• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Darvinist təbliğat üsulları 2/3

Təkamülü inkar edənlərə qarşı əhatəli hədə-qorxu siyasəti tətbiq edirlər

Darvinizm üçün qolçomaqlıqla, məcburən, saxtakarlıqla yer açılır. Darvinizmin illərdir gündəmdə olmasının tək səbəbi bütün dünyaya hakim bir sistem olan darvinist diktatorluqdur. Darvinizm bu diktat rejimi nəticəsində insanlara yeridilmiş, zorla, icbar yoluyla qəbul etdirilmişdir. Darvinist hipnoz insanların heç agah olmadıqları şəkillərdə təbliğ edilmiş, böyük bir kütlə bu hipnozun təsiri altında qalmışdır. Bu mənfur diktatorluğun fəndgir taktikaları ilə darvinizm dünya səviyyəsində sanki təkzibedilməz, etirazı mümkün olmayan hala salınmışdır.

dtu26

Dünyanın heç bir universitetində darvinizmə şübhə ilə yanaşan təhsil işçisinə yer yoxdur.

Darvinizm bu gün iri miqyasda dünyadakı dövlətlərin himayəsi altındadır. Çox ölkədə dövlət müəssisələri tərəfindən dəstəklənir və hətta zorla qəbul etdirilir. Batil darvinizm dininə qarşı gələnlər isə yenə eyni zorakı üsullarla susdurulurlar. Bunun nümunələri yüzlərcədir.

Təkcə təkamül nəzəriyyəsini tənqid etdikləri üçün işlərindən atılan professor və alimlərdən bəziləri qarşı-qarşıya qaldıqları bu hədə-qorxu siyasətini son illərdə açıq-aşkar ifşa etməkdədirlər. Şagirdlər sinifdə qalır, dövlət qurumlarında nüfuzlu adlar kariyeralarından olurlar. Universitetlər ancaq darvinist təhsilin verildiyi və ancaq darvinist təhsilin qəbul edildiyi diktat rejiminin bir hissəsinə döndərilmişdir.

Darvinizmin inkarının qarşısı alınır, çünki əks halda, batil darvinizm dininin müdafiəçilərinin heç bir əsası olmayan bu nəzəriyyəni canlı saxlaya bilmək üçün bir yolu qalmayacaqdır. Yalan çox ucadan deyilir və bunun yalan olduğunu iddia etmək cinayət sayılır. Elm adı altında ortaya atılan nəzəriyyə elmdən tamamilə uzaq, rəsmi surətdə və açıq-aşkar təkzib edilməsinin qarşısı alınan, batil, doqmatik inanc sisteminə döndərilmişdir. Əsl maraqlı olanı isə, bunun hamının gözü qabağında, heç çəkinmədən edilməsidir.

dtu27

Təkamül nəzəriyyəsinə şübhə ilə yanaşdıqları üçün işlərindən atılan professor və alimlərdən sadəcə bir neçəsi.

Elə bundan ötrü də “darvinizm bütün dünyada qəbul edilir” şəklindəki sayıqlamaların heç bir mənası yoxdur və bunlara heç bir şəkildə məhəl qoymamaq lazımdır. Darvinist diktatorluğun sistematik və hiyləgər fəaliyyətləri, onsuz da, belə bir təsdiqi labüd etmişdir. Bəzi insanlar vəzifələrindən olmamaq, kariyeralarını tərk etməmək üçün məcburən bu saxta nəzəriyyəni qəbul edirmiş kimi görünür, şagirdlər sinifdən-sinifə keçə bilmək üçün təkamülü dəstəkləyən suallara cavab vermək məcburiyyətində qalırlar. Tarixin ən geniş əhatəli diktat tətbiqetməsi darvinist diktatorluq tərəfindən dünya səviyyəsində gerçəkləşdirilməkdədir.

dtu28

Darvinist diktatorluq bütün dünyanı ələ keçirmiş vəziyyətdədir. Təkamül bu diktatorluğun yeritmə mexanizmi səbəbilə bütün dünyada dövlət qanunlarıyla qorunmaqdadır. Təkamül nəzəriyyəsinə qarşı çıxmaq və ya təkamül nəzəriyyəsinin etibarlılığını sual altında qoymaq qeyri-mümkündür. Bu cür sorğu-sual aparanlar dərhal müəyyən edilir, o dəqiqə susdurulurlar. Darvinist diktatorluğun inhisarındakı mətbuatın təsirilə ictimai təzyiq və ictimai qınaq yaradılır və təkamülü sorğu-suala tutan şəxs və ya qurum üzərində misli görünməmiş qara-qorxu siyasətinə start verilir. Professorların qorxudan universitetlərdə təkamül tədrisinə davam etmələri, Papanın öz evində təkamül konfransı verməsi, kilsələrin Darvindən üzr istəmələri sırf bu səbəbdəndir. 150 illik, tarixin ən böyük saxtakarlığı olan təkamülün bütün dünyaya yayılması və saxta hipnozunu kütlələrə çatdırması darvinist diktatorluğun üsulları ilə həyata keçirilmişdir. 1- CnnTurk, 13.03.2009; 2- Milliyet, 21.12.2005; 3- Radikal, 13.03.2009; 4- Hürriyet, 14.01.2007; 5- Hürriyet, 15.09.2008; 6- Cumhuriyet, 14.03.2009; 7- Cumhuriyet, 08.07.2004; 8- Radikal, 06.10.2010; 9- Radikal, 31.07.2009; 10- Radikal, 22.12.2005.

Böyük bir izdihamlı kütlənin təkamülə inandığı yalanını təlqin edirlər

Darvinist diktat rejiminin hüdudları üzə çıxdığı zaman, niyə təkamülün bütün dünyada dəstəklənirmiş kimi göründüyü sualı öz cavabını asanlıqla tapacaqdır. İnsanların bir qismi adətən böyük kütlənin etdiyi şeylərin məqbul olduğuna inanırlar. Kütləni haqlı hesab etmək istəyərlər. Xalq arasındakı “palaza bürün, ellə sürün” deyimi bu düşüncənin məhsuludur. Halbuki Quranda “əgər sən yer üzündə olanların çoxusuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar…” (Ənam surəsi, 116) ayəsində bildirildiyi kimi əksəriyyət çox zaman Allahın yolundan azdırıcı kütlə təlqininə sahib olur. Əksəriyyətə yox, Qurana və vicdana tabe olmaq əsasdır. Dünya müharibələri əsnasında kütlələri ölümə aparan, Hitler Almaniyasını, Mussolini İtaliyasını, kommunist Rusiyanı qana bulayan yenə bu izdiham psixologiyasıdır. Özülünü darvinist ideologiyanın təşkil etdiyi bu xətalı düşüncə tərzi təkcə bu dünya müharibələri və onların mənfur təsirləri nəticəsində 200 milyondan artıq insanın ölümünə yol açmışdır. Darvinizm məsələsində də insanları ən çox aldadan ünsürlərdən bir dənəsi bax bu izdiham ənənəsidir.

dtu29

Darvinist mənşəli zalımanə fəlsəfi cərəyanların bəşəriyyətə gətirdiyi bəlalar milyonlarla məsum insanın ölümünə səbəb olmuşdur.

Yaxşı, bəs bütün məntiqsizliyinə baxmayaraq, əksəriyyətin darvinizmi mənimsəməsi necə təmin edilib? Bunun səbəbləri bunlardır:

  1. Darvinizm dövrün ateist masonları tərəfindən mütəşəkkil formada təşkil edilmiş batil inanc sistemidir. Başlanğıcından bu həddə qədər bütün inkişafı bu təşkilatlı plan daxilində həyata keçmişdir.
  2. Ateist masonlar inhisarlarına aldıqlar bəzi mətbuat-nəşriyyat vasitələri yoluyla əvvəl-əvvəl olduqca əks-reaksiya alan təkamül fikrini dərindən və səssiz-səmirsiz yaymışlar, bir kütlə hipnozu meydana gətirmişdirlər.
  3. Ateist masonların inhisarındakı jurnallar, qəzetlər, televizorlar və digər nəşriyyat orqanları vasitəsilə təkamülün həqiqət olduğuna dair aldadıcı təlqin verilmişdir. Bu təlqin hələ də davam etməkdədir.
  4. İnsanlar üzərində sehr təsiri yarada bilmək üçün saxta şəkillər, rekonstruksiyalar, saxta fosillər, saxta cızma-qaralar düzəldib əyani təlqin metodları inkişaf etdirmişlər.
  5. Tarixin ən böyük saxtakarlığı olmasına baxmayaraq, təkamülü tədris planına elm imiş kimi daxil etmişdirlər.
  6. Ateist masonların inhisarındakı darvinist diktatorluq bütün dünyada təkamülü himayəsi altına almış, bəzi dövlətlərin hökümət orqanları bu himayədarlığı şəxsən öz öhdəsinə götürmüşdür. Təkamülə qarşı çıxmaq, sözün əsl mənasında, milli cinayət sayılmış, insanlar, təhsil ocaqları, idarələr bu səbəblə məhkəməyə verilmişdir.
  7. Təkamülə qarşı gələnlər zərərsizləşdirilmişlər, susdurulmuşlar, işlərindən xaric edilmişlər. Təkamül etirazı mümkün olmayan həddə gətirilmişdir.
  8. Elm bütövlükdə təkamülü təkzib etmiş olmasına baxmayaraq, təkamülə inananları elmi, inanmayanları elmdən kənar elan etmişlər və bu təlqin nəticəsində təkamülü qəbul etməyənlərin cəmiyyətdən təcrid olunmasını təmin etmişdirlər.

Göründüyü kimi darvinizm, elmi olduğuna görə yox, tamamilə məcburi yolla təlqin edildiyi və darvinist diktatorluq tərəfindən qorunduğu üçün dünyada dəstək tapmışdır. Əksəriyyətin bu saxta nəzəriyyəni dəstəkləyirmiş kimi görünməsi insanları aldatmamalıdır. Çünki bu insanların bir qismi darvinizmin dünya səviyyəsində vüsət almış tarixin ən böyük saxtakarlığı olduğunu bilmir, bir qismi isə işini itirməmək və ya ətrafından reaksiya toplamamaq üçün darvinizmi dəstəkləyirmiş kimi görünür.

Əlbəttə ki, bu insanlar arasında azlıq təşkil etsə də, darvinizmi bir ideologiya, saxta din olaraq mənimsəyən insanlar da mövcuddur. Bu insanlar Allahın Quranda bildirdiyi kimi, onsuz da, Allahın varlığını inkar etmək və batil olana uymaq üçün yaradılmışdırlar. Qurana əsasən, bu insanlar möcüzələr belə görsələr inanmayacaqdırlar. Onün üçün də belə insanların varlığı insanları aldatmamalıdır. Uca Allah Quranda bu insanları belə tanıdır:

“Əgər Biz (istədikləri kimi) mələkləri onlara göndərsəydik, ölülər onlara danışsaydı və hər şeyi dəstə-dəstə toplayıb onların qarşısına qoysaydıq belə, Allah istəmədikcə, onlar iman gətirməzdilər. Lakin onların əksəriyyəti (bunu) bilməz”. (Ənam surəsi, 111)

Quranda açıq surətdə tanıdılan bu insanlar, əslində, etdiklərinin yanlış olduğunu bilirlər. Darvinizmin saxta və yanlış olduğunun, özlərini və bütün varlıqları Yaradanın Uca Allah olduğunun fərqindədirlər. Lakin onlar Quranda bildirildiyi kimi daxilən möhkəm əmin olduqları halda, təkəbbür içində olmalarından ötrü etiraz və inkar içindədirlər. Bir ayədə Uca Allah belə buyurur:

“(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. (Ya Rəsulum!) Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu!” (Nəml surəsi, 14)

Cəmiyyətdə təklənməklə hədələyib tərafdarlarını itirməməyə səy göstərərlər

Darvinizm darvinist diktatorluq tərəfindən 150 ildir çox geniş müdafiə altında saxlanılır, bəzi dövlətlərin qanunları tərəfindən himayə altına alınır, nəzəriyyəni qəbul edənlər təriflənib nəzəriyyəni rədd edənlər işlərindən atılır və məktəblərdə zorla oxudulur. Beləliklə, bu cür bir şəraitdə bir şəxsin darvinizmi qəbul etmədiyini açıq surətdə ifadə etməsi elə də asan deyil. Belə şəxslər darvinist təlqinin qatı təsirinə düşmüş insanlar tərəfindən qəfildən təklənir və təcrid edilirlər. Bax bu, darvinist diktaturanın tərəfdarlarını itirməmək üçün işlətdiyi psixoloji hədə-qorxu metodlarının ən başlıcalarındandır.

Ömrü boyunca təkamül mövzusunda ixtisas qazanmış və professorluğa qədər yüksəlmiş bir insanın bir gün çıxıb darvinizmi rədd etdiyini, təkamülün səhv olduğunu gördüyünü açıqlaması ciddi bir hadisədir. Əgər bir professor artıq təkamülü qəbul etmədiyini açıqlasa; bütün kariyerasının sona çatmış olacağını, universitetdəki populyar vəzifəsindən atılacağını, əksəriyyəti darvinistlərdən ibarət dost çevrəsinin çox sürətlə onu tərk edəcəyini və bunlarla bərabər öz əleyhində olduqca güclü təbliğata məruz qalacağını da bilir. Bu, daima belə olub. Bundan qabaq nümunələrini verdiyimiz professorlar eynilə bu səbəbdən işlərindən və yaxın dostlarından qalmışdırlar. Kimisi haqqında təkrarən iş tapa bilməməsi üçün internet üzərindən qara-piar kampaniyası başladılarkən, kimisi də işə götürənləri tərəfindən “intellektual terrorist” elan edilmişdir.

İllərini təkamülçü kimi keçirmiş, hətta bu istiqamətdə kariyera qurmuş birisi üçün təkamül nəzəriyyəsini rədd etmək bu insanın həyatında əhəmiyyətli dəyişilikləri özü ilə birlikdə gətirir. Belə bir insan üçün darvinizmin özü ilə yanaşı gətirdiyi bütün bəlalı ideologiyalar bir anda qüvvəsini itirir. Kommunistlik, ateistlik və bunun kimi bir çox sapqın inancın bir anda heç bir dəyəri qalmaz. Bir satanist darvinizmin etibarsızlığını gördüyü anda onun üçün satanist olmağın bir mənası yoxdur artıq. Mərhəmətsizcəsinə insanları qətl edə bilən bir terrorist darvinizmin etibarsızlığını anladığın zaman, dayanıb, etdiyi şeyin nə qədər məntiqsiz və vicdansızca olduğundan agah olar. İnsanları öldürməyə səlahiyyət verən sapqın ideoloji istinad nöqtəsi bir anda kül olub sovrulmuşdur. Beləliklə, darvinizmi rədd etmək həyatını bu sapqın ideologiyaya söykəmiş olan insanların bütün baxış bucaqlarını, bütün dəyərlərini, bütün yaşayışını dəyişdirir.

Darvinizmi rədd edənlərə qarşı bu təkləmə siyasəti darvinistlərin yapışdığı, bəlkə də, ən effektiv psixoloji silahlardan biridir. Bu təkləmə siyasətinin asanlıqla öhdəsindən gələ bilməyəcəyini düşünən bəzi insanlar inanmaya-inanmaya təkamülçü kimi görünməyə məcbur qalmışdırlar. Təkamülə inanmadığı halda təkamül konfransları verən, məntiqsizliyini bildiyi halda bu təmayüldə kitablar və məqalələr yazan, tam əks qənaətdə olduğu halda təkamülçülərin olduğu mühitlərdə nəzəriyyəni canla-başla müdafiə edirmiş kimi görünmək məcburiyyətində qalan oldquca çox sayda insan vardır. Allahın varlığını açıq-aşkar görüb bildiyi halda ateist dostlarının içində bu düşüncəsini dilə gətirə bilməyən insanların sayısı, xüsusilə, son illərdə çox artmışdır.

Bu hədə-qorxu siyasəti sözü gedən insanları narahat etməməlidir. Çünki darvinist diktatorluğun dırnaqarası hakimiyyəti həddən artıq keçici, gücsüz və zəifdir. Allahın vədinə müvafiq olaraq, mütləq batil yox olacaq və Haqq olan qalib gələcəkdir. Əsas da bu bilinməlidir ki, Allah səmimi olaraq Özünə yönələn, vicdanına uyan, içində yaşadığı cəmiyyətdə qınaq obyektinə çevrilməyə razı olaraq doğru və Haqq olanın müdafiəçiliyini edən insanın yanındadır. Qalib gələnlər mütləq Allahın dostları olacaqdır. Uca Rəbbimiz bir ayəsində belə bildirir:

“Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də möminlər Allaha təvəkkül etsinlər!” (Al-i İmran surəsi, 160)

dtu30

Əgər bir professor bir gün təkamülə inanmadığını açıqlayarsa, bütün kariyerasının sona çatmış olacağını, ailə və dost çevrəsi tərəfindən tək qoyulacağını, məzəmmət olunacağını, çox güclü əks-təbliğata məruz qalacağını, əleyhində yayılan xəbərlər səbəbilə daha iş tapa bilməyəcəyini, əzilib psixoloji cəhətdən sarsıdılacağını çox yaxşı bilir. Məhz bu gərgin psixoloji təyziq səbəbilə bu gün bir çox professor təkamülə inanmadığı halda inanırmış kimi görünmək məcburiyyətindədir. Darvinizmi qəbul etməyənlərə qarşı bu təkləmə siyasəti darvinistlərin əl atdıqları, bəlkə də, ən təsirli psixoloji silahlardandır. Təkamül- təhdid, təkləmə, əks-təbliğat və xuliqanlıq üsullarıyla zorla müdafiə etdirilən böyük bir saxtakarlıqdır. 1- Cumhuriyet, 14.03.2009; 2- Evrensel, 04.12.2009; 3- HaberTurk, 26.02.2011; 4- CnnTürk, 13.03.2009; 5- Radikal, 12.03.2009; 6- Birgün, 04.12.2009; 7- CnnTürk, 13.03.2009; 8- Posta, 12.03.2009; 9- Radikal, 04.12.2009; 10- Cumhuriyet, 15.03.2009

Saxta anketlər, statistikalar hazırlayır, təkamülü qəbul edənlərin sayını yüksək göstərməyə çalışırlar

Darvinistlərdən elmi bir dəlil istənilən zaman adətən bu cavabı verirlər: “Təkamül, onsuz da, bütün dünyada qəbul olunur!” Darvinistlər bunu dedikləri zaman təkamüllə bağlı bütün problemlərin aradan qalxacağını, insanların bununla qane olacağını və bunun darvinizmi qəbul etmək üçün kifayət edəcəyini düşünürlər. Doğrudan da, bu psixoloji təlqin metodu indiyə kimi bir qism insanlar arasında təsirli olmuşdur. Bəzi insanlar nəzəriyyənin elmi dəlillərlə dəstəklənməsini elə də vacib görmür, ictimai razılığa baxırlar.

Elə buna görə də darvinist diktatorluq bütün dünyanın təkamülü qəbul etdiyi təəssüratı yarada bilmək üçün mümkün olan hər varianta əl atır. Bunlardan biri saxta anketlər və statistikalar hazırlamaq, bu anketlər vasitəsilə təkamülə inananların sayını artıq göstərmək və bunların nəticələrini darvinist diktatorluğun nəzarəti altındakı mətbuat orqanlarında böyük hay-küylə yayımlamaqdır.

Sözü gedən anket nəticələrinə baxan bir insan Allaha inanan və təkamülü qəbul etməyən insanların sayının, xüsusilə, Amerika, İngiltərə kimi ölkələrdə çox az olduğunu düşünə bilər. Bundan qabaq izah etdiyimiz kütlə psixologiyasının gətirdiyi təsir səbəbilə təkamülə inanan saxta çoxluğun doğru yolda olduğunu fikirləşə bilər. Halbuki bu bir fənddir. Həqiqətdə, belə bir anket heç vaxt həyata keçirilməmişdir. Bu nəticələr darvinist diktatorluğun nəzarəti altındakı mətbuat orqanlarında insanlara eşitdirmək üçün xüsusi təyin edilmiş saxta rəqəmlərdir. Darvinistlər bu saxta anketlər və statistikalarla həmişə olduğu kimi insanları aldatmaqdadırlar.

Bir çox ölkədə bu sorğu həqiqətən keçirilmiş, insanlardan həqiqətən nə düşündükləri soruşulmuşdur. Əldə olunan nəticələrlə darvinistlərin iddiaları arasında yerlə göy qədər fərq vardır. İnsanlar təkamülü qəbul etmir, bütün varlıqları Allahın yaratdığına inanırlar. Bu nisbət gün keçdikcə daha da artmaqdadır. Keçirilən real anketlərin ən böyüklərindən biri, təkamülü qəbul etməyən ölkələrin başında Türkiyənin olduğunu göstərmişdir. Siyahıda Türkiyənin ardınca gələn bütün ölkələrin arasında təkamülü rədd edən ikinci ölkə isə Amerikadır.1

Yəni darvinist bir yayımda hər hansı bir anketin və ya çıxarılan statistikaların nəticəsi kimi təkamülə inananların sayı çox imiş kimi göstərilirsə, bu nəticənin aldadıcı olduğu unudulmamalıdır. Həqiqətdə, bütün dünya səviyyəsində keçirilən anketlər Amerikada, Kanadada və İngiltərə başda olmaq üzrə bəzi Avropa ölkələrində təkamülün ciddi surətdə tərk edildiyini göstərməkdədir.

dtu31

“Guardian” qəzətində İngiltərədə keçirilən sorğu nəticəsində ingilislərin yalnız 25 %-in təkamülə inandığı barədə çıxan xəbər eyni mətbuat orqanının internet saytında tələm-tələsik dəyişdirilmiş və İngiltərə əhalisinin yarısının təkamülə inandığı şəklində verilmişdi. Keçirilən real anketlərin ən böyüklərindən biri təkamülü qəbul etməyən ölkələrin başında Türkiyənin olduğunu göstərmişdir. Türkiyənin ardınca isə ABŞ gəlir.

Antidarvinist fəaliyyətlərin uğurundan “heç təsirlənmədikləri”ni iddia edərlər

Bütün gücüylə darvinizm təbliğatı aparan bir mətbuat qrupunun yaşayacağı ən böyük dəhşətlərdən biri, şübhəsiz, antidarvinist çalışmaların uğurudur. Yaradılış həqiqətinin dəlillərini göstərən və təkamülü süquta uğradan kitablar, yazılar, sərgilər və konfranslar dünya səviyyəsində təsirli olmağa başlayınca, bu, darvinistlər üçün ciddi təhdid mənasına gəlir. Olduqca geniş bir qrup təkamül əleyhinə həyata keçirilən bu uğurun böyüklüyündən bəhs edərkən sözü gedən mətbuat qrupu buna səsini çıxarmasa, bunu özləri üçün əskiklik sayarlar. Bu səbəbdən mənimsədikləri üsul adətən bu uğura əhəmiyyət vermir kimi görünüb: “heç təsirlənmədik”,- deməkdir.

Əslində, bu, təşvişin göstəricisidir. Dünya miqyasında keçirilən bir konfransda bircə zülalın əmələ gəlməsinin darvinistlər tərəfindən izah edilə bilmədiyindən danışılır, təkamülü təkzib edən fosil sübutlar təqdim edilir, molekulyar biyologiyanın təkamülü aradan qaldırdığı isbat edilir. Minlərlə insan bu məlumatları heyranlıq və təəccüb içində dinləməkdə, bu məlumatlar silsiləvi şəkildə yüz minlərlə insana gedib-çatmaqdadır. Bu sübutları görən insanların artıq darvinizmə inanması mümkün deyildir. Bu səbəbdən “heç təsirlənmədik” ifadəsi bu ağır süqutu aradan qaldıra bilmək, gizli saxlaya bilmək üçün bir müdafiə metodundan ibarətdir.

Bu, əslində, tam uşaq reaksiyasıdır. Eynilə atasının cəzalandırdığı balaca bir uşağın: “heç bir şey olmadı”,- deyərək təsirlənmədiyini hiss etdirməyə çalışması kimi, darvinist nəşrlər də eyni uşaqca üsulu tətbiq edərlər. Halbuki fəndgirliklərinin əsl üzü ortaya qoyulur, canla-başla, saxtakarlıqlarla müdafiə etdikləri təkamül nəzəriyyəsi hamının gözünün qabağında süquta uğradılır. Bu minvalla da, bu böyük süqutun darvinistlərə təsir etməməsi mümkün deyildir. Təbii ki, şiddətli şəkildə təsirlənər və qorxuya düşərlər.

dtu32

İsveçrə, Fransa, Almaniya. Kütlələrin qatıldığı və dünya səviyyəsində 200 dəfədən artıq baş tutmuş təkamül nəzəriyyəsinin süqutu konfransları darvinistlər üçün ürək yanğısıdır. Bu böyük uğur onları dəhşətə salır. “Heç təsirlənmədik” ifadəsi bu böyük məğlubiyyəti sovuşdurmaq, həzm edə bilmək üçündür.

Darvinistlərin qorxusu daha da artacaqdır. Çünki dünya get-gedə artan sürətlə bütün elmi dəlillərin Yaradılış həqiqətini göstərdiyini görməyə başlamışdır. Darvinist diktatorluğun mənfur hegemoniyası artıq sona çatmaqdadır. Artıq dövr Uca Rəbbimizin Hadi (Hidayət verən) isminin təcəlli etdiyi iman dövrüdür. Allah inancına qarşı ortaya atılmış olan hər batil din mütləq yox olacaqdır. Uca Allah bir ayəsində belə buyurur:

“De: “Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa (heçliyə) məhkumdur!” (İsra surəsi, 81)

dtu33

Nə vaxt darvinizmin süqutuna dair effektiv bir fəaliyyət göstərilsə, konfranslar təşkil edilsə, kitablar paylansa, TV proqramları gerçəkləşdirilsə; darvinistlər ya “heç nə olmadı ki” deyib bunu sovuşdurmağa çalışar, ya da həll yolunu yeni bir “itkin halqa” xəbəri uydurmaqda taparlar. Dünya miqyasında baş tutan bu məğlubiyyətin onların üstündə heç bir təsirinin olmadığını sübut etməyə çalışarlar. Halbuki qorxu içində çaxnaşmaya düşmüşdürlər. Dəhşətə gəlmişlər. 150 illik dələduzluqlarının üzə çıxacağını başa düşmüşlər. Artıq tənəzzülə doğru getdiklərinin fərqindədirlər. Hövlnak çıxardıqları saxta “itkin halqa” xəbərləri son çırpınışlarıdır. Fəqət artıq bunların da bir nəticə vermədiyini görürlər. 1- Haberturk, 03.02.2010; 2- HaberTürk, 05.04.2010; 3- Referans, 14.10.2009; 4- Cumhuriyet, 07.11.2009; 5- Milliyet, 10.04.2010; 6- NTVMSNBC, 11.05.2010; 7- Star, 26.03.2010; 8- Sabah, 10.04.2010; 9- Radikal, 09.04.2010.

Saxta illüstrasiyalar və rekonstruksiyalarla sehrli təsir yaratmağa çalışarlar

İllərcə bizlərə qəzet və dərgi səhifələrində təlqin edilən, şagirdlərin məktəb dərsliklərində illərlə gerçəkmiş kimi danışılan və insanın saxta tarixinin mühüm bir sübutu kimi təqdim edilmiş olan meymun-adam vardır. Maili yerişi, heyvani görünüşü, yanındakı qəribə görünüşlü arvadı, əlindəki çomağı ilə yaşadığı xəyali sosial həyat içində təsvir edilən bu saxta meymun-adama hələ bir tələffüzü belə olduqca çətin olan latınca ad da verilmişdir: Hesperopithecus haroldcookii.

Hesperopithecus haroldcookii dünyanın ən tanınmış jurnallarında dəfələrlə şəkli çəkilmiş, təsvir edilmiş, rekonstruksiyaları hazırlanmış, dünyanın ən məşhur, hətta Nobel mükafatlı alimləri tərəfindən konfranslarda təqdim edilmiş, üstündə tezislər yazılmış, harada, necə yaşadığı, nə cür bir sosial həyat keçirdiyi, necə gəzdiyi, necə danışdığı mövzusunda elm adamlarının dəfələrlə mübahisə apardığı olduqca tanış addır, əslində. Bu, Nebraska adamıdır.

Burada mühüm bir nüans vardır: darvinist alimlərin illərlə üstündə araşdırma apardığı və tələbələrinə illərlə tədris etdiyi Hesperopithecus haroldcookii üzərindəki bütün bu xəyali ssenari sadəcə tək bir dişə istinad edərək hazırlanmışdır. Ardınca o dişin də insana da, meymuna da aid olmadığı, həqiqətdə, sadəcə bir donuz dişi olduğu üzə çıxmışdır.

Nebraska adamı darvinistlərin əyani təlqinlərlə yol verdikləri saxtakarlığın dərəcəsini anlamaq üçün yaxşı örnəkdir. Fəqət tək örnək deyildir. Darvinistlərin sosial həyat içərisində bütün əzaları ilə çox ətraflı təsvir etdiyi bütün xəyali meymun-adamlar bəzən sadəcə bir çeçələ barmaq fosilindən, bir baldır sümüyündən və ya bir dişdən ibarətdir. Elə vaxt olur ki, fosillərin skeletlərinin bir hissəsi də əldə edilir, lakin bunlar elə rekonstruksiya edilir, bu canlıların elə şəkilləri çəkilir ki, qabağımıza çox təfsilatlı bir meymun-adam çıxır. Halbuki bu bir yalandır.

dtu34

Darvinistlərin rekonstruksiya yalanının ən böyük dəlili Nebraska adamıdır. Darvinistlər “bircə donuz dişindən” xəyali Nebraska adamını sosial həyat içində təsvir etməkdən çəkinməmişlər.

Rekonstruksiyalar və təkamülçü illüstrasiyalar insanları yönləndirə bilmək, sanki təkamül varmış təlqinini vermək üçün olduqca geniş istifadə edilirlər. Nebraska adamı nümunəsində gördüyümüz kimi, çəkilən şəkil və ya rekonstruksiya tamamilə onu çəkən insanın xəyal gücünə əsaslanır. Həqiqətdə, belə bir meymun-adam əsla və heç bir zaman yaşamamışdır. Hansı ki, tapılan bütün kəllə qutusu və skeletlərin hamısı da ya insana, ya da əsasən nəsli tükənmiş meymuna aiddir. Fəqət çəkilən şəkillə veriləcək təlqinin bünövrəsi hazırlanmış olur.

Darvinist qəzet, jurnal və TV-lərdə rast gəlinən bütün meymun-adamlar, bütün dino-quşlar, bütün sudan quruya çıxmağa çalışan canlılar xəyalidir. Bunlar bütünlüklə bunları hazırlayan sənətkarların fantaziyalarını əks etdirir. Bunların saxtakarlıq olduğu üzə çıxarıldığı zaman isə, ehmalla geri götürülürlər. Darvinist mətbuat bu saxtakarlığın hüdudlarının üzə çıxmaması üçün olduqca etinalıdır. Lakin əlbəttə ki, artıq saxtakarlıqları gizlətmə siyasətləri nəticə vermir, bütün darvinist yalanlar bir-bir və dərhal üzə çıxarılır.

dtu35

Bu qəzet sərlövhələrindəki bütün şəkillər SAXTADIR. Belə bir meymun-adam tarixin heç bir dövründə yaşamamışdır. Darvinistlər şəkil və rekonstruksiyalar işlədərək yalan danışırlar. İnsanları ən çox ovsunlayacaq təlqin üsulundan, yəni əyanilikdən istifadə edirlər. Bu qəzetlərə baxan, mövzu haqqında məlumatsız adam vaxt keçdikcə davamlı görməyə öyrəşdiyi meymun-adamlara bələd olmağa başlayır. Bu ovsun ilə əcdadlarının keçmişdə meymun-adamlar olduğuna “inandırılmış”dır. Bu insan heç əziyyət çəkmədən təkamülə də inanar. Elmi dəlil axtarmağa heç ehtiyac da duymaz. Darvinist təbliğat insanları bax beləcə ovsunlayır, hipnozunu belə yayır. 1- Akşam, 06.04.2001; 2- NTVBilim, 10.2009; 3- Evrensel, 20.09.2001; 4- Sabah, 17.07.2002; 5- Yeni Şafak, 01.10.1998; 6- Hürriyet, 24.09.1998; 7- Milliyet, 23.06.2010; 8- Radikal, 26.03.2010.

dtu36

Darvinistlər Sibirdə tapdıqları çeçələ barmaq fosilindən yuxarıdakı şəkilləri hazırlamış və bu barmağın “üçüncü növ” bir insana aid olduğunu iddia etmişdirlər. Darvinistlərin bu saxtakarlığa baş vurmalarının yeganə səbəbi müasir insana aid olan həmin bu barmaq fosilinin öz xəyali təkamül hekayələrinə uymaması və təkamül nəzəriyyəsini yerlə yeksan etməsidir. Dərhal darvinist nəşriyyat tərəfindən lazımi tədbir alınmış, qəribə bir meymun-adam şəkli çəkilmiş və bu tapıntının “təkamülə dair” bir tapıntı olduğu təlqini verilmişdir. Bu mövzuya verdiyimiz əhatəli və elmi cavablar olmasa, bu aldanış bir çox insanı sarıb-ovsunlayacaqdır. Mövzunun elmi gerçəklərini bilməyən bir insan darvinistlərin inhisarındakı nəşrlərdə gördüyü bu meymun-adamı real zənn edəcəkdir. 1- Vatan, 26.03.2010; 2- Toplum ve Tarih, 26.03.2010.

Təkamülü təkzib edən dəlillər tapıldığı zaman bunu ya gizlətməyə çalışar, ya da sıradan çıxararlar

Darvinistlər ötən 150 il boyunca yuxarıda izah etdiyimiz bütün bu sehrli təlqinlərindən istifadə edərək hər cür saxtakarlığı edir, saxta fosillərin təbliğatını istədikləri hər yerdə aparırdılar. Bütün məktəbləri, universitetləri, tanınmış alimləri, jurnalları, qəzetləri, əyani nəşriyyat orqanlarını inhisarlarına aldıqlarına görə, istədikləri yalanı istədikləri kimi danışırdılar. Buna təkamülü təkzib edən dəlilləri aradan qaldırmaq da daxil idi.

Həyatın heyrətamiz kompleksliklə və birdən-birə başladığının ən böyük sübutlarından biri olan Kembri dövrü fosilləri darvinizmin süqutunu elan etdiyinə görə, fosilləri tapan darvinist paleontoloq Çarlz Dulittl Uolkott tərəfindən düz 70 il gizlədildi. Bu, həqiqətən də, darvinist saxtakarlığın anlaşılması baxımından çox böyük hadisədir.

Bundan sonrakı dövrlərdə də buna oxşar hadisələr tez-tez baş verdi, belə ki, hal-hazırda tapılmış vəziyyətdə olan və hamısı təkamülü təkzib edən 600 milyondan artıq fosildən heç kəsin xəbəri yox idi. Təbii ki, darvinistlər Kembri fosillərində keçdikləri praktikanı tapılan bütün fosillərə tətbiq etmişdilər. Çünki tapılan bütün fosillərin mahiyyəti eyni idi: hər biri Yaradılış gerçəyini isbat edirdi.

İllərlə “yaşayan fosil” adı altında sadəcə iki, yaxud üç canlı nümunəsini ön plana çıxaran, sanki yaşayan fosil olaraq təkcə bu nümunələr varmış kimi göstərməyə çalışan darvinistlərin bu fırıldaqları da bu vəsilə ilə üzə çıxmış oldu. Aydın oldu ki, bu gün mövcud olan bütün canlıların milyonlarla il öncə yaşamış nümunələrinin fosilləri həqiqətdə vardı. Yəni fosillərin çox böyük hissəsi bugünkü canlıların milyonlarla il öncə də eyni olduqlarını göstərən yaşayan fosillər idi.

İnsanın xəyali təkamülü mövzusu darvinistlər üçün spekulyasiyaya ən əlverişli və ən həssas mövzu olduğuna görə, darvinistlər insanın tarixini göstərən fosillərlə əlaqədar daha geniş miqyaslı saxtakarlıq içindədirlər. Çox vaxt insanın heç təkamül keçirməməsinə dair fosillər gizlədilir, hətta sıradan çıxarılıb məhv edilir. Çünki bunlardan təkcə bir dənəsinin belə gündəmə gəlməsi təkamül yalanının axırına çıxmağa bəs edir. Mövzuyla bağlı olaraq daima saxta fosillərin gündəmə gətirilməsinin, durmadan spekulyasiya ilə gündəm yaradılmağa çalışılmasının səbəbi məhz budur.

dtu37

Çarlz D. Uolkott Kembri fosillərini kəşf edən kimi dərhal ört-basdır etdi və bu fosilləri DÜZ 70 İL GİZLƏTDİ. Gizlədilməsinin yeganə səbəbi Kembri fosillərinin təkamülü yox edən möhtəşəm bir Yaradılış dəlili olmasıydı. Uolkottun bu metodu bu günün təkamülçüləri tərəfindən də hal-hazırda tətbiq edilməkdədir. “Yaradılış Atlası” ilə ifşa edilənə qədər 600 milyondan artıq fosil insanlardan gizlədilmişdir. Çünki bu fosillərin hamısı Yaradılışı isbat edir. Darvinistlər saxta nəzəriyyələrini elmi dəlil gətirərək yox, elmi dəlilləri GİZLƏDƏRƏK mühafizə etməyə çalışırlar. Sağda şəkildə görünən trilobit gözü yüzlərcə kiçik gözcükdən ibarətdir və bu gözcüklərin hər birinin içində cüt büllur yerləşir. Bu canlılardakı 530 milyon illik fasetli (mürəkkəb) göz sistemi bu günə qədər heç dəyişmədən gəlib çıxmışdır; arı və ya iynəcə kimi bugünkü bəzi həşəratlar da eyni göz quruluşuna sahibdir.

İdeologiyalarından imtina etməmək üçün hətta yadplanetlilərə də bel bağlamışlar

Darvinist bir alimin çıxıb “həyatı yadplanetlilər gətirib” deməyi həddən artıq alçaldıcı və onun adına xələl gətirəcək olduqca gülməli vəziyyətdir. Diqqətlə baxan və darvinizm yalanının əsl üzünün fərqində olan insan bu çıxışların çarəsiz və acınacaqlı vəziyyətdən xəbər verdiyini dərhal anlayar. Çünki darvinistlərin ən böyük problemi həyatın başlanğıcı problemidir. Tək bir zülalın təsadüfən əmələ gəlməyini qətiyyən izah edə bilməyən və bu mövzuda çarəsiz olduqlarını başa düşən darvinistlər həll yolu kimi hal-hazırda yadplanetlilərə sığınırlar.

Bundan əvvəl bəzi darvinistlərlə bağlı diqqət çəktiyimiz əhəmiyyətli bir nüans vardır: bəzi darvinistlər ayədə bildirildiyi kimi, “möcüzələr belə görsələr” Allahın varlığını inkar içindədirlər. Bu, bəzi inkarçıların Quran ilə bizlərə tərif edilən səciyyəvi cəhətləridir. Bu insanlar həqiqəti və doğrunu çox yaxşı bildikləri halda, Qurana əsasən, yalnız qapıldıqları təkəbbür hissindən dolayı inkar içindədirlər.

Bəzi ateist darvinistlərin öncüllük etdiyi bu yadplanetli yalanı da sözü gedən vəziyyətdən irəli gəlmişdir. Zülalın təsadüfən yarana bilməməsi həqiqəti canlıların yaradıldıqlarını sübut edən mühüm dəlillərdən sadəcə biridir. Lakin bəzi darvinistlər, onsuz da, Allahın varlığı gerçəyini inkar məqsədi güddükləri üçün (Allahı tənzih edirik) zülallarla bağlı bu əhəmiyyətli gerçəyi görməzdən gəlirlər. Və tək bir zülalı da qeyri-adi komplekslikdə yaratmağa qadir olan Allahın varlığını qəbul etmək əvəzinə, “həyatı yadplanetlilər gətirdi” deyə inanılmaz dərəcədə məntiqsiz bir iddianın müdafiəçisinə çevrilmişdirlər. Bu, heyrətamiz bir cəsarət və əslində, hədsiz acizlikdir. Bu ağlasığmaz iddiada olan darvinistlər sapqın dinləri naminə, sözün əsl mənasında, alçalmaqdadırlar.

Darvinistlər belə edərkən bu sualın cavabını verə bilməyəcəklərini dərk etmirlər: iddia etdikləri bu xəyali və kompleks molekul necə əmələ gəlib? Haradasa-kosmosda belə olsa, təsadüfən yaranmadığına görə, onu var edən, insandan çox daha üstün ağlın varlığı gərəkdir. Bu, saxta darvinist iddianın süqutu mənasına gəlir. Darvinistlərin digər iddiaları olan üzvi molekulların kosmosdan gəlib, Millerin təcrübəsindəki kimi “cold trap”, yəni soyuq tələyə düşərək canlı hüceyrə meydana gəlməsi hekayəsi də eyni məntiqsizlikdə bir hekayədir.

Bir hüceyrəni təşkil edən bütün üzvi molekullar, hətta təkbaşına yaranması qeyri-mümkün olan zülallar belə bir yerdə olsa və şərait darvinistlərin iddia etdikləri kimi olsa belə, bir hüceyrənin təsadüfən əmələ gələ bilməsi qeyri-mümkündür. Darvinistlər laboratoriyada istədikləri şəraitdə, şüurlu şəkildə və nəzarət altında hüceyrənin ən kiçik hissələrini belə əmələ gətirə bilmirlər. Bircə dənə zülala belə izahat gətirə bilmirlər. Darvinistlər insanları barmaqlarına dolayırlar. Yadplanetli oyunlarıyla, əslində, insanlara qarşı baxış bucaqlarını göstərirlər. 150 ilin saxtakarlığı olan təkamül əllərindən çıxacaq deyə, bu cür səfehlikləri hələ də insanlara yeridə biləcəklərini hesab edirlər.

Darvinistlər istədikləri qədər çapalasınlar, Uca Allahı inkar məqsədiylə (Allahı tənzih edirik) gətirdikləri hər cür iddia, ancaq özlərini gözdən salacaqdır. Çünki bu, aləmlərin Rəbbi olan Uca Allahın vədidir. Bir ayədə Rəbbimiz inkar edənlərin rüsvay ediləcəyini belə bildirir:

“… Bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. Allah inkar edənləri (dünyada və axirətdə) rüsvay edəcəkdir!” (Tövbə surəsi, 2)

dtu38

Zülalların təsadüfən yarana bilməyəcəyini artıq inkar edə bilməyən, lakin Uca Allahın üstün Qüdrətini qəbul etmək əvəzinə, materialist məntiqin gətirdiyi saxtakar ruhu buraxmaq istəməyən bir qism darvinistlər yadplanetlilərə sığınmaqdan narahatçılıq duymurlar. Guya, kosmos iddiası zülalın ilkin olaraq necə əmələ gəldiyi kimi ən fundamental suala həll yolu olacaqmış kimi saxtakarlıq edir və insanları aldatmağa çalışırlar. Ancaq həqiqətdə, darvinistlərin kosmos iddiası çox dərin və ciddi əlacsızlığın göstəricisidir. Məğlubiyyətin və çarəsizliyin təzahürüdür. Darvinistləri gözdən salan başlıca iddialardan biridir. Həyat nə kosmosdan gəlib, nə də təsadüfən dünya üzərində başlayıb. Həyat Rəbbimizin “Ol” əmri ilə gerçəkləşib və fövqəladə gözəllik, müxtəliflik və kompleksliklə bütün dünyada var olmuşdur. Molekulyar biyologiyanın, genetikanın və 600 milyon fosillə elmin də bizə göstərdiyi tək nəticə budur. 1- Güneş, 15.01.2000; 2- Radikal, 20.10.2005; 3- Sabah, 03.02.2003; 4- Radikal, 11.12.2008; 5- Vatan, 14.11.2005; 6- Hürriyet, 20.11.2005; 7- Bugün, 08.12.2008; 8- Bugün, 11.12.2008; 9- Radikal, 10.08.2005; 10-Sabah, 06.04.2005; 11- Vatan, 14.11.2005; 12- Vatan, 05.12.2006; 13- Sabah, 08.12.2008.

Təkamülün yanlışlığını göstərən fəaliyyətləri elmi dəlillərlə deyil, etiraz aksiyalarıyla, hay-küylə susdurmağa çalışırlar

Darvinistlər elmdən qorxurlar. Elmin göstərdiyi gerçəklərin üzə çıxmasından, eşidilməsindən, dünyaya yayılmasından dəhşətə gəlirlər. Bunun səbəbi elmə aid hər şeyin təkamül nəzəriyyəsini yerin dibinə keçirmiş və qüvvədən salmış olmasıdır.

Elə bu səbəbdən darvinistlər heç vaxt heç kimə ELM İLƏ CAVAB VERƏ BİLMİRLƏR.

  • Elmi dəlilə verdikləri cavab ancaq təcavüzkarlıqdır.
  • Elmi sübutların göstərildiyi təkamül əleyhinə konfranslara dəlillərlə yox, ancaq plakatlar və aksiyalarla müqavimət göstərərlər.
  • Elmi sübutların -həqiqi fosillərin- nümayiş etdirildiyi sərgiləri bağlatdırmağa qalxarlar.
  • Elmi dəlil təqdim edən kitabları yandırmağa qalxarlar.
  • Elmi dəlilləri məktəblərdə oxutdurmağa çalışanları məhkəməyə verərlər.
  • Yaradılış müdafiəçilərinin faktlar gətirərək qarşılıqlı müzakirə dəvətlərindən dəhşət və qorxu içində boyun qaçırır, əsla özləri belə bir tələb dilə gətirməzlər.
  • Darvinistlər elmi dəlilə elmlə qarşılıq vermək əvəzinə, zorakılıqla, təcavüzkarlıqla, zor gücü ilə və çığırtı-bağırtı ilə cavab verirlər. Çünki əllərində elmi dəlil yoxdur və pozisiyalarını qoruyub-saxlamaq üçün bildikləri tək yol da budur.
dtu39

Darvinistlər üçün elmi antitəkamülçü fəaliyyətə qarşılıq verə bilməyin tək yolu xuliqanlıq, təcavüzkarlıq, aksiya və çığırtı-bağırtıdır. Elmə əsla elmi dəlillərlə cavab verə bilmirlər.

Əllərinə keçən hər fürsətdə demokratiya, haqq, azadlıq, fikir azadlığı kimi anlayışların ardına sığınan darvinistlər iddialarının özünü doğrultmadığı sübut edildiyi zaman birdən-birə fanatik və təcavüzkar vəziyyət alırlar. Davamlı ardına sığındıqları düşüncə azadlığı, söz haqqı, demokratiya kimi anlayışların üstündən bir anda xətt çəkirlər. Yaradılış həqiqətini sübut edən dəlillər ortaya qoyulduğu zaman dərhal dözümsüzləşir, hətta təcavüzkarlaşırlar. Əslində, iddialarında ən sabit fikirli, ən fanatik, ən radikal və ən aludə olanlar darvinistlərin özləridir. Çünki darvinizm elmin gətirdiyi nəticə deyil, əksinə, elmin təkzib etdiyi saxta və sapqın bir inancdır. Sadəcə ideologiyaya və batil inanc sisteminə əsaslandığı üçün ancaq xuliqan üsullarıyla ayaq üstə saxlanmağa çalışılır.

Darvinizm uzun illərdir bu zorakı siyasət ilə insanlara hədə-qorxu gəlir. Bu gün darvinizm dünya səviyyəsində dövlət qurumlarına hakimdirsə, bunun yeganə səbəbi sözü gedən zorakı və təcavüzkar hədə-qorxu siyasətidir.

Əgər bir darvinist elmi konfransa əlində sübutla yox, plakatlarla gəlir, hay-küylə elmi çıxışları susdurmağa çalışır, təkamül əleyhdarlarına hücum çəkib onlara qara-qorxu gələcəyini zənn edir, elmi konfransdan polis nəzarətində xaric edilirsə, bunlar darvinizmin əsl üzünün görülməsi üçün kifayətdir. Darvinizmin məhvi xəbəri darvinistlər arasında çox böyük çaxnaşma salmışdır. Artıq heç bir zorakı hərəkət darvinistlərin saxta dinini ayaq üstə saxlaya bilməyəcəkdir. Bu, Allahın adətullahıdır. Hər şeydən xəbərdar olan Rəbbimiz Allah bir ayəsində iman edənlərin hər zaman üstün gələcəyini belə bildirir:

“Xeyr, Biz batili haqla rədd edərik (haqqı batilin təpəsinə atarıq) və o da onu yox edər. Bir də baxıb görərsiniz ki, o yox olub getmişdir. (Allaha) isnad etdiyiniz (naqis) sifətlərə görə vay halınıza”. (Ənbiya surəsi, 18)

 

İqtibaslar:

  1. James Owen, Evolution Less Accepted in U.S. Than Other Western Countries, Study Finds, 10 avqust 2006 – http://news.nationalgeographic.com/news/2006/08/060810-evolution.html.

Şərh üçün bağlıdır.

axtarış