• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

MOLEKULYAR BİOLOGİYA və HƏYATIN MƏNŞƏYİ

KATEQORİYANIN əvvəlki bölmələrində fosil qeydlərinin və müqayisəli anatomiyanın təkamül nəzəriyyəsinin iddialarını təkzib etdiyini nəzərdən keçirmişdik. Ancaq təkamül nəzəriyyəsinin iddiaları, əslində, növlər arasındakı bu əlaqəni təhlil etməyə ehtiyac qalmadan elə ilk mərhələdə çıxılmaz vəziyyətə düşür. Bu ilk mərhələ yer üzündə ilk canlının necə əmələ gəlməsi sualıdır.

Təkamül nəzəriyyəsi bu suala cavab olaraq canlıların təsadüflər nəticəsində meydana gələn ilk hüceyrə ilə başladığını iddia edir. Ssenariyə əsasən, bundan dörd milyard il əvvəl Yerin ibtidai atmosferində bəzi cansız kimyəvi maddələr reaksiyaya girmiş, ildırımların, yeraltı təkanların təsiri də buna qarışmış və ilk canlı hüceyrə meydana gəlmişdir.

Halbuki cansız maddələrin birləşərək canlı əmələ gətirməsi iddiası bu günə qədər heç bir təcrübə və ya müşahidə ilə təsdiqlənməmiş elmdən kənar iddiadır. Əksinə, bütün kəşflər bir canlının bilavasitə başqa bir canlıdan törədiyini sübut edir. Hər canlı hüceyrə başqa bir hüceyrənin çoxalması ilə əmələ gəlir. Dünyada heç kim ən yaxşı təchizatlı laboratoriyalarda belə cansız kimyəvi maddələri birləşdirərək canlı hüceyrə əmələ gətirməyi bacarmamışdır.

Təkamül nəzəriyyəsi isə insan ağılı, biliyi və texnologiyası nəticəsində belə əldə edilə bilməyən canlı hüceyrəsinin ibtidai dünya şərtləri daxilində təsadüflərlə əmələ gəldiyini iddia edir. Sonrakı səhifələrdə bu iddianın nə üçün elmin və ağlın ən əsas prinsiplərinə zidd olduğunu təhlil edəcəyik.

“Təsadüf” məntiqinə bir nümunə

Bir canlı hüceyrəsinin təsadüflərlə əmələ gəldiyini düşünən bir insan aşağıda izah edəcəyimizə bənzər hekayəyə də asanlıqla inanmalıdır. Bu, bir şəhər haqqında hekayədir.

Fərz edək ki, bir gün qeyri-münbit bir ərazidə qayaların arasında qalmış bir miqdar gilli torpaq yağan yağışlar nəticəsində palçığa çevrilir. Palçıq günəş çıxdıqda qayaların arasında quruyub bərkiyir və forma alır. Daha sonra onun üçün qəlib vəzifəsini yerinə yetirən qayalar ovulub dağılırlar və ortaya düzgün, formalı, möhkəm kərpic çıxır. Bu kərpic illərlə eyni təbii şərtlər daxilində özü kimi başqa kərpiclərin əmələ gəlməsini gözləyir. Bu gözləmə eyni kərpicdən eyni yerdə yüzlərlə, minlərlə kərpicin əmələ gəlməsinə qədər əsrlərlə davam edir. Bu zaman böyük təsadüf nəticəsində əvvəlcə əmələ gələn kərpiclər də dağılıb pozulmur. Min illərlə fırtınalara, yağışlara, küləklərə, yandırıcı günəş şüalarına, dondurucu soyuğa məruz qalan kərpiclər parçalanmır, çatlamır, başqa yerlərə sovrulub dağılmır, eyni yerdə və eyni möhkəmlikdə digər kərpiclərin əmələ gəlməsini gözləyirlər.

Kərpiclər lazımi miqdarda olduqda külək, fırtına, siklon kimi təbii amillərin təsiri ilə sovrulur və təsadüf nəticəsində yan-yana və üst-üstə planlı şəkildə düzülüb bir bina tikirlər. Eyni zamanda kərpicləri bir-birinə yapışdıran sement, suvaq kimi məmulatlar da “təbii amillərlə” əmələ gəlib qüsursuz plan daxilində kərpiclərin arasına girir və onları bir-birinə bərkidirlər. Bütün bu proseslər başlayarkən torpağın altındakı dəmir filizləri də “təbii amillərlə” formaya düşüb torpağın üstünə çıxaraq kərpiclərin əmələ gətirdiyi binanın bünövrəsini qoyurlar. Nəticədə, hər cür məmulatı, taxtası, texniki qurğuları ilə birlikdə bütöv bir bina ortaya çıxır.

Əlbəttə, bina təkcə bünövrədən, kərpicdən və suvaqdan ibarət deyil. Elə isə digər çatışmazlıqlar necə tamamlanmışdır? Cavab sadədir: binanın ehtiyacı olan hər cür məmulat torpaqda var. Şüşələr üçün lazım olan silisium, elektrik kabelləri üçün lazım olan mis, simlər, şalbanlar, mismarlar, su boruları və s. üçün lazım olan dəmir torpağın altında bol miqdarda mövcuddur.

Bütün bu məmulatların formalaşıb binanın içinə yerləşməsi də “təbii amillər”in fərasəti ilə baş verir. Əsən külək, yağan yağış, bir az fırtına və yeraltı təkanın da köməyi ilə bütün texniki vəsait, taxta, aksesuarlar kərpiclərin arasında yerli-yerində oturur. İşlər o qədər yolunda getmişdir ki, kərpiclər sonradan təbii şərtlər daxilində şüşə adlı bir şeyin əmələ gələcəyini bilirmiş kimi lazımi pəncərə yerlərini qoyaraq düzülmüşdürlər. Hətta sonradan yenə təsadüflərlə meydana gələn su, elektrik, mərkəzi istilik sistemi qurğuları üçün yerləri də qoymağı unutmamışlar. Bütün işlər o qədər yolunda getmişdir ki, “təsadüflər” və “təbii amillər” qüsursuz dizayn meydana gətirmişdir.

Bu hekayəyə inanan bir şəxs bu qədər açıqlamadan sonra şəhərdəki digər binaların, qurğuların, tikililərin, yolların, xiyabanların, kanalizasiya sisteminin, rabitə və nəqliyyat sistemlərinin necə əmələ gəldiyini də düşünərək tapa bilər. Hətta mövzu ilə bir az əlaqəlidirsə, şəhərin “kanalizasiya sisteminin təkamül prosesi və mövcud tikililərlə uyğunluğu” haqqındakı nəzəriyyələrini açıqladığı bir neçə cildlik “elmi” əsər belə yaza bilər. Bu üstün fəaliyyətlərinə görə akademik mükafata belə layiq görülə bilər, özünü bəşəriyyət tarixini aydınladan düha olduğunu zənn edə bilər.

Canlıların təsadüflərlə əmələ gəldiyini irəli sürən təkamül nəzəriyyəsi elə bu qədər, bəlkə, bundan daha çox həqiqətdən kənardır. Çünki tək başına bir hüceyrə bütün iş sistemi, rabitə, nəqliyyat və idarəetməsilə birlikdə böyük bir şəhərə bənzəyən kompleksliyə malikdir. Məşhur molekulyar bioloq Maykl Denton “Təkamül: Böhran içində nəzəriyyə” (Evolution: A theory in crisis) adlı kitabında hüceyrənin bu kompleks quruluşundan belə bəhs edir:

Həyatın molekulyar biologiyası tərəfindən üzə çıxarılan reallığını qavramaq üçün bir hüceyrəni təqribən bir milyon dəfə böyütməliyik, ta ki diametri 20 km-ə çatsın. Belə olduqda hüceyrə Nyu-York və ya London kimi böyük şəhər qədər nəhəng ölçüdəki kosmik gəmiyə bənzəyəcəkdir. Qarşımızda bənzərsiz dərəcədə kompleks sistem və qüsursuz dizayn olduğunu görərik. Hüceyrəni lap yaxından nəzərdən keçirsək, üzərindəki milyonlarla kiçik qapı ilə qarşılaşarıq. Eynilə kosmik gəmidəki avtomatik qapılar kimi bu qapılar daima açılıb-bağlanaraq hüceyrənin içinə və ya xaricinə keçən maddə axınını tənzimləyirlər. Əgər bu qapıların hər hansı birindən içəri girsək, qeyri-adi texnologiya və heyrətamiz kompleksliklə qarşılaşarıq. İnsanların istehsal etdiyi hər şeydən çox üstün olan bu texnologiya bizim yaradıcı zəkamızın həddindən artıq fövqündə durur. Bu sistem “təsadüf” anlayışının hər mənada tamamilə “antitezisi”ni təşkil edir.238

Hüceyrədəki kompleks quruluş və sistemlər

Darvinin dövründə canlı hüceyrəsinin kompleks quruluşu məlum deyildi. Bu səbəbdən dövrün təkamülçüləri canlıların necə meydana gəlməsi sualına “təsadüflər və təbii hadisələr” cavabını verməyin inandırıcı olduğunu hesab etmişdilər. Darvin ilk hüceyrənin “kiçik və ilıq su gölməçəsində” asanlıqla əmələ gəldiyini irəli sürmüşdü.239 Darvinin tərəfdarlarından alman bioloq Ernst Hekkel isə araşdırma gəmisiylə okeanın dibindən çıxarılan palçıq qarışığını mikroskop altında tədqiq etmiş və bunun canlıya çevrilən cansız maddə olduğunu iddia etmişdi. “Hekkel palçığı” (Bathybius haeckelii) adlanan bu “canlanan palçıq” təkamül nəzəriyyəsini irəli sürən şəxslərin canlıları nə qədər bəsit hesab etdiklərinin bir ifadəsi idi.

Lakin canlıları ən kiçik təfərrüatına qədər tədqiq edən XX əsrin texnologiyası hüceyrənin bəşəriyyətin qarşılaşdığı ən kompleks sistemlərdən biri olduğunu üzə çıxardı. Bu gün hüceyrənin içində enerji hazırlayan sistemlər, həyat üçün lazımlı ferment və hormonları istehsal edən fabriklər, istehsal ediləcək bütün məhsullarla bağlı məlumatların qeyd olunduğu məlumat bankı, bir yerdən digərinə xam maddələri və məhsulları daşıyan kompleks daşıma sistemləri, boru xətləri, kənardan gələn xam maddələri işə yararlı hissələrə parçalayan təkmilləşmiş laboratoriyalar və saflaşdırma zavodları, hüceyrəyə daxil olan və ya hüceyrədən xaric edilən məmulatların giriş-çıxışına nəzarət edən peşəkar hüceyrə qılafı zülalları olduğunu bilirik. Bu sadaladıqlarımız hüceyrədəki mürəkkəb quruluşun sadəcə bir hissəsini təşkil edir.

Təkamülçü alim olan U.H.Torp: “Canlı hüceyrələrinin ən bəsitinin malik olduğu mexanizm belə insanın indiyə qədər hazırladığı, hətta xəyalını qurduğu bütün cihazlardan daha kompleksdir”, -deyə yazır.240

Hüceyrə o qədər kompleksdir ki, bu gün insanın nail olduğu yüksək texnologiya belə bir hüceyrə hazırlaya bilmir. Süni hüceyrə əmələ gətirmək üçün aparılan bütün elmi fəaliyyətlər uğursuzluqla nəticələnmişdir. Belə ki, bu gün hüceyrənin əmələ gətirilməsi hədəfindən əl çəkilmişdir və artıq bu istiqamətdə heç bir elmi fəaliyyət aparılmır.

Təkamül nəzəriyyəsi isə insanın bütün məlumat və texnoloji imkanları ilə əldə edə bilmədiyi bu sistemin ibtidai dünyada “təsadüfən” əmələ gəldiyini irəli sürür. Bu, mətbəədə baş verən partlayış nəticəsində təsadüfən bir ensiklopediyanın nəşr olunması ehtimalından daha azdır.

İngilis riyaziyyatçısı və astronom Ser Fred Hoyl 12 noyabr 1981-ci ildə “Təbiət” (Nature) jurnalına verdiyi bir müsahibəsində bu cür bənzətmə etmişdir. Özünün materialist olmasına baxmayaraq, Hoyl təsadüflər nəticəsində bir canlı hüceyrənin meydana gəlməsiylə bir dəmir yığınının qasırğa ilə sovrulması nəticəsində təsadüfən Boing 747 təyyarəsinin əmələ gəlməsi arasında bir fərq olmadığını bildirir.241 Yəni hüceyrənin öz-özünə təsadüflər nəticəsində əmələ gəlməsi qeyri-mümkündür.

Təkamül nəzəriyyəsinin hüceyrənin necə mövcud olması sualını açıqlaya bilməməsinin ən əsas səbəblərindən biri hüceyrədəki “mürəkkəb komplekslik” xüsusiyyətidir. Bir canlı hüceyrəsi çox sayda kiçik orqanoidin ahəng içində işləməsiylə yaşayır. Bu hissələrdən biri belə olmasa, hüceyrə məhv olar. Hüceyrə təbii seçmə və mutasiya kimi şüursuz mexanizmlərin onu təkmilləşdirməsini gözləyə bilməz. Ona görə də yer üzündə əmələ gələn ilk hüceyrə həyat üçün lazımlı bütün orqanoid və funksiyalara malik, tam hüceyrə olmalıdır.

Zülalların mənşəyi problemi

Hələlik hüceyrəni bir kənara qoyaq. Təkamül nəzəriyyəsi hüceyrənin tərkib hissələrini belə izah edə bilmir. Hüceyrəni təşkil edən yüzlərlə növdə kompleks zülal molekulundan tək birinin belə təbii amillərlə əmələ gəlməsi ehtimalı yoxdur.

Zülallar “aminturşu” adlanan daha kiçik molekulların müəyyən sayda və növdə xüsusi ardıcıllıqla düzülməsi nəticəsində əmələ gələn böyük molekullardır. Bu molekullar canlı hüceyrələrinin əsasını təşkil edirlər. Ən sadəsi təqribən 50 aminturşudan ibarət olan zülalların minlərlə aminturşudan təşkil olunmuş növləri də var.

Mühüm cəhət budur: zülalların quruluşlarındakı bir aminturşunun belə əskilməsi, yerinin dəyişməsi və ya zəncirə lazım olduğundan artıq aminturşunun əlavə edilməsi o zülalı yararsız molekul yığınına çevirər. Bu səbəbdən hər aminturşu məhz lazımi yerdə, lazımi sırada olmalıdır. Həyatın təsadüflərlə əmələ gəldiyini irəli sürən təkamül nəzəriyyəsi isə bu nizam qarşısında çarəsizdir. Çünki sözügedən nizam əsla təsadüflərlə açıqlanmayacaq qədər qeyri-adidir. (Nəzəriyyə hələ heç aminturşuların “təsadüfən əmələ gəlməsi” iddiasına tutarlı dəlil və ya izahat verə bilmir, bunu da bir az sonra təhlil edəcəyik).

Zülalların funksional quruluşunun təsadüfən meydana gəlməsinin qeyri-mümkünlüyünü hər kəsin asanlıqla anlaya biləcəyi sadə ehtimal hesablamaları ilə də görmək olar.

Məsələn, birləşmədə 288 aminturşu olan və 12 müxtəlif aminturşu növündən ibarət orta ölçüdəki bir zülal molekulunun tərkibindəki aminturşular 10300 fərqli şəkildə düzülə bilər. (Bu, 1 rəqəminin sağına 300 ədəd sıfır düzülməsindən əmələ gələn astronomik saydır). Ancaq bu düzülüşlərdən sadəcə biri sözügedən zülalı əmələ gətirir. Qalan bütün düzülüşlər heç bir işə yaramayan, hətta bəzən canlılar üçün zərərli aminturşu zəncirləridir. Ona görə yuxarıda misal çəkdiyimiz zülal molekullarından ancaq birinin təsadüfən əmələ gəlmə ehtimalı “10300-də 1”dir. Bu ehtimalın praktiki şəkildə baş verməsi isə qeyri-mümkündür. (Riyaziyyatda 1050-də 1-dən kiçik ehtimallar “sıfır ehtimal” qəbul edilir).

Habelə 288 aminturşudan ibarət bir zülal canlıların orqanizmindəki minlərlə aminturşudan ibarət zülallarla müqayisə edildikdə olduqca sadə forma hesab edilir. Eyni ehtimal hesablarını bu nəhəng molekullara tətbiq etdikdə isə “qeyri-mümkün” kəlməsinin belə qənaətbəxş olmadığını görürük.

Canlıların inkişafında bir mərhələ də irəlilədikcə tək başına bir zülalın da heç bir şey ifadə etmədiyini görərik. İndiyə qədər məlum olan ən kiçik bakteriyalardan biri olan Mycoplasma hominis H39 belə 600 növ zülaldan ibarətdir. Bu təqdirdə bircə zülalla bağlı apardığımız ehtimal hesablamalarını 600 növ zülala da aid etməliyik. Nəticədə, qarşılaşacağımız rəqəmlər isə “qeyri-mümkün” anlayışının da fövqündədir.

Hal-hazırda bu sətirləri oxuyan və indiyə qədər təkamül nəzəriyyəsini elmi açıqlama hesab etmiş bəzi oxucular, bəlkə, buradakı rəqəmlərin çox mübaliğəli olduğunu, həqiqətləri əks etdirmədiyini düşünə bilər. Xeyr, bunlar qəti və konkret həqiqətlərdir. Heç bir təkamülçü də bu rəqəmlərə etiraz edə bilməz.

Bir çox təkamülçü bu həqiqəti etiraf edir. Məsələn, Harold Blam adlı bir təkamülçü alim: “Məlum olan ən kiçik zülalların belə təsadüfən meydana gəlməsi tamamilə qeyri-mümkün görünür”, -deyir.242

Təkamülçülər molekulyar təkamülün çox uzun zaman davam etdiyini və bu zamanın qeyri-mümkün olanı mümkün etdiyini iddia edirlər. Lakin nə qədər uzun zaman verilsə də, aminturşuların təsadüfən zülal əmələ gətirməsi qeyri-mümkündür. Amerikalı geoloq Uilyam Stoks “Yerin tarixinin əsasları” (Essentials of Earth history) adlı kitabında bu həqiqəti qəbul edərkən “əgər milyard illər boyu milyardlarla planetin səthi lazımi aminturşu ehtiva edən qatı sulu təbəqə ilə dolu olsaydı, yenə (zülal) əmələ gəlməzdi” yazır.243

Bəs bütün bunlar nə məna verir? Kimya professoru Peri Rivz isə bu suala belə cavab verir:

Bir insan aminturşuların təsadüfən birləşməsindən nə qədər çox ehtimal olunan quruluş əmələ gələcəyini düşündükdə həyatın, həqiqətən də, bu şəkildə əmələ gəldiyini düşünməyin ağlasığmaz olduğunu görər. Belə bir işin baş verməsində Böyük Qurucunun var olduğunu qəbul etmək daha ağlasığandır.244

Bir dənəsinin belə təsadüfən əmələ gəlməsi qeyri-mümkün olan bu zülalların təqribən bir milyon dənəsinin təsadüfən uyğun şəkildə birləşərək tam insan hüceyrəsini meydana gətirməsi isə əsla mümkün deyil. Hüceyrəyə gəldikdə, bir hüceyrə əsla zülal yığınından ibarət deyil. Hüceyrənin içində zülallarla birlikdə nuklein turşuları, karbohidratlar, lipidlər, vitaminlər, elektrolitlər kimi başqa bir çox kimyəvi maddə istər quruluş, istərsə funksiya baxımından müəyyən nisbət və dizayn çərçivəsində yerləşirlər. Hər biri də bir çox fərqli orqanoidin içində əsas və ya köməkçi molekul kimi funksiya daşıyır.

Nyu-York Universitetindən kimya professoru və DNT mütəxəssisi Robert Şapiro təkcə sadə bir bakteriyanın tərkibindəki 2000 növ zülalın təsadüfən meydana gəlmə ehtimalını hesablamışdır. (İnsan hüceyrəsində isə təqribən 200.000 növ zülal var). Əldə edilən rəqəm 1040.000-də 1-dir.245 (Bu ədəd 1 rəqəminin yanına 40 min dənə sıfır əlavə edilməsi ilə əmələ gələn ağlasığmaz saydır).

Kardiff Universitetindən tətbiqi riyaziyyat və astronomiya professoru Çandra Uikramasinqhe bu ədəd haqqında belə şərh verir:

Bu say (1040.000) Darvini və bütün təkamül nəzəriyyəsini basdırmaq üçün kifayətdir. Bu planetin və ya başqa birinin üzərində əsla (həyatın əmələ gələcəyi) ibtidai şorba olmamışdır və həyatın başlanğıcı təsadüfən əmələ gəlməyəcəyinə görə, məqsədli bir ağlın məhsulu olmalıdır.246

Prof. Fred Hoyl isə bütün bu saylar haqqında belə deyir:

Əslində, həyatın ağıl sahibi bir varlıq tərəfindən yaradıldığı o qədər aydındır ki, insana bu açıq həqiqətin nə üçün geniş şəkildə qəbul edilmədiyi qəribə gəlir. Bunun (qəbul edilməməsinin) səbəbi elmi deyil, psixolojidir.247

“Science News”un 1999-cu il, yanvar sayında dərc olunan bir məqaləsində də aminturşuların zülalları necə əmələ gətirdiyinə dair hələ heç bir açıqlama verilmədiyi belə bildirilir:

Heç kim indiyə qədər geniş şəkildə yayılmış aminturşuların zülallara necə çevrildiyinə dair qənaətbəxş açıqlama verə bilməmişdir. İbtidai dünyanın fərz edilən şərtləri aminturşuları izolyasiya edilmiş təkliyə sürükləyəcək şəkildədir.248

Sol əlli zülallar

Zülalın əmələ gəlməsiylə bağlı təkamülçü tezislərin həyata keçməsinin qeyri-mümkünlüyünü bir az da hərtərəfli təhlil edək.

Canlılardakı bir zülal molekulunun əmələ gəlməsi üçün təkcə uyğun aminturşuların uyğun sırada düzülmələri kifayət deyil. Bununla yanaşı, zülalların tərkibindəki 20 növ aminturşudan hər biri ancaq “sol əlli” olmalıdır. Kimyəvi cəhətdən eyni aminturşunun həm sağ əlli (və ya D-izomer), həm də sol əlli (L-izomer) olmaqla iki fərqli növü var. Bunların aralarındakı fərq üç ölçülü formalarının bir-biri ilə əks istiqamətli olmasından irəli gəlir. Eynilə insanın sağ və sol əlləri arasındakı fərq kimi.

Hər iki növ aminturşu bir-birləri ilə asanlıqla bağlana bilir. Ancaq aparılan təhlillərdə təəccüblü həqiqət üzə çıxmışdır: ən sadə orqanizmdən ən mürəkkəbinə qədər bütün canlılardakı zülallar sadəcə sol əlli aminturşulardan əmələ gəlir. Zülalın tərkibinə qatılan bir sağ əlli aminturşu belə o zülalı yararsız hala salır. Hətta bəzi təcrübələrdə bakteriyalara sağ əlli aminturşular əlavə edilmiş, ancaq bakteriyalar bu aminturşuları dərhal parçalamışlar, bəzi hallarda isə bu parçaladıqları aminturşulardan yenidən öz istifadələri üçün sol əlli aminturşular inşa etmişlər.

Bir anlıq təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, canlıların təsadüflərlə əmələ gəldiyini fərz edək. Bu halda, yenə təsadüflərlə əmələ gəlmiş aminturşular təbiətdə sağ və sol əlli olmaq üzrə bərabər miqdarda olacaqdılar. Ona görə bütün canlıların tərkibində sağ və sol əlli aminturşular qarışıq miqdarda olmalıydı. Çünki kimyəvi cəhətdən hər iki qrupdan olan aminturşuların da bir-birləri ilə asanlıqla birləşməsi mümkündür. Lakin bütün canlı orqanizmlərdəki zülallar ancaq sol əlli aminturşulardan ibarətdir.

Zülalların bunların içindən necə sadəcə sol əlli aminturşuları seçdikləri və necə aralarına heç bir sağ əlli aminturşunun qarışmaması alimlərin heç cür izah edə bilmədikləri mövzulardan biri kimi qalmışdır. Bu cür xüsusi və şüurlu seçicilik təkamül nəzəriyyəsinin düşdüyü çıxılmaz vəziyyətlərdən biridir.

Habelə açıq şəkildə göründüyü kimi, zülalların bu xüsusiyyəti təkamülçülərin “təsadüf” müəmmasını daha da içindən çıxılmaz vəziyyətə salır: “yararlı” bir zülalın əmələ gəlməsi üçün bir az əvvəl də izah etdiyimiz kimi, sadəcə onu təşkil edən aminturşulardan bəlli miqdarda qüsursuz düzülüşdə və xüsusi üç ölçülü dizayna uyğun şəkildə birləşmələri də kifayət deyil. Bütün bunlarla yanaşı bu aminturşuların hamısının sol əlli olanlar arasından seçilməsi və içlərində bir dənə də sağ əlli aminturşu olmaması da vacibdir. Çünki aminturşu zəncirinə əlavə edilən bir səhv sağ əlli aminturşunun səhv olduğunu müəyyən edərək onu zəncirdən çıxaracaq hər hansı təbii seçmə mexanizmi də mövcud deyil. Buna görə bir sağ əlli aminturşu da sol əlli aminturşuların arasına qarışmamalıdır. Bu da təsadüf anlayışını bir daha əsassız edir.

Bu vəziyyət “Britannika elmi ensiklopediyası”nda belə ifadə edilir:

… Yer üzündəki bütün canlı orqanizmlərdəki aminturşuların hamısı, zülallar kimi mürəkkəb polimerlərin tərkib hissələri eyni asimmetriyaya sahibdir. Sanki tamamilə sol əllidir. Bu, bir baxımdan milyon dəfə havaya atılan bir qəpiyin hər dəfə eyni üzünün yerə düşməsinə bənzəyir. Molekulların necə sol əl və ya sağ əl olduğunu anlamaq olmur. Bu seçim anlaşılmaz şəkildə yer üzündəki həyatın mənbəyinə bağlıdır.249

Bir qəpik milyon dəfələrlə havaya atıldıqda hər dəfə eyni üzü yerə düşürsə, bunu təsadüflə açıqlamaq, yoxsa birisinin şüurlu şəkildə havaya atılan qəpiyə müdaxilə etdiyini qəbul etmək daha məntiqlidir? Cavab aydındır.

Aminturşulardakı sol əlli olma hadisəsinə bənzər vəziyyət nukleotidlər, yəni DNT və RNT-nin tərkib hissələrinə də aiddir. Onlar da canlı orqanizmlərdə olan bütün aminturşuların əksinə, ancaq sağ əlli olanlardan seçilmişdirlər. Bu da təsadüflə açıqlanmayacaq vəziyyətdir.

Nəticədə, həyatın mənbəyinin təsadüflərlə açıqlanmasının mümkün olmadığı başdan bəri təhlil etdiyimiz ehtimallarla qəti şəkildə sübut edilir: 400 aminturşudan ibarət orta ölçüdəki bir zülalın sadəcə sol əlli aminturşulardan seçilmə ehtimalını hesablamaq istəsək, 2400-də, yəni 10120-də 1 ehtimal əldə edərik. Bu astronomik rəqəmi izah etmək üçün kainatdakı elektronların sayının cəminin bu saydan daha az olduğunu, təqribən 1079 olduğunu bildirək. Bu aminturşuların lazımi düzülüşü və funksional orqanı əmələ gətirmə ehtimalları isə daha böyük rəqəmləri əmələ gətirir. Bu ehtimallara birdən çox sayda və növdə zülalın əmələ gəlmə ehtimalını da əlavə etsək, hesablamaların içindən heç çıxmaq olmaz.

Peptid zənciri zərurəti

Təkamül nəzəriyyəsinin bir zülalın əmələ gəlməsi mərhələsi ilə bağlı qarşılaşdığı problemlər buraya qədər sadaladıqlarımızla bitmir. Bir zülalın əmələ gəlməsi üçün lazım olan aminturşu növlərinin uyğun sayda və ardıcıllıqla və lazımi üçölçülü formada düzülmələri də kifayət deyil. Bütün bu şərtlərlə bərabər birdən çox qola malik aminturşu molekulları ancaq müəyyən qollarla bir-birlərinə bağlanmalıdırlar. Bu şəkildəki rabitəyə “peptid rabitəsi” deyilir. Aminturşular fərqli rabitələrlə bir-birlərinə bağlana bilərlər, ancaq zülallar ancaq və ancaq “peptid” rabitəsi ilə bağlanmış aminturşulardan əmələ gəlirlər.

Bunu bir bənzətmə ilə gözünüzdə canlandıra bilərsiniz: məsələn, bir avtomobilin bütün hissələrinin tam və yerli-yerində olduğunu düşünün. Lakin təkərlərdən birisi lazım olduğu yerə vintlərlə deyil, bir sim parçasıyla və ya dairəvi üzü aşağı şəkildə avtomobilə birləşdirilsin. Belə bir avtomobilin motoru nə qədər güclü olsa da, nə qədər qabaqcıl texnologiya ilə istehsal olunsa da, bir metr belə gedə bilməz. Görünüş baxımından hər şey yerli-yerindədir, lakin təkərlərdən birinin yerinə lazım olduğundan fərqli şəkildə bağlanması avtomobili tamamilə yararsız hala salacaqdır. Eynilə bir zülal molekulundakı bir aminturşunun digərinə peptid rabitəsindən fərqli rabitə ilə bağlanması bu molekulu yararsız edəcəkdir.

Aparılan araşdırmalar öz aralarında təsadüfən birləşən aminturşuların ən çox 50%-nin peptid rabitəsiylə bir-birinə bağlandığını, qalanının isə zülallara uyğun olmayan fərqli rabitələrlə bağlandıqlarını üzə çıxarmışdır. Ona görə bir zülalın təsadüfən əmələ gəlməsi ehtimalını hesablayarkən (sol əlli aminturşu zərurəti də nəzərə alınmaqla) hər aminturşunun özündən əvvəlki və sonrakı ilə ancaq və ancaq peptid rabitəsi ilə bağlanması zərurətini də hesaba qatmaq lazımdır. Bu da təxminən 50% ehtimaldır.

Bu ehtimal da zülaldakı hər aminturşunun sol əlli olması ehtimalı ilə eynidir. Yəni 400 aminturşudan ibarət bir zülalda bütün aminturşuların öz aralarında ancaq peptid rabitəsi ilə birləşmələri ehtimalı 2399-da 1-dir.

Sıfır ehtimal

Bura qədər təhlil etdiyimiz üç fərqli ehtimalı (aminturşuların düzgün düzülmə ehtimalı, hamısının sol əlli olma ehtimalı və hamısının peptid rabitəsi ilə birləşməsi ehtimalını) birləşdirsək, 10950-də 1 ehtimal kimi astronomik rəqəm ortaya çıxar. Bu ancaq kağız üstündəki ehtimaldır. Təcrübədə isə belə bir hadisənin baş vermə ehtimalı “sıfırdır”.

Təkcə bir zülal molekulunu əmələ gətirmək üçün aminturşuların dünyanın başlanğıcından bəri ard-arda heç vaxt itirmədən sınama və yanılma yolu ilə birləşib ayrıldıqlarını fərz etsək belə, yenə də 10950-də 1 ehtimalının baş tutması üçün lazımi müddət dünyanın bu günə qədərki ömründən çox artıqdır.

Bütün bunlardan belə nəticə çıxır: təkamül nəzəriyyəsi hələ tək bir zülalın əmələ gəlməsini açıqlama mərhələsində çətinliyə düşür.

Təkamül nəzəriyyəsinin ən qabaqcıl tərəfdarlarından prof. Riçard Dokinz də nəzəriyyənin düşdüyü çıxılmaz vəziyyəti belə ifadə edir:

Təhlil etdiyimiz növdən olan “şanslı” hadisə o qədər qorxunc dərəcədə ehtimaldan kənar olacaqdır ki, kainatın hər hansı bir yerində baş vermə şansı hər il milyard dəfə milyardda bir qədər az olacaqdır. Əgər bu ancaq kainatın hər hansı bir yerindəki bir planetdə baş vermişdirsə, bu, bizim planetimiz olmalıdır, çünki biz burada bu mövzu haqqında danışırıq.250

Təkamül nəzəriyyəsinin nüfuzlu tərəfdarlarının birinin bu cür mövqeyi nəzəriyyənin təməl məntiqinin səhv olduğunu çox açıq şəkildə əks etdirir. Dokinzin “Qeyri-mümkünlük dağına dırmaşmaq” adlı kitabında yazdığı yuxarıdakı ifadələri təkamülçülərin klassik “biz buradayıqsa, deməli, təkamül də baş vermişdir” şəklindəki heç bir açıqlaması olmayan ziddiyyətli məntiqinə nümunədir.

Göründüyü kimi, ən mühafizəkar təkamül tərəfdarları belə təkamül nəzəriyyəsinin canlıların hələ başlanğıc mərhələsini açıqlaya bilmədiyini etiraf edirlər. Ancaq çox maraqlıdır ki, bu vəziyyət qarşısında müdafiə etdikləri nəzəriyyənin həqiqətdən kənar olduğunu qəbul etmək əvəzinə, ehkamçı yanaşma ilə təkamülə bağlanmağı üstün tuturlar. Bu, tamamilə ideoloji mühafizəkarlıqdır.

Təbiətdə sınama-yanılma mexanizmi yoxdur

Nəticə olaraq bura qədər bəzi nümunələrini sadaladığımız ehtimal hesablamalarının əsas məntiqilə əlaqədar çox mühüm cəhəti qeyd etmək lazımdır: yuxarıda hesabladığımız ehtimallar zülalların təsadüfən əmələ gəlməsinin qeyri-mümkün olduğunu göstərir. Ancaq hadisənin daha mühüm və təkamül nəzəriyyəsi baxımından içindən çıxılmaz tərəfi də var: əslində, təbiətdə bu ehtimalların sınama prosesi belə başlaya bilməz. Çünki təbiətdə sınama və yanılma yolu ilə zülal hazırlamağa çalışan mexanizm yoxdur.

500 aminturşudan ibarət bir zülalın əmələ gəlmə ehtimalını göstərmək üçün verdiyimiz hesablamalar sadəcə ideal (gerçək həyatda baş verməyən) sınama və yanılma mühiti üçün qüvvədədir. Yəni şüurlu bir gücün təsadüfən 500 aminturşunu birləşdirməsi, sonra bunun səhv olduğunu görüb hamısını tək-tək ayırması, daha sonra ikinci dəfə fərqli ardıcıllıqla düzməsi ilə yararlı zülalın əldə edilmə ehtimalı 10950-də 1-dir. Hər sınamada aminturşular tək-tək ayrılıb yeni ardıcıllıqla düzülməlidir. Bundan başqa, hər sınamada 500-cü aminturşu da əlavə edildikdən sonra zülal hazırlanması dayandırılmalı və tək bir artıq aminturşunun qarışmasının qarşısı alınmalı, zülalın əmələ gəlib-gəlmədiyinə baxılmalı, əmələ gəlmədikdə hamısı ayrılıb yeni bir ardıcıllıq sınanmalıdır. Habelə hər sınama əsnasında araya başqa heç bir yad kimyəvi maddə də qarışmamalıdır. Sınama zamanı əmələ gələn zəncirin 500 halqaya çatmadan parçalanmaması da şərtdir. Yəni əvvəldən bəri bəhs etdiyimiz ehtimallar əvvəlini, sonunu və hər mərhələsini şüurlu bir gücün idarə etdiyi, ancaq “aminturşuların seçilməsi”nin təsadüflərə həvalə edildiyi tənzimlənən mexanizmlə baş verir. Təbii amillərin bu cür xüsusiyyətlərə malik olması mümkün deyil. Ona görə təbii mühitdə bir zülalın əmələ gəlməsi tamamilə qeyri-mümkündür.

Bu mövzuları hərtərəfli dəyərləndirməyən və səthi yanaşan şəxslər zülalın əmələ gəlməsini sadə kimyəvi reaksiya kimi düşündükləri üçün “aminturşular reaksiya nəticəsində birləşib zülal əmələ gətirir” kimi həqiqətdən kənar məntiq irəli sürürlər. Halbuki cansız təbiətdə təsadüfən baş verən kimyəvi reaksiyalar ancaq sadə birləşmələr əmələ gətirirlər. Onların say və növü də müəyyən və məhduddur. Daha kompleks kimyəvi maddə əldə etmək üçün böyük fabriklər, kimyəvi müəssisələr, laboratoriyalar lazımdır. Dərmanlar, gündəlik həyatda istifadə etdiyimiz bir çox kimyəvi maddə elə bu növdəndir. Zülallar isə sənayedə istehsal edilən bu kimyəvi maddələrdən daha kompleks quruluşa malikdir. Ona görə hər hissəsinin yerli-yerində və planlı şəkildə yerləşməsi lazım gələn mexaniki dizayn və mühəndislik möcüzəsi olan zülalların təsadüfi kimyəvi reaksiyalar nəticəsində əmələ gəlməsi əsla mümkün deyil.

Yuxarıda bəhs etdiyimiz bütün imkansızlıqları bir anlıq bir kənara qoyub yenə də yararlı zülal molekulunun “təsadüfən” öz-özünə əmələ gəldiyini fərz edək. Ancaq bu zaman da təkamül nəzəriyyəsi bir daha çıxılmaz vəziyyətə düşür. Çünki bu zülal məhv olmamaq üçün dərhal mövcud olduğu təbii mühitdən izolyasiya edilib çox xüsusi şərtlərdə qorunmalıdır. Əks təqdirdə bu zülal yer üzündəki amillərin təsiri ilə dərhal parçalanar və ya başqa turşular, aminturşular və ya digər kimyəvi maddələrlə birləşərək xüsusiyyətini itirər, yararsız, tamamilə başqa maddəyə çevrilər.

Diqqət edilsə, bura qədər nəzərdən keçirdiyimiz mövzu ancaq bir zülalın təsadüfən əmələ gəlməsinin qeyri-mümkün olması ilə bağlıdır. Halbuki təkcə insan bədənində təqribən 100.000 fərqli növdə zülal funksiya yerinə yetirir. Habelə məlum olan 1,5 milyon canlı növü var və hələ on milyon qədərinin mövcud olduğu hesab edilir. Bir çox zülal müxtəlif həyat şəraitində istifadə edilsə də, bütün bitki və heyvan aləmində 100 milyon və ya daha çox zülal növü var. Bu günə qədər nəsli kəsilmiş milyonlarla növ isə bu hesaba daxil deyil. Yəni yer üzündə yüz milyonlarla fərqli zülal şifrəsi mövcud olmuşdur. Bir zülalın təsadüflərlə açıqlana bilmədiyi nəzərə alınsa, yüz milyonlarla fərqli zülal şifrəsinin nə məna ifadə etdiyi başa düşülər.

Bu həqiqəti nəzərə aldıqda yer üzündəki canlıların necə mövcud olduğu sualının cavabının “təsadüflər” olmadığı açıq şəkildə görünür.

Həyatın mənşəyi mövzusundakı təkamülçü cəhdlər

Hər şeydən əvvəl, əsas cəhəti yadda saxlamaq lazımdır: təkamül prosesinin hər hansı bir mərhələsinin qeyri-mümkün olduğunun üzə çıxması nəzəriyyənin kökündən səhv olduğunu və əsassızlığını göstərməsi üçün kifayətdir. Məsələn, sadəcə zülalların təsadüfən əmələ gəlməsinin qeyri-mümkünlüyünün sübut edilməsi təkamülün daha sonrakı mərhələlərə aid bütün digər iddialarını da təkzib etmiş olur. Bundan sonra insan və meymun kəllə sümükləri üzərində fərziyyələr qurmağın da heç bir mənası qalmaz.

Canlıların cansız maddələrdən necə əmələ gəlməsi uzun müddət təkamül nəzəriyyəsi tərəfdarlarının üzərində çox durmaq istəmədikləri problem idi. Ancaq daima görməzliyə vurduqları bu problem getdikcə gizlədilməyəcək problemə çevrildi və bu problemi XX əsrin ikinci rübündə başlayan bir sıra tədqiqatla həll etməyə çalışdılar.

İlk sual bu idi: ibtidai dünyada ilk canlı hüceyrə necə meydana gəlmişdi? Daha doğrusu, təkamülçülər bu suala necə açıqlama gətirməliydilər?

Bu mövzuya ilk dəfə müraciət edən şəxs “kimyəvi təkamül” anlayışını ortaya atan rus bioloq Aleksandr İ.Oparin oldu. Oparin bütün nəzəri fəaliyyətlərinə baxmayaraq, həyatın mənşəyini açıqlama baxımından heç bir nəticə əldə edə bilmədi. 1936-cı ildə nəşr etdirdiyi “Həyatın mənşəyi” (Origin of life) adlı kitabında belə deyirdi:

Təəssüf ki, hüceyrənin mənşəyi təkamül nəzəriyyəsini tamamilə əhatə edən ən qaranlıq cəhəti təşkil edir.251

Oparindən sonra təkamülçülər hüceyrənin təsadüflərlə əmələ gələcəyini sübut etmək üçün saysız-hesabsız təcrübə, tədqiqat və müşahidə apardılar. Ancaq aparılan hər tədqiqat hüceyrədəki kompleks yaradılışı daha hərtərəfli üzə çıxararaq təkamülçülərin fərziyyələrini daha da təkzib etdi. Almaniyadakı İohannes Qutenberq Universitetinin Biokimya İnstitutunun rəhbəri prof. dr. Klaus Doze bu barədə belə deyir:

Kimyəvi və molekulyar təkamül sahələrində həyatın mənşəyi mövzusunda otuz ildən çox davam etdirilən bütün təcrübələr həyatın mənşəyi probleminə cavab tapmaqdansa, problemin nə qədər böyük olduğunun qavranmasına səbəb oldu. Hal-hazırda bu mövzudakı bütün nəzəriyyələr və təcrübələr ya çıxılmaz vəziyyətlə bitir, ya da məlumatsızlıq etirafları ilə nəticələnir.252

Təkamülçü elmi yazıçı Con Horqan da “Elmin sonu” (The end of science) adlı kitabında həyatın mənşəyi mövzusu haqqında: “Bu, müasir biologiyanın əsasını təşkil edən ən zəif hissədir”, -deyir.253

San Diyeqo Skripps İnstitutundan geokimyaçı Cefri Badanın aşağıdakı sözləri isə XX əsrin sonunda təkamülçülərin bu dərin çıxılmaz vəziyyət qarşısındakı çarəsizliklərinin ifadəsidir:

Bu gün XX əsri geridə qoyarkən hələ də XX əsrə daxil olduqda üzləşdiyimiz ən böyük həll olunmamış problemlə qarşı-qarşıyayıq: həyat yer üzündə necə başlamışdır?254

İndi təkamül nəzəriyyəsin bu “ən böyük həll edilməmiş problemini” təfərrüatı ilə nəzərdən keçirək. Əvvəlcə, məşhur Miller təcrübəsini təhlil edək.

Miller təcrübəsi

Həyatın mənşəyi ilə bağlı təkamülçü mənbələrin ən çox etibar etdikləri tədqiqat isə 1953-cü ildə amerikalı tədqiqatçı Stenli Miller tərəfindən keçirilən Miller eksperimentidir. (Təcrübə Millerin Çikaqo Universitetindəki müəllimi Harold Yurinin köməyinə görə “Yuri-Miller eksperimenti” kimi də tanınır). Təkamül prosesinin ilk mərhələsi kimi irəli sürülən “kimyəvi təkamül” tezisinə “dəlil” kimi irəli sürülən yeganə cəhd elə bu təcrübədir. Aradan təxminən yarım əsr keçməsinə və böyük texnoloji irəliləyişlər əldə edilməsinə baxmayaraq, bu məsələdə heç bir yeni cəhd edilməmişdir. Bu gün hələ də dərsliklərdə canlıların ilk dəfə əmələ gəlməsinin təkamül baxımından açıqlaması kimi Miller eksperimenti öyrədilir. Çünki bu cür səylərin nəzəriyyələrini dəstəkləmədiyini, əksinə daima təkzib etdiyini anlayan təkamül tədqiqatçıları buna bənzər təcrübələrə əl atmaqdan xüsusilə çəkinirlər.

Stenli Millerin məqsədi milyard illər əvvəlki cansız dünyada zülalların tərkib hissələri olan aminturşuların “təsadüfən” əmələ gəldiklərini göstərən təcrübi dəlil ortaya qoymaq idi. Miller təcrübəsində ibtidai dünya atmosferində mövcud olduğunu fərz edilən (daha sonralar isə mövcud olmadığı məlum olan) ammonyak, metan, hidrogen və su buxarından ibarət qaz qarışığından istifadə etdi. Bu qazlar təbii şərtlər daxilində bir-biri ilə reaksiyaya girmədiklərinə görə təcrübəyə kənardan enerji müdaxiləsi edildi. İbtidai atmosfer mühitində ildırımlardan əmələ gəldiyi düşünülən enerjini süni elektrik mənbəyi vasitəsilə təmin etdi.

Miller bu qaz qarışığını bir həftə boyu 100°C temperaturda qaynatdı, bir tərəfdən də qarışığa elektrik axını verdi. Həftənin sonunda Miller sınaq şüşəsinin dibindəki qarışıqda əmələ gələn kimyəvi maddələri ölçdü və zülalların tərkib hissələrini təşkil edən 20 növ aminturşudan üçünün sintezləndiyini müşahidə etdi.

Təcrübə təkamülçü dairələrdə böyük sevinc yaratdı və çox böyük uğur kimi təqdim edildi. Hətta müxtəlif KİV-lər hadisədən məst olaraq “Miller həyatı yaratdı” başlığı altında fərziyyələr dərc etdilər. Lakin Millerin sintezlədiyi ancaq “cansız” molekullar idi.

Bu təcrübədən topladıqları cəsarətlə təkamülçülər dərhal yeni ssenarilər uydurdular. Aminturşulardan sonrakı mərhələlər də dərhal uyduruldu. Ssenariyə əsasən, aminturşular daha sonra təsadüflər nəticəsində uyğun ardıcıllıqda birləşmiş və zülalları əmələ gətirmişdilər. Təsadüf nəticəsində meydana gələn bu zülalların bəziləri də özlərini nə cürsə (!) əmələ gəlmiş hüceyrə qılafına bənzər formaların içinə yerləşdirərək hüceyrəni meydana gətirmişdilər. Hüceyrələr də zaman ərzində yan-yana gəlib birləşərək canlı orqanizmləri əmələ gətirmişdilər.

Halbuki bu ssenarinin ən böyük əsası olan Miller eksperimenti hər cəhətdən əsassızlığı sübut edilmiş bir cəhddən başqa bir şey deyildi.

Miller təcrübəsini əsassız edən dörd səbəb

Millerin ibtidai dünya mühitində aminturşuların öz-özünə əmələ gəldiklərini sübut etmək məqsədi ilə keçirdiyi təcrübə bir çox cəhətdən əsassızdır. Bunları belə sıralaya bilərik:

1) Miller təcrübəsində “soyuq tələ” (cold trap) adlı bir mexanizmdən istifadə edərək aminturşuları əmələ gəldikləri anda dərhal həmin mühitdən təcrid etmişdi. Çünki əks təqdirdə aminturşuları əmələ gətirən mühitin amilləri bu molekulları əmələ gəldikdən dərhal sonra məhv edəcəkdi.

Halbuki ibtidai dünya mühitində, əlbəttə, bu cür şüurlu mexanizmlər yox idi və bunlar olmadan hər hansı aminturşu əmələ gəlsə belə, bu molekullar eyni mühitdə dərhal parçalanacaqdılar. Kimyaçı Riçard Blissin bildirdiyi kimi, “bu soyuq tələ olmasa, kimyəvi məhsullar elektrik mənbəyi tərəfindən məhv ediləcəkdi”.255

Belə ki, Miller soyuq tələ yerləşdirmədən apardığı daha əvvəlki təcrübələrdə bircə aminturşu da əldə edə bilməmişdi.

2) Millerin təcrübəsində canlandırmağa çalışdığı ibtidai atmosfer mühiti həqiqi deyildi. 1980-ci illərdə alimlər ibtidai atmosferdə metan və ammonyak əvəzinə azot və karbon-dioksid olduğu haqqında ortaq fikrə gəldilər.

Bəs Miller nə üçün bu qazlar məsələsində israr etmişdi? Cavab sadədir: ammonyak olmadan heç bir aminturşunun sintezlənməsi mümkün deyil. Kevin Makkin “Discover” jurnalında dərc etdirdiyi məqalədə bu vəziyyəti belə izah edir:

Miller və Yuri dünyanın qədim atmosferini metan və ammonyakı qarışdıraraq süni şəkildə düzəltdilər… Lakin son elmi tədqiqatlarda o zamanlar dünyanın çox isti olduğu və ərimiş nikel ilə dəmirin qarışığından meydana gəldiyi məlum olmuşdur. Beləliklə, o dövrdəki kimyəvi atmosfer tərkibi daha çox azot, karbon-dioksid və su buxarından ibarət olmalıdır. Halbuki bunlar üzvi molekulların əmələ gəlməsi üçün ammonyak və metan qədər uyğun deyillər.256

Belə ki, amerikalı alimlər C.P.Ferris və Ç.T.Çen karbon-dioksid, hidrogen, azot və su buxarından ibarət qarışıqla Millerin təcrübəsini təkrar həyata keçirdilər və tək bir aminturşu molekulu da əldə edə bilmədilər.257

3) Millerin təcrübəsini əsassız edən digər mühüm cəhət də aminturşuların əmələ gəldiyi irəli sürülən dövrdə atmosferdə aminturşuların hamısını parçalayacaq sıxlıqda oksigen olması idi. Millerin görməzliyə vurduğu bu həqiqət yaşı 3,5 milyard il olan daşlardakı oksidləşmiş dəmir və uran qalıqları ilə məlum oldu.258

Oksigen miqdarının bu dövrdə təkamülçü nəzəriyyəçilərin iddia etdiklərindən çox fərqli olduğunu göstərən başqa tapıntılar da üzə çıxdı. Araşdırmalar o dövrdə dünya səthinə təkamülçülərin təxmin etdiklərindən 10 min dəfə çox ultrabənövşəyi şüalar çatdığını göstərdi. Bu sıx ultrabənövşəyi şüalar atmosferdəki su buxarı və karbon-dioksidi parçalayaraq oksigeni ayırır.

Bu vəziyyət oksigen nəzərə alınmadan keçirilmiş Miller eksperimentini tamamilə əsassız edirdi. Əgər təcrübədə oksigendən istifadə edilsəydi, metan karbon-dioksid və suya, ammonyak isə azot və suya çevriləcəkdi. Digər tərəfdən, oksigenin olmadığı mühitdə –hələ ozon təbəqəsi olmadığı üçün– ultrabənövşəyi şüualara birbaşa məruz qalan aminturşular dərhal parçalanacaqdı. Nəticədə, ibtidai dünyada oksigenin olması da, olmaması da aminturşular üçün məvhedici mühit deməkdir.

4) Miller eksperimenti nəticəsində canlıların quruluş və funksiyalarını pozan xüsusiyyətlərə malik çox miqdarda üzvi turşular da əmələ gəlmişdi. Aminturşular təcrid edilməyib bu kimyəvi maddələrlə eyni mühitdə qaldıqda isə onlarla kimyəvi reaksiyaya girərək parçalanacaq və müxtəlif birləşmələrə çevriləcəkdilər.

Bundan əlavə, təcrübə nəticəsində ortaya bol miqdarda sağ əlli aminturşu çıxmışdı.259 Ancaq bu aminturşuların varlığı belə təkamül nəzəriyyəsini öz məntiqi içində batırmaq üçün kifayət idi. Çünki sağ əlli aminturşular canlıların orqanizmində istifadə edilməyən aminturşulardır. Beləliklə, Millerin təcrübəsindəki aminturşuların əmələ gəldiyi mühit canlılar üçün əlverişli deyil, əksinə, meydana gələn yararlı molekulları parçalayan, yandıran turşu qarışığından ibarət idi.

Bütün bunların göstərdiyi yeganə konkret həqiqət var: Miller eksperimenti canlıların ibtidai dünya şərtləri daxilində təsadüfən meydana gəldiyini dəstəkləmir. Təcrübə aminturşu sintezləməyi hədəfləyən şüurlu və nəzarətli laboratoriya işidir. İstifadə edilən qazların növləri və faiz nisbətləri aminturşuların əmələ gəlməsi üçün ən ideal ölçülərdə müəyyən edilmişdir. Mühitə verilən enerjinin miqdarı nə əskik, nə də artıqdır, tamamilə lazımi reaksiyaların baş verməsini təmin edən şəkildə tənzimlənmişdir. Təcrübə aparatı ibtidai dünya şərtlərində mövcud olan hər hansı zərərli, məhvedici və ya aminturşunun əmələ gəlməsinin qarşısını alan ünsür ehtiva etməyəcək şəkildə izolyasiya edilmişdir. İbtidai dünyada mövcud olan və reaksiyaların gedişatını dəyişdirən heç bir element, mineral və ya birləşmə sınaq şüşəsinə qoyulmamışdır. Oksidləşmə səbəbi ilə aminturşuların varlığına mane olan oksigen bunlardan sadəcə biridir. Hazırlanan ideal laboratoriya şərtlərinə gəlincə, “soyuq tələ” (cold trap) adlı mexanizm olmadan aminturşuların eyni mühitdə parçalanmadan qalmaları mümkün deyil.

Əslində, Miller öz eksperimenti ilə təkamülün “həyatın şüursuz təsadüflər nəticəsində meydana gəlməsi” iddiasını təkzib etmişdir. Çünki təcrübə aminturşuların ancaq bütün şərtləri xüsusi şəkildə tənzimlənmiş laboratoriya mühitində, şüurlu müdaxilələrlə əldə edilə bildiyini göstərir.

Miller eksperimenti bəzi mənbələrdə hələ də mühüm elmi kəşf kimi göstərilsə də, əslində, təkamülçü dairələr tərəfindən müdafiə edilmir. Son illərdə qərbin elmi jurnallarında təcrübənin həyatın mənşəyini açıqlamaq baxımından bir məna ifadə etmədiyi bildirilir. Məsələn, 1998-ci ilin fevral ayında dərc edilən məşhur təkamülçü elmi jurnalı “Yer”dəki (Earth) “Həyat küpü” adlı məqalədə bu cümlələr işlədilir:

Bu gün Millerin ssenarisi şübhəylə qarşılanır. Bir səbəbi geoloqların ibtidai atmosferin, əsasən, karbon-dioksid və azotdan ibarət olduğunu qəbul etmələridir. Bu qazlar isə 1953-cü ildəki təcrübədə (Miller eksperimentində) istifadə edilənlərdən daha az aktivdirlər. Millerin fərz etdiyi atmosfer mövcud olsaydı belə, aminturşular kimi bəsit molekulları daha mürəkkəb birləşmələrə – zülallar kimi polimerlərə çevirəcək lazımi kimyəvi dəyişikliklər necə əmələ gələ bilərdi ki? Miller özü belə problemin bu yerində əllərini irəli uzadıb: “Bu bir problemdir, -deyərək dərindən ah çəkir, -polimerləri necə əmələ gətirəcəksiniz? Bu, o qədər asan deyil…”260

Göründüyü kimi, Millerin özü belə bu gün təcrübəsinin həyatın mənşəyini açıqlamaq baxımından bir məna ifadə etmədiyini anlayır. “National geographic”in 1998-ci il mart sayındakı “Yer üzündəki həyatın mənşəyi” adlı məqaləsində isə bu mövzuyla bağlı belə sətirlər yazılmışdır:

Bir çox alim bu gün ibtidai atmosferin Millerin irəli sürdüyündən fərqli olduğunu təxmin edir. İbtidai atmosferin hidrogen, metan və ammonyakdan çox karbon-dioksid və azotdan ibarət olduğunu düşünürlər. Bu isə kimyaçılar üçün pis xəbərdir! Karbon-dioksid və azotu reaksiyaya saldıqda əldə edilən üzvi birləşmələr olduqca dəyərsiz miqdardadır. Böyük üzmə hovuzuna atılan bir damla qida boyası ilə eyni nisbətdə olan sıxlığa bərabərdir… Alimlər bu qədər duru şorbada həyatın əmələ gəlməsini təsəvvür etməyi belə çətin hesab edirlər.261

Qısaca desək, nə Miller eksperimenti, nə də başqa heç bir təkamülçü səy yer üzündə həyatın necə əmələ gəlməsi sualını cavablaya bilmir. Bütün tədqiqatlar həyatın təsadüflərlə əmələ gəlməsinin qeyri-mümkün olduğunu sübut edir və beləliklə, həyatın yaradıldığını göstərir. Təkamülçülərin bu açıq həqiqəti qəbul etməmələri isə elmə tamamilə zidd ehkamlara malik olduqlarına görədir. Belə ki, Miller eksperimentini tələbəsi Stenli Miller ilə birlikdə təşkil edən Harold Yuri bu mövzu ilə bağlı belə etiraf edir:

Həyatın mənşəyi mövzusunu araşdıraraq nə qədər çox tədqiq etsək də, həyatın hər hansı bir yerdə təkamül keçirməyəcək qədər kompleks olduğu nəticəsinə gəlirik. (Ancaq) hamımız bir inanc kimi həyatın bu planetdə ölü maddədən təkamüllə əmələ gəldiyinə inanırıq. Lakin komplekslik o qədər böyükdür ki, necə təkamül keçirdiyini təsəvvür etmək belə bizim üçün çətindir.262

İbtidai atmosfer və zülallar

Təkamülçü mənbələrdə aminturşuların mənşəyi problemi bura qədər sadaladığımız bütün əsassızlıqlarına baxmayaraq, Miller eksperimenti ilə ört-basdır edilməyə çalışılır. Bu tutarsız təcrübə ilə sözügedən problemin çoxdan həll olunduğu şəklində təsəvvür verərək təkamül nəzəriyyəsinin içinə düşdüyü çıxılmaz vəziyyətlər gizlədilməyə çalışılır.

Ancaq həyatın mənşəyini təsadüflərlə açıqlama cəhdinin ikinci mərhələsində təkamül nəzəriyyəsini aminturşulardan daha böyük problem gözləyir: zülallar. Yəni yüzlərlə fərqli aminturşunun müəyyən ardıcıllıqla bir-birlərinə bağlanaraq əmələ gətirdikləri canlıların tərkib hissələri.

Zülalların təbii şərtlərdə təsadüfən əmələ gəldiklərini irəli sürmək aminturşuların təsadüfən əmələ gəldiklərini irəli sürməkdən daha ağılsız iddiadır. Aminturşuların zülalları əmələ gətirmək üçün uyğun ardıcıllıqlarda təsadüfən birləşmələrinin riyazi cəhətdən qeyri-mümkünlüyünü əvvəlki səhifələrdə ehtimal hesablamaları ilə təhlil etmişdik. Ancaq zülalın əmələ gəlməsi kimyəvi cəhətdən də ibtidai dünya şərtləri daxilində mümkün deyil.

Zülalların suda sintezlənməsi problemi

Əvvəlki səhifələrdə də bildirdiyimiz kimi, aminturşular zülal əmələ gətirmək üçün kimyəvi cəhətdən birləşərkən aralarında “peptid rabitəsi” deyilən xüsusi rabitə qururlar. Bu rabitə qurularkən bir su molekulu əmələ gəlir.

Bu vəziyyət ibtidai həyatın dənizlərdə əmələ gəldiyini irəli sürən təkamülçü izahatı əsassız edir. Çünki kimyada Le-Şatelye prinsipi kimi tanınan bir qanuna görə reaksiya nəticəsində su əmələ gəlirsə, bu reaksiyanın (kondensasiya reaksiyası) su ehtiva edən mühitdə baş verməsi mümkün deyil. Sulu mühitdə bu cür reaksiyanın baş verməsi kimyəvi reaksiyalar daxilində “baş vermə ehtimalı ən az olan”dır.

Beləliklə, təkamülçülərin həyatın başladığı və aminturşuların əmələ gəldiyi yerlər kimi bildirdikləri okeanlar aminturşuların birləşərək zülalları əmələ gətirməsi üçün əsla uyğun olmayan mühitlərdir.263

Digər tərəfdən, təkamül tərəfdarlarının bu həqiqət qarşısında iddialarını dəyişdirib ibtidai həyatın quruda əmələ gəldiyini irəli sürmələri də qeyri-mümkündür. Çünki ibtidai atmosferdə əmələ gəldiyi fərz edilən aminturşuları ultrabənövşəyi şüalardan qoruyacaq yeganə mühit dənizlər və okeanlardır. Aminturşular quruda ultrabənövşəyi şüalar tərəfindən parçalanır. Le-Şatelye prinsipi isə aminturşuların dənizlərdə əmələ gəlməsi iddiasını təkzib edir. Bu da təkamül nəzəriyyəsi üçün əsl dilemmadır.

Foks eksperimenti

Əvvəlki səhifədə açıqladığımız müəmma ilə üz-üzə qalan təkamülçü tədqiqatçılar bütün nəzəriyyələrini alt-üst edən bu “su problemini” həll etmək üçün müxtəlif ssenarilər uydurmağa başladılar. Bu tədqiqatçılardan ən məşhuru olan Sidni Foks problemi həll etmək üçün çox qəribə nəzəriyyə irəli sürdü. Onun fikrincə, ilk aminturşular ibtidai okeanda əmələ gəldikdən dərhal sonra bir vulkanın yanındakı qayalıqlara sürükləniblər. Sonra da tərkibində aminturşular olan qarışıqdakı su yüksək temperatur nəticəsində buxarlanıb. Beləliklə, “quruyan” aminturşular zülalları əmələ gətirmək üçün birləşə bilərlər.

Lakin bu “qarışıq” çıxış yolu da o qədər mənimsənilmədi. Çünki aminturşular Foksun irəli sürdüyü dərəcədə temperatura qarşı müqavimət göstərə bilməzdilər. Aparılan araşdırmalar aminturşuların yüksək temperaturda dərhal məhv olduqlarını üzə çıxarmışdır.

Ancaq Foks həvəsdən düşmədi. Laboratoriyada “çox xüsusi şərtlər daxilində” saflaşdırılmış aminturşuları quru mühitdə isidərək birləşdirdi. Aminturşular birləşdirilmişdi, ancaq zülallar yenə əldə edilə bilmədi. Əldə etdiyi bir-birinə təsadüfən birləşmiş, bəsit və nizamsız aminturşular halqaları idi və hər hansı bir canlı zülalına bənzəmirdi. Habelə əgər Foks aminturşuları eyni temperaturda saxlamağa davam etsəydi, əmələ gəlmiş yararsız aminturşu halqaları yenidən parçalanacaqdı.

Təcrübəni əsassız edən başqa bir cəhət isə Foksun daha əvvəl Miller eksperimentində əldə edilmiş aminturşuları deyil, canlı orqanizmlərdə istifadə edilən saf aminturşuları istifadə etməsi idi. Lakin Millerin təcrübəsinin davamı iddiasındakı təcrübə Millerin gəldiyi nəticəyə əsaslanmalı idi. Amma nə Foks, nə də başqa heç bir tədqiqatçı Millerin əldə etdiyi yararsız aminturşulardan istifadə etdi.

Foksun sözügedən təcrübəsi təkamülçü dairələrdə belə çox müsbət qarşılanmadı. Çünki Foksun əldə etdiyi yararsız aminturşu zəncirlərinin (proteinoidlərin) təbii şərtlər daxilində əmələ gəlməyəcəyi çox aydın idi. Habelə canlıların tərkib hissəsi olan zülallar hələ də əldə edilməmişdi. Zülalların mənşəyi problemi əvvəldə olduğu kimi hələ də həll edilməmişdi. Məşhur elmi jurnal “Kimya mühəndisliyi xəbərləri”ndə (Chemical engineering news) o dövrdə dərc edilən bir məqalədə Foksun keçirdiyi təcrübə haqqında belə yazılmışdı:

Sidni Foks və digər tədqiqatçılar çox xüsusi isitmə texnikasından istifadə edərək dünyanın ilk dövrlərində heç mövcud olmamış şərtlər daxilində aminturşuları “proteinoidlər” adlanan şəkildə bir-birinə bağlamağı bacardılar. Bununla belə, bunlar canlılardakı çox nizamlı zülallara heç bənzəmirlər. Onlar heç bir işə yaramayan, nizamsız ləkələrdən başqa bir şey deyillər. İlk dövrlərdə bu molekullar, əgər həqiqətən meydana gəlmişlərsə də, onların parçalanmamaları mümkün deyil.264

Həqiqətən də, Foksun əldə etdiyi “proteinoidlər” həqiqi zülallardan quruluş və funksiya cəhətdən tamamilə fərqli idilər. Zülallarla proteinoidlər arasında mürəkkəb texniki cihazla metal yığını arasındakı qədər fərq vardı.

Habelə bu nizamsız aminturşu yığınlarının belə ibtidai atmosferdə yaşama imkanları yox idi. Dünyanın o dövrkü şərtləri daxilində yer üzünə gələn sıx ultrabənövşəyi şüaların və nəzarətsiz təbii şərtlərin zərərli, məhvedici fiziki və kimyəvi təsirləri bu proteinoidlərin belə yaşamasına imkan vermədən parçalanmalarına səbəb olacaqdı. Aminturşuların ultrabənövşəyi şüaların çata bilmədiyi suyun altında mövcud olmaları isə Le-Şatelye prinsipinə görə mümkün deyil. Bu faktlar işığında alimlər arasında proteinoidlərin həyatın başlanğıcını əmələ gətirən molekullar olduğu fikri getdikcə təsirini itirdi.

DNT molekulunun mənşəyi

Bura qədər təhlil etdiklərimizin göstərdiyi kimi, təkamül nəzəriyyəsi molekulyar səviyyədə də çətin vəziyyətdədir. Aminturşuların mənşəyini təkamül nəzəriyyəsi heç cür açıqlaya bilmir. Zülalların mənşəyi isə təkamül baxımından daha böyük problemdir.

Ancaq problem sadəcə aminturşular və zülallarla məhdudlaşmır, bunlar sadəcə bir başlanğıcdır. Bunlardan başqa, canlı hüceyrəsinin qeyri-adi dərəcədə kompleks quruluşu təkamül baxımından böyük problemdir. Çünki hüceyrə aminturşudan əmələ gəlmiş zülallardan ibarət bir yığın deyil, insanın indiyə qədər qarşılaşdığı ən kompleks sistemlərdən biridir.

Canlıların mənşəyini təsadüflərlə açıqlamağa cəhd edən təkamül nəzəriyyəsi hüceyrədəki ən əsas molekulların varlığını belə əsaslı izah edə bilmirdi, bir tərəfdən də genetika elmindəki irəliləyişlər və nuklein turşularının, yəni DNT və RNT-nin kəşfi nəzəriyyə üçün daha yeni problemlər doğurdu. 1953-cü ildə Ceyms Uotson və Frensis Krik adlı iki elm xadiminin tədqiqatları DNT-nin heyranedici kompleks quruluşunu və yaradılışını gün işığına çıxardı.

Orqanizmdəki 100 trilyon hüceyrənin hər birinin nüvəsində yerləşən DNT adlı molekul insan orqanizminin tam quruluş planını ehtiva edir. Bir insana aid bütün xüsusiyyətlərin məlumatı xarici görünüşündən daxili orqanların formalarına qədər DNT-nin içində xüsusi şifrə sistemi ilə qeyd edilmişdir. DNT-dəki məlumat bu molekulu təşkil edən dörd xüsusi molekulun düzülmə sırası ilə kodlanmışdır. Nukleotid (və ya azotlu əsas) adlandırılan bu molekullar adlarının baş hərfləri olan A, T, Q, S ilə işarə edilirlər. İnsanlar arasındakı bütün fiziki fərqlər bu hərflərin düzülmə ardıcıllıqları arasındakı fərqdən irəli gəlir. Bu, dörd hərfli əlifbadan ibarət bir növ məlumat bankıdır. DNT-dəki hərflərin düzülmə sırası insanın quruluşunu ən incə təfərrüatına qədər müəyyən edir. Boy, göz, saç və dəri rəngi kimi xüsusiyyətlərlə bərabər orqanizmdəki 206 sümüyün, 600 əzələnin, 100 milyard sinir hüceyrəsinin, beyin hüceyrələri arasındakı 1 kvadrilyon rabitənin, 97.000 km uzunluğundakı damarların və 100 trilyon hüceyrənin planı bir hüceyrənin DNT-sində mövcuddur. Əgər DNT-dəki bu genetik məlumatı kağıza köçürmək istəsək, hər biri təxminən 500 səhifəlik 900 cilddən ibarət nəhəng kitabxana olar. Lakin bu qədər böyük məlumat millimetrin yüzdə biri qədər ölçüdəki hüceyrənin ondan çox kiçik olan nüvəsindəki DNT-sinin genlərində şifrlənmişdir.

DNT təsadüflərlə açıqlana bilməz

Burada bir cəhətə diqqət edilməlidir. Bir geni təşkil edən nukleotidlərdə meydana gələn bir düzülüş səhvi o geni tamamilə yararsız hala salır. İnsan bədənində təqribən 30 min gen olduğu nəzərə alınsa, bu genləri təşkil edən milyonlarla nukleotidin düzgün ardıcıllıqla təsadüfən düzülmələrinin tamamilə qeyri-mümkün olduğu məlum olar. Təkamülçü bioloq Frenk Solsberi bu qeyri-mümkünlüklə bağlı belə deyir:

Orta ölçüdəki bir zülal molekulu təqribən 300 aminturşudan təşkil olunmuşdur. Bunu tənzimləyən DNT zəncirində isə təqribən 1000 nukleotid var. Bir DNT zəncirində dörd növ nukleotid olduğu nəzərə alınsa, 1000 nukleotiddən ibarət bir ardıcıllıq 41000 fərqli şəkildə ola bilər. Kiçik bir loqarifm hesablaması ilə əldə edilən bu rəqəm isə ağlın qavrama həddinin çox fövqündədir.265

41000–də 1 “kiçik bir loqarifm hesablaması” nəticəsində 10600-də 1 deməkdir. Bu say 1-in yanına 600 sıfır əlavə edilməsiylə əldə edilir. 1-in yanında 12 dənə sıfır 1 trilyonu ifadə edir, 600 dənə sıfır əlavə edilərkən əldə edilən rəqəmin qavranması, həqiqətən, qeyri-mümkündür.

Nukleotidlərin təsadüfən birləşərək RNT və DNT-ni əmələ gətirmələrinin qeyri-mümkünlüyünü fransız təkamülçü alim Pol Oje də belə ifadə edir:

Təsadüfi kimyəvi reaksiyalar nəticəsində nukleotidlər kimi mürəkkəb molekulların əmələ gəlməsilə bağlı, məncə, iki mərhələni bir-birindən fərqləndirməliyik: tək-tək nukleotidlərin hazırlanması (bu, bəlkə, mümkün ola bilər) və bunların xüsusi ardıcıllıqla bir-birinə bağlanmaları. Məhz bu ikincisi qeyri-mümkündür.266

Uzun illər molekulyar təkamül nəzəriyyəsini müdafiə edən Frensis Krik belə DNT-ni kəşf etdikdən sonra bu cür kompleks molekulun təsadüfən, öz-özünə təkamül prosesi nəticəsində əmələ gəlməyəcəyini etiraf etmiş və belə demişdir:

Bugünkü mövcud məlumatlar işığında səmimi bir insan ancaq bunu deyə bilər: həyat möcüzəvi şəkildə ortaya çıxmışdır.267

Təkamülçü bioloq prof. dr. Əli Dəmirsoy da DNT-nin meydana gəlməsi haqqında bu etirafı etməyə məcbur olmuşdur:

Bir zülalın və nüvə turşusunun (DNT-RNT) əmələ gəlmə şansı təxminlərin çox fövqündə duran bir ehtimaldır. Hətta müəyyən bir zülal zəncirinin əmələ gəlmə şansı astronomik deyiləcək qədər azdır.268

Burada çox maraqlı bir paradoks da var: DNT ancaq zülalın tərkibindəki bəzi fermentlərin köməyi ilə köçürülə bilər. Amma bu fermentlərin sintezi də ancaq DNT-dəki məlumatlar əsasında baş verir. Bir-biri ilə əlaqədar olduqlarına görə, köçürülmə prosesi üçün ikisi də eyni anda mövcud olmalıdır. Elmi yazıçı Con Horqan bu dilemmanı belə açıqlayır:

DNT katalitik zülalların və fermentlərin köməyi olmadan etdiyi işi yeni DNT hazırlamaq da daxil olmaqla edə bilməz. Qısaca desək, DNT olmadan zülallar mövcud olmaz, amma DNT də zülallar olmadığı halda əmələ gələ bilməz.269

Bu vəziyyət canlıların təsadüfən əmələ gəlməsi ssenarisini bir daha təkzib edir. Amerikalı kimyaçı prof. Homer Ceykobson bu mövzuda belə deyir:

İlk canlı meydana gəldiyi zaman çoxalma planlarının, ətraf mühitdən maddə və enerji təmin etmənin, böyümə sırasının, məlumatları böyüməyə çevirən mexanizmlərin hamısına aid əmrlərin o anda və birlikdə olması labüddür. Bunların hamısının kombinasiyası təsadüfən baş verə bilməz.270

Prof. Ceykobson bu ifadələri Ceyms Uotson və Frensis Krik tərəfindən DNT-nin quruluşunun müəyyən edilməsindən iki il sonra yazmışdı. Ancaq elmdəki bütün irəliləyişlərə baxmayaraq, bu problem təkamülçülər üçün hələ də həllini tapmamışdır. Bu səbəbdən alman biokimyaçı Duqlas R.Hofştadter belə deyir:

Necə oldu ki, genetik məlumat onu şərh edən mexanizmlərlə (ribosomlar və RNT molekulları ilə) birlikdə ortaya çıxdı? Bu sual qarşısında özümüzü cavabla deyil, heyranlıq və təəccüb hissləri ilə qane etməliyik.271

San Diyeqo Kaliforniya Universitetindən Stenli Millerin və Frensis Krikin həmkarı olan məşhur təkamülçü dr. Lesli Orqel isə 1994-cü il tarixli bir məqaləsində həmin həqiqət qarşısında belə deyir:

Olduqca kompleks quruluşa malik olan zülalların və nuklein turşularının (RNT və DNT) eyni yerdə və eyni zamanda təsadüfən əmələ gəlmələri həddindən artıq ehtimaldan kənardır. Amma bunların biri olmadan digərini əldə etmək də mümkün deyil. Ona görə insan həyatın kimyəvi yollarla meydana gəlməsinin əsla mümkün olmadığı nəticəsinə gəlmək məcburiyyətindədir.272

Bütün bunlarla bərabər nəinki müəyyən informasiya ardıcıllığına malik olan DNT, RNT kimi nuklein turşularının təsadüflər nəticəsində əmələ gəlməsi, onları əmələ gətirən nukleotidlərdən tək birinin belə təsadüflər nəticəsində meydana gəlməsi və ibtidai dünya şərtləri daxilində mövcud olması kimyəvi cəhətdən mümkün deyil. Təkamülçü səpkidə fəaliyyət göstərən məşhur elmi jurnal “Scientific American”da dərc edilmiş bu sətirlər təkamülçülərin bu mövzu ilə bağlı etiraflarını ifadə edir:

İbtidai dünya şərtlərinin təqlid edildiyi həqiqi təcrübələrdə ən sadə molekullar belə az miqdarda əldə edilmişdir. Daha pisi budur ki, bu molekullar, əsasən, üzvi molekulların ikinci dərəcəli tərkib hissələridir. Normal halda daha mürəkkəb üzvi qarışıqları əmələ gətirən geokimyəvi reaksiyalar nəticəsində onların necə ayrıldığı və saflaşdığı hələ də problem olaraq durur. Daha kompleks molekullarda vəziyyət daha da çətinləşir. Xüsusilə nukleotidlərin tamamilə geokimyəvi mənşəyi qarşımıza böyük çətinliklər çıxarır.273

Bura qədər bəhs edilənlərdən də göründüyü kimi, həyatın kimyəvi yollarla meydana gəlməsi əsla mümkün olmadığına görə, həyatı sonsuz qüdrət sahibi Allahın yaratdığı açıq-aşkar üzə çıxır. Təkamülçülərin əsrin əvvəllərindən bəri bəhs etdikləri “kimyəvi təkamül” əsla baş verməmiş bir nağıldır.

Amma bir çox təkamülçü bu və buna bənzər elmdən kənar nağıllara həqiqət kimi inanırlar. Çünki canlıların yaradıldığını qəbul etmək bütün canlılara hakim olan Uca Allahın varlığını qəbul etmək deməkdir. Onlar isə özlərini bu həqiqəti qəbul etməmək üçün şərtləndirmişlər. Maykl Denton “Təkamül: Böhran içində nəzəriyyə” (Evolution: A theory in crisis) adlı kitabında bu qəribə vəziyyəti belə təsvir edir:

Ali canlıların genetik proqramlarının quruluşu milyardlarla bit (kompüter informasiya vahidi) informasiyaya və ya 1000 cildlik kiçik kitabxananın içindəki bütün hərflərin düzülməsinə bərabərdir. Bu cür kompleks orqanizmləri əmələ gətirən trilyonlarla hüceyrənin inkişafını müəyyən edən, əmr edən və nəzarət edən saysız-hesabsız mürəkkəb funksiyanın tamamilə təsadüfə əsaslanan proses nəticəsində əmələ gəldiyini iddia etmək isə insan ağılına təcavüzdür. Ancaq bir darvinist bu düşüncəni heç şübhə etmədən qəbul edər!274

“RNT dünyası” tezisinin əsassızlığı

70-ci illərdə ibtidai dünya atmosferinin tərkibində olan qazların aminturşu sintezini qeyri-mümkün etdiyinin məlum olması kimyəvi təkamül nəzəriyyəsinə böyük zərbə oldu. Stenli Miller, Sidni Foks, Siril Ponnamperuma kimi təkamülçülərin illər boyu keçirdiyi “ibtidai atmosfer təcrübələrinin” hamısının əsassız olduğu məlum oldu. Bu səbəbdən 80-ci illərdə başqa təkamülçü axtarışlar başladı. Bunun nəticəsində əvvəlcə, zülalların deyil, zülallar haqqında məlumat daşıyan RNT molekulunun əmələ gəldiyini irəli sürən “RNT dünyası” ssenarisi ortaya atıldı.

1986-cı ildə Harvard Universitetindən kimyaçı Valter Gilbert tərəfindən ortaya atılan bu ssenariyə əsasən, bundan milyard illər əvvəl necə olubsa, öz-özünü köçürə bilən RNT molekulu təsadüfən əmələ gəlib. Sonra bu RNT molekulu ətraf mühitin şərtlərinin təsiri ilə birdən-birə zülallar hazırlamağa başladı. Daha sonra məlumatları ikinci molekulda saxlamaq ehtiyacı yaranmış və necə olubsa, DNT molekulu meydana gəlib.

Hər mərhələsi ayrı-ayrı qeyri-mümkünlüklər zənciri olan bu ssenari həyatın başlanğıcını izah etmək əvəzinə problemi daha da böyütmüş, bir çox cavabsız sualı gündəmə gətirmişdir:

1) Hələ RNT-ni təşkil edən nukleotidlərin bir dənəsinin belə əmələ gəlməsi əsla təsadüflərlə izah edilə bilmir, görəsən, xəyali nukleotidlər necə uyğun ardıcıllıqla düzülərək RNT-ni əmələ gətiriblər? Təkamülçü bioloq Con Horqan RNT-nin təsadüfən əmələ gəlməsinin qeyri-mümkünlüyünü belə qəbul edir:

Tədqiqatçılar RNT-ni hərtərəfli şəkildə araşdırdıqca getdikcə daha artıq problem üzə çıxır. RNT ilk dəfə necə əmələ gəlib? RNT və onun tərkib hissələrinin laboratoriyada ən yaxşı şərtlər daxilində sintezlənməsi belə olduqca çətin ikən o, prebiotik (həyatdan əvvəlki) mühitdə necə əmələ gəlib?275

2) Təsadüfən əmələ gəldiyini fərz etsək belə, ancaq bir nukleotid zəncirindən ibarət olan bu RNT hansı şüurla özünü köçürməyə qərar vermiş və nə cür mexanizmlə bu köçürməni bacarmışdı? Özünü köçürərkən istifadə etdiyi nukleotidləri haradan tapmışdı? Təkamülçü mikrobioloqlar Cerald Coys və Lesli Orcel vəziyyətin çıxılmaz olduğunu belə ifadə edirlər:

Mübahisə içindən çıxılmaz vəziyyətə çevrilir: mürəkkəb bir polinukleotid şorbasından çıxıb birdən-birə özünü köçürə bilən xəyali RNT əfsanəsi… Bu anlayış ancaq bugünkü prebiotik kimya anlayışımıza əsasən həqiqətdən kənar olmaqla yanaşı, eyni zamanda RNT-nin özünü köçürə bilən bir molekul olması kimi həddindən artıq pozitiv fikri də əsassız edir.276

3) Əgər ibtidai dünyada özünü köçürən RNT əmələ gəldiyini və həmin mühitdə RNT-nin istifadə edəcəyi hər cür aminturşudan saysız-hesabsız miqdarda olduğunu fərz etsək və bütün bu qeyri-mümkünlüklərin bir yolla həyata keçdiyini düşünsək belə, bu vəziyyət yenə bir zülal molekulunun əmələ gəlməsi üçün kifayət deyil. Çünki RNT təkcə zülalın quruluşu ilə əlaqədar məlumatdır. Aminturşular isə xam maddədir. Ancaq ortada zülal əmələ gətirən “mexanizm” yoxdur. RNT-nin varlığını zülalın əmələ gəlməsi üçün kafi hesab etmək, bir avtomobilin kağız üzərində çəkilmiş çertyojunu o avtomobili təşkil edən minlərlə hissənin üzərinə atıb sonra avtomobilin öz-özünə montaj olunaraq əmələ gəlməsini gözləməklə eyni dərəcədə mənasızdır.

Bir zülal hüceyrə içindəki olduqca kompleks proseslər nəticəsində bir çox fermentin köməyi ilə ribosom adlanan orqanoiddə hazırlanır. Ribosom isə zülallardan ibarət mürəkkəb hüceyrə orqanoididir. Ona görə bu vəziyyət ribosomun da eyni anda təsadüfən meydana gəlməsi kimi ehtimaldan kənar fərziyyəni doğurur. Təkamül nəzəriyyəsinin və ateizmin məşhur tərəfdarlarından biri olan Nobel mükafatına layiq görülmüş Jak Mono da zülalın sintezlənməsini sadəcə nuklein turşularındakı məlumata reduksiya edilməsinin mümkün olmadığını bu şəkildə açıqlayır:

Şifrə (DNT və ya RNT-dəki məlumat) ötürülmədikcə mənası yoxdur. Dövrümüzdə hüceyrədəki şifrə ötürmə mexanizmi ən az 50 makromolekulyar hissədən ibarətdir ki, bunların özləri də DNT-də şifrlənmişdirlər. Şifrə bu hissələr olmadan ötürülə bilməz. Bu dövranın bitməsi nə vaxt və necə baş vermişdir? Bunu təsəvvür etmək belə həddindən artıq çətindir.277

İbtidai dünyadakı bir RNT zənciri hansı iradə ilə bu cür qərar vermiş və hansı metodlardan istifadə edərək 50 xüsusi hissənin işini təkbaşına edərək zülalı əmələ gətirmişdir? Təkamülçülər bu suallara heç bir cavab vermirlər. Məşhur “Təbiət” elmi jurnalında (Nature) dərc olunmuş bir məqalədə də “özünün surətini köçürən RNT” anlayışının tamamilə təxəyyül məhsulu olduğu, əslində, heç bir təcrübədə bu cür RNT-nin əldə edilmədiyi bildirilir:

Meynard Smit və Satmeri: “DNT-nin surətinin köçürülməsində xəta baş verməsi ehtimalı o qədər çoxdur ki, bir gendəki bir DNT hissəsinin düzgün köçürülməsini təmin edən ferment zülallarının əvvəlcədən mövcud olmasına ehtiyac var”, -deyirlər. Bu təqdirdə hələ də məlum olan məlumat və ferment funksiyası daşıyan RNT müəllifləri bunu deməyə məcbur edir: “İlk RNT molekulları öz-özlərinin surətini köçürmək üçün polimerləşdirici zülal fermentinə ehtiyac hiss etməyiblər, öz-özlərinin surətini köçürüblər”. Bu, bir həqiqətdir, yoxsa ümid? Ümumiyyətlə, bütün bioloqlar üçün bunu bildirməyin açıqlayıcı olduğunu düşünürəm: süni şəkildə sintezlənmiş kvadrilyonlarla (1024) təsadüfi RNT zənciri arasından bir dənə də özünün surətini köçürən (self-replicating) RNT çıxmamışdır.278

Dr. Lesli Orcel “həyatın RNT dünyası ilə başlaması” ehtimalını “ssenari” adlandırır. Orcel bu RNT-nin hansı xüsusiyyətləri daşımalı olduğunu və bunun qeyri-mümkünlüyünü “Scientific american” jurnalının 1994-cü il, oktyabr sayındakı “Yer üzündə həyatın mənşəyi” (The origin of life on the earth) adlı məqalədə belə ifadə edir:

Bu ssenarinin həyata keçməsi üçün ibtidai dünyadakı RNT iki xüsusiyyəti daşımalıdır: zülallar olmadan özünün surətini köçürmə xüsusiyyəti və zülal sintezinin hər mərhələsini həyata keçirmə xüsusiyyəti.279

Açıq şəkildə başa düşüldüyü kimi, Orcelin “olmasa, olmaz” şərtini qoyduğu bu iki kompleks funksiyanı RNT kimi molekuldan gözləmək elmi düşüncəyə ziddir. Konkret elmi faktlar həyatın təsadüfən əmələ gəlməsi iddiasının yeni versiyası olan “RNT dünyası” tezisinin qeyri-mümkün ssenari olduğunu ortaya qoyur.

Con Horqan da “Elmin sonu” (The end of science) adlı kitabında sonradan əsassızlığı sübut edilmiş məşhur Miller eksperimentini həyata keçirən Stenli Millerin son dövrlərdə irəli sürülən, həyatın mənşəyi haqqındakı nəzəriyyələrə olduqca mənasız və xor baxan rəftarını bu cür izah edir:

İlk təcrübəsindən təqribən 40 il sonra Miller mənə həyatın mənşəyi tapmacasının cavabını tapmağın özünün və ya başqa hər hansı birinin düşündüyündən daha çətin olduğunu dedi… Millerin “mənasız” və ya “kağız üzərində kimya” adlandırdığı həyatın mənşəyi ilə bağlı yeni tezislərdən heç təsirlənmədiyi görünür. Bəzi hipotezlərə qarşı o qədər istehzalı tərzdə davrandı ki, onlarla bağlı fikirlərini soruşduqda başını yellədi, ah çəkdi və güldü, sanki bəşəriyyətin axmaqlığını anlayırmış kimi… Stüart Kauffmanın avtokataliz nəzəriyyəsi də bu kateqoriyaya daxildir. Miller: “Kompüterdə düsturlar hesablamaq təcrübə demək deyil”, – deyə cavab verdi. Miller alimlərin həyatın harada və nə vaxt başladığını qətiyyən bilməyəcəklərini də təsdiqlədi.280

Miller kimi həyatın mənşəyini təkamül baxımından izah etmək üçün ilk dəfə cəhd göstərənlərdən olmuş ən coşqun təkamül tərəfdarlarının belə təkamül haqqında bu qədər ümidsiz ifadələri nəzəriyyənin düşdüyü çarəsiz vəziyyəti açıq şəkildə əks etdirir.

Dizayn təsadüflə izah edilə bilməz

Bura qədər həyatın təsadüflər nəticəsində meydana gəlməsinin qeyri-mümkün olduğunu təhlil etdik. Yenə də bir anlıq bu qeyri-mümkünlükləri mümkün hesab edək: milyon illər əvvəl yaşamaq üçün hər cür xam maddəni əldə etmiş bir hüceyrənin meydana gəldiyini və bir yolla “həyat qazandığını” fərz edək. Ancaq buradan sonrakı mərhələlər də təkamül nəzəriyyəsinin qarşısında başqa qeyri-mümkünlüklər çıxarır. Bu hüceyrə bir müddət yaşasa belə, bir gün öləcək və öldükdən sonra ortada heç bir canlı varlıq qalmayacaq, hər şey ən başda olduğu kimi olacaqdır. Çünki genetik sistemi olmayan bu ilk canlı hüceyrə özünü çoxalda bilməyəcəyi üçün ölümündən sonra nəsli artmayacaq, həyat da onun ölümü ilə birlikdə başa çatacaqdır.

Genetik sistem isə ancaq DNT-dən ibarət deyil. DNT-dən bu şifrəni oxuyan fermentlər bu şifrələrin oxunması ilə hazırlanan məlumat daşıyıcı RNT, məlumat daşıyıcı RNT-nin bu şifrə ilə gedib çoxalmaq üçün bağlanacağı ribosom, ribosomda çoxalmada istifadə edilən aminturşuları daşıyan RNT və bunun kimi saysız-hesabsız ara funksiyaları yerinə yetirən olduqca kompleks fermentlər də eyni mühitdə olmalıdır. Bundan əlavə, bu mühit ancaq hüceyrə kimi lazımlı bütün xam maddə və enerji imkanlarının olduğu, hər tərəfdən təcrid edilmiş və tamamilə nəzarətdə saxlanılan bir mühit olmalıdır.

Beləliklə, bir üzvi maddə ancaq bütün orqanoidləri ilə birlikdə qüsursuz hüceyrə kimi mövcud olduğu halda özünü çoxalda bilər. Bu da dünyadakı ilk hüceyrənin qeyri-adi dərəcədə kompleks quruluşu ilə bir anda meydana gəlməsi deməkdir.

Bəs bir kompleks quruluş bir anda mövcud olmuşdursa, bu nə deməkdir?

Bu sualı bir də bu misalı çəkərək verək: hüceyrəni kompleksliyi baxımından qabaqcıl texnologiyaya malik bir avtomobilə bənzədək. (Əslində, hüceyrə mühərrikinə və bütün texniki təchizatına baxmayaraq, avtomobildən daha kompleks və təkmil sistemə malikdir). İndi sual verək: bir gün insan ayağı dəyməmiş bir meşənin dərinliklərinə gəzintiyə çıxsanız və ağacların arasında son model bir avtomobil görsəniz, nə düşünərdiniz? Görəsən, ilk anda ağılınıza meşədə müxtəlif elementlərin milyon illər ərzində təsadüfən birləşərək belə bir məhsulu meydana gətirməsi gələrdi? Avtomobili təşkil edən bütün xam maddələr – dəmir, plastik maddə, kauçuk və s. torpaqdan və ya onun məhsullarından əldə edilir. Amma bu vəziyyət sizə bu məmulatların “təsadüfən” sintezlənərək, sonra da birləşərək belə bir avtomobili əmələ gətirdiyini düşündürərmi?

Əlbəttə, ağılı yerində olan hər normal insan avtomobilin şüurlu dizaynın məhsulu olduğunu, onun meşəyə necə gəlib çıxdığını düşünər. Çünki kompleks bir quruluşun ani surətdə, bir anda, bütünlüklə ortaya çıxması onun şüurlu dizaynın əsəri olduğunu göstərir.

Kompleks dizaynların tamamilə təsadüflərin əsəri olduğunu düşünmək isə ağlın hüdudlarını aşan bir inanca malik olmaq deməkdir. Təkamül nəzəriyyəsinin həyatın mənşəyi haqqında verməyə çalışdığı hər cür “izah” isə bu şəkildədir. Bu həqiqəti qəbul edərək açıq danışan nüfuzlu şəxslərdən biri məşhur fransız zooloq Pyer-Pol Qrassedir. Qrasse də təkamülçüdür, ancaq darvinist nəzəriyyənin həyatı açıqlaya bilmədiyini müdafiə edir və darvinizmin əsasını təşkil edən “təsadüf” məntiqi haqqında bunları deyir:

Şanslı mutasiyaların heyvanların və bitkilərin ehtiyaclarını təmin etməsinə inanmaq, həqiqətən, çox çətindir. Amma darvinizm bundan da artığını istəyir: bircə bitki, bircə heyvan tamamlanmaq üçün minlərlə faydalı təsadüfə məruz qalmalıdır. Yəni möcüzələr adi qaydaya çevrilməli, inanılmaz dərəcədə kiçik ehtimallara malik hadisələr asanlıqla baş verməlidir. Xəyal qurmağı qadağan edən bir qanun yoxdur, amma elm bu işin içinə daxil edilməməlidir.281

Bir az əvvəl bəhs etdiyimiz şüurlu dizayna açıq-aşkar nümunə olan yer üzündəki bütün canlılar eyni zamanda təsadüflərin onlara heç bir töhfəsi olmadığının canlı nümunələridir. Hətta nəinki bir canlı varlıq, onun bir sistemi və ya orqanı belə təsadüflərin əsəri olmayacaq qədər kompleks quruluş və sistemdən ibarətdir. Bu mövzudan çox uzaqlaşmadan öz orqanizmimizdən misallar çəkə bilərik.

Buna bir misal gözlərimizdir. İnsan gözü təqribən 40 ayrı hissənin ahəngdarlıqla fəaliyyət göstərməsi nəticəsində görür. Bunlardan biri olmasa, göz heç bir işə yaramaz. Bu 40 ayrı hissənin hər biri də öz daxilində kompleks yaradılışa malikdir. Məsələn, gözün arxa hissəsindəki torlu qişa 11 təbəqədən ibarətdir. Hər təbəqənin də ayrı funksiyası var. Torlu qişanın daxilində baş verən kimyəvi proseslər isə ancaq səhifələr dolusu formul və sxemlərlə açıqlanacaq qədər mürəkkəbdir.

Təkamül nəzəriyyəsi nəinki bütün canlıların və ya bəşəriyyətin, hətta tək bir canlı gözünün belə “təsadüflər” nəticəsində necə bu cür qüsursuz və kompleks quruluşda meydana gəldiyini açıqlaya bilmir.

Bəs canlılardakı bu qeyri-adi dərəcədəki xüsusiyyətlər bizə həyatın mənşəyi haqqında nəyi sübut edir? Kitabın əvvəlində də bildirdiyimiz kimi, canlıların mənşəyi haqqında sadəcə iki fərqli açıqlama vermək olar. Bunlardan biri səhv olan təkamül izahıdır, digəri isə açıq-aşkar “yaradılış həqiqətidir”. Kitab boyu gördüyümüz kimi təkamül iddiası qeyri-mümkündür və elmi kəşflər yaradılışın doğruluğunu sübut edir. Bu həqiqət XIX əsrdən bəri “yaradılış” anlayışını elmdən kənar görən bəzi alimləri təəccübləndirə bilər, amma elm ancaq bu cür təəccüblərlə və həqiqətlərin qəbul edilməsi ilə inkişaf edə bilər. Kardiff Universitetindən tətbiqi riyaziyyat və astronomiya professoru Çandra Uikramasinqhe həyatın təsadüflərlə əmələ gəldiyinə on illər boyu inandırılmış alim kimi qarşılaşdığı bu həqiqəti belə izah edir:

Bir alim kimi aldığım təhsil müddətində elmin hər hansı şüurlu yaradılış anlayışı ilə uyğun gəlmədiyinə dair çox güclü təlqinlər almışam. Bu anlayışa qarşı şiddətlə mübarizə aparılmalı idi… Amma hal-hazırda Yaradana inanmağı məcbur edən açıqlamaya qarşı irəli sürülən heç bir ağıllı arqument tapa bilmirəm… Biz həmişə açıq təfəkkürlə düşünməyə alışmışıq və indi həyata dair yeganə məntiqli açıqlamanın təsadüfi xaoslar deyil, yaradılış olduğu nəticəsinə gəlirik.282

İqtibaslar:

  • 238- Michael Denton, Evolution: A Theory in Crisis, London: Burnett Books, 1985, səh. 242
  • 239- Charles Darwin, Life and Letter of Charles Darwin, 2-ci cild, Çarlz Darvindən C. D. Hukerə məktub, mart 29, 1863.
  • 240- W. R. Bird, The Origin of Species Revisited, Thomas Nelson Co., Nashville, 1991, səh. 298-99.
  • 241- “Hoyle on Evolution”, Nature, cild 294, 12 noyabr 1981, səh. 105.
  • 242- H. Blum, Time’s Arrow and Evolution, səh. 158 (3-cü nəşr, 1968); istinad verilib: W. R. Bird, The Origin of Species Revisited, Thomas Nelson Co., Nashville, 1991, səh. 304.
  • 243- W. Stokes, Essentials of Earth History, səh. 186 (4-cü nəşr, 1942); W. R. Bird, The Origin of Species Revisited, Thomas Nelson Co., Nashville, 1991, səh. 305.
  • 244- J. D. Thomas, Evolution and Faith, Abilene, TX, ACU Press, 1988, səh. 81-82.
  • 245- Robert Shapiro, Origins: A Sceptics Guide to the Creation of Life on Earth, New York, Summit Books, 1986, səh.127.
  • 246- Fred Hoyle, Chandra Wickramasinghe, Evolution from Space, New York, Simon & Schuster, 1984, səh. 148.
  • 247- Fred Hoyle, Chandra Wickramasinghe, Evolution from Space, səh. 130.
  • 248- Simpson, Sarah, 1999, “Life’s First Scalding Steps”, Science News, cild 155(2):25, 9 yanvar.
  • 249- Fabbri Britannica Bilim Ansiklopedisi, 2-ci cild, səh. 519.
  • 250- Dawkins, Richard, 1996, Climbing Mount Improbable, New York: W.W. Norton, səh. 282-283.
  • 251- Alexander I. Oparin, Origin of Life, 1936, New York, Dover Publications, 1953 (yenidən nəşr), səh. 196.
  • 252- Klaus Dose, “The Origin of Life: More Questions Than Answers”, Interdisciplinary Science Reviews, cild 13, no. 4, 1988, səh. 348.
  • 253- Horgan, John, 1996, The End of Science, M. A. Addison-Wesley, səh. 138.
  • 254- Jeffrey Bada, “Life’s Crucible”, Earth, fevral 1998, səh. 40.
  • 255- Richard B. Bliss & Gary E. Parker, Origin of Life, California: 1979, səh. 14.
  • 256- Kevin McKean, Bilim ve Teknik, 189-cu say, səh. 7.
  • 257- J. P. Ferris, C. T. Chen, “Photochemistry of Methane, Nitrogen and Water Mixture As a Model for the Atmosphere of the Primitive Earth”, Journal of American Chemical Society, cild 97:11, 1975, səh. 2964.
  • 258- “New Evidence on Evolution of Early Atmosphere and Life”, Bulletin of the American Meteorological Society, cild 63, oktyabr 1982, səh. 1328-1330.
  • 259- Richard B. Bliss & Gary E. Parker, Origin of Life, California, 1979, səh. 25.
  • 260- Earth, “Life’s Crucible”, fevral 1998, səh. 34.
  • 261- National Geographic, “The Rise of Life on Earth”, mart 1998, səh. 68.
  • 262- W. R. Bird, The Origin of Species Revisited, Nashville: Thomas Nelson Co., 1991, səh. 325.
  • 263- Kimyagər Riçard E. Dikerson bunun səbəbini belə açıqlayır: “Əgər zülal və nuklein turşusu polimerləri ilkin monomerlərdən əmələ gəlirsə, polimer zəncirinə hər bir monomerin birləşməsi zamanı bir molekul su xaric edilməsi labüddür. Belə olduğu halda suyun mövcudluğunun polimer əmələ gətirməyin əksinə mühitdəki polimerleri parçalamaq istiqamətində təsirli olması həqiqəti qarşısında sulu mühitdə polimerləşmənin necə gedəcəyini ağla gətirmək belə çətindir”. (Richard Dickerson, “Chemical Evolution”, Scientific American, cild 239:3, 1978, səh. 74)
  • 264- S. W. Fox, K. Harada, G. Kramptiz, G. Mueller, “Chemical Origin of Cells”, Chemical Engineering News, 22 iyun 1970, səh. 80.
  • 265- Frank B. Salisbury, “Doubts about the Modern Synthetic Theory of Evolution”, American Biology Teacher, sentyabr 1971, səh. 336.
  • 266- Paul Auger, De La Physique Theorique a la Biologie, 1970, səh. 118.
  • 267- Francis Crick, Life Itself: It’s Origin and Nature, New York, Simon & Schuster, 1981, səh. 88.
  • 268- Prof. Ali Demirsoy, Kalıtım ve Evrim, Ankara: Meteksan Yayınları, 1984, səh. 39.
  • 269- John Horgan, “In the Beginning”, Scientific American, cild 264, fevral 1991, səh. 119.
  • 270- Homer Jacobson, “Information, Reproduction and the Origin of Life”, American Scientist, yanvar 1955, səh. 121.
  • 271- Douglas R. Hofstadter, Gödel, Escher, Bach: An Eternal Golden Braid, New York: Vintage Books, 1980, səh. 548.
  • 272- Leslie E. Orgel, “The Origin of Life on Earth”, Scientific American, cild 271, oktyabr 1994, səh. 78.
  • 273- Cairns-Smith, Alexander G. 1985, “The First Organisms”, Scientific American, cild 252:90, iyun.
  • 274- Michael Denton, Evolution: A Theory in Crisis, London: Burnett Books, 1985, səh. 351.
  • 275- John Horgan, “In the Beginning”, Scientific American, cild 264, fevral 1991, səh. 119.
  • 276- G. F. Joyce, L. E. Orgel, “Prospects for Understanding the Origin of the RNA World”, In the RNA World, New York: Cold Spring Harbor Laboratory Press, 1993, səh. 13.
  • 277- Jacques Monod, Chance and Necessity, New York: 1971, səh. 143.
  • 278- Dover, Gabby L., 1999, Looping the Evolutionary loop, Review of the origin of life from the birth of life to the origin of language, Nature, cild 399:218.
  • 279- Leslie E. Orgel, “The Origin of Life on the Earth”, Scientific American, oktyabr 1994, cild 271, səh. 78.
  • 280- Horgan, John, 1996, The End of Science, M. A. Addison-Wesley, səh. 139.
  • 281- Pierre-P. Grassé, Evolution of Living Organisms, New York: Academic Press, 1977, səh. 103.
  • 282- Chandra Wickramasinghe, Interview in London Daily Express, 14 avqust 1981.

Şərh üçün bağlıdır.

axtarış