• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Təkamülçü psixologiya cəfəngiyatı

DARVİNİN “Növlərin mənşəyi” və “İnsanın törəməsi” adlı kitablarının nəşr olunmasının ardından bir çox təkamülçü insanın sosial davranışlarının, hisslərinin, mühakimələrinin, fikirlərinin, qısa olaraq insan ruhuna aid xüsusiyyətlərin təkamül tərəfindən necə şəkilləndirilməsi haqqında fərziyyələr qurmağa başladı. Darvin də bu təkamülçülər arasında idi. Ən məşhur yanılmaya görə, əgər vücudumuzun görünüşü və çalışması təkamüllə şəkilləndirilmişdirsə, onda bu vücudla göstərdiyimiz davranışlar da təkamüllə şəkilləndirilmiş olmalı idi. Beləliklə, canlıların bioloji strukturlarının da təkamüllə necə meydana gəldiyini açıqlaya bilməyən təkamülçülər insan ruhuna aid xüsusiyyətlərin sözdə təkamülünə dair hekayələr uydurmağa başladılar.

Darvin hələ “Növlərin mənşəyi”ndə gələcəkdə psixologiyanın təməlinin təkamülə əsaslanacağını iddia edir və bu xəyali iddiasını belə ifadə edirdi:

Uzaq gələcəkdə daha əhəmiyyətli araşdırmalara açıq sahələr görürəm. Psixologiya yeni təməl üzərinə qurulacaq; zehni güc və istedadın addım-addım qazanılmasına əsaslanan bir təməl. İnsanın mənşəyi və tarixi işıqlanacaq.181

Heyvan və insan davranışlarının mənşəyini təkamüli şəkildə açıqlamaq üçün ilk əhatəli cəhd Harvard Universitetinin böcək tədqiqatçısı E.O.Uilsondan gəldi. Uilson bu cəhdi bütün müvəffəqiyyətsizliyinə baxmayaraq, “sosiobiologiya” olaraq adlandırdı.

Uilson 1975-ci ildə nəşr etdiyi “Sociobiology: The new synthesis (Sosiobiologiya: yeni sintez) adlı kitabında heyvani davranışların hamısının bioloji əsasının olduğunu iddia etdi. Bu yanılmasını bioloji təkamülə əsaslandıran Uilson heyvan və insanların davranışlarına nəzarət edən xüsusi genlərin olduğunu zənn edirdi. Uilsonun əsl ixtisası böcək mövzusu idi və kitabının ilk 26 hissəsində böcəklərdən danışırdı. Kitabın 27-ci hissəsində isə bu iddialarını insanlara uyğunlaşdırmağa cəhd etmişdi. 1978-ci ildə “Human nature” (İnsan təbiəti) adlı kitabında da kin, təcavüzkarlıq, özgə qorxusu, uyğunluq, homoseksuallıq, kişilərlə qadınlar arasında xarakterik fərqliliklər kimi insan davranışlarından məsul genlərin olduğuna dair fərziyyələrə geniş yer verdi. Uilsonun kitab və yazılarında ortaya qoyduğu bu iddialar heç bir zaman fərziyyə olmaqdan irəli gedə bilmədi. Uilson və təqibçilərinin iddiaları elmi tapıntılar tərəfindən heç vaxt dəstəklənmədi. Tam əksinə, elmi məlumat və tapıntıların hər biri Uilson və onunla eyni fikirdə olanların yanıldıqlarını ortaya qoydu.

Uilsonun bir başqa elmdən kənar iddiası da canlıların yalnız gen daşımaqla məsul vasitələr olduqları və ən əhəmiyyətli vəzifələrinin bu genləri daşıyıb gələcək nəsillərə köçürmək olduğu idi. Uilsonun elmdən kənar fikirlərinə görə, təkamül genlərin təkamülü idi, təbii seleksiya genləri seçirdi, dolayısilə, ən əhəmiyyətli şey genlər idi. Uilson Sociobiology: The new synthesis (Sosiobiologiya: yeni sintez) adlı kitabında heç bir elmi dəyər daşımayan bu iddiasını belə ifadə edirdi:

Darvinist mənada canlı özü üçün yaşamaz. Təməl funksiyası başqa canlılar çoxaltmaq da deyil; genləri çoxaldar və genlərin keçici daşıyıcısı olaraq xidmət edər. Cinsi artımla meydana gələn hər canlı o növü meydana gətirən genlərin xüsusi və təsadüfi alt qrupudur. Təbii seleksiya bəzi genlərin eyni xromosomdakı digər genlərə üstün gəlib gələcək nəsillərdə nümayəndəlik qazandığı bir müddətdir. Bu vasitə mümkün olan ən az biokimyəvi qarışıqlıqla genləri qoruyan və yayan mühərrikin bir parçasıdır. S.Bulerin məşhur “bir toyuq yalnız bir yumurtanın başqa bir yumurta çıxarma yoludur” sözü yeniləşdirilmişdir: orqanizm yalnız DNT-nin daha çox DNT çıxarmasının bir yoludur.182

Uilsonun iddialarının heç bir elmi əsası yox idi. İddiaları təkamülçü ön mühakimələrinin yalnız bir nəticəsi idi. Təkamülçülər arasında da Uilsonun fərziyyələrinə etiraz edənlər oldu. Bunlardan biri S.C.Quld idi:

Ancaq Uilsonun daha güclü iddiaları var. 27-ci hissə… insan davranışlarındakı (kindarlıq, təcavüzkarlıq, özgəyə düşmənlik, uyğunluq, homoseksuallıq və qərb cəmiyyətində qadın və kişi arasındakı xarakterik xüsusiyyətlər kimi) tipik və dəyişkən xüsusiyyətlər üçün genlərin olduğu haqqında əhatəli fərziyyədir.183

Uilsonla başlayan insan davranışları haqqındakı təkamülçü fərziyyələr R.Dokinzlə ən ağıla sığmaz və məntiq xarici nöqtələrə qədər çatdı.

Dokinzeqoist genləri daşıyan robotlar

Sosiobiologiyanın və günümüzdəki davamı olan təkamüli psixologiyanın genlər haqqındakı elmdən kənar iddialarının nəticəsində Oksford Universitetindən təkamülçü zooloq Riçard Dokinz tərəfindən məşhurlaşdırılan “eqoist gen” yalanı ortaya çıxdı.

Dokinz kimi təkamülçülərə görə, bir canlının ən əhəmiyyətli hədəfi həyatda qalmaq, törəmək və beləliklə, genlərini qoruyaraq gələcək nəsillərə köçürə bilməkdir. Bu iddianın təməli isə tamamilə xəyali bir ssenariyə əsaslanır.

Təkamül nəzəriyyəsinin bu ssenarisinə görə, bir zamanlar cansız kimyəvi maddələr necə oldusa, özlərini təşkil etdilər və öz-özünün üzünü çıxara bilən DNT əsaslı bir sistem meydana gətirdilər. Bu xəyali kimyəvi şorbadan çıxan ilk orqanizm isə çoxalmaq xaricində bir işə yaramayan bir gendir. Bu gen necə oldusa, özünün üzünü çıxarmağa “qərar vermiş”, bu işə başlamış və yeni genlər çıxarmışdır. Bu nüsxə çıxarmalar əsnasında meydana gələn səhvlər nəticəsində fərqli xüsusiyyətlərə sahib genlər meydana gəlmişdir. Bir zaman sonra isə hər necə oldusa, bu genetik vəsaitlər müxtəlif bədənlər inkişaf etdirməyi “öyrəndilər” və beləliklə, özlərini daşıyan və daha təsirli şəkildə çoxalda bilən mühərriklər çıxardılar. Ən yaxşı bədəni kodlaşdıran genlərin bu sayədə digərlərinə görə daha təsirli şəkildə nüsxələri çıxarılmışdır. Təkamülçülər səbəbini və necə olduğunu heç bir şəkildə açıqlaya bilmədikləri bu nağılın nəticəsində bu bədənlərin zamanla şəkil və funksiya baxımından daha da inkişaf etdiyini iddia edirlər. Heç bir elmi dəlili olmayan, reallaşması qeyri-mümkün olan bu hekayə müasir darvinizmin təməl iddialarından biridir. Halbuki, təkamülçülər də çox yaxşı bilir ki, insan bədəninin tək bir orqanı yox, heç bu orqanı meydana gətirən hüceyrələr və bu hüceyrələrin əsas elementləri belə öz-özünə meydana gələ bilməz.

Dokinz isə təkamül nəzəriyyəsinin bu nağılını əsas tutub təkamülün, əslində, genlər arasındakı rəqabət olduğunu iddia etmiş və buna bağlı olaraq insana qarşı olan azğın dünyagörüşünü “The selfish gene” (Eqoist gen) adlı kitabında belə yekunlaşdırmışdır:

Bizlər genlər olaraq bilinən eqoist molekulları qorumaq üçün gözü bağlı şəkildə proqramlaşdırılmış həyatda qalan mühərrik və robot vasitələriyik. Bu, məni hələ heyrətləndirən bir həqiqətdir. Bunu illərdir bildiyimə baxmayaraq, heç vaxt bu fikrə tamamilə alışa bilmədim. Arzularımdan biri başqalarını da heyrətləndirməyi bacarmaqdır.184

Yuxarıda da göründüyü kimi, Dokinzin məntiq xarici iddiasına görə, insan yalnız gen daşıyan bir robotdur. Bu dünyadakı tək yaranma məqsədi isə daşıdığı genlərini çoxaltmaq, onu digər genlərlə rəqabətdə dəstəkləmək və sonrakı nəsillərə köçürməkdir. İnsan ruhunun varlığını görməzlikdən gəlib insanı mexaniki bir vasitəyə bənzədən bu iddianın heç bir həqiqi istiqamətinin olmadığı açıq şəkildə ortadadır.

Buna qarşı, insana materialist şərh gətirmək istəyən bir çox təkamülçü Dokinzin heç bir elmi əsası olmayan bu nəzəriyyəsini dəstəkləmişdir. Uilson da “Human Nature” adlı kitabında insanın yalnız genləri ilə əhəmiyyət və məqsəd qazandığını iddia edir:

… Bizimki də daxil olmaqla, heç bir növ genetik tarixi (yəni təkamül) tərəfindən yaradılan zərurətlər xaricində bir məqsəd daşımır… Bir növ öz bioloji təbiəti xaricində hər hansı bir məqsədə sahib deyil.185

Elmi dayağı olmayan bu materialist inanca görə, əgər tək məqsəd genlərin davamıdırsa, genləri qorumaqla vəzifəli olan insanın heç bir əxlaqi dəyəri ola bilməz. Genlərinin mənfəətləri üçün mümkün qədər eqoist və mərhəmətsiz olmalıdır. Dokinz və tərəfdarlarına görə, bu rəqabətdə qazanan eqoist olanlardır. Dokinz bu azğın darvinist fikri “Eqoist gen” adlı kitabında belə bildirir:

Biz və digər bütün heyvanlar genlərimiz tərəfindən yaradılan mühərrikik. Müvəffəqiyyətli Çikaqo qanqsterləri kimi genlərimiz bəzi durumlarda milyonlarla ildir ki, rəqabət dünyasında həyatda qaldılar… Bu, bizə genlərimizdən bəzi xüsusiyyətlər gözləmə haqqı qazandırır. Müvəffəqiyyətli bir gendən gözlənilən ən əhəmiyyətli xüsusiyyətin zalım eqoizm olduğunu iddia edirəm. Bu gen eqoizmi insanların davranışlarında da eyni şeyə səbəb olur. Yenə də gördüyümüz kimi, bir genin eqoist məqsədləri ilə məhdudlaşan fədakarlığı göstərib çatacağı bəzi xüsusi vəziyyətlər vardır. Son cümlədəki “xüsusi” və “məhdud” sözləri əhəmiyyətlidir. Hər nə qədər əksinə inanmaq istəsək də, növlərin universal sevgi və köməkləşməsi təkamüli baxımdan məna ifadə etməyən anlayışlardır.186

Dokinzin cəhalət məhsulu olan bu nəzəriyyəsinə görə, insanın daşıdığı genlər eqoist olduğundan insan da eqoistdir. Bu vəziyyətdə “eqoist robotların” eqoist genlərini qorumaq və çoxaltmaq üçün hər cür yolu sınayacaqları gözlənilməlidir. Bu cür varlıqların mənfəətləri üçün cinayət işləməməklərinə, oğurluq etməməklərinə və ya təcavüz etməməklərinə heç bir səbəb qalmır. “Eqoist mühərriklər”in əxlaq qaydalarının olması, sağlamfikirli, vicdanlı davranmaları gözlənilə bilməz. Məsələn, bir insanın mənfəəti üçün bir başqasını öldürməsi bu vəziyyətdə cinayət və ya əxlaqsızlıq deyil, genetik bir zərurətdir. Genlər eqoist olduğu üçün davranışlar da eqoistdir. Göründüyü kimi, Dokinzin insana baxış yönü son dərəcə əhəmiyyətli təhlükələr, cəmiyyət əxlaqını parçalamağa istiqamətli qorxunc təlqinlər ehtiva edir.

Halbuki, eqoist gen iddiası son dərəcə məntiqsiz və cəfəngdir. Dokinz və bənzərləri genləri sanki şüur, iradə və gücə sahib olan varlıqlar kimi izah edirlər. Halbuki, genlər uzun DNT zəncirləridir. DNT isə fosfat və şəkərlə bir-birinə birləşdirilmiş uzun bir nükleik turşusu nərdivanıdır. Yəni uzun bir molekuldur. H2O və ya H2SO4 (sulfat turşusu) necə bir molekuldursa, DNT də elə bir molekuldur. “Eqoist su”dan, “eqoist duz”dan və ya “qısqanc sulfat turşusu”ndan bəhs edə bilmədiyimiz kimi, eqoist genlərdən də danışa bilmərik.

Təkamülçülər insanı bir maddə yığınından ibarət kimi göstərməyə və bu maddə yığınına müəyyən şəkildə şüur təyin etməyə çalışırlar. Genlərə şüur təyin edəcək qədər əsassız bir iddia irəli sürmələri isə təkamül nəzəriyyəsinin düşdüyü vəziyyəti göstərməsi baxımından ibrət vericidir. Keçmişdə taxta və ya daşdan düzələn bütlərin ağıl və şüura malik olduğunu zənn edən bütpərəstliyin yerini dövrümüzdə molekullarda, bu molekulları meydana gətirən cansız atomlarda ağıl və şüurun olduğunu iddia edən darvinizm almışdır.

Təkamülün başqa bir çətinliyifədakar genlər

Təkamül nəzəriyyəsinin yalanlarına görə, təbiətdə yalnız güclülərin həyatda qaldığı mübarizə mühiti vardır. Ancaq təbiətdəki canlılar müşahidə edildiklərində bir çoxunun bir-birlərinə yardımçı olduğu, bir-birləri üçün fədakarlıq etdiyi, hətta digərlərinin yaxşılığı üçün öz həyatlarını belə təhlükəyə atdıqları görünür. Uilson təkamül nəzəriyyəsinin təməl iddiası ilə ziddiyyət təşkil edən bu həqiqəti açıqlamaq üçün bəzi əsassız fərziyyələr qarşıya qoymuş və sözdə bu şərhləri sosiobiologiyanın təməlini meydana gətirmişdi. Uilson şərhlərini U.D.Hamiltonun “qohum seçimi” adını verdiyi başqa bir yalana əsaslandırmışdı. Bu yalana görə, balasını və ya öz sürüsündən başqa canlını qoruyan, onun üçün fədakarlıq edən bir canlı, əslində, öz “eqoist genlərini” qoruyur. Məqsəd genləri sonrakı nəslə köçürmək olduğu üçün və bir ananın genlərinin balasında da olduğuna görə, balasını həyatı bahasına qoruyan ana, əslində, öz genlərini qorumuş olur. Yəni fədakarlığı, əslində, eqoistliyindəndir!

Bu, son dərəcə cəfəng bir iddiadır. Hər şeydən əvvəl, təbiətdəki heç bir heyvan genlərinin fərqində olduğu şüura sahib deyil, dolayısilə, onları qorumaq kimi bir fikrə də sahib ola bilməz. Bundan başqa, balasında və ya əmioğlularında da özünə aid genlərin olduğunu bilməsi mümkün deyil ki, bunun üçün həyatını fəda etsin. Genlərin bir canlını bu istiqamətdə yönləndirməsi əsla mümkün deyil. Genlər əvvəlki səhifələrdə də ifadə edildiyi kimi, şüursuz molekul zəncirləridir.

Ayrıca, heyvanlar yalnız öz genlərini daşıyan heyvanlara deyil, digərlərinə də kömək edirlər. Təbiətdə bunun bir çox nümunəsi var. Bu isə təkamülçü iddialarla açıqlana bilməyən bir davranışdır; çünki fədakarlıq edən canlının genlərini qoruduğu iddiası tamamilə mənasızdır.

Qaldı ki, genləri qoruma hissinin bu canlıların genetik quruluşlarında kodlu olduğunu iddia etmək təkamülçülərin problemlərini həll etməz. Çünki bu dəfə belə bir kompleks davranışın genlərə necə kodlaşdırıldığı sualı gəlir. Təkamül nəzəriyyəsi təsadüf mexanizmləri ilə tək bir genin belə necə meydana gəldiyini açıqlaya bilmədiyi halda, bu genlərə kodlaşdırılan məlumatların təsadüfən necə meydana gəldiyini açıqlaması qətiyyən mümkün deyil. Canlıların genlərində kodlaşdırılmış hər məlumat bir şüurun əsəridir. Bu, sonsuz elm və ağıl sahibi olan Allahın yaratmasıdır.

Sosiobioloqlar təbiətdəki canlıların fədakar davranışları ilə əlaqədar iddianın eynisini insanlara da tətbiq etməyə cəhd edirlər. Yəni təkamülçülərin xəyal məhsulu iddialarına görə, bir ana uşağını təhlükələrdən qoruduğunda, lazım olduğunda onun üçün canını heç düşünmədən fəda etdiyində bu ana, əslində, genlərini qoruma narahatlığı daşıyır. Təkamülçülərin insan ruhuna aid xüsusiyyətlərin varlığını qəbul etməməsi, bütün bunları təkamül nəzəriyyəsi ilə açıqlamağa çalışması heç bir elmi dəlilə əsaslanmır. Təkamülçülər bu məntiq xarici iddiaları ilə insan ruhunu, şüurunu və vicdanını yox sayır. Halbuki, insan ruha, ağıla, vicdana, düşünmə və mühakimə qabiliyyətlərinə sahib, doğru və səhvi bir-birindən ayırd edə bilən şüurlu varlıqdır. Bir ana isə uşağı üçün fədakarlıq etdiyində bunu uşağını sevdiyi, ona şəfqət və mərhəmət duyduğu, onu zəif gördüyü və qoruma məsuliyyətini boynuna götürdüyü üçün edir. Məsələn, bir ana uşağı acı çəkdiyində özünü onun yerinə qoyar və bu, onu üzər, narahat edər, uşağını acıdan xilas etmək üçün hər cür fədakarlığa hazır olar. Bunlar (bəzi təkamülçülərin hekayələrində iddia etdikləri kimi) gen daşıyan bir mühərrikin və ya bir robotun sahib ola bilmədiyi xüsusiyyətlərdir.

Əslində, təkamülçülər də insan ruhuna aid xüsusiyyətləri təkamül nəzəriyyəsinin tezisləri ilə açıqlaya bilməyəcəklərinin fərqindədirlər. Məsələn, təkamülçü R.Uoles “The genesis factor” (Başlanğıc faktoru) adlı kitabının sonunda belə deyir:

İnsanın yalnız genetik olaraq törəməyi hədəfləyən ağıllı bir eqoist olduğuna inanmıram. İnsan budur. Ancaq yalnız bu deyil. Açıq şəkildə daha çoxdur. Bunun dəlili çox sadə və boldur. İnsan ruhunun ölçülməz dərinliyinin olduğunu görmək üçün birinin Y.Paçelbelin “D Major Canon” adlı bəstəsini dinləməsi kifayətdir…187

Uolesin diqqət çəkdiyi nöqtə son dərəcə əhəmiyyətlidir. Təkamülçülərin həqiqətdən kənar insan tərifinə görə, insan yalnız gen daşımaqla vəzifəli bir mühərrikdir. Belə bir varlığın dinlədiyi musiqidən zövq alması, bir film izlədiyində əylənməsi, hətta belə bir film meydana gətirməsi, kitab yazması, kitab oxuması, oxuduqlarını öyrənməsi, fikir mübadiləsi aparması qeyri-mümkündür. İnsanın təkamülçülərin izah etdiklərindən daha fərqli bir yaradılışda olduğu çox açıqdır və hər insan bunun dəlilini özündə görür. İnsan kimi dərin bir düşüncəyə sahib olan, ruhunda yüzlərlə duyğu və zövqü yaşaya bilən bir varlığın necə var olduğu və xüsusiyyətlərinin mənşəyinin nə olduğu təkamülçülərin elmdən kənar iddialarla əsla cavablandıra bilmədiyi suallardır.

Təkamülçü psixologiyanın müdafiə etdiyi vəhşilik: körpə cinayətləri

Qəzetlər 1996-1997-ci illərdə körpə cinayətləri ilə bağlı sarsıdıcı iki hadisəni bildirirdi. Birində on səkkiz yaşında iki kollecli gənc otel otağında körpələrini dünyaya gətirdilər, onu öldürdülər və sonra cəsədi zibilliyə atdılar. Digərində isə on səkkiz yaşındakı gənc qız məktəbdə şənliyi yarımçıq qoyaraq duşda uşaq dünyaya gətirdi, körpəni ölü olaraq bir zibil qutusuna atdı və rəqs salonuna geri qayıtdı. İki hadisə də cinayət mühakiməsi ilə məhkəməyə sövq edildi.

Əksəriyyət bu hadisələrin səbəbini əxlaqi çöküntüyə və ya zehni pozunutuya bağlayarkən Massaçusets İnstitutu Psixologiya kürsüsündə psixologiya professoru olan Stiven Pinkerin dəhşətli açıqlaması var idi: genetik zərurət. “New York Times”da məqaləsi nəşr olunan Pinker körpəni doğulduğu gündə öldürmənin zehni xəstəlik olmadığını, çünki tarix boyu bunun bir çox mədəniyyətdə tətbiq olunduğunu və qəbul edildiyini iddia etdi:

Bir körpəni öldürmək əxlaq xarici bir hərəkətdir və ümumiyyətlə, əxlaqsızlığa qarşı mövqeyimizi ona xəstəlik deyərək ifadə edirik. Ancaq normal insan istəkləri hər zaman əxlaqi deyil. Körpə öldürmək sinirlərin normal olmamasının və ya pis yetişdirilmənin nəticəsi deyil…1

Pinkerin yuxarıdakı sözlərində ən çox diqqət çəkən şey “normal insan davranışı hər zaman əxlaqa uyğun olmalı deyil”2 ifadəsidir. Bu, Pinkerin hadisələrə baxışındakı anormallığı göstərir. Yəni Pinkerə görə, bəzi davranışlar əxlaq xarici olsalar da, insanlara xas normal davranış olduğu üçün üzrlü görülməlidir. Əlbəttə, bu, qəbul edilə bilən bir iddia deyil. Çünki bu vəziyyətdə, yeni doğulan körpənin öldürülməsi Pinkerə görə şərtlər tələb etdikdə normal insan davranışıdır. Təkamülçülərin tamamilə xəyal məhsulu olan iddialarına görə, ibtidai şərtlər altında anaların balalarına baxımı təmin etmək və yeni doğulan körpələrini bəsləmək arasında çətin seçim etmələri lazım idi. Buna görə, əgər körpə xəstə doğulubsa və həyatda qalması mümkün deyilsə, o zaman qüsurluları məhv edərək təkrar sınağa davam etmək olar. Halbuki, bu fərziyyə nə elmidir, nə də həqiqəti əks etdirir. Buna baxmayaraq, darvinist zehniyyət Pinkeri bu vəhşiliyi müdafiə etməyə vadar edirdi.

Pinker və bənzərlərinin qarşıya qoyduğu iddianın cəmiyyətdə necə böyük təxribata gətirib çıxaracağı aydındır. Əxlaqi hadisələrdə genetik zərurət anlayışı ortaya qoyulduqda, o zaman cinayət işləyən bir insan: “Bunu etmək məcburiyyətində idim, genlərim mənə bunu etdirdi”,3– deyəcək. Belə vəziyyətdə isə genlərə cəza verilməyəcəyinə görə, ortada cinayət və cinayətkar qalmayacaq. Pinker iddialarında insan ağlını və vicdanını yox hesab edir, hər şeyi genlərə görə açıqlayacağını zənn edir. Cəmiyyətdən reaksiya aldıqda isə ifadələrində bəzi dəyişikliklər edir, ancaq bu dəfə özü özünə ziddiyyət təşkil edir. Pinkeri tənqid edən şəxslərdən biri olan Endryu Ferquson “The Weekly Standart” adlı qəzetdə belə yazır:

Bizim bunu əxlaqi dəhşət olaraq deyil, … genetik olaraq kodlaşdırılmış təkamüli adaptasiya kimi qəbul etməyimizi təmin edirlər.4

Əhəmiyyətli olan Pinkerin həmin iddialarını heç bir elmi dəlilə əsaslanmamasına baxmayaraq, müdafiə edə bilməsidir. Bunlar yalnız təkamülçülərin batil dünya görüşlərinə əsaslanan fərziyyələrdir. Belə ki, Pinkerin iddialarına qarşı olan tənqidlərdən biri də budur. Məsələn, Endryu Ferquson, Pinkerin məntiqini tənqid etmiş və iddialarına heç bir dəlil verə bilmədiyini ifadə etmişdir. Əslində, təkamüli psixologiyanın hamısı dəlilsiz fərziyyələrə, təxəyyüə əsaslanan hekayələrdən meydana gəlir. Filip Conson “The Wedge of Truth” adlı kitabında belə deyir:

Əsas olaraq, təkamüli psixologiya ibtidai mədəniyyətlər haqqındakı əsassız dəlilə əsaslanaraq irəli sürülən fərziyyə ilə davam etdirilir.5

Endryu Ferquson isə tənqidində bu mövzu haqqında bunu deyir:

Fərziyyə həqiqətə çevrilir; daha sonra həqiqət daha çox fərziyyədə olmaq üçün bir əsas təşkil edir, bu da başqa həqiqətə çevrilir və bu, belə davam edir.6

 

QAYNAQLAR:

  1. Steven Pinker, “Why They Kill Their Newborns”, New York Times, 2 Kasım 1997
  2. Michael Kelly, “Arguing for Infanticide”, Washington Post, 6 Kasım 1997
  3. Steven Pinker, “Arguing Against Infanticide”, Washington Post, 21 Kasım 1997
  4. Andrew Ferguson, “How Steven Pinker’s Mind Works”, The Weekly Standard, 12 Ocak 1998, s. 16
  5. Philip Johnson, The Wedge of Truth, Intervarsity Press, Illinois, 2000, s. 113
  6. Andrew Ferguson, “How Steven Pinker’s Mind Works”, The Weekly Standard, 12 Ocak 1998, s. 16

Genetik determinizmin sonu

İnsan genomunun düzülməsinin və analizinin yayımlanması ilə yanaşı, DNT-nin böyük gücə malik olduğuna və genlərin kim olduğumuzun təyin olunmasında əhəmiyyətli rolunun olduğuna dair geniş yayılmış fikir meydana gəldi. Demək olar ki, hər gün qəzetlərdə genlərimizin sözdə nəzarət etdiyi bir xüsusiyyətimizin xəbəri ilə qarşılaşmağa başladıq. “Elm adamları dahilik genini nişan alır”; “Kennedi tragediyaları risk geninə bağlandı”; “Elm adamları qardaşlar üzərindəki araşdırmaların “homoseksual geni” olduğunu sübut etdiyini deyir”… Şizofreniyadan qısqanclığa, alkoqolizmdən televiziya vərdişinə qədər hər şeyin geninin olduğuna dair xəbərlər tez-tez elmi və elmi olmayan nəşrlərdə yer alır.

Bütün bu xəbər başlıqlarına baxan insanlar isə insan genomu haqqında müəyyən şeylər öyrəndikcə insanın zəkasından xarakterinə, müvəffəqiyyətlərindən müvəffəqiyyətsizliklərinə qədər hər cür xüsusiyyətinin genlərində kodlu olduğunu görəcəyimizi sandılar. Bəziləri həyatımızın bir düsturdan ibarət olduğu səhvinə inanmağa başladı.

Bunu ifadə etmək lazımdır ki, insan genomu üzərinə görülən işlər son dərəcə qiymətlidir. Bundan başqa, insanın genetik quruluşu üzərində aparılan araşdırmalar bəzi fiziki xəstəliklər haqqında əhəmiyyətli məlumatların əldə edilməsinə də vasitəçi olmuşdur. Ancaq insan genomu layihəsini idarə edənlərin və mövzu ilə maraqlanan elm adamlarının da açıq şəkildə ifadə etdiyi kimi, bu vəziyyət genlərə həqiqətdən kənar bəzi rolları yükləməyə cəhd etməyi heç bir şəkildə açıqlaya bilməz. Aparılan araşdırmalar insanların xarakter, davranış və düşünmələrində genlərin diqqətə alınmayacaq qədər kiçik rolunun olduğunu, hər xarakter üçün bir genin olmasının isə qeyri-mümkün olduğunu ortaya qoyur. Məsələn, “Cəmiyyətdə elm” adlı institutdan Mey-Van Ho “The human genoma map, the death of genetic determinism and beyond” (İnsanın genom xəritəsi, genetik determinizmin sonu və sonrası) başlıqlı məqaləsində belə deyir:

Genlərin sayı son on ildir irəli sürüldüyü kimi, genlərin yalnız bədənimizin quruluşunu və hansı xəstəliklərə tutulacağımızı deyil, eyni zamanda, davranışlarımızı, zehni qabiliyyətlərimizi, cinsi seçimlərimizi və cinayətə meyili də təyin etdiyi yönündəki artıq dərəcədə məntiqsiz iddianı dəstəkləyə biləcək qədər kafi deyil.188

İnsan genomu layihəsini icra edən iki quruluşdan biri olan Milli İnsan Genomu Araşdırma İnstitutunun başçısı F.S.Kolins də insanı insan edənin genlərinin olmadığını çox açıq və qəti şəkildə açıqlayır. Kolins “Have no fear. Genes aren’t everything” (Qorxmayın. Genlər hər şey deyil) başlıqlı yazısında bunları söyləyir:

İnsan genomu üzərində aparılan on illik işlər genetik determinizmlə əlaqədar qorxuların yersiz olduğunu göstərən kifayət qədər dəlil təqdim etdi. Açıq olaraq göstərdi ki, biz insanlar genetik hissələrimizin cəmindən daha çoxuyuq. Söyləməyə ehtiyac yoxdur, genlərimiz insanın inkişafında və bir çox insan xəstəliyinin ortaya çıxmasında əhəmiyyətli rol oynayır. Ancaq zəif və güclü texnologiyanın vasitəsilə tək yumurta və cüt yumurta əkizləri üzərində aparılan molekulyar çalışmalar insan təcrübəsində genlərin hər şeyi təyin edən amil olmadığını dəqiqləşdirdi.189

Kolins eyni məqaləsində genlərin insan davranışları üzərində də əhəmiyyətli təsirinin olmadığını ifadə edir. Bir cinayətkarın DNT-sinə baxıb “genetik olaraq cinayətə meyilli” olduğunu araşdırılmasının və buna görə cəza təyin olunmasının isə haqsız nəticələr ortaya çıxardığını açıqlayır:

Bəs, zəka və təcavüzkar davranış kimi xəstəliklərlə əlaqədar olmayan xüsusiyyətlər?… Şiddətlə əlaqədar bir genin olmasının min illik azad iradə anlayışımız üzərində dərin təsiri ola bilərdi və ədalət tərəzisini iki təhlükəli yöndə əyə bilərdi. Əgər şiddət ehtiva edən bir cinayətkar bu genə sahibdirsə, vəkili DNT müdafiəsindən istifadə edə bilərdi. (Əgər bu cinayət genlərdədirsə, adam təmizdir!) Və müdafiə zamanı hakim və münsif heyəti onun hərəkətlərinə görə məsuliyyət daşımadığına qərar verə bilərdi. Bununla yanaşı, heç şiddətə yol verməyən, ancaq şiddət geni olan birisinin həyatının yerdə qalan hissəsində cinayət şübhəlisi kimi görüldüyü (hətta müasir cüzzamlılar düşərgəsinə göndərildiyi) bir ssenari də düşünülə bilər.

Əgər genlər, həqiqətən, davranışlara nəzarət etsəydi, itirdiyimiz təkcə ədalət sistemimiz və bu sistemin ən əhəmiyyətli qanunu olan bərabər qoruma olmayacaqdı. Bu vəziyyətdə bərabər fürsət anlayışımız necə qalardı? Bəs yaxşı, əxlaq düşüncəsi necə olardı? “Gattaca” adlı filmdə təsvir edilən qorxuducu “genotocracy”ni (bir insanın yaşca böyük olduğuna görə, fikirlərinin doğru qəbul edilməsi) düşünün. Uşaqların doğulduqdan dərhal sonra DNT-lərində yazılan zehni qabiliyyətlərinə və peşə potensiallarına görə kastalara ayrıldığı bir dünya.190

Kolins məqaləsində insanlara aid davranışların genlərdə kodlu olduğu iddiasının məntiqsizliyini bioloq C.C.Makfaddenə isnadən bir bənzətmə ilə belə izah edir:

Bioloq C.C.Makfadden tərəfindən təqdim edilən bir bənzətmədən istifadə etsək, xüsusi davranışlarımızı və zehnimizin digər məhsullarını kodlaşdıran genləri axtarmaq “İmperator” konsertini tapmaq üçün bir skripkanın tellərini və ya pianonun düymələrini araşdırmağa bənzəyir. Əslində, insan genomu təxminən 30 min genimizdən hər birinin molekulyar biologiya kimi bilinən, fövqəladə və böyük konsertdə çalınan xüsusi bir aləti təmsil edən ən böyük orkestrlərdən biri olaraq düşünülə bilər. Hər alət əhəmiyyətlidir və hər biri doğru (və olduqca kompleks) səsi meydana gətirmək üçün ahəng içində olmalıdır. Bənzər şəkildə, genlər də beyinin inkişafı üçün son dərəcə əhəmiyyətlidir və funksional neyron və neyromediatorlar çoxaltmaq üçün “ahəng içində” olmalıdırlar. Ancaq bu qətiyyən genlərin ağıl meydana gətirdiyi mənasını vermir, eyni bir alt (musiqi aləti) və ya pikkolonun (kiçik fleyta) sonata yaza bilmədiyi kimi.191

Kolins yazısının sonunda isə çox əhəmiyyətli bir həqiqətə yer ayırır. İnsanı insan edən xüsusiyyətlərin DNT-dən qaynaqlanmadığını bilməyimizin başqa bir əhəmiyyətli səbəbinin olduğunu deyən Kolins Allahın üstün yaratmasına diqqət çəkir:

Bir çoxumuz üçün DNT-nin insan olduğumuzun əsas maddəsi olduğu fikrini rədd etmək üçün elmin mexanizmindən kənar əlavə güclü bir səbəb var. Bu, çox böyük bir gücün varlığına olan inancdır… Bəzi elm adamları və yazıçılar mənəvi meyili tamamilə xurafat olaraq qəbul edirlər (şübhə yoxdur ki, bu onların böyük yanılmasıdır). Necə ki, R.Dokinz: “Bizlər DNT tərəfindən inşa edilmiş və məqsədi eyni DNT-nin nüsxələrini çıxarmaq olan mühərriklərik. Bu, hər canlı maddənin yaşamağı üçün tək səbəbidir”, – demişdir. Həqiqətən, elədirmi? İnsan olmağı bir bakteriya və ya böcək olmaqdan ayıran bir şey yoxdurmu?

Genetik və molekulyar biologiya hər bir dövrdə və bütün insan mədəniyyətlərində ortaq olan ümumdünya doğru və səhv anlayışının necə ortaya çıxdığını açıqlaya bilərmi? Yunanca “agape” (mərhəmət-sevgi) deyilən eqoist olmayan sevginin səbəbini açıqlaya bilərmi? DNT-miz riskə girsə belə, başqaları üçün fədakarlıq etməsinin səbəbini açıqlaya bilərmi? Təkamüli psixoloqlar genlərin təsirli şəkildə yayılmasına mane olan insan davranışları üçün müxtəlif şərhlər önə sürərkən bu iddialar bizə doğru görünmür.

Elmin varlığımızın sirlərini təkbaşına əlində tutduğu fikri sərbəst şəkildə bir din halına gəldi… Elm, əlbəttə ki, təbiəti anlamağın doğru yoludur; ancaq elm bizə təbiətin və bununla yanaşı, elmi sahənin xaricində qalan insan şəxsiyyətinin başqa yönlərinin olduğunu inkar etməyimiz üçün heç bir səbəb vermir.192

Kolinsin də diqqət çəkdiyi kimi, şəkər, fosfat və karbon-hidrogen-azot-oksigen birləşmələrindən əmələ gələn molekul zəncirlərinin insana sevgi, bağlılıq, sənətdən zövq alma, sevinmə, analıq hissi, sahib çıxma, istək, fədakarlıq kimi hissləri qazandırmağı qeyri-mümkündür. İnsan ruhu yox sayıldığında yalnız ət və sümük yığınıdır. Bu ət və sümük yığınının düşünməyini, riyazi hesablar aparmağını, yediyi yeməyin ləzzətindən zövq almağını, görmədiyi bir dostundan ötrü darıxmağını, gördüyü gözəllikdən xoşlanmağını təmin edən və özləri də maddi varlıq olan genlər deyil. İnsan Allahın yaratdığı, bədənindən ayrı olaraq ruh verdiyi bir varlıqdır. İnsan, bədənindən, genlərindən, beynindən və hüceyrələrindən ayrı və fərqli bir varlıqdır. İnsanın ruh sahibi olan varlıq olduğu Quranda belə xəbər verilmişdir:

 

O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan üfürdü. O sizə göz, qulaq və ürək verdi. Siz az şükür edirsiniz! (Səcdə surəsi, 7-9)

 

İnsanın ruhu Allahın Özündən üflədiyi ruhdur. Allahın varlığını və insanın sahib olduğu metafizik xüsusiyyətləri qəbul etmək istəməyən təkamülçü materialistlər “hər şeyin genlərdə kodlu olduğu” yalanını qarşıya qoyub insanları bu həqiqətdən uzaq tutmaq istəyirlər. Halbuki, genlərin insan ruhunu yarada bilmədiyi hamıya məlumdur; buna kor-koranə inanmışlar.

Bu azğın inanc, əslində, yeni deyil. Tarix boyu bütpərəstlik olaraq bilinmişdir. Qədim bütpərəstlərin taxtadan oyduqları bütlərin öz ilahları olduğunu iddia etdiyi kimi, təkamül nəzəriyyəsi də genləri saxta ilahlar olaraq qəbul edir, hər şeyin məqsədi və yaradıcısı olduğunu iddia edirlər (Allahı tənzih edirik). Ancaq bu son dərəcə ibtidai və doqmatik dünyagörüşünün səhv olduğu (təkamül nəzəriyyəsinə dayaq olduğu ümid edilən) elmi tapıntılarla sübut edilmişdir. Genlərlə əlaqədar ən əhəmiyyətli və tarixi araşdırmanın başında gələn elm adamı Kolins də təkamülçülərin sözdə ilah elan etdikləri genlərin heç bir güclərinin olmadığını və insanın genlərindən kənar metafizik bir varlığın olduğunu açıq şəkildə ifadə edir.

Bütpərəstlik, yəni heç bir gücü olmayan maddi varlıqlara ilahlıq ətf etmək, tarix boyunca davam edən bir inkarçı ənənəsidir. Dövrümüzdə bu ənənəni təkamülçü zehniyyətlə davam etdirirlər. Allah Quranda heç bir gücü olmayan varlıqları ilah qəbul edənlər haqqında belə buyurur:

 

Onu qoyub heç bir şey yarada bilməyən, əksinə, özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verə bilən, diriltməyə, öldürməyə, həyat verməyə və yenidən diriltməyə gücləri çatmayanları özlərinə tanrılar qəbul etdilər. (Furqan surəsi, 3)

 

Allah inkarçıların azğın inancını bir başqa ayədə belə açıqlayır:

 

De: “Başqa tanrı güman etdiklərinizi çağırın. Onlar sizi nə möhnətdən qorumağa, nə də onu dəyişməyə qadir deyillər!” (İsra surəsi, 56)

 

Allahın ağıl sahibi olan insanlara əmri isə budur:

 

“Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə ibadət etmə! Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan!” – deyə buyurulmuşdur. (Yunis surəsi, 106)

İqtibaslar:

  1. Charles Darwin, On the Origin of Species, 1859, s.449
  2. E. O. Wilson, Sociobiology: The New Synthesis, Cambridge, 1975, s.3
  3. Stephen Jay Gould, Ever Since Darwin, New York, W.W. Norton & Co., 1977
  4. Richard Dawkins, The Selfish Gene, 1976 baskısının önsözü, Oxford: Oxford University Press
  5. E.O. Wilson, On Human Nature, Cambridge, Mass.: Harvard University Press, 1978, s. 2-3
  6. Richard Dawkins, The Selfish Gene, İkinci Baskı,1989, Oxford: Oxford University Press., s.2
  7. Robert Wallace, The Genesis Factor, New York: Morrow and Co.,1979, s.217-218
  8. Mae-Wan Ho, The Human Genome Map, the Death of Genetic Determinism and Beyond, ISIS Report, 14 Şubat 2001; http://www.i-sis.org.uk/HumangenTWN-pr.php
  9. Francis S. Collins, Lowell Weiss ve Kathy Hudson, “Have no fear. Genes aren’t everything”, The New Republic, 06/25/2001
  10. Francis S. Collins, Lowell Weiss ve Kathy Hudson, “Have no fear. Genes aren’t everything”, The New Republic, 06/25/2001
  11. Francis S. Collins, Lowell Weiss ve Kathy Hudson, “Have no fear. Genes aren’t everything”, The New Republic, 06/25/2001
  12. Francis S. Collins, Lowell Weiss ve Kathy Hudson, “Have no fear. Genes aren’t everything”, The New Republic, 06/25/2001

Şərh üçün bağlıdır.

axtarış