• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Xəyali dinozavr-quş iddialarına cavablar

Keçid forma olaraq iddia olunan ƏSL QUŞLAR:

1. ARXEOPTERİKS (Archaeopteryx)

Təkamülçülərin teropod dinozavrlarından quşlara keçid forma hesab etdikləri 150 milyon il yaşı olan bu məşhur fosilin, əslində, bütün xüsusiyyətlərilə tam bir quş olduğu məlum olmuşdur1. Təkamülçülər öncələr bu fosilin döş sümüyü (sternum) olmadığını, buna görə də uça bilmədiyini önə sürmüş, lakin 1992-ci ildə tapılmış 7-ci (Münxen) arxeopteriks nümunəsində döş sümüyünün olduğu məlum olmuşdur2. Bundan əlavə, arxeopteriks müasir quşlarınkından fərqsiz olan asimmetrik lələk quruluşuna malik idi3. Təkamülçülərin irəli sürdüyü digər iddialar arxeopteriksin ön ətraflarında caynaqlara və dişlərə sahib olmasıdır. Lakin bu iddialara da elm adamları tərəfindən təfsilatlı cavablar verilmişdir. Caynaqların bu gün yaşayan dəvəquşu, mahmızquşu, hoazin kimi quşlarda da mövcud olduğu4, arxeopteriksin diş strukturunun isə teropod dinozavrlarınkından olduqca fərqli olduğu üzə çıxmışdır. Arxeopteriksin və digər dişli quşların dişlərinin üstü düzdür və kökləri genişdir. Lakin bu quşların əcdadı olduğu iddia edilən teropod dinozavrlarının dişlərinin üstü mişar kimi çıxıntılıdır və kökləri də dardır.5 Arxeopteriksin sahib olduğu uzun quyruq da onu keçid forma etmir, çünki

davamı

Təkamülçülərin “Homo naledi” ssenarisi puç çıxdı

 

Keçən həftələrdə bir çox yerdə Homo naledi adlandırılmış bir fosilin insanın əcdadı olduğunu iddia edən xəbərlərə yer verildi. Çəkilən portretlər, yazılan hekayələr onun yarıinsan-yarımeymun olduğu iddiasını zehinlərə yerləşdirmək məqsədi güdürdü. Bəs insanabənzər kimi qələmə verilən bu fosil əslində nədir, bu iddiaların elmi əsasları varmı?

Bu yazımızda meymun sümüklərinin darvinistlər tərəfdən necə təbliğat alətinə çevrildiyinə bir daha şahid olacağıq.

TƏKAMÜL NAĞILININ SONU GƏLMƏYƏN “ƏCDAD” PROBLEMİ

Homo naledi Cənubi Afrikada, bir mağaranın dərinliklərində tapılmış dağınıq vəziyyətdəki 1550 sümük parçasından seçilərək bir yerə yığılan skeletdir.1 Uşaq və yetkin olmaqla 15 ayrı fərdə aid olduğu düşünülən irili-xırdalı sümüklər anatomik olaraq məntiqi formada düzülməyə cəhd olunmuşdur.

davamı

“National Geographic”in “İnamsızlıq dövrü” məqaləsində yaradılışçılığı tənqidlə bağlı hissəyə cavab

Bu məqaləmizdə “National Geographic Azərbaycan” jurnalında dərc olunmuş “Elmə qarşı skeptisizm” mövzusu əsasında hazırlanan “İnamsızlıq Dövrü” yazısının bəzi məqamlarını təhlil edəcəyik. Daha əvvəl jurnalda dərc olunan təkamül nəzəriyyəsini dəstəkləyən istiqamətdəki materialların elmi cəhətdən doğru olmadığını etibarlı mənbələrə istinad edərək sübut etmişik. Ona görə də, “National Geographic Azərbaycan” jurnalının bu mövzudakı cəhdləri uğursuz qiymətləndirilir. İndi isə yuxarıda adını çəkdiyimiz yazıdakı söz oyunlarına və elmi yanlışlıqlara bir-bir aydınlıq gətirək.

Elmə skeptik yanaşma nə deməkdir? Skeptisizm və yaxud şübhəçilik hər cür məlumata şübhə ilə yanaşan, hər hansı bir fikrin nədən yarandığını, sübutunu tələb edən, həmçinin

davamı

İrqlərin müxtəlifliyi nə üçün təkamülə dəlil deyil?

Ötən il media gündəmində qalmış qaradərili nigeriyalı qadının ağdərili uşaq dünyaya gətirməsi hadisəsi milyonda bir ehtimal olsa belə, elm tərəfindən çox sadə şəkildə izahını tapır. İngiltərənin Milton-Kins şəhərində Nigeriya əsilli qaradərili bir qadın ilə ağdərili ingilis olan həyat yoldaşın yaşıl gözlü, ağdərili uşaqları dünyaya gəlmişdi.1

Həyat yoldaşı Riçard Hovart ağdərili bir ingilis olmasına baxmayaraq, 32 yaşındakı Katerin Hovartın “tamamilə ağdərili irqdən” bir uşaq  dünyaya gətirməsini mütəxəssislər “milyonda bir ehtimal” adlandırıblar. “Daily Mirror” qəzetinə müsahibə verən cütlük 1 iyunda dünyaya gələn oğulları Conahın “dəri rəngini heç diqqətə almadıqlarını, maraqlandıqları yeganə məsələnin onun sağlam olması” olduğunu söyləyiblər. Təəccüblü ana: “bəzi uşaqların doğumdan sonra dəri rəngi dəyişir, amma Conahda belə bir şey olmadı. Həkimlər mənə resessiv bir gen daşıdığımı, övladımın buna görə ağdərili olduğunu söylədi. Ancaq bütün ailəm Nigeriyadadır və bildiyim qədərilə, nəslimdə bir dənə də olsun ağdərili yoxdur”,- deyib.

davamı

Ateizmin pionerlərindən – Darvin

19-cu əsrin ortalarında din və elm bir-birinin ayrılmaz parçası idi və heç kəs birini digərindən ayırmağa təşəbbüs də göstərə bilməzdi. Bu dövrlər ateizm üçün ən uğursuz vaxtlar sayıla bilərdi və dövrün Riçard Ouen, Qreqor Mendel, Tomas U. Cons, Lui Paster kimi elm adamlarının hamısı öz böyük nailiyyətlərilə birgə, həm də dinə bağlılıqları ilə məşhur idilər. Belə bir dövrdə, əslində, heç bir elmi dərəcəsi olmayan Çarlz Darvin adlı həvəskar bir səyyah ortaya çıxarıldı. O, 20-ci əsrin ateizm pandemiyasına öndərlik edəcəkdi.

Doğrudur, Deni Didro və Holbax kimi materialistlərin orta əsrlərdəki ateizm yönümlü fəaliyyətlərini görməzdən gəlmək olmaz, lakin Darvinə qədər ateizm “elmi təməl”dən məhrum qalmağa davam etmiş, fəlsəfi çərçivədən kənara sıza bilməmişdi. Maraqlıdır ki, adını çəkdiyim ateistlərin müasiri olmuş Erazm Darvin isə daha orijinal bir fikrə – ilk ibtidai “təkamül” düşüncələrinə müəlliflik etmişdi, bu irsi sonradan öz nəvəsinə – Çarlz Robert Darvinə ötürəcəkdi.

davamı

Yalçın İslamzadənin ““Təkamül: istifadə rəhbəri” kitabı nədən bəhs edir?” məqaləsinə cavab

Ötən günlərdə yazıçı Yalçın İslamzadə məşhur təkamülçü bioloq Fransisko Ayalanın təkamül nəzəriyyəsinə dair kitabı haqda şərhlərinin yer aldığı bir məqaləsini yayımladı. “Azadlıq Radiosu”nun rəsmi saytında yayımlanmış məqalədə bir çox ziddiyyət və xətalara yol verilmişdir. Bu cavab məqaləmizdə də sözügedən xətalı məqamlara aydınlıq gətirəcəyik.

Mövzuya girməmişdən öncə vurğulamaq mütləqdir ki, Fransisko X. Ayala, onsuz da, bütün karyerasını təkamül nəzəriyyəsinin qatı müdafiəçiliyinə həsr etmiş bir isimdir. Yalçın İslamzadə bunun əvəzinə Conatan Uells, Filip Conson, Maykl Denton, Pol Nelson kimi yaradılışçı elm adamlarının əsərlərini tədqiq edib şərh etməli olsaydı, əlbəttə ki, eyni nəticələrə gələ bilməyəcəkdi. Öz təkamülçü dünyagörüşü ilə üst-üstə düşən bu kitabı Yalçın İslamzadənin həyəcanla təqdim etməsi isə olduqca təbiidir. Lakin bu bilinməlidir ki, süquta uğramaqda və elm dünyasından getdikcə daha çox müxalif qazanmaqda olan təkamül

davamı

Faydalı mutasiya iddialarına cavab

1. Antibiotikə qarşı müqavimət

Təkamülçülərin faydalı mutasiya kimi göstərməyə çalışdıqları bioloji faktlardan biri bakteriyaların antibiotiklərə qarşı müqavimətidir. Buna bənzər bir iddia DDT kimi dərman vasitələrinə qarşı immunitet qazanan həşəratlar haqqında da irəli sürülür. Halbuki bu məsələdə də təkamülçülər yanılırlar. Keçən əsrin əvvəllərindən tətbiq olunmağa başlayan antibiotiklər müxtəlif bakteriyalara qarşı istifadə edilmiş və uğurlu nəticələr əldə edilmişdir. Ancaq bir müddət sonra məlum olmuşdur ki, bakteriyalar antibiotiklərə qarşı zaman ərzində immunitet qazanırlar. Təkamülçülər bu faktı “bakteriyalar mühitə uyğunlaşaraq təkamül keçirdi” kimi qələmə verirlər. Halbuki bu müqavimətin iki mexanizmi vardır. “Təsadüfən deyil” adlı kitabında biofizik prof. Li Spetner bu mexanizmləri belə açıqlayır: 1) Bakteriyalarda əvvəlcədən mövcud olan müqavimət genlərinin ötürülməsi; 2) Mutasiya nəticəsində genetik məlumat itkisinə uğrayan bakteriyaların antibiotikə qarşı müqavimət qazanması.1 Birinci hal heç bir şəkildə təkamülə dəlil deyildir, çünki məlum olmuşdur ki, bir çox bakteriya hələ antibiotiklərin kəşfindən öncə də müqavimət genlərinə sahib idilər.2

davamı

Darvin elmə “təsadüf” inancını gətirdi

Nəzəriyyələri və ixtiraları ilə tanınmış ən məşhur elm xadimlərindən bir neçəsini xatırlayaq: Qaliley, Nyuton, Eynşteyn, Kelvin, Tesla… Siyahı hələ çox uzadıla bilər. Bu unudulmaz şəxsiyyətlərin elmə verdikləri töhfələrdən başqa daha bir ortaq cəhətləri var idi: hamısı xüsusi yaradılışa inanırdı. Bu o mənaya gəlir ki, kainatın və bütün canlıların üstün gücə və sonsuz ağıla sahib Allah tərəfindən yaradılması həqiqəti daima elmin mərkəz mövqelərindən birini təşkil etmişdir.

Ta ki 19-cu əsrin ortalarına qədər… Elmlə dinin danılmaz bir vəhdət təşkil etdiyi bu dövrlərdə Çarlz Darvin adlı ingiltərəli bir həvəskar bioloq “Növlərin Mənşəyi” adlı kitabını yayımladı. Kitabında canlıların necə təbii proseslərlə, spontan, yəni öz-özünə yarandıqları, ilk həyatın da palçıqlı sularda əmələ gəldiyi “inandırıcı” surətdə təsvir edilirdi. Bu fantaziyalara Darvinin çağdaşları- Qreqor Mendel, Riçard Ouen, Lui Paster kimi nüfuzlu alimlər, təbii ki, ciddi yanaşmadılar. Amma bu xəyal məhsulu ideyalara ciddi yanaşanlar da az deyildi;

davamı

İnsanın təkamülü iddiaları nə üçün doğru deyil?

«KEÇİD FORMA» KİMİ QƏLƏMƏ VERİLƏN HƏQİQİ MEYMUN QALIQLARI

1.İDA (Darwinius masillae)

2009-cu ildə “insanın təkamülü” nağılına sübut olaraq gündəmə gətirilən bu fosil bütün darvinist nəşriyyatlarda təbliğat alətinə çevrildi. Əslində, Almaniyada tapılan və 47 milyon il yaşı olduğu təxmin edilən fosilin, sadəcə olaraq, nəsli tükənmiş bir lemurdan başqa bir şey olmadığı məlum oldu.1 Nature jurnalının baş redaktoru, təkamülçü Dr. Henri Ci də bu fosilin keçid forma olaraq qəbul edilməsinin yanıldıcı olacağını ifadə etdi.2 Bundan əlavə, 95%-i qorunmuş olan3 canlının daxili orqanları da daxil olmaqla, bütün təfərrüatları incələnmiş və növə məxsus bir neçə təfərrüat xaric olmaqla, bütün xüsusiyyətlər mükəmməl lemur növünü təmsil etmişdir. Darvinistlər idanın bükülə bilən baş barmağının olduğunu, bunun digər məməlilərdə olmadığını, amma insanda rast gəlindiyini deyirlər. Halbuki bu gün yaşayan bütün lemurların baş barmaqları bu cürdür. İdanın dırnaqlarının olması da onu insanla qohum etmir, çünki digər primatlarda da dırnaqlar mövcuddur.4 İdanın ayaq daraqarxası sümüyünün “insanınkı ilə eyni” olduğu da iddia edilir. Halbuki canlının ayaq strukturu insanınkından tamamilə fərqlidir. Ayaqdakı tək sümüyün bənzərliyi götürülüb, digər bütün fərqliliklər görməzdən gəlinmişdir. Diş darağının olmaması da bu fosili keçid forma etmir, çünki dişlər meymun dişləri ilə bənzərlik göstərir.5

2.DRİOPİTEK (Dryopithecus)

davamı

ATV.az saytında dərc olunmuş “İnsan meymundan yaranmayıb – Bəs bu nədir?” başlıqlı xəbərə cavab

ATV.az saytında 28 may 2015-ci il tarixində dərc olunmuş bir məqalədə Efiopiyada yeni tapılmış 3,5-3,3 milyon illik nəsli kəsilmiş bir meymuna aid fosil insanın əcdadı kimi göstərilməyə cəhd olunur. Müxtəlif qalıqların adları çəkilərək  verilən cüzi bir informasiya ilə insanın təkamül keçirdiyi təəssüratı formalaşdırılır. Yazıda Australopithecus deyiremeda latınca adı qoyulmuş sözügedən fosildən belə bəhs edilir:

“İndiyə qədər əldə olunan məlumatları nəzərə alsaq, yeni növ də daxil olmaqla, ilk insanların 4 növü olub. Bunlardan ən məşhuru 2,9-3,8 milyon il əvvəl yaşayan və bir zamanlar insanın birbaşa atası olduğu düşünülən “Australopithecus afarensis” növü idi. Daha sonra Keniyada “Kenyanthropus platyops” adlı növ idi. Çadda isə sonradan “Australopithecus bahrelghazali” adı verilən daha bir növ tapılmışdı”.1

Halbuki yazılanları diqqətlə araşdırsaq adı çəkilən nümunələrin, əslində, insanın təkamül keçirmədiyi yönündə dəlillər olduğunu görərik.

davamı

« Öncəki SəhifəSonrakı Səhifə »

axtarış