12.12.16 tarixində azvision.az saytında yayımlanan bir xəbərdə iddia olunur ki, qeysəriyyə doğumları insanın təkamülünə təsir edib. Xəbərdə belə yazılır:
“Alimlərin iddialarına görə, anaların qeysəriyyə üsulu ilə dünyaya uşaq gətirməsi hallarının çoxalması insanın təkamülünə təsir etməyə başlayıb.
Belə ki, 1960-cı illərdən bu yana doğum kanalına sığmayan körpələrin sayı hər min adamda 30-dan 36-ya qədər altıb. Nəticədə, çanaq sümüyü dar olduğuna görə qeysəriyyə yoluna üstünlük verən qadınların sayı da çoxalıb.
Əvvəllər doğum kanalının darlığına səbəb olan genlər anadan uşağa keçmirdi. Çünki çox vaxt bu zaman ana da, körpə də doğum əsnasında tələf olurdular. Amma indi qeysəriyyə əməliyyatı nəticəsində uşaqlıq yolu dar olan qadınlar doğuş zamanı ölmürlər. Demək, uşaqlıq yolunun darlığına səbəb olan genlər də onların övladlarına keçir”.
İlk öncə bunu vurğulamaq lazımdır ki, genetika elmindən bilgisi az olan insanları söz oyunu oynayaraq təkamülə inandırmaq məqsədilə yayımlanan bu xəbərin
davamı