Tag: gen

BBC Azərbaycan saytının “ibtidai insan” və “daş dövrü” xətaları

BBC Azərbaycan saytındakı digər təkamülçü yanlışlıqları buradan oxuya bilərsiz:

BBC Azərbaycan saytının “Primatların kəlləsini yumruqlar formalaşdırıb” başlıqlı yazısına cavab

BBC Azərbaycan saytının “Dinozavrların həlakı: qanunauyğunluq, yoxsa təsadüf?” başlıqlı yazısına cavab

 

BBC Azərbaycan saytının hələ də bəzi məqalələri aldadıcı mahiyyətdədir. 29 iyun 2014-cü il tarixli “Daş dövrünün pəhrizi” adlı məqalədə, əsas etibarilə, insanların süd içərək laktozaya qarşı davamlılıq əldə etdikləri bildirilir. Bundan əlavə, məqalə biri digərilə uyğun gəlməyən, eyni zamanda elmi faktlara əsaslanmayan təxəyyül təəsürratlı başqa ifadələrlə də doludur. Məqalənin içərisindəki əsas mühüm səhvi təqdim edirik:

davamı

“TULLANTI DNT” İDDİASINA CAVAB

Digər məqalələrimizdə ətraflı şəkildə araşdırdığımız “qüsurlu” və ya “rudiment” orqanlar iddiasının ən son əsaslarından biri də “Tullantı DNT” (“Junk DNA”) anlayışı idi.

Rudiment orqanlar əfsanəsi 20-ci əsrin ikinci yarısından etibarən çökməyə başladı. Funksiyasız olduğu deyilən orqanların əhəmiyyətli funksiyaları olduğu kəşf edildiyi zaman bu əfsanə də müdafiə edilməsi imkansız hala gəldi. Lakin həmin əfsanənin propaqanda gücündən məhrum qalmaq istəməyən təkamülçülər bunun yeni bir versiyasına əl atdılar. Bu yeni versiya bədəndəki orqanların deyil, orqanları kodlayan genetik materialın bir qisminin “rudiment” olduğu formasında idi. İşlədilən ifadə isə “rudiment” deyil, “tullantı halına gəlmiş” idi.

davamı

Plantaris əzələsinin rudiment olması iddiasına cavab

“Rudiment orqanlar” iddiası təkamülçülərin 19-cu əsrdən qalmış və heç bir elmi dəyəri olmayan xurafatlarından biridir. Təkamülçülər canlılarda, dolayısıyla insanlarda da, “əcdadlarından qalmış və funksiyasını itirmiş orqanlar”ın olduğunu iddia etmiş və bu xəyali orqanların mövcudluğu vasitəsilə təkamülü dolayı yolla sübut edə biləcəklərini zənn etmişlər. Hələ 19-cu əsrdən bəridir yüzlərlə rudiment orqan iddiası ilə ortaya çıxmış olmalarına baxmayaraq inkişaf edən elm iddia edilən bütün orqanların bədəndə çox mühüm funksiyaları olduğunu ortaya qoymuşdur. Digər tərəfdən rudiment orqanlar iddiasında bir məntiq xətası da var idi. Belə ki, bir orqan istifadədən qalmış belə olsa o orqanın getdikcə kiçilməsi və sonda yox olması olduqca məntiqsiz idi. Çünki mutasiyalar qarşılarına məqsəd qoyaraq bir orqanı getdikcə kiçildə bilməzdilər. Bu ziddiyyətli halı Darvin özü də görmüş və “Növlərin Mənşəyi” kitabında rudiment orqanlar barədəki iddiaların çıxılmaz vəziyyətdə olduğunu belə etiraf etmişdir:

davamı

Faydalı mutasiya iddiası- CCR5-Δ32 və İddiaya Cavab

Təkamül nəzəriyyəsini dəstəkləməli olan ilk və ən vacib mexanizm faydalı mutasiyalardır. Faydalı mutasiyaların əhəmiyyətini Darvin də görmüş və “Növlərin mənşəyi” adlı kitabında belə demişdir: “Faydalı dəyişikliklər meydana gəlmədiyi müddətcə təbii seçmə heç nə edə bilməz” (1). Təkamülçülər faydalı mutasiya olmadığı halda insanla meymun kəllələri üzərində ssenarilər qurmağın, balıqların necə ayaqlanıb quruya keçdiyi barədə spekulyasiyalar irəli sürməyin heç bir mənası qalmadığını çox yaxşı bilirlər. Buna görə də sadəcə 5-10 nümunə ilə məhdud faydalı mutasiya iddiaları ilə ortaya çıxırlar. Bunların ən məşhurlarından biri isə CCR5-Δ32 (və ya CCR5 delta 32) adlanan mutasiyadır.

davamı

“Təbii seçmə təkamülə səbəb olur” iddiası saxtakarlıqdır

Darvin 19-cu əsrdə təkamül mexanizmi kimi bir məfhum irəli sürmüşdü: təbii seleksiya.

Təbii seleksiya, başqa adı ilə, təbii seçmə deməkdir. Güclü və içində mövcud olduğu şərtlərə uyğun canlıların həyatda qalacağı düşüncəsinə əsaslanır. Məsələn, şirlər tərəfindən təhlükəyə məruz qalan zebra sürüsündə daha sürətlə qaçan zebralar həyatda qalacaqlar. Təbii seleksiya, həqiqətən də təbiətdəki canlılar arasında müşahidə edilən mexanizmdir. Ancaq heç vaxt təkamülçülərin xəyal etdikləri kimi canlılara yeni xüsusiyyətlər əlavə etmə və yeni növ meydana gətirmə qabiliyyətinə malik deyil.

Bu mövzunu belə bir misalla açıqlaya bilərik: fərz edək ki, bir coğrafi ərazidə biri daha tüklü, digəri isə nisbətən qısa tüklərə malik iki bənzər it cinsi yaşayır. Əgər bu ərazidə havanın temperaturu ekoloji dəyişiklik səbəbindən əhəmiyyətli dərəcədə aşağı düşərsə, uzun tüklü itlər qısa tüklü itlərə nisbətən soyuğa daha dözümlü olacaqlar. Bunun nəticəsində də uzun tüklü itlər daha çox üstünlük qazanacaq, yəni daha çox yaşayacaq, daha çox törəyəcək və rahat qidalanacaqdır. Bir müddət sonra qısa tüklü itlərin sayı da azalar və ya bu canlılar isti ərazilərə köçə bilərlər, ya da nəsilləri tamamilə kəsilər. Yəni uzun tüklü itlər təbii seleksiya ilə seçilmiş və digər cinsə nisbətən üstünlük qazanırlar.

davamı

Qadınları alçaldan nəzəriyyə

SOSİAL DARVİNİZMİN irqçiliyə, faşizmə və imperializmə (və digər tərəfdən də kommunizmə) verdiyi dırnaqarası elmi dəstək, ümumiyyətlə, məlum olan və çox yazılan bir mövzudur. Çox bilinməyən həqiqət isə Çarlz Darvin də daxil olmaqla, bir çox darvinistin qadınların həm bioloji, həm də əqli cəhətdən kişilərdən geridə olduqları yalanına inanmasıdır. Darvinistlərin kişilərlə qadınların arasında mövcud olduğunu iddia etdikləri əqli fərq o qədər əhəmiyyətli ölçüdədir ki, bəzi təkamülçülər qadın və kişini iki fərqli fiziki növə ayırmışlar; onlara görə, kişilər Homo frontalis, qadınlar isə Homo parietalisdir.137

Darvinin qadınları özünə görə aşağı növ olaraq təyin etməsinin səbəbi təbii seleksiyaya əsaslanan dünyagörüşünə sahib olmasıdır. Darvinistlərin həmin bu elmdən və ağıldan xaric fikrinə görə, kişilər qadınlara nisbətən döyüşmək, yoldaş tapmaq, yemək və geyim əldə etmək üçün rəqabət aparmaq kimi mövzularda seçimə daha çox uğrayırlar; qadınlar isə tarix boyu bu cür seçimlərdən uzaq qalmışlar. Bu elmi dayağı olmayan mənfəətə görə, təbii seleksiya kişilərin üzərində böyük güc tətbiq etdiyi üçün kişilər hər sahədə daha üstün mövqeyə gəlmişlər, qadınlara görə daha çox təkmilləşmişlər. Növbəti səhifələrdə haqqında danışacağımız kimi,

davamı

GERÇƏK TƏBİƏT TARİXİ -II- (Quşlar və Məməlilər)

YER ÜZÜNDƏ minlərlə növdə quş yaşayır. Bu quşların hər biri fərqli xüsusiyyətlərə malikdir. Şahinin iti gözləri, enli qanadları və sivri caynaqları var. Kolibri quşu uzun dimdiyi ilə bitkilərin nektarını sorur. Bəziləri hər il minlərlə kilometr yol qət edərək dünyanın bir ucundan digər ucuna köç edirlər. Bütün bu quşları digər heyvanlardan ayıran çox mühüm xüsusiyyət var: uçmaq. Bioloji cəhətdən quş sinfinə daxil edilən heyvanların, demək olar ki, hamısı uçmaq qabiliyyətinə malikdir.

Bəs quşlar necə mövcud olmuşdur?

Təkamül nəzəriyyəsi quşların mənşəyinə dair uzun ssenari ilə açıqlama verməyə çalışır: bu ssenariyə əsasən, quşların əcdadları sürünənlərdir. Quşlar dövrümüzdən təqribən 150-200 milyon il əvvəl bu sürünən əcdadlarından ayrılmışlar. İlk quşlar uçma qabiliyyəti zəif olan məxluqlar olublar. Ancaq təkamül prosesi əsnasında bu ibtidai quşların pulcuqlarla örtülü qalın dəriləri yerini uçmaq üçün istifadə etdikləri lələklərə veriblər. Ön ətraflar da tamamilə lələklərlə örtülüb, artıq ayaq kimi istifadəyə yararsız hala gəlib və qanadlara çevrilib. Beləliklə, bəzi sürünənlər mərhələli təkamül prosesi nəticəsində özlərini uçmağa uyğunlaşdırıblar və dövrümüzün quşlarına çevriliblər.

Bu ssenari təkamülçü mənbələrdə elmi don geydirilərək müdafiə edilir. Ancaq bir az hərtərəfli nəzərdən keçirdikdə və elmi faktlar təhlil edildikdə ssenarinin elmi faktlara deyil, təxəyyülə əsaslandığını görmək olar.

davamı

SIÇRAYIŞLI TƏKAMÜL NƏZƏRİYYƏSİNİN ƏSASSIZLIĞI

BUNDAN ƏVVƏLKİ FƏSİLDƏ fosil qeydlərinin darvinist nəzəriyyənin fərziyyələrini açıq şəkildə təkzib etdiyini birlikdə nəzərdən keçirdik. Gördüyümüz kimi, fərqli canlı qrupları fosil qeydlərində ani surətdə ortaya çıxmış və milyon illər boyu heç bir dəyişiklik keçirmədən “sabit” qalmışdırlar. Paleontologiyanın ortaya qoyduğu bu böyük kəşf canlı növlərinin heç bir təkamül prosesi keçirmədən mövcud olduqlarını göstərir.

Bu həqiqət uzun illər boyu paleontoloqlar tərəfindən gözardı edilmiş və xəyali keçid formaların bir gün tapılacağı ümid edilmişdir. Keçən əsrin 70-ci illərində bəzi paleontoloqlar bunun yersiz ümid olduğunu və fosil qeydlərindəki boşluqların “reallıq” hesab edilməsini qəbul etdi. Ancaq sözügedən paleontoloqlar təkamül nəzəriyyəsindən əl çəkməyi qəbuledilməz düşüncə hesab etdikləri üçün bu həqiqətə təkamül nəzəriyyəsi çərçivəsində açıqlama axtarmağa çalışdılar.

davamı

« Öncəki Səhifə

axtarış