• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Ambulocetus natans: pəncələrinə pərdə keçirilən saxta balina

 

 

 

 

Xəyali balina təkamülü sxemində pakicetusdan sonra gələn ikinci fosil ambulocetus natansdır. İlk dəfə 1994-cü ildə “Elm” (Science) jurnalında dərc olunan bir məqalə ilə xəbər verilən bu fosil də təkamülçülərin zorla “balinalaşdırılmaq” istədikləri quruda yaşayan canlıdır. Ambulocetus natans termini latınca ambulate (yerimək), cetus (balina) və natans (üzmək) sözlərinin birləşməsindən əmələ gəlmişdir və “yeriyən və üzən balina” mənasını verir. Canlının yeridiyi aşkardır, çünki bütün digər quru məməliləri kimi, onun da dörd ayağı, hətta bu ayaqlara bağlı geniş pəncələri və arxa pəncələrinin ucunda dırnaqları vardır. Ancaq canlının bir tərəfdən də suda üzdüyü, daha doğrusu həm quruda, həm də suda (amfibiya şəklində) yaşadığı iddiasının təkamülçülərin ön mühakimələrindən başqa heç bir əsası yoxdur. Bu mövzuda elmlə təxəyyül gücü arasındakı sərhədi görmək üçün təkamül nəzəriyyəsinin ən qabaqcıl müdafiəçilərindən biri olan və 2001-ci il, noyabr sayını “Balinaların təkamülü” təbliğatına həsr edən “National geographic”in ambulocetus uydurmasına bir nəzər salaq. Jurnalda dərc edilən ambulocetus rəsmi belədir:

Rəsmə diqqətlə baxsanız, quruda yaşayan canlı olan ambulocetusu “balinalaşdırmaq” üçün qurulmuş kiçik hiyləni asanlıqla görə bilərsiniz:

• Heyvanın arxa ayaqları yeriməyə yarayan ayaqlar olaraq deyil, üzməyə yarayan üzgəclər kimi təsvir edilmişdir. Əslində isə canlının ayaq sümüklərini tədqiq edən Karol bu canlının“quruda yaxşı yerimə bacarığına malik olduğunu” bildirir.

• Heyvanın ön ayaqlarına “fırça” görüntüsü vermək üçün üzməyə yarayan üzgəclər kimi təsvir edilmişdir. Əslində isə əldə olan ambulocetus fosillərindən belə bir nəticəyə gəlmək mümkün deyil. Fosil qeydlərində bu cür yumşaq toxumalar heç vaxt görünmürlər. Ona görə canlının skeletindn başqa xüsusiyyətləri üzərində aparılan bərpa işləri şübhəlidir. Bu da təkamülçülərin əlinə geniş təbliğat materialı verir.

Ambulocetusun yuxarıdakı göstərilən rəsmindəki kimi təkamülçülər tərəfindən edilən düzəlişlərlə istənilən canlını başqa canlıya bənzətmək mümkündür. İstəsəniz, meymun skeletini də ayaqlarını arxaya doğru çəkib “üzgəc” kimi göstərmək və barmaqları arasında pərdələr çəkməklə “balinaların əcdadı olan primat” kimi təqdim edə bilərsiniz.

Ambulocetus fosili üzərində edilən bu rəsm hiylələrinin əsassızlığı elə “National geographic”in eyni sayında dərc edilən aşağıdakı rəsmdən də məlum olur:

 

 

 

 

 

“National geographic” canlının skeletinin rəsmini yayımlayarkən istər-istəməz bərpa edilmiş rəsmdəki“balinalaşdırıcı” düzəlişlərdən əl çəkmək məcburiyyətində qalmışdır. Canlının ayaq sümükləri, skeletin açıq şəkildə göstərdiyi kimi, onun quruda daşıya biləcək quruluşdadır. Ayaqlarında isə xəyali“pərdələrdən” əsər-əlamət yoxdur. Yeriyən balina nağılının əsassızlığı

Əslində nə pakicetusun, nə də ambulocetusun balinalarla qohumluq əlaqələri olduğuna dair heç bir dəlil yoxdur. Bunlar sadəcə nəzəriyyələrinə əsasən, dəniz məməliləri üçün quruda yaşayan bir əcdad tapmaq məcburiyyətində olan təkamülçülərin bəzi məhdud bənzərliklərə əsaslanaraq müəyyən etdikləri “əcdad namizədləridir”. Bu canlıların özləriylə çox yaxın geoloji dövrdə fosil qeydlərində üzə çıxan dəniz məməliləri ilə əlaqələrinin olduğunu göstərən heç bir dəlil yoxdur.

Təkamül sxemində pakicetus və ambulocetusun ardınca sözügedən dəniz məməlilərinə keçilir və procetus, rodhocetus kimi archaeocetea (nəsli kəsilmiş balina) növləri düzülür. Sözügedən canlılar həqiqətən də suda yaşayan nəsli kəsilmiş məməlilərdir (bir az sonra bu mövzuya da toxunacağıq). Ancaq pakicetus və ambulocetus ilə bu dəniz məməliləri arasında çox böyük anatomik fərqlər var. Canlıların fosilləri təhlil edildikdə onları bir-biriləri ilə əlaqələndirən “ara keçid formalar” olmadığı açıq şəkildə görünür:

• Quruda yaşayan dördayaqlı məməli olan ambulocetusda onurğa çanaq (pelvis) sümüyündə bitir və bu sümüyə bağlanan güclü ayaq sümükləri uzanır. Bu tipik quru məməlisinin anatomiyasıdır. Balinalarda isə onurğa quyruğa qədər davam edir və onlarda çanaq sümüyü yoxdur. Belə ki, ambulocetusdan 10 milyon il sonra yaşadığı hesab edilən basilosaurus eynilə bu anatomiyaya malikdir. Yəni tipik balinadır. Tipik quru canlısı olan ambulocetus ilə tipik balina olan basilosaurus arasında isə heç bir “ara keçid forma” yoxdur.

• Basilosaurusun və kaşalot onurğalarının alt hissəsində onurğadan ayrı kiçik sümüklər yerləşir. Təkamülçülər bunların “rudiment ayaqlar” olduğunu iddia edirlər. Lakin sözügedən sümüklər basilosaurusda “cütləşmə vəziyyətini almağa kömək edir”, kaşalotda isə “çoxalma orqanlarına dəstək olur”. Onsuz da çox mühüm funksiyanı yerinə yetirən skelet hissələrini başqa bir funksiyanın“rudiment orqanı” kimi tərif etmək təkamülçü ön mühakimədən başqa bir şey deyil.

Nəticədə dəniz məməlilərinin quru məməliləri ilə aralarında “ara keçid forma” olmadan, özünəməxsus quruluşları ilə ortaya çıxdıqları həqiqəti dəyişmir. Ortada heç bir təkamül zənciri yoxdur. Robert Karol bu həqiqəti istəmədən və təkamülçü dillə də olsa, belə qəbul edir: “Birbaşa balinalara uzanan mesonixid zənciri qurmaq mümkün deyil”. Balinaları öyrənən məşhur mütəxəssis olan rus elm adamı Q.A.Mkedlidze də təkamülçü olmasına baxmayaraq, pakicetus, ambulocetus natans və onlara bənzər dördayaqlı “balina əcdadı namizədləri”nin bu şəkildə tərif edilməsi ilə razı deyil və onları tamamilə ayrı bir qrup kimi tərif edir.

Şərh üçün bağlıdır.

axtarış