• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Sosial darvinizm

GÜCLÜNÜN haqlı sayılması, bərabərsizlik, irq və ya etnik əsaslı ayrı-seçkilik, zülm, haqsız rəqabət və çəkişmə, kasıbların əzilməsi, güclünün zəif olanı istismar etməsi cəmiyyətlərin tarix boyu yaşadığı pislik və çətinliklərdəndir. Min illərlə əvvəl, məsələn, hz. Musanın dövründə yaşayan fironun rəhbərliyində də bütün bunları görmək mümkündür. Firon zənginliyi və güclü ordusu səbəbi ilə daima özünü üstün görmüşdür. Doğru söylədikləri açıq olan hz. Musa və hz. Harunu bütün gücü ilə yalanlamış, hətta onları öldürmək istəmişdir. Firon, bundan başqa, bölücü siyasət aparıb xalqını siniflərə ayırmış, bəzilərini aşağı sinif adlandırmış, İsrail oğullarına müxtəlif işgəncələr etmiş, onların kişilərini öldürüb, qadınlarını sağ buraxmışdır. Beləcə, İsrail oğullarının soyunun kəsilməsini hədəfləmişdir. Allah Quranda Fironun bu azğınlıqlarını belə bildirir:

Həqiqətən, firon yer üzündə baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. Onların arasında olan bir tayfanı gücsüz görüb onların oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, fitnə-fəsad törədənlərdən idi! (Qəsəs surəsi, 4)

Yaxud mən az qala aydın deyə bilməyən bir zavallı kimsədən daha yaxşı deyiləmmi?! (Zuxruf surəsi, 52)

Beləliklə, öz qövmünü yelbeyin yerinə qoydu, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq bir qövm idilər! (Zuxruf surəsi, 54)

Zəif görünən o tayfanı yer üzünün daim xeyir-bərəkət verdiyimiz şərq tərəflərinə varis etdik… (Əraf surəsi, 137)

Yalnız güclünün haqlı sayıldığı, insanların siniflərə ayrıldığı, aşağı görülənlərin əzilib yox edildiyi, bəzi insanların digərlərinə qarşı insanlıqdan kənar davranışlara yol verdiyi tək azğın cəmiyyət firon hakimiyyətindəki qədim Misir deyildi. Min illərlə əvvəldən günümüzə qədər belə üsul və tətbiqlərin bir çox nümunəsi var.

Lakin 19-cu əsrdə bütün bu pisliklər daha fərqli bir ölçüyə sahib oldu. 19-cu əsrə qədər zalımlıq, təcavüzkarlıq, amansızlıq olaraq səciyyələndirilən bu cür tətbiq və siyasətlərin bir anda sözdə “təbiətin həqiqətlərinə əsaslanan elmi tətbiqlər” yalanı müdafiə olunmağa başlandı. Yaxşı, bəs bütün bu mərhəmətsizliklərə birdən-birə sözdə qanunilik qazandıran nə idi?

Çarlz Darvinin təkamül nəzəriyyəsi… Darvin 1859-cu ildə nəşr olunan “Növlərin mənşəyi” adlı kitabında ortaya atdığı təkamül nəzəriyyəsi ilə həyatın mənşəyinə dair bəzi fərziyyələr irəli sürürdü. Bu fərziyyələri son dərəcə aldadıcı bir dünyagörüşünün və həmçinin Allahın varlığını inkar edən və təsadüfləri “yaradıcı” sayan (Allahı tənzih edirik), insanı heyvan qəbul edən, həyatı mübarizə və rəqabət yeri olaraq görən azğın bir fəlsəfənin sözdə elmi həqiqət kimi qəbul edilməsinə səbəb oldu.

Darvin elmi sübutu olmayan, 19-cu əsrin köhnə elm anlayışının bir nəticəsi olaraq ortaya çıxan bu nəzəriyyəni təkbaşına inkişaf etdirməmişdi. Özündən təxminən 50 il əvvəl, 1798-ci ildə Tomas Maltus “Əhali qanununda təcrübə” adlı işində Darvinin nəzəriyyəsinə əsas təşkil edən, həqiqətlə əlaqəsi olmayan bəzi fikirlər ortaya atmışdı. Maltus indiki dövrdə elmi dəyəri olmadığı isbat edilən işində əhalinin qida qaynaqlarından daha sürətli artdığını, buna görə, əhalinin idarə edilməsinin lazım olduğunu iddia edirdi. Müharibələrin, epidemik xəstəliklərin əhali üzərində təbii idarə təmin etdiyini və bu səbəbdən faydalı olduğunu iddia edən Maltus ilk dəfə “həyatda qalma mübarizəsi”ndən danışan insan oldu. Maltusun insani dəyərlərdən uzaq bu tezisinə görə, kasıblar qorunmayıb mümkün olduğu qədər pis şərtlərdə yaşadılmalıdırlar ki, çoxalmalarının önü kəsilsin və yuxarı siniflərə kifayət qədər qida qaynağı qalsın. (Ətraflı məlumat üçün baxın: “Maltusdan Darvinə mərhəmətsizliyin tarixi” bölümü). Vicdan və ağıl sahibi hər insanın şiddətlə qarşı çıxacağı bu vəhşiliyin qəbul olunması, heç şübhəsiz, böyük zülmdür. Din əxlaqının kasıblara, möhtaclara əl tutmağı tələb etməsinə baxmayaraq, Maltus və onu təqibçisi Darvin bu məzlumların mərhəmətsiz şəkildə ölümə tərk edilməsini söyləyirdi.

Maltusun insanlıq xarici bu fikirlərini dərhal mənimsəyib inkişaf etdirənlərin başında ingilis sosioloq və fəlsəfəçi H.Spenser gəlirdi. Darvinizmin təməl iddiasını yekunlaşdıran “ən uyğun olan həyatda qalır” ifadəsi Spenserə aid idi. “Uyğun olmayanlar”ın isə ələnməsinin, yəni ölməsinin lazım olduğunu iddia edən Spenser: “İnsanlar əgər yaşamaq üçün kifayət qədər tamamdırlarsa, yaşayırlar və yaşamaları da yaxşıdır. Əgər yaşamaq üçün kifayət qədər tamam deyillərsə, ölürlər və ən yaxşısı ölmələridir”, -deyirdi.1 Yəni Spenserə görə, kasıb, xəstə, şikəst, müvəffəqiyyəti və təhsili olmayan hər insan ölməli idi. Bütün bunlar Spenserin nə qədər ürküdücü, zalım olduğunun, xəstə ruha və dünyagörüşünə sahib olduğunun göstəriciləri idi. Şəfqət və qorunmağa ehtiyacı olan insanlara qarşı böyük mərhəmətsizlik duyur, eyni Maltus kimi onları əziyyət yolu ilə yox etməyin yollarını axtarırdı. Dövlətin kasıbları qoruyan qanunlar çıxarmasını da önləməyə çalışan Spenser üçün amerikalı tarixçi R.Hofştadter “Amerikan düşüncəsində sosial darvinizm” adlı kitabında belə açıqlama vermişdir:

Spenser yalnız yoxsullar üçün hazırlanan qanunlara deyil, eyni zamanda, dövlətin dəstəklədiyi təhsil, sağlamlıq yoxlaması, saxlama şərtlərinin təşkil edilməsi və hətta saxta həkimlərə qarşı cahillər üçün dövlət qorumasının təmin edilməsi ilə əlaqədar qanunlara da qarşı çıxırdı.2

Maltus və Spenserin mərhəmətsiz dünya görüşlərindən çox təsirlənən Darvin isə “Növlərin mənşəyi” adlı kitabında növlərin təbii seleksiya ilə təkmilləşdikləri nağılını ortaya atdı. Darvin alim deyildi, biologiya ilə yalnız həvəskar kimi maraqlanmışdı. Bundan başqa, Darvinin dövründəki mikroskoplar da son dərəcə primitiv idi. O dövrdə hüceyrə hələ yalnız bir ləkə bilinirdi, irsiyyət qanunları da kəşf edilməmişdi. Darvin elmi baxımdan son dərəcə qeyri-kafi olan bu şərtlərdə məhdud bilgisi ilə inkişaf etdirdiyi nəzəriyyəsində təbiətin həmişə üstün və ən uyğun olanları seçdiyini, digərlərini isə ələdiyini, canlılığın bu şəkildə inkişaf etdiyini iddia etdi. Darvinin ən əvvəldən səhv bir təməl üzərinə qurduğu elmdən kənar nəzəriyyəsinə görə, canlılıq təsadüflərin əsəri idi; bu şəkildə, Darvin canlılığı Allahın yaratdığı həqiqətini də rədd edirdi. (Allahı tənzih edirik). Darvin “Növlərin mənşəyi” kitabından sonra “İnsanın törəməsi” adlı kitabında elmə zidd nəzəriyyəsini insanlara da tətbiq etməyə cəhd etdi. Kitabında sözdə geri qalmış irqlər olduğundan bu irqlərin yaxın gələcəkdə ələnəcəyindən və bu minvalla üstün olanların inkişaf edib irəliləyəcəyindən bəhs edirdi. Darvinin bu kitabında və bəzi yazışmalarında təkamül nəzəriyyəsini insanlara tətbiqi ilə sosial darvinizm formalaşdı.

Bundan sonrakını isə qatı Darvin tərəfdarları davam etdirdi. İngiltərədə Spenser və Darvinin əmioğlusu F.Qalton, Amerikada U.Q.Samner kimi bəzi alim və kapitalistlər, Almaniyada isə E.Hekkel kimi darvinistlər və ardından 20-ci əsrin qanlı diktatoru A.Hitler kimi faşist irqçilər sosial darvinizmin amansız və mərhəmətsiz qanunlarının öndə gələn müdafiəçi və tətbiqçiləri oldular.

Sosial darvinizm qısa müddətdə vəhşi kapitalizm adı altında haqsız rəqabəti ən amansız şəkli ilə tətbiq edənlərin- irqçilərin, imperialistlərin, kasıbları və köməyə möhtacları qorumaq vəzifəsini yerinə yetirməyən idarəçilərin özlərini sözdə müdafiə etmə vasitəsi halına gəldi. Sosial darvinistlər zəiflərin, kasıbların, sözdə “aşağı” irqdən olanların əzilməsini; şikəstlərin sağlam insanların, kiçik müəssisələrin isə böyük şirkətlərin qarşısında yox olmasını təbiətin bir qanunu və insanlığın irəliləməsinin tək yolu kimi göstərməyə çalışdılar. Vicdansızlıq kimi qəbul edilməsinə baxmayaraq, insanlıq tarixi boyu davam edən bu haqsızlıqları bir anda sözdə elm adı altında qanuni göstərmək istədilər. Sosial darvinizm amansızlığı təbiətin qanunu və insanlığın sözdə təkamülünün ən əhəmiyyətli yolu kimi izah edirdi.

Xüsusilə amerikalı bəzi kapitalistlər meydana gətirdikləri şiddətli rəqabət mühitini sosial darvinist ifadələrlə özlərinə görə qanuniləşdirdilər. Halbuki, bu, böyük yalandan başqa bir şey deyildi. Haqsız və mərhəmətsiz rəqabəti sözdə elmi dayağı varmış kimi göstərməyə çalışanlar yalnız yalan danışırdılar. Məsələn, Amerikanın ən böyük sərmayə sahiblərindən A.Karnegi də bu yanılanlardan biri idi və 1889-cu ildəki bir nitqində belə deyirdi:

Rəqabət qanunu üçün cəmiyyətin ödədiyi əvəz ucuz komfort və lükslər üçün ödədiyi əvəz kimi böyükdür; ancaq bu qanunun üstünlükləri əvəzindən daha çoxdur. Çünki bu qanun sayəsində maddi inkişaf mükəmməldir və bu, bizə daha inkişaflı şərtlər təmin edir… Bu qanun insan üçün bəzən çətin olsa da, irq üçün ən yaxşısıdır. Çünki hər sahədə ən uyğun olanın həyatda qalmasına zəmanət verir. Buna görə, böyük bərabərsizlikləri, iş imkanlarının, sənaye və ticarətin bir neçə adamın əlində toplanmasını və bunların arasında rəqabət qanunu kimi şərtləri qəbul edir və xoş qarşılayırıq. Bunlar yalnız faydalı deyil, eyni zamanda, irqin inkişafı üçün əsasdır.3

Göründüyü kimi, sosial darvinizmə görə, tək hədəf irqin fiziki, iqtisadi və siyasi baxımdan inkişafıdır. Fərdlərin xoşbəxtliyi, rifahı, hüzuru və təhlükəsizliyi əhəmiyyət kəsb etmir. Acı çəkən, kömək üçün fəryad edən, uşaqlarına, ailəsinə və yaşlı ata-anasına yemək, dərman, sığınacaq tapa bilməyən yazıq və gücsüz insanlara heç bir şəkildə mərhəmət duyulmur. Məsələn, bu azğın düşüncəyə görə, kasıb, lakin gözəl əxlaqlı bir insan qiymətli deyil. Bu adamın ölməsinin cəmiyyətə faydalı olduğunu iddia etmək olar. Bununla belə, pis əxlaqlı, amma zəngin bir insan irqlərinin inkişafı üçün son dərəcə əhəmiyyətli görünür, şərtlərdən asılı olmayaraq, o adama böyük dəyər verilir.

Sosial darvinizmin ortaya qoyduğu bu səhv məntiq yığını bu düşüncəni müdafiə edənləri əxlaqi və mənəvi çöküntüyə sürüyür. Bir başqa sosial darvinist U.Q.Samner isə 1879-cu ildə bu azğın cərəyanın yalanlarını belə ifadə etmişdir:

Bu alternativin xaricinə çıxa bilməyəcəyimiz artıq aydın olsun: bərabərsizlik, ən uyğun olanın həyatda qalması; bərabərlik, uyğun olmayanın həyatda qalması. İlk sayılan xüsusiyyətlər cəmiyyəti irəliyə apararkən cəmiyyətin bütün ən yaxşı üzvlərinin lehinədir; sonrakılar isə cəmiyyəti geriyə aparar və bütün ən pis üzvlərin lehinədir.4

Sosial darvinizmin ən vəhşi tətbiqçiləri irqçilər idi. Darvinist irqçilər arasında ən təhlükəlisi, əlbəttə, nasist ideoloqları və hərəkatın lideri A.Hitler idi. Nasistlər Darvinin nəzəriyyəsini özlərinə əsas götürüb həm yevgenika (Darvinin əmioğlusu F.Qaltonun pis genlərin ayırd edilməsi ilə cəmiyyətin daha keyfiyyətli fərdlərdən yaradıla biləcəyinə bağlı iddiası) qanunlarını tətbiq etdilər, həm də soyqırım cinayətlərini reallaşdırdılar. Sosial darvinizmin ən ağır nəticəsi nasizmlə oldu. Nasistlər darvinist ifadələri sanki özlərinə haqq qazandırırmış kimi pərdə olaraq istifadə etdilər. Darvinist alimlərin məsləhəti ilə aşağı irq saydıqları yəhudiləri, qaraçıları, şərqi avropalıları soyqırıma uğratdılar; əqli xəstələri, şikəst və yaşlıları qaz otaqlarında qətl etdilər. Bütün bu cinayətləri ən amansız üsullarla reallaşdırdılar. 20-ci əsrdə dünyanın gözü qarşısında sosial darvinizm adına milyonlarla cinayət işləndi.

Darvinin əmioğlusu F.Qaltonun öndərliyi ilə başlayan yevgenika hərəkatı sosial darvinizmin ayrı bir fəlakət məhsulu olaraq ortaya çıxdı. Təbii seleksiyanı sürətləndirmək üçün insan əli ilə seçimin lazım olduğunu qarşıya qoyan və beləliklə, insan növünü daha sürətli inkişaf etdirəcəklərini zənn edən yevgenika tərəfdarları Amerikadan İsveçə qədər bir çox ölkədə özlərinə görə lazımsız gördükləri insanları zorla axtaladılar. Ailələrinin xəbəri və icazəsi olmadan yüz minlərlə insan öz razılığı olmadan adam yerinə qoyulmayıb əməliyyat edildi. Yevgenikanın ən zalım tətbiqləri isə nasist Almaniyasında reallaşdı. Nasistlər əvvəl cəmiyyətdəki şikəstliyi, əqli çatışmazlığı və ya irsi xəstəliyi olan insanları axtaladılar; sonra bununla kifayətlənməyib bu məzlum insanları toplu şəkildə öldürməyə başladılar. Yüz minlərlə günahsız insan yalnız əli, barmağı, ayağı olmadığı və ya yaşlandığı üçün öldürüldü.

Heç şübhəsiz, bu, din əxlaqında qətiyyən yeri olmayan böyük zülm və vəhşilikdir. Allah insanlara ehtiyac içində olanları qorumağı əmr etmişdir. Kasıbların ehtiyaclarını qarşılamaq; şikəst insanlara qarşı şəfqətli və mərhəmətli olmaq, onların haqlarını qorumaq; cəmiyyət içində köməkləşmə və həmrəyliyi təmin etmək din əxlaqının gərəyi olan gözəl əxlaq xüsusiyyətləridir. Allahın əmr etdiyi əxlaqı görməzlikdən gələnlər isə həm özlərini, həm də içində yaşadıqları cəmiyyətləri böyük fəlakətlərə sürüyür. Sosial darvinizmin səbəb olduğu bəlalar bu həqiqətin ən təəccüblü nümunələrindəndir.

Sosial darvinizmin sözdə əsaslılıq qazandırdığı fəlakətlərdən bir başqası da müstəmləkəçilikdir. Müstəmləkəçi dövlətlərin o dövrkü bəzi rəhbərləri müstəmləkələrə qarşı mərhəmətsiz mövqeyini sosial darvinizmin elm, ağıl və məntiq baxımından heç bir əsaslılığı olmayan tezisləri ilə özlərinə görə haqlı göstərməyə çalışdılar. “Aşağı irq”lərin “üstün irq” tərəfindən idarə edilməsinin lazım olduğunu, bunun təbiətin qanunu olduğunu iddia edib zülmə əsaslanan imperialist siyasətlərini sözdə elmi təmələ yerləşdirdilər.

20-ci əsrdə meydana gələn iki böyük dünya müharibəsində tərəflər sosial darvinizmin səhv məntiqlərindən istifadə edib müharibəni qaçılmaz hadisə kimi göstərməyə çalışdılar. Günahsız və yazıq insanların qətl edilməsini; evlərinin, işlərinin, tarla və heyvanlarının yandırılmasını; milyonlarla insanın ev-eşiyindən olmasını; körpə və uşaqların əhəmiyyət verilmədən öldürülməsini son dərəcə məntiqsiz sosial darvinist iddialarla insanlıq inkişafının yolu kimi tanıtmağa çalışdılar.

Nəticədə, sosial darvinizm 19-cu və 20-ci əsrdə irqçiliyin, müstəmləkəçiliyin, haqsız və mərhəmətsiz rəqabətin, güclünün gücsüzü əzməsinin və on milyonlarla insanın öldüyü müharibələrin arxa planındakı təhrikedici gücü oldu. Sosial darvinizmlə birlikdə əsrlərlə davam edən bir çox pislik sözdə elm qılığına büründü. Necə ki, təkamülçü paleontoloq S.C.Quldun “İnsanın səhv ölçüsü” adlı kitabında Darvinin “Növlərin mənşəyi” kitabı üçün aşağıdakı şərhi də bu həqiqəti yenə diqqətə çatdırır:

1859-cu ildə “Növlərin mənşəyi”nin nəşr olunmasından sonra əsarət, koloniyalaşma, irq fərqlilikləri, sinfi strukturlar və cinsi rollar haqqındakı müzakirələr elm bayrağı altında aparılmağa başlandı.5

Darvin də sosial darvinist idi

Hər nə qədər dövrümüzdə təkamülçülər Darvinin adını sosial darvinizmin 20-ci əsrdə səbəb olduğu acı nəticələrə qarışdırmamağa çalışsalar da, Darvin açıq şəkildə bir sosial darvinist olmuşdur. Xüsusilə “İnsanın törəməsi” adlı kitabında və xüsusi yazışmalarında dəqiq olaraq sosial darvinist ifadələrdən istifadə edirdi. Darvin hələ 1869-cu ildə yazıçı H.Tilə yazdığı bir məktubda nəzəriyyəsinin cəmiyyətlərə tətbiq olunmasında qorxu görmədiyini ifadə etmişdi:

Növlərin dəyişməsi ilə əlaqədar baxış yönümə bənzər bəzi fikirlərin əxlaqi və sosial problemlər üzərində tətbiq olunduğunu görürəm. Bu mövzu ilə çox maraqlandığıma inanmalısan.6

Fransiskan Universitetində elm və ilahiyyat mövzusunda dərslər verən, “Əxlaqi darvinizm: necə həzpərəst olduq?” adlı kitabın yazıçısı B.Viker özünün verdiyi bir reportajda Darvinin ilk sosial darvinist olduğunu ifadə edir və belə deyir:

Bəyənin, yaxud bəyənməyin, Darvinin “İnsanın törəməsi” adlı kitabı oxunduğunda, əslində, ilk sosial darvinistin və müasir yevgenika hərəkatının atasının özü olduğu açıq şəkildə aydın olar. Sosial darvinizm və yevgenika birbaşa onun təbii seleksiya prinsipini əsas götürür.

Mənə görə, insanların darvinizm və yevgenika kimi mövzular arasında əlaqələr quran bir insana etiraz etməsinin gerçək səbəbi nəzəriyyənin əxlaqi maraqlarla ləkələnməsini istəməməkləridir. Ancaq bu maraqlar yalnız mətnin içində deyil, darvinizmin ortaya çıxmasından indiyədək keçən yüz əlli illik dövrdə buraxdığı sosial və əxlaqi təsirlərin içində sübut edilmiş vəziyyətdədirlər.7

Bölmənin növbəti yazılarında bildirəcəyimiz kimi, Darvinin bir çox ifadəsi və şərhi onun sosial darvinist görüşlərin ilk qaynağı olduğunu açıq şəkildə göstərir. İndiki dövrdə təkamülçülər sosial darvinizmin 20-ci əsrdəki ürpərdici nəticələrinə görə bu fikirləri açıq qəbul etməkdən çəkinirlər. Ancaq sosial darvinizmin əsas amillərindən olan rəqabət, irqçilik, ayrı-seçkilik təkamül nəzəriyyəsinin təməlində də yer alır. Təkamülçülər qəbul etməsə də, darvinizmin mənimsənilməsi ilə ortaya çıxan nəticələr bunlardır. İnsanları təsadüflərin əsəri olaraq görən, onların bir az daha inkişaf etmiş heyvan növü olduğunu zənn edən, bəzi irqlərin digərlərinə görə az inkişaf etdiklərini, dolayısilə, heyvanlara daha yaxın olduqlarını, təbiətin mübarizə, rəqabət yeri olduğunu, güclülərin zəifləri əzməsi ilə insanlığın inkişaf edəcəyini iddia edən bir nəzəriyyənin faciəli nəticələr verməsi qaçılmazdır. Təkamülçülərin sosial darvinizmi rədd edirmiş kimi görünməsi həll deyil. Həll təkamül nəzəriyyəsinin elmi olaraq əsassız olduğunun qəbul edilməsindədir. Təmmənimiz bu nəzəriyyənin yanılmalarına aldananların da bu həqiqəti görməsidir.

Təbiət qanunlarının insanlara tətbiqi yanlışlığı

Darvin təkamül nəzəriyyəsini ortaya atdığında elm dünyası bir çox yöndən inkişaf etməmişdi. Hələ elektron mikroskop yox idi, dolayısilə, orqanizmlərin xüsusiyyətləri bilinmirdi. Hüceyrə sadə bir ləkə olaraq bilinir, bir çox orqanoiddən ibarət olan, ən az bir şəhər qədər kompleks quruluşa sahib olduğu bilinmirdi. Genetika elmi hələ yox idi, irsiyyət qanunları kəşf edilməmişdi. Bir çox bioloq və alim (bunlara Darvin də daxildir) qazanılmış xüsusiyyətlərin sonrakı nəslə köçürüləcəyini zənn edəcək qədər yanlış bilgilərə sahib idi. (Məsələn, nalbəndlik etdiyinə görə qol əzələləri güclənən atanın güclü qol əzələlərinə sahib oğulları olacağı kimi cahil inanca sahib idilər.) Darvin nəzəriyyəsini beləcə elmi olaraq primitiv mühitdə inkişaf etdirdi. Təkamül nəzəriyyəsinin materialist və ateist düşüncəyə zəmin yaratması bu nəzəriyyənin elmi cəhətdən zəif olduğuna baxmayaraq, elm dünyasının bir hissəsi tərəfindən dərhal mənimsənməsinə səbəb oldu. Nə Darvin, nə də tərəfdarı olan başqa təkamülçü təkamül nəzəriyyəsi üçün paleontologiya, biologiya və ya anatomiya kimi elm sahələrinin heç birindən dəlil təqdim etməmişdi. Bundan başqa, növbəti illərdə və xüsusilə, 20-ci əsrin ikinci yarısında aparılan müşahidə və təcrübələr, əldə edilən yeni tapıntılar bu nəzəriyyənin tamamilə səhv olduğunu açıq şəkildə ortaya qoydu.

Ancaq təkamül nəzəriyyəsi elmi dayağı olmadığı halda, ehtiva etdiyi ideoloji mesajlar səbəbi ilə bəzi çevrələr tərəfindən sosial sahəyə də tətbiq olundu. Soyqırımlar, kütləvi qırğınlar, qardaşın qardaşı vurduğu vətəndaş müharibələri, onlarla ölkəni dağıdan böyük dünya müharibələri ilə keçən 20-ci əsrin simvoluna çevrilən fəlakətlərin təməlində yer aldı. Din əxlaqının insanlara qazandırdığı mərhəmət, şəfqət, köməkləşmə, sevgi, fədakarlıq kimi dəyərlər yerini yalnız güclülərin qazandığı, zəiflərin əzilərək ortadan qaldırıldığı meşə qanunlarına buraxdı. Elmi baxımdan heç bir əsaslılığı olmayan bir nəzəriyyə bütün əsri təsiri altına aldı.

Sosial darvinistlərin ən böyük yanılmalarından biri elmi dəlili olmayan bir nəzəriyyəni sosial sahəyə tətbiq etməyə cəhd etmələri idi.

Sosial darvinistlərin başqa bir böyük yanılmaları isə heyvanlar üçün əsaslı olan qanunların insanlar üçün də əsaslı olduğunu zənn etmələridir. İnsanlar heyvanlardan fərqli olaraq şüur, ağıl, vicdan və mühakimə qabiliyyətinə sahibdirlər. Dolayısilə, sosial darvinistlərin iddia etdiyi kimi, meşə qanunlarına heç bir şəkildə tabe deyildirlər. Allah insanı ağıl, şüur və mühakimə qabiliyyəti ilə birlikdə yaratmışdır və hər insan həyatı boyu bu qabiliyyətlərindən ən yaxşı şəkildə istifadə etməklə məsuldur. Allah hər insanı müəyyən ömürlə yaratmışdır. Rəbbimizin təqdir etdiyi müddət sona çatdığında hər insan ölür, sonra da dünyada etdiyi hər bir əməlinin hesabını vermək üçün yenidən dirilir.

Təbiətdə bəzi canlılar içində olduqları şərtlərə uyğunlaşmadıqda ölə bilərlər və ya nəsilləri tükənə bilər. Məsələn, tünd rəngli dovşan qarla örtülmüş meşədə asan fərq edildiyindən qısa müddətdə başqa heyvan tərəfindən ovlanıb ölər. Amma bu vəziyyət darvinistlərin iddia etdiyi kimi, yeni növün meydana gəlməsini təmin etməz. Yəni ölən tünd rəngli dovşanların yerinə başqa növ, məsələn, açıq rəngli marallar meydana gəlməz. Ayrıca, insanlar heyvanlardan çox fərqlidirlər. İnsanlar yaşamaq üçün təbiət şərtlərinə uyğunlaşmaq məcburiyyətində deyildirlər. Əksinə, olduqları mühiti öz istək və ehtiyaclarına görə dəyişdirmək imkanı və qabiliyyətinə sahibdirlər. Məsələn, soyuq iqlimdə binalarını, istilik cihazlarını, paltarlarını iqlimə uyğunlaşdıra bilərlər. İnsan cəmiyyətlərində təbii seleksiya olmaz, çünki insan ağıl və qabiliyyətləri ilə bu cür seçimi önləyir.

Bu böyük yanılmalar sosial darvinistlərin cəmiyyətləri insanlıq xarici baxış yönü ilə qiymətləndirmələrinə səbəb olmuşdur. Zəiflərin, köməyə ehtiyacı olanların, gücsüzlərin, şikəstlərin tənha buraxılmaları ilə cəmiyyətlərin irəliləyəcəyini düşünmələri bu ağıl və vicdan xarici dünyagörüşünün əhəmiyyətli nümunəsidir. Halbuki, eqoizm, zəif və möhtac insanlara kömək etməmək irəliləyiş deyil, gerilik gətirir. Çünki sosial darvinizmin köməksiz və möhtac vəziyyətdə buraxılmasının lazım olduğunu iddia etdiyi insanlar dərk edən, düşünən şüur sahibi insanlardır. Bu insanlar haqsızlıqla, zülmlə qarşı-qarşıya gəldiklərində, ehtiyac içində buraxıldıqlarında (əgər din əxlaqının insanlara qazandırdığı səbir, bağışlamaq, anlayış kimi dəyərlərə də sahib deyillərsə) özlərinə bu hərəkəti edənlərə qarşı böyük qəzəb və kin duyurlar. Qəzəblərini bildirmək üçün isə yaxın tarixdə də bir çox nümunəsi göründüyü kimi, şiddətə əl atırlar. Bu da böyük qarşıdurmalar və müharibələr doğurur. Bunun nəticəsində, bütün maddi və mənəvi imkanlar belə qarşıdurmaları yatırmağa xərcləndiyindən irəliləyiş deyil, əksinə, sənətdən texnologiyaya, iqtisadiyyatdan elmə qədər hər sahədə geriləmə yaşanır.

Bundan başqa, yevgenika tərəfdarlarının etdikləri kimi, xəstə və ya əlil insanların öldürülməsi həm vəhşilikdir, həm də bu vəhşiliyin cəmiyyətin irəliləməsinə təkan verməsi heç bir şəkildə mümkün deyil. Cinayətin bu qədər açıq şəkildə işlənməsinin və qəbul edilməsinin cəmiyyətdə meydana gətirdiyi müsibətlər böyük itkilər gətirir. Dövrümüzdə dünya əhalisinin təxminən altı faizi əlildir. Bu, böyük rəqəmdir və təxminən yarım milyard insan deməkdir. Belə vəziyyətdə hər insan ailəsindən və ya çevrəsindən bir çoxunu itirər, yaxınlarından ən az bir neçə adamın öldürülməsinə razılıq vermiş olar. Bunun gətirəcəyi ağır mənəvi yaralar insanların ruhi sağlamlığını və müvazinəti pozar, böyük əxlaqi çöküntünü özü ilə gətirər. Ananın uşaqlarına, uşaqların ata-analarına, qardaşın qardaşa güvənmədiyi, hər an birinin digəri haqqında ölüm razılığı verdiyi cəmiyyətdə çox ciddi degenerasiya və böhran yaşanacağı açıqdır. Ayrıca, insanların yalnız əlil olduqları üçün öldürüldükləri cəmiyyət onun, əslində, qorxunc əxlaqi çöküntü yaşadığını göstərir. Belə bir cəmiyyət bütün mənəvi dəyərlərdən məhrum olmalı, insanlığını tamamilə itirmiş olmalıdır. Cinayət yolu ilə insanlığı inkişaf etdirdiyini iddia etmək, heç şübhəsiz, çox ciddi zehni və ruhi problemlər yaşandığının əhəmiyyətli göstəricisidir.

Şübhəsiz, ən böyük fəlakətlərdən biri də seçimə məruz edilən insanların çəkdiyi böyük acılardır. Bu acılar digər insanların da vicdanlarında böyük yaralar meydana gətirər.

Növbəti səhifələrdə açıqlayacağımız kimi, Ç.Darvinin olduqca geri elm anlayışı ilə ortaya atdığı təkamül nəzəriyyəsinin cəmiyyətlərə tətbiq olunması ilə inkişaf edən sosial darvinizm tamamilə insan təbiətinə zidd olan, tətbiq olunduğunda insanlığı geri salan, alçaldan, böhran və xaosa sürüyən, qarışıqlıq, kin və nifrət gətirən, müharibələrə, cinayətlərə və qarşıdurmalara səbəb olan bir dünyagörüşüdür. Sosial darvinizm 19-cu əsrin ikinci yarısında və 20-ci əsrdə həqiqi mənada hakim olsa da, dövrümüzdə hələ bir çox sahədə mənfi təsirini göstərir. Təkamüli psixologiya, genetik determinizm kimi adlar altında cəmiyyətlər hələ də darvinizmin yanılmalarına görə qiymətləndirilir. 21-ci əsrin yeni fəlakətlərdən qorunması üçün sosial darvinizmin təhlükələri hər yönü ilə insanlığa göstərilməli və ayrıca, bu fəlsəfəyə əsas təşkil edən təkamül nəzəriyyəsinin heç bir elmi dəlilinin olmadığı dünyaya izah edilməlidir.

 

İqtibaslar:

  1. Herbert Spencer, Social Status, 1850, s. 414-415
  2. Richard Hofstadter, Social Darwinism in American Thought, Rev. Ed., Boston, Beacon Press, 1955, s.41
  3. Mark Kingwell, “Competitive States of America, Microsoft proves it: we’re still wrestling with that treasured national ideal”, New York Times, 25 Haziran 2000; http://www.spaceship-earth.org/Letters/Editor/Competitive_States_of_America.htm
  4. http://www.allston.org/josh/socialdarwinismf99.htm
  5. Stephen Jay Gould, The Mismeasure of Man, W.W. Norton and Company, New York, 1981, s. 72
  6. The Life and Letters of Charles Darwin, Editör: Francis Darwin, D. Appleton and Co., 1896, Vol. 2, s . 294
  7. http://www.touchstonemag.com/docs/issues/15.8docs/15-8pg43.html

Şərh üçün bağlıdır.

axtarış