• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Darvinist təbliğat üsulları 1/3

“İtkin halqa tapıldı” saxtakarlığını müəyyən aralıqlarla mətbuat yolu ilə gündəmə gətirirlər

Darvinist təbliğatın təməlində eynilə faşist Almaniyasının çirkin metodu kimi bir yalanın davamlı olaraq təkrarı vardır. Nasistlərin təbliğat naziri Yozef Göbbelsin tətbiq etdiyi metod darvinizmin yayılması məqsədilə çox əhatəli şəkildə istifadə edilmişdir. Yalan davamlı və müəyyən təkrarlarla söyləndikcə, elm adamları, dünyaca tanınmış jurnallar və qəzetlər bu yalana ortaq olduqca bir qisim məlumatsız insanlar buna inanmağa başlamışdırlar. Darvinizmin törəyib genişləndiyi mühit bax belə bir mühitdir.

Bu təbliğat üsulu səbəbilə insanlar illərdir eyni hekayəni eşidirlər: “itmiş halqa tapıldı”, “əksik halqa əlimizdədir”, “halqa tamamlandı!..” Təkamülün illərdir heç cür tapıla bilməyən bu xəyali itkin halqası ilə bağlı xəbərlərin çıxması artıq bütün dünyada vərdiş halına gəlib. Çünki darvinistlər uyuşdurucu təsiri yaradan bu dərmanı insanlara müəyyən dozalarda davamlı olaraq yeridirlər. Təkrardakı məqsəd budur. Təkrarın məqsədi darvinist sehri insanlar üzərində təsirli edə bilməkdir.

Bir lemur fosilinin və bir bonobo meymununun darvinist mediada insanın əcdadı kimi göstərilə bilməsi olduqca heyrətləndiricidir. Darvinistlər bu utanc verici təbliğatdan ötrü üzr istəmək məcburiyyətində qalmışdırlar.

Bir lemur fosilinin və bir bonobo meymununun darvinist mediada insanın əcdadı kimi göstərilə bilməsi olduqca heyrətləndiricidir. Darvinistlər bu utanc verici təbliğatdan ötrü üzr istəmək məcburiyyətində qalmışdırlar.

Darvinizmin etibarsızlığı göstərildiyi zaman, itmiş halqa deyə bir şeyin olmadığı insanlara çatdırıldığı zaman isə, darvinist çevrədə çaxnaşma havası baş qaldırır. Elə bu vaxt mətbuat yolu ilə aparılan bu təkrar siyasətinin dozası artırılır. Belə bir vəziyyətdə darvinistlər ya sensassional bir iddia ilə ortaya çıxar, ya da xəyali itmiş halqa xəbərlərini sıxlaşdırırlar. Dərmanın dozası bir anda artırılır. Sehrin təsirinin ortadan qalxmaması üçün saxta nə varsa gündəmə gətirilir. Nəsli tükənmiş canlı fosillərini bu saxta təbliğat üçün istifadə edirlər. Darvinist elm adamları işə başlayır, TV proqramları, darvinist jurnallar, sənədli filmlər yolu ilə bu xəbərlər əldən gəldiyincə dəstəklənir.

Nümunə olaraq, İda bu çaxnaşmanın təsiri ilə ortaya atılmış təəccübləndirici bir saxtakarlıqdır. Bir lemur fosilini götürüb cəsarətli şəkildə bütün dünyaya insanın əcdadı kimi elan edə bilmək həqiqətən şokedici bir hadisədir. Bu fosilin utanc verici bir təbliğat ilə, dünyanın səkkizinci möcüzəsi kimi saxta şüarlarla insanlara tanıdılması və haqqında qaldırılan geniş miqyaslı çaxnaşma darvinistlərin yaşadıqları sıxıntının və çarəsizliyin elanı olmuşdur. Bir çox darvinist sözü gedən çaxnaşmadan nə qədər utandıqlarını açıqca dilə gətirmək məcburiyyətində qalmış və bu saxta təbliğatın dərhal ardından İdanın yalnız və yalnız bir lemur olduğu açıqlanmış, üzr istənilərək iddialar geri alınmışdır.

İda yeganə nümunə deyil. Darvinizmin yıxılışının dəhşətli təsiri səbəbilə bu növ sensasiyalar son dövrlərdə kütləvi hal almışdır. İdanın ardınca Ardi də eyni çarəsizliyin nəticəsində törəmiş və bir meymun fosili insanın əcdadı elan edilmişdir. Ancaq sensasiya uzun çəkməmiş, onun da yalnızca bir meymun olduğu açıqlanaraq iddialar geri çəkilmişdir.

İddialar davamlı geri alınır, bundan sonra da alınacaqdır. Çünki xəyali “itmiş halqa tapıldı” xəbərlərinin hamısı yalandır. İndiyə qədər 600 milyondan artıq fosil çıxarılmışdır, bunlardan tək bir dənəsi belə ara fosil deyildir. İndiyə qədər edilən çağırışlara, dəvətlərə baxmayaraq, tək bir darvinist tək bir dənə belə ara fosil gətirə bilməmişdir. Darvinizmin əsaslandığı bu ən fəal təbliğat üsulu ortadan qaldırıldıqca və üstü açıldıqca darvinistlər əsl süqutu yaşamaqdadırlar. Saxtakarlıqları bir-bir üzə çıxmaqdadır.

 

Ardi və İda saxtakarlıqları bir qism mətbuatda bu başlıqlarla gündəmə gəldi. Məqsəd saxta xəbərlərlə təkamül təbliğatını davam etdirə bilmək idi. 1- Habertürk, 02.10.2009. 2- Posta, 21.05.2009.

Ardi və İda saxtakarlıqları bir qism mətbuatda bu başlıqlarla gündəmə gəldi. Məqsəd saxta xəbərlərlə təkamül təbliğatını davam etdirə bilmək idi.
1- Habertürk, 02.10.2009.
2- Posta, 21.05.2009.

Darvinistlərin İda yalanı ilə bağlı etirafları

Cons Hopkins Universiteti, Karnegi Təbiət Tarixi Muzeyi paleontoloqlarından Kris Bird: “Bu fosilin, BİZƏ İNANDIRMAQ İSTƏDİKLƏRİNİN ƏKSİNƏ, nə meymunlarla, nə də insan ilə bir bağlılığı yoxdur”.1

Dyuk Universitetindən paleontoloq Riçard Key “İdanın itmiş halqa olduğuna dair iddiaları dəstəkləyəcək əldə heç bir elmi analiz olmadığı”nı, YƏNİ HEÇ BİR DƏLİL OLMADIĞINI açıqca etiraf edir.2

“Timesonline”da isə bu mövzuda bu etiraf yer almışdır: “Attenboro İdanı insanın keçmişi ilə ən yeni və ən mükəmməl əlaqəyə döndərən MƏTBUAT SİRKİNİN bir nümayəndəsinə çevrildi… Belə tapıntılar, ümumiyyətlə, elmi jurnalların ciddi səhifələrində gün işığına çıxarılır. Amma İda haqqında Amerika Təbiət Tarixi Muzeyindəki təmtəraqlı mətbuat iclası xaricində belə bir şey müşahidə edilmədi. Sonrasında fosili araşdıran insanlar araşdırmaları haqqında detallar verdilər. Ancaq edilən açıqlama son dərəcə axmaqca idi”.3

Kembric Universitetindən insanın təkamülü üzrə professoru Robert Foli isə “bu canlıya itmiş halqa deyilməsinin “mənasız” olduğu”nu ifadə edirdi.4

“Dr. Saymons 10 il sonra mənə ilk dəfə olaraq bu AXMAQLIQ haqqındakı hirsini paylaşmaq üçün zəng etdi və on il sonra ilk dəfə olaraq onunla eyni fikirdə idim. Təqdim edilən məhsul o qədər fövqəladə idi ki, indi bu şounun müddətini tamamlamaq üçün elm adamlarının təzyiq altında olduqları aydın olurdu”.

Saymons isə bunları söyləyirdi: “Bu, axmaq və çox təhlükəlidir. Bu, tamamilə saxta elmlə məşğul olmaq deməkdir… Darwinius mükəmməl bir fosildir, amma HEÇ BİR ŞƏKİLDƏ İTKİN HALQA DEYİL. TƏKAMÜL ÜÇÜN ÇIXILMAZ VƏZİYYƏT TƏŞKİL EDİR”.

  1. The Missing Link? Nightline, ABC News television, May 20, 2009. The Missing Link? Nightline, ABC News television, May 20, 2009
  2. Gibbons, A. “Revolutionary” Fossil Fails to Dazzle Paleontologists. ScienceNOW Daily News. Posted on sciencenow.sciencemag.org May 19, 2009, accessed May 20, 2009
  3. http://www.timesonline.co.uk/tol/news/uk/science/article6350095.ece
  4. http://www.timesonline.co.uk/tol/news/uk/science/article6350095.ece

 

dtu4

İda saxtakarlığı böyük hay-küylə mediaya daxil oldu və darvinist təbliğat üçün İdadan geniş surətdə istifadə edildi. Saxtakarlıq üzə çıxana qədər itkin halqa yalanı çirkin cürətlə davam etdirildi. 1- NTV Bilim, 06.2009. 2- Akşam, 20.05.2009. 3- Atlas, 07.2009.

dtu5

Təkamülün “xəyali itmiş halqası” nın tapıldığına dair mətbuatda çıxan bu tip xəbərlər, ümumiyyətlə, darvinistlərin təbliğatı yaymaq üçün istifadə etdikləri üsullarındandır. Darvinistlərin əllərində təkamülü dəstəkləyən elmi bir dəlil olmadığından, eyni saxtakarca başlığı ataraq sehri davam etdirmək istəyirlər. Xüsusilə, ciddi şəkildə məğlubiyyətə uğradıqları zamanlarda “itmiş halqa tapıldı” başlığını darvinist nəşrlərin sərlövhələrindən insanlara təqdim edər və bu yalan xəbəri təkamülü xatırladan şəkillərlə dəstəkləyərlər. Bu hipnoz üsulu 150 ildir istifadə edilməkdədir. Bu xəbərləri oxuyan milyonlarla insan illərcə təkamülün və itmiş halqanın həqiqətən var olduğunu zənn etmişdirlər. Ta ki, təkamülün saxtakarlığı onlara Harun Yəhya əsərləri vəsiləsilə hərtərəfli açıqlanına qədər… 1- Birgün, 12.06.2006; 2- Evrensel, 07.04.2006; 3- Hürriyet, 23.04.2006; 4- Hürriyet, 20.10.2006; 5- Hürriyet, 07.04.2006; 6- Evrensel, 13.04.2006; 7- Birgün, 13.04.2006; 8- Radikal, 11.05.2009; 9- Radikal, 07.04.2006; 10- Radikal, 18.02.2009.

dtu6

Təkamülün bir saxtakarlıq olduğunu bilməyən bir insan üçün tanınmış bir qəzetin başlığından fosil şəkilləri ilə, elmi termin və formullarla verilən bu xəbərlər olduqca inandırıcı kimi görünə bilər. Halbuki sözü gedən “itmiş halqa” xəbərlərinin hamısı uydurmadır. Təkamülü dəstəkləyən TƏK BİR DƏNƏ BELƏ ARA FOSİL YOXDUR. Belə bir itmiş halqa əsla tapılmamışdır və tapılması imkansızdır. Çünki canlılar TƏKAMÜL KEÇİRMƏMİŞ, HAMISINI ALLAH YARATMIŞDIR. 1- Hürriyet, 21.06.1998; 2- Hürriyet, 20.11.2004; 3- Taraf, 21.05.2009; 4- Sabah, 28.08.1999; 5- Bugün, 06.11.2006; 6- Vatan, 21.09.2006; 7- Birgün, 24.01.2008; 8- Akşam, 23.01.2009; 9- Akşam, 19.07.2002; 10- Birgün, 02.02.2008; 11- Hürriyet, 26.06.2008; 12- Vatan, 08.04.2001; 13- Radikal, 24.04.2009.

Elmi terminlər və formullarla elmin adından istifadə edərək sehr təsiri yaradırlar

Təkamül nəzəriyyəsi ilə bağlı bütün aldadıcı xəbərlərin elm adından ortaya çıxması, darvinist elm jurnallarında yayımlanması, məktəblərin tədris planında, biologiya dərslərində elm kimi öyrədilməsi və təkamül müdafiəçilərinin davamlı surətdə elmi daşıdıqlarını iddia etmələri insanlar üzərində ağır bir təlqin meydana gətirmişdir. Darvinistlərin bu sıx təlqinləri nəticəsində təkamülü rədd etmək, sanki elmi rədd etməklə ekvivalent göstərilmişdir. İnsanlara elm adı altında, zorla qəbul etdirərək təkamül öyrədilmişdir. Halbuki darvinizmin elm ilə heç bir əlaqəsi yoxdur. Elm darvinizmin düşmənidir. Elm ateizmin qarşısındadır. Elm antikommunistdir, antimarksistdir. Elm; marksist, ateist və darvinist düşüncəni paramparça edən bir sistemdir. Elmin hər sahəsi təkamülü təkzib etmişdir. Elm yoluyla darvinist yalan süquta uğramışdır. Elm sayəsində təkamül tam olaraq qüvvəsini itirmişdir. Mikrobiologiya, genetika, molekulyar biologiya, zoologiya, paleontologiya, qısaca, bütün elm sahələri təkamülün etibarsızlığını isbat etmişdir. Darvinistlər elm qarşısında ən böyük məğlubiyyətlərini dadmışdırlar. Bu səbəbdən, təkamülün elmi bir nəzəriyyə imiş kimi oxudulması və təlqin edilməsi böyük bir yalandır. Elm Allaha iman edənlər üçündür, səmimi dindarlara fayda gətirir.

Bütün bu gerçəklərə baxmayaraq, darvinistlərin ən böyük aldatma yolu elmdən keçdiyi üçün bu təlqini əllərindən buraxmaq istəməzlər. Bunun üçün darvinist elm jurnallarında yayımladıqları aldadıcı xəbərlərə çoxlu elmi termin və formul əlavə edərək oxucular üzərində elə təssürat yaratmağa çalışırlar ki, guya, çox əhəmiyyətli, anlaşılmaz və mürəkkəb məlumat verirlər.

Latınca sözlər darvinistlərin aldadıcı metodlarının baş aktyorlarıdır. Darvinistlər saxta fosillərə, quraşdırdıqları yeni saxta nəzəriyyələrə latınca adlar verdikləri zaman inandırıcılıqlarının artacağını düşünürlər. Halbuki izah etdikləri mövzunun içində elmi heç bir dəlil yoxdur. Lakin latınca ifadələrlə danışdıqda qulaq asan insanların bir qismi bu saxta elmi şounun sehrinə inanır və dərk etməsi imkansız olan bir elm dəryası ilə qarşı-qarşıya olduğunu düşünür. Ağlının çatmayacağı qənaətinə gəlir və mövzunu alimlərə buraxmaq lazım olduğunu, onların hər dediklərinin doğru olacağını düşünür. Hətta bu təlqin elə güclü verilmişdir ki, sözü gedən alimlərə inanmamaq ciddi bir ağılsızlıq kimi qəbul edilir. İnsanlar üzərindəki dərin sehr təsiri bax belə yaradılır.

Darvinistlərin istifadə etdikləri formulların, latınca sözlərin, elmi terminlərin hamısı saxtadır. Sözü gedən elm adamları da bir saxtakarlığı müdafiə etdiklərinin fərqindədirlər. Darvinistlər elmdən istifadə edərək sadəcə elmi şou göstərirlər.

Uydurduqları hekayələrin gerçək üzü ortaya çıxarıldığında da o ana qədər darvinist dərgilərdə səhifələrcə izah edib durduqları saxta fosilləri tələm-tələsik geri almaq məcburiyyətində qalırlar. Bir oranqutan çənəsinə insan kəllə sümüyü qəsdən əlavə edilərək, dişləri rəndələnərək hazırlanan, haqqında 40-dan artıq “elmi” doktorluq dissertasiyası hazırlanan, uydurma latınca adı ilə Eoanthropus dawsoni (Piltdaun adamı) saxtakarlığı; tək bir donuz dişini götürüb ailəsinə qədər şəkli çəkilən, illərlə kitablarda “elmi” təkamül dəlili imiş kimi oxudulan, uydurma latınca adı ilə Hesperopithecus haroldcookii (Nebraska adamı) saxtakarlığı; sadəcə bir meymun olduğu aydın olan, uydurma latınca adı ilə Australopithecus afarensis saxtakarlığı; beş fərqli fosilin bir birinə əlavə edilməsi ilə yaradılan və bütün darvinist nəşrlərdə uçmağa hazırlaşan dinozavr olaraq tanıdılan, uydurma latınca adı ilə Archaeoraptor liaoningensis saxtakarlığı və son olaraq, bir lemur olub insanın əcdadı kimi qələmə verilməyə çalışılan İda saxtakarlığı bunun bir neçə dəlilindən biridir.

dtu7

Elm anti-təkamüldür, anti-darvinizmdir. Elmin hər sahəsi təkamülü qəti olaraq rədd etmişdir. 21-ci yüzillikdə təkamülə ən böyük zərbə elmdən gəlmişdir. Lakin təkamül təəccübləndirici şəkildə elm adından ortaya çıxır. Saxta təbliğatını yaymaq üçün elmi istifadə edir. Saxta xəbərləri elmi terminlərlə bəzəyərək hipnozu daha təsirli etməyə çalışır. Halbuki darvinist nəşrlərdə keçən bu elmi terminlərin və formulların həqiqətdə verilən xəbərlə əlaqəsi yoxdur. 1- Birgün, 20.09.2006; 2- Hürriyet, 03.09.1999; 3- Star, 27.02.2009; 4- Star, 12.01.2010; 5- Hürriyet, 10.04.2001; 6- Hürriyet, 21.10.1999; 7- Hürriyet, 02.07.2005; 8- Birgün, 09.05.2008; 9- Birgün, 13.08.2008; 10- Hürriyet, 17.05.2005.

dtu8

Bu başlıqlardakı kimi saxta təkamül xəbərlərinə baxan, mövzu haqqında məlumatsız bir insan başlıq və şəkillərdən həqiqətən müxtəlif araşdırmalar nəticəsində elmi məlumatlar əldə edildiyi təəssüratına qapıla bilər. Halbuki bu xəbərlərin hamısı uydurmadır. Heç bir elmi araşdırma bu nəticələri verməmişdir. Elmi araşdırmaların verdiyi tək nəticə tarixin heç bir nöqtəsində heç bir şəkildə təkamülün yaşanmamış olduğu həqiqətidir. Onsuz da, darvinistləri ən pərişan edən məsələ də bu həqiqətin hal-hazırda bütün dünyaya ifşa edilmiş olmasıdır. 1- Birgün, 19.08.2008; 2- Hürriyet, 20.03.2001; 3- Birgün, 15.08.2005; 4- Hürriyet Bilim, 12.10.2002; 5- Birgün, 20.10.2008; 6- Evrensel, 24.10.2004; 7- Radikal, 02.06.2006; 8- Hürriyet, 29.04.2000.

dtu9

Darvinistlərin ən diqqətə çarpan özəlliklərindən biri insanlarla sanki lağ etmələri, insanları qeyri-adi axmaqlıqdakı xəbərlərə inanmağa müdhiş bir cəsurluqla məcbur etmələridir. Darvinistlər 150 ildir bunu etdikləri və keçmişdə bu yolla tərəfdar topladıqları üçün günümüzdə də mətbuat yolu ilə eyni saxtakarlığı davam etdirməyə çalışmaqdadırlar. Lakin artıq uğur əldə etmələri imkansızdır. 1- Radikal, 26.03.2004; 2- Cumhuriyet, 20.08.2003; 3- Hürriyet, 20.08.2003; 4- Birgün, 19.10.2006; 5- Radikal, 19.07.2008; 6- Akşam, 16.01.2003; 7- Hürriyet, 04.08.2009.

Bunların hər biri dünyanın ən tanınmış elmi jurnallarında dünyanın ən tanınmış elm adamlarının istinadları ilə bol-bol latınca terminlər istifadə edilərək yayılmış saxtakarlıqlardır. Bu saxtakarlıqların gerçək üzü ortaya çıxarılmasa, bunlar təəccübləndirici şəkildə məktəb kitablarındakı və elmi dərgilərdəki yerlərini qoruyacaq və ünvanı “elm adamı” olan insanlar tərəfindən müdafiə ediləcəkdir. Darvinizm elm adamlarının, elmi jurnalların, TV-lərin, qəzetlərin istifadə edildiyi bu qədər təhlükəli və böyük bir yalandır.

Bütün canlıları sadə kimi göstərməyə çalışırlar

Darvinistlərin aldatma üsulları adətən insanları düşündürməmək üzərində qurulmuşdur. Bunun özlərinə görə ən təsirli üsullarından biri də fövqəladə komplekslikdəki canlı aləmi tamamilə gözardı edib, bunu “sadə” göstərə bilməkdir.

Darvinistlər “palçıqlı suda hüceyrə yarandı” deyirlər. Tək bir zülalın necə təsadüfən meydana gələ biləcəyini belə açıqlaya bilməz ikən, ən texnoloji laborotoriyalarda hələ tək bir hüceyrəni anlamağa çalışarkən, insanları “palçıqlı suda yaranan ilk hüceyrə” yalanı ilə aldatmağa çalışırlar.

dtu10

19-cu yüzillikdə Darvinin içi su dolu qovuqcuq zənn etdiyi hüceyrənin 21-ci yüzillikdə dünyanın ən böyük mərkəz şəhəri olan Nyu-York şəhərindən daha kompleks olduğu məlum olmuşdur. Nəinki hüceyrənin, hüceyrədəki tək bir zülalın belə təsadüfən yaranması imkansızdır.

dtu11

Canlılar qeyri-adi dərəcədə kompleksdir. Tək bir canlı hüceyrəsi detalları belə anlaşılmamış möhtəşəm bir aləmdir. Hüceyrənin tək bir zülalı qarşısında darvinistlər ən böyük məğlubiyyətlə qarşılaşmışdırlar. Tək bir zülala belə açıqlama gətirə bilmirlər. Bu səbəbdən darvinistlərin genetik araşdırmalar, gen sahəsi, DNT kimi mövzulardan istifadə edərək verdikləri təkamül xəbərləri çox böyük bir saxtakarlıqdır. Genetika elmi təkamülü yerləbir etmişdir. Canlı aləmin başlanğıcı iddiası darvinistlərə ən böyük süqutu gətirmişdir. Heç bir elmi tədqiqat darvinist nəşrlərdə danışılan nəticələrin heç birini verməmişdir. Sözü gedən xəbərlərin hamısı tamamilə saxtakarlıqdır. 1- Radikal, 14.01.2006; 2- Akşam, 19.10.2008; 3- Radikal, 25.02.2007; 4- Hürriyet, 08.03.1998; 5- Radikal, 25.04.2009; 6- Akşam, 28.08.2002; 7- Hürriyet, 05.07.2008; 8- Hürriyet, 13.11.2008.

dtu12

Təkamülçülərin bütün iddiaları ağıl və məntiq xaricindədir. Heç bir zaman dinozavrlar qaçarkən birdən uçmağa başlaya bilməzlər. Meymunun insandan tək fərqi yaxşı qaçması deyildir. Nə qarışqayeyən, nə soxulcan, nə də bakteriya insanla qohum deyildir. Canlılar darvinistlərin bu uydurma nağılları ilə açıqlanmayacaq qədər kompleksdir. Darvinistlər canlıları üstdəki başlıqlardakı kimi bəsit göstərməyə çalışırlar. Çünki özlərinə görə, nə qədər bəsit olarsa, “hər şey təsadüfən yarandı” iddiası daha rahat yayıla biləcəkdir. Bu təlqinlə illərlə insanları aldatmışdırlar. Lakin tək bir hüceyrədəki kompleksliyi göstərən modern elm darvinizmin sonunu gətirmişdir. 1- Cumhuriyet, 04.09.2004; 2- Birgün, 19.06.2006; 3- Radikal, 23.01.2008; 4- Milliyet, 18.10.2003; 5- Hürriyet, 20.07.2007; 6- Vatan, 31.01.2006; 7- Birgün, 24.06.2005; 8- Birgün, 05.03.2005.

Darvinistlər insanlara balıqların quruya çıxaraq zamanla tısbağa olduqlarını, sürünənlərin anidən qanadlanıb tüklənərək uçmağa başladıqlarını, ayıların dəniz sahilində oynayarkən balinaya çevrildiklərini (hansı ki, bu, Darvinin öz iddiasıdır), şimpanzelərin də (darvinistlər şimpanze və ya meymun sözlərindən bir növ xəcalət duyduqları üçün onların dili ilə desək, xəyali “meymunabənzər canlılar”) laboratoriyalarda öz beyin hüceyrələrini incələyən elm adamlarına, professorlara, alimlərə çevrildiklərini iddia edirlər. Həyatın içindəki möhtəşəm komplekslik darvinistlər üçün içindən çıxılmaz böyük bir problemdir. Bu səbəblə, tək çıxış yolları hər şeyi təsadüflərlə açıqlaya bilmək üçün həyatı və içindəki kompleksliyi sanki “bəsit imiş” kimi göstərə bilməkdir.

Bu məqsədlə, darvinistlərin insanlara vermək istədiyi təlqin qısaca budur: palçıqlı su + təsadüflər + zaman = canlı aləm! Darvinistlərə əsasən, zaman darvinistlərin yaradıcı güc isnad etdikləri (Allahı tənzih edirik) təsadüflərlə birləşincə möcüzələr meydana gətirməkdə, canlıları yoxdan var etməkdə, canlıları bütün qeyri-mümkünlüyə baxmayaraq bir-birinə çevirməkdədir. Darvinistlərin iddiası hər şeyi beləcə bəsit göstərməyə çalışan gülməli bir məntiqdir.

dtu13

Darvinistlərin yer üzündəki kompleks strukturları və fövqəladə müxtəlifliyi açıqlamaq üçün istifadə etdikləri xəyali formul.

Bu, insanlara tətbiq edilən gizlin bir hipnozdur. Bu hipnoz insanların bəzilərinə o dərəcədə təsir edir ki, bu insanlar qeyri-adi dərəcədə sarsaq izahlara bir anda inana bilirlər. İnsanın şimpanzenin bir az inkişaf etmiş forması olduğu, balıqların istədikləri zaman quruya çıxıb quru canlısına çevriləcəkləri, palçıqlı suyun içində həqiqətən bir hüceyrənin yarana biləcəyi, dinozavrların qanadlanıb quş olacaqları qənaətinə gələ bilərlər. Çünki kütləvi hipnozun altındadırlar. Bu hipnoz onlara dünya miqyasında tanınmış professorlar tərəfindən, dünya miqyasında tanınmış jurnalların cild səhifələrində anlaşılmaz qəribə formullar və qəribə elmi ifadələrlə bəzənmiş vəziyyətdə verilir.

Halbuki canlılarda “bəsit” olan heç bir şey yoxdur. Təkamül hipnozu altında izah edilən hər şey yalandır. Tək bir hüceyrə bütün infrastrukturu və daxili orqanizasiyası ilə dünyanın ən böyük mərkəz şəhəri olan Nyu-York şəhərindən belə daha kompleks bir quruluşdur. Son iki əsrdir aparılan çox əhatəli laboratoriya araşdırmalarına baxmayaraq, bu fövqəladə strukturun ancaq çox kiçik bir qismini anlamaq mümkün olmuş, lakin təqlidi isə heç bir şəkildə mümkün olmamışdır. Hüceyrənin sahib olduğu minlərlə zülaldan biri belə yaradıla bilmir. Canlı varlıqlar sahib olduqları komplekslik, həssaslıq, simmetriya, nizam, təfərrüat, təchizat və sistem baxımından, sözün əsl mənasında, bir sənət əsəridirlər. Bu səbəbdən darvinist hipnozun tələb etdiyi bəsit açıqlamalar yalnız insanları aldatmaq üçündür.

dtu14

Canlı varlıqlar sahib olduqları komplekslik, həssaslıq, simmetriya, nizam, təfərrüat, təchizat və sistem baxımından, sözün əsl mənasında, bir sənət əsəridirlər. Bu sənət əsərləri üstün Sənətkarın varlığına, Uca Allahın Qüdrətinə işarə edir. Darvinistlər də bütün varlıqların yaradılmış bir sənət əsəri olduğunun fərqindədirlər. Lakin ideologiyalarını tərk etmək istəməzlər. Qeyri-adi dərəcədə cəfəng iddialarını saxtakarlıq olduğunu bilə-bilə yaymağa çalışmalarının ən əsas səbəbi budur.

Darvinistlər bütün bu cəfəngiyatdan danışarkən canlılarda bəsit heç bir şey olmadığını, əlbəttə, özləri də bilirlər. Palçıqlı suda nəinki hüceyrə, tək bir zülalın belə yarana bilməyəcəyinin, balığın quruya çıxıb sonra da uçmağa başlaya bilməyəcəyinin, əlbəttə ki, fərqindədirlər. Darvinistlərin bu izahları psixoloji sehr və hipnoz məqsədli etdiklərini unutmaq olmaz. Üstəlik, bütün bu açıqlamaları utanıb-çəkinmədən edən darvinistlər həqiqətdə tək bir zülalın necə meydana gəldiyini belə açıqlaya bilmirlər. Onsuz da, bu, darvinistlər üçün bəri başdan böyük və qəti bir süqutdan xəbər verir. Darvinist nağıllara qulaq asarkən bu həqiqəti qətiyyən unutmaq olmaz.

dtu15

Darvin dönəmində elm adından uydurma xəbərlər ortaya atmaq asan idi. Çünki elm son dərəcədə primitiv idi. İnsanlar sözü gedən başlıqlara baxıb həqiqətən də milçəklə qohum çıxdığımıza, şimpanzelərin “kuzenlərimiz” olduğuna və atlarla yaxın qohum olduğumuza inana bilirdilər. Ancaq elm darvinistlərin heç gözləmədikləri formada təkamül nəzəriyyəsinə meydan oxudu. Darvinistlərin bu absurd izahları elm tərəfindən yerləbir edildi. Ona görə də bu təbliğat üsulları hal-hazırda darvinistləri ancaq gözdən salır. 1- Vatan, 27.01.2003; 2- Hürriyet, 03.06.2006; 3- Hürriyet, 24.02.2000; 4- Posta, 25.05.2001; 5- Sabah, 19.11.2004; 6- Yarın, 22.08.2003; 7- Akşam, 25.05.2001; 8- Hürriyet, 20.04.2009; 9- Hürriyet, 06.11.2009.

dtu16

Darvinistlər xalqın cahil və savadsız olmasını istəyirlər. Onları qeyri-adi dərəcədə cəfəng məlumatlarla istədikləri kimi aldada bilmək istəyirlər. Onlara yer üzündəki möhtəşəm müxtəliflikdəki və mükəmməllikdəki canlı aləminin yaranması üçün “zaman + təsadüflər + palçıq” şəklindəki xəyali formullarının kifayət olduğunu təlqin etməyə çalışırlar. Darvinizm bax belə böyük bir səfehlikdir. Bu səfeh məntiqi təlqin edə bilmək üçün sözü gedən qəzet başlıqları ən böyük silahdır. Sanki uşaq aldadırmış kimi mövzu haqqında məlumatsız olan xalqı hipnoz altına almağa çalışırlar. Darvinizmin 150 illik dünya hakimiyyəti böyük miqyasda bu saxtakarca mətbuat xəbərləri yoluyla mümkün olmuşdur. 1- Vatan, 01.02.2010; 2- Vatan, 04.09.2004; 3- Sabah, 25.08.2003; 4- Radikal, 30.03.2007; 5- Vatan, 03.03.2009; 6- Radikal, 30.12.2004; 7- Vatan, 18.10.2006; 8- Habertürk, 23.04.2009.

Nüfuzlu mətbuata darvinizmi müdafiə etmələri üçün gizli dəstək verilir

Darvinistlər təbliğatlarını 150 ildir mətbuat yolu ilə gerçəkləşdirmiş, bütün psixoloji təlqin metodlarını mətbuatdan istifadə edərək həyata keçirmişlər. Əgər əllərində mətbuat kimi əhəmiyyətli güc olmasa, darvinist diktatorluğun dünya səviyyəsində saxta hakimiyyət qurması, təkamül saxtakarlığının dövlət qurumlarına, məktəblərə, universitetlərə girməsi, şübhəsiz ki, mümkün olmazdı.

Darvinizmin mətbuat yoluyla təlqin edilməsi, inanılmaz dərəcədə uydurma olan bu fikrin inandırıcı vəziyyətə gətirilməsi üçün ilk qərar Darvin dövründə ateist masonlardan ibarət ali mason lojasında alınmışdır. Parisdəki 33-cü Dərəcə Misraim Masonluq Ali Şurasına bağlı şura üzvləri iclaslarında təkamülün bir elm kimi göstərilib dəstəklənməli olduğunu açıqlayarkən hətta özləri də nəzəriyyə ilə lağ etməkdən çəkinmirlər:

“Məhz bu (təkamül nəzəriyyəsinin elmi olduğu) baxış bucağından istifadə edərək mətbuatımız yoluyla dayanmadan bu nəzəriyyələrə qarşı kor-koranə inam oyadırıq. Ziyalılar… bilikləri ilə özlərini şişirdəcəklər və hər hansı məntiqi təsdiqə ehtiyac duymadan elmdən əldə etdikləri bütün məlumatları hərəkətə keçirəcəklər. Nümayəndəliklərimizdəki mütəxəssislər insanların zehinlərinə bizim istədiyimiz istiqamətdə təlim keçə bilməyimiz məqsədilə bütün hissələri hiyləgərcəsinə bir yerə yığıblar. Bir dəqiqəliyinə düşünün ki, bu çıxışlar boş sözlərdən ibarət deyil: darvinizm üçün planladığımız uğurlar üzərində diqqətlə düşünün…”1

Darvinizm də ateist masonların yaratdığı fransız lojasında alınmış bu qərar ilə kütlələrə yayıla bildi. O dönəmdən etibarən də daima ateist masonların himayəsi altında qaldı. Dünya səviyyəsində bir hegemoniya qurmuş olan, bu səbəbdən, bütün dünyanı istədiyi kimi yönləndirəcək mətbuat ordusunun sahibi olan ateist masonlar bu yolla istədikləri xəbəri çıxardıb istədikləri mövzunu gündəm halına gətirib insanları istədikləri şəkildə yönləndirə bilirlər. Bu məkrli yönlədirmə siyasəti hələ də davam etməkdədir.

Darvinizmi ortadan qaldırma istiqamətindəki uğurlar ateist masonları narahat edir. Belə zamanlarda da dərhal mətbuat yoluyla daha öncə də təsvir etdiyimiz intensivlikdə təlqin siyasəti dövrəyə girir. Darvinist mətbuat o dəqiqə fitillənir, dərhal bir saxta fosil tapılır, darvinist bir alim ön plana çıxarılır və bu fosil üzərində hekayə yazılır. Ateist masonların metodu bu formada həyata keçir.

Darvinizmlə bağlı xəbərlərin niyə müəyyən bir mətbuat orqanı tərəfindən dəstəkləndiyinə diqqət yetirmək lazımdır. Sözü gedən mətbuat həqiqi məlumatları, elmi dəlilləri və ya həqiqətləri yox, sadəcə ateist masonlardan aldığı əmrləri xəbər olaraq verir. Darvinizm yalanının dünya səviyyəsindəki saxta hakimiyyətini tədqiq edərkən bu gözlə yanaşmaq lazımdır.

dtu17

Ateist masonların rəhbərliyindəki nüfuzlu mətbuat tez-tez nəşrlərində təkamül cəfəngiyatını ön plana çıxaran xəbərlərə yer verir.

dtu18

Bir qism nüfuzlu mətbuat ta Darvin dönəmindən bəri kütlə hipnozu etmək üzrə vəzifələndirilmişdir. Təkamül nəzəriyyəsinin heç bir şəkildə elmi dəlillərlə dəstəklənə bilməyəcəyini çox yaxşı bilən o dövrün darvinistləri təşkilatlı fəaliyyət yoluyla darvinist diktatorluq meydana gətirmiş və saxtakarlığı yaymaq üçün bir qism nüfuzlu mətbuatı vəzifələndirmişdir. Sözü gedən mətbuat bu gün də fəaliyyətdədir. İndi yeganə fərq darvinistlərin saxtakarlıq etmiş olduqlarının ifşa edilmiş olmasıdır. 1- Hürriyet, 30.05.2000; 2- Hürriyet, 14.01.1999; 3- Hürriyet, 14.01.1999; 4- Sabah, 18.07.2002; 5- Evrensel, 30.05.2008; 6- Sabah, 17.03.2000; 7- Star, 29.08.1999; 8- Hürriyet, 25.03.2000; 9- Vatan, 14.04.2007.

“Süni həyat yaratmağı bacardıq” təlqinləri ilə təkamülü həqiqət imiş kimi göstərməyə çalışarlar

dtu19Darvinizmi ortadan qaldıran çox dəlil vardır. Lakin təkamül nəzəriyyəsinin sonunu gətirən ən təməl məsələ həyatın başlanğıcıdır. Bir çox dəfə təkrarladığımız və israrla gündəmə gətirməyə də davam edəcəyimiz kimi, darvinistlər tək bir zülalın belə təsadüfən yaranmasını açıqlaya bilmirlər. Bu həqiqət təkamül nəzəriyyəsi üçün süqut nöqtəsidir.

Bu böyük məğlubiyyətdən boyun qaçıra bilmək üçün darvinistlər yenə inhisarlarındakı mətbuata baş vururlar. Süni həyat ssenariləri bu mövzuda ən məşhur aldatma üsuludur. Sözü gedən mətbuat orqanlarında vaxtaşırı gündəmə gələn “süni qan düzəltdik”, “süni kosmos düzəltdik”, “süni DNT yaratdıq”, “sintetik həyat yaxınlaşır”, “süni hüceyrə yaradıldı” xəbərləri də bu psixoloji müdafiə üsullarının bir parçasıdır.

Mövzu haqqındakı məlumatsız insanlar sözü gedən xəbərlərdən darvinizmin qarşısındakı ən böyük maneənin, yəni “həyatın başlanğıcı” probleminin həll edildiyi təəssüratına qapıla bilərlər. “Bu gün hüceyrə düzəltdilər, sabah insan da düzəldərlər” kimi sadəlövh təəssüratları yarana bilər. Onsuz da bu xəbərləri verərkən darvinistlərin məqsədi də insanları beləcə sehrləyə bilmək, bu qaranlıq hipnoz ilə beyinlərini uyuşdura bilməkdir.

Halbuki burada bir hiylədən söz gedir. Heç kəs yoxdan nəyisə yaratmağa heç yaxınlaşa bilməyib, bilməz də. Allahın diləməsi xaricində, belə bir şey mümkün deyildir. Alimlərin etdikləri hal-hazırda var olan qan, DNT və hüceyrədən istifadə edərək və ən əsası, ağıl işlədərək aparılan laboratoriya işidir. Darvinistlər lap istəyirlər mümkün olan ən ucqar nöqtələrə, atomlara qədər dərinliyə getsinlər, məsələn, on milyard atomu başdan yığmağa başlasınlar- burada yenə ağıl işlətmiş olacaq və bəri başdan mövcud olan atomlardan istifadə edəcəklər. Minlərlə alimin çalışması, texnoloji laboratoriyalar, milyonlarla dollarlıq xərc və saysız təcrübə nəticəsində əldə edilən bu nəticələr ancaq irimiqyaslı əmək və ağıl vəsiləsi ilə həyata keçə bilir. Yəni ağlın varlığı mütləqdir. Əldə edilən nəticə isə təkamül deyildir.

Bir DNT-in içindəki nukleotidləri götürüb bir başqa hüceyrə içində fərqli şəkildə sintez etmək verilmiş sistemin içində ağıl işlədərək əmələ gətirilmiş yeni bir tənzimləmədir. Elmi cəhətdən uğurdur, mühüm elmi inkişaflara stimul yaradan gözəl bir inkişafdır, amma qətiyyən təkamül deyildir. Təkamül hələ həyatın başlanğıcı mövzusunda əlacsız formada yıxılmışdır. Yalnızca tək bir zülalın təsadüfən meydana gəlməsinin açıqlana bilməməsi darvinist iddiaların hamısının sonu mənasına gəlir. Darvinistlərin həmişə olduqca acınacaqlı aldatma üsulları olmuşdur. Elə bu səbəblə, bu üsulları ifşa edib verilən saxta təlqini aradan qaldırmaq son dərəcə asan olur. Darvinistlərin onlarla il boyunca saxta təbliğat üsulları ilə əldə etdikləri sehrli təsir tək bir həmlədə yerləbir olmaqdadır. Şübhəsiz, Allahın vədinə müvafiq olaraq, daima qalib gələcək olanlar Allahın tərəfdarlarıdır. Uca Rəbbimiz bir ayəsində belə buyurur:

Hər kəs Allahı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, (hər iki dünyada işləri yaxşı gedər). Şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir (Allahı özünə hami və dost seçən şəxslərdir). (Maidə Surəsi, 56)

dtu20

Müəyyən canlıda, onsuz da, mövcud olan hazır strukturlar istifadə edilərək, şüurlu varlıqların müşayiətilə, şüurlu şərtlər daxilində, onlarla illik laboratoriya işlərinin nəticəsində süni bir “klon” meydana gətirilməsi, şübhəsiz, elm naminə əhəmiyyətli bir irəliləyişdir, lakin bu, QƏTİYYƏN TƏKAMÜL DEYİLDİR. Yoxdan DNT və ya zülal yaradılmamış, sistemə əvvəlcə olmayan yeni bir məlumat əlavə edilməmişdir. Darvinistlər təkamülə dəxli olmayan elmi inkişaflardan istifadə etmək yerinə, əvvəlcə tək bir zülalın təsadüfən, yoxdan necə var ola biləcəyini izah etməlidirlər. Darvinistlərin dəhşətə qapıldıqları və əsla açıqlaya bilmədikləri ən böyük sual budur. Buna görə də darvinistlərin süni klonları əsas götürərək etdikləri spekulyasiyaların hamısı uydurmadır. 1- Bilim Teknik, 09.1979; 2- Radikal, 09.04.2006; 3- Cumhuriyet, 22.05.2010; 4- Habertürk, 25.05.2010; 5- Hürriyet, 25.05.2010; 6- Akşam, 22.05.2010; 7- Sabah, 11.02.2001; 8- Taraf, 22.05.2010.

Təsadüfləri saxta ilah kimi göstərməyə çalışarlar (Allahı tənzih edirik)

Darvinistlərin insanları aldatmaq üçün istifadə etdikləri, ağlasığmaz dərəcədə məntiqsiz bir ssenariləri vardır. Bu ssenari daxilində, elə bil, mümkünsüz heç nə yoxdur. Tək bir hüceyrədən minlərcə fərqli növdə canlılar meydana gəlir, qurudan birdən-birə sürünənlər qanad açır və quş olur, soxulcanlar vaxt keçdikcə insana çevrilir. Bu utandırıcı ssenaridə sözü gedən formalaşmaları, çevrilmələri, dəyişiklikləri əmələ gətirən xəyali güc isə, darvinistlərə əsasən, “təsadüflər”dir. Darvinistlər illərlə insanları beləcə aldatmışdırlar.

Təkamülçülər Darvin, hətta Şumer dövründən bəri bunu müdafiə etmişdirlər. Təsadüf iddiası təkamül nəzəriyyəsinin təməlini təşkil edən böyük biabırçılıq, darvinistlər baxımından üz qarası izahatdır.

Lakin bu iddianın çarəsizliyi, məntiqsizliyi və axmaqlığı bütün dünyaya, xüsusilə, “Yaradılış Atlası” vəsiləsi ilə ifşa edildikdən sonra darvinistlər bir anda başqa cür danışmağa başlamışlar. Artıq bu utanılacaq iddianı daha çox müdafiə etməyin xəcalətini çəkməmək üçün daha da məntiqsiz bir müdafiə psixologiyasına qapılmışlar. İndi darvinistlərə “sizə görə hər şeyi yaradan təsadüflərdirmi?”- deyildiyində “biz təsadüf demədik”- deyirlər. Ardınca “yaxşı, bəs təsadüf deyil, nədir?”- deyə soruşulduğu zaman, “bəzi təsadüfi hadisələr nəticəsində yaranan bir proses”,- deyə tamamilə uşaq kimi və bir o qədər ağılsızca müdafiə yoluna girişirlər. Elə bu da darvinistlərin istinad nöqtəsinin nə qədər etibarsız olduğunun açıq və aydın göstəricisidir.

dtu21

Darvinistlərin insanları aldatmaq, insanlar üzərində sehr təsiri yarada bilmək üçün elmi terminlər və formullardan istifadə edərək özlərində elmi izahat verirmiş təəssüratı yaratmağa çalışdıqlarını bundan öncə qeyd etmişdik. Təsadüf yalanı da yenə eyni üsul istifadə edilərək insanlara məqbul göstərilməyə çalışılır. Təkamülçü nəşrlərdə, nümunə olaraq, bir dinozavrın qanadlanıb uçduğu yalanı latınca terminlərin və adların çoxluq təşkil etdiyi, guya, elmi görünüşlü məqalənin sətirlərində izah edilir. Halbuki diqqət edilərsə, sözü gedən xəyali prosesdə və bu ağlasığmaz dərəcədə gülünc hekayədə şüurlu, ağıllı, hadisələrə müdaxilə edən, hadisələri istiqamətləndirən, məntiqli çıxarışlar apararaq ən uyğun olanını təyin edən, seçim aparma, məntiq yürütmə, doğrusunu ayırd etmə qabiliyyətinə sahib olan bir ağıl yoxdur. Darvinizm bir şüurun varlığını qəbul etmir. Saxta təkamüldə hadisələrin hamısı şüursuz, ağılsız, iradəsiz, kor təsadüflər tərəfindən həyata keçirilmişdir. Təsadüflər darvinistlərin möcüzələr yaradan, yoxdan var edən, xətaya yol verməyən, gələcəkdəki hadisələri əvvəlcədən müəyyənləşdirib bunun üçün tədbirlər alan saxta ilahlarıdır.

Darvinistlər məhz bu saxta ilahı özlərinə görə yaradıcı güc kimi göstərməyə çalışır (Allahı tənzih edirik) və bu hiyləgər açıqlamalar yoluyla Allah inancından insanları uzaqlaşdırmağa çalışırlar. Darvinist sehrin insanları zaman içində ateizmə sürükləməsinin, darvinistlərin böyük qisminin canla-başla Allah inancına qarşı mübarizə içində olmasının özülündəki əsl səbəb bax budur. Darvinizmə inananlar,, fərqində olaraq və ya olmayaraq, təsadüf bütünün hipnozu altına girməkdə və qaçılmaz olaraq Allah inancından uzaqlaşmaqdadırlar.

Təfərrüatlarla diqqəti yayındırmağa çalışarlar

Çaşdırıcı təfərrüatlar və cəfəng xəbərlər darvinistlərin psixoloji müdafiə üsullarının əhəmiyyətli hissəsini təşkil edir. Məntiqsiz təfərrüatlarla zehinləri örtmək darvinist hipnoz üsulunun bir parçasıdır. Darvinist yayımlarda bu məqsədlə verilən xəbərlərlə əsl hədəf mövzu haqqındakı məlumatı olmayan bəzi insanlara təkamülün saxtakarlıq olduğunu unutdura bilmək və onların beyinlərini “kartofla, yoxsa soxulcanla daha yaxın qohumuq?” kimi qeyri-adi dərəcədə axmaq bir sual ilə məşğul edə bilməkdir. Darvinistlər məntiqsiz təfərrüatlardan məhz bu məqsəd üçün istifadə edirlər.

dtu22

1- Hürriyet, 07.02.2003; 2- Hürriyet, 19.11.2008.

Hər hansı bir darvinist nəşrdə “kenqurularla qohum imişik”, “ac qaldıq, ona görə dik yeriməyə başladıq”, “hıçqırıq qurbağadan miras qalıb” formasında qeyri-adi dərəcədə məntiqsiz xəbərlərin hamısının məqsədi diqqəti yayındırmaqdır. Guya, təkamül sübut edilmiş bir həqiqətdir, yerdə ancaq hıçqırığın meydana gəlməsi problemi qalıbmış kimi bir təəssürat oyandırmağa çalışırlar. İntensiv şəkildə belə xəbərlərin təsirində qalan, mövzu haqqında lazımınca məlumatı olmayan şəxslər bu təlqini asanlıqla alırlar. Bu aldadıcı xəbərlərin təsirilə təkamülün açıqlaya bilmədiyi bir neçə kiçik mövzu qaldığını, onlara da nəhayət bir açıqlama gətirildiyini zənn edirlər. Darvinistlərin illərdir davam etdirdikləri kütləvi fırıldaq bu sistemlə işləyir. Kütlə hipnozu bu saxta üsulla uğurlu şəkildə davam etdirilir.

Burada təkrarən xatırladaq:

  • Darvinistlər hələ tək bir zülalın təsadüfən əmələ gəlməsini açıqlaya bilmirlər.
  • İrəli sürə biləcəkləri tək bir dənə belə ara-keçid fosili yoxdur.
  • 500 milyondan artıq fosil təkamülü yerin dibinə soxmuşdur.
  • Canlılardakı komplekslik darvinistlərə ən böyük zərbələrdən birini vurmuş, təkamüllə əsla açıqlaya bilməyəcəkləri sistemlər üzə çıxarmışdır.
  • İddia etdikləri bütün fosillərin saxta olduğu ortaya çıxmış, hətta bilərək saxtakarlıq etdikləri aydın olmuşdur.
  • Fosillərdən canlıların birdən-birə ortaya çıxdıqları və milyonlarla il boyunca heç bir dəyişikliyə uğramadıqları açıq şəkildə məlum olmuşdur.

Elmi dəlil bunlardır. Darvinistlər bunlara izahat gətirə bilmədikləri üçün qeyri-adi axmaqlıqdakı xəbərləri sərlövhədən verirlər. Çünki çarəsizdirlər. Elm adından ortaya çıxmış, lakin heç bir elmi dəlili olmayan saxta nəzəriyyəni saxtakarlıq xaricində başqa necə müdafiə edəcəklər? Fəqət bu aralar bu məntiqsiz xəbərlərin də artıq təsirsiz olduğunu başa düşmüşdürlər. Hal-hazırda məktəb çağındakı uşaqlar belə, darvinistlərin bu növdən izahları ilə qarşılaşdıqları zaman onlardan hər şeydən əvvəl bir zülalın əmələ gəlməsinin izahatını vermələrini gözləyirlər. Belə ki, aldanışın ömrü uzun çəkməmişdir.

dtu23

Ən geniş yayılmış darvinist təbliğat taktikalarından bir dənəsi, hipnoz altındaki insanları təfərrüatlara boğmaq və saxta iddialarla onları əsas mövzudan- təkamülün saxtakarlıq olduğu həqiqətindən uzaqlaşdıra bilməkdir. Darvinistlər, guya, təkamüllə bağlı hər bir şey isbat edilmiş, sadəcə olaraq, yerdə hıçqırığın hansı heyvandan irs qaldığı, yaxud da balinanın fil olub-olmadığı mövzuları qalıbmış kimi cəfəng və uydurma xəbərləri gündəmə gətirirlər. Savadsız insanı bu xəbərlərlə aldada bilmək çox asandır. Sözü gedən insan artıq təkamülü isbat edən hər hansı bir dəlil olub-olmadığını mühakimə etməyi ağlına gətirməz. Çünki təfərrüatlarda boğulmuş, həqiqətləri araşdırmaqdan uzaqlaşmış, darvinist sehrin təsirində qalmışdır. 1- Yüzyıl, 04.03.1998; 2- Hürriyet, 16.10.1999; 3- Sabah, 16.08.2002; 4- Akşam, 18.10.2006; 5- Bugün, 23.04.2007; 6- Vatan, 20.03.2006; 7- Sabah, 30.12.2008; 8- Posta, 14.04.2007; 9- Posta, 18.02.2003.

Oxşarlıqları dəlil kimi istifadə etməyə girişərlər

Darvinistlər həyatın başlanğıcı mövzusunun nəzəriyyələrinə son qoyduğunu, fosillərin təkamülü təkzib və məhv etdiyini, mutasiyaların da heç bir şəkildə təkamülə yol aça bilməyəcəyini çox yaxşı bildikləri üçün yenə insanlarda sehrli təsir yaradacaq, bir o qədər də onlara məntiqli kimi görünəcək başqa bir aldadıcılığın ardına sığınırlar: Canlılar arasındakı oxşarlıqlar!

Canlılar arasındakı bənzərliklər sanki təkamülləşmənin bir sübutu imiş kimi davamlı olaraq darvinistlər tərəfindən dilə gətirilir. Çünki bəzi insanlar adətən bu aldanışa qapılmağa meyilli olurlar. Meymunun insana oxşarlığı o qədər qəti dəlil qismində təqdim edilir ki, bu təlqini alan bəzi insanlar zooparka getdikləri və ya meymunlarla bağlı sənədli film izlədikləri zaman müəyyən bir istiqamətdə qənaətə gəlirlər. Belə ki, darvinist yalandan olduqca təsirlənmiş olduqlarına görə, gördükləri canlının “bir az inkişaf etsə, təraş olsa, yaxşıca qidalansa” rahatlıqla insana çevrilə biləcəyinə dair bəsit bir məntiqlə düşünməyə başlayırlar. Bir neçə nəzəri oxşarlıq darvinist təlqinin vüsət almasına fürsət yaratmaqdadır.

Halbuki meymun nə qədər insana bənzəyir-bənzəsin, Allahın iznilə, bu dünya üzərində var olduğu müddətcə meymundan fərqli bir canlı olmayacaq, nə qədər təlim keçirsə-keçsin insana çevrilməyəcəkdir. Nə edirsə-etsin, Allahın diləməsi xaricində, insanı insan edən “ruh”a sahib olmayacaqdır.

İnsanı insan edən “ruh”udur. Bir canlı ancaq ruh sahibi olduğu müddətcə insan vəsfini qazanır. İnsan “mən mənəm” deyə bilən, beynində bir görüntü yarandığının və onu izlədiyinin fərqinə vara bilən şüur sahibi varlıqdır. İnsan fiziki olaraq nəyə bənzəyirsə-bənzəsin, ruh sahibi olduğu müddətcə insandır. Onu digər bütün canlılardan ayıran ən böyük gerçək budur. Darvinistlər bu həqiqəti ört-basdır etməyə çalışırlar. Halbuki təkamül nəzəriyyəsi ruhun qəti varlığı qarşısında ən böyük zərbələrindən birini alır. Məhz bu səbəbdən, darvinistlər tərəfindən bu mövzu xüsusi etina ilə gündəmə gətirilməməyə çalışılır.

Canlıların oxşarlığı qətiyyən təkamül üçün dəlil deyildir. Canlılar bir-birilərinə, əlbəttə ki, oxşayarlar. Hər biri eyni planetdə eyni havanı udur, eyni elementlərin birləşməsindən ibarətdirlər, eyni qidalarla qidalanıb eyni mühiti paylaşırlar. Bütün canlılar müştərək olan möhtəşəm molekulyar sistemlərlə təchiz edilmişdir. Hər bir sistem hüdudları olduqca həssas olan bu Dünya şəraitinə mükəmməlcəsinə uyğunlaşacaq formada var edilmişdir. Bu səbəbdən bənzərliklər Uca Allahın yaratma sənətinin bir dəlilidir. Uca Rəbbimiz bir ayəsində belə buyurur:

“… Yoxsa onlar Allaha Onun yaratdığı kimi yaradan şəriklər qərar verdilər və onların nəzərincə bu yaratma bir-birinə bənzər göründü?! De: “Allah hər şeyin xaliqidir. O birdir, qəhr edəndir (hər şeyə gücü yetən, hər şeyə qalib gələndir)”. (Rad Surəsi, 16)

dtu24

Bir canlını insan edən o canlının xarici görünüşü deyil, daşıdığı “ruh”dur. Darvinistlər bu həqiqəti ört-basdır etməyə çalışırlar. Halbuki insanın ruh sahibi olması həqiqəti darvinistlərin ən böyük çıxılmaz vəziyyətlərindən biridir və insanın xəyali təkamülünə dair bütün iddiaları aradan qaldırır.

dtu25

Şimpanzenin alət düzəldə bilməsi, qıdıqlandığı zaman insan kimi gülməsi, balasına şəfqət göstərməsi “insanlaşdığı”nın dəlili deyildir. Fiziki oxşarlıqlar heç vaxt təkamülün sübutu ola bilməz. İki canlı arasındakı 0,001 %-lik bir fərq belə darvinistlərin əsla aşa bilməyəcəkləri nəhəng molekulyar fərqdir. Lakin bundan da qabaq, şimpanze istər fiziki olaraq insanın lap eynisi olsun, ruh sahibi olmadığı müddətcə əsla və əsla insan olmayacaqdır. Beləliklə də, darvinistlərin bu başlıqlarda nümunələri görünən təbliğatları, həqiqətdə, böyük bir saxtakarlıqdır. 1- Birgün, 19.02.2007; 2- Posta, 26.02.2007; 3- Hürriyet, 18.02.2002; 4- Birgün, 22.09.2008; 5- Akşam, 18.04.2007; 6- Birgün, 28.04.2007; 7- Evrensel, 21.03.2003; 8- Posta, 13.04.2007; 9- Radikal, 04.09.2001; 10- Radikal, 12.11.2009; 11- Hürriyet, 01.10.2005; 12- Radikal, 06.06.2009; 13- Radikal, 13.04.2007.

 

İqtibaslar:

  1. John Daniel, “Two Faces of Freemasonry”, Day Publishing, 2007, səh. 121.

Şərh üçün bağlıdır.

axtarış