• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

“Discovery Science TV” kanalında həyatın başlanğıcı hekayələri

Discovery Science TV kanalında təbii molekulların mənbəyi kimi kosmos göstərilərkən, həyatın mənbəyinin də başqa planetlər olduğu güman edilən iddiaya yer verildi. Bu məqaləmizdə həmin kimyəvi maddələrin mövcudluğunun həyat demək olmadığının üzərində dayanacaq, həyatın mənşəyini açıqlamaqdan kənar olan təkamül fərziyyəsinin lehinə dəyişdirilmiş daha bir problemi göstərəcəyik.

Kosmosda karbohidrata oxşayan kimyəvi maddələrin tapılması nə deməkdir?

Kimyəvi maddələr kainatın hər yerində meydana gələ bilər. Xüsusilə, böyük ulduzlar və dumanlıqlar (nebulalar) ağır metalların əmələ gəldiyi yüksək enerjiyə sahib xüsusi mühitdir. Kosmosda toz və qaz buludları da mövcuddur. Bu qazlar da müxtəlif kimyəvi birləşmələrin əmələ gəldiyi, atomların bir-biri ilə müxtəlif birləşmələr meydana gətirdiyi reaksiya mühitləri olaraq qarşımıza çıxır. Təkamülçülər “həyat kosmosdan gəlib” iddiasına əsas olaraq bu faktı istifadə edirlər.

Yüksək enerjili ulduzlar və dumanlıqlar (nebulalar) canlılarda da istifadə olunan molekulların təbii mənbəyidir. Bu molekulların meteorlarla Yerə daşınması isə təbii prosesdir. 1969-cu ildə Avstraliyaya düşən Murçison meteoriti tədqiq edildikdə, üzərində bir çox kimyəvi maddə müəyyən edilib. Bunlar arasında karbohidrata bənzəyən sadə kimyəvi maddələr də tapılıb. Ancaq “poliol” kimi səciyyələndirilən bu kimyəvi maddələr canlı orqanizmlərin varlığına işarə etmir. Poliol birləşmələri “şəkər spirtləri” adlandırılsa da, bildiyimiz halları ilə şəkər və ya spirt ehtiva etmir.

Murçison meteoru üzərində araşdırmalar aparan dr. Corc Kuper və həmkarları kiçik karbohidrat molekulu olan dihidroksiaseton ilə birlikdə yağ molekulu kimi tanınan qliserola da rast gəlmişdirlər.1 Ancaq bunların canlı orqanizmlərə işarə etdiyini iddia etmək mümkün deyil. Çünki bu sadə molekulların formaldehiddən süni olaraq sintezlənə bilməsi 1861-ci ildə Aleksandr Butlerov tərəfindən göstərilmişdir.2

Planetlərarası boşluqda formaldehid buludlarının olması astronomik tapıntıdır. Formoza reaksiyası deyə adlandırılan bir mexanizmə görə, kosmosda yüksək enerjili formaldehiddən ibarət molekulyar qaz buludları bir əsas və metal atomu ilə kataliz edildikdə həmin kabohidrata oxşar molekullar əmələ gələ bilir.

Canlılar üçün təkbaşına zəhərli qaz olan formaldehid isə həyat mənşəli deyil. Formaldehid hər nə qədər təbii molekul da adlandırılsa, kosmosda olan karbon-monooksid buzları hidrogen atomları ilə reaksiyaya girdikdə ortaya çıxan zəhərli kimyəvi maddədir:

H + CO → HCO, HCO + H → CH2O

Breslou da 1959-cu ildə formoza reaksiyasına aid ətraflı mərhələlər ortaya çıxarmışdır. Buna görə bu zəncirvari reaksiyadakı ara məhsullar qlikolaldehid, qliseraldehid, dihidroksiasetontetroza karbohidratlarıdır.3

Formoza reaksiyasında əvvəlcə 2 formaldehid molekulu cəmləşərək qlikolaldehid meydana gətirir, (1) sonra aldol reaksiyası ilə qliseraldehid yaranır (2). Aldoza-ketoza izomerləşməsi ilə 2 dihidroksiaseton (3), bu da 1-ci mərhələ ilə qarşılıqlı təsirə girərək ribuloza (4), sonra yenə təkrar izomerləşmə ilə riboza (5) meydana gəlir. 3 nömrəli molekul formaldehid ilə təkrar reaksiyaya girərək tetruloza (6) və daha sonra da aldol-tetroza (7) əmələ gətirir.

Göründüyü kimi, sözü gedən molekullar canlıların olmadığı, cansız vəziyyətdə molekulların bir-birilə elektron mübadiləsi nəticəsində ortaya çıxan cansız birləşmələrdir. Bunların arasında riboza karbohidratı da var. Hansı ki, bu hal sırf canlılarda RNT-nin quruluşunda da var deyə “RNT kosmosdan gəlib” deyə şərh oluna bilməz.

Təbii ki, digər ulduzlar və qalaktikalar yer üzündəki bir çox kimyəvi elementin mənbəyidir. Lakin planetimiz digər göy cisimlərindən fərqli olaraq bu cansız molekulların canlı orqanizmlər içində həyat tapdığı xüsusi yerdir.

Meteoritdə aminturşuların olması nə deməkdir?

Murçison meteoru maraqlı digər bir təsbitə də imkan yaratdı. Bu meteoritin tərkibində müxtəlif aminturşulara da rast gəlindi. Amma bu, heç də təəccüblü gəlməməlidir. Çünki meteoritin tərkibindəki aminturşular laboratoriya şəraitindəki molekulların reaksiya girməsi ilə əldə edilə bilən aminturşuların eynisidir. Xüsusi qapalı vakuum şəraitində metan, azot, suammonyak molekullarına elektrik verildikdə əmələ gələn bütün kimyəvi maddələr eyni şəkildə bu meteorda da mövcuddur. Belə ki, həm meteorda, həm də laboratoriyada əldə edilən turşu qarışığı rasemat qarışıq olub, bərabər miqdarda L- və D-izomer aminturşulardan ibarətdir.4 Canlıların quruluşu məhz L-izomer aminturşuların varlığına söykəndiyindən, sözü gedən aminturşuların canlı orqanizmlər tərəfindən istifadə edilməsi qeyri-mümkündür.

———————————————————————————————————

Bundan başqa və ən vacib bir məqam var ki, təkcə aminturşuların varlığı canlı həyat mənasına gəlmir. Aminturşular nano-maşınlar olan zülalların təməl maddəsi olan kimyəvi maddələrdir. Canlı orqanizmlərdə bu aminturşular da öz aralarında seçilməyə məruz qalmalıdır. Zülalların sintezində istifadə edilən aminturşular hər zaman L-izomer olmaq məcburiyyətindədir. Onların içində D-izomer aminturşularına qətiyyən yer yoxdur. Zülalların sintezi bu baxımdan səhv qəbul etməyən bir prosesdir. Zülallarda istifadə edilən aminturşuların yalnız L-izomer olması bu gün hələ də tam olaraq aydın olmayan çox həssas atomar dəqiqlikdir. Bununla yanaşı, bir zülalın istehsalı yüz ədəd başqa zülalın varlığına bağlıdır. Bu zülalların köməyi olmadan aminturşuların birləşib zülalları meydana gətirməsi mümkün deyil. Zülal istehsalı üçün DNT-dəki şifrə və bir zavod olaraq ribosom lazımdır. Ribosom, onsuz da, zülal və RNT-dən ibarətdir. Bu minvalla, zülalları təşkil edən zavodun da zülallardan əmələ gəlməsi həqiqəti darvinistlərin meteor nəzəriyyəsini tamamilə alt-üst edir. Ribosomdakı zülal istehsalı zamanı aminturşular genetik kodlarla müəyyən olunmuş sıraya görə mühitdən seçilib bir-birilərinə bağlanır. Nəticə etibarilə, DNT-si, zülalları və bütün orqanoidləri ilə bütöv və qüsursuz hüceyrə olmadan həyatdan danışmaq mümkün deyil.

Meteorla bir aminturşu molekulunun dünyaya gəldiyi fərz edilsə belə, bu molekul mühitdəki karbohidratlar və olduqca dağıdıcı xüsusiyyətdəki sərbəst radikallara bağlanaraq yox olub gedəcək.

Hüceyrədən əvvəl “proto-hüceyrə” iddiası

Təkamülçülər də fərqindədirlər ki, aminturşuları bir-birilə birləşdirən peptid rabitələr Günəşdən gələn ultrabənövşəyi şüalara məruz qalmamalıdır. Bunun üçün darvinistlər xəyali ilk hüceyrənin Günəşdən uzaq, qorunaqlı, amma kifayət qədər də enerji ehtiva edən şəraitdə yarandığını uydururlar. Bu səbəbdən okeanların dərinliklərindəki geotermal isti su resurslarının (geotermal qələvi bacalar) əlverişli mühit olduğuna inanırlar. Digər bir izahda isə, hüceyrələr üçün sığınacaq kimi səthdə olan, Günəşdən uzaq olub kölgədə qala bilmiş geotermal süxur və hovuz formasiyaları təsvir edilir. Bu uydurmaya görə, “sərbəst yağ molekulları” birləşərək qabarcıqlar meydana gətirmiş, beləliklə, ilk “proto-hüceyrələr” yaranmışdır.

Ancaq burada unudulan –ya da qəsdən etinasız yanaşılan– fundamental bir həqiqət var. Yağ molekullarının mənbəyi hər zaman ancaq və ancaq canlı hüceyrədir. Yağ təbiətdə özbaşına meydana gəlmir, yalnız canlı hüceyrədəki zülallar tərəfindən istehsal oluna bilər. Hüceyrə qılafını təşkil edən fosfolipidlər, hüceyrədə endoplazmatik şəbəkəyə bitişik sitozolda istehsal olunur. İstehsalı üçün isə onlarla xüsusi zülala ehtiyac var. Bunlardan bəziləri QFAT və LFTAT asiltransferazaları, fosfataza, xolin-fosfotransferaza, flippaza və floppazadır. Yerdəki yağ molekullarının mənbəyi ilk olaraq dəniz yosunları, daha sonra quru bitkiləri olmuşdur. Yağ molekullarını qeyri-üzvi, sadə kimyəvi maddələr kimi qiymətləndirmək çox yanlış olar. Göründüyü kimi, yağ molekulları üçün də, əvvəlcə, zülallara və zülalların fəaliyyət göstərə biləcəyi canlı hüceyrəsinə ehtiyac var.

“Həyat kosmosdan gəlib” iddiası

Xəyali təkamül mexanizmlərinin əsassız olduğu bir-bir üzə çıxdıqca təkamülçülər çarəni çox uzaqlarda, kosmosda axtarırlar. “Həyat ilk dəfə kosmosda başladı” ritorikası “həyatın öz-özünə başladığı” yalanının elmi olaraq məhv edilməsindən sonra ortaya atılan başqa yalandır. Dəlillərə və ya kəşflərə əsaslanan açıqlama deyil. Darvinistlərin “panspermiya” adlandırdıqları bu iddia ilk hüceyrələrin kosmosdan gəldiyini, “kosmik nəqliyyat” adlandırılan meteoritlərin yer səthini bu orqanizmlərlə bombardman etdiyini izah edir. Yenə bu nağıla görə, həyat əvvəlcə Marsda başlamış, Mars səthinə enən şiddətli zərbə içi bakteriya ilə dolu qayaları kosmosa atmış, o qayalar da meteorlar şəklində həyatı Yerə daşımışdır!

Meteorlarla həyatın dünyaya daşındığı nağılının heç bir elmi dəyər daşımadığını əvvəlki başlıq altında izah etmişdik. Bundan başqa, biz darvinistlərdən başqa elmi cavab və izahlar gözləyirik. Biz təkamülçü alimlərdən cansız kimyəvi maddələrin kainatın harasında olursa olsun, hansı mexanizmlə canlandığını dəlilləri ilə ortaya qoymalarını gözləyirik. Ancaq buna dair hər hansı bir elmi açıqlama verilmir. Onsuz da, verilməsi mümkün deyil. Bu cür bəyanatlar ancaq təkamülçülərin fantaziyasını göstərir. Müşahidə və eksperimentə əsaslanmalı olduğu halda, elmdən uzaq olan bu iddialar ancaq vaxt qazanma məqsədi daşıyıb, süquta gedən təkamül nəzəriyyəsini ayaq üstə saxlamaq cəhdidir. Bunlar əyləncəli nağıllardan başqa bir şey deyil.

Sənədli filmin son hissəsində isə belə etirafa yer verilmişdir:

“Həyatın Marsda da ilk dəfə necə ortaya çıxdığını bilmirik, yəni ilk sual yenə də cavabsız qalır. Həyat necə başladı? Hazırda həyatın kosmosdanmı gəldiyini, yoxsa dünya okeanlarının dərinliklərindəmi başladığını bilmirik”.

Nəticə

Həyat ancaq həyatdan gəlir. Cansız maddələr milyonlarla il də keçsə öz-özlərinə bir yerə gəlib canlı hüceyrə meydana gətirə bilməz. Dünya isə bu kimyəvi birləşmələrə can verilmiş planetdir. Həyat o atomları və molekulları hərəkət etdirib idarə edən, sonsuz güc sahibi uca Allahın yaratması ilə meydana gəlir. Nə qədər ki, bu həqiqəti görməyi rədd edirlər, darvinistlərin bu yumoristik izahatları daim onları gözdən salmağa davam edəcək.

Rəbbimiz ayələrdə bu şəkildə bildirir:

Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun! (Bu qüdrəti gördükdən) sonra kafir olanlar yenə (bütləri) öz Rəbbinə tay tuturlar. Sizi palçıqdan yaradan, sonra da bir əcəl müəyyən edən Odur. (Allahın) yanında məlum bir əcəl də vardır. Sonra siz (yenə də) şübhə edirsiniz. (Ənam surəsi, 1-2)

Mənbə:

  1. https://science.nasa.gov/science-news/science-at-nasa/2001/ast20dec_1
  2. A. Boutlerow, “Formation synthétique d’une substance sucrée” Comptes rendus 53: 145-147. Reprinted in German as: Butlerow, A., 1861
  3. Breslow, R. (1959). “On the Mechanism of the Formose Reaction”. Tetrahedron Letters. 1 (21): 22–26
  4. Miller SL. et al, Nonprotein amino acids from spark discharges and their comparison with the murchison meteorite amino acids, Proc Natl Acad Sci U S A. 1972 Apr;69(4):809-11

Discovery Science Tv Kanalında Yaşamın Başlangıcı Hikayeleri

Şərh üçün bağlıdır.

axtarış