• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

GERÇƏK TƏBİƏT TARİXİ -I-­ (Onurğasızlardan Sürünənlərə)

TƏBİƏT TARİXİ anlayışı bəzi insanlara təkamül nəzəriyyəsini xatırladır. Bunun səbəbi bu istiqamətdə aparılan təbliğatdır. Bir çox ölkədə təbiət tarixi muzeyləri materialist təkamülçü bioloqların nəzarətindədir və bu muzeylərdəki materiallar da onlar tərəfindən şərh edilir. Tarixən yaşamış canlılar və bu canlılara aid fosil izləri daima darvinist məfhumlarla birlikdə xatırlanır. Bunun bir nəticəsi kimi, bir çox insan təbiət tarixini nəzərdən keçirdikdə “təkamül” adlanan anlayışla qarşılaşacağını düşünür.

Lakin həqiqətlər çox fərqlidir. Təbiət tarixi bizlərə müxtəlif canlı siniflərinin yer üzündə heç bir “təkamül” olmadan bir anda və kompleks formaları ilə birlikdə meydana gəldiyini göstərir. Müxtəlif canlı növləri müstəqil şəkildə, aralarında heç bir “keçid forma” olmadan üzə çıxmışlar.

Bu fəsildə fosil qeydlərinə əsaslanaraq təbiətin gerçək tarixini təhlil edəcəyik.

Canlıların təsnifatı

Canlılar bioloqlar tərəfindən təsnif olunurlar. “Taksonomiya” və ya “sistematika” adlanan bu təsnifatın tarixi Linney kimi tanınan XVIII əsrin isveçli elm xadimi Karl fon Linneyə qədər gedib çıxır. Linneyin tərtib etdiyi təsnifat sistemi dövrümüzə qədər təkmilləşdirilərək davam etmişdir.

Bu təsnifatda iyerarxik kateqoriyalar var. Canlılar əvvəlcə “aləm”lərə ayrılırlar, bitkilər və ya heyvanlar aləmi kimi. Sonra bu aləmlər öz daxilində tiplərə (və ya şöbələrə) bölünür. Tiplər də alt qruplara ayrılır. Təsnifat yuxarıdan aşağıya doğru belədir:

  • Aləm (Kingdom)
  • Tip/şöbə (Phylum)
  • Sinif (Class)
  • Dəstə/sıra (Order)
  • Fəsilə (Family)
  • Cins (Genus)
  • Növ (Species)

Bu gün bioloqların əksəriyyəti beş (və ya altı) ayrı aləm olduğunu qəbul edir. Bitkilər və heyvanlardan başqa, göbələklər, Protista (fitoplanktonlar və amöb kimi hüceyrə nüvəsi olan təkhüceyrəlilər) və Monera (bakteriyalar kimi hüceyrə nüvəsi olmayan təkhüceyrəlilər) hər biri ayrı aləm hesab edilir. Bəzən bakteriyalar eubakteriya və arxeobakteriya adlanan iki yarımqrupa ayrılırlar, bəzən də eubakteriya, arxeobakteriya və eukariot şəklində üç aləmə bölünürlər. Bu aləmlərin ən mühümü, şübhəsiz, heyvanlar aləmidir. Heyvanlar aləminin öz daxilindəki ən böyük təsnifat isə əvvəldə də bildirdiyimiz kimi, müxtəlif tiplərdir. Bu tiplər müəyyən edilərkən hər birinin tamamilə fərqli bədən quruluşlarına malik olduqları nəzərə alınmışdır. Məsələn, artropodlar (həşəratlar, hörümçəklər və digər buğumayaqlılar) ayrıca bir tipdir və tipə daxil edilən bütün canlılar, əsasən, bənzər bədən quruluşuna malikdirlər. Chordata (xordalılar) adlandırılan tip isə notoxord (rüşeymin arxa tərəfində onurğanı təşkil edən hüceyrə yığınının əmələ gətirdiyi uzun xorda) və ya əsasən, onurğaya malik olan canlıları əhatə edir. Bizim üçün tanış olan balıqlar, quşlar, sürünənlər, məməlilər kimi onurğaya malik olan heyvanların hamısı xordalıların yarımtipi olan onurğalılar kateqoriyasına daxildir.

Təqribən 35 fərqli canlı tipi arasında osminoqlar kimi yumşaqbədənli canlıları əhatə edən molyuskalar tipi və ya sap qurdların daxil olduğu Nematoda tipi kimi çox fərqli kateqoriyalar var. Bu kateqoriyaların ən mühüm xüsusiyyəti isə əvvəldə də bildirdiyimiz kimi, tamamilə fərqli bədən quruluşlarına malik olmalarıdır. Tiplərin yarımkateqoriyaları, əsasən, bənzər bədən quruluşlarına malikdir, amma tiplər bir-birlərindən çox fərqlidir.

Bioloji təsnifat haqqındakı bu ümumi məlumatdan sonra indi də bu tiplərin necə və nə zaman yer üzündə üzə çıxdıqları sualına cavab verək.

Fosillər “həyat ağacı”nı təkzib edir…

Əvvəlcə, darvinizmin bu mövzudakı fərziyyəsini nəzərdən keçirək. Məlum olduğu kimi, darvinizm canlıların bir ortaq əcdaddan törədiyini və kiçik dəyişikliklərlə müxtəlifləşdiyini irəli sürür. Bu təqdirdə canlılar lap əvvəldən bir-birinə çox bənzər və ibtidai formalarda ortaya çıxmış olmalıdır. Yenə eyni iddiaya əsasən, canlıların bir-birlərindən fərqlənməsi və kompleksliklərinin artması da zaman ərzində paralel baş verməlidir.

Qısa desək, darvinizmə əsasən, canlılar bir kökdən gələn, ancaq sonra budaqlara ayrılan ağac kimi olmalıdır. Belə ki, bu fərziyyə darvinist mənbələrdə israrla vurğulanır və “həyat ağacı” (tree of life) anlayışı tez-tez işlədilir. Bu həyat ağacına əsasən, canlılar arasındakı ən əsas təsnifat vahidi olan tiplər də sol tərəfdəki sxemdə göründüyü kimi, mərhələli şəkildə ortaya çıxmış olmalıdır.

Darvinizmə əsasən əvvəlcə bir tip əmələ gəlməli, sonra digər tiplər kiçik dəyişikliklərlə və uzun zaman kəsikləri ərzində yavaş-yavaş meydana çıxmalıdır. Darvinizmin bu fərziyyəsinə əsasən, heyvan tiplərinin sayında da mərhələli artım baş verməlidir. Yan tərəfdəki şəkil darvinist fərziyyələrə əsasən, heyvan tiplərində nəzərdə tutulan mərhələli say artımını göstərir.

Darvinizmə əsasən, canlılar bu şəkildə inkişaf etməlidirlər. Yaxşı bəs, həqiqətən, bu belə olub?

Qətiyyən yox. Əksinə, heyvanlar ilk dəfə üzə çıxdıqları dövrdən etibarən çox fərqli və çox kompleksdirlər. Bu gün məlum olan bütün heyvan tipləri yer üzündə eyni anda Kembri dövrü kimi tanınan geoloji dövrdə üzə çıxmışlar. Kembri dövrü bundan 541-485 milyon il əvvəli təsvir edən təxminən 55 milyon illik geoloji dövrdür.

Əsas heyvan qrupları Kembri dövrünün “Kembri partlayışı” adlandırılan daha qısa yarım dövründə ani surətdə üzə çıxmışdır. Stiven Meyer, Pol A.Nelson və Pol Çen dərin elmi-ədəbi tədqiqata əsaslanan 2001-ci il tarixli məqalələrində “Kembri partlayışı geoloji dövrün 5 milyon ildən artıq davam etməyən, çox dar zaman intervalında əmələ gəlmişdir” yazırlar.56

Bu dövrdən əvvəlki fosil qeydlərində təkhüceyrəli canlılar və çox bəsit bir neçə çoxhüceyrəlidən başqa heç bir canlı izinə rast gəlinmir. Kembri dövrü kimi olduqca qısa dövr ərzində isə (5 milyon il geoloji cəhətdən çox qısa zaman kəsiyidir) bütün heyvan tipləri heç bir çatışmazlıq olmadan bir anda üzə çıxmışlar!

Kembri qayalıqlarında tapılan fosillər ilbizlər, trilobitlər, süngərlər, qurdlar, meduzalar, dəniz ulduzları, qabıqlı dəniz canlıları və dəniz zanbaqları (Crinoidea) kimi çox fərqli canlılara aiddir. Bu təbəqədəki canlıların əksəriyyətində dövrümüzdə yaşayan nümunələrindən heç bir fərqi olmayan göz, qəlsəmə, qan dövranı kimi kompleks sistemlər, təkmil fizioloji formalar nəzərə çarpır. Bu formalar həm çox kompleks, həm də çox fərqlidir. “Science news” yazıçılarından biri olan Riçard Monestarski Kembri partlayışı haqqında belə məlumat verir:

Yarım milyard il əvvəl… Bu gün gördüyümüz olduqca kompleks heyvan formaları ani surətdə üzə çıxmışlar. Bu an 550 milyon il əvvəl Kembri dövrünün məhz başlanğıcına uyğun gəlir ki, dənizlərin və yer üzünün ilk kompleks məxluqlarla dolması bu təkamül xarakterli partlayışla başlamışdır. Dövrümüzdə dünyanın hər tərəfinə yayılmış onurğasız heyvan qrupları erkən Kembri dövründə artıq mövcud idi və dövrümüzdə olduğu kimi bir-birlərindən çox fərqli idilər.57

Eyni məqalədə Çinin Çentszyan ərazisindəki Kembri təbəqələrini tədqiq edən paleontoloq Jan Berqstrom belə deyir: “Çentszyan faunası dövrümüzdəki böyük heyvan tiplərinin erkən Kembri dövründə artıq mövcud olduğunu və bu gün olduğu kimi bir-birlərindən çox fərqli olduğunu üzə çıxarır”.58

Dünyanın anidən bir-birindən çox fərqli canlı tipləri ilə necə dolub-daşması, heç bir ortaq əcdada malik olmayan fərqli canlıların necə meydana gəlməsi təkamül nəzəriyyəsinin heç vaxt cavablandıra bilmədiyi suallardır. Darvinizmin dünya səviyyəsində ən qabaqcıl tərəfdarlarından biri olan ingilis bioloq Riçard Dokinz bu həqiqət haqqında belə deyir:

… Kembri təbəqələri əsas onurğasız canlı qruplarını tapdığımız ən qədim təbəqələrdir. Bunlar ilk dəfə ortaya çıxdıqları kimi həddindən artıq təkamül keçirmiş şəkildədirlər. Sanki heç bir təkamül tarixinə malik olmadan, o vəziyyətdə orada meydana gəliblər.59

Darvinizmin dünya səviyyəsindəki ən məşhur tənqidçilərindən biri olan Berkli və Kaliforniya Universitetinin professoru Filip Conson paleontologiyanın üzə çıxardığı bu həqiqətin darvinizmlə açıq-aşkar ziddiyyət təşkil etdiyini belə açıqlayır:

Darvinist nəzəriyyə canlıların bir növ “getdikcə genişlənən fərqlilik üçbucağı” çərçivəsində inkişaf etdiyini irəli sürür. Bu nəzəriyyəyə əsasən, canlılar ilk canlı orqanizmdən və ya ilk heyvan növündən başlayaraq getdikcə müxtəlifləşmiş və bioloji təsnifatın daha yuxarı kateqoriyalarını əmələ gətirmişdir. Amma heyvan fosilləri bizə bu üçbucağın, əslində, başıaşağı dayandığını göstərir: tiplər elə ilk anda birlikdə var olmuşlar, sonra getdikcə sayları azalmışdır.60

Filip Consonun qeyd etdiyi kimi, canlı tiplərinin mərhələli şəkildə əmələ gəlməsi bir tərəfə qalsın, bütün tiplər bir anda mövcud olmuşdur, hətta sonrakı dövrlərdə bəzilərinin nəsli kəsilmişdir. 53-cü səhifədəki qrafiklər fosil qeydlərinin tiplərin mənşəyi haqqında üzə çıxardığı bu həqiqəti göstərir:

Göründüyü kimi, Kembridən əvvəlki (Prekembri) dövrdə ancaq təkhüceyrəli canlılardan təşkil olunmuş üç fərqli tip var. Kembri dövründə isə 60-100 arasında fərqli heyvan tipi bir anda ortaya çıxmışdır. Sonrakı dövrlərdə isə bu tiplərin bir qisminin nəsli kəsilmiş, dövrümüzə qədər sadəcə bəzi tiplər gəlib çıxmışdır.

Elmi yazıçı Rocer Levin darvinizmin həyatın tarixi haqqındakı bütün fərziyyələrini məhv edən bu qeyri-adi vəziyyətdən belə bəhs edir:

“Heyvanların ümumi tarixindəki ən mühüm təkamül xarakterli hadisə” kimi tanınan Kembri partlayışı daha sonra da varlıqlarını qoruyacaq bütün əsas canlı formalarını (tiplərini) üzə çıxarmışdır. Bunların bir qisminin daha sonra nəsli kəsilmişdir. Hal-hazırda mövcud olan 30 fərqli heyvan tipi ilə müqayisə edildikdə Kembri partlayışının təqribən 100-ə qədər fərqli tipi üzə çıxardığı təxmin edilir.61

Börcess Şeyl fosil yatağı

Levin darvinizmə olan sədaqəti naminə Kembri dövründəki bu qeyri-adi hadisəni “təkamül xarakterli hadisə” kimi tanıtmağa davam edir, amma əldə olan tapıntıların təkamüllə heç bir əlaqəsi yoxdur. Maraqlısı budur ki, yeni fosil tapıntıları təkamül nəzəriyyəsinin Kembri problemini getdikcə daha da böyüdür.

Məşhur elmi jurnal olan “Trends in genetics” (TIG) 1999-cu il fevral tarixli sayında bu mövzudan bəhs edir. Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən Börcess Şeyl adlı fosil yatağındakı Kembri dövrü fosillərindən bəhs edilən məqalədə bu ərazidəki fosil tapıntılarının təkamül nəzəriyyəsinə görə heç cür izah oluna bilinmədiyi qəbul edilir.

Börcess Şeyldəki sözügedən fosil yatağı dövrümüzün mühüm paleontoloji tapıntılarından biri hesab edilir. Kembri dövrünə adi bu canlı fosillərinin xüsusiyyəti çox fərqli şöbələrə aid olmaları və əvvəlki təbəqələrdə heç bir əcdadları olmadan bir anda ortaya çıxmalarıdır. “TIG” jurnalı darvinizmin qarşısındakı bu böyük paleontoloji problemi belə ifadə edir:

Kiçik bir məkanda tapılmış bu fosillərin təkamül biologiyasındakı bu böyük problemlə əlaqədar qızğın mübahisənin tam mərkəzində yer alması olduqca qəribə görünə bilər. Lakin bu mübahisələrə səbəb olan şey Kembri dövründə yaşayan heyvanların fosil qeydlərində təəccüblü dərəcədə çox və birdən-birə üzə çıxmalarıdır. Radiometrik tarixləndirmənin qəti nəticələri və ya getdikcə artan yeni fosil tapıntıları isə bu bioloji inqilabın aniliyini və sahəsini kəskinləşdirmişdir. Canlılar aləmindəki bu böyük dəyişiklik bir açıqlama tələb edir. İndiyə qədər bir çox tezis irəli sürülsə də, heç biri inandırıcı olmamışdır.62

“Heç biri inandırıcı olmayan” bu fikirlər təkamülçü paleontoloqlara aiddir. “TIG” jurnalı bu mövzuda iki məşhur nüfuzlu şəxsdən bəhs edir: Stiven C.Quld və Saymon Konvey Morris. Hər ikisi də Börcess Şeyldəki “ani surətdə üzə çıxma”nı təkamüllə açıqlamaq üçün kitab yazmışdır. Quldun kitabı “Qəribə həyat” (Wonderful life), Morrisin kitabı isə “Yaradılış küpü: Börcess Şeyl və canlıların meydana gəlməsi” (The crucible of greation: The Burgess Shale and the rise of animals) adlanır. Ancaq bu iki müəllifin heç biri “TIG” jurnalının vurğuladığı kimi, nə Börcess Şeyl fosillərini, nə də ümumiyyətlə, Kembri dövrünə aid digər fosil qeydlərini heç cür açıqlaya bilmir.

Bütün tiplərin eyni anda üzə çıxması

Kembri partlayışı tədqiq edildikcə onun təkamül nəzəriyyəsi üçün nə qədər çətin, çıxılmaz vəziyyət olduğu açıq-aşkar üzə çıxır. Son illərdəki tapıntılar ən əsas heyvan kateqoriyası olan tiplərin, demək olar ki, hamısının Kembri dövründə ani surətdə ortaya çıxdığını göstərir. “Science” (Elm) jurnalında 2001-ci ildə dərc edilən bir məqalədə: “Təqribən 545 milyon il əvvəl yaşanmış Kembri dövrünün başlanğıcı bu gün hələ də canlılar aləminə hakim olan, demək olar ki, bütün heyvan növlərinin (filumların) fosil qeydlərində ani surətdə ortaya çıxmasına səhnə oldu”, -deyilir.63 Eyni məqalədə bu cür kompleks və bir-birindən tamamilə fərqli canlı qruplarının təkamül nəzəriyyəsinə görə açıqlanması üçün əvvəlki dövrlərə aid çox zəngin və mərhələli inkişafı göstərən fosil yataqlarının olmasının lazım gəldiyi, amma bundan əsər-əlamət olmadığı belə açıqlanır: “Bu müxtəlifləşən təkamül və yayılma da özündən daha əvvəl yaşamalı olan bir qrup canlının mövcud olmasını tələb edir, amma buna dair bir fosil dəlili yoxdur.”64

Kembri dövrü fosillərinin ortaya qoyduğu bu mənzərə təkamül nəzəriyyəsinin fərziyyələrini təkzib edərkən bir tərəfdən də fövqəltəbii yaradılışla var olduqlarını göstərən çox önəmli bir dəlildir. Təkamülçü bioloq Duqlas Futuyma bu həqiqəti belə açıqlayır:

Canlılar dünyada ya tamamilə mükəmməl və tam şəkildə üzə çıxmışdırlar, ya da özlərindən əvvəl mövcud olan bəzi canlı növlərindən təkamül yolu ilə meydana gəlmişlər. Əgər tam və mükəmməl şəkildə ortaya çıxmışlarsa, deməli, üstün bir Ağıl tərəfindən yaradılmışdırlar.65

Göründüyü kimi, fosil qeydləri canlıların təkamülün iddia etdiyi kimi ibtidaidən aliyə doğru bir proses keçirdiyini yox, bir anda və ən mükəmməl şəkildə üzə çıxdıqlarını göstərir. Bu isə canlıların şüursuz təbii proseslərlə deyil, şüurlu yaradılışla var olduğuna dəlildir. Nyu-York Steyt Universitetindən ekologiya və təkamül professoru Cefri S.Levinton “Elmi amerikan” (Scientific american) jurnalında yazdığı “Heyvan təkamülünün Biq Bənqi” adlı bir məqaləsində bu həqiqəti istəmədən də olsa, qəbul edir və: “Kembri dövründə çox xüsusi və sirli yaradıcı gücün varlığını görürük”, -deyir.66

Molekulyar müqayisələr təkamülün Kembri müəmmasını dərinləşdirir

Təkamül nəzəriyyəsini Kembri partlayışı ilə əlaqədar çıxılmaz vəziyyətə salan digər həqiqət isə fərqli canlı kateqoriyaları arasında aparılan genetik müqayisələrdir. Bu müqayisələrin nəticələri təkamülçü bioloqların yaxın dövrə qədər “yaxın qohum” hesab etdikləri heyvan kateqoriyalarının genetik cəhətdən çox fərqli olduqlarını üzə çıxarır, beləliklə, onsuz da, yalnız nəzəriyyə şəklində mövcud olan “keçid forma” fərziyyələrini kökündən məhv edir. “Proceedings of the National Academy of Sciences” jurnalında 6 alimin imzası altında dərc olunmuş 2000-ci il tarixli bir məqalədə DNT analizlərinin “bir vaxtlar keçid forma hesab edilən” kateqoriyaları bu siyahıdan çıxardığı belə açıqlanır:

DNT ardıcıllığı təhlilləri filogenetik ağacların yeni şərhini zəruri edir. Bir vaxtlar Metazoa (çoxhüceyrəli heyvanlar) ağacının ən aşağısında duran və ardıcıl mərhələlər nümayiş etdirdiyi hesab edilən təsnifat vahidləri həmin ağacın olduqca yuxarı mövqelərinə doğru yerlərini dəyişir. Bu, təkamül üçün heç bir “keçid forma” saxlamır və ikitərəfli simmetriyalı orqanizmlərin kompleksliyinin mənşəyi barədə bizi yenidən düşünməyə vadar edir.67

Eyni məqalədə təkamülçü müəlliflər daha əvvəl süngərlər, bağırsaqboşluqlular, daraqlılar kimi onurğasız dəniz canlıları qrupları arasında “keçid forma” hesab etdikləri bəzi kateqoriyaların yeni genetik məlumatlar səbəbi ilə artıq belə hesab edilməyəcəklərini bildirir və bu cür təkamül ağacları uydurma məsələsində artıq “ümidlərini itirdikləri”ni belə ifadə edirlər:

Yeni molekulyar əsaslı filogeniyanın gəldiyi bəzi mühüm nəticələr var. Bunların içində ən əhəmiyyətlisi süngərlər, bağırsaqboşluqlular, daraqlılar və ikitərəfli simmetriyalı orqanizmlərin ümumi əcdadı olan “Urbilateria”nın arasındakı “keçid forma” kateqoriyalarının aradan qalxmasıdır… Bunun təbii bir nəticəsi kimi də Urbilateria-ya gedən budaqda çox iri boşluğumuz var. Hazırda yaşayan “primitiv” nəsillərin anatomiyasına əsaslanaraq ardıcıl mərhələlərlə artan komplekslik üzrə ssenari qurmaq, bununla da “selomu (bədən boşluğu) olan heyvanların əcdadı”nın quruluşunu yenidən təsvir etmək ümidimizi itirmişik – bu, köhnə təkamülçü düşüncə tərzində adi hala çevrilib.68

Trilobitlər və Darvin

Kembri dövründə ani surətdə üzə çıxan müxtəlif canlı tiplərinin ən maraqlılarından biri sonradan nəsli kəsilmiş trilobitlərdir. Buğumayaqlılar tipinə daxil olan trilobitlər bərk qabıqları, buğumlu bədənləri və kompleks orqanları ilə çox mürəkkəb canlılardır. Fosil qeydləri trilobitlərin gözləri haqqında da çox ətraflı məlumatlar əldə edilməsini təmin etmişdir. Bir trilobit gözü yüzlərlə kiçik pətək gözdən ibarətdir və bu pətək gözlərdən hər birinin içində cüt göz bülluru var. Bu göz quruluşu əsl yaradılış möcüzəsidir. Harvard, Roçester və Çikaqo universitetlərindən geologiya professoru Devid Roup: “450 milyon il əvvəl yaşamış trilobitlərin gözündə ancaq dövrümüzdə yaxşı təhsil almış və təxəyyülü olduqca güclü olan optika mühəndisi tərəfindən təkmilləşdiriləcək qədər mükəmməl dizayn vardır”, -deyir.69

Budur, sadəcə trilobitlərin bu qeyri-adi kompleks quruluşu belə darvinizmi tək başına əsassız edir. Çünki daha əvvəlki geoloji dövrlərdə bu canlılara bənzər heç bir kompleks canlı yaşamamışdır və bu da göstərir ki, trilobitlər heç bir təkamül prosesi olmadan üzə çıxmışdırlar. “Elm” (Science) jurnalındakı 2001-ci il tarixli bir məqalədə belə deyilir:

Buğumayaqlı filogeniyalarının kadist təhlilləri (müqayisəli anatomiyaya əsaslanan üsullarla aparılan təhlillər) trilobitlərin Eucrustacea kimi buğumayaqlı ağacındakı olduqca təkmil “budaqlar” olduğunu göstərir. Bu iddia edilən təkmil buğumayaqlı əcdadların varlığına dair isə heç bir fosil yoxdur… (Trilobitlərin) daha qədim mənşəyi olduğu kəşf edilsə belə, yenə də Kembri dövrünün əvvəlindəki bu qısa zaman kəsiyində nə üçün bu qədər çox heyvanın bədən ölçüsü baxımından böyüdüyünü və qabıq qazandığını açıqlamaq problem olaraq qalacaqdır.70

Kembri dövründəki bu qeyri-adi vəziyyət Çarlz Darvin “Növlərin mənşəyi”ni qələmə alarkən də az-çox məlum idi. O dövrün fosil qeydlərində də Kembri dövründə canlıların birdən-birə ortaya çıxdığı müşahidə edilmiş, trilobitlərin və digər bəzi onurğasızların ani surətdə üzə çıxdıqları müəyyən edilmişdi. Buna görə Darvin “Növlərin mənşəyi” adlı kitabında bu mövzuya toxunmaq məcburiyyətində qaldı. O dövrlərdə Kembri dövrü Silur dövrü adlandırılırdı. Darvin isə “məlum olan qədim fosil qeydlərində fərqli növlərin ani surətdə üzə çıxmasına dair” başlığı altında bu mövzuya toxunmuş və Silur dövrü haqqında belə yazmışdı:

Beləliklə, əgər mənim nəzəriyyəm doğrudursa, ən qədim Silur təbəqəsinin əmələ gəlməsindən əvvəl çox uzun zaman kəsikləri keçməlidir, Silur dövründən bu günə qədər keçmiş zaman qədər uzun zaman kəsikləri. Lakin hələ də məlum olmayan bu zaman kəsikləri ərzində dünya canlı məxluqlarla dolub-daşmış olmalıdır. Bu böyük zaman kəsiklərinə aid fosil qeydlərini nə üçün tapa bilməməyimiz sualına isə verəcək qənaətbəxş cavabım yoxdur.71

Darvin: “Əgər nəzəriyyəm doğrudursa, dünya Silur (Kembri) dövründən əvvəl yaşayan canlılarla dolub-daşmalıdır”, -demişdi. Bu canlıların nə üçün heç bir fosili olmaması sualına isə bütün kitabı boyu təkrarladığı “fosillər çox azdır” bəhanəsilə cavab tapmağa çalışmışdı. Amma bu gün fosil qeydlərinin kifayət qədər olduğu və Kembri dövrü canlılarının əcdadları olmadığı üzə çıxmışdır. Bu isə Darvinin: “Əgər nəzəriyyəm doğrudursa”, -deyə başladığı cümləsini əksinə çevirməyimizi tələb edir; Darvinin fərziyyələri əsasını tapmamışdır və ona görə də nəzəriyyəsi doğru deyil.

Kembri dövrünə aid qeydlər həm trilobitlər kimi kompleks canlı orqanizmlərlə, həm də çox fərqli canlı orqanizmlərinin eyni anda ortaya çıxması ilə darvinizmi təkzib edir. Darvin kitabında: “Əgər eyni sinifə aid çox saydakı növ, həqiqətən, həyata bir anda və birlikdə başlayıbsa, bu təbii seçmə ilə ortaq əcdaddan təkamül keçirmə nəzəriyyəsinə öldürücü zərbə olar”, -deyə yazmışdır.72 Kembri dövründə isə əvvəlcədən də bildirdiyimiz kimi, növlər kimi bənzər kateqoriyalar bir tərəfə, 60-100 müxtəlif fərqli heyvan tipi həyata bir anda və birlikdə başlamışdır. Bu tam mənada Darvinin “öldürücü zərbə” kimi tərif etdiyi mənzərəni sübut edir. Buna görə isveçli paleontoloq Stefan Benqston Kembri dövründən bəhs edərkən: “Darvini təəccübləndirən və utandıran bu hadisə bizi də təəccübləndirir”, -deyir.73

Trilobitlər haqqında digər məsələ də bu canlılardakı 530 milyon illik pətək (fasetli) göz sisteminin bu günə qədər heç dəyişmədən gəlib çatmasıdır. Arı və ya iynəcə kimi dövrümüzdə yaşayan bəzi həşəratlar da eyni göz quruluşuna malikdir.74 Bu tapıntı təkamül nəzəriyyəsinin canlıların ibtidaidən aliyə doğru inkişaf etməsi iddiasına da “öldürücü zərbə” vurur.

Onurğalı canlıların təkamülü iddiası

Kembri dövründə ani surətdə üzə çıxan heyvan tiplərindən biri əvvəldə bildirdiyimiz kimi, mərkəzi sinir sisteminə malik olan Chordata (xordalılar) tipidir. Chordata və ya dilimizdəki qarşılığı ilə xordalıların yarımtipi isə onurğalılardır. Balıqlar, amfibiyalar (suda-quruda yaşayanlar), sürünənlər, quşlar və məməlilər kimi əsas siniflərə ayrılan onurğalılar, şübhəsiz, heyvanlar aləminin ən mühüm canlılarını təşkil edirlər.

Təkamülçü paleontoloqlar hər canlı tipini başqa bir tipin təkamül xarakterli davamı kimi görməyə çalışdıqları üçün xordalıların başqa bir onurğasız tipindən təkamül yolu ilə əmələ gəldiyini iddia edirlər. Ancaq bütün tiplər kimi, xordalılar tipinin üzvlərinin də Kembri dövründə üzə çıxması bu iddianı elə başından əsassız hala salır.

Əvvəlki səhifələrdə bildirdiyimiz kimi, 1999-cu ildə 530 milyon illik Kembri balıqları tapılmışdır və bu tapıntı təkamül nəzəriyyəsinin bu mövzudakı bütün iddialarının yanlış olduğunu isbat etmək üçün kifayətdir.

Kembri dövründə müəyyən edilən ən qədim xordalı isə Pikaia adlandırılan, uzun bədənə malik olan və ilk baxışda soxulcanları xatırladan dəniz canlısıdır.75 Pikaia öz əcdadı kimi irəli sürülən bütün digər tiplərdəki növlərlə eyni anda və heç bir keçid forma olmadan ortaya çıxmışdır. Təkamülçü bioloq prof. Mustafa Kuru “Onurğalı heyvanlar” adlı kitabında bu keçid forma yoxluğunu belə ifadə edir:

Xordalıların onurğasız heyvanlardan əmələ gəlməsinə şübhə yoxdur. Ancaq onurğasızlarla xordalılar arasındakı keçidi işıqlandıran bir fosilin tapılmaması bu mövzuda bir çox fərziyyənin irəli sürülməsinə səbəb olmuşdur.76

Əgər ortada bir keçid forma yoxdursa, necə olur ki, “bu təkamülün baş verdiyinə şübhə yoxdur” deyilə bilir? Bir fərziyyəni onu dəstəkləyən dəlil olmadığı halda, heç şübhə olmadan qəbul etmək elmi deyil, doqmatik davranışdır. Belə ki, cənab prof. Kuru yuxarıdakı ifadəsindən sonra onurğalıların mənşəyi haqqındakı təkamülçü fərziyyələrdən uzun-uzadı bəhs etdikdən sonra ortada bir dəlil olmadığını bir daha qəbul etmək məcburiyyətində qalır:

Xordalıların mənşəyi və təkamülü məsələsində yuxarıda bildirilən fikirlər hər hansı bir fosil qeydinə əsaslanmadığına görə, həmişə şübhə ilə qarşılanmışdır.77

Təkamülçü bioloqlar bəzən “xordalıların və digər onurğalıların mənşəyilə bağlı fosil tapılmamasının səbəbi onurğasız canlıların yumşaqtoxumalı olmaları və ona görə də fosil izi qoymamalarıdır” kimi açıqlama verirlər. Lakin əslində, bu açıqlama doğru deyil, çünki onurğasız canlılara aid də çox sayda fosil qalığı var. Kembri dövrü canlılarının, demək olar ki, hamısı onurğasızdır və bu növlərə aid on minlərlə fosil nümunəsi tapılmışdır. Məsələn, Kanadadakı Börcess Şeyl yatağında yumşaqtoxumalı bir çox canlının fosili var, alimlər Börcess Şeyl kimi bölgələrdə canlıların oksigen faizi çox aşağı olan palçıq təbəqələri ilə birdən-birə örtüldüklərini və bu sayədə yumşaqtoxumalıların dağılmadan fosilləşdiyini düşünürlər.78

Təkamül nəzəriyyəsi Pikaia kimi ilk xordalıların da zaman ərzində balıqlara çevrildiyini güman edir. Ancaq “xordalıların təkamülü” iddiasını dəstəkləyən hər hansı keçid forma fosili tapılmadığı kimi, “balıqların təkamülü” iddiasını dəstəkləyən fosil də yoxdur. Əksinə, bütün fərqli balıq kateqoriyaları fosil qeydlərində bir anda və heç bir əcdadları olmadan üzə çıxmışdırlar.

Robert Kerroll təkamülçülərin qədim dövr onurğalıları arasındakı müxtəlif siniflərin mənşəyi ilə əlaqədar düşdükləri çıxılmaz vəziyyəti belə etiraf edir:

Hələ də başıxordalılar və kəlləlilər arasındakı keçidlə bağlı heç bir dəlilimiz yoxdur. Onsuz da, kəlləlilərin fosillərdə saxlamasını gözlədiyimiz bütün əyani xüsusiyyətləri kifayət qədər məlumatımız olan ən qədim dövrə aid olan onurğalılar sərgiləyir. Çənəli onurğalıların mənşəyini üzə çıxaracaq məlum heç bir fosil yoxdur.79

Başqa bir təkamülçü paleontoloq Cerald T.Todd “Sümüklü balıqların təkamülü” adlı məqaləsində bu həqiqət qarşısında bu cür çarəsiz sualları sıralayır:

Sümüklü balıqların hər üç yarımqrupu da fosil qeydlərində təxminən eyni vaxtda üzə çıxırlar… Bəs bunların mənşəyi nədir? Bu cür geniş şəkildə fərqliləşmələrini təmin edən nə idi?… Nəyə görə daha əvvəlki keçid formalardan əsər-əlamət yoxdur?80

Quruda yaşayan canlıların təkamülü iddiası

Dördayaqlılar (tetrapodlar) quruda yaşayan onurğalı canlılara verilən ümumi addır. Bu təsnifata amfibiyalar, sürünənlər, quşlar və məməlilər daxildir. Təkamül nəzəriyyəsinə əsasən, dördayaqlılar suda yaşayan balıqlardan təkamül yolu ilə törəyiblər. Lakin bu iddia həm fizioloji və anatomik cəhətdən ziddiyyətlidir, həm də fosil qeydləri baxımından əsassızdır.

Bir balıq quruda yaşamağa uyğunlaşmaq üçün tənəffüs sistemi, ifrazat mexanizmi, skelet quruluşu kimi fərqli yerlərində çox böyük dəyişikliklər keçirməlidir. Qəlsəmələr ağciyərə çevrilməli, üzgəclər bədən ağırlığını daşıyacaq şəkildə ayaq xüsusiyyəti qazanmalı, orqanizmin artıqlarını təmizləmək üçün böyrəklər əmələ gəlməli, dəri maye itirməsinin qarşısını alan forma qazanmalıdır. Bütün bu dəyişikliklər baş vermədikcə bir balıq quruya çıxdıqda ən çox bir neçə dəqiqə yaşaya bilər.

Bəs quruda yaşayan canlıların mənşəyi təkamül nəzəriyyəsinə əsasən necə açıqlanır? Təkamülçü ədəbiyyata baxdıqda bu mövzuda bəzi səthi şərhlərin lamarkist məntiq daşıdığını görə bilərik. Məsələn, üzgəclərin ayaqlara çevrilməsi haqqında “üzgəclər balıqların quruda sürünməyə çalışması ilə yavaş-yavaş ayaq formasına çevrildi” kimi izahlar verilir. Türkiyənin qabaqcıl təkamülçü alimlərdən biri olan prof. Əli Dəmirsoy belə yazır: “Bəlkə, palçıqlı sularda sürünə-sürünə bu ağciyərli balıqların üzgəcləri bir müddət sonra amfibiya ayağı kimi formalaşmışdır.”81

Bu izahlar əvvəldə də bildirdiyimiz kimi, lamarkist məntiqə əsaslanır. Çünki izahın əsasında “istifadəyə yararlı orqanın təkmilləşməsi” və bunun sonrakı nəsillərə ötürülməsi anlayışları durur. Lamarkın bir əsr əvvəl elmdən kənarlaşdırılmış nəzəriyyəsi göründüyü kimi, hələ də təkamülçü bioloqların şüurunda böyük təsirə malikdir.

Sözügedən lamarkist və bu minvalla da, elmdən kənar ssenariləri bir kənara qoysaq, təbii seçmə və mutasiyaya əsaslanan ssenariləri təhlil etməliyik. Bu mexanizmləri düşündükdə isə sudan quruya keçid iddiasının tamamilə çıxılmaz vəziyyətdə olduğunu görürük.

Sudan quruya çıxan bir balığın quruya necə uyğunlaşdığını düşünək: əgər bu balıq tənəffüs sistemi, ifrazat mexanizmi, skelet quruluşu kimi fərqli cəhətlərdən çox sürətlə dəyişiklik keçirməsə, heç şübhəsiz, öləcəkdir. Elə bir mutasiya zənciri olmalıdır ki, bu, balığa dərhal bir ağciyər qazandırmalı, üzgəclərini ayaqlara çevirməli, ona böyrək əlavə etməli, dərisini su saxlayacaq formaya salmalıdır. Bu mutasiya zəncirinin bir heyvanın həyatı ərzində baş verməsi də labüddür.

Belə bir mutasiya zəncirini heç bir təkamülçü bioloq müdafiə etmir, çünki bu düşüncənin cəfəngliyi və qeyri-mümkünlüyü ortadadır. Bunun əvəzində təkamülçülər “ön adaptasiya” (pre-adaptation) anlayışını işlədirlər. Bunun mənası balıqların quruda yaşamaq üçün lazım olan dəyişiklikləri hələ suda yaşayarkən əldə etmələridir. Yəni bu nəzəriyyəyə əsasən, bir balıq növü hələ suda yaşayarkən və heç ehtiyacı yox ikən quruda yaşamasını təmin edən xüsusiyyətləri qazanmışdır. “Hazır” formaya düşdükcə isə quruya çıxıb burada yaşamağa başlamışdır.

Ancaq belə bir ssenarinin təkamül nəzəriyyəsinin öz fərziyyələri daxilində belə məntiqi yoxdur. Çünki dənizdə yaşayan bir canlının quruda yaşamağa uyğun xüsusiyyətlər qazanması onun üçün bir üstünlük olmaz. Ona görə də bu xüsusiyyətlərin təbii seçmə tərəfindən seçilib əmələ gəldiyini irəli sürməyin heç bir məntiqli əsası yoxdur. Əksinə, təbii seçmə “ön adaptasiya” keçirən bir canlını aradan çıxarmalıdır, çünki bu canlı quruda yaşamağa uyğun xüsusiyyətlər qazandıqca dənizdə yaşamaq üçün qeyri-uyğun formaya düşəcəkdir.

Qısa desək, “dənizdən quruya keçid” ssenarisi tamamilə çıxılmaz vəziyyətdədir. “Təbiət” (Nature) jurnalının redaktoru Henri Cinin bu ssenarini qeyri-elmi hekayə hesab etməsinin səbəbi budur:

Təkamüllə bağlı “itmiş halqalarla” əlaqədar ənənəvi hekayələr də bir-birilə ziddiyyət təşkil edir, çünki hadisələrin yeganə ehtimal olunan gedişatı var – hekayədə ifadə edilən. Əgər hekayənizdə bir qrup balığın necə quruya doğru iməklədiyi və ayaqlarının necə təkamül keçirdiyindən bəhs edilirsə, bunu ancaq bir dəfə baş verəcək hadisə kimi görməkdə çətinlik çəkirik, çünki hekayənin gedişatı budur. Hekayəyə ya etibar edəcəksiniz, ya da etməyəcəksiniz, başqa alternativ yoxdur.82

Təkcə təkamülün “mexanizmləri” deyil, fosil qeydləri və yaşayan tetrapodlar üzərində aparılan tədqiqatlar nəticəsində əldə edilən tapıntılar da təkamül nəzəriyyəsinin çıxılmaz vəziyyətdə olduğunu açıq şəkildə göstərir. Robert Kerroll: “Nə fosil qeydləri, nə də müasir fəsilə cinslərindəki irəliləyişlər üzərindəki elmi fəaliyyətlər hələ də tetrapodların bədəninə oynaqlarla bağlanan orqan cütlərinin necə təkamül keçirdiyinə dair tam fikir söyləyə bilir”, -deyə etiraf etmək məcburiyyətində qalır.83

Balıqlarla quruda yaşayan canlılar arasındakı keçidi göstərdiyi iddia edilən canlılar isə, əslində, müxtəlif balıq və suda-quruda yaşayan canlı növləridir, bunların heç birində keçid forması xüsusiyyəti yoxdur.

Təkamülçü təbiət tarixçiləri, əsasən, Rhipidistia, yaxud da selakant kateqoriyalarına aid balıqları dördayaqlıların əcdadı hesab edirlər. Bunlar pəncəüzgəclilər dəstəsinə aid balıqlardır və təkamülçüləri ümidləndirən yeganə xüsusiyyətləri üzgəclərinin digər balıqlara nisbətən “ətli” olmasıdır. Lakin bu balıqların heç biri keçid forması deyil və suda-quruda yaşayanlarla aralarında anatomik və fizioloji cəhətdən uçurumlar var.

Balıqların suda-quruda yaşayanların təkamül əcdadı hesab edilə bilməməsinin ən mühüm səbəblərindən biri aralarındakı çox böyük anatomik fərqlərdir. Bunun iki nümunəsi tetrapodların mənşəyi ilə bağlı təkamül ssenarilərinin çoxunda istifadə edilən Eusthenopteron (nəsli kəsilmiş balıq) və Acanthostegadır (nəsli kəsilmiş suda-quruda yaşayan). Robert Kerroll “Onurğalıların təkamül modelləri və prosesləri” (Patterns and processes of vertebrate evolution) adlı kitabında aralarında təkamül xarakterli əlaqə olduğu iddia edilən bu canlılar haqqında belə şərh verir:

EusthenopteronAcanthostega balıq və suda-quruda yaşayanlar arasındakı keçidin son mərhələsi hesab edilə bilər. Bu iki cins arasında müqayisəsi mümkün olan 145 anatomik xüsusiyyətdən 91-i quruda yaşamağa adaptasiya ilə əlaqədar fərqliliklər göstərmişdir… Bu, Paleozoy tetrapodlarının on beş əsas qrupunun mənşəyi ilə bağlı keçidlərin hər hansı birində üzə çıxan dəyişikliklərin sayından daha çoxdur.84

145 anatomik xüsusiyyətin üstündə 91 dəyişiklik… Təkamülçülər bütün bunların təqribən 15 milyon illik proses ərzində bir sıra təsadüfi mutasiya nəticəsində əmələ gəldiyinə inanırlar.85 Bu cür qeyri-mümkün bir ssenariyə inanmaq təkamül nəzəriyyəsini xilas etmək üçün lazım ola bilər, ancaq bu, elmə və məntiqə zidd inancdır. Eyni vəziyyət digər balıq-amfibiya (suda-quruda yaşayan) ssenariləri üçün də qüvvədədir. “Təbiət” (Nature) jurnalının redaktoru Henri Ci ixtiosteqa (Acanthostegaya çox bənzəyən xüsusiyyətləri olan nəsli kəsilmiş suda-quruda yaşayan) üzərində qurulmuş başqa bir ssenari haqqında belə şərh verir:

İxtiosteqanın balıqlar və daha sonrakı dövr tetrapodları arasındakı itmiş halqa olduğuna dair açıqlama daha çox qərəzlərimizi ortaya qoyur. Həqiqət bizim təsəvvür etdiyimizdən daha böyük, daha qəribə və daha fərqli olduğu zaman öz məhdud təcrübəmizi əsas götürərək məhdudlaşdırılmış fikri necə həqiqətin içinə yeritdiyimizi göstərir.86

Suda-quruda yaşayanların mənşəyi ilə başqa diqqətçəkən digər bir xüsusiyyət isə üç suda-quruda yaşayan kateqoriyasının ani surətdə üzə çıxmasıdır. R.Kerroll: “Qurbağalar, əsl ayaqsızlar (Caecilidae) və salamandraların ən qədim fosillərinin hamısı Erkən Yura dövründən Orta Yura dövrünə qədər müşahidə edilir. Hamısı hal-hazırda yaşayan xələflərinin mühüm xüsusiyyətlərindən çoxunu daşıyır”87, –deyir. Başqa sözlə, bu heyvanlar ani surətdə üzə çıxmışlar və o dövrdən bəri heç bir “təkamül”ə məruz qalmamışdırlar.

Selakant (Cœlacanth) haqqındakı təkamülçü spekulyasiyalar

Selakant təsnifinə aid olan balıqlar bir zamanlar balıqlar və suda-quruda yaşayanlar arasında keçid forma dəlili hesab edilirdi. Təkamülçü bioloqlar bu canlının fosillərinə əsaslanaraq canlının bədənində ibtidai (tam funksiya yerinə yetirməyən) ağciyər olduğunu irəli sürmüşdülər. Bu bir çox elmi mənbədə verilir, hətta selakantı dənizdən quruya çıxarkən göstərən rəsmlər də dərc edilirdi. Bütün bunlar canlının nəsli kəsilmiş növ olması fərziyyəsinə əsaslanırdı.

Ancaq 22 dekabr 1938-ci ildə Hind okeanında çox maraqlı kəşf edildi. 70 milyon il əvvəl nəsli kəsilmiş keçid forması kimi tanıdılan selakant ailəsinin Latimeria cinsinə aid canlı üzvü açıq okeanda ələ keçdi! Selakantın “canlı” nümunəsinin tapılması, şübhəsiz, təkamülçülər üçün böyük şok idi. Təkamülçü paleontoloq C.L.B.Smit: “Yolda dinozavrla qarşılaşsaydım, bundan daha az təəccüblənərdim”, -demişdi.88 Sonrakı illərdə başqa ərazilərdə də 200-dən çox selakant tutuldu.

Bu balıqların tutulmasıyla bu canlılar haqqındakı fərziyyələrin əsassızlığı da başa düşüldü. Selakant, iddiaların əksinə, nə ibtidai ağciyərə, nə də böyük beyinə malik idi. Təkamülçü tədqiqatçıların ibtidai ağciyər olduğunu düşündükləri orqan balığın orqanizmindəki yağla dolu üzvə qovuqcuğundan başqa bir şey deyildi.89 Habelə “sudan çıxmağa hazırlaşan sürünən namizəd” kimi tanıdılan selakantın, əslində, okeanın ən dərin sularında yaşayan və 180 metr dərinlikdən yuxarı qalxmayan balıq olduğu başa düşüldü.90

Bundan əlavə, selakantın təkamülçü KİV-lərdəki ad-sanı da aradan qalxdı. Piter Fori adlı təkamülçü paleontoloq “Təbiət” (Nature) jurnalında dərc edilən bir məqalədə bu barədə belə deyir:

Selakantların tetrapodların əcdadına yaxın olduğuna dair fikir uzun müddət boyu qəbul edildiyi üçün Latimerianın (canlı növünün) tapılması ilə balıqlardan suda-quruda yaşayanlara keçid haqqında birbaşa məlumatların əldə ediləcəyi ümid edilmişdi… Amma Latimerianın anatomiyası və fiziologiyası üzərində aparılan təhlillər fərz edilən bu əlaqənin sadəcə bir arzudan ibarət olduğunu və selakantın “itmiş halqa” kimi göstərilməsinin heç bir əsasının olmadığını üzə çıxardı.91

Beləliklə, balıqlar və suda-quruda yaşayanlar arasındakı yeganə keçid forma iddiası da əsassız oldu.

Sudan quruya keçid iddiasının fizioloji əngəlləri

Balıqların quruda yaşayan canlıların əcdadı olması iddiası fosil tapıntıları qədər anatomik və fizioloji təhlillər tərəfindən də təkzib edilmişdir. Dəniz canlıları ilə quru canlıları arasındakı böyük anatomik və fizioloji fərqləri təhlil etdikdə bu fərqlərin təsadüflərə əsaslanan mərhələli təkamül prosesi tərəfindən aradan qaldırılmasının mümkün olmadığını görərik. Sözügedən fərqlərin ən çox nəzərəçarpanlarını belə sadalamaq olar:

1.Ağırlığın daşınması. Dənizlərdə yaşayan canlılar öz ağırlıqlarını daşımaq kimi problemlə qarşılaşmırlar. Bədən quruluşları da bu cür funksiyaya uyğun deyil. Lakin quruda yaşayanların böyük əksəriyyəti enerjilərinin 40%-ni bədənlərini daşımaq üçün istifadə edirlər. Quru həyatına keçdiyi iddia edilən bir su canlısının bu enerji ehtiyacını təmin etmək üçün yeni əzələ və skelet quruluşuna ehtiyac hiss etməsi labüddür, lakin bu kompleks formaların təsadüfi mutasiyalarla əmələ gəlməsi qeyri-mümkündür.

Təkamülçülərin selakant və buna bənzər balıqları “quruda yaşayan canlıların əcdadı” kimi təsəvvür etmələrinin əsl səbəbi isə bu balıqların üzgəclərinin sümüklü olmasıdır. Bu sümüklərin zaman ərzində ağırlıq daşıyan ayaqlara çevrildiyini güman edirlər. Ancaq bu balıqların sümükləri ilə quru canlılarının ayaqları arasında çox mühüm fərq var: balıqlardakı sümüklər canlının onurğasına bağlı deyil. Onurğaya bağlı olmadığı üçün də ağırlıq daşıma kimi funksiya yerinə yetirə bilməz. Quruda yaşayan canlılarda isə sümüklər birbaşa onurğaya birləşmişdir. Ona görə bu üzgəclərin yavaş-yavaş ayaqlara çevrilməsi iddiası da əsassızdır.su canlısının bu enerji ehtiyacını təmin etmək üçün yeni əzələ və skelet quruluşuna ehtiyac hiss etməsi labüddür, lakin bu kompleks formaların təsadüfi mutasiyalarla əmələ gəlməsi qeyri-mümkündür.

2.Temperaturun qorunması. Quruda temperatur çox tez və böyük fərqlərlə dəyişir. Quru canlısının orqanizmindəki maddələr mübadiləsi bu yüksək temperatur fərqlərinə uyğunlaşır. Lakin dənizlərdə temperatur çox yavaş dəyişir və bu dəyişiklik qurudakı qədər böyük fərq əmələ gətirmir. Dənizlərdəki sabit temperatura uyğun orqanizmə malik olan bir canlı quruda yaşaya bilmək üçün qurudakı temperatur dəyişikliyinə uyğunlaşacaq tərzdə müdafiə sistemi qazanmalıdır. Şübhəsiz, balıqların quruya çıxar-çıxmaz təsadüfi mutasiyalar nəticəsində bu cür sistemə malik olduqlarını irəli sürmək cəfəngiyatdır.

3.Sudan istifadə. Canlılar üçün həyati əhəmiyyəti olan su quruda az tapılır. Bu səbəbdən suyun, hətta nəmin qədərincə istifadə edilməsi vacibdir. Məsələn, dəri su itirməyin və ya buxarlanmanın qarşısını alacaq formada olmalıdır. Canlı susama hissinə malik olmalıdır. Lakin əslində, suda yaşayan canlıların susama hissi yoxdur və dəriləri də susuz mühitə uyğun deyil.

4.Böyrəklər. Su canlıları başda ammonyak olmaq üzrə orqanizmlərində toplanan artıq maddələri olduqları mühitdə su bol olduqda dərhal süzərək atırlar. Şirin su hövzələrində yaşayan balıqlarda tərkibində azot olan artıq maddələrin çoxu (yüksək miqdarda ammonyak (NH3)) qəlsəmələrdən yayılma yolu ilə xaric olur. Böyrəklər ifrazat sisteminin bir hissəsi olmaqdan çox heyvanın su tarazlığını qorumağa yarayır. Dəniz balıqlarının iki qrupu var. Akulalar və skatlar (qığırdaqlı balıqlar) qanlarında çox yüksək səviyyədə sidik saxlaya bilirlər. Akulaların qanı digər onurğalılardakı 0,01-0,03% olan nisbətə qarşılıq 2,5% sidik saxlayır. Başqa qrup, məsələn, sümüklü balıqlar daha fərqlidir. Daim su itirirlər, ancaq dəniz suyunu içdikdən sonra duzdan təmizləyərək itirdikləri suyu bərpa edirlər. Orqanizmlərindəki ifrazat maddələrini xaric etmək üçün quruda yaşayan onurğalılarda olandan fərqli sistemlərə malikdirlər. Bu səbəbdən sudan quruya keçidin baş verməsi üçün onlar dərhal, bir anda böyrək sisteminə malik olmalıdırlar.

5.Tənəffüs sistemi. Balıqlar suda həll olmuş oksigeni qəlsəmələriylə qəbul edirlər. Sudan kənarda isə bir neçə dəqiqədən artıq yaşaya bilmirlər. Quruda yaşamaq üçün bir anda qüsursuz ağciyər sisteminə malik olmalıdırlar. Bütün bu fizioloji dəyişikliklərin eyni canlıda təsadüflər nəticəsində və eyni anda meydana gəlməsi isə, əlbəttə, qeyri-mümkündür.

Sürünənlərin mənşəyi

Dinozavr, kərtənkələ, tısbağa və ya timsah… Bütün bu canlılar “sürünənlər” adlanan ailəyə daxildir. Dinozavrlar kimi bəzi sürünənlərin nəsli kəsilmişdir, amma bəziləri hələ də yaşayırlar. Sürünənlərin özünəməxsus xüsusiyyətləri var. Hamısının bədəni “pulcuq” adlanan bərk qabıqlarla örtülüdür. Soyuqqanlıdırlar, yəni öz bədən temperaturlarını özləri əmələ gətirmirlər. Buna görə də hər gün günəşə çıxıb bədənlərini isitmə ehtiyacı hiss edirlər. Balalarını isə yumurtlayaraq dünyaya gətirirlər.

Bu canlıların mənşəyini nəzərdən keçirdikdə təkamül nəzəriyyəsinin yenə çıxılmaz vəziyyətdə olduğunu görmək olar. Darvinistlər sürünənlərin suda-quruda yaşayanlardan təkamül yolu ilə törədiklərini iddia edirlər. Amma bu iddianı dəstəkləyən heç bir konkret dəlil yoxdur. Əksinə, suda-quruda yaşayanlar ilə sürünənlər arasında aparılan təhlil bu iki canlı qrupu arasında çox böyük fizioloji fərqlər olduğunu və “yarısürünən – yarısuda-quruda yaşayan” canlının yaşamasının qeyri-mümkün olduğunu göstərir.

Bunun bir nümunəsi iki fərqli canlı qrupunun yumurta formalarıdır. Amfibiyalar (suda-quruda yaşayanlar) suda kürüləyirlər. Kürülər suyun içində inkişaf etmək üçün uyğun formadadır, olduqca keçirici və şəffaf pərdə və jeleyəbənzər qatılığa malikdir. Lakin sürünənlər quruda yumurtlayırlar və ona görə də yumurtaları da qurudakı quru iqlimə uyğun şəkildə yaradılmışdır. “Amniotik yumurta” adlandırılan sürünən yumurtasının bərk qabığı havanı keçirir, amma suyu keçirmir. Bunun sayəsində balanın ehtiyacı olan maye o yumurtadan çıxana qədər saxlanılır.

Suda-quruda yaşayanlar əgər quruda kürüləsələr, qısa zamanda kürüləri quruyar və içindəki rüşeymlər də ölər. Bu vəziyyət sürünənlərin mərhələli şəkildə suda-quruda yaşayanlardan təkamül yolu ilə törədiklərini irəli sürən təkamül nəzəriyyəsi baxımından açıqlana bilməyən problemdir. Çünki quruda yaşamağa başlayarsa, amfibiya kürüsü bir nəsil daxilində amniotik yumurtaya çevrilməlidir. Bunun təkamül mexanizmləri kimi irəli sürülən təbii seçmə–mutasiya tərəfindən necə əmələ gətirilməsi açıqlana bilmir. Bioloq Maykl Denton bu barədə təkamülçülərin düşdükləri çıxılmaz vəziyyəti belə izah edir:

Bütün təkamül dərslikləri sürünənlərin suda-quruda yaşayanlardan təkamül yolu ilə törədiklərini irəli sürür, ancaq heç biri sürünənlərin əsas ayırdedici adaptasiyası olan amniotik yumurtanın bir-biri ardınca meydana gələn kiçik dəyişikliklər nəticəsində necə mərhələli şəkildə əmələ gəldiyini açıqlaya bilmir. Sürünənlərin amniotik yumurtası suda-quruda yaşayanlarınkından daha böyük, daha kompleks və tamamilə fərqlidir. Bütün heyvanlar aləmində bir-birindən bu qədər fərqli iki yumurta yoxdur… Amniotik yumurtanın və amfibiya-sürünən keçidinin mənşəyi təkamül sxemlərində heç vaxt göstərilə bilməyən əsas onurğalı bölmələrindən biridir. Məsələn, bir suda-quruda yaşayanın ürək və aorta qövslərinin necə mərhələli şəkildə sürünən və məməli səciyyələrinə çevrildiyini planlaşdırmaq mütləq qorxunc problemlər ortaya çıxaracaqdır…92

Digər tərəfdən, fosil qeydləri də sürünənlərin mənşəyinin təkamül yolu ilə açıqlanmasını əsassız edir.

Robert L.Kerroll “ən qədim sürünənlərin bütün suda-quruda yaşayanlardan çox fərqli olduqları və əcdadlarının hələ də tapılmadığı”nı qəbul etmək məcburiyyətində qalmışdır. Klassik əsəri olan “Onurğalıların paleontologiyası və təkamül” (Vertebrate paleontology and evolution) adlı kitabında: “Qədim dövr amniotları Paleozoy dövrünun bütün suda-quruda yaşayan canlılarından olduqca fərqlidir və əcdadları məlum deyil”93, –yazır. 1997-ci ildə nəşr olunan “Onurğalıların təkamül modelləri və prosesləri” (Patterns and processes of vertebrate evolution) adlı sonrakı kitabında isə: “Müasir suda-quruda yaşayan canlı növlərinin mənşəyi və qədim dövr tetrapodları arasındakı keçid və digər bir çox əsas qrupun mənşəyi haqqında hələ də çox az məlumat var”, -deyə etiraf edir.94

Eyni həqiqət Stiven Cey Quld tərəfindən də qəbul edilir və Quld: “Heç bir suda-quruda yaşayan fosili əsla quruda yaşayan onurğalıların (sürünən, quş və ya məməlilərin) əcdadına bənzəmir”, -deyir.95

İndiyə qədər “sürünənlərin əcdadı” kimi göstərilməyə çalışılan ən mühüm canlı isə seymuriya adlı suda-quruda yaşayan canlı növü olmuşdur. Lakin əslində, seymuriyanın keçid forma olmaması seymuriyanın yer üzündə ilk dəfə ortaya çıxmasından 30 milyon il əvvəl də sürünənlərin yaşadığının məlum olması ilə aşkar olmuşdur. Ən qədim seymuriya fosilləri Erkən Perm təbəqəsinə, yəni bundan 280 milyon il əvvələ aiddir. Lakin məlum olan ən qədim sürünən növləri olan HylonomusPaleothyris Erkən Pensilvaniya təbəqələrində tapılmışdır ki, bu təbəqələr 330-315 milyon il əvvələ aiddir.96 “Sürünənlərin əcdadı”nın sürünənlərdən çox sonralar yaşaması, əlbəttə, qeyri-mümkündür.

Qısa desək, elmi tapıntılar sürünənlərin yer üzündə təkamül nəzəriyyəsinin irəli sürdüyü kimi mərhələli inkişafla deyil, heç bir əcdadı olmadan bir anda üzə çıxdıqlarını göstərir.

İlanlar və tısbağalar

Digər tərəfdən, ilan, timsah, dinozavr və ya kərtənkələ kimi çox fərqli sürünən qrupları arasında da keçilməz sərhədlər var. Bu fərqli qrupların hər biri fosil qeydlərində bir-birlərindən çox fərqli quruluşlarıyla birdən-birə üzə çıxır. Təkamülçülər bu fərqli qruplar arasında quruluşlarına baxaraq təkamül prosesinin baş verdiyini fərz edirlər. Amma bu fərziyyələr fosil qeydləri ilə dəstəklənmir. Məsələn, çox yayılmış təkamülçü bir fərziyyəyə əsasən, ilanlar kərtənkələlərin mərhələli şəkildə ayaqlarını itirərək təkamül etməsi yolu ilə əmələ gəlmişdir. Ancaq ayaqlarını mutasiya nəticəsində itirməyə başlayan bir kərtənkələnin daha “üstün quruluş”a necə malik olması və təbii seçmə tərəfindən “seçilməsi” sualı cavabsızdır.

Fosil qeydlərindəki ən qədim ilanlara gəlincə, onlar da heç bir “keçid forma” xüsusiyyəti daşımayan və dövrümüzdəki ilanlardan fərqi olmayan canlılardır. Məlum olan ən qədim ilan fosili 2015-ci ildə Böyük Britaniyada Orta Yura dövrünə aid qayalıqlarda tapılmış Eophisdir. Bu canlı bu gün yaşayan ilanların bütün xarakterik xüsusiyyətlərinə malikdir.97

Digər sürünən sinfi olan tısbağalar da fosil qeydlərində özünəməxsus qabıqları ilə bir anda üzə çıxır. Bir təkamülçü mənbədə tısbağaların mənşəyi haqqında bu ifadələr işlədilir:

Təəssüf ki, tısbağaların digər onurğalılara nisbətən daha çox və yaxşı qorunmuş fosilləri qaldığına baxmayaraq, bu cinsin mənşəyi erkən dövr fosillərinin çatışmazlığına görə məlum deyil. Trias dövrünün (təqribən 200 milyon il əvvəl) ortalarına doğru tısbağalar saysız-hesabsız olmuşdur və əsas tısbağa xüsusiyyətlərinə malik idi… Böyük ehtimalla, qurbağalardan təkamül yolu ilə törəmiş ibtidai sürünənlər olan kotilozavrlar ilə tısbağalar arasındakı keçid tamamilə boşdur.98

Robert Kerroll da tısbağaların mənşəyini “hələ çox az məlum olan mühüm keçidlər” arasına qatmağa məcbur olmuşdur.99

Bütün bu sözügedən canlı sinifləri yer üzündə bir anda və ayrı-ayrı ortaya çıxmışlar. Bu vəziyyət onların yaradıldıqlarının elmi sübutudur.

Uçan sürünənlər

Sürünənlər sinfi daxilindəki maraqlı bir canlı qrupu uçan sürünənlərdir. Bunlar təqribən 200 milyon il əvvəl Üst Trias dövründə ilk dəfə üzə çıxmış və daha sonra nəsli kəsilmiş canlı qrupudur. Bu canlılar sürünəndirlər, çünki sürünən sinfinin əsas xüsusiyyətlərini daşıyırlar: soyuqqanlı canlılardır (öz temperaturlarını özləri əmələ gətirmirlər) və bədənləri pulcuqlarla örtülüdür. Ancaq güclü qanadlara malikdirlər və bu qanadlar sayəsində uçduqları düşünülür.

Uçan sürünənlər bəzi məşhur təkamülçü KİV-lərdə darvinizmi dəstəkləyən paleontoloji tapıntı kimi göstərilir və ya insanlarda belə bir təsəvvür canlandırılır. Lakin əksinə, uçan sürünənlərin mənşəyi təkamül nəzəriyyəsi üçün ciddi problemdir. Bunun ən açıq göstəricisi də uçan sürünənlərin quruda yaşayan sürünənlərlə aralarında heç bir keçid forma olmadan bir anda və tam şəkildə ortaya çıxmalarıdır. Uçan sürünənlər qüsursuz şəkildə yaradılmış qanadlara malikdir və bu orqanlar heç bir quruda yaşayan sürünəndə yoxdur. “Yarımqanadlı” hər hansı bir canlıya isə fosil qeydlərində rast gəlinmir.

Belə ki, “yarımqanadlı” canlıların yaşaması da mümkün deyil. Çünki bu cür xəyali canlılar əgər yaşasaydılar, qabaq ayaqlarını itirdikləri, amma hələ uçacaq vəziyyətdə olmadıqları üçün digər sürünənlərə nisbətən əlverişsiz hala düşəcəkdilər. Belə olduqda isə təkamülün özünün qəbul etdiyi kimi, aradan çıxaraq nəsli kəsiləcəkdi.

Belə ki, uçan sürünənlərin qanadlarının quruluşu nəzərdən keçirildikdə onların əsla təkamüllə açıqlana bilməyəcək qədər qüsursuz yaradılışa malik olduğu görünür. Uçan sürünənlərin qanadları üzərində digər sürünənlərin qabaq ayaqları kimi beş dənə barmaqları var. Ancaq dördüncü barmaq digər barmaqlardan təxminən 20 dəfə uzundur və qanad da bu barmağın altında uzanır. Əgər uçan sürünənlər quruda yaşayan sürünənlərdən təkamül yolu ilə törəyiblərsə, onda sözügedən dördüncü barmaq da yavaş-yavaş, mərhələli şəkildə uzanmalıdır. Təkcə dördüncü barmaq deyil, bütün qanad quruluşu təsadüfi mutasiyalarla təkmilləşməli və bütün bu proses canlıya üstün xüsusiyyət qazandırmalıdır. Təkamül nəzəriyyəsinin paleontoloji səviyyədə qabaqcıl tənqidçilərindən biri olan Dueyn T.Giş bu barədə belə deyir:

Bir quruda yaşayan sürünənin mərhələli şəkildə uçan sürünənə çevrilməsi fərziyyəsi tamamilə əsassızdır. Belə bir çevrilmə əsnasında ortaya çıxacaq yarım, natamam quruluş canlıya üstünlük qazandırmaq yerinə onu tamamilə şikəst edəcəkdir. Məsələn, təkamülçülər bəzi mutasiyaların təkcə dördüncü barmağa təsir etdiyini və onu zamanla yavaş-yavaş uzatdığını fərz edirlər. Əlbəttə, digər bəzi təsadüfi mutasiyalar da nə qədər inanılmaz görünsə belə, bu istiqamətdə müştərək iş görərək qanad pərdəsinin, uçuş əzələlərinin, vətərlərin, sinirlərin, qan damarlarının və qanad üçün lazımlı digər formaların mərhələli şəkildə təkamüllə əmələ gəlməsini təmin etməlidirlər. Müəyyən bir mərhələdə təkmilləşməkdə olan bu uçan sürünən 25% qanad toxumasına malik olar. Ancaq bu qəribə məxluq heç cür yaşaya bilməz. 25% qanad toxuması ona nə üstünlük verə bilər? Aydındır ki, bu canlı uça bilməz və artıq əvvəlki kimi qaça da bilməz.100

Qısası, uçan sürünənlərin mənşəyinin darvinist təkamül mexanizmləri ilə açıqlanması qeyri-mümkündür. Belə ki, fosil qeydləri də belə bir təkamül prosesinin baş vermədiyini ortaya qoyur. Fosil təbəqələrində ancaq bu gün tanıdığımız kimi, quruda yaşayan sürünənlər və qüsursuz şəkildə uçan sürünənlər var. Heç bir keçid forma yoxdur. R.Kerroll təkamülçü olmasına baxmayaraq, bu məsələ ilə bağlı belə bir etiraf edir:

Trias dövründə üzə çıxan bütün uçan sürünənlər (pterozavrlar) uçuş üçün çox xüsusiləşmiş quruluşa malikdirlər… Əcdadlarının nə olduğu məsələsində və uçuşlarının mənşəyinin ilk mərhələləri haqqında isə heç bir tapıntı yoxdur.101

Kerroll daha sonra “Onurğalıların təkamül modelləri və prosesləri” (Patterns and processes of vertebrate evolution) adlı əsərində pterozavrları haqqında çox məlumat olmayan mühüm keçid növləri arasında sayır.102

Göründüyü kimi, uçan sürünənlərin təkamülə dəlil olan heç bir yönü yoxdur. Ancaq sürünən termini çox insan üçün sadəcə quruda yaşayan canlıları ifadə etdiyi üçün məşhur təkamülçü KİV-lər “uçan sürünən” anlayışı ilə “sürünənlərin qanadlanıb uçması” təsəvvürünü verməyə çalışırlar. Lakin əslində, quruda yaşayan sürünənlər ilə uçan sürünənlər aralarında heç bir təkamül xarakterli əlaqə olmadan yaranmışlar.

Beləliklə, sürünənlər sinfi daxilində yer alan müxtəlif canlılar aralarında təkamül xarakterli əlaqə olmadan yer üzündə ortaya çıxmışdır. Eyni vəziyyət sonrakı səhifələrdə görəcəyimiz kimi, məməlilər üçün də qüvvədədir. Uçan məməlilər var (yarasa) və dəniz məməliləri vardır (delfinlər və balinalar). Bu fərqli siniflər isə təkamülə dəlil deyil, əksinə, təkamül üçün açıqlana bilməyən böyük problemdir. Çünki bütün fərqli siniflər aralarında heç bir keçid forma olmadan və tamamilə fərqli quruluşlarıyla yer üzündə ani surətdə üzə çıxmışlar.

Bu isə bütün bu canlıların yaradıldıqlarının çox açıq elmi sübutudur.

 

İqtibaslar:

  • 56- Stephen C. Meyer, P. A. Nelson and Paul Chien, The Cambrian Explosion: Biology’s Big Bang, 2001, səh. 2.
  • 57- Richard Monestarsky, “Mysteries of the Orient”, Discover, aprel 1993, səh. 40.
  • 58- Richard Monastersky, “Mysteries of the Orient”, Discover, aprel 1993, səh. 40.
  • 59- Richard Dawkins, The Blind Watchmaker, London: W. W. Norton 1986, səh. 229.
  • 60- Phillip E. Johnson, “Darwinism’s Rules of Reasoning”, Darwinism: Science or Philosophy, Foundation for Thought and Ethics, 1994, səh. 12.
  • 61- R. Lewin, Science, cild 241, 15 iyul 1988, səh. 291.
  • 62- Gregory A. Wray, “The Grand Scheme of Life”, Review of The Crucible Creation: The Burgess Shale and the Rise of Animals by Simon Conway Morris, Trends in Genetics, fevral 1999, cild 15, no. 2.
  • 63- Richard Fortey, “The Cambrian Explosion Exploded?”, Science, cild 293, no. 5529, 20 iyul 2001, səh. 438-439.
  • 64- Richard Fortey, “The Cambrian Explosion Exploded?”, Science, cild 293, no. 5529, 20 iyul 2001, səh. 438-439.
  • 65- Douglas J. Futuyma, Science on Trial, New York: Pantheon Books, 1983, səh. 197.
  • 66- Levinton, Jeffrey S.; “The Big Bang of Animal Evolution”, Scientific American, cild 267:84, noyabr 1992.
  • 67- André Adoutte, Guillaume Balavoine, Nicolas Lartillot, Olivier Lespinet, Benjamin Prud’homme ve Renaud de Rosa, “The New Animal Phylogeny: Reliability And Implications”, Proceedings of the National Academy of Sciences, 25 aprel 2000, cild 97, no. 9, səh. 4453-4456.
  • 68- André Adoutte, Guillaume Balavoine, Nicolas Lartillot, Olivier Lespinet, Benjamin Prud’homme ve Renaud de Rosa, “The New Animal Phylogeny: Reliability And Implications”, Proceedings of the National Academy of Sciences, 25 aprel 2000, cild 97, no. 9, səh. 4453-4456.
  • 69- David Raup, “Conflicts Between Darwin and Paleontology”, Bulletin, Field Museum of Natural History, cild 50, yanvar 1979, səh. 24.
  • 70- Richard Fortey, “The Cambrian Explosion Exploded?”, Science, cild 293, no. 5529, 20 iyul 2001, səh. 438-439.
  • 71- Charles Darwin, The Origin of Species, 1859, səh. 313-314.
  • 72- Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 302.
  • 73- Stefan Bengston, Nature, cild 345, 1990, səh. 765.
  • 74- R. L. Gregory, Eye and Brain: The Physiology of Seeing, Oxford University Press, 1995, səh. 31.
  • 75- Douglas Palmer, The Atlas of the Prehistoric World, Dicovery Channel, Marshall Publishing, London, 1999, səh. 66.
  • 76- Mustafa Kuru, Omurgalı Hayvanlar, Gazi Üniversitesi Yayınları, Ankara, 1996, səh. 21.
  • 77- Mustafa Kuru, Omurgalı Hayvanlar, Gazi Üniversitesi Yayınları, Ankara, 1996, səh. 27.
  • 78- Douglas Palmer, The Atlas of the Prehistoric World, Dicovery Channel, Marshall Publishing, London, 1999, səh. 64.
  • 79- Robert L. Carroll, Patterns and Processes of Vertebrate Evolution, Cambridge University Press, 1997, səh. 296.
  • 80- Gerald T. Todd, “Evolution of the Lung and the Origin of Bony Fishes: A Casual Relationship”, American Zoologist, cild 26, no. 4, 1980, səh. 757.
  • 81- Prof. Ali Demirsoy, Kalıtım ve Evrim, Ankara: Meteksan Yayınları 1984, səh. 496.
  • 82- Henry Gee, In Search Of Deep Time: Going Beyond The Fossil Record To A Revolutionary Understanding of the History Of Life, The Free Press, A Division of Simon & Schuster Inc., 1999, səh. 7.
  • 83- Robert L. Carroll, Patterns and Processes of Vertebrate Evolution, Cambridge University Press, 1997, səh. 230.
  • 84- Robert L. Carroll, Patterns and Processes of Vertebrate Evolution, Cambridge University Press, 1997, səh. 301.
  • 85- Robert L. Carroll, Patterns and Processes of Vertebrate Evolution, Cambridge University Press, 1997, səh. 304.
  • 86- Henry Gee, In Search Of Deep Time: Going Beyond The Fossil Record To A Revolutionary Understanding of the History Of Life, The Free Press, A Division of Simon & Schuster, Inc., 1999, səh. 54.
  • 87- Robert L. Carroll, Patterns and Processes of Vertebrate Evolution, Cambridge University Press, 1997, səh. 292-93.
  • 88- Jean-Jacques Hublin, The Hamlyn Encyclopædia of Prehistoric Animals, New York: The Hamlyn Publishing Group Ltd., 1984, səh. 120.
  • 89- http://www.nature.com/articles/srep30580
  • 90- “Bilim ve Teknik” jurnalı, noyabr 1998, 372-ci say, səh. 21
  • 91- P. L. Forey, Nature, cild 336, 1988, səh. 729.
  • 92- Michael Denton, Evolution: A Theory In Crisis, Adler and Adler, 1986, səh. 218-219.
  • 93- Robert L. Carroll, Patterns and Processes of Vertebrate Evolution, Cambridge University Press, 1997, səh. 198.
  • 94- Robert L. Carroll, Patterns and Processes of Vertebrate Evolution, Cambridge University Press, 1997, səh. 296-97.
  • 95- Stephen Jay Gould, “Eight (or Fewer) Little Piggies”, Natural History, no. 1, yanvar 1991, cild 100, səh. 25.
  • 96- Stephen Jay Gould, “Eight (or Fewer) Little Piggies”, Natural History, no. 1, yanvar 1991, cild 100, səh. 25.
  • 97- Philip Bell, ‘Oldest snake’ fossils found. Evolution? the fossils still say no!, 1 March 2015, http://creation.com/oldest-snake-fossils
  • 98- “Turtle – Origin and Evolution”, Encyclopaedia Britannica Online.
  • 99- Robert L. Carroll, Patterns and Processes of Vertebrate Evolution, Cambridge University Press, 1997, səh. 296-97.
  • 100- Duane T. Gish, Evolution: The Fossils Still Say No, ICR, San Diego, 1998, səh. 103.
  • 101- Robert L. Carroll, Vertebrate Paleontology and Evolution, səh. 336.
  • 102- Robert L. Carroll, Patterns and Processes of Vertebrate Evolution, Cambridge University Press, 1997, səh. 296-97.

Şərh üçün bağlıdır.

axtarış