• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

GERÇƏK TƏBİƏT TARİXİ -I-­ (Onurğasızlardan Sürünənlərə)

TƏBİƏT TARİXİ anlayışı bəzi insanlara təkamül nəzəriyyəsini xatırladır. Bunun səbəbi bu istiqamətdə aparılan təbliğatdır. Bir çox ölkədə təbiət tarixi muzeyləri materialist təkamülçü bioloqların nəzarətindədir və bu muzeylərdəki materiallar da onlar tərəfindən şərh edilir. Tarixən yaşamış canlılar və bu canlılara aid fosil izləri daima darvinist məfhumlarla birlikdə xatırlanır. Bunun bir nəticəsi kimi, bir çox insan təbiət tarixini nəzərdən keçirdikdə “təkamül” adlanan anlayışla qarşılaşacağını düşünür.

Lakin həqiqətlər çox fərqlidir. Təbiət tarixi bizlərə müxtəlif canlı siniflərinin yer üzündə heç bir “təkamül” olmadan bir anda və kompleks formaları ilə birlikdə meydana gəldiyini göstərir. Müxtəlif canlı növləri müstəqil şəkildə, aralarında heç bir “keçid forma” olmadan üzə çıxmışlar.

Bu fəsildə fosil qeydlərinə əsaslanaraq təbiətin gerçək tarixini təhlil edəcəyik.

davamı

TƏKAMÜL NƏZƏRİYYƏSİ VƏ ENTROPİYA QANUNU

Fizikanın ən əsas qanunlarından biri olan termodinamikanın ikinci qanunu kainatda təbii amillərin təsirinə məruz qalan bütün sistemlərin zaman keçdikcə dağılıb məhv olduğunu söyləyir. Canlı-cansız hər şey zaman keçdikcə aşınır, çürüyür, parçalanır, dağılır və məhv olur. Bu, gec-tez hər varlığın qarşılaşacağı mütləq sondur və həmin qanuna əsasən, bu prosesdən qaçış yoxdur.

Bu hər kəsin həyatı boyunca müşahidə etdiyi haldır. Məsələn, bir avtomobili səhraya aparıb qoysanız və bir neçə ay sonra gedib baxsanız, əlbəttə ki, onun əvvəlkindən daha təkmil, daha yaxşı formaya düşdüyünü görməzsiniz. Əksinə, şinlərinin partladığını, şüşələrinin qırıldığını, kapotunun paslandığını, motorunun çürüdüyünü görəcəksiniz. Eyni proses canlı varlıqlarda daha sürətlə baş verir.

davamı

MOLEKULYAR BİOLOGİYA və HƏYATIN MƏNŞƏYİ

KATEQORİYANIN əvvəlki bölmələrində fosil qeydlərinin və müqayisəli anatomiyanın təkamül nəzəriyyəsinin iddialarını təkzib etdiyini nəzərdən keçirmişdik. Ancaq təkamül nəzəriyyəsinin iddiaları, əslində, növlər arasındakı bu əlaqəni təhlil etməyə ehtiyac qalmadan elə ilk mərhələdə çıxılmaz vəziyyətə düşür. Bu ilk mərhələ yer üzündə ilk canlının necə əmələ gəlməsi sualıdır.

Təkamül nəzəriyyəsi bu suala cavab olaraq canlıların təsadüflər nəticəsində meydana gələn ilk hüceyrə ilə başladığını iddia edir. Ssenariyə əsasən, bundan dörd milyard il əvvəl Yerin ibtidai atmosferində bəzi cansız kimyəvi maddələr reaksiyaya girmiş, ildırımların, yeraltı təkanların təsiri də buna qarışmış və ilk canlı hüceyrə meydana gəlmişdir.

Halbuki cansız maddələrin birləşərək canlı əmələ gətirməsi iddiası bu günə qədər heç bir təcrübə və ya müşahidə ilə təsdiqlənməmiş elmdən kənar iddiadır. Əksinə, bütün kəşflər bir canlının bilavasitə başqa bir canlıdan törədiyini sübut edir. Hər canlı hüceyrə başqa bir hüceyrənin çoxalması ilə əmələ gəlir. Dünyada heç kim ən yaxşı təchizatlı laboratoriyalarda belə cansız kimyəvi maddələri birləşdirərək canlı hüceyrə əmələ gətirməyi bacarmamışdır.

Təkamül nəzəriyyəsi isə insan ağılı, biliyi və texnologiyası nəticəsində belə əldə edilə bilməyən canlı hüceyrəsinin ibtidai dünya şərtləri daxilində təsadüflərlə əmələ gəldiyini iddia edir. Sonrakı səhifələrdə bu iddianın nə üçün elmin və ağlın ən əsas prinsiplərinə zidd olduğunu təhlil edəcəyik.

davamı

NÖVLƏRİN ƏSL MƏNŞƏYİ

Darvin 1859-cu ildə “Növlərin mənşəyi” kitabını nəşr etdirdikdə canlıların qeyri-adi müxtəlifliyini açıqlayan nəzəriyyə irəli sürdüyünü düşünürdü. Bir canlı növü daxilində təbii müxtəlifliklər (variasiyalar) olduğunu müşahidə etmişdi. Məsələn, İngiltərədəki heyvan bazarlarını gəzərkən inəklərin çox fərqli cinslərinin olduğunu, heyvandarların da onları seçib, cütləşdirərək yeni cinslər əldə etdiklərini müşahidə etmişdi. Buna əsaslanaraq da “canlılar təbii şəkildə özləri müxtəlifləşə bilirlər, deməli, uzun zaman kəsikləri ərzində bütün canlılar yeganə ortaq əcdaddan törəyə bilər” şəklində fikir irəli sürmüşdü.

Lakin Darvinin “növlərin mənşəyi” haqqında irəli sürdüyü bu fərziyyə, əslində, növlərin mənşəyini heç cür açıqlamırdı. Genetika elminin inkişafı ilə bir canlı növü daxilindəki müxtəlifləşmənin heç vaxt yeni növün əmələ gəlməsinə səbəb olmadığı məlum oldu. Darvinin “təkamül” hesab etdiyi fakt, əslində, “variasiya” idi.

davamı

SADƏLƏŞDİRİLMƏZ KOMPLEKSLİK

DARVİNİST NƏZƏRİYYƏNİ elmi kəşflər qarşısında sorğu-sual edərkən müraciət edilməli ən əsas mənbələrdən biri, şübhəsiz, Darvinin özünün qoyduğu meyarlardır. Darvin nəzəriyyəsini irəli sürərkən bu nəzəriyyənin necə təkzib ediləcəyinə dair bəzi konkret meyarlar da qoymuşdur. “Növlərin mənşəyi” kitabında bir çox yerdə “əgər nəzəriyyəm doğrudursa” deyə başlayan abzaslar var və Darvin bu abzaslarda nəzəriyyəsinin tələb etdiyi tapıntıları tərif edir.

Darvinin “əgər nəzəriyyəm doğrudursa” deyə başlayan sözügedən ölçülərinin əsas hissəsi fosillərlə və “keçid formalar”la bağlıdır. Darvinin bu yöndə olan fərziyyələrinin həqiqətə çevrilmədiyini, əksinə, fosil qeydlərinin darvinizmin tam əksi olan nəticə ortaya qoyduğunu əvvəlki bölmələrdə təhlil etdik.

Bununla belə, Darvin bizə nəzəriyyəsini yoxlamaq üçün çox mühüm başqa ölçü də vermişdir. Belə ki, bu ölçü Darvinin nəzəriyyəsini “tamamilə məhv edəcək” qədər konkretdir. Darvin belə yazmışdır:

davamı

İNSANIN MƏNŞƏYİ

DARVİN 1871-ci ildə nəşr olunan “İnsanın əmələ gəlməsi” (Descent of man) adlı kitabında insan və meymunların ortaq əcdaddan törədiyini irəli sürdü. O vaxtdan bəri Darvinin davamçıları bu iddianı dəstəkləməyə çalışmışlar. Lakin aparılan bütün tədqiqatlara baxmayaraq, başda fosillər (daşlaşmış canlı qalıqları) olmaqla “insanın təkamülü” iddiası heç bir konkret elmi kəşf ilə dəstəklənməmişdir.

Cəmiyyətdəki insanlar, demək olar ki, bu həqiqətdən xəbərsizdir və təkamül nəzəriyyəsinin bir çox elmi faktlarla sübut olunmuş həqiqət olduğunu zənn edir. Səbəb isə bu mövzunun mediada daim müxtəlif yollarla gündəmdə tutulması və sübut olunmuş həqiqət kimi təqdim edilməsidir. Əslində isə, “insanın təkamülü” ssenarisinin elmi əsası olmadığını təkamülçülər də bilir. Harvard Universitetinin paleoantropoloqlarından Devid Pilbim belə deyir:

Başqa elm sahəsi ilə məşğul olan hansı ağıllı alimi gətirsəniz və ona əlimizdəki məhdud dəlilləri göstərsəniz: “Bu mövzunu unudun; davam etmək üçün kifayət qədər dəlil yoxdur”, -deyəcək.182

davamı

DARVİNİZMİN MEXANİZMLƏRİ

TƏKAMÜL NƏZƏRİYYƏSİNƏ əsasən, canlılar təsadüflərlə əmələ gəlmiş və yenə təsadüflərlə inkişaf etmişdir. Bundan təqribən 3,8 milyard il əvvəl dünyada heç bir canlı yox ikən əvvəlcə canlı hüceyrələr, sonra çoxhüceyrəli kompleks canlılar əmələ gəlmiş və getdikcə daha mürəkkəb növlər ortaya çıxmışdır. Başqa sözlə, darvinizmə əsasən təbiətdəki bəzi amillər sadə cansız elementlərdən çox kompleks və qüsursuz dizayna malik canlılar meydana gətirmişdir.

Bu iddianı nəzərdən keçirərkən, əvvəla, təbiətdə, həqiqətən, belə bir gücün olub-olmadığına baxmaq lazımdır. Daha açıq desək, bu cür təkamülü həyata keçirəcək təbii mexanizmlər varmı?

Bu gün təkamül nəzəriyyəsi adlandırdığımız neodarvinist model bu məsələ ilə bağlı iki əsas mexanizm irəli sürür: “təbii seçmə” və “mutasiya”. Nəzəriyyənin əsas iddiası belədir: “Təbii seçmə və mutasiya bir-birlərini tamamlayan iki mexanizmdir. Təkamül xarakterli dəyişikliklərin mənbəyi canlıların genetik quruluşunda meydana gələn təsadüfi mutasiyalardır. Mutasiyaların səbəb olduğu xüsusiyyətlər təbii seçmə mexanizmi vasitəsilə seçilir, beləliklə, canlılar təkamül keçirirlər”.

Bu ssenarini bir az təhlil etdikdə isə, əslində, ortada konkret “təkamül mexanizminin” olmadığını görərik. Çünki nə təbii seçmə, nə də mutasiyalar növlərin təkamül keçirmələri və bir-birlərinə çevrilmələri iddiasına kiçicik bir töhfə vermişdir.

davamı

BİTKİLƏRİN MƏNŞƏYİ

Yer üzündəki canlılar alimlər tərəfindən beş (bəzən altı) aləmə bölünür. Bura qədər, əsasən, canlıların ən böyük aləmi olan heyvanlar aləmindən (Animalia) bəhs etdik. Canlıların mənşəyindən bəhs etdiyimiz əvvəlki bölmədə isə digər iki aləm olan prokariotlar və protistalardan olan zülalları, genetik məlumatı, hüceyrənin quruluşunu və bakteriyaları təhlil etdik. Bu yerdə üzərində durulmalı digər mühüm mövzu bitkilər aləminin (Plantae) mənşəyidir.

Heyvanların mənşəyini təhlil edərkən qarşılaşdığımız mənzərənin eynisini bitkilərin mənşəyində də görürük. Bitkilər olduqca kompleks quruluşa malikdir və bu quruluşlarının təsadüfi amillərlə meydana gəlməsi, bir-birlərinə çevrilməsi də mümkün deyil. Fosil qeydləri də müxtəlif bitki siniflərinin yer üzündə bir anda və özünəməxsus formaları ilə ortaya çıxdığını və heç bir təkamül prosesinin izinin olmadığını göstərir.

davamı

SIÇRAYIŞLI TƏKAMÜL NƏZƏRİYYƏSİNİN ƏSASSIZLIĞI

BUNDAN ƏVVƏLKİ FƏSİLDƏ fosil qeydlərinin darvinist nəzəriyyənin fərziyyələrini açıq şəkildə təkzib etdiyini birlikdə nəzərdən keçirdik. Gördüyümüz kimi, fərqli canlı qrupları fosil qeydlərində ani surətdə ortaya çıxmış və milyon illər boyu heç bir dəyişiklik keçirmədən “sabit” qalmışdırlar. Paleontologiyanın ortaya qoyduğu bu böyük kəşf canlı növlərinin heç bir təkamül prosesi keçirmədən mövcud olduqlarını göstərir.

Bu həqiqət uzun illər boyu paleontoloqlar tərəfindən gözardı edilmiş və xəyali keçid formaların bir gün tapılacağı ümid edilmişdir. Keçən əsrin 70-ci illərində bəzi paleontoloqlar bunun yersiz ümid olduğunu və fosil qeydlərindəki boşluqların “reallıq” hesab edilməsini qəbul etdi. Ancaq sözügedən paleontoloqlar təkamül nəzəriyyəsindən əl çəkməyi qəbuledilməz düşüncə hesab etdikləri üçün bu həqiqətə təkamül nəzəriyyəsi çərçivəsində açıqlama axtarmağa çalışdılar.

davamı

QISA TARİX

TƏKAMÜL NƏZƏRİYYƏSİ fəlsəfi mənşəyi qədim Yunanıstana qədər gedib çatmasına baxmayaraq, elm dünyasının gündəliyinə XIX əsrdə daxil olmuşdur. Əvvəlcə, fransız bioloq Jan Batist Lamark “Zooloji fəlsəfə” (Zoological philosophy) adlı kitabında canlı növlərinin bir-birlərindən təkamüllə əmələ gəldiyi fərziyyəsini ortaya atdı. Lamark canlıların həyatı boyu qazandıqları dəyişiklikləri sonrakı nəsillərə ötürdüklərini irəli sürmüşdü. Məşhur zürafələr misalında bu canlıların əvvəllər daha qısaboylu olduğunu, ancaq hündür ağaclara çatmağa çalışarkən nəsildən-nəslə boyunlarının uzandığını iddia etmişdi.

Lamarkın “qazanılmış xüsusiyyətlərin ötürülməsi” kimi tanınan bu təkamül modeli irsiyyət qanunlarının kəşf edilməsilə birlikdə əsasını itirdi. XX əsrin ortalarında DNT-nin quruluşunun kəşfi ilə canlıların hüceyrələrinin nüvəsində kodlanmış xüsusi genetik məlumata malik olduqları və bu genetik məlumatın “qazanılmış xüsusiyyətlər” tərəfindən dəyişdirilə bilmədiyi üzə çıxdı. Yəni bir canlı ağaclara çatmaq üçün həyatı boyu çalışıb boynunu bir neçə santimetr uzatsa belə, dünyaya gətirdiyi balalar yenə də o növə aid standart boyun ölçülərinə malik olar. Qısa desək, Lamarkın təkamül nəzəriyyəsi elmi kəşflərlə təkzib edildi və səhv fərziyyə kimi tarixə düşdü.

davamı

« Öncəki Səhifə

axtarış