• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Anspress.com saytının “Quşların yaranması bir anda olub” başlıqlı yazısına cavab

25 Fevral, 2014 tarixində anspress.com saytında “Quşların yaranması bir anda olub” başlıqlı bir yazı yayımlandı. Çingiz Rüstəmov imzası daşıyan məqalədə heç bir sübut irəli sürülməməsinə baxmayaraq təkamül nəzəriyyəsindən bir həqiqət imiş kimi bəhs edilirdi.

Məqalədə qatı darvinist propaqandasıyla məşhur olan “Evolution” (“Təkamül”) jurnalında dərc edilmiş bir yazı şərh edilir. Yazıda “ilk quşların uçmağı bacarmaması” və “dinozavrların quşlara keçidinin bir anda baş verməsi”ndən danışılarkən oxucularda bunların elmi həqiqətlər olduğu təəssüratı yaradılmağa çalışılır. Lakin maraqlıdır ki, bunların sadəcə “britaniyalı alimlərin iddiaları” olduğu da elə həmin yazıda etiraf edilir.

Məqaləyə veriləcək cavabdan öncə qeyd edək ki, təkamülçü iddia olduqca səthi şəkildə verilmişdir. Belə ki, araşdırılmış fosillərin adları lazımi şəkildə qeyd olunmamış və gəlinən nəticələr, mahiyyət etibarilə, ön-mühakimələrə əsaslanırdı.

Anspress.com qeyd edir ki, arxeopteriks və onun “soydaşları” üzərində araşdırma aparılmış və araşdırma nəticəsində quşların dinozavrlardan “ani surətdə təkamülləşdikləri” qərarı alınmışdır. Halbuki quşlarla dinozavrlar arasındakı anatomik və fizioloji uçurumlar bu canlıların birinin digərindən törəmə ehtimalının olmadığını ortaya qoyur. Bu o qədər açıq bir həqiqətdir ki, artıq dünyanın ən nüfuzlu elm adamları da quşların dinozavrlarla əlaqəsi olduğu iddiasını tamamilə təkzib edir. Məsələn, Şimali Karolina Universitetinin professoru Alan Feduççia özü təkamülçü olmasına baxmayaraq, elmi kəşflərə əsaslanaraq quşların dinozavrlarla qohum olması nəzəriyyəsinə qətiyyətlə qarşı çıxır. Feduççia sürünən-quş ssenarisi haqqındakı fikirlərini belə ümumiləşdirir:

“25 il boyu quşların kəllə sümüklərini təhlil etmişəm və dinozavrlarla aralarında heç bir bənzərlik görmürəm. Quşların dördayaqlılardan təkamül yolu ilə törəməsi nəzəriyyəsi paleontologiya sahəsində XX əsrin ən böyük rüsvayçılığı olacaqdır”.1

Kanzas Universitetində qədim quşlar sahəsində mütəxəssis olan Lari Martin də quşların dinozavrlarla eyni soydan gəlməsi nəzəriyyəsinə qarşı çıxır. Martin təkamülün bu məsələdə içinə düşdüyü çıxılmaz vəziyyətdən bəhs edərkən “doğrusunu desəm, əgər dinozavrlarla quşların eyni mənşədən gəldiklərini müdafiə etsəydim, bunun haqqında hər dəfə utanaraq danışmaq məcburiyyətində olacaqdım” deyir.2

İndi isə gəlin “arxeopteriks, onun soydaşları və əcdadları”na qısaca nəzər salaq və bunların təkamül nəzəriyyəsinin lehinə deyil, tam əksinə olduğunu gözdən keçirək:

Arxeopteriks – Təkamülçülərin illərlə keçid forma olaraq qəbul etdikləri 150 milyon illik bu fosilin əslində tam bir quş olduğu məlum oldu. Bu canlının eynilə quşlar kimi uça bilməyə yarayan döş tilinə, asimmetrik lələk quruluşuna, içiboş sümüklərə sahib olduğu və eynilə bugünkü quşlar kimi istiqanlı olduğu ortaya çıxdı. Arxeopteriksin dişlərinin teropod dinozavrlarının dişlərindən tamamilə fərqləndiyi ortaya çıxdı. Arxeopteriksin pəncəyə sahib olmasının təkamülə dəlil olmadığı, pəncəli quşların hal-hazırda da yaşadığı, quyruğunun isə bir “mozaik canlı” xüsusiyyəti olduğu da məlum oldu.3


Lonqiskvama – 2000-ci ildə elm dünyasının gündəminə gətirilən bu fosil quşların “həyat ağacı”nı tamamilə təkzib edən bir tapıntı idi, çünki lonqiskvama quşların “əcdadı” olaraq qəbul edilən arxeopteriksdən düz 70 milyon il daha qədim, yəni 220 milyon illik tam quş fosili idi! Lələkləri, içiboş sümükləri və körpücük sümükləri ilə tam quş xüsusiyyətləri göstərən lonqiskvama təkamülçülərin quşların dinozavrlardan təkamülü ilə bağlı ümidlərini suya düşürdü. Lonqiskvama hətta quşların uzaq əcdadı sayılan teropod dinozavrlarından belə daha qədim idi.4

Anxiornis – Anspress.com-un sözügedən məqaləsində illüstrasiyası5 da yerləşdirilmiş bu fosil quş isə əslində təkamül nəzəriyyəsi üçün böyük bir problem təşkil edir: Anxiornis də lonqiskvama kimi tam quş xüsusiyyətləri daşımasına baxmayaraq “quşların əcdadı” sayılan arxeopteriksdən 11 milyon il daha qədimdir. Bu da quşlar üçün çəkilmiş xəyali nəsil ağacını məhv edən elmi bir həqiqətdir. Eynilə müasir quşlarınkı kimi bir kəllə sümüyünə və bədən quruşuna malik olan anxiornisin ayaqlarındakı lələklər eynilə bugünkü paçalı göyərçinlərdəkiylə bənzərdir. Bu canlı da dinozavrlardan quşlara keçid xüsusiyyətlərindən heç birini daşımır.6


Konfusiusornis – Arxeopterikslə təqribən eyni dövrlərə aid və çinli paleontoloqlar tərəfindən tapılmış bu quşun dişləri yox idi, dimdiyi və tükləri isə dövrümüzün quşları ilə eyni xüsusiyyətləri daşıyırdı. Skelet quruluşu da dövrümüzün quşları ilə eyni olan bu canlının qanadlarında arxeopteriksdə olduğu kimi pəncələr var idi. Quyruq tüklərinə dəstək olan piqostil  (büzdüm sümüyü)  adlı struktur bu quşda da vardı. Qısaca desək, təkamülçülər tərəfindən bütün quşların ən qədim əcdadı sayılan və yarı-sürünən olaraq qəbul edilən arxeopterikslə eyni yaşda olan bu canlı dövrümüzün quşlarına çox bənzəyirdi. Bu həqiqət arxeopteriksin bütün quşların ibtidai əcdadı olması ilə bağlı təkamülçü tezislərlə ziddiyyət təşkil edir.7

Mikroraptor – 125 milyon illik bu fosil 2003-cü ildə elm aləminin gündəminə gətirildi. Mikroraptor da bəzi təkamülçü çevrələr tərəfindən dino-quş nağılları üçün propaqanda aləti edilmək istəndi, lakin fosil haqqındakı məlumat azlığından dolayı bir çox elm adamı bu cür şərhləri qəbul etmədilər. Xristofer Sloun, Kevin Padian kimi elm adamları da məsələnin olduqca müzakirəli olmasına diqqət çəkmiş və hər biri müxtəlif açıqlamalarla çıxış etmişlər. Bu fosilin iddia edildiyi kimi dinozavrlardan quşlara keçid forma ola bilməyəcəyi isə çox açıq idi, çünki ondan haradasa 100 milyon il öncə onsuz da quşlar mövcud idilər.8

Arxeopterikslə qohumluq əlaqələri olduğu irəli sürülən bir neçə ən məşhur fosili incələdik və bunların, əslində, müxtəlif dövrlərdə ayrı-ayrı yaradılmış canlılar olduğunu və təkamül nəzəriyyəsinə heç bir dəlil təşkil etmədiklərini gördük.

Anspress.com-dakı məqalədə verilən digər yalnış bir məlumat isə dinozavrların quşlara ani surətdə çevrilməsidir. Bunu izah etmək üçün isə sadəcə “uyğun olaraq dinozavrların başına gəlmiş təkamül dəyişiklikləri müəyyən məhdud aralıqda baş verib” kimi olduqca səthi bir cümlədən istifadə edilib. Lakin bu iddia hal-hazırda ən öndəgedən təkamülçü cəmiyyətlər tərəfindən belə qəbul edilmir, çünki təkamülçü elm adamları quşların təkamülünün “anidən” baş verməsi bir yana qalsın, bu prosesin Yura və Təbaşir dövrlərini (100 milyon ildən çox) əhatə etdiyini düşünürlər.9

Bunlardan əlavə, sözügedən məqalədəki digər bir müəmmalı iddia isə belədir: “ilk quşlar uçmağı bacarmayıblar, böyük ehtimalla sadəcə göydə süzüblər və qanad çalmağı bacarmayıblar”. Halbuki ilk quş sayılan və az öncə də bəhs etmiş olduğumuz lonqiskvama bir quşun uçmaq üçün ehtiyacı olan bütün aerodinamik və anatomik xüsusiyyətlərə malikdir və fosilin incələnməsi də bu quşun asanlıqla uça biləcəyi həqiqətini üzə çıxarmışdır. Məsələnin digər maraqlı bir cəhəti isə, ilk quşların uçmaq üçün lazım gələn bütün faktorlara sahib olduğu elə anspress.com-un həmin məqaləsində bu cür dilə gətirilir: “…alimlər müəyyən ediblər ki, ilk quşların bədən ölçüləri və qabaq ətraflarının uzunluğu uçmaq üçün lazım olan parametrlərə malik olub”.

Nəticə

Quşlar və dinozavrlar müxtəlif dövrlərdə ayrı-ayrı yaradılmış canlılardır və quşlarla sürünənlər arasındakı anatomik, fizioloji və paleontoloji uçurumlar onların birinin digərindən təkamül yoluyla törəmiş ola bilməyəcəyinin ən açıq göstəricisidir. Ümid edirik ki, anspress.com da bundan belə daha ətraflı və qərəzsiz şəkildə aparılmış elmi araşdırmalardan istifadə edəcək və xalqımızın maarifləndirilməsi yönündə göstərdiyi təqdirəlayiq cəhdlərində daha əsaslandırılmış və etibarlı mənbələrlə çıxış edəcək.

Mənbələr:

1. Pat Shipman, “Birds Do It… Did Dinosaurs?”, New Scientist, 1 Fevral, 1997, səh. 28

2. Pat Shipman, “Birds Do It… Did Dinosaurs?”, New Scientist, 1 Fevral, 1997, səh. 28

3. Ətraflı məlumat üçün: http://tekamulculerecavab.com/2013/12/gerc%C9%99k-t%C9%99bi%C9%99t-tarixi-ii-quslar-v%C9%99-m%C9%99m%C9%99lil%C9%99r/)

4. Ətraflı məlumat üçün: Buchwitz, M.; and Voigt, S. (2012). “The dorsal appendages of the Triassic reptile Longisquama insignis: reconsideration of a controversial integument type”Paläontologische Zeitschrift 86 (3): 313–331

5. http://www.wired.com/wiredscience/2009/09/dinosaur/

6. Ətraflı məlumat üçün: http://netcevap.org/index.php?git=makale&makale_id=148414

7. Ətraflı məlumat üçün: Pat Shipman, “Birds do it… Did Dinosaurs?”, New Scientist, 1 Fevral, 1997, səh. 31

8. Ətraflı məlumat üçün: Kevin Paidan, BioScience, Volume 53, Sayı 5, 1 Mayıs 2003

9. Hope, Sylvia (2002). “The Mesozoic Radiation of Neornithes”. In Chiappe, Luis M. & Witmer, Lawrence M. Mesozoic Birds: Above the Heads of Dinosaurs

Şərh üçün bağlıdır.

axtarış