• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Piltdaun adamı saxtakarlıqdır

Məşhur həkim və eyni zamanda həvəskar paleontoloq olan Çarlz Douson 1912-ci ildə İngiltərədə Piltdaun yaxınlığındakı bir çökəklikdə bir çənə sümüyü və kəllə parçası tapdığı iddiası ilə üzə çıxdı. Çənə sümüyü meymun çənəsinə bənzəməsinə baxmayaraq, dişlər və kəllə insanınkına bənzəyirdi. Əldə edilən fosillərə “Piltdaun adamı” adı verildi, 500 min illik tarix təyin edildi və fosil insanın xəyali təkamülünə ən mühüm dəlil kimi İngiltərədəki Britaniya Muzeyində (British Museum) nümayiş etdirilməyə başladı. 40 ildən çox müddət ərzində haqqında bir çox elmi məqalə yazıldı, şərhlər edildi və rəsmlər çəkildi. Dünyanın müxtəlif universitetlərindən 500-dən çox akademik Piltdaun adamı haqqında doktorluq işi müdafiə etdi.1

Məşhur amerikalı paleontoloq H.F. Ozbom da 1935-ci ildə Britaniya Muzeyinə səfərində: “Təbiət sürprizlərlə doludur, bu, bəşəriyyətin tarixdən əvvəlki dövrləri haqqında mühüm tapıntıdır”, – deyirdi.2

Lakin Piltdaun adamı böyük saxtakarlıq, şüurlu şəkildə qurulmuş böyük hiylə idi.

1949-cu ildə isə Britaniya Muzeyinin paleontologiya bölməsindən Kennet Oukli yeni yaş müəyyən etmə üsulu olan “flüor testi” metodunu bəzi qədim fosillər üzərində sınamaq istədi. Bu üsulla Piltdaun adamı fosili üzərində də sınaq keçirildi. Keçirilən testdə Piltdaun adamının çənə sümüyünün tərkibində heç flüor olmadığı məlum oldu. Bu, çənə sümüyünün torpağın altında bir neçə ildən çox qalmadığını göstərirdi. Tərkibində az miqdarda flüor olan kəllə isə sadəcə bir neçə min illik olardı.

Flüor metoduna əsaslanaraq aparılan sonrakı xronoloji tədqiqatlar kəllə sümüyünün ancaq bir neçə min illik olduğunu üzə çıxardı. Çənə sümüyündəki dişlərin isə süni şəkildə aşındırıldığı, fosillərin yanındakı ibtidai alətlərin də polad alətlərlə yonularaq düzəldilmiş kobud təqlid olduğu məlum oldu.3

Veynerin həyata keçirdiyi ətraflı təhlillərlə bu saxtakarlıq 1953-cü ildə qəti şəkildə elan edildi. Kəllə sümüyü 500 il yaşa malik insana, çənə sümüyü də yeni ölmüş oranqutanqa aid idi! Dişlər insana aid olması təsəvvürünü vermək üçün sonradan xüsusi şəkildə əlavə edilmiş və düzülmüş, oynaq yerləri də yonulmuşdu. Daha sonra da bütün parçalar, köhnə görünmələri üçün kalium-dikromat ilə ləkələnildirilmişdi. Bu ləkələr, sümüklər turşuya batırıldığında itirdi. Saxtakarlığı ortaya çıxaran qrupdan Le Qros Klark: “Dişlər üzərində köhnəlmə təəssüratının süni olaraq edildiyi o qədər aydındır ki, necə olub ki, bu izlər diqqətdən yayınmış ola bilər?”– deyərək təəccübünü gizlədə bilmirdi.4

Bu həqiqəti elmi yazıçı Hank Haneqraff belə söyləmişdi:

“Marvin Lubenovun açıqlamalarına əsasən, alt çənədəki oranqutanq dişlərinin üzərindəki yonulma izləri açıq-aydın görünürdü. Azı dişləri səhv düzülmüş və iki fərqli tərəfdən yonulmuşdu. Köpək dişi də iki fərqli tərəfdən yonulmuşdu. Köpək dişi elə dərin yonulmuşdu ki, pulpanın qovuğu üzə çıxmış, sonra içi doldurulmuşdu”.5

Təkamülçü bioloq Keyt Stevard Tomson, Piltdaun adamı ilə bağlı bu böyük yalanı “1912-ci ildəki Piltdaun adamı saxtakarlığı bütün elmi saxtakarlıqların ən uğurlu və xainlərindən biridir”,- deyə şərh edirdi.6

Bu təəccüblü və darvinistlər üçün utandırıcı kəşfin ardınca Piltdaun adamı 40 ildən çox müddət ərzində nümayiş etdirildiyi Britaniya Muzeyindən dərhal çıxarıldı. Darvinist saxtakarlıq o qədər irəli getmişdi ki, bir süni fosil 40 il ərzində bütün elmi kütlələri və bəşəriyyəti aldatmışdı.

Şübhəsiz, bu, təkamül tarixinin ən böyük qara ləkələrindən biri kimi yerini tutacaqdı. Təkamülçü antropologiya professoru Pat Şipman bu böyük yalanın təsirini belə tərif edirdi:

“Kəşfi 1912-ci ildə açıqlanan Piltdaun fosilləri bu qalıqların hiylə ilə yerləşdirilmiş, dəyişdirilmiş saxtakarlıq olduğunun başa düşülməsinə, yəni 1953-cü ilə qədər paleoantropologiyanın ən böyük beyinlərinin çoxunu aldatdı”.7

Jurnalist yazıçı və filosof Malkolm Maqqeric isə Piltdaun adamı fosili kimi saxtakarlıqlarla yaşadılmağa çalışılan darvinizmin bütün bəşəriyyəti saldığı vəziyyəti bu sözlərlə tərif edirdi:

“Təkamül nəzəriyyəsinin, xüsusilə də onun tətbiq edildiyi sahələrin gələcəkdə tarix kitablarındakı ən böyük məzhəkə mövzularından biri olacağına inandım. Gələcək nəsillər olduqca zəif və şübhəli hipotezin inanılmaz sadəlövhlüklə qəbul edilməsini təəccüblə qarşılayacaqlar…”8

Piltdaun saxtakarlığı öz ağıllarına görə yaradılış inancını zehinlərdən silmək, insanın təsadüfən, özbaşına, nəzarətsiz şəkildə meydana gəlməsi yalanına insanları inandırmaq üçün həyata keçirilmiş dəccali sistem olan ateist masonluğun oyunudur. Lakin Allahın möhtəşəm yaratması və bənzərsiz əsərləri o qədər açıq və aydındır ki, dövrümüzdəki elmi səviyyə ilə bunları görməmək mümkün deyil. Dəccalın dünya səviyyəsindəki bu səmərəsiz səyləri onu və tərəfdarlarını alçaldır, darvinizm yalanının böyük uğursuzluq olduğunu açıq şəkildə göstərir. Uca Rəbbimiz olan Allah insanı necə yaratdığını ayələrdə xəbər vermiş və kainatdakı bütün dəlillər bu üstün yaradılışı açıq göstərir:

“O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan üfürdü. O, sizə göz, qulaq və ürək verdi. Siz az şükür edirsiniz!” (Səcdə surəsi, 7-9)

 

İqtibaslar:

  1. Malcolm Muggeridge, The End of Christendom, Grand Rapids, Eerdmans, 1980, səh. 59
  2. Stephen Jay Gould, “Smith Woodward’s Folly”, New Scientist, April 5, 1979, səh. 44
  3. Kenneth Oakley, William Le Gros Clark & J. S, “Piltdown”, Meydan Larousse, nömrə: 10, səh. 133.
  4. Stephen Jay Gould, “Smith Woodward’s Folly”, New Scientist, April 5, 1979, səh. 44
  5. Hank Hanegraaff, Fatal Flaws “What Evolutionists Don’t Want You To Know”, W Publishing Group, 2003, səh. 34
  6. Keith Steward Thomson, “Piltdown Man: The Great English Mystery Story”, American Scientist, vol. 79, 1991, səh. 194; Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, səh. 197
  7. Pat Shipman, “On the Trail of the Piltdown Freudsters” New Scientist, vol. 128, 1990, səh. 52; Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, səh. 197
  8. Malcolm Muggeridge, The End of Christendom, Grand Rapids MI, Eerdmans, 1980, səh. 59; Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, səh. 253-254

“Piltdaun adamı saxtakarlıqdır” üçün bir cavab

  1. Aytən dedi ki:

    Belə şeylərə əl atmaqlarından nə qədər saxtakar və nə qədər məqsədsiz, cahil olduqları bilinir… Quranda deyildiyi kimi, həqiqətən də, kordurlar…

axtarış