Təkamül nəzəriyyəsini dəstəkləməli olan ilk və ən vacib mexanizm faydalı mutasiyalardır. Faydalı mutasiyaların əhəmiyyətini Darvin də görmüş və “Növlərin mənşəyi” adlı kitabında belə demişdir: “Faydalı dəyişikliklər meydana gəlmədiyi müddətcə təbii seçmə heç nə edə bilməz” (1). Təkamülçülər faydalı mutasiya olmadığı halda insanla meymun kəllələri üzərində ssenarilər qurmağın, balıqların necə ayaqlanıb quruya keçdiyi barədə spekulyasiyalar irəli sürməyin heç bir mənası qalmadığını çox yaxşı bilirlər. Buna görə də sadəcə 5-10 nümunə ilə məhdud faydalı mutasiya iddiaları ilə ortaya çıxırlar. Bunların ən məşhurlarından biri isə CCR5-Δ32 (və ya CCR5 delta 32) adlanan mutasiyadır.
davamı

Halbuki fosilin “balina” ilə heç bir əlaqəsi yox idi. Skeleti bildiyimiz canavarlara bənzəyən dördyaqlı formada idi. Fosilin tapıldığı yer paslanmış dəmir filizinin də tapıldığı və ilbiz, tısbağa və ya timsah kimi quruda yaşayan canlıların da fosillərinin olduğu bir ərazi idi, yəni dəniz yatağı deyil, quru hissəsi idi.
Amma əslində, vəziyyət başqa cür idi. Hekkel bircə rüşeym rəsmi çəkmiş, sonra da ona qəsdən kiçik dəyişikliklər edərək insan, meymun və it rüşeymi adı altında yan-yana qoymuşdu. Yəni açıq-aşkar saxtakarlıq etmişdi.