş ifadələrlə, guya, artıq insan yaradıla biləcəyinə dair təəssürat yaradılmağa çalışılırdı. İndi isə DNT-nin hələ də başa düşməyə çalışdığımız üstün bir yaradılış məhsulu olduğunu və yoxdan bir canlı yaratmağın qeyri-mümkün olduğunu birlikdə araşdıraq.

DNT-nin şifrə sistemini nə qədər tanıyırıq?

Əvvəlcə bunu qeyd etmək lazımdır ki, DNT-dəki məlumat çox böyükdür və DNT insan bədəninin bankı kimidir. Bu mövzudakı araşdırmalar əsasən təxminlərdən ibarət olur və mövcud məlumatı qiymətləndirib araşdırmağa əsaslanır. “New York Times”da toxunulan və hələ başlanmamış bu araşdırma da hal-hazırda planlaşdırılma mərhələsində, yəni müzakirələrlə təkmilləşmə ərəfəsindədir. Araşdırma ilə  bağlı “DNT 2.0” adlı genetika şirkətindən Ceremi Minşal da plandakı bu layihə haqqında belə deyir:

“Nəyi inşa edəcəyimizə dair gümanlarımız nə inşa edə biləcəyimizdən çox geridədir.”1

Bəşəriyyət DNT-ni meydana gətirən 3 milyard şifrədən ibarət bənzərsiz məlumatı hələ tanımaq mərhələsindədir. DNT üzərində aparılan tədqiqatlarda müsbət nəticələr əldə olunur, lakin bunlar kifayət etmir.

Məsələn, bu gün Epigenom tədqiqatları nəticəsində DNT-dəki bəlli qisimlərin müəyyən genlərin aktiv vəziyyətə gətirilməsində rol oynadığı məlum olmuşdur. DNT-nin bütün kodları ilə bütöv olaraq ancaq genlərdən ibarət olmadığı, lakin genləri idarə edən ayrı bir kod sisteminə sahib olduğu başa düşülmüşdür. “Epigenom” adlandırılan bu idarə sistemi sayəsində vaxtı təyin olunmuş funksiyalar üçün müəyyən genlər aktivləşdirilir, ya da söndürülür. Epigenomun olması əvvəlcədən planlanmış və müəyyən olunmuş vəzifələrin hazırlığını açıq-aydın ortaya qoyur. DNT beləcə canlının müxtəlif zamanlarda və şəraitlərdə yaşamağı üçün imkan yaradır. İnsanlarda yetkinlik çağında əmələ gələn cinsiyyət hormonları buna misal ola bilər. “Epigenetika” adı ilə davam edən bu tədqiqatlar xüsusilə mikroorqanizmlər üzərində bu gün hələ də davam edir.

Zülalları kodlaşdıran gen sahələri isə bizim məlumatlarımızın fövqündə kompleks bir yaradılışa işarə edir. Genlərə müdaxilə etməkdən, ya da dəyişdirməkdən istənilən halda söhbət gedə bilməz. Zülalların hər biri işləyən mükəmməl nano-fabriklər kimi qarşımıza çıxır. Molekulyar quruluşdakı bu fabriklərin genlərdə yazılmış planına toxunmaq isə hüceyrə üçün faciə ilə nəticələnər.

Aşağıda ətraflı izah etdiyimiz elmi araşdırmalarda da görünəcək ki, genlərin kodları dəyişdirilmədən ancaq bütöv olaraq əlavə edilib-çıxarılaraq, ya da yerləri dəyişdirilərək əldə olunan nəticələr təcrübədən keçirilir. Yəni xeyir və zərərlər sınaqlarla başa düşülür.

Sözü gedən xəbərdəki iddia isə DNT kodunun başdan daha yaxşısının yazıla biləcəyi ilə əlaqədardır. Belə ki, bu mövzunun məntiqsizliyi vurğulanmalıdır.

Kompüterdə yazılan kodla DNT kodlarını niyə bir tutmaq olmaz?

Kompüter proqramlaşdırılmasındakı kodlaşdırma kimi sıfırdan DNT kodları yazıla bilərmi? Bu sualın dəqiq bir cavabı var: YOX!

Hal-hazırda laboratoriyalarda bir canlının DNT-sinə başqa canlıdan götürülən genləri sadəcə nəql etmək, ya da mövcud DNT-dəki nukleotid cütlərin yerlərini dəyişdirmək gen mühəndisliyi kimi tanınır. Ancaq bu anlayışda hər hansı bir məlumatın yoxdan yazılışı nəzərdə tutulmur.

Bildiyiniz kimi, kompüterin əməliyyat sistemi texniki qurğuların necə işlədiyini yoxlayan riyazi kodlardan təşkil olunur. Bu, 1 və 0-lardan ibarət texniki dildir və elektrik cərəyanı ilə əlaqəli əmrlərə görə dövrələr arasında hərəkət edir. Hüceyrənin içərisində isə DNT var və DNT-də hüceyrənin işini kimyəvi kod sistemi idarə edir. Hansı zülalların hansı şəraitdə nə qədər istehsalına dair məlumat DNT-nin gen adlanan zülal kodlaşdıran hissələrində yazılmışdır. İndiki dövrdə müxtəlif canlılarda genlərin yerini təyin etsək də, bu kəşf hələ də davam edir. Xüsusilə mutasiyalarla zədələnən genlər əskik olanda funksiyaları da dəqiqləşir. Xülasə, bəşəriyyət DNT-də tərif edilən məlumatı hələ öyrənməyə çalışır.

Cari sintetik hüceyrə istehsal etmək cəhdləri genlərin üzünü köçürməkdən ibarətdir

Laboratoriyalarda mikroorqanizmlər üzərində davam edən cari işlərin prinsipi bir canlıdan DNT hissələrinin əldə olunmasına və PCR cihazında surətlərinin çıxarılıb yenidən eyni və ya başqa mikroorqanizm daxilinə köçürülməsinə əsaslanır. Bu metoda görə, genlər sabit qalır, yəni təbiətdəki mövcud və işlək kodların üzü olduğu kimi köçürülür. Lakin sıfırdan yeni DNT kodu yazılmır.

Hal-hazırda bakteriyaların DNT-sinə bəzi genlər əlavə olunaraq onlardan müxtəlif kimyəvi maddələr almaq mümkündür. Bu üsul hələ də bəzi peyvəndlərin istehsalında istifadə olunur.

ABŞ-ın “Exxon” neft şirkəti 600 milyon dollar məbləğində yardım etdiyi Kreyq Venter İnstitutunda bakteriyalarla bioyanacaq istehsalı üzrə tədqiqatları dəstəkləyir. Bu tədqiqatlarda istəyə uyğun kimyəvi maddələrin istehsal olunduğu, DNT-sinin təkrarən təşkil edildiyi minimal bir hüceyrənin hazırlanması hədəflənmişdir. Bu çərçivədə 2010-cu ildə Kreyq Venter əvvəlcə bir mikrobun DNT-sindəki xəstə gen üzərində işlədiyini açıqladı. Bu üsula görə, Venter bir bakteriyanın DNT-sini çıxarıb üzünü köçürdükdən sonra ayrı bakteriyaya yerləşdirdi. Bakteriya bütün zülallarını və orqanoidlərini nəql olunan DNT-dəki təfərrüatlı məlumata görə sintez etdi. Bunun üçün Venter keçilərdə infeksiyaya səbəb olan bakteriyanı (Mycoplasma mycoides) seçmişdir. DNT-ni digər bakteriyaya nəql etməzdən əvvəl xəstəliyə səbəb olan patogen 14 geni kəsib atdı, beləcə hədəfdəki yeni bakteriya zərərsizləşdi.2

Dr. Kreyq Venter aparılan araşdırmanın mahiyyətini ətraflı izah etdi:

“Biz  genom nəqletmə metodunu inkişaf etdirdik, bu, M. mycoides genomunu izolə edilmiş DNT molekulları halında fərqli bir növə – M. capricolum növünə nəql etməyə imkan verdi. Bu prosesdə M. capricolum genomu atıldı, yalnız nəql edilən genomu daşıyan bir hüceyrə əldə olundu. 2010-cu ildə M. mycoides JCVI Syn 1.0  hüceyrəsinin genomunun tamamilə kimyəvi sintez edildiyini və yerləşdirildiyini eşitmişik. Bu genom bir neçə su nişanı və vektor ardıcıllıqlarının əlavə edilməsi istisna olmaqla, təbiətdə mövcud olan M. mycoides genomunun, demək olar ki, tam surətidir“.3

Göründüyü kimi, bu fəaliyyət xəbərlərdə nə qədər sintetik bakteriyanın yaradılması kimi yayılsa da, bu, heçdən süni canlı yaratmaq demək deyildi. Skripps Tədqiqat İnstitutundan  professor Cerald Coys yeni canlının yaradılması kimi iddialara cavab kimi: “Əlbəttə, bu, doğru deyil; əldə edilən mikroorqanizm mövcud bioloji həyat formasına söykənir”, -deyə bildirdi. Boston Universitetindən biomühəndis Cim Kollins də: “Mənim narahatçılığım bəzi adamların süni həyat formulu istehsal edilməsi nəticəsinə gələcəkləri ilə bağlıdır. Halbuki istehsal etdikləri bu orqanizm təbii olaraq sintezlənmiş genoma sahib orqanizmdir. Bu, yoxdan bir canlı yaratmaq və ya yeni həyat formulu yaratmaq mənasını vermir”, -deyirdi. Kreyq Venterin bu layihəsi haqqında Kaliforniya Texnologiya İnstitutundan genetika professoru Baltimor isə: “Həyatı yaratmadı, yalnız təqlid etdi”, -deyirdi.4

Bu gün Venter İnstitutunda aparılan işlər irəliləyərək davam edir. Kreyq Venterin rəhbərlik etdiyi digər bir araşdırmanın nəticələri də 25 mart 2016-cı il tarixində “Science” jurnalında dərc edildi. Sonuncu dəfə əldə olunan hüceyrə (JCVİ-syn 3.0) 473 genə malik olub, laboratoriya şəraitində böyüdülən ən kiçik genoma sahib orqanizm kimi təyin olunmuşdur.

Bu genlərin 149-nun funksiyası hələ bilinməməklə yanaşı, bakteriyanın yaşamağı üçün mövcudluqlarının həyati vacibliyi məlum olmuş və məcburi olaraq istifədə edilmişdir. Bu, təbii olaraq bəşəriyyətin hələ genlərin funksiyalarını aydınlaşdırma mərhələsində olduğunun bir göstəricisidir.

Bəşəriyyət DNT-ni və içərisindəki genləri mövcud vəziyyəti ilə istifadə etmək məcburiyyətindədir. Kodlaşdırdığı zülalların aminturşu zəncirinə aid sıra bu genlərdə yazılmışdır, bundan əlavə, zülalın üçölçülü quruluşunu kodlaşdıran genlər də vardır. Bu səbəbdən DNT üzərində aparılan işlər yeni bir zülal istehsal etmək bir yana qalsın, ancaq bu mükəmməl məlumatın nə işə yaradığını başa düşüb eynilə istifadə etməyə çalışmaqdan ibarətdir. Yeni bir kod yazmaqdan söhbət getmir. Bu barədə aparılan işləri nümunə göstərərək mövzunu biraz da açıqlayaq.

Kənd təsərrüfatında və tibdə gen mühəndisliyi

Gen mühəndisləri genlərin çoxaldılması, müxtəlif canlılardakı genlərin birləşdirilməsi, canlılar arasında genlərin ötürülməsi və buna oxşar işlər görürlər. Bütün bu araşdırmalarda həmişə mövcud olan genetik məlumatın üzərində işlənilir.

Məsələn, genetik olaraq müdaxilə edilə bilən bəzi bakteriyalar və ya göbələk hüceyrələri istifadə edilərək səmərəlilik artırılır. Hansı ki, ictimaiyyət arasında GMO (genetik modifikasiya olunmuş orqanizm) kimi tanınan funksiya yerinə yetirmiş bu mikroorqanizmlər vasitəsilə daha məhsuldar kənd təsərrüfatı məhsulları əldə etmək mümkün olmuşdur. Vektor kimi müəyyənləşdirilən bu mikroorqanizmlər özlərinə yerləşdirilmiş genləri hədəf olan bitkinin DNT-sinə daşıyırlar.

Kənd təsərrüfatından başqa, tibb sahəsində də bu üsul istifadə edilir və sözü gedən mikroorqanizmlərdə şəkər xəstələri üçün insulin istehsal edilə bilir.

Göründüyü kimi, genetik fəaliyyətlərdə sıfırdan hansısa bir kod yazılmır və əvvəllər olmayan hər hansı bir gen yoxdan düzəldilmir. Gen mühəndisliyinin gördüyü iş hazır bir genin bir orqanizmdən digərinə köçürülməsindən ibarətdir.

Nəticə: DNT tənzimlənmə işləri yoxdan DNT yazmaq mənasını vermir

Diqqətlə baxsaq, bəzi media orqanlarında qəsdən “DNT yazılışı” şəklində ifadə edilən araşdırma, əslində, sadəcə olaraq canlıda mövcud olan zülallarla, genlərlə və DNT zəncirləri və ya hissələri ilə mümkün olur. Bu mənada sıfırdan bir material əmələ gətirilməsi nəzərdə tutulmur. “New York Times”dakı məqalədə sözü gedən layihə də digər DNT tənzimlənmə işlərindəki mahiyyətə söykənir. Sintetik, yəni insan əli ilə süni insan genomu istehsal etməkdən və bunu yoxdan yaratmaqdan əsla söhbət gedə bilməz.

Genom barədə aparılan işlər bəşəriyyət üçün olduqca önəmli və faydalı nəticələrə səbəb olur. Məsələn, xəstəliklərə həssas şəkildə meyilli olan və ya mutasiyaya məruz qalmış genlərin ayırd edildiyi bir genom əldə etmək, əlbəttə ki, sağlam və uzun ömür üçün faydalı olacaq. Lakin bu, heç bir formada, heç bir zaman yeni insan, yaxud canlı yaratmaq mənasını verməyəcək. Yaratmaq ancaq molekulları və zülalları yaradan və hüceyrəyə can verən uca Allaha aiddir.

İqtibaslar:

  1. www.nytimes.com/2016/05/14/science/synthetic-human-genome.html
  2. Creation of a Bacterial Cell Controlled by a Chemically Synthesized Genome, Daniel G. Gibson et al.
, Science 329, 52, 2 July 2010
  3. Design and synthesis of a minimal bacterial genome, Clyde A. Hutchison III et al. Science 351, 25 March 2016
  4. New York Times, May 21, 2010, page A17, Synthetic Bacterial Genome Takes Over a Cell, Researchers Report, http://nyti.ms/18O1A03

Bu məqalə hazırlanarkən aşağıdakı mənbəyə istinad edilmişdir:

New York Times’ın Yapay İnsan Genomu Yaratma İddiası Neden Anlamsızdır?

Şərh üçün bağlıdır.

axtarış