• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

“Mutasiyalar təkamülə səbəb olur” iddiası saxtakarlıqdır

Mutasiyalar canlı hüceyrəsinin nüvəsində yerləşən və insana aid bütün genetik məlumatları daşıyan DNT molekulunda radiasiya və kimyəvi təsirlər nəticəsində meydana gələn yerdəyişmələr, qırılmalar və pozuntulardır. DNT-dəki məlumatlar A, T, C və G hərfləri ilə işarələnən 4 ayrı nukleotidin bir-birinin ardınca xüsusi və mənalı sırada düzülməsi ilə əmələ gəlir. Ancaq bu sırada bircə hərf səhvinin olması o quruluşu tamamilə pozur. Məsələn, uşaqlarda rast gəlinən qan xərçəngi xəstəliyi DNT-dəki hərflərdən birinin səhv olması nəticəsində üzə çıxır. Çernobıldakı radiasiya sızması və Xirosimaya atılan atom bombası nəticəsində sonrakı nəslin uşaqlarının şikəst olmalarının və ya xərçəng kimi xəstəliklərin üzə çıxmasının səbəbi də mutasiyaların orqanizmlərində əmələ gətirdiyi bu cür zərərli təsirlərdir.

Demək olar ki, bütün mutasiyalar zərərlidir və ümumiyyətlə, canlılar üçün ölümcüldür. Zərərsiz mutasiya nümunələri isə, əsasən, orqanizmə heç bir fayda verməmiş, çox halda təsirsiz qalmışdır. Elm adamları tədqiq edilmiş bütün mutasiyaların heç birinin canlının həyat prosesinə müsbət təsir etmədiyi nəticəsinə gəlmişdir.1

Lakin təkamül nəzəriyyəsi sözdə yeni canlılar əmələ gətirən, möcüzələr yaradan bu xəyali mutasiyalara əsaslanır. Darvinistlər növlərin xəyali və faydalı saysız-hesabsız mutasiyanın ortaya çıxardığı mükəmməl forma və orqanlar vasitəsilə bir-birlərindən törədiklərini iddia edirlər. Darvinistlərə üz qarası olan bu iddia mutasiyaların orqanizmə mütləq zərər verdiyini bilən darvinist elm adamları tərəfindən irəli sürülmüşdür. Habelə, darvinistlər mutasiyaların bu zərərli təsirlərini çox yaxşı bilmələrinə baxmayaraq, sözügedən iddialarına laboratoriyada mutasiyaya uğradılmış dörd qanadlı mutant meyvə milçəyini nümunə göstərirlər. Diqqətli şəkildə həyata keçirilən mutasiyalar nəticəsində meyvə milçəyində əmələ gətirilən iki artıq qanad darvinistlər tərəfindən mutasiyaların təkamülə səbəb olması iddiasının ən böyük dəlili kimi təqdim olunmuşdur. Amma, əslində, bu iki qanad canlıya fayda deyil, zərər vermiş, canlının uçma qabiliyyətinin itirməsinə səbəb olmuşdur. Kaliforniya Universitetindən molekulyar bioloq C. Uells (şəkildə) bunu belə açıqlayır:

“1970-ci ildə Kaliforniya Texnologiya İnstitutundan genetik Eduard B. Luis üç mutant növünü cütləşdirərək müvazinət orqanı normal olan ikinci cüt qanada çevrilən meyvə milçəyi törətməyi bacardı… İlk baxışda Kerrollun təcrübəsi nizamlayıcı DNT-dəki kiçik inkişaf yönlü dəyişikliklərin görünüşdə böyük təkamül xarakterli dəyişikliklər etməsi iddiasına dəlil kimi görünə bilər. Amma meyvə milçəyi yenə də meyvə milçəyidir. Habelə, ikinci cüt qanad normal görünməsinə baxmayaraq, uçma əzələlərindən məhrumdur. Dörd qanadlı meyvə milçəyi quyruğundan lazımsız yerə sallanan bir cüt qanadı olan təyyarə kimidir. Canlı uçarkən və cütləşərkən çətinlik çəkir, buna görə, yalnız laboratoriyada yaşaya bilir. Təkamülə dəlil kimi təqdim edilən dörd qanadlı meyvə milçəyi sirkdəki iki başlı danadan heç də yaxşı görünmür”.2

C. Uells sözlərinə belə davam edir:

“Artıq qanadlı və ya əskik ayaqlı şikəst meyvə milçəkləri inkişaf genetikası haqqında bizə bəzi şeylər öyrətdi, amma təkamül haqqında heç bir şey öyrətmədi. Bütün dəlillər bir nəticəni göstərir: meyvə milçəyinin embrionuna nə etsək də, yalnız üç ehtimal meydana gələ bilər – normal meyvə milçəyi, qüsurlu meyvə milçəyi və ya ölü meyvə milçəyi. At bir tərəfə dursun, at milçəyi belə deyil”.3

Göründüyü kimi, darvinistlərin ziddiyyətli iddialarına yeganə dəlil kimi göstərməyə çalışdıqları dörd qanadlı mutant meyvə milçəyi də qüsurlu meyvə milçəyindən artıq deyil. Mutasiyalar canlı üzərində nə qədər təsirlə olursa-olsun, o canlı növünə başqa canlıya aid xüsusiyyət əlavə etmə kimi möcüzəvi qabiliyyətdən məhrumdurlar. Amma darvinistlər canlıda mutasiyalar yolu ilə möcüzələr əmələ gəlməsi yalanına inanmaq istəyirlər.

Maraqlısı budur ki, sözügedən meyvə milçəyinin qüsurlu olması darvinist elm adamlarına məlum olmasına baxmayaraq, bu mutant hələ də dərsliklərdə mutasiya ilə təkamülün ən böyük dəlili kimi göstərilir. Molekulyar bioloq C. Uells bununla bağlı belə yazır:

“Piter Reyven ve Corc Consonun 1999-cu ildə nəşr olunan dərsliyi “Biology”yə əsasən, təkamül genetik məlumatdakı dəyişikliklərlə başlamışdır… Mutasiya və yenidən birləşmə (mövcud genlərin yenidən nizamlanması) yolu ilə baş verən genetik dəyişiklik təkamül üçün xam maddə hazırlayır. Kitabdakı eyni səhifədə dörd qanadlı meyvə milçəyinin rəsmi verilir və onu inkişafın kritik mərhələsini nizamlayan gen – ultrabithoraxdakı dəyişiklərə görə mutant adlandırır, bundan əlavə, sinəyə və iki cüt qanada malik olduğunu da əlavə edir. Yuxarıda qeyd edilən dərs kitabı, bundan əlavə, oxucuya əlavə qanadların qazanc olması təsəvvürünü verir. Amma, əslində, dörd qanadlı meyvə milçəyi uçuş üçün lazımi orqanlardan məhrumdur. Müvazinət orqanları yox olmuş və onların yerini yeni bir şey deyil, digər hissədə onsuz da mövcud olan orqanların surətləri almışdır. Nə qədər dörd qanadlı meyvə milçəyi rəsmləri mutasiyaların yeni orqan əlavə etməsi təsəvvürünü versə də, bunun tam əksi həqiqətə daha yaxındır”.4

Darvinizmin iddia etdiyi canlıların başlanğıcını təmsil edən və təsadüfən meydana gəlməsi qeyri-mümkün olan o xəyali ilk hüceyrənin öz-özünə meydana gəldiyini fərz etdikdə belə kompleks quruluşlu insan əmələ gələnə qədər baş verməli xəyali təkamül prosesinin ən kiçik mərhələsində belə külli miqdarda genetik məlumat hazırlanmalı və saysız-hesabsız mutasiya baş verməlidir. Bu mutasiyaların miqdarı çox olarkən, eyni zamanda, bunların hamısı canlıya fayda və ya yenilik gətirən xüsusiyyətdə olmalıdır.

Mutasiya nəticəsində əlavə iki qanadı çıxmış meyvə milçəyi. Bu əlavə qanadlar uçuş əzələlərindən məhrum olduğuna görə milçək üçün “əlavə yük”dən başqa bir şey deyildir.

Darvinizmin iddia etdiyi canlıların başlanğıcını təmsil edən və təsadüfən əmələ gəlməsi qeyri-mümkün olan o xəyali ilk hüceyrənin öz-özünə meydana gəldiyini fərz etsək belə, kompleks quruluşa malik insan əmələ gələnə qədər baş verməli xəyali təkamül prosesinin ən kiçik mərhələsində belə külli miqdarda genetik məlumat hazırlanmalı və saysız-hesabsız mutasiya baş verməlidir. Bu mutasiyaların miqdarı çox olmaqla bərabər, eyni zamanda, onların “hamısı” canlıya fayda və ya “yenilik” gətirəcək xüsusiyyətdə olmalıdır. Çünki inkişaf etməkdə olan bu xəyali yeni orqanizmdə baş verəcək bircə səhv sistemin tamamilə pozulub çökməsinə səbəb olacaqdır. Mutasiyaların 99% zərərli və 1% təsirsiz olduğu nəzərə alınarsa, təkamül nəzəriyyəsinə görə baş verməli bu milyardlarla mutasiyanın hər birinin istisnasız faydalı olduğunu iddia etmək, şübhəsiz, ağıla və elmə ziddir.

Ona görə, bir canlıda daha əvvəl mövcud olmayan yeni bir üzvün və ya xüsusiyyətin mutasiyalar nəticəsində meydana gəlməsi qeyri-mümkündür. Mutasiyaların bir canlıya o canlıya aid olmayan yeni məlumat əlavə etmə və onu fərqli canlıya çevirmə gücü yoxdur. Mutasiya iddiası darvinizm yalanının, darvinist məntiqsizliyinin ən böyük göstəricisini təmsil edir. Çünki təkamül fikri, əslində, olmayan bu xəyali “faydalı” mutasiyalara əsaslanır.

Fərz edilən faydalı mutasiyalar üçün lazım olan sonsuz zaman

Həqiqətən, faydalı mutasiyaların baş vermə ehtimalını fərz etsək belə, mutasiya iddiası təkamül nəzəriyyəsinə uyğun gəlmir. MTİ-də (Massaçusets Texnologiya İnstitutu – Massachusetts Institute of Technology) elektrik mühəndisliyi fakültəsinin professoru Mürrey Eden “neodarvinist təkamülün elmi nəzəriyyə kimi əsassızlığı” başlıqlı məqaləsində adaptasiya məqsədli dəyişikliyi meydana gətirmək üçün altı mutasiya lazımdırsa, bunun təsadüfən ancaq bir milyard ildə bir baş verəcəyini, əgər iki düjün gen daxil olacaqsa, bu təqdirdə Yerin yaşından daha uzun müddətin, daha doğrusu, 10.000.000.000 ilə ehtiyac olacağını açıqlamışdır.5 Riyaziyyatçılar birdən artıq mutasiyanın eyni anda meydana gəlməsi lazım olan mürəkkəb üzv və orqanlarda mutasiyaların faydalı və təsirli olduğu fərz edildikdə belə darvinistlər üçün zaman problemi olduğunu açıq şəkildə bildirirlər. Ən qatı darvinistlərdən olan paleontologiya üzrə professor C. Q. Simpson (şəkildə) belə beş mutasiyanın eyni anda baş verməsinin sonsuz zaman tələb etdiyini açıq şəkildə bildirir.6 Sonsuz zaman belə bir ehtimalın olmadığı deməkdir və bu ehtimal, eyni zamanda, canlı orqanizmlərin malik olduqları bütün quruluş və orqanlara da aiddir. Bu halda, dövrümüzdə gördüyümüz möhtəşəm canlı müxtəlifliyinin mutasiyalarla əmələgəlmə ehtimalının qeyri-mümkün olduğu aydındır.

Təkamülçü C.Q.Simpson sözügedən mutasiya iddiası ilə bağlı başqa hesablama da aparmış və hər gün yeni generasiya əmələ gətirdiyini fərz etdiyimiz 100 milyon fərdlik sürüdə mutasiyalardan əldə edilən müsbət nəticənin ancaq 274 milyard ildə bir meydana gələ biləcəyini etiraf etmişdir. Bu say 4,5 milyard il kimi təxmin etdiyimiz Yerin yaşından yüz dəfələrlə böyükdür.7 Təbii ki, bütün bunlar mutasiyaların müsbət təsirinin olduğunu və ya yeni generasiyalar meydana gətirə bildiyini fərz etdikdə, ortaya çıxan hesablamalardır. Lakin real dünyada belə bir fərziyyəyə yer yoxdur.

“Təkamül keçirən” canlı orqanizmi nə üçün mutasiyalara qarşı qorunur?

Bütün təkamülçü elm adamları bilirlər ki, canlının DNT-sində birdən-birə replikasiya səhvinin meydana gəlmə ehtimalı çox azdır. Tədqiqatlar hüceyrələrdə genetik səhvlərin əmələ gəlməsinin qarşısını alan qoruyucu ünsürlərin mövcud olduğunu üzə çıxarmışdır. DNT-dəki məlumat bir-birini səhvlərə qarşı yoxlayan bir-birindən fərqli saysız-hesabsız hormon olmadan replikasiya edilə bilməz. Bunlar düzgün amin turşusunun düzgün RNT-yə birləşdiyini müəyyən edilməsi üçün cüt süzgəcli hormonlardan təşkil olunmuşdur. Bir süzgəc çox böyük amin turşusunu kənar edərkən digəri çox kiçiklərini kənarlaşdırır. Bu, olduqca həssas və ağıllı sistemdir. Bu ağıllı sistemdə səhv meydana gəlməsi ehtimalına qarşı sonuncu yoxlamanı aparan hormonlar da var. Elm adamları öz ağılları çərçivəsində DNT-nin bütünlüyünü qorumağa xidmət edən daha yaxşı hüceyrə nəzarəti və müdafiə sistemi təsəvvürünün olmadığını qəbul edirlər.8

30 il boyu Sarbonnada təkamül kürsüsünə rəhbərlik edən Pyer-Pol Qrasse (şəkildə) bu məsələ ilə bağlı belə yazır:

“DNT molekulundakı köçürmə xətalarının gözün əmələ gəlməsinə yol açma ehtimalı daha cüzidir, nəinki küləklə sovrulan tozun Dürerin “Melanxoliya”sını yenidən yaratma ehtimalı”.9

Darvinistlər DNT-dəki bu möcüzəvi sistemi görməməzliyə vurur, bu mövzunu dərindən araşdırıb açıqlama gətirməkdən çəkinirlər. Lakin bir tərəfdən də əmələgəlmə ehtimalı demək olar ki, qeyri-mümkün olan replikasiya səhvləri haqqında həyat tarixi ssenarisi uydururlar. Bu, darvinist məntiqin uğursuzluğunu bir daha nümayiş etdirir.

Darvinin irəli sürdüyü təbii seleksiya iddiasının təkamül üçün qəti açıqlama olmadığının başa düşülməsinin və genetika qanunlarının darvinizmə zərbə kimi ön plana çıxmasının ardınca neodarvinizmin ən böyük silahı kimi üzə çıxarılan “mutasiyaların təkamül xarakterli təsiri” iddiası göründüyü kimi, yalandan ibarətdir. Canlı orqanizmi pozan, öldürən, məhv edən, bəzən də ondan sonrakı bütün nəsillərə təsir edərək zərər verən mutasiya kimi mexanizmin yeni canlılar üzə çıxardığını iddia etmək, şübhəsiz, böyük ağılsızlıqdır. Lakin insanlar illər boyu bu yalanla aldadılıblar. Əlbəttə, darvinist elm adamları da mutasiyaların bu cür möcüzəvi gücü olmadığını bilirlər. Belə ki, dövrümüzdəki ən qatı darvinistlərin önündə gedən Riçard Dokinz belə “mutasiyaların çoxu zərərlidir, arzuolunmaz mənfi təsirin meydana çıxması ehtimalı olduqca çoxdur”10 sözləri ilə bu həqiqəti etiraf etmişdir. Darvinistlərin hələ də bu çürük iddianı təkamül mexanizmi kimi təkidlə təqdim etməyə çalışmaları batil darvinizm dininə bağlılıqlarından irəli gəlir.

 

Mənbələr:

  1. Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, səh. 74-75
  2. Jonathan Welss, Ph.D., The Politically Incorrect Guide to Darwinism and Intelligent Design, Regnery Publishing Inc., Washington, 2006, səh.34
  3. Jonathan Welss, Ph.D., The Politically Incorrect Guide to Darwinism and Intelligent Design, Regnery Publishing Inc., Washington, 2006, səh.36
  4. Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, Yanvar 2003, səh. 172-173
  5. Gordon Rattray Taylor, The Great Evolution Mystery, Sphere Books Ltd., 1984, səh. 4
  6. Gordon Rattray Taylor, The Great Evolution Mystery, Sphere Books Ltd., 1984, səh. 230
  7. Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, səh. 81
  8. Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, səh. 74-75
  9. Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, səh. 81
  10. Richard Dawkins, The Extended Phenotype, Oxford University Press, 1999, səh. 141

Şərh üçün bağlıdır.

axtarış