• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Göz fosil qeydlərində birdən-birə üzə çıxır

Bu məqalə məşhur amerikalı yaradılışçı alim, mikrobioloq Conatan Uellsin 2017-ci ildə nəşr olunan “Zombi elm: təkamülün daha çox ikonası” adlı kitabından tərcümə olunmuşdur.

_________________________

Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi.

Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi. Trilobitlər müasir həşəratları və xərçəngkimiləri (krevetlər kimi) özündə cəmləşdirən buğumayaqlılar tipinin nəsli kəsilmiş nümayəndələridir. İlk dəfə Kembri partlayışında üzə çıxanda, trilobitlərin çox hissəsi “onsuz da, ali quruluşda olan”1 fasetli gözlərə malik idi. Trilobitlər üzrə ekspert Rikkardo Levi-Settiyə görə, “trilobit göz büllurunun bəzi yeni kəşf olunmuş səciyyələri tarixən şücaətli bir funksiya optimallaşdırması nümayiş etdirir”. Bu, nədən xəbər verir? Levi-Setti davam edir:

 “Biz burada göz strukturunun olduqca uğurlu sxemi ilə qarşılaşırıq: bir-birindən azacıq fərqli bucaq altında istiqamətlənən və hər biri tam eyni funksiya icra edən ayrı-ayrı optik elementlərin – ommatidilərin düzülüşündən yaranan, fasetli və ya mürəkkəb göz… Bu cür bir sxemin müvəffəqiyyəti geniş yayılmış haldır, çünki həşəratların və xərçəngkimilərin, daha doğrusu, buğumayaqlıların böyük hissəsinin gözləri hələ də trilobitlərdəkinə çox yaxın bir dizaynı təqib edir”.2

Digər Kembri tapıntıları vəziyyəti ancaq daha da gərginləşdirir. 2011-ci ildə bir paleontoloq komandası Avstraliyanın Erkən Kembri yataqlarından yaxşı inkişaf etmiş gözlərə malik qeyri-trilobit buğumayaqlıların kəşfini xəbər verdi. Hesabata əsasən, gözlərin “ommatidial büllurlar kimi zərif hissələri mükəmməl təfərrüatlarla və üçölçülü qabarıqlıqda qorunub”. Ommatidilər “Erkən Kembridə oxşarı olmayan” ixtisaslaşmalar göstərir, ancaq müasir iynəcələrinki ilə müqayisə oluna bilər. Komanda bu nəticəyə gəldi ki, “Erkən Kembridə ali səviyyədə inkişaf etmiş görmə qabiliyyəti trilobitlərlə məhdudlaşmırdı”.3

Görünür, ali inkişaf etmiş görmə qabiliyyəti buğumayaqlılarla da məhdudlaşmır. Fosil gözlər Kembri başıayaqlılarında və onurğalılarında müşahidə edilib, bu da 2013-cü ildə bir beynəlxalq paleontoloq komandasını belə nəticəyə gəlməyə vadar edib: “Əldə olan fosil qeydlərindən aydın olur ki, Kembri partlayışı başlıca onurğasız fasetli gözünün və onurğalı kamera tipli gözünün eyni anda doğuşuna təkan verib”.4

Kembri partlayışındakı kompleks gözlər özündən əvvəlki ibtidai gözlərdənmi təkamül keçirib? 2004-cü ildə bir paleontoloq komandası çox kiçik qurdabənzər Kembriyəqədərki dövr heyvanı tapdıqları haqda məlumat verdi. Bu heyvanın bədəninin xarici çuxurları var idi, hansı ki, komanda bunların, ola bilsin, “xarici lamisə orqanlarının qalıqları” olduğunu fərz etdi.5 İsveçli bioloq Dan-Erik Nilssona görə, komanda “məlum olan ən qədim gözə malik fosil heyvanı”nı təsvir etmişdi.6 Hərçənd qalıqları daha yaxından təhlil edən başqa bir paleontoloq komandası 2012-ci ildə bu nəticəyə gəldi ki, qabaqkı komandanın təsvir etdiyi cizgilər “bioloji toxumaları əks etdirməyən minerallaşma effektləridir”. Nəinki gözlər göz deyilmiş, heç fosillər, ümumiyyətlə, heyvan deyilmiş!7

Beləliklə, müasir heyvanlar kimi fosil heyvanlar da Darvinin nəzəriyyəsinə bir yardım əli uzatmır. Fəqət təkamül tərəfdarları hələ də gözlərin Kembridən qabaq tədricən təkamül keçirdiyinə inanırlar. Başqa sözlə desək, xəyali nəsil budaqlarına bel bağlayırlar.

Sübut yoxdurmu? Zərəri yoxdur, zombi elm* üçün hər şey qaydasındadır.

 

 

*zombi elm – C.Uellsin köhnə, ətalətli darvinist nəzəriyyəyə əsaslanan elmi təsvir etmək üçün işlətdiyi ifadə.

İqtibaslar:

  1. Euan Clarkson, Riccardo Levi-Setti, and Gabor Horváth, “The eyes of trilobites: The oldest preserved visual system,” Arthropod Structure & Development 35 (2006): 247–259.
  2. Riccardo Levi-Setti, Trilobites, 2nd ed. (Chicago: The University of Chicag o Press, 1993), 29.
  3. Michael S. Y. Lee, James B. Jago, Diego C. García-Bellido, Gregory D. Edgecombe, James G. Gehling , and John R. Paterson, “Modern optics in exceptionally preserved eyes of Early Cambrian arthropods from Australia,” Nature 474 (2011): 631–634.
  4. Fangchen Zhao, David J. Bottjer, Shixue Hu, Zongjun Yin, and Maoyan Zhu, “Complexity and diversity of eyes in Early Cambrian ecosystems,” Scientific Reports 3 (2013): 2751.
  5. Jun-Yuan Chen, David J. Bottjer, Paola Oliveri, Stephen Q. Dornbos, Feng Gao, Seth Ruffins, Huimei Chi, Chia-Wei Li, and Eric H. Davidson, “Small bilaterian fossils from 40 to 55 million years before the Cambrian,” Science 305 (2004): 218–222.
  6. Dan-Eric Nilsson, “Eye evolution: a question of g enetic promiscuity,” Current Opinion in Neurobiology 14 (2004): 407–414.
  7. Stefan Bengtson, John A. Cunningham, Chongyu Yin, and Philip C. J. Donoghue, “A merciful death for the ‘earliest bilaterian,’ Vernanimalcula,” Evolution and Development 14 (2012): 421–427.

Şərh üçün bağlıdır.

axtarış